Ardını oxu...
TEREF.AZ yazır ki, ötən ay Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş həm şübhəli, həm maraqlı, həm də müəmmalı bir tender prosedurunun nəticəsi barədə məlumat yaymışdı. Xatırladaq ki, məlumatdada bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Redaksiyanın araşdırma qrupa həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Kürəkəni Rəhman Penitensiar Xidmətin 2013-cü ildə istifadəyə verdiyi Şəki Cəzaçəkmə Müəssisəsinin tikintisinə rəhbərlik edənlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına gəlincə. Məlumatlı mənbənin bildirdiyinə görə Xanım Ağaməmmədovanın əvvəllər olduğu kimi, burada da şübhəli maliyyə əməliyyatlarının həyata keçirəcəyi istisna deyil. Belə ki, hazırda Bakı şəhərində və bölgələrdə “Kristal Abşeron” MTK tərəfindən tikilmiş və satılmayan mənzillər məhz Xanım Ağaməmmədova vasitəsi ilə əlil olmuş şəxslərə və şəhid ailələrinə satılacaq.

Qeyd edək ki, dövrü mətbuatda yayılmış məlumatlarda “Kristal Abşeron” MTK-nın əsas sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Bir də görsənən odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin deputatı Ağalar Vəliyevlə birləşib şübhəli maliyyə əməliyytları üzrə ustalaşmış, ad çıxarmış bir 72 yaşlı xanımın əli ilə dövlətin əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ayırdığı puldan da silmək istəyirlər.

Biz bir mətbuat orqanı olaraq Dövlət Məşğulluq Ağentliyinə 72 yaşlı Xanım Ağaməmmədovanın hazırda harda çalışdığı barədə sorğu ünvanlamağı planlaşdırırıq. Araşdırmalarımız davam edir.
 
Ardını oxu...
 
 
 
Ad - 00:02
 
7NEWS.az xəbər verir ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin vəzifəli şəxsi ilə bağlı qandonduran video yayılıb. Videoda Mingəçevir şəhər bələdiyyəsinin rəsmisi Fikrət Həsənovun Kür çayında kater sürən şəxslərlə dialoqu yayılıb. Dialoqda Fikrət Həsənov vətəndaşları polis şöbəsi ilə hədələyərək, işləmədikləri halda qovulacaqlarını deyir. Şikayətçilərdən biri "çıxartsalar qoyduğumuz xərci qaytarar dövlətimiz" deyəndə, Fikrət Həsənov "pox da qaytarmayacaqlar, dövlət camaatın halal obyektini sökür, heç nə vermir" deyərək çıxışına davam edir. Videonun təm versiyasını hüquq-mühavizə orqanlarının diqqətinə təqdim edirik. 
Məlumatda o da iddia olunur ki, Fikrət Həsənov Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Mingəçevir Şəhər şöbəsinin sədri İranə Həsənovanın oğludur. İddiada qeyd olunur ki, Fikrət Həsənov bu statusdan istifadə edərək dövlət əmlakını videoda göründüyü kimi "talan" edir.
 
 
 

Ardını oxu...
Bizim bir media olaraq məqsədimiz kimisə qaralamaq, kiminsə əməllərinə kölgə salmaq deyil. Biz istəyirik ki, hər şey olduğu kimi, rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “Düzü düz, əyrini əyri yazaq”, yəni tarixi saxtalaşdırmayaq. O cümlədən də “Çörək Tofiq” deyilən şəxslə də zərrə qədər şəxsi problemimiz yoxdur.
Oxucuya aydınlıq gəlməsi üçün qeyd edək ki, camaat arasında “Çörək Tofiq” kimi tanınan, əslən Qubadlı rayonundan olan Tofiq 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib və... Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə, yəni 1992-ci ildə bu müəssisənin bazasında səhmdar cəmiyyəti yaradaraq saxta yolla sədr seçilib. Məhz Sumqayıt cəbhəçilərinin köməyi ilə.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan..
Təsəvvür edirsiniz, 1992-ci ildə hələ özəlləşdirməyə start verilməmişdi, amma Çörək Tofiq tələm-tələsik cəbhəçilərin əli ilə dövlət mülkiyyətini ələ keçirdi.
Bir az tarixə ekskurs etsək, “Çörək Tofiq”in əsl kimliyini bilə bilərik. Deməli, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub...
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır... Bu hələ harasıdır..? Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdur.
Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər. “Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq. Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..?
Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi. Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir.
Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var. Deyirlər ki, Sumqayıtın bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Fikir verdinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır… Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər. Biz də deyirik ki, xalqın gözü tərəzidir, “Çörək Tofiq”, sənin çəkini əla bilirlər. Qanunlarımız da yaxın zamanda sənə tətbiq olunacaq...
 //gundelik-baku.com//
Ardını oxu...
“Körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı rəy vardı. Qüdyalçay illərdir ki, daş karxanaları tərəfindən istismar olunur. Körpünün sütunları gilin üzərində qalıb. Amma sütunları, özülü bərkitmək əvəzinə, üzərinə asfalt çəkməklə təmir görüntüsü yaratdılar”.

