Bu universitetlərin diplomları Azərbaycanda tanınmır –
Xaricdə bəzi universitetlərdə təhsil alan tələbələrin ölkədə diplomlarını tanıtdıra bilməmələri ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Ən böyük çətinliyi isə distant təhsil alan tələbələr çəkirlər. Onların sözlərinə görə, bu üsulla təhsil aldıqları üçün diplomları Azərbaycanda tanınmır və buna görə də iş tapa bilmirlər.

Maraqlıdır, ən çox hansı ölkələrdə təhsil alan tələbələrimiz belə problemlərlə qarşılaşırlar.

Diplomları tanınmayan universitetlər hansılardır?

Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması prosesi bir sıra meyarlar əsasında həyata keçirilir. Bu meyarlar arasında təhsil müəssisəsinin akkreditasiyası, tədris proqramlarının keyfiyyəti və təhsil formasının uyğunluğu kimi amillər mühüm rol oynayır.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatına görə, bəzi xarici ali təhsil müəssisələrinin diplomları ölkəmizdə tanınmır. Bu, əsasən həmin universitetlərin yerli akkreditasiyasının olmaması ilə əlaqədardır. Məsələn, Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Atlantik Universiteti, Avstriya Respublikasındakı Beynəlxalq Xristian Universiteti və Çex Respublikasındakı Beynəlxalq Praqa Universiteti kimi ali təhsil müəssisələrinin diplomları tanınmayanlar sırasındadır. Bu siyahı mütəmadi olaraq yenilənir və TKTA-nın rəsmi saytında dərc olunur.

Təhsil formalarına gəldikdə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində əyani, qiyabi, sərbəst (eksternat) və distant (məsafədən) təhsil formaları nəzərdə tutulur. Lakin distant təhsilin ölkəmizdə tam tətbiqi və tanınması üçün zəruri prosedurlar hələ də tam formalaşmayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda keyfiyyət təminatı almış distant tədris proqramı mövcud deyil. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün işlər aparılır.

Bu səbəbdən xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır. Məsələn, 2024-cü ildə distant təhsil səbəbindən 94 nəfərin müraciətinə mənfi cavab verilib. Bu vəziyyət distant təhsilin tanınması üçün müvafiq mexanizmlərin və standartların hələ tam formalaşmaması ilə əlaqədardır”.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almağı planlaşdıran şəxslər seçdikləri universitetin akkreditasiyasına və təhsil formasına diqqət yetirməlidirlər. Xüsusilə, distant təhsil proqramlarına yazılarkən, həmin proqramların və diplomların Azərbaycanda tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmaq vacibdir.

“2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda distant təhsil nəzərdə tutulsa da, onun tətbiqi mexanizmləri hələ də tam işlənib hazırlanmayıb. Bu səbəbdən, xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır.

Distant təhsilin tanınmamasının digər bir səbəbi isə bu təhsil formasının keyfiyyətinin təminatı ilə bağlıdır. Pandemiya dövründə tətbiq edilən distant təhsil təcrübəsi göstərdi ki, tələbələrin bir çoxu dərslərə formal olaraq qoşulur və bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bundan əlavə, bəzi ixtisaslar, xüsusilə tibb və mühəndislik sahələri, praktiki bacarıqlar tələb etdiyindən, distant təhsil bu sahələr üçün uyğun hesab edilmir.

Dünya təcrübəsinə nəzər salsaq, distant təhsilin müxtəlif ölkələrdə fərqli şəkildə qəbul edildiyini görərik.

Məsələn, ABŞ və Avropa ölkələrində distant təhsil geniş yayılıb və bu təhsil formasının keyfiyyətinin təminatı üçün xüsusi mexanizmlər mövcuddur. Bu ölkələrdə distant təhsil proqramları akkreditasiya olunur və diplomları tanınır. Lakin, bəzi ölkələrdə distant təhsilin keyfiyyətinə dair narahatlıqlar səbəbindən bu təhsil formasına ehtiyatla yanaşılır və diplomların tanınması məhdudlaşdırılır.

Azərbaycanda distant təhsilin diplomlarının tanınması üçün müvafiq hüquqi və metodoloji bazanın yaradılması, keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımlar distant təhsilin inkişafına və onun diplomlarının tanınmasına töhfə verə bilər”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti