Ardını oxu...
 
Əvvəllər Şəmkir, Gədəbəy, Sabunçu rayonlarının Hərbi Komissarlıqlarında Çağırış Rəisi vəzifəsini icra edən Namiq Orucov, hazırda Suraxanı Rayon Hərbi Komissarlığında Çağırış Rəisi vəzifəsini daşıyır. 
Yuxarıda göstərdiyimiz kimi, əslən Şəmkir rayonundan olan Namiq Orucov Suraxanı Rayon Hərbi Komissarlığında Çağırış Rəisi vəzifəsində işləyir. Əməkdaşlarımızın Suraxanı sakinləri ilə, daha doğrusu, Əmircan kənd sakinləri ilə apardıqları söhbət zamanı onların bildirdiyinə görə, vətəndaşlarla Suraxanı Hərbi Komissarlığının Çağırış üzrə cavabdeh olan vəzifəli şəxsi Namiq Orucovdan böyük narazılıqları var.
Yerli sakinlərin bildirdiyinə görə, Namiq Orucov digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alıb. Amma vətəndaşlar bildirirlər ki, bizim pulumuz Namiq Orucov tərəfindən alınsa da, hal-hazırda övladımız Həqiqi Hərbi Xidmətdədir.
Görünür, Namiq Orucov Arzu Rəhimovun işdən azad olunması ilə əlaqədar heç bir "əməliyyat" yerinə yetirə bilməyib. Yaddaş kitabçasında yağlı hərflərlə qeyd etdiyi şəxslərin heç birinə köməklik göstərməsi mümkün olmayıb. 

Əmircan sakinlərinin söylədiklərinə görə, Namiq Orucov onların övladlarının hərbi xidmətdən saxlanması üçün müəyyən məbləğdə pul vəsaitləri alıb. Amma əldə etdiyimiz məlumatlara görə, məsələni ictimailləşdirdiyimiz gün, yəni bir neçə gün öncə, Namiq Orucov aldığı pulun 3000 manatını qaytararaq, yerdə qalan hissəsini isə 15 gündən sonra sahibinə qaytaracağını bildirib. Biz məsələnin aktuallığını nəzərə alaraq, araşdırmalarımızı davam etdirəcəyik.

 
Ardını oxu...
 
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında arzuolunmaz hadisələr baş verməkdədir
Səhiyyə sistemində hökm sürən arzuolunmaz vəziyyət təkcə sadə tibb işçilərini deyil, həm də ictimaiyyəti narahat edir. Çünki heç kim xəstələnməkdən sığortalanmayıb. Bu halda müayinə və müalicə üçün hara üz tutsunlar? Xəstəxanalarda həkim çatışmazlığı mövcuddur, poliklinikalarda ixtisaslı həkimlər yoxdur, icbari tibb sığortadan yararlanmaq üçün arayış almaq müşkülə çevrilib. Hər il dövlət büdcəsindən səhiyyəyə 2 milyard manata yaxın pul ayrılır, əlavə olaraq işləyən insanlardan aylıq tibb sığorta haqqı tutulur. Ümumilikdə, hər il 5,5 - 6 milyard manata yaxın səhiyyə maliyyə vəsaiti əldə edir. Qarşılığında texniki avadanlıqlar köhnə, tibbi xidmət keyfiyyətsiz, həkim heyətinin bilik və bacarığı bir o qədər ürəkaçan deyil. Bu, azmış kimi, hər yeni təyin olunan müdir, rəis, baş direktor bir növ qansızlıq edirlər. Gözlərini aylıq 280-300 manata dikən sıravi işçiləri hədəfə alıb onları işdən çıxarırlar. Əksər hallarda səbəbdə göstərilmir, sadəcə - mənim idarəetmə üsulum belədir- deyə təkəbbürlü şəkildə bəyan edirlər. Acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyində olanlar da gözə dəymir. Bu da üçtirəliyin nəticəsidir. Səhiyyə nazirliyi TƏBİB-in kitabını oxumaq istəmir, İcbari Tibbi Sığorta da hər ikisini qəbul etmir, TƏBİB də deyir ki, "burada mənəm, Bağdadda kor xəlifə". Biçarə vətəndaşlarda qalıblar bu üçtirəliyin arasında. Bu barədə növbəti yazılarımda daha geniş yazılar qələmə almağa çalışacağam, indi isə sizlərə kimdən deyim, nədən bəhs edim, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında baş verən rüsvayçılıqlardan.
Hər şeyin günahkarı süpürgəçilər və təmizlik işi aparanlardır
Deməli, yuxarıda qeyd etdiyim məsələlər, hazırda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik ("Respublikanski") Xəstəxanasında baş verməkdədir. Yeni təyin olunan baş həkim Elviz Qasımov katibəsini və köməkçisini dəyişib, ətrafına əl gəzdirdikdən sonra başlayıb süpürgəçiləri, həyətdə bağbanlıq edənləri, avtomabil sürücülərini, mühafizəçiləri, sadə tibb işçilərini təmizləməyə. Deyilənə görə, çox qəzəbli və sərtdir, heç kimə güzəşt etmir. Siyahısında olan işçilərin hamısını işdən çıxarır və ya maaşlarını kəsir. Başqa şöbəyə keçirilənlər, sevindiklərindən nəzir paylayırlar. Yeni Baş həkimin şilləvuranları da var. Əsasən də, təsərrüfat şöbəsinin müdiri Faiq müəllim işçilərin üstünə xoruzlanması, anası yaşında qadınları təhqir etməsi əməlli-başlı kollektivdə ciddi narazılıqlar yaradıb.
Baş həkimin şilləvuranları qan-qan deyirlər
Vəziyyət o həddə çatıb ki, narazı işçilər bir araya gələrək yeni baş həkimdən və əsasən də, Faiq Məmmədovdan yuxarı rəhbərliyə və KİV-lərə şikayətlər ünvanlayıblar. Ancaq inandırıcı deyil ki, TƏBİB-in rəhbərliyi haqqı tapdalanan işçilərin yanında olsun. Çünki TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov haqqında elə şeylər danışıb, elə məsələlərdən yazırlar ki, eşidənlərin və oxuyanların ayağının altından yer qaçır. Bu cür ortada olan faktlara baxmayaq sadə tibb işçiləri ədalət tapmaq ümidi ilə TƏBİB –in rəhbərliyinə müraciət ediblər. Xəstəxananın tibb işçilər iddia edirlər ki, ölkənin heç bir xəstəxanasında bu cür özbaşınalıqlar, baş həkimin tətbiq etdiyi özəl qaydalar yoxdur: "Baş həkim Elviz Qasımov klinkanı şəxsi kafesi kimi idarə edir. Daxili əmrlə yeni qrup yaradıb və həmin qrupun üzvlərinin işləri Baş həkimin qara siyahıya daxil etdiyi şəxsləri işdən çıxarmaqdır".
27 ildir ki, ginekologiya şöbəsində təmizlik işləri aparan Cabbarova Atlas Hidayət qızı da Baş həkimin qara siyahısına düşən işçilərdəndir. Atlas xanım deyir ki, səbəb olmadan Faiq Məmmədov ondan otağı tərk etməsini tələb edib: " Soruşdum ki, niyə otağımı boşaltmalıyam ki? - Sən işdən azadsan- dedi. Xəbəri eşidəndə ürəyim əsdi, şəkərim qalxdı, stoluma oturdum. Axı bir böyük ailəm mənim aylıq maaşımla dolanır. İşdən çıxarılsam mənim və ailəmin yaşayışı çox pis ola bilər. Faiq müəllim bir qədər fikirləşdikdən sonra, -yaxşı səni işdən çıxartmırıq, ancaq başqa şöbəyə keçirəcəyik - dedi. Atlas Cabbarova bildirir ki, uzun illərdir ki, eyni şöbədə çalışdığı üçün kollektivə isinişib, bir ailə olublar: " İndi məni ikinci evimdən didərgin salmaq istəyirlər. Çünki Faiq müəllim özünün yaxın qohumunu mənim yerimə gətirmək istəyir. Baş həkim Elvin Qasımov isə işçiləri dinləmək istəmir".
A. Cabbarova haqlıdır Elviz Qasımov elə bir yüksəklikdə oturub qərarlar verir ki, ona əl uzatmaq, sözünü çatdırmaq mümkün deyil. Lakin el məsəlidir: "Dəvədən böyük fil var". Baş həkim Elviz Qasımov və Faiq adlı şilləvurandan da böyük əllər var. Yəqin həmin böyük əllər tibb işçilərinə qarşı edilən haqsızlıqları durduracaqlar.Hər halda biz də belə ümid edirik. Sia.az

 
Ardını oxu...
 

300 minlik Sumqayıt səhiyyəsinə rəhbərlik edən Səkinənin avtobiqrafiyası barədə ölkə mediasında, hətta Vikipediyada 1 cümlə yoxdur.. Sumqayıt Səhiyyə şöbəsinin sabiq müdiri, hazırda Sumqayıt Tibbi Mərkəzin ( Publik Hüquqi  Şəxs ) direktoru Səkinə Sadıxova barəsində 1 ilə yaxındır ki, yazırıq. 
Oxucuya  aydın olması üçün qeyd edək ki, Səkinə Sadıxova  bir neçə il əvvəl, Sumqayıt şəhər səhiyyəsinə ümumi şəkildə rəhbərlik edib. Amma TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaranandan sonra xeyli sayda xəstəxanalar, klinikalar, təcili yardım stansiyaları birləşdirilərək Tibbi Mərkəzlər yaradıldı. Məsələn, 300 min əhalisi olan Sumqayıt şəhərində  əhaliyə  qulluq edən  bütün tibbi müəssisələr birləşdirildi və Sumqayıt Tibbi Mərkəzi ( PHŞ) yaradıldı. 
Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıqova Mərkəzin direktoru olub. 
Təsəvvür edirsiniz, Səkinə Sadıqova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət  daşıyır, tabeçiliyində 7 Sağlamlıq Mərkəzi, 18 tibb müəssisəsi, Təcili Yardım  və s. İndi özünüz  Səkinə Sadıqovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Bunu oxucuda  müəyyən təsəvvür yaranması üçün yazdıq. 
İndi keçək başqa bir məsələyə. Deməli, 300 min əhalinin səhiyyəsinə, sağlamlığına məsul olan şəxsin tərcümeyi-hall, avtobioqrafiyası  barəsində ölkə mediasında, hətta  Vikipediyada bir cümlə tapa bilmədik. İndi sualları Səkinə Sadıxovanın özünə ünvanlayırıq. Səkinə Sadıxova, sən neçənci ildə və harada anadan olmusan..? Səkinə Sadıxova, sən hansı orta məktəbi neçənci ildə bitirmisən..? Səkinə Sadıxova, sən ali məktəbə daxil olmusanmı..? Olmusansa, neçənci ildə və hansı ali məktəbə..., hansı fakültəyə? Neçənci ildə bitirmisən..? Hansı müəssisələrdə işləmisən..? Səkinə Sadıxova, sən göydən zənbillə 300 minlik Sumqayıt səhiyyəsinə düşə bilməzdin ee... Deməli, səni bura qədər gətirənlər var... Yaxın zamanda bu suallara cavab tapmağa  çalışacağıq. 
İndi isə keçək Səkinə Sadıxovanın əməllərinə... Yazının başlığında SS- Səkinə Sadıxovanı...elə-belə yazmadıq... SS – insanlara qarşı amansız davranmaq, hətta faşist hərəkətləri etmək anlamını verir... İndi deyəcəklərimizdən özünüz nəticə çıxardın. 
Deməli, Səkinə Sadıxova tabeçiliyində olan Təcili Yardım Stansiaysının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələrini özünüz cibinizdən alın. Və nəticədə  təcili yardım xəstəyə yetişənə qədər xəstə dünyasını dəyişir. Səkinə Sadıqova benzini, yanacağı, ehtiyyat hissələrini satıb  belinə  yüz minlik kəmər taxır.... Səkinə Sadıxova dövlətin xəstələrə verdiyi dərmanları, qida və ərzağı  satır...milyonlar qazanır... 
İndi özünüz deyin  xəstənin yeməyini, dərmanını satan adam SS-dir, yoxsa, yox...? Hələ bu harasıdır..? Səkinə Sadıxova heç bir təhsili olmayan, uzun illər toylarda-vaylarad  aşpaz olan, sonradan 44 yaşında  Gürcüstandan saxta diplom alan  Elnarə Arif qızı Məmmədova adlı  birisini, Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə  müdir təyin edib. Biz  Elnarənin diplomunun saxta olduğunu bilirik. İndi tələb edirik ki, Səkinə Sadıxovanın diplomuna aydınlıq gətirlisin. 
Eyni zamanda onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır. 
Buyurun tanış olun, Səkinə Sadıqovanın 3 milyondan çox yeyintisi üzə çıxıb. Səkinə Sadıqova bütüb tibb müəssisələrinə əmr verərək bildirib ki, mən bu pulu tək yeməmişəm, sizinlə bölmüşəm. Səkinə Sadıqova 2021-2022-ci illərdə  saxta tenderlər keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini Araz Nəsirov dayanıb. Hətta, Səkinə Sadıxova hər yerdə bildirir ki, nə qədər ki, Araz Nəsirov TƏBİB-də işləyir, məni vəzifəmdən heç kim çıxara bilməz. Nə qədər Araz Nəsirov var, mən də olacağam.
Məlumat  üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir. 
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıqova yavaş-yavaş Kürdəxanıya yaxınlaşır. Təzə məkanın mübarək, Səkinə. Molla sənə dua-zad yazsa da xeyri yoxdur.

15
sentyabr
18:39
Ardını oxu...
 