Bunu Meydan TV-yə adının mətbuatda açıqlanmasını istəməyən Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşlarından biri deyib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu barədə rəsmi məktubla müraciət ediblər.

Təxminən 2 il əvvəl körpünün yenilənməsi ilə bağlı agentlik tərəfindən layihə hazırlandığı bildirilib:

“Körpü 1974-cü ildə inşa olunub. Amma qəzalı vəziyyətə düşməsinin səbəbi sel suları deyil, çayın daş karxanaları tərəfindən mütəmadi istismar olunmasıdır. Həmin karxanalar yüksək rütbəli məmurlardan birinə məxsusdur. Çay o qədər istismar olunub ki, dərinləşib. Körpünün üstünə asfalt çəkilməsi də yanlış addım olub, sütunlar daha da yüklənib”.

İcra hakimiyyəti əməkdaşı deyib ki, hadisədən bir neçə gün əvvəl rayon rəhbərliyi həmin ərazidə baxış keçirib, amma körpüdən gediş-gəliş dayandırılmayıb:

“Hazırda həmin yol bağlıdır, alternativ yoldan istifadə edilir. Hansı ki həmin yol bərbad vəziyyətdədir, asfalt örtüyü yoxdur. Hətta vəziyyət elədir ki, tozdan-dumandan maşınların hərəkəti çətindir. Təmir bir neçə ay yubanarsa, yağışlı və qışlı havalarda avtomobillərin hərəkəti daha da çətinləşəcək”.

“Körpünün vəziyyətinə dair məlumatların hazırlanmasında iştirak edənlərin biriyəm. Agentlik bu məsələyə olduqca laqeyd yanaşdı. Həmin vaxtı ölüm və ya daha ağır nəticələr baş verə bilərdi. Biz bunu 2-3 il əvvəldən xəbərdarlıq etmişdik. Nə icra hakimiyyətinin tabe olduğumuz rəsmiləri, nə də agentlik vaxtında tədbir gördü. Əvəzinə təbiət günahlandırılır”, – deyə o qeyd edib.

Rəsmi məlumata görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sentyabrın 14-də respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhəd avtomobil yolunun 27-ci kilometrliyində, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş körpünü uçurub, xəsarət alanlar var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, körpünün söküntüsünə başlanılıb. Yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Lakin inşa işlərinin nə zaman bitəcəyi ilə bağlı məlumat verilmir.

Agentlik sürücülərdən alternativ yoldan istifadə etməyi tövsiyə edib. //meydan.tv//
 

Ardını oxu...
DİA.AZ: - "Bakı Slavyan Universiteti və bu təhsil müəssisəsinin rektoru Anar Nağıyev haqqında məqalədən sonra məlumatın ardı-arası kəsilmir.Eşitdiklərimizi,gördüklərimizi sizə də deyək,bilib agah olun. Anar Nağıyev özündən əvvəlki qalmaqallı rektor Nurlana Əliyevanın adamlarına nədənsə toxunmayıb.Hətta onları qoruyaraq,hər cür şərait yaradıb". Bu barədə DİA.AZ-a göndrilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məsələn,"İnsan resursları" şöbəsinin müdiri Nurlana Əliyevanın əmisi qızı Məhəbbət Əliyevadır.Yəni kadr məsələlərinə bu xanım nəzarət edir."Əcnəbi tələbələr" şöbəsinin müdirini əvəz edən,deyilənə görə nənəsinin biri erməni olan Leyla Musayeva da illərdir Anar Nağıyevin himayəsi altındadır.Deyəcəksiniz olsun da,rektor bəlkə işçiləri fərqləndirməyi bacarır.Əvvəl biz də elə düşündük.Amma biləndə ki,Leyla Musayeva da keçmiş rektor Nurlana xanımın qohumudur,məsələ bir az aydın oldu.Yuxarıda qeyd etdiyimiz Məhəbbət Əliyeva Leyla Musayevanın anasıdır.
Tibb kafedrasının Hicran adlı laborantı isə Nurlana Əliyevanın doğmaca qardaşı qızıdır...
Bir sözlə,Nurlana Əliyevanın özü getsə də adı qalıb.Xələfi Anar Nağıyev işini onun dəsti-xətti üzrə qurub,tökdüklərini yığır.Yəqin "boz kardinal",
"Qoca Mazelli" Ramiz Mehdiyevin adamının adamı olmaq cənab Anar Nağıyevə zövq verir.Nurlana Əliyevanın yolu ilə getməklə özünün 5-ci kolona aid olduğunu hesab edir.
Nurlana Əliyevanın daha bir yadigarı "Beynəlxalq münasibətlər" kafefrasının müdiri,muxalif Demokrat Partiyasının vaxtilə üzvü olmuş Habil Məmmədovdur.Sabiq demokrat indi pis yaşamır.Adil Rəcəbli,Şirinbəy Əliyevin dövründən yağ-bal içində gəzən Habil müəllim indi də tələbələri "kəsə-kəsə" "novostroyka"da özünə isti yuva qurub.Əlbəttə ki Nurlana Əliyeva və onun sadiq davamçısı Anar Nağıyevin sayəsində.
Müxalifətdən söz düşmüşkən,Habil Məmmədov tək deyilmiş.BSU-nun aparıcı kafedralarından hesab edilən "Azərbaycan diplomatiyası" kafedrasının müdiri Əsgər Əhməd bir zaman AXCP sədri Əli Kərimlinin sağ əli olub.
Deyirlər ki,Anar Nağıyev tez-tez ətrafına deyinir.Deyir,başqa yerlərin dekanları,kafedra müdirləri qızıl mağazası işlədir,qaz vurub qazan doldurur,mənimkilərsə,qabağıma şokolad qoyurlar.Dərdi böyük imiş.Yəqin ona görədir ki,magistratura şöbəsinə yeni təyin etdiyi Məmmədtağı Rzayev qısa müddətdə kollektivdə özünə ləqəb qazanıb: Dollar Məmmədtağı.Tərcümə fakültəsinin dekanı Kamran müəllim isə rektorun tənqidindən nəticə çıxardaraq az qala salamı da artıq pulla verir.Ümumiyyətlə,deyirlər ki,Anar Nağıyev bu "bacarığı" ilə heyf olub gedir.Onun yeri təhsil ocağı yox, "Sədərək bazarı"dır.Oranı yaxşı işlədib xeyir verə bilərdi.Onsuzda fikri-zikri alverdi.Elə Bakı Slavyan Universitetini də böyük bir yarmarkaya çevirib.Dillər Universitetində öz yanında işləmiş Elçin,Əzim kimiləri BSU-ya gətirərək onları külli-ixtiyar sahibi edib.Elçin Hüseynov Ukraynadan haranınsa diplomunu alıb.Amma rusca bir kəlmə də bilmir,digər slavyan dillərində heç söhbət gedə bilməz.Bu adam xəritədə slavyan ölkələrinin təxmini yerini belə bilmir.Vaxtilə Dillər Universitetinin yaxınlığında yerləşən hansısa kursda çalışıb,sonra Anar Nağıyev onu "kəşf" edib,indi də BSU-da "diliuzun"lardan biridir.Bu adam hazırda rektorun müşaviridir.Magistr dərəcəsinin olmaması onun irəliləməsinə mane olmur.Hətta tələbə,valideyn,müəllim və digər işçilərin qəbulu günlərində çox vaxt rektorun əvəzinə Elçin Hüseynov iştirak edir.Anar müəllimin yəqin daha vacib işləri var.Amma bəzən istisnalar edir.Məsələn,Pedaqogika kafedrasından uzundonlu "tədbirlər təşkilatçısı" Arzu xanım nədənsə həmişə rektor Anar Nağıyevin otağına qısa ətəyi,dar şalvarı ilə girib-çıxa bilir.Ancaq universitetin ahıl əməkdaşları saatlarla,günlərlə Meskom Əzimin tapıb qəbul otağında otuzdurduğu referent qızların icazəsini alıb rektoru görə bilmirlər.Rektor dəhlizə,auditoriyalara baş çəkəndə isə Həmkarlar Komitəsinin sədri Əzimin,müşavir Elçinin,75 yaşında kafedra müdiriişləyən Piralı adlı şəxsin,80 yaşlı Ənvər müəllimin əhatəsində yaxın düşmək olmur. Keçmiş idman müəllimi,indi BSU Həmkarlar Komitəsinin sədri işləyən Əzim az qalır camaatı əzib keçsin.BSU-da hansısa işin düzəlməsi üçün mütləqdir ki,Əzimin razılığını alasan,ən azı onunla nahar etmək vacib şərtlərdən biridir.Piralı ilə Ənvər isə maraqlı personajlardır.Onların da öz funksiyaları var,müəllimləri qaralamaq və sair qara-qura işlər.
Anar Nağıyevin və bu əlaltılarının sözləri ilə oturub-durmayanları tabe olmayanları sıxışdırıb universitetdən uzaqlaşdırırlar.BSU-nun əsas elmi zümrəsi belə hərəkətlərə dözməyərək oranı tərk edirlər.
Anar müəllimin "yaradıcılığı" o qədər aşıb-daşır ki,yazıb bitirmək olmur.Bu yaxınlarda BSU-nun binasında yanğın olubmuş.Maraqlıdır ki,Anar Nağıyevin göstərişi hamı binadan çıxarılıb,lakin içəridə öz yaxın çevrəsi qalıb.Hələ binada bufetin,yeməkxananın olmadığını da qeyd edim.Əvvəlki yazımda söyləmişdim.Tələbə yataqxanasından da söz açmışdım.Vəziyyət yenə də acınacaqlıdır.
Ən acınacaqlı hal isə odur ki,Bakı Slavyan Universitetində Nurlana Əliyevadan qalma metodlar hələ də işləkdir.Nurlanın dövründə 4-cü kurs tələbələri kütlıvi şəkildə imtahandan kəsdirilirdi.Sonra isə pul tələsinə salınırdılar.
Gəlir gətirdiyi üçün Anar Nağıyev bunlardan məmnuniyyətlə yararlanır.Məsələn,tələbə köçürmələri.Başqa yerlərdən nəyinsə müqabilində BSU-ya savadsız gənclər köçürülür,pulları olduğu üçün savadlı tələbələrdən üstün tutulurlar,imtahanlarda "fərqlənirlər".Bilikli uşaqlar isə bir bal əskik yığdıqlarına görə kəsrə qalıb altqruplara yönəldilirlər.Orada isə müəyyən məbləğ pul köçürülür.Halbuki cüzi bal çatışmazlığı olanda pedaqoji şura,rektor bunu nəzərə ala bilər.Amma rektor başqa şeyi əsas götürür.Məhz bu cür oyunbazlığa qurbanları arasında 44 günlük qalibiyyətimizi qazanmış şəhid,qazilərimiz də olublar.Vətən müharibəsində döyüşmüş şəhid,qazi,veteran oğullar belə rüşvətxorlara görə diplomsuz qalıblar...Deyəsən heç maraqlanan da yoxdur".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin qanunazidd qərar və əmr qəbul etdiyi iddia olunur. Məlumatlara görə İbrahim Əliyev təhsilsiz şəxsləri mədəniyyət ocaqlarında işə götürür.

Halbuki “İdman haqqında” qanuna görə ölkə ərazisində yalnız ali və orta ixtisas təhsilli şəxslər idman dərsləri verə bilər.

Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 66 mədəniyyət müəssisəsi və çoxsaylı musiqi məktəbləri fəaliyyət göstərir. Məlumatlara görə İbrahim Əliyevin kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova təhsilsiz şəxslərin işə götürülməsi ilə bağlı təqdimat yazır və müdirinə möhürlədir. Ayrıca Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin hüquqşünası da var. O, da qanunazidd əməllərə göz yumur.

Qeyd edək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tərkibinə daxil olan mədəniyyət evləri, saray və mədəniyyət mərkəzlərində gecədən səhərədək fitnes klubları fəaliyyət göstərir. İdarənin tərkibində təşkil olunan ödənişli fiziki inkişaf kurslarına ali və orta ixtisas təhsili olmayanlar rəhbərlik edir.

Xatırladaq ki, “İdman haqqında” qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər. Lakin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

DİA.AZ bildirir ki, Bizim.Media-nın araşdırmasına görə hazırda Lökbatan qəsəbəsində fəaliyyət göstərən Ə.Əmirov adına Mədəniyyət Sarayında gecədən səhərədək fitnes və idman dərsləri verilir.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin icazəsi ilə fəaliyyət göstərən fitnes klubun səhərədək fəaliyyəti, eləcə də baş verə biləcək hər hansı xoşagəlməz və ya bədbəxt hadisəyə görə birbaşa məsuliyyət daşıyan Baş İdarənin qanunazidd addımları anlaşılan deyil.

Bundan əlavə 3 ilə yaxındır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində gecə-gündüz fəaliyyətdə olan və fitnes klubuna rəhbərlik edən Eyvaz Hüseynovun da heç bir təhsili olmadığı deyilir.

Halbuki həmin klubda boks üzrə fərdi idman dərsləri vermək üçün Eyvaz Hüseynova Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilk gündən dəstək və icazə verib. Fəaliyyətini isə Baş İdarə öz rəsmi səhifəsində işıqlandırıb.

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə yeni təyin olunan direktor tərəfindən Eyvaz Hüseynovun idman üzrə ali və orta ixtisas təhsili olmadığı üçün fəaliyyətinə məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən tərəflər arasında yaranmış qalmaqal media müstəvisinə qədər gedib çıxmışdı. Maraqlıdır, Gənclər və İdman Nazirliyi tərəfindən həmin şəxsin fəaliyyəti qanunsuz hesab edilsə də, Mədəniyyət Nazirliyindən məsələyə nə etiraz edilir, nə də müvafiq reaksiya verilir.

Ayrıca Eyvaz Hüseynovun atası Fazil Hüseynov və qardaşı Akşin Hüseynov da Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fiziki inkişaf kursuna ödənişli idman dərsləri vermək üçün müraciət ediblər. Hər iki şəxs tərəfindən Baş idarəyə təqdimat da yazılıb. İdarədən təqdimata müsbət cavab verilsə də, mərkəz direktoru idman üzrə təhsili olmayan hər iki şəxslə bağlı əmr verməyib.

Direktorun bu hərəkəti Bakı şəhər Mədəniyyət Baş İdarəsinin növbəti hiddətinə səbəb olub. Baş İdarənin rəisi İbrahim Əliyev direktora mərkəzdə fitnes kluba icazə verməli olduğunu bildirib.

