Ardını oxu...
DİA.AZ: - "Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar..." DİA.AZ bildirir ki, bunu öz "facebook" səhifəsində tanınmış jurnalist Çingiz Səfərli qeyd edib.

Jurnalist keçmiş "Semaşko"nun hazırki halının təsvirnə belə davam edir: "İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır guya... Təcili yardıma xəstə gəlir, birinci xəstə ilə maraqlanmaqdansa, deyirlər ki, əvvəlcə gedib adını qeydiyyata salın, sonra gəlin. Belə xidmət olar?"

İddia olunanlarla bağlı dia.az olaraq əlaqədar qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Yevlaxda yerli idarəetmədən vətəndaşların şikayətçi düşməsi artıq ənənə halını alıb. Bəziyyət oi həddədir ki, hətta rayon icra hakimiyyətinin rəhbərliyi belə edilən şikayətləri qulaqardına vurduğundan narazı vətəndaşlar daha yuxarı instansiyalara - Prezidentə belə çatdırmaq fikrdindədirlər.

Yevlax rayon icra hakimiyyətinin başçlsından şikayətçi olan rayonun Qoyunbinəsi kəndinin sakinləri artıq dərdlərini danışmağa ünvan belə tapmırlar...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən "Santafe Beach" hoteldə əməliyyat keçirib.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, "Santafe Beach" hotelinin icarədarı, 1977-ci ildə Göyçay rayonunda doğulmuş Gürcüstan Respublikası vətəndaşı Fəqan Salmanov saxlanılıb.

Aparılan araşdırma zamanı Fəqan Salmanovun 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü hoteldə otaqları çarpayı və yataq dəsti ilə təchiz edib, bundan sonra şəxsiyyəti istintaqa məlum olan və olmayan qadınların burda fahişəliklə məşğul olmasına şərait yaradıb. Bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.

Fəqan Salmanov məhkəmədə ifadəsində bildrib ki, hoteli Kənan Əhmədovdan icarəyə götürüb. O, həmçinin deyib ki, Kənan Əhmədovun sahibi olduğu digər obyekti - otelin altında yerləşən "Texas” gecə klubunu da icarəyə götürərək işlədib.

Təqsirləndirilən şəxs "Texas”ı icarəyə götürdükdən sonra qərara gəlib ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaradıb. Bu yolla yaxşı qazanc əldə edə biləcəyini düşünüb. Gecə klubundan kənar müştərilər də otelə gəlib, onlara da "xidmət" göstərilib. O, 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını müştərilərə 3-4 saat üçün 20 manata icarəyə verib.

Elnarə adlı qadın ifadə verərək bildirib ki, Fəqan Salmanovu təxminən 2023-cü ilin yanvar ayından tanıyıb. Yanvar ayının əvvəllərində hazırda tanımadığı tanışları ilə birlikdə olduğu zaman həmin şəxslər bildirib ki, Türkan qəsəbəsində "Texas” adlı gecə klubu var və oraya yaxşı, imkanlı müştərilər gəlir. Həmçinin elə gecə klubun üzərində də "Santafe Beach” adlı otel vardır. Otelin sahibi həmin klubda tanış olan qadın və kişilərə oteldə cinsi əlaqədə olmaları üçün yaxşı şərait yaradır. Bundan sonra o, qərara gəlib ki, həmin kluba gedib orada tanış olduğu müştərilərlə elə həmin oteldə görüşsün. O, həmin klubda Türkan adlı qadınla tanış olub və aralarında yaxşı münasibət yaranıb. Türkan da onun kimi fahişəliklə məşğul olub. Məhkəmədə fahişəliklə məşğul olan digər qadınlar da oxşar ifadələr veriblər.

Məhkəmənin qərarı ilə Fəqan Salmanov Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3500 manat miqdarında cərimə olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2016-cı ildə də sözügedən oteldə əməliyyat keçirilib. Hotelin sahibi Kənan Əhmədovun Bakı və Abşeronda da digər bu kimi obyektləri var. Həkim-uroloq kimi tanınan Kənan Əhmədov həmçinin "Cahargah" hotelin də sahibidir.
Ardını oxu...
 