Guya bundan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyevin xəbəri yoxdur..? 
Lal-kar uşaqlar üçün cihazları ölkəyə gətirən “Kochlear” şirkəti Vüqar Qurbanova məxsusdur…   
Biz bir media olaraq dəfələrlə yazmışıq ki, idarəetmədə paralellik cəmiyyətdə  ciddi problemlər yaradır. Lap loru dildə desək, vətəndaşlar düşünür ki, Səhiyyə Nazirliyi varsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) nədir, yaxud əksinə...? Və beləcə vətəndaşlar bu iki qurum arasında qalırlar. Yüzlərlə şikayətçi tanıyırıq ki, deyir TƏBİB-ə gedirəm, deyir bizlik deyil, Səhiyyə Nazirliyinə müraciət edin, yaxud əksinə, Səhiyyə Nazirliyinə gedirəm, deyir TƏBİB-ə müraciət edin... Bax, beləcə ölkə vətəndaşları obrazlı desək, ŞAP-la ŞUP-un arasında qalır... Bir neçə ildir yaradılmasına baxmayaraq TƏBİB və onun rəhbərliyi Azərbaycan səhiyyəsini bir neçə ildə az qala 100 il geri atıblar. 
Təsəvvür edirsiniz, bu gün hansı xəstəxananın hansı quruma, Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə tabe olmasını müəyyən etmək üçün 1 saat axtarış etməlisən. Bu hələ azmış  kimi TƏBİB ona aid olan xəstəxanaları birləşdirib Allah qoymasa hüquqi şəxs - Tibbi Mərkəzlər yaradıb. 
Sözün qısası, İcbari Tibbi Sığorta üzrə  Dövlət  Agentliyi  ( sədr  Zaur Əliyev )  və onun tabeçiliyindəki  TƏBİB ( icraçı direktor  Vüqar Qurbanov )  ölkə səhiyyəsini öz şəxsi bizneslərinə çeviriblər. 
Deməli, təcrübəli, savadlı kadrlar vəzifəsindən uzaqlaşdırılır, ancaq dost-tanış, qohum-əqrəba vəzifələrə  gətirilir. Ən başlıcası isə Vüqar Qurbanovların istədikləri bir əldə cəmləşir. İndi konkret olaraq TƏBİB-in bəzi rüşvət və korrupsiya “proje”lərindən bəhs edəcəyik. Konkretlik üçün qeyd edək ki, dünyada 1000 doğulmuş uşaqdan 19-24-ü lal, kar olur. Azərbaycanda isə yaxın qohumların nigahı daha çox olduğuna görə, fiziki qüsurlu uşaqların doğulması faizi daha yüksəkdir. Bu uşaqlar adətən eşitmə cihazı taxır ki, onlar əlil qalmasın. Bu proses Azərbaycanda 2010-cu ildən tətbiq olunmağa başlayıb. Əvvəllər ildə 200 nəfər əməliyyat olunsa da, artıq belə bir limit yoxdur. Dövlətimiz vətəndaşlar üçün hər şey edir. Amma bəzi məmurlar öz şəxsi maraqları üçün bundan da milyonlarla qazanc götürürlər. Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazları ölkəyə gətirən TƏBİB-in direktoru Vüqar Qurbanova məxsus olan “Kochlear” şirkətidir. Bizdə olan məlumata görə, bu cür əməliyyatlar ən çox “Lor hospital”da həyata keçirilir ki, buranın sahibi də bəllidir. İcraçı direktoru Vüqar Qurbanovun yaxın dostu Hansiyar Babayevdir. 
Qeyd edək ki, bu cihazlar Azərbaycanda dünyadakından tam 3 dəfə baha satılır. Vüqar Qurbanov bu limitin ləğvini TƏBİB-in direktoru olduqdan sonra etdi. Və bu yolla milyonlar qazanırlar. Guya bu boyda əməllərdən İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevin xəbəri yoxdur..? Xəbəri  var, özü də əla. İnsanların səhhəti üzərində şərikli biznes qurublar. 
Təsəvvür edirsiniz, fiziki qüsurlu, lal-kar uşaqların üzərində biznes qurub milyonlar qazanmaq…Üstəlik bu cihazlar dünyadakı qiymətlərdən 3 dəfə baha… Bunlar başa düşmür ki, başqasının bədbəxtliyi üzərində qurulan nə varsa bir gün sahibinin başına uçacaq… Cənab Prezidentimiz əbəs yerə demir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun… Vüqar Qurbanovun tenderləri öz yaxınlarına satması və s barədə mediada çox yazıldığı üçün təkrar yazmırıq. 
Bəli, TƏBİB rəhbəri Vüqar Qurbanov tender məsələlərində istəyinə nail olması üçün bütün var gücü ilə Yeni Klinikaya öz adamlarını yerləşdirməyə calışırdı və buna da nail oldu. Hazırda İTS-in tenderlərinin ən böyük qaliblərindən biri “Vitta” şirkətidir. Belə ki, bu şirkət ümumi məbləği 2 milyon manat dəyərindən artıq olan Endoskopik dəst tenderinin qalibi olub. Bəs bu şirkət kimindir və Yeni Klinika ilə bu tenderin hansı əlaqəsi var? Kiçik araşdlrmadan sonra məlum olur ki, tenderin qalibi elan edilmiş “Vitta” şirkəti Yeni Klinikanın direktor müavini İlqar Mustafayevin atası Valeh Mustafayevə məxsusdur. Bəs Yeni Klinika direktorunun İnzibati məsələlər üzrə müavini İlqar Mustafayev kimdir, harada təhsil alıb, hansı peşənin sahibidir? Nə qədər araşdırma aparsaq da, İlqar Mustafayevin rəsmi təhsili barədə heç bir məlumat əldə edə bilmədik. Bircə onu öyrənə bildik ki, İlqar Mustafayev bir müddət Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “Astoria” klinikasında çalışıb. İlqar Mustafayev “Astoria” klinikasında işləyərkən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə külli miqdarda “pul atdığından” yanından uzaqlaşdırıb. Amma vəzifə pillələrində sürətlə irəlliləyən Mustafayevlərə bu dəfə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaxından köməklik göstərib. 
Onu da bildirək ki, Zaur Əliyevlə İlqar Mustafayevin qardaşı, Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev yaxın dostdurlar. Odur ki, aradan qısa bir müddət keçmir ki, İlqar Mustafayev Zaur Əliyevin dəstəyi ilə Milli Hematologiya Mərkəzinin İnzibati İşlər üzrə direktor müavini təyin edilib. Hematologiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyinə verildiyinə görə, İlqar Mustafayev 2022-ci ilin dekabr ayının 28-i tələsik şəkildə “Yeni Klinika” Publik Şəxsin direktor müavini təyin edilir. Belə təcili qərar üçün səbəb nə idi? Yeganə səbəb o idi ki, həmin zaman Yeni Klinikanın böyük tenderləri var idi. Beləliklə İlqar Mustafayevin orada olması şərt idi ki, atasına məxsus “Vitta” şirkəti oradan pay götürsün. Bütün bu məsələlərin hamısını koordinasiya edən isə TƏBİB rəhbəri Vüqar Qurbanov şəxsən özü idi. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. REDAKSİYADAN: Daxil olan son məlumata görə, TƏBİB-də kadr dəyişikliyi olub. İnsan Resursları (HR) üzrə tanınmış mütəxəssis Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib. TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun əmri ilə Emin Xasiyev TƏBİB-in İnsan Resurslarının İdarəedilməsi Departamentinə direktor təyin olunub. Qeyd edək ki, Emin Xasiyev bundan əvvəl Respublika Kliniki Xəstəxanasında rüşvətə görə xaric edilmişdir.
Ardını oxu...
Bir neçə həftə əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramında, İmişli rayon bələdiyyəsinin özünün sözlərinə görə rayon İcra Hakimiyyəti ilə əlbir olub qanunsuz işlər gördüyününün - "ölü canlar" saxladığının anonsunu vermişdik.

Təkrar olaraq, xatırladırıq ki, bir müddət əvvəl redaksiyamıza İmişli rayon sakini Əkbərova Əsmər Allahyar qızı tərəfindən müraciət daxil olub.
Xanım müraciətində bildirir ki, "Maddi vəziyyətim çox ağırdır. Ailəmdə kimsə işləmədiyi üçün övladlarımı dolandırmaq üçün əziyyət çəkirdim. Bununla bağlı ünvanlı sosial yardım üçün İmişli rayonunda Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə bildirdilər ki, ünvanlı sosial yardım aztəminatlı ailələr üçün nəzərdə tutulub. Yalnız, minimum əmək haqqı ilə işlədiyim halda mən də bu yardımdan yararlana bilərəm.