Əmrinə əməl etmədiyi üçün 3 ayın tamamında mərkəzə direktoru işdən çıxarmaq üçün yoxlama da göndərib, lakin direktoru Mədəniyyət Nazirliyindən işə götürdükləri üçün idarə onu vəzifəsindən azad edə bilməyib.

Xatırladaq ki, bu il ölkədə fəaliyyət göstərən idman klublarında iki uşaq ölümü baş verib. Aprel ayında Sumqayıtda 7 yaşlı Fərid Bakarovun tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq vəfat etməsi, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində isə 2020-ci il təvəllüdlü Gülay Məmmədlinin nəzarətsiz qalaraq hovuzda boğulması ölkə gündəmini zəbt etmişdi. Hər iki bədbəxt hadisədən sonra ölkə başçısı Gənclər və İdman Nazirliyinə idman klublarının fəaliyyətinə ciddi nəzarət olunmasını tapşırdı.

Hərçənd ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Nicat Həsənov Qızıldaş qəsəbə Mədəniyyət Mərkəziin sözügedən məsələ ilə bağlı müraciətinə cavab olaraq bildirib ki, peşəkar pedaqoji idman fəaliyyətinə bədən tərbiyəsi, eləcə də idman sahəsində ali və orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar.

Məsələ ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevlə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, idarə rəhbəri zənglərimizə cavab verməyib.

Mədəniyyət Nazirliyindən isə Bizim.Media-nın sorğusuna belə cavab verilib:

“Bildirək ki, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir.

Klublar, mədəniyyət evlərində (saraylar) sözügedən göstəricilər arasında müəssisələrdə ödənişli dərnəklərin olmasının zəruriliyi qeyd edilib.

Məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən kurs və dərnəklərin fəaliyyətinin tənzimlənməsi, bu istiqamətdə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə “Kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar” yenidən hazırlanaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunub. Nazirliyin 09 dekabr 2022-ci il tarixli, 07/04-3742/2022 nömrəli məktubuna əsasən təqdim olunmuş layihəyə razılıq verilib”.

Nazirlikdən qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 31.01.2007-ci il tarixli, 43 nömrəli əmri ilə təsdiq edilmiş müəssisə və təşkilatlarında tətbiq olunan pullu xidmətlərin siyahısının 4-cü bəndində idman-sağlamlıq (qaçış, şahmat-dama klubları, tennis, nərd və s.) sahəsində kursların və dərnəklərin yaradılması nəzərdə tutulub.

İdarənin 14 dekabr 2022-ci tarixli, 164 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ödənişli kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar”ın 6.1. bəndinə müvafiq olaraq kurs və dərnəklərdə dərsləri (məşğələləri) tədris etmək üçün ali, orta ixtisas, peşə təhsili, xüsusi sertifikat və ya şəhadətnamə, əmək stajı, iş təcrübəsi, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan şəxslər Baş İdarə ilə yazılı razılaşdırma yolu ilə müəssisə direktorunun əmri əsasında cəlb edilirlər.
Mövzunu diqqətdə saxlayacağıq...
 
Ardını oxu...
Azərbaycan əsilli milyarder Fərhad Əhmədova məxsus "Kənd" MMC-də iş adamının milyonlarla manat həcmində vəsaiti mənimsənilib.
TEREF.AZ bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, mənimsəmə əməliyyatı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən təsərrüfatlarda baş verib.
Qeyd edək ki, burada Fərhad Əhmədova məxsus 300 hektara yaxın sahədə balıqçılıq, 400 hektara yaxın sahədə isə üzümçülük, meyvəçilik və arıçılıq təsərrüfatları fəaliyyət göstərir.
Məlumatlı mənbənin bildirdiyinə görə, balıqçılıq təsərrüfatında xüsusilə də qiymətli nərə balıqları yetişdirilir:
""Kənd" MMC-nin rəhbərliyi, mühafizəçilər və nəzarətçilərdən ibarət dəstə bir neçə il ərzində bu təsərrüfatlarda külli miqdarda vəsaiti mənimsəyiblər. Təkcə Fərhad Əhmədova məxsus balıqçılıq təsərrüfatından 10 minlərlə nərə balığı oğurlanıb. Bunun nəticəsində milyarderə 5 milyon manatdan artıq ziyan dəyib".
Mənbə eyni mənimsəmə əməliyyatlarının iş adamına məxsus digər təsərrüfatlarda da baş verdiyini deyib:
"Belə ki, Fərhad Əhmədovun 300 hektar üzümçülük sahəsində suvarma-damlama sistemi üçün müqavilə əsasında pul ödədiyi bildirilir. Həmçinin, "Kənd" MMC-nin rəhbərliyi bu sistemin yaradılması üçün hökumətdən də subsidiya alıb. Lakin bütün bu vəsaitlərin böyük hissəsi mənimsənilib. Suvarma-damlama sistemi qurulmadığı üçün 300 hektar sahədə üçüm bağları yararsız hala düşüb. Bu təsərrüfatda da iş adamına dəyən ziyanın məbləği milyonlarla manat həcmindədir. Bundan başqa, Fərhad Əhmədov 3 min tonluq soyuducu anbarının inşasına pul ayrsa da, tikinti işləri keyfiyyətsiz aparılıb. Tikinti materiallarının xeyli hissəsi oğurlanıb, ucuz qiymətə alınan avadanlıqlar isə baha qiymətə sənədləşdirilib və xeyli vəsait yeyilib".
Mənbənin bildirdiyinə görə, bu səbədən iş adamı ilə "Kənd" MMC-nın rəhbərliyi arasında ciddi narazılıqlar yaranıb:
"Hətta Fərhad Əhmədovun yeyinti faktları ilə bağlı rəsmi qaydada polis və prokurorluq orqanlarına müraciət etdiyi bildirilir. Lakin hələlik ortada bir nəticə yoxdur".

Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əli Zahidlə əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında iş adamına məxsus təsərrüfatlarda mənimsəmə faktlarının baş verdiyini təsdiqləsə də, geniş açıqlama verməkdən imtina etdi:
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır. Artıq bəzi şəxslərin ifadələri alınıb. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə mətbuata geniş məlumat veriləcək".
 
Ardını oxu...
"Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi milyonlarla bağlı keçən günlərdə məlumat verdik. Əslində təqdimetdiyimiz faktların ardından daha geniş materialla çıxış edəcəyimizi bildirmişdik. Amma yazımız yubandı. Ona görə yox ki, ortada dəkil yoxdur... əksinə, əlimizdəki faktların daha samballı sübutlarını əldə etmə naminə müəyyən müddətlik araşdılrma aparmalı olduq və...

Və araşdırmalarımız nəticəsində əldə etdiyimiz bilgilərdən aydın oldu ki, sən demə, "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev təkcə vergidən yayınmır, eyni zamanda DAHA BÖYÜK BİR QANUN POZUNTUSUNA DA qol qoyur...

Bu barədə redaksiyyamıza daxil olan məlumatlardan aydın olur ki, bir zamanlar "Efes" və digər bu kimi Türkiyə istehsalı olan spirtli içkili malların Azərbaycana tədarükçüsü olan "Carçıoğlu Qrup" MMC neçə müddətdir ki, bu biznseini itirib və Azərbaycanda belə bir QAZANC YERİNDƏN olan Elçin Carçıyev cənabları yenə də EYNİ ALVERLƏ məşğuldur... Amma bu dəfə fərqli yolla...

Bu barədə DİA.AZ_a daxil olan məlumatlardan aydın olur ki, "Carçıoğlu Qrup" MMC "Efes" pivələrini - hansılar ki, 3 il əvvəlindən onlar tərəfindən Azərbaycana idxal olunub və satılmayaraq ambarlarında qalıb... - həmin məhsullar yenidən satışa buraxılır və özü də ciddi satış məntəqələrində...

Burada başlıca marağı QAZANC əldə etmək olan "Carçıoğlu Qrup" MMC-nin rəhbəri daha anlamır ki, təkcə hazırda "Efes" pivələrinin ölkəmizə ƏSAS və yeganə tədarükçüsü olan "Veysəloğlu GROUP"u hədəfə çevirmir, eyni zamanda istehlakçıların da sağlamlığını təhlükə altına atır...

Hər halda, öz adına və işinə sayğı ilə yanaşdığını nümayiş etdirən "Veysəloğlu" bu gün özünün biznes maraqları naminə yox, həm də TİCARƏT ŞƏRƏFİ naminə onun adına bazara saxta, vaxtı keçmiş məhsul çıxaran bir qurumdan şikayətçi düşməlidir... SÜBUT?

Bu barədə əlimizdə olan faktları növbəti yazlmızda təqdim edəcəyik. eyni zamanda, bu işdə maraqlı olmalı olan AQTA və "Veysəloğılu"nun da mövqelərini təqdim edəcəyik... BİZİ İZLƏYİN...