 

Ardını oxu...
 
Elxan Dadaşov 100-ə yaxın mənzili tələbələrə kirayə verib...
Haqqında bəhs edəcəyimiz Dadaşov Elxan Rəsul oğlu texnika elmləri namizədidir  və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimidir. 

Təsəvvür edirsiniz, bir müddət əvvəl köhnə Jiquli ilə Bakıya gələn, Universitetin sıravi müəllimi olan Elxan Dadaşov az vaxtda milyonçuya, oliqarxa çevrildi. 
Dünyada milyonçular, hətta milyarderlər var, onlar uzun illərin biznes çalışmasından sonra  milyonçuya çevriliblər. 
Amma adi, sıravi Universitet  müəlliminin qısa  vaxtda milyonçuya çevrilməsi analoqu olmayan haldır. 
Sözün qısası, adi Universitet müəllimi  qısa bir zamanda TİKİNTİ  MAQNATINA çevrilib. 
Əslən Qəbələ rayonunun  Qaradeyin( Qəmərvan) kəndində anadan olan Elxan Dadaşovu yaxından tanıyanlar da bilir ki, alim kimi də bir dərin alim deyil, yəni onun üçün Universitet də bir biznes sahəsidir. Yəni bu adam təhsilə də ticarət, biznes kimi baxıb. 
Sözün qısası, yazını qələmə alarkən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla biznes ortağı olan Elxan Dadaşovun təkcə Azərbaycan Tibb Universitetinin Müalicə korpusunun tikintisindən 6 milyon manat mənimsədiyini eşidəndə dəhşətə gəldim. İcra başçısı hara, gizlincə şəriklik hara? Artıq hamı danışır ki, Elxan Dadaşova bütün işlərində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olur. 
Belə ki, ATU-nun Müalicə korpusunun smetası 35 milyon manat dəyərində olub. Və  tikintinin tenderini Elxan Dadaşov Asif Əsgərovun əli ilə udub. Bu işdə həqiqətən də ona Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olub. Son nəticədə Asif Əsgərovla Elxan Dadaşov 6 milyonu mənimsəyiblər. 
Fikir verdinizmi, təkcə bir binanın tikintisində dövlətin ayırdığı 6 milyon şəxsi ciblərə gedib. 
Bu Elxan Dadaşovun oğurladığı yüz milyonların bir hissəsidir. 
Bu cinayət  əməllərində Elxan Dadaşovun ortaqlarından biri də əslən İmişlidən olan Şükürov Əvəzdir. Tender məsələlərində Əvəz Şükürovun əli çox yerlərə çatır. 
Bəli, çox qısa müddətdə  tikinti maqnatına çevrilən Elxan Dadaşov köhnə JİQULİ-dən düşüb ən bahalı S-KLAS avtomobillərə sahib olub. 
Bu gün Elxan Dadaşov şəhərdə mühafizəçilərlə gəzir, sürücüləri  və daha nələri...
Təkcə onu qeyd edək ki, Elxan Dadaşov bu il Antaliyada ailəsi ilə istirahətinə 40 min dollar xərcləyib. 
Onu da qeyd edək ki, Elxan Dadaşovun bacısı vaxtilə Nazirlər Kabinetində şöbə müdiri işləyib və hazırda təqaüddədir. 
Elxan Dadaşov həm də Bakıda kirayə mənzillər kralı kimi tanınır. 
Belə ki, Elxan Dadaşov müxtəlif binalarda 100-ə yaxın mənzili alaraq  tələbələrə kirayə verib. Və hər ay öz tələbələrindən kirayə haqqı alır. 
Beləsinin müəllim olmağa mənəvi haqqı varmı..? 
Onu da qeyd edək ki, Elxan Dadaşov kirayə verdiyi mənzillərdən hər ay icarə haqqını almaq üçün ayrıca ofis açıb və orada 4 nəfər işçi çalışır. 
Onların əsas işi hər ay icarəyə verilən obyektlərdən, mənzillərdən aylıq pulu alıb Elxan Dadaşova çatdırmaqdır. 
Ən dəhşətlisi odur ki, bu pullardan 1 manat da dövlətə vergi ödənilmir. 
Elxan Dadaşovun tikdiyi binalar əsasən 3-cü mkr dairəsinə yaxın ərazidə, Bakının Nəsimi, Xətai və digər rayonlarındadır.
Elxan Dadaşovun təkcə mülklərinin dəyəri 200 milyondan çoxdur...
Elxan Dadaşov əvvəllər Sumqayıtda yaşayırdı. İndi Sumqayıtdakı tikintiləri  qardaşı  Səyyaf Dadaşova həvalə edib. 
Elxan Dadaşovun Novxanıdakı bağının dəyəri neçə milyondur. 
Bir sözlə, adi Universitet müəlliminin qısa vaxtda 100 milyonlara sahib olması əsl KORRUPSİYA möcüzəsidir. 
Yəqin ki, Baş prokurorluq yanında Korrupsiya İdarəsi Elxan Dadaşovun bu əməllərini  araşdırmalı olacaq. 
Araşdırmamız davam edir, bizi izləyin.

 

Ardını oxu...
 
İdarənin əməkdaşları bütün günü ehtiyyatda olan zabitlərə, hərbçilərə, hərbi xidmətdən qayıdanlara, kimə gəldi zəng edərək hərbi təlimə çağırıb...pul yığırlar.. 
El arasında “voyenkomat” deyilən hərbi komissarlıq hələ sovet dövründə rüşvət və cinayət yuvası olub. Müstəqillik dönəmində  isə bu qurum, ümumiyyətlə, rüşvəti az qala leqallaşdırdı, “summa”lar 10-15 dəfə artdı. Bunun səbəbləri var idi. 
Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan arasında müharibə gedirdi və bu gün də bu müharibə davam edir. Və məhz bu amil çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Bu illərdə hərbi komissarlar bəlkə də 10 minlərlə, 100 minlərlə gəncə hərbi xidmətə yararsız, yəni “neqodnı” vəsiqəsi veriblər. Bu rəqəmi 5-10 minə vuranda ortaya 100 milyonlar çıxır. 
Məlumat üçün qeyd edək ki, 2012-ci ildə bu sahədə islahat aparıldı, qurumun adı dəyişərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇDX) oldu, yəni Müdafiə Nazirliyindən asılı olmadı. 
Təkcə onu qeyd edək ki, bu Dövlət Xidmətinin rayon və  şəhər şöbələrinə 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor rəhbərlik edir. Yəni bu qurumda 66 kənd rayonu, 12 şəhər rayonu, 11 respublika tabeli şəhərlərin hərbi komissarları var.  Və ildə 4 dəfə hərbi xidmətə çağırış, hər dəfə 10 minlərlə çağırışçı, üstəgəl ölkədə qanlı müharibə və s. Bu saydıqlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün milyonlarla dövriyyəsi olan biznes demək idi. Yüz minlərlə insan, o cümlədən varlı, imkanlı məmurlar öz övladlarını hərbi xidmətdən yayındırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifədə çalışan şəxslərinin qəbuluna düşmək üçün növbəyə durublar, hamısı da 15-20 minlərlə pul ilə. Biz hələ sağlam çağırışçıların hərbi xidmətə yararsız, “neqodnu” olması üçün  rayon hərbi komissarları ilə baş həkimlərin  alverini, sövdələşməsini demirik. 
Təsəvvür edin ki, hər çağırışdan sonra rayonların hərbi komissarları bir “çemodan” pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərinin qəbuluna gəlirdilər.  Biz hələ  rayon hərbi komissarlığı binalarının təmiri, tikintisi, avadanlıqların alınması, uniformaların satılması və daha nələr üçün dövlətin ayırdığı yüz minlərlə dövlət vəsaitinin mənimsənilməsini demirik. 
Sözümüzün canı odur ki, kimlərinsə əlinin altında böyük bir cinayətkar, rüşvətxor şəbəkə fəaliyyət göstərib. Yəni mütəşəkkil cinayətkar dəstə. Bu cinayətkar dəstənin ən fəal üzvlərindən bir neçəsini, bəlkə də birincilərini az müddət öncə, həbs etdilər. Qalanları isə hələ də öz əməllərini davam etdirirlər. Amma Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində elə rayon rəisləri var ki, onların cinayət yolu ilə qazandıqları pulun miqyasını ancaq kvadrat metrlərlə ölçmək olar. Belə rayonlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsidir. 
