Ardını oxu...
DİA.AZ: - "SOCAR Nərimanov adına NQÇİ-nin rəisi Qoçəli Mahmudov şirkət tərəfindən verilən "təqaüdçüləri" işdən et, tələbini yerinə yetirərkən, "təqaüd proqramının "iştirakçısı tələbələrdən işdənçıxma ərizəsi alıb". DİA.AZ bildirir ki, bu iddianı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.

M.Qəhrəmanlı Nərimanov Neft-Qaz Çıxarma İdarəsinin rəisinin yol verdiyi qanun pozuntusuna işarə edərək daha sonra əlavə edib: "Ölkə prezidenti tərəfindən vəzifəyə təyin olunmuş SOCAR rəhbərliyi tərəfindən təqaüd yaşına çatmış işçilərin müxtəlif üsul, təzyiqlərlə məcburi işdən azad olunması prosesi davam edir".

DİA.AZ bildirir ki, NHMT sədri daha sonra haqqı tapdanan işçilərə xitab edib: "Hörmətli işçilər. Təqaüdçü olduğunuz üçün heç kim sizi işdən azad edə bilməz. Əmək Müqaviləsinə əlavə olunmuş bəndə qol çəkməyin, işdənçıxma ərizəsi yazmayın. Bunu parlamentin qəbul etdiyi və ölkə prezidenti tərəfindən təsdiq olunmuş Əmək Məcəlləsinin müvafiq maddəsi deyir.

ARƏM Maddə 70 e-bəndi (
Ardını oxu...
Teref.az yazır ki, şəhidin dəfnində gülən şəxsin Qartal tikinti və mühafizə firmasının rəhbəri əslən Laçınlı olan Şahin Məmmədov olduğu müəyyən edilib. Bu barədə jurnalist Elnurə Abuşova öz sosial şəbəkə səhifəsində yazıb. Elnurə Abuşovanın statusunu təqdim edirik:
"İş adamı, Sumqayıtda nüfuzlu şirkət kimi tanınan, Qartal tikinti və mühafizə firmasının rəhbəri Şahin Məmmədov şəhidin dəfnində gülürdü. Videoda şəxsən gördüm. Əslən Laçından olan bu iş adamının oğlanları niyə ön cəbhəyə getmir? Yolu, izi bizimkilərdən yaxşı tanıyarlar. Yoxsa Vətənin yalnız səfası bunlar üçündü?
Mənim qardaşım Bilik günü gələcəyin əsgəri 2 oğlunu məktəbə özü apara bilmədi. Laçında işıq çəkirdi..."
P.S. Qeyd etmək istəyirik ki, bu polis serjantı Ramil Şirinovun dəfn mərasimi zamanı baş verib.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az
Ardını oxu...

 
Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Nağı Allahverdi aşağıdakı videonu paylaşaraq, altında şərh yazıb. Teref.az olaraq Nağı Allahverdinin şərhinin üslubuna, nöqtə və vergülünə toxunmadan təqdim edirik:
"Bu vidionu hərkəs izləsin və paylaşsinki haqq ədalət yerini tutsun cox maraqlidir . Bu xanimlarki Azər Aşurov adli adamin adini cəkir onu və onu onlari çinsi istismara çəlb etməkdə ittiham edir və həmin adami yaxinlarda Azəriqaz İstehsalat Birliyinin baş direktoru həçi Ruslan Əliyev çənablarinin əmri ilə birliyin İnsan Resurslari Departamentinin rəisi Xəqani Bəşirlinin hazirladiqi sənədlə Baki Regional Qaz İstismar Departamentinə ( BRQİD ) rəis müavini götürüblər. Maraqlidir bu çütlük bu əməllə nə demək və nə etmək istəyir ? Bundan qabaqda vaxti ilə sərf etmirəmsə İqtisadi İnkişaf Nazirliyində işləmiş və Baş Prakurorluq Yaninda Korrupsiyaya qarşi Mübarizə İdarəsinin əməkdaşlari tərəfindən 2000 manat rüşvət alarkən həbs olunaraq məhkəmə qaydasinda barəsində həbs qətimkan tədbiri cəkilən adamida yaxşi vəzifəyə götürmüşdü . Sadəçə bunlarin əməllərin başa düşmürəm bildiyim odurki bunlarin hərəkəti Prezidentin daxili siyasətinə ziddir . Yəqinki Daxili İşlər Nazirliyi Daxi , Baş Prakrorluq və Dövlət Təhlükəsizlik Xidməti bu məsənin araşdiraraq barələrində bir ölcü götürəçəklər . Bunlar dövlətə baqli adamlari işdən cixarir dövlətə ləkə olanlari işlə təmin edir. Ümid edirəmki bunlara STOP deyiləçək.
Nagi Allahverdi"