Qarşı təəf olaraq isə - "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevi də dinləməyə hazırıq... GÖRƏK NƏ DEYƏCƏK...
Ardını oxu...
Sumqayıt şəhərin abadlaşmasında yenidən qalmaqal yaranıb. Şəhərin bulvarının və müxtəlif yerində abadlaşma aparan 15 – dən artıq iş adamı ölkə başçısına müraciət edərək halal əmək haqqlarını ala bilmədiklərin bildiriblər. Abadlaşma üçün dəyəri millyonlarla manat olan inşaat materiallarının pulunu bu günə kimi almayıblar. Əmək haqqların istəyəndə isə muxtəlif cür təhdid və təziqlərlə üzləşirlər. Onlar “Azərbaycan Reallığı”na göndərdikləri şikayət mətnində rayonun icra başçısı Zakir Fərəcovu və şəhərin memarı Adil Xudadatovu ittiham edərək şikayətlənirlər.
Qeyd edək ki, sözü gedən şikayətlər rəsmi olaraq ölkə başçısı cənab İlham Əliyevə Prezdent Administrasıyanının rəhbəri cənab Samir Nuriyevə Prezdentin köməkçisi Prezdent administirasıyasının dövlət nəzarət məsələləri şöbəsinin müdürü cənab Kərəm Həsənova Prezdent Administrasıyanının ərazi-təşkilat məsələlər üzrə şöbə müdürü cənab Zeynal Nağdəliyevə, Prezdent Administrasıyanının regional idarəetmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırova və digər güc strukturlarına şikayət məktubları ünvanlayıblar.
MÜRACİƏT
Bildiririk ki, 2016-cı ilin mart ayının əvvəllərində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun dəvəti ilə qəbulunda olduq. Bizə bildirdi ki, Sumqayıt şəhərində yeni bulvar kompleksinin salınması gərəkdir. Söhbət əsnasında onu da qeyd etdi ki, yeni bulvar kompleksi cari ilin sentyabr ayında təhvil verilərsə, ona yüksək vəzifə veriləcəyi nəzərdə tutulur. Hətta, Zakir Fərəcov onu da bildirdi ki, bizdən əvvəl 6 (altı) nəfər bacarıqlı iş adamı ilə söhbəti olsa da onlar bu işi boyunlarına götürməkdən imtina ediblər. Nəhayət, arayıb-axtarıb bizi tapıb, ona deyiblər ki, bu işlərin öhdəsindən ancaq biz gələ bilərik.
Xahiş etdi; onu da bildirdi ki, bulvarın tikilməsi onun üçün çöx önəmli və vacib məsələdir. Çünki, Sumqayıt bulvarını yüksək səviyyədə qurub ortaya çıxarmağı cənab Prezident İlham Əliyevə söz verib! Zakir Fərəcovun təkidlərindən sonra biz razılaşdıq. Hətta, bunu da bildirdi ki, bulvar kompleksi prezidentin gözlədiyi səviyyədə salınıb ərsəyə gələrsə, o, bizə bundan sonra da işləmək üçün yeni imkanlar və şanslar yaradacaq. Biz birlikdə yeni bulvar kompleksinin salınacağı əraziyə gedib baxış keçirtdik.
Bu, 105 hektar torpaq sahəsini əhatə edirdi. Biz, 2016-cı il mart ayının 10-da 624 nəfər canlı işçi qüvvəsini və texnikalarımızı işə saldıq, fəaliyyətə başladıq. Yeni bulvar kompleksini 2016-cı ilin sentyabr ayında razılaşdığımız tarixdə təhvil verdik. Bununla yanaşı onu da nəzərinizə çatdırmaq istərdik ki, yeni bulvar kompleksindən sonra Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində olan yolun sağ və sol (8 kilometr) hissəsi, Səməd Vurğun, Nizami Gəncəvi, Cəfər Cabbarlı küçələrinin yolları, Sumqayıt şəhərində Muğanbankın qarşısındakı istirahət parkını tam şəkildə abadlaşdıraraq təhvil verdik. Nəticəsi isə biz gözlədiyimizin tam əksi oldu. Şəhərin icra başçısı Zakir Fərəcov gördüyümüz işlərin əvəzində bizə 2900000 (iki milyon doqquz yüz min) manat borclu qaldı…
Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında icra başçılarına insanlarla, iş adamları ilə vicdanla davranmağı tövsiyyə və tələb edir. O, özü ifadə etdiyi kimi: “Mən sizi bu vəzifəyə öz mənafeyinizi güdmək üçün deyil, insanlara, xalqa vicdanla xidmət göstərmək üçün təyin etmişəm, əks təqdirdə cəzalandıracaqsınız” söyləyir. Biz də Zakir Fərəcovu bu vəzifədə cənab Prezidentin etibar etdiyi insan kimi qəbul edərək məsuliyyətli, ağır, çətin işlərin altına girmişdik. Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır.
Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik…
Onu da qeyd edək ki, işə başladığımız ilk aylarda bizə veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir.
Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi. Çünki, şəhadətin və kişiliyin rəmzi olan Hz. Əli deyir:
“İşçinin pulu alnının təri qurumamış verilməlidi, bu Allaha xoş gedir”. Bütün bu əziyyətlərə ona görə dözürdük ki, Z.Fərəcov və A.Xudadatov təkidlə işlərin dayandırılmamasını xahiş edir, yaxın zamanlarda bütün borcların ödənəcəyini vəd edirdilər. Bu gün Sumqayıt şəhərində hər kəsin söylədiyi kimi göz oxşayan, gözəllik məkanı, müasir standartlara uyğun zövqlü bulvar kompleksi, vətən, torpaq, qeyrət, namus uğrunda canından keçən şəhidlərin əbədiyaşarlıq abidəsi olan Şəhidlər Xiyabanı, adlarını sadaladığımız küçələr, parklar hansı əziyyət hesabına ərsəyə gəlib; Həm mənəvi, həm fiziki, həm maddi…
Onu isə yaşayanlar-biz bilirik! Kənardan görünən o gözəlliyin arxasında isə hansı qaranlıq məqamların yatdığı cəmiyyət üçün qapalıdır! Biz, iş adamı olaraq hələ də çəkdiyimiz əməyin, zəhmətin, əziyyətlərin maddi qarşılığını Zakir Fərəcovdan ala bilmirik. Hətta müəyyən şəxslərdən götürdüyümüz materialların dəyərini, borc götürdüyümüz şəxslərin borcunu hələ də ödəyə bilməmişik.
Qeyd: Sumqayıtda yeni bulvar kompleksinin açılışında görülən işlərdən riqqətə gələn cənab Prezident İlham Əliyev: “Qısa bir zaman kəsiyində bu cür gözəl nəticə… Bu əsl möcüzədir” söyləmişdi. Cənab Prezidentə bildirmək istəyirik ki, istəyirik ki, bu möcüzəni yaradan insanlar (MMC) 6 (altı) ildir ki, öz halal haqqını Zakir Fərəcovdan ala bilmir. Haqqımızı tələb etdikdə müxtəlif hədə-qorxu, təpkilərlə üzləşirik. Belə yerdə dahi Nəsiminin bir beyti lap yerinə düşür:
“Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar, gər bu miskin aşiqi sərpa soyarlar ağlamaz”. Zakir Fərəcov ədalət prinsiplərini lap arxa plana keçirərək, verdiyi sözün etdiyi əməllərlə üst-üstə düşmədiyini fərqinə varırmı?! Z.Fərəcov qeyd edir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdı. Bunu öz hesabına etmişdir. Bu da bir absurt, bir yalan. Hamıya bəllidir ki, cənab Prezident abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən, hətta öz xəzinəsindən milyonlarla vəsait ayırır. Bir də ola mənəvi irsimizi, tariximizi yaşadan şəhidlərlə bağlı abidələrin, parkların salınması, tikintisinə. O, bizə görülən işlərin dəyərinin 30 %-i notarial qaydada təsdiq etməklə ona bağışlamağımızı tələb edir.

Qalmaqala səbəb isə icra başçısının iş adamlarından “zəmanət məktubu” istəməsi olub. Redaksiyamıza müraciət edən sahibklarlar bildiriblər ki, bu ilin fevralın 22-də Zakir Fərəcov onları bir araya gətirərək, borcla bağlı “zəmanət məktubu” istəyib. Həmin məktub notarial qaydada təsdiqlənməli və borcun ödənildiyini özündə əks etdirməliymiş. Bunun müqabilində isə icra başçısı sahibkarlara kişi sözü verib ki, əgər həmin məktub verilərsə, fevralın 23-ü saat 15:00-a kimi bütün borcluların borcunu bağlayacaq.
Mənbəmiz qeyd edir ki, Fərəcov həmin vaxt iş adamlarına deyib ki, hakimiyyətin yuxarı eşalonları ilə problemləri var və onları həll etmək üçün belə bir məktuba ehtiyac yaranıb. Əks təqdirdə, onun özünün işdən çıxarılması problemi üzə çıxacaq ki, bununla da sahibkarlara olan borcunun batacağını iddia edib.

Maraqlı məqamlardan biri də odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib.

Niyə məhz Gündüz Əliyev? Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki tenderlər üçün pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi Gündüzün səlahiyyətində deyil.

Lakin bu məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da elə notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciət edərək, vəziyyəti çatdırıblar.

Qeyd edək ki, indiyə qədər sahibkarlara bir qəpik belə pul ödənilməyib. Halbuki icra başçısının toplam 10 milyon manatdan çox borcu var və onu qaytarmamaq üçün bütün bəhanələrdən istifadə edir. Elə hazırda da sahibkarlar Sumqayıt İcra Hakimiyyətinin önündə icra başçısını gözləyirlər və onunla görüşüb, pullarını almaq istəyirlər.

Xatırladaq ki, Zakir Fərəcov bir aydan çox idi ki, ölkədə deyildi. Onun əvvəlcə Almaniyada müalicə aldığı, daha sonra İstanbulda əməliyyat olunduğu, daha sonra isə yenidən Berlinə gedərək orada müalicəsini davam etdirdiyi bildirilirdi. İki gündür Sumqayıta dönən icra başçısı heç kimi qəbul etmir, hətta qəbula gələnləri də geri göndərir.

***

Bu gün əldə etdiyimiz məlumata görə sözügedən problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev ciddi narahatçılıq keçirməkdədir. Səbəb isə təkcə üzərinə götürdüyü rəsmi məsuliyyət deyil, həm də Gündüz Əliyevin “sinəsini qabağa verərək”, zamanında sahibkarlara “kişi sözü” verməsidir. İndi isə müxtəlif bəhanələrlə verdiyi sözdən yayınır ki, bu da borc sahibi sahibkarların kəskin etirazına səbəb olur.

Borc sahibləri artıq problemin dözülməz həddə çatdığını və bu səbəbdən də, Cənab Prezidentə müraciət hazırladıqlarını bildirdilər
 

Dünyapress TV

Xəbər lenti