Məlumat üçün qeyd edək ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi  Xidmətə Çağırış İdarəsinin rəisi, Həsənov Nicat Zəfər oğludur. Məlumdur ki, zaman-zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon idarələrində əməliyyatlar keçirib və hərbi komissarlar rüşvətə  görə, həbs olunublar. Hər dəfə belə məqamda növbənin Binəqədinin hərbi kommissarı Nicat Həsənova çatdığı düşünülüb. Çünki həbs olunan rayon hərbi komissarları ilə müqayisədə Nicat Həsənov daha dəhşətli əməllərin sahibi olub. Amma hansısa qüvvə Nicat Həsənovu  qoruya bilib. Bu adam müharibənin qızğın vaxtında  öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Həm müharibə dövründə, müharibəyə indi isə, həmin şəxsləri təlim adı ilə orduya aparmaqla çağıraraq külli miqdarda pul qazanırlar. Təsəvvür edirsiniz, xalq nə hayda, Nicat Həsənov isə PUL hayında... 
Amma redaksiyamıza daxil olan son məlumatlardan belə başa düşmək olur ki, artıq  Nicat Həsənov bu dəfə həbsdən canını qurtara bilməyəcək. Belə ki, məlumdur ki, son günlər Ermənistan və Azərbaycan arasında bir gərginlik yaşanır, müharibə ehtimalı var, hər an vəziyyət  dəyişə bilər. Bunu heç kim gizlətmir. Amma Nicat Həsənov kimi hərbi komissarlar bu gərginlikdən istifadə edərək yenə ÇAĞIRIŞ BİZNESİ qurublar. Və  Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları rəisləri Nicat Həsənovun göstərişi ilə gün boyu telefonla ehtiyyatda olan zabitlərin, sabiq gizirlərin, hərbi qulluqçuların, çağırış yaşı çatanların, hətta çatmayanların evlərinə zəng edərək guya hərbi təlimlərə çağırırlar. İnsanlarda vahimə, qorxu yaradaraq  pul yığırlar. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi, hörmətli  Mürsəl İbrahimovdan xahiş edirik ki, Nicat Həsənovun bu əməlləri ciddi nəzarətə götürülsün. Düşünürük ki, bu dəfə Nicat Həsənovun həbsi qaçılmaz olacaq. Bəs görəsən həmişə şəxsiyyətinə hörmətlə yanaşdığımız Xanlar Vəliyev bu işlərə nə üçün laqeyd yanaşır?
Ardını oxu...
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsinin direktoru Rza Əhmədovla bağlı keçən günlərdə DİA.AZ olaraq ciddi ittihamların yer aldığı məlumatı təqdim etmişdik. Qeyd edək ki, bu faktlara reaksiya verməyən R.Əhmədov yenə də əvvəlki ampluasındadır və bu da səbəbsiz deyil...

Həmin zaman təqdim etdiyimiz məlumatlardan aydın olurdu ki, vaxtı ilə Səlim Müslümov tərəfindən yol verdiyi ciddi nöqsanlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qovulan Rza Əhmədov nazir Sahil Babayevin dövründə yenidən nazirlikdə peyda oldu. Rza Əhmdəovun ƏƏSMN-də peyda olmasının səbəbkarı isə onun yaxın dostu, himayəçisi Heybət İmanovdur.