Teref.az olaraq qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Teref.az
 
Ardını oxu...
Yenə yağış yağdı. Amma indinin yağışından nə olacaq? Axı yay fəsli hələ rəsmən davam edir. Yağan yağış da az qala yerə çatmadan quruyur. Bir sözlə, suvarma suyu sarıdan əziyyət çəkən Masallı fermerlərinin probleminin həlli əlaqədar qurumlardan asılıdır.
Rayonun Təklə kəndinin sakinləri deyirlər ki, uzun müraciətlərdən sonra bir ayın suyunu birdən açıb 3-4 gün ərzində buraxırlar, bu da “qaş düzəltmək əvəzinə vurub göz çıxarmaq” deməkdir. Həm də bildirirlər ki, problem tək bu ilin deyil, əvvəlki illərdə də eyni çətinliklə qarşılaşırlar. Lazımi qədər su tapmadıqları üçün təsərrüfatları məhv olur, məhsulları batır. Hara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. Yayın istisində 650-yə yaxın təsərrüfatları susuz qoyublar, qışda su bol olanda isə sel ağzına veriblər. Təsərrüfatlara dəyən ziyanı hökumət ödəmir.
Fermerlər bildirirlər ki, sözügedən əraziyə su Cəlilabad rayonunun Göytəpəçay çayı üzərindəki Ağdaş Su Anbarından gəlir. Ona görə də xahiş edirlər ki, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Viləşçay Su Anbarının ehtiyatlarından da istifadə olunsun: “Ağdaş Su Anbarının vəzifəli şəxslərinə müraciət etmişik. Deyiblər ki, sizin kənd Masallının inzibati ərazisinə aiddir. Bizim anbarın suyu heç Cəlilabad sakinlərinə çatmır. Gedin öz anbarınızdan alın, onun suyu bizimkindən də çoxdur”.
Təklə kənd üzrə ərazi inzibati dairə nümayəndəsi də problemin çoxdan mövcudluğunu təsdiqləyib və səbəbini Ağdaş bəndinin normal idarə olunmaması ilə əlaqələndirib.
Məsələ ilə əlaqədar jurnalistlərin suallarını cavablandıran Viləşçay Su Anbarının müdiri Rusif Kərimov bildirib ki, Təklə İƏD-nə aid olan Təklə, Sığıncaq və yaxın ətraf kəndlərin suvarma suyuna olan tələbatının Viləş çayı ilə heç bir əlaqəsi yoxdur. Viləşçay Su Anbarından bura su verilməsi imkanı Anbarın I növbəsinin tikintisində nəzərdə tutulmayıb. Yalnız layihəsi hazır olan II növbənin yaxın illərdə tikintisindən sonra hazırki 10 min hektar əvəzinə 18 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq, eyni zamanda içməli su problemi aradan qaldırılacaq. Masallı rayonunun 50-dən yuxarı kəndində əhali içməli suyu pulla alır, sisternli maşınlarla daşıtdırır. 4 milyon kub/metrlik həcmdə su tutumuna malik Ağdaş Su Anbarında isə yaya aylarınıən quraqlıq keçməsi ilə əlaqədar indi cəmi 300-400 kub/metr həcmdə su var.
Rusif Kərimov həmçinin Viləşçay Su Anbarından balıq vətəgələrinə su buraxılması barədə dolaşan iddiaları da təkzib edib: “Anbarda balıq olar da. Ola bilsin, Anbarın öz işçiləri xırda çay balıqlarını tutsunlar.
Xatırldaq ki, Viləşçay Su Anbarının həcmi 46,0 milyon kub/metrdir və məcra tipli olmaqla bol suludur. Hazırda Anbarda 26,0 milyon kub/metr həcmdə su vardır.

Nyus.Az
Ardını oxu...
Xatırladaq ki, bu ilin fevral ayında saytımızda “Elşad Həsənov Yasamalı səhraya çevirir” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Elşad Həsənovun “xeyir-duası” ilə A.M.Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilərək yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqların məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi. DİA.AZ bildirir ki, ümumiyyətlə, son zamanlar Yasamal rayonu ərazısındə obyektlərdən qanunsuz olaraq pul tələb edilməsi halları çoxaldığından vətəndaşların şikayətləri də artmaqdadır.
Redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A.M.Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla sökmüşdür. Vətəndaşın dediyinə görə Ümid icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr göstərişi icra edəcəyini israr edibdi. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ü.Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət belə yetirilməsinə bais olubdu. Dövlət başçısının sahibkarlara dəstək verdiyi, şərait yaratdığı indiki zamanda Elşad Həsənov kimi məmurların belə süni maneçilik törətmələri yəqin ki, cəzasız qalmayacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dünən Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyevanın anım günü idi. 1992-ci il sentyabrın 19-da vaxtsız vəfat etmiş professor Aida İmanquliyevanın işıqlı xatirəsi hər il olduğu kimi bu il də ailə üzvləri, elmi ictimaiyyət tərəfindən yad edildi. Yəqin ki, görkəmli alimin vaxtilə qızıl medalla bitirmiş olduğu Bakı şəhər 132 saylı orta məktəbin kollektivində də bu günü unutmadılar…
Xatırladaq ki, paytaxtın Səbail rayonundakı 132 və 134 saylı məktəblər 2010-cu ildə sökülərək yenidən inşa olunublar. Məhz bundan sonra Təhsil Nazirliyi bu iki orta təhsil müəssisəsini birləşdirərək 132-134 saylı Təhsil Kompleksinin yaradılması barədə qərar qəbul etdi. Əslində böyük əksəriyyət yeni yaradılmış kompleksə məhz 132 saylı məktəbin direktoru Aliyə xanım Təhmasibin rəhbərlik edəcəyini gözləyirdilər. Hətta 132 saylı məktəbin açılışında şəxsən iştirak etmiş ölkə prezidenti cənab İlham Əliyev də həmin tədbirdə Aliyə Təhmasibin əməyini xüsusi vurğulamış və ona fəxri ad verilməsi haqqında fərman imzalamışdı. Lakin bu önəmli hadisədən bir gün sonra Aliyə xanım işdən çıxarılaraq, yerinə əvvəllər Səbail rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində və Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə İdarəsində çalışmış Sara Xanlarova təyin olundu. Məhz bundan narazı qalan bir çox valideynlər Aliyə Təhmasibin öz vəzifəsinə bərpasını tələb edirdilər. Lakin o vaxt da TN-nin yarıtmaz kadr siyasəti həm şagirdlərin, həm valideynlərin, həm də ümumilikdə təhsil sisteminin mənafeylərini üstələdi. Sara Xanlarova yeni təhsil kompleksinin direktoru vəzifəsində qaldı. Bu gün isə, 132-134 saylı təhsil kompleksində baş alıb gedən korrupsiya halları valideynlərin əsl baş ağrısına çevrilib.
Budur, 2023/2024-cü tədris ili başladı. Artıq elə ilk gündən, ilk saatlardan məktəblərdən həyəcanlı siqnallar gəlməyə başlayıb. Bildirilir ki, Bakıdakı 132-134 saylı Təhsil Kompleksində elə ilk dərs günündən Valideyn Komitəsi hərəkətə keçərək, yaxın vaxtdan etibarən şagirdbaşına yığılacaq pullardan söz salıb və həmçinin, 5 Oktyabr – “Müəllim Günü”nə hazırlıq görülməsi tapşırılıb.
…İndi isə qayıdaq məqalənin giriş hissəsində qeyd etdiyimiz mövzuya. Rəhmətlik Aida xanım İmanquliyeva 134 saylı deyil, 132 saylı orta məktəbin məzunu olub. 134 saylı məktəbin direktoru olmuş Sara Xanlarova 132 saylı məktəbi necə deyərlər, “yoğurub-yapmadan, hazırca kökə kimi” tapıb. Bununla belə, 132 saylı məktəbdə formalaşmış gözəl ənənələri də öz adına çıxır. Bu ənənələrdən biri də Aida İmanquliyevanın xatirəsi ilə bağlı olanlardır. 2016-cı ildə təhsil kompleksində “Unudulmaz məzun Aida İmanquliyeva” adlı kitabın təqdimatı keçiriləndə müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri İbrahim Əsədov olsalar da, Sara Xanlarova elan etdi ki, kitabın ideyası ona məxsusdur. Həmçinin qeyd etdi ki, məktəb rəhbərliyi “Məşhur məzunlar” layihəsi üzrə hər il bir tanınmış məzunu barədə kitab hazırlamağı qərara alıb və ən məşhur məzun Aida İmanquliyeva olduğu üçün ilk kitab məhz ona həsr olunub.
Motiv aydındır – Aida İmanquliyevanın övladları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, akademik Nərgiz xanım Paşayevanın xoşuna gəlmək! Maraqlıdır ki, həmin təqdimata qədər Sara Xanlarova heç vaxt belə bir layihəsinin olduğunun anonsunu verməyib. Yaxşı halda bu layihə onun ağlına kitabla birgə gəlmiş ola bilərdi. Amma dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş rəhmətlik Aliyə xanım Təhmasibin belə ideyası ola bilərdi. Çünki onun özü də motivasiyalı idi – 132 saylı məktəbin məzunu olmuşdu və silsilə kitabların biri də ona həsr olunacaqdı. Bəlkə də ideyasını tabeçiliyində olduğu rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova ilə bölüşmüşdü də…
Qarşı tərəfi də dinləməyə hazırıq.
DİA.AZ
 
Ardını oxu...
“GÜVƏN” su adını dəyişsə də, saxtakarlığını dəyişməyib
Artıq bir neçə illərdir ki, ölkə ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və bu sahədə əmələ gələn hər cür problemlərin aradan qaldırılması, aidiyyatı dövlət qurumlarının qarşısında duran ən vacib vəzifələrdən biri hesab olunur. Bütün bunlara baxmayaraq, bu gün də ölkəmizin iqtisadi həyatında “çapolçuluq”la məşğul olub pul qazanan elə işbazlar var ki, onları xalqın sağlamlıq durumu, yaşadığımız dövlətin gələcək taleyi və s. kimi aktual məsələlər heç bir halda düşündürmür. Onları yalnız bir amal və istək düşündürür, o da hansı yolla olursa-olsun mümkün qədər daha çox var-dövlət əldə etməkdir. Qeyd edək ki, bu cür əməl və amal sahibi olan işbazlar, hər il mövsümə uyğun addımlarını atırlar və belə bir yolla külli miqdarda gəlirlər də əldə edirlər.
Ardını oxu...
Qeyd edək ki, ölkəmizin içməli su sektorunda fəaliyyət göstərən və hal-hazırda bu sahəni bir növ inhisarında saxlayanlardan biri də, «AQUA LUXE» adı altında fəaliyyət göstərən su şirkətidir. Bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz şəxs tərəfindən deryaz.az saytının redaksiyasına, ölkə əhalisinin müəyyən hissəsinin «AQUA LUXE» suyu ilə təmin olunmasında canfəşanlıq göstərən şəxslərin qol qoyduqları əməllərlə bağlı xeyli məlumatlar çatdırılmışdı. Məlumatlarda qeyd olunurdu ki, belə bir ad altında su satışı ilə məşğul olan müəssisənin hansı hüquqi ünvanda fəaliyyət göstərməsi haqda tam əksəriyyət məlumatsızdır. Məlumatı olanlar yalnız onu bilirlər ki, «AQUA LUXE» suyunun qablaşdırılması işləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilir. Əldə etdiyimiz son məlumatlara görə isə, bu şirkət fəaliyyətini müvəqqəti dayandırmış və hal-hazırda «AQUA LUXE» su şirkəti “GÜVƏN” adı altında fəaliyyət göstərməyə başlayıb. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, 19 litrlik bidon qablarda satışı həyata keçirilən “GÜVƏN” suyuna aid rekzivitdə, bu şirkətə aid ünvan da Abşeron rayonu, Xırdalan şəhəri ərazisi göstərilir. O halda sual oluna bilər ki, bu nə deməkdir və belə də ünvanmı olar? Digər tərəfdən, «AQUA LUXE» su şirkətinə aid mobil telefon nömrələri “GÜVƏN” adı altında satışa çıxarılan 19 litrlik su qablarının üzərində də qeyd olunur. Bu da onu ehtimal etməyə əsas verir ki, vaxtilə «AQUA LUXE» su şirkətinə rəhbərlik edən şəxslər, bu gün növbəti qanunsuzluq və fırıldaq əməllərini “GÜVƏN” adı altında həyata keçirməkdədirlər.
Ardını oxu...
Ardını oxu...
Onu da bildirək ki, redaksiyamıza «AQUA LUXE» su şirkətinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı silsilə məlumatlar daxil olduqdan sonra, bu ilin iyul ayında həmin məlumatların araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məktubla müraciətlər etdik. Təəccüb doğuran hal odur ki, ünvanladığımız məktubda «AQUA LUXE» su şirkətinin fəaliyyətinin yoxlanması və aparılmış yoxlamaların nəticəsi ilə bağlı redaksiyamıza rəsmi cavab məktubunun verilməsini xahiş etsək də, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları yoxlama işlərini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən “Su satışı” adlı təsərrüfat subyektində həyata keçirirlər. 16 avqust 2023-cü il tarixdə isə, redaksiyamıza 2 saylı Ərazi Vergilər Baş idarənin rəis müavini, vergi xidməti mşaviri cənab Anar Qurbanovun imzası ilə təsdiq olunmuş cavab məktubu verilib. Məktubda yazılıb ki, “Qeyd etdiyiniz faktlar vergi orqanı tərəfindən nəzarətə götürülmüş və vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir”. Bu cür yanaşmanın varlığı, əslində gülünc hissi doğurur. Bütün bunlar azmış kimi cavab məktubunda o da qeyd olunub ki, “Araşdırmada iştirakınızın təmin edilməsi məqsədilə sizə dəvət məktubu göndərilmiş, lakin gəlmədiyinizə görə araşdırma iştirakınız olmadan aparılmışdır”. Bir sözlə, bu cür cavablar tamamilə ağyalan olmaqla bərabər, heç də həqiqəti əks etdirmir.
Ardını oxu...
Ardını oxu...
Digər tərəfdən, əgər «AQUA LUXE» su şirkətində istehsalçı Həsənov Rüfət Nazim oğlunun, sifarişçi Quliyev Məhəmməd Ələkbər oğlunun adları yazılırdısa, Vergilər İdarəsi yoxlamanı «Sultan» şirkətində aparmış və ikinci saxta şirkət olan “GÜVƏN” suyunda isə istehsalçı Kərimov Sultan Elxan oğlunun, sifarişçi Quliyeva Fatma Mahir qızının adları yazılıb. Bu da “GÜVƏN” suyuna aid müəssisədə sənədləşmə işlərinin qanunamüvafiq qaydada olması və qol qoyulan digər qanunsuzluq haqda baş qaldıran şübhələri daha da artırır.
Sual onuna bilər ki, nəyə görə “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisənin hüquqi ünvanı ictimaiyyətdən gizlədilir, yaxud da bu müəssisəyə aid insağram səhifəsində yayımlanan reklamda dəqiq ünvan göstərilmir? Kim, yaxud da hansısa dövlət qurumunun səlahiyyətli şəxs(lər)i təminat verə bilərlər ki, bu müəssisədə sular lazımi şəraitdə, tələb olunan dərman preparatlarından istifadə olunmaqla, həmçinin gigiyenik qaydalara tam şəkildə əməl olunmaqla qablaşdırılır? Bundan əlavə, “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisədə suyun tərkibi azonlaşdırılırmı, müəssisəyə aid dolum aparatı varmı, qablaşdırma prosesi zamanı suyun dezinfeksiyası həyata keçirilirmi? Bu müəssisədə istifadə olunan qablar hansı sexdən alınır və “GÜVƏN” su ilə həmin sex arasında hansısa müqavilə sənədi varmı? Yaxud da, alınan su qablarına dair sertifikat varmı? Ən əsası, istifadə olunan suyun mənbəyi məlum deyil. Söz yox ki, bütün bunların hər biri ortaya düşündürücü sualların çıxmasına səbəb olur.
Ümumiyyətlə, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisə, bu gün də istehlakçılara “badalaq” gəlməklə məşğul olur. Çünki, yuxarıda qeyd etdiyimiz faktların hər biri ciddi qanun pozuntularının varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları, bu gün də istehlakçıları aldadan və “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisədə lazımi araşdırmalar aparacaq, həmçinin qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını da atacaqlar. Yəqin ki, o halda istehlakçıları “GÜVƏN” suyu adı altında aldadan həmin müəssisənin “çirkli biznes”inə birdəfəlik son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P.S.Biz də redaksiya olaraq «AQUA LUXE» su şirkətinə məxsus olan su qablarının üzərində qeyd olunan nömrəyə zəng edib istehsalçı Məhəmməd bəyə zəng edib fəaliyyətləri ilə maraqlandıq. O, bildirdi ki, biz artıq fəaliyyət göstərmirik, su satışı ilə də məşğul deyilik. Sabahı gün eyni nömrəyə müştəri qismində zəng edib su lazım olduğunu dedik. Məmnuyyətlə deyib suyu hansı ünvana çatdırılmasını soruşdular. Görünür, Məhəmməd bəyin dediyi yalandır. Dəyişən ancaq etiket olub
Mövzu diqqətimizdədir.

Deryaz.az
Ardını oxu...

DogruXeber.az: - 201 №-li orta məktəbin direktoru Əliyeva Afaq Asif qızı barəsində Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Övladı həmin təhsil ocağında oxuyan şikayətçi Məmmədova Miranə Gəray qızı iddia edir ki, bu məktəbdə özbaşınalıq hökm sürür.

“Mən, Məmmədova Miranə Gəray qızı, sizdən xahiş edirəm ki, 210 nömrəli məktəbdə olan problemləri işıqlandırasınız.

Belə ki, məktəbdə direktor tərəfindən tapşırılmış uşaqlara qiymət yazılır. Yəni, bir dəfə də olsun məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırır. Bir valideyn kimi mənə çox maraqlıdır, hansı maraqlara görə direktor bu qədər əziyyət çəkir?

Əlimizdə olan məlumata görə, direktor bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verib. Direktor əlindən gələni edir ki, öz oyunları açılmasın.

Mən bilirəm ki, belə direktorlar çox təəssüf, az deyil. Bəs, Təhsil Nazirliyi hara baxır?! Şikayət edirik, “önəmsizdir” deyib dəstəyi üstünə qoyurlar. Belə iş olar, nəyə görə uşaqlar arasında ayrı-seçkilik yaradırlar?!

Afaq Əliyeva
Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimi yuxarılara çatdırın. Direktorun gəlməyən uşaqlara qiymət yazdırdığı haqda videonu da yazıya əlavə etməyinizi xahiş edirəm”.

 


Ardını oxu...
DİA.AZ: - "Azəriqaz"ın işçilərinin belə bir həssas dönəmdə Qarabağda savaşan döyüşçülərimizdən birinin evinin qazının kəsdiyi iddia olunur. DİA.AZ bildirir ki, bu barədə Aytən Nur adlı istifadəçi iddia ilə çıxış edib.

Ardını oxu...

A.Nur yazır:
"Hal-hazırda döyüşdə olan hərbçinin evinə gəlib "borcun var" deyib qaza blom qoyub gedən "Azəriqaz"ın nümayəndəsinə demək istəyirəm ki, şərəfli olmaq üçün insan olmaq lazımdır. Tək az yaşlı körpəsi olan gənc anaya bu edilməz..

Sənə deyir bu gün borcum nədir ödəyəcəm yoldaşım döyüşdədir.

Adamın düşməni də gərək şərəfli ola..."

İddia olunanlarla bağlı dia.az olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
Ardını oxu...
Kəlbəcər rayonunun Bağlıpəyə kəndinin keçmiş icra nümayəndəsi Qədir İsmayılov Kəlbəcər Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Teref.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onun iddiası Gəncə İnzibati Məhkəməsinin hakimi Firkət Hüseynovun icraatındadır. Qədir İsmayılov işə bərpa olunmasını tələb edir.

Qaynarinfo məsələnin təfərrüatlarını öyrənmək üçün keçmiş icra nümayəndəsi ilə əlaqə saxlayıb. Qədir İsmayılov bizimlə söhbətində bildirib ki, avqustun 23-də işdən çıxarılıb.

"Məni gecə növbətçi yazmışdılar. Vaxtında çata bilməmişdim. İcra başçısı bunu əsas gətirib işdən çıxarıblar”, deyə keçmiş icra nümayəndəsi əlavə edib.
Ətraflı

O, icra başçısının bu qərarını ədalətsiz hesab edir: "Mən həmin olaya qədər işimdə nöqsana yol verməmiş. Bu birinci hal idi. Xəbərdarlıq edilə, töhmət verilə bilərdi. Amma dərhal işdən çıxarıblar”.

Qədir İsmayılov icra başçısının ona qarşı bu sayaq münasibətinin səbəbini anlamadığını deyib. "Bilmirəm nə üçün belə edib. Ona görə də məhkəməyə müraciət etmişəm”, deyə keçmiş icra nümayəndəsi bildirib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdir. O, 2020-ci ildən bu vəzifədədir.

Dünyapress TV

Xəbər lenti