Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Şabran rayon sakini Ənvər Gülməmməd oğlu Müslümovun itkin düşməsindən 2 ilə yaxın vaxt keçir. Rayonun Qələgah kəndinin sakini olan 1958-ci il təvəllüdlü Ənvər Müslümov 2023-cü il mayın 21-i səhər saat 4 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Məlum olan budur ki, ferma sahibi olan Ənvər Müslümov həmin sübh tezdən yaşadığı evdən onu çağıran şəxslə birgə özünün idarə etdiyi “Mercedes”lə naməlum istiqamətə gedib. Bundan sonra Ənvər Müslümovu gördüm deyən olmayıb. Ailə üzvləri onu xeyli axtarandan sonra kənd ərazisində avtomobilini aşkar ediblər.

O zaman Ənvər Müslümovun oğlu mətbuata atasının itkin düşməsi ilə bağlı bunları demişdi:

“Maşını kəndin giriş hissəsində, yolun kənarında qapıları açıq və işıqları yanılı halda tapıldı. Telefonuna zənglər çatmır. Polisə və aidiyyəti qurumlara müraciət edilib. Atamın heç kimlə ədavəti və problemi olmayıb, ona görə də baş verənlər bizdə şok effekti yaradıb. Bir oğul və vətəndaş kimi aidiyyəti qurumlardan bizə kömək olmağı xahiş edirəm”.

Ənvər Müslümov itkin düşəndən sonra yaxınları hüquq mühafizə orqanlarına müraciət etmişdilər. Daxili İşlər Nazirliyi Ənvər Müslümovun fotosunu yayaraq onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri istənilirdi. Lakin Ənvər Müslümovdan hələ ki, hər hansı bir xəbər yoxdur.

Maraqlıdır ki, Ənvər Müslümovun müəmmalı şəkildə itkin düşməsindən illər əvvəl onun yaşadığı kəndin qonşuluğundakı Dağbilici kəndində də oxşar müəmmalı olay baş vermişdi. O zaman 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər.

2007-ci ildə ölkə gündəmini silkələyən bu tükürpərdici olayla bağlı bu gün də ziddiyyətli məlumatlar var. Ortada olan məlumatlardan bilinən odur ki, bacılar 2007-ci ilin avqustunda yaşadıqları kəndin ərazisində itkin düşüblər. Bundan sonra, həmin il avqustun 9-da Samur-Abşeron kanalında meyit tapılıb.

İstintaq belə qənaətə gəlib ki, aşkarlanan Nailə Məcidovanın meyitidir. Lakin Məcidovaların atası Zamir Məcidov aşkar olunan meyitin onun qızı olmadığını iddia edib.

Onun dediklərindən sitat:

“Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız? Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.

Məcidovlar ailəsi həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər var.

Şabranda isə bu işlər arasında əlaqənin olmasına inananlar az deyil. Rayon sakinlərində belə bir fikir var ki, Ənvər Müslümov Məcidova bacılarının itkin düşməsi ilə bağlı hansısa məlumatlara, bilgilərə sahib olub. Müəmmalı şəkildə itkin düşməsini də bununla əlaqələndirirlər.

Hər halda bu versiyanın yoxlanması zərurəti ortadadır. Şabran dağlarında yerləşən kəndlərdən insanların izsiz-tozsuz itməsinin bu istiqamətdə araşdırılması müəyyən ipuclarını ortaya çıxara bilər.

Xatırladaq ki, Məcidova bacılarının oğurlanması epizodu Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işində vardı. İsmayılovların cinayət işi üzrə 11 zərərçəkmiş şəxs müəyyən edilsə də, Məcidova bacılarının valideynləri məhkəməyə gəlmirdilər. İttiham aktına əsasən, İsmayılov qardaşları Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.

Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdilər.

Musavat.com

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
06 Fevral 2025 "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
05 Fevral 2025 “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
05 Fevral 2025 Məşhur vəkildən İnam Kərimova müraciət - ÖLKƏDƏKİ ƏKSƏR HAKİMLƏR...
05 Fevral 2025 Rusiyanın oksigen balonu yalanı da təsdiqini tapmadı
05 Fevral 2025 Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
05 Fevral 2025 Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
05 Fevral 2025 İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
05 Fevral 2025 Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
04 Fevral 2025 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN
04 Fevral 2025 Türkiyədə xəstəxana yanır – İşçilər və xəstələr…
04 Fevral 2025 Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı
04 Fevral 2025 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
04 Fevral 2025 Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
03 Fevral 2025 Həkimlərdən deputatın təklifinə DƏSTƏK: “Bu dələduzlar efirdən yığışdırılsın, reklam dayandırılsın”
03 Fevral 2025 Bu rayonlarda polis postları quruldu - Əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir
03 Fevral 2025 Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü
02 Fevral 2025 "Azercell" abunəçilərindən 2 manat aylıq istifadə haqqı çıxacaq
02 Fevral 2025 Bayraq Meydanındakı bayraq cırılıb? - Rəsmi reaksiya - FOTO
02 Fevral 2025 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb

Dünyapress TV

Xəbər lenti