Bununla bağlı dia.az-a məlumatlı mənbədən yeni informasiya təqdim olunub. Xəbəri verən qaynaq iddia edir: "Məlumat verim ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Məzun Evinin keçmiş direktoru Rza Əhmədov hal-hazırda Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacağın direktoru vəzifəsinə təyin olunub. Əlbəttə ki Heybət İmanovun böyük dəstəyi sayəsində. Rza Əhmədovun arxası o qədər güclüdür ki o Nazirliyin və agetliyin işçilərini hər dəfə acılayır, yüksək səs tunu ilə danışır yeri gələndə onları təhqir edir və hədələyir.

Agentlik tərəfindən hər hansı bir tapşırıq veriləndə, yerinə yetirməyəcəyini və gedib rəhbərinizə beləcədə deyin sözünü işlədir. Artıq Agentlikdən Rza Əhmədova hər hansı bir tapşırıq vermək və ya məlumaq almaq üçün onunla əlaqə yaratmağa cəkinirlər və işçilər bu işi bir birilərinə ötürürlər. Bu yaxınlarda Rza Əhmədov nazirlik nümayəndəsini təhqir etmişdir. Bu barədə nazir Sahil Babayev xəbər tutduqda bərk hiddətlənərək onu vəzifəsindən azad etmək istəmişdir. Lakin Heybət İmanovun böyük dəstəyi sayəsində Rza Əhmədov vəzifəsində qalmışdır. Rza Əhmədov o qədər harınlayıb ki sığınacaqda vəfat etmiş şəxslər dövlət qeydiyatına alınmır və onların təqaüdlərini mənimsəyir.

Ata baba məsləyi ,çobanlıq olan Rza Əhmədov Beyləqan rayonundan öz at və itini gətirib sığınacaqda bəsləyir. Utanmasa qoyunlarınıda gətirər. Sığınacağın cox sayda işçisi Rza Əhmədovun atı və itinə qulluq üçün ayrılıb..."

DAVAMI VAR...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Ardını oxu...
Yevlax rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində işlər qeyri-qənaətbəxş qiymətləndirilir. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vətəndaşlarla ünsiyyətdən qaçır.
Xüsusilə də Yevlax şəhər sakinləri məişət tullantılarının yığılmamasından gileylənirlər. Birliyin istifadəyə yararlı 2 ədəd zibildaşıyan maşını vaxtlı-vaxtında zibili daşıyıb-boşaltmağı çatdırmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir. Di gəl, idarənin balansındakı belə maşınların sayı çoxdur, tenderlə yeni alınmışlar da həmçinin.
Sakinlər deyirlər ki, Kommunal Təsərrüfatı İstehsalat Birliyi zibil pulu yığmaqda pərgardır. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.
Bir sözlə, rəhbərinin yumşaq ifadə ilə desək, səriştəsizliyi ucbatından Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, məişət tullantılarının daşınmasını təmin etmək vəzifəsinin öhdəsindən gəlmir. Ona görə də rayon rəhbərliyi tez-yez sovetdənqalma ümumşəhər iməciliyi praktikasına əl atmalı olur, müxtəlif büdcədən maliyyələşən zəhmətkeş kollektivlərini məcburi əməyə cəlb edirlər.
Ötən ilin avqust ayında Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsində həmin ərəfədə cəmi bir ay əvvəl 5 manat nizamnamə kapitalı ilə yaradılmış “Orlondo Az” MMC qutudan qalib çıxarılmışdı. Sonradan MKTB-yə əkin materialları, gübrələr və digər mallar satmış “Orlando Az” qarşılığında 105 min 800 manat almışdır. Qeyd edək ki, Yevlax şəhərində dövlət qurumları tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
İbrahim Hümbətov
 //azerinfo.info//

 