Hər hansı bir işlə təmin olunmağım üçün İmişli rayon İcra Hakimiyyəti başçısınndan xahiş etdim. Bundan sonra, İmişli rayon Bələdiyyəsinin sədri Mehman İsmayılov məni rəsmi olaraq (yalnız kağız üzərində) işlə təmin etdi və maaş kartını mənə verərkən bildirdi ki, "hər ay bu karta köçən məbləği çəkib mənə gətirəcəksən". Bir neçə ay belə də etdim. Mənə ünvanlı sosial yardım təyin edildi, adım isə kağız üzərində şəhər bələdiyyəsində işçi olaraq gedirdi. Mehman İsmayılovun tapşırdığı kimi hər ay onların verdiyi maaş kartına köçən məbləği aparıb ona verirdim. Sonra ehtiyacım yarandı 2-3 ay karta köçən maaşın üstündən 15-20 manat götürməli oldum.

Belə olan halda Mehman müəllimin mənə acığı tutdu və bu barədə İcra başçısı Elçin Rzayevə məlumat verdi. Elçin Rzayev məni otağına çağırıb, elə Mehman müəllimin yanında danladı ki, "niyə pulun üstündən götürürsən? Axı sən bilirsən o pul sənin deyil". Mən də çox utandım və söz verdim ki, bu hal bir də təkrar olunmayacaq.

Sonrakı aylardan birində elə oldu ki, övladım xəstələndi və onun müalicəsi üçün həqiqətən ehtiyacım yarandı. Məcburiyyət qarşısında qalaraq, karta köçən məbləğin hamısını xərclədim.
Bu səbəbdən də mənim xəbərim olmadan Mehman İsmayılov məni 70-in "Ç" bəndi ilə işdən çıxarıb. 4-5 ay idi ünvanlı sosial yardım alırdım, ordan da yardım dərhal kəsildi. İndi nə o maddə ilə heç yerdə işləyə bilmirəm, nə də ünvanlı sosial yardım almıram, övladlarım evdə acdır".

Xanım hətta telefonla danışarkən bildirdi ki, bu kimi faktlar İcra Hakimiyyəti və şəhər bələdiyyəsində 10-larladır.

Qeyd edək ki, Əsmər Əkbərovanın müraciət ilə bağlı biz bələdiyyə sədri Mehman İsmayılov ilə də telefon əlaqəsi saxladıq.
Mehman İsmayılov məlumatı təsdiq etdi, hətta Elçin Rzayevin də məsələdə qatqısı olduğunu bildirdi və xanımın işə getmədiyi halda hər ay maaş aldığını da vurğuladı.

Qeyd: Mehman İsmayılovla telefon danışığımızın səs yazısı və xanımın iddialarını təsdiq edən dəlillər maddi sübut olaraq redaksiyamızın arxivində saxlanılır.

Biz bütün bunlar barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər aidiyyatı qurumlara rəsmi sorğular göndərmişik və lazım gələrsə, əlimizdəki maddi sübutları da təqdim edəcəyimizi də vurğulamışdıq. Lakin, təəssüflər olsun ki, kifayət qədər zaman keçməsinə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən rəsmi müraciətlərimizə hələ də heç bir cavab göndərilməyib. Məsələ bu cür davam edərsə - aidiyyatı qurumlar məsələylə bağlı hər hansı tədbir görməzsə, biz növbəti günlərdə sözügedən dəlilləri ictimaiyyətə təqdim etmək məcburiyyətində qalacağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Azərbaycanlı iş adamı öz ölkəsində ona qarşı edilən qanunsuz əməllərlə bağlı aidiyyəti qurumlara şikayət ünvanlasa da, hüquqlarını bərpa edə bilmədiyini deyir.
Teref.az yazır ki, bu barədə oxu.az-a elə şikayətçinin özü, “ELLLIS CATERING” MMC-nin təsisçisi, iş adamı Cəmil Tağıyev müraciət edib.
C.Tağıyev deyir ki, 2020-ci ildə sözügedən restoran hələ başqaları tərəfindən icarədə olanda o, həmin iaşə obyektinin marketinq işlərini aparıb:
“Həmin ərəfələrdə mən marketinqlə bağlı yardım edirdim. Lakin sözügedən obyektin sahibi artıq onlarla işi dayandırmaq istəyirdi. Mən öz təşəbbüsümlə həmin obyekti icarəyə götürüb işlətmək istədiyimi bildirdim. Beləliklə 2021-ci ildə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 12 ünvanında yerləşən Hicran Ağacavad qızı Şahmarovaya məxsus olan qeyri-yaşayış sahəsini müqavilə əsasında 4 il müddətinə icarəyə götürdüm. Prosesləri Hicran Şahmarovanın etibarnamə verdiyi Natiq adlı şəxs aparırdı. Borc-xərc tapıb həmin obyektdə restoran açmaq məqsədilə əsaslı təmir işləri gördüm. Reklam lövhələri, müasir avadanlıqlar, işıqlandırma sistemi, bahalı qablar, servizlər və s. aldım. Ümumilikdə təqribən 100 min manata yaxın vəsait xərclədim. Fevral ayında açılış etdik və hər gün şou-proqramlı bir ailəvi məkan kimi fəaliyyət göstərdik. Bu işi bildiyim üçün sərmayə qoydum ki, uzunmüddətli perspektivdə həm qoyulmuş pulu çıxaracağam, həm də müəyyən gəlir əldə edəcəyəm. Bakıda fəaliyyət göstərən restoranlar içərisində bizim məkan istər menyusu, istər proqramları, istərsə də atmosferi ilə digərlərindən seçilirdi. Lakin arada bu Natiq adlı şəxs yanında Əfqan adlı biri ilə işlərimə müdaxilə etməyə başladılar. İşə götürəcəyim, işdən çıxaracağım şəxslərlə bağlı göstəriş verməyə, menyuya və digər məsələlərə diktə etməyə çalışdılar. Mən onların dediyi bir neçə şəxsi işə götürdüm, amma obyektdə ən xırda söhbət belə kənara çıxmağa başladı. Mən artıq ədalətli şəkildə səhv edən işçiləri çıxarmağa başladım”.
C.Tağıyev deyir ki, H.Şahmarova ilə bağladığı müqavilənin müddəti 4 illik olsa da, qiymətlərin qalxdığını deyərək artıq pul tələbinə başlanılıb:
“Mən aylıq 2 min manat icarə ilə 4 illik müqavilə bağlamışam. Ödəmələrdə də heç bir gecikmə olmayıb. Hətta mən onlara bu icarə haqqı ilə yarım ilin ödənişini etmişəm ki, işimi davam edim. Onlar da mənimlə razılaşıb 5 aylıq 10 min manat pulu götürüb getdilər. Bir kağız yazıb verdilər mənə. Lakin bir müddət sonra həmin Əfqan adlı şəxs gəlib mənə obyektdən çıxmalı olduğumu dedi. Mən “danışıqlar, razılaşmalar, müqavilə var”, – deyib etiraz etdim. Amma onlar israrla mənim çıxmağımı dedilər. Mən də bura qoyduğum xərci mənə geri ödəyəcəkləri halda çıxmağı qəbul etdim. Onlar isə mənə dedilər ki, “sənə bir qəpik də verilməyəcək”. Avqust ayının ortasında mənim işçilərimi küçəyə atıblar. İşçilərim belə gəlmədən qeyri-qanuni şəkildə obyektə daxil olub, axşamdan qalan masaları və s. bəhanə edərək şikayət etdiklərini dedilər. Orada çəkiliş etdilər, mən çəkiliş edəndə isə telefonumu alıb yerə vuraraq sındırdılar. Bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazaraq üzərimə hücum çəkildiyini, telefonumun sındırıldığını dedim. Polis isə mənə məsələnin məhkəmə prosesi ilə həll edilməli olduğunu dedi”.
C.Tağıyev obyektin ona təhvil verildikdən 6 ay sonra həmin yer sahibi tərəfindən başqa şəxslərə icarəyə verildiyini deyib:
“Obyekt mənə icarəyə verildiyi qiymətdən 3-4 dəfə artıq qiymətə üçüncü şəxslərə icarəyə verilib. Pozulmuş hüquqlarımın bərpa edilməsi üçün vəkil tutdum və məhkəməyə müraciət etdim. Bakı Kommersiya Məhkəməsinin 27.05.2023-cü il tarixli qətnaməsi ilə H.Şahmarovanın hərəkətləri qeyri-qanuni hesab edilib. Mənim obyektdən istifadə hüququm bərpa edilib və H.Şahmarovanın üzərinə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulub. Məhkəmə qərarının 2022-ci ilin dekabr ayından icraya yönəldilməsinə baxmayaraq, H.Şahmarova icra sənədi üzrə tələbi yerinə yetirməyib, icra məmurunun qanuni çağırışlarına gəlməyib. Məhkəmə qərarının icrasından yayındığına görə cari ilin iyul ayının 7-də Ədliyyə Nazirliyinin Səbail rayon İcra və probasiya şöbəsi borclunun axtarılması haqqında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Nəhayət, 24.07.2023-cü il tarixdə borclu H.Şahmarova axtarışa verilib.
Polis araşdırması zamanı bəlli olub ki, o, Azərbaycan hüdudlarından kənardadır və 05.08.2023-cü il tarixdə respublikaya geri dönəcək. Lakin buna aid heç bir sənəd yoxdur. Bildiyiniz kimi, şəxs respublika üzrə axtarışa verildikdə o, Azərbaycan Respublikasına daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən saxlanır və axtarışı vermiş quruma məcburən gətirilir. Bundan sonra Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayev tərəfindən Nərimanov Rayon Polis İdarəsinə axtarış işinə xitam verilməsi haqqında məktub ünvanlanıb. Borclu bu vaxta qədər icra məmurunun heç bir çağırışına gəlmədiyi təqdirdə Anar Qocayev “zərurət aradan qalxdığı üçün” axtarış işinə xitam verilməsini istəyib. Guya H.Şahmarova dəvət edilib, izahat yazıb ki “etiraz eləmirəm, maneçilik törətmirəm, işləsinlər”. Bu isə kompüterdə yazılıb. Nə şəxsin imzası var, nə də əlyazma formasında izahat nüsxəsi var. Bunun əsasında şəxsin axtarışını da saxlayıblar. Anar Qocayevin bu qeyri-qanuni hərəkəti ilə bağlı dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə əlaqə saxladıq. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində bizi qəbul edən rəsmi nümayəndəyə şikayətimizi bildirdik. İcra məmuru Səbuhi Əhmədovun öhdəliyində olduğu işi qanunamüvafiq formada icra etmədiyini, Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayevin məsələ ilə bağlı qanunsuz qərar verdiyini bildirdik. Lakin təəssüf ki, heç bir tədbir görülmədi.
Axtarışın götürülməsi haqqında məktubun hansı səbəbdən verilməsini öyrənmək üçün Səbail rayon İcra və probasiya şöbəsinə getdim, lakin məsələni aydınlaşdıra bilmədim. Maraqlıdır ki, Anar Qocayev axtarış üçün zərurətin aradan qalxdığını dedikdə nəyi nəzərdə tutur? İcra şöbəsi hansı səbəbdən axtarışın dayandırılması barədə müraciət edib? Təəssüf ki, aidiyyəti üzrə şikayətlərim bütün aidiyyəti orqanlarda cavabsız qalıb. Məhkəmə sistemi ədalətli qərar qəbul edir, lakin icra şöbəsi qərarın icrasına maneə yaradır və məhkəmə qətnaməsi bir kağız parçası kimi qalır. Əgər sahibkar investisiya yatırıb fəaliyyət göstərir, dövlət büdcəsinə vergi ödəyirsə, lakin dövlət sahibkarın haqlı mənafeyini müdafiə edə bilmirsə, o zaman bu məhkəmə institutu niyə lazımdır?! Niyə lazımdır notarial qaydada müqavilə bağlamaq, niyə lazımdır mediasiyaya, sonra məhkəməyə müraciət etmək, onlar üçün rüsumlar ödəmək?!”
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsək də, müraciətimizə heç bir cavab verilmədi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qarşı tərəfin etibarnamə ilə proses üzrə məsul şəxs hesab etdiyi Natiq Haşimov isə onlar barədə C.Tağıyevin irəli sürdüyü iddiaların əsassız olduğunu deyib:
“Qarşı tərəfin irəli sürdüyü iddialar həqiqəti əks etdirmir. Biz bu proseslə bağlı iki məhkəmə prosesində qalib gəlmişik. Hələ də məhkəmə prosesi davam edir. Proses yekunlaşdıqdan sonra mən yekun qərarla bağlı ictimaiyyətə məlumat verəcəyəm”.
 
Ardını oxu...
Kənardan baxanda əslində, o qədər də yeyintili yer təəssüratı bağışlamır. Hər halda, gömrük, vergi kimi sahələrin adı çəkiləndə Mədəniyyət Nazirliyini arxa plana keçiririk, bəs burda nə var eee.. deyingən xalq artistləri və bir də tarixi abidə olan daş-qaya... Amma burası Azərbaycandır və unutmayın ki, burda kimliyindən asılı olmayaraq hər kəsin pulu elə daşdan çıxır...

Mədəniyyət Nazirliyimiz isə bir ayrı məzədir. Təsəvvür edin, illər uzunu Əbülfəs Qarayev buraları çapıb-taladı və günlərin birində Dövlət Baba nəhayətdə qəzəbli baxışlarını ona sarı çevirdi: nəticəsi həbslər oldu... Amma oralar o qədər korlanmışdı ki, Qarayevin yerinə gələnlər də yeyintini xavam etdirdi və yenə də Dövlət Baba qəzəbləndi: yeni həbslər...

Baş verənlər isə bu qurumun mayasını korlamış və mədəniyyətimizə ayrılan büdcə pullarına öz ailəsi ilə şərik getmiş Əbülfəs müəllimin işinə yaradı. Yəni o rahatlıqla deyə bildi ki, oğru elə təkcə mən deyiləm ki...

Bundan sonra onu axtaran, ondan ayın tarixini soruşan da olmadı. Çünki adam haqlı idi. Yeganə oğru o deyildi...

Amma atalarımızın bir yaxşı sözü də var: cidanı çuvalda gizlətmək olmaz. Olmur da... Əbülfəs müəllim də dövlətimizdən xırıd etdiklərini gizlədə bilmir... Bunu isə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli ifşa edib. C.Həsənli aşağıdakı fotoları təqdim edərək yazır:
Ardını oxu...
Ardını oxu...

"Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev yayı İspaniyanın San Pedro Alkantara çimərliyində istirahət edib, təknədə balıq kababı yeyib, nəvələri ilə vaxt keçirib".
Ardını oxu...
Hə, keçmiş nazirimizdən narahat olmayın... Şükür... yaxşıdır... Elə onun bizdən - dövlətimizdən oğurladıqları da şükür ki yad əllərdə deyil... Əbülfəs müəllim asta-asta xırıd edir...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Amma bilmirik... danışmaq istəyərmi və ümumiyyətlə, danışsa, nədən danışacaq...
Ardını oxu...
"Zəfər Qurbanovun rektor təsdiq olması göstərdi ki İnam Kərimov hələ də aqrar sahəni idarə edir. Nazir Məcnun Məmmədov bölgələrdə vətəndaş qəbulunda sabiq nazir və onun yarıtmaz kadrlarının aqrar sahədə etdikləri rüşvət və özbaşınalıqlar və haqsızlıqları, şikayətləri görsə də, İnam Kərimovun bir kadrını belə nə cəzalandırıb, nə də dəyişdirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə iddia olunur.

Məqalə müəllifi daha sonra bildirir: "Elə bu kadrlardan biri də Zəfər Qurbanovdur ki, İnam Kərimov Zəfər Qurbanovu rektor vəzifəsinə "müvəqqəti əvəz edən" kimi təyin etdi və Məcnun Məmmədov rektorluq təsdiqini etdirdi. Sabiq rektor İbrahim Cəfərov vəzifəsindən azad edilib yerinə Zəfər Qurbanovun təyinatından bu yana prorektor təyin edilənlər belə aqrar sahədən kənar şəxslərdi.

Zəfər Qurbanov Aqrar Universitetə təyinat aldığı gündən bəri haqsızlıq və özbaşınalıq höküm sürür. Elə Zəfər Qurbanovun rektor vəzifəsini icar edən dövrdə dekan Famil Nəsibovu təkrar korrupsiya əməlinə görə həbs olunması çox ciddi mətləblərdən xəbər verməkdədir. Famil Nəsibov Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda direktor işləyən dövrdə korrupsiya əməlinə görə sabiq nazir Heydər Əsədov araşdırılması üzrə adiyyəti qurumlara araşdırılması və cəzalandırılması üçün tapşırıq vermişdi. Famil Nəsibov qohumları sayəsində həbsdən yaxasın qurtarmışdı. İnam Kərimov nazir təyinatından sonra Famil Nəsibov rüşvət əməllərinə baxmayaraq dekan vəzifəsinə təyin edildi. Hal hazırda təkrar rüşvət almaya görə işi məhkəmədə olan və məhkəmə qərarı ilə tutdurduğu dekan vəzifəsindən azad edilən Famil Nəsibova Zəfər Qurbanov rektor təyin olunan kimi müəllim kimi "Terapiya, mamalıq və cərrahiyyə kafedrasının müdürü Gənciyev İlqar Famil Nəsibovun adına 1.5 ştat vahidi dərs yükü ayrılıb. Hələ məhkəməsi 29 sentyabrda təkrar rüşvət alam faktları ilə məhkəməyə çıxan Famil Nəsibov Gəncə Ağır Cinayətlər Məhkəməsindən bərat alacağını və azadlığa çıxacağını bildirim.

Görünəni odur ki Ali Məhkəmənin sədri təyin edilən İnam Kərimov yenə də Famil Nəsibovun dadına çatıb və tapşırıq verərək həm müəllimlik peşəsinə və təkrar rüşvət alma ittihamından yaxasın qurtarmasına dəstək olacaq..."

DAVAMI VAR...

Bütün iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Oğuz şəhəri, H.Əliyev pros. Ev 16 da yaşayan Xalid Seyidov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş DYP -nın Şəki Regional MERO nun mənə məxsus avtomobilin texniki baxışdan keçirilməsinə icazə verməməsindən giley edir. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident! Bu gün sentyabrın 14-də mən şəxsi VAZ 2101 markalı, 48BF288 nömrəli avtomobilimlə növbəti müddət üçün texniki baxışdan keçmək üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 8 saylı İmtahan -qeydiyyat şöbəsinə gəlmişdim. Xatırladım ki, 8 ay əvvəl mənə məxsus avtomobilin dam örtüyünün ağ, kuzov hissəsinin isə göy rəngdə olmasına görə texniki pasportda DYP-da belə də qeydiyyat aparılmışdır.

Bu gün isə mənim avtomobilimin qəti surətdə texniki baxışdan keçirilməsindən imtina etdilər. Səbəbini də dam örtüyünün fərqli rəgdə olmasıilə əlaqələndirdilər. O zaman niyə 8 ay əvvəl həmin idarə mənə texniki pasport verirdi? İndi də deyirlər ki, get damı rənglət sonra gələrsən baxarıq.
Mən fiziki şəxsəm. Əgər belə qanun mövcuddursa zəhmət çəkib təqdim etsinlər. Edə bilmirlərsə, mən fiziki şəxsin bu məsləyə görə heç bir təqsiri və məsuliyyəti ola bilməz.

Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Heç bir sübutedici sənəd təqdim etmədən kefləri istəyən sürücünün avtomobilini belə bəhanələrlə cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb.

Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, Şəki DYP əməkdaşlarının mənim qarşımda qoyduqları süni tələbin əsassız olmasına görə məni süründürməçilikdən və vaxt itkisinə yol verməməyim və əlavə maddi ziyana düşməməyim üçün məslənin DİN-nin BDYP İdarəsi səviyyəsində arayış təqdim edilməsinə göstəriş verəsiniz".

Məsələ ilə bağllı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
Qida Təhlükəsizliyi Agentliyi təhsil müəssisələrində bufetlərin fəaliyyətinə nəzarət edəcək.

Qurumun sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib ki, keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, məktəb bufetlərinin fəaliyyətinə nəzarət əhəmiyyətli məsələdir:

"Bu gün məktəb bufetlərində standartlara uyğun olmayan malların satışı həyata keçirilir, xüsusən də qazlı içkilərin. Rayonlarda daha çox rast gəlinir belə hallara" .

Ekspertin sözlərinə görə, AQTA işinin öhdəsindən lazımınca gələ bilmir:

"Qida Təhlükəsizliyi Agentliyi çoxdan nəzəri məsələlərdən praktiki məsələlərə keçməli idi. Qida zəncirinin izlənməsini həyata keçirmək istəyirlər, lakin hələ bundan çox uzaqdırlar. Küçədə qanunsuz kəsimlər yığışdırılmayıb, antisanitar bufetlər, istirahət mərkəzləri öz işindədir.

AQTA-nın təşəbbüsü ilə Azərbaycanda qida təhlükəsizliyinin təminatı mövzusunda beynəlxalq konqres keçirilir. Təəssüf ki, qida sahəsində ictimai rəy formalaşdıran insanların heç biri ora çağırılmayıb. Azərbaycan ÜST-ün uzumömürlülər siyahısında 190 ölkə arasında 120-ci yerdədir. Dahi Hippokrat demiş, "nə yeyiriksə, oyuq".

Qoşqar Təhməzli bir dəfə getsin 8-ci kilometr bazarında toyuq məhsulları satılan yerlərə baxsın. Oradan daim şikayətlər gəlir mənə".
 

Dünyapress TV

Xəbər lenti