b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_090f3b05d718bc32c5ce8b8223be56e9.jpeg
  149  06.02.2025 04:11  Dünya A  A 

İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq niyyətini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyanatla çıxış edib.

"Trampın BMT-nin İnsan Hüquqları Şurasında iştirak etməmək qərarını alqışlayırıq. İsrail ABŞ-yə qoşulur və Şurada iştirakını dayandırır", - Saar bildirib.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası demokratik dövlətə (İsrailə - red.) hücumlar və antisemitizmin yayılması üzərində cəmləşib.

"İnsan Hüquqları Şurasında İsrailə qarşı 100-dən çox qətnamə qəbul edilib, Bu, Şuranın qəbul etdiyi bütün qətnamələrin 20 %-dən çoxunu təşkil edir və İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən sayca çoxdur", - nazir vurğulayıb.

Saar həmçinin əlavə edib ki, İsrail artıq bu ayrı-seçkiliyə dözməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayıb.

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Trampın Ukrayna planı bu tarixdə açıqlanacaq – Kelloq təqdim edəcək
05 Fevral 2025 Ərdoğandan Suriya liderinə JEST - FOTO
05 Fevral 2025 SENSASİON AÇIQLAMA: “İran heç vaxt İsraillə döyüşmək niyyətində olmayıb”
04 Fevral 2025 Çin bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
03 Fevral 2025 Ağ Evin BU PLANI uğursuz olacaq - Ukraynadan SƏRT MÖVQE
03 Fevral 2025 Qətər Trampın təklifinə qarşı çıxdı
03 Fevral 2025 NATO Baş katibi müharibəyə hazırlığa çağırdı
02 Fevral 2025 Paşinyan Trampdan rədd cavabı aldı
02 Fevral 2025 “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
01 Fevral 2025 Tramp: Putinlə danışmaq niyyətindəyəm
01 Fevral 2025 NATO hərəkətə keçir - TRAMPIN QRENLANDİYA PLANLARINI ƏNGƏLLƏMƏK ÜÇÜN
31 Yanvar 2025 Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
31 Yanvar 2025 Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏR
30 Yanvar 2025 Əliyev nöqtə qoydu - Azərbaycandan Azərbaycana maneəsiz keçid...
30 Yanvar 2025 Suriyanın yeni prezidenti bu şəxs oldu – FOTO
30 Yanvar 2025 Gürcüstan nümayəndə heyəti AŞPA-da işini dayandırdı
30 Yanvar 2025 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
29 Yanvar 2025 Tramp Netanyahunu Ağ Evdəki görüşə dəvət etdi
29 Yanvar 2025 Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
28 Yanvar 2025 Aİ Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv ediləcək

Dünyapress TV

Xəbər lenti