Ardını oxu...
Yeni tədris ili ərəfəsində Bakı Slavyan Universitetinin güzəranı ilə maraqlandıq.Eşitdiklərimiz "köhnə hamam,köhnə tas" olduğunu göstərir. Gundelik-baku.com xəbər verir ki,Nurlana Əliyevanın rektor vəzifəsindən səs-küylü gedişindən sonra vaxtilə Təhsil İnstitutunun direktor müavini, Təhsil Nazirliyinin "Elm, ali və orta ixtisas" şöbəsinin müdir müavini vəzifələrində çalışmış,Azərbaycan Dillər Universitetində dekan işləmiş Anar Nağıyevin sələflərinin səhvlərindən nəticə çıxaracağı gözlənilirdi.Ancaq Anar müəllimin də öz "dəsti-xətt"i var imiş.O rektor təyin edildikdən sonra maraqlı "tədris "metodikası" tətbiq etməyə başlayıb.Anar Nağıyev rektor təyin olunan kimi tələbələr əksəri imtahanlardan kəsirlə çıxmağa başladılar.Bu da əlavə 25 faiz gəlir deməkdir.
Bundan başqa,altqruplar yaradılaraq tələbələrin bir qismi ora cəlb olunur.Bu da havayı başa gəlmir.Biləsiniz ki,qocaman təhsil müəssisəsinin texniki təchizatı da yaxşı halda deyil.Elektrik cərəyanı tez-tez kəsilir,istilik-soyutma sistemi rektorun kabinetindən başqa heç bir otaqda mövcud deyil.Yalnız Anar Nağıyev istidə sərinlənə,soyuqda qızına bilir.Yeməkxana ləğv edilib.Kiçik bir bufetdə yoxdur ki,acmış adam heç olmasa mədəsini aldatsın.Məcbur olub tələbə,müəllim,digər işçilər yaxınlıqdakı məkanlardan nəsə alıb yesinlər.Yataqxana da ürəkaçan deyil.Vəziyyətin düzəldilməsi üçün də rektor Anar Nağıyev başda olmaqla heç kim heç nə etmir.Vəziyyəti düzəltmək bir yana qalsın,keçən il hətta binanı buldozerin qabağına verib sökmək istəyirlırmiş.Yəqin müştəri çıxıbmış.İndi yataqxanadakı tələbələr fikurləşirlər ki,bu il aqibətləri necə olacaq?

Deyilənə görə Anar müəllim əvvəlki iş yerlərində də "ad" çıxardıbmış.Adının yanında rüşvətxor,pulyığan sözləri qoşa çəkilərmiş.İndi də Dillər Universitetində əlaltıları olmuş səriştəsiz adamları Bakı Slavyan Universitetinə yerləşdirib.
Məsələn,Elçin adlı şəxsi özünə müşavir,Əzim adlı birini isə BSU-nun Həmkarlar ittifaqı təşkilatının sədri təyin edib.Bu adamların qılıncının dalı da kəsir,qabağı da.Keçmiş bədən tərbiyəsi müəllimi,Meskom Əzim həm də Anar Nağıyevin "qara kassa"sı hesab edilir.Kadr məsələləri də Əzim müəllimin süzgəcindən keçir.

Anar Nağıyevin qəbuluna düşmək isə demək olar ki,mümkün deyil.Nəinki tələbə,valideynləri,heç professor-müəllim heyətini də qəbul etməyi lazım bilmir.Amma qəbul otağına gələnləri saatlarla gözlədib ümid verməkdən zövq alır. Bir sözlə tam anarxiya.
 //Gundelik-baku.com//
 
Ardını oxu...
Göygölün Toğanalı kəndindən Kəlbəcərə avtomobil yolu çəkilir deyə bəzi evlər sökülüb. Sakinlər verilən kompensasiya ilə razılaşmadıqlarına görə, evlərinin sökülməsinə etiraz edirlər. Sakinlər deyirlər ki, sökülən ev və kəsilən ağaclara görə onlara verilən kompensasiya yeni ev almağa imkan vermir. Söküntü isə prezidentin əraziyə gəlişi ilə bağlı sürətləndirilir, sakinlərin narazılığına məhəl qoyulmur. Ekoloq Arzu Verdiyev ağacların kütləvi kəsilməsinə diqqət çəkir. Verdiyev deyir ki, ağacların bu şəkildə məhv edilməsi qanunsuzdur.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti