Ardını oxu...
Eldəniz Vəliyev: “İstisna hal olaraq fərdi evlərdə yaşayan şəhid ailələrinin qazla təminatını və qaz təsərrüfatına aid digər problemlərinin həllini heç bir ödənişsiz “Azəriqaz” həyata keçirir. Amma binalara qaz çəkilişinə qanunla müdaxilə edə bilmirik...”

“Vətəndaşlara tövsiyə edərdik ki, həmin binanın istismarına cavabdeh olan MTK-nın rəhbərliyindən podratçı şirkətlə danışıb-anlaşıb qazla təminatı həyata keçirməsini tələb etsinlər. “Azəriqaz” aid olan qeyd etdiyim qalan işləri isə biz tam pulsuz şəkildə həyata keçirəcəyik...”

"MTK-ların çoxu isə üzərlərinə düşən işləri icra etməmək üçün vətəndaşlarla “Azəriqaz"ı üz-üzə qoyurlar..."

Moderator.az redaksiyasına Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki Gənclər şəhərciyində 20 saylı binanın 5-6-cı mərtəbələrində yaşayan şəhid ailələri adından şikayət daxil olub. Şikayətdə bildirilir ki, bina neçə illərdir tikilsə də, müəyyən qurumların bürokratik əngəlləri və maraqları ucbatından qazla təmin olunmur. Dəfələrlə müxtəlif qurumlara şikayət edilsə də, heç bir tədbir görülmür. Bu günlərdə isə binanın bir neçə sakininin müraciət etdiyi “Qayalı-2016” adlı podratçı şirkət qazın çəkilməsi üçün binadakı hər ailədən, hətta şəhid ailələrindən də adambaşı 285 AZN pul vəsaiti tələb edib. Məlum olub ki, binanın tikintisini və istismara verilməsini həyata keçirmiş və məhz elə dərhal(“!) da qazlaşdırmağa borclu olan “Dərhal” MTK-nin rəhbəri 2 il əvvəl həbsxanada vəfat edən və mandatını qumara uduzmaqla və digər cinayət işləri ilə yadda qalan sabiq deputat Rəfael Cəbrayılovun qardaşı Cəbrayılov Elşən Kamil oğludur.

Şəhid ailələrinin şikayəti ilə bağlı müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təmsil etdiyi qurumun sözügedən binanın qazlaşdırılmaması problemində heç bir rolunun olmadığını bildirdi:

“Biz Mehdiabaddakı gənclər şəhərciyində yerləşən və şəhid ailələrinin də yaşadığı 20 saylı binanın qaz problemi haqda dəfələrlə danışmışıq, mətbuat konfranslarında da demişik. Qeyd edim ki, həmin şəhərcikdəki binaların bəzisində qazlaşma var, bəzisində yoxdur. Bəhs edilən 20 saylı binanı istismara vermiş MTK-nın qazlaşdırılan binalara görə “Azəriqaz”a külli miqdarda debitor borcu var. Biz həmin qurum rəhbərliyindən dəfələrlə tələb etmişik ki, borcunuzu ödəyin ki, binaların problemi həll edilsin. Və əslində MTK-ların qazlaşdırma işini “Azəriqaz” həyata keçirmir. MTK-lar binalara xüsusi podratçı şirkətlər vasitəsi ilə qazlaşdırmağı razılaşdırır və bundan sonra “Azəriqaz”a müraciət edir. “Azəriqaz” isə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlarla bir yerdə hər bir binada istismara qəbul prosesini həyata keçirir, parametr və planların binanın qazlaşmasına uyğun gəldiyinə əmin olduqdan sonra sayğacları ödənişsiz olaraq quraşdırır və podratçı şirkətlər binanı qazla təmin edir. Mövcud qayda budur. Ancaq Mehdiabaddakı bəhs edilən bina hər şeyi “Azəriqaz”ın üzərinə atır. Halbuki, biz “Azəriqaz” olaraq MTK-lara qaz çəkmirik, qaz çəkilişini podratçı şirkətlər həyata keçirir. “Azəriqaz” hətta ümumi qazlaşmadan kənarda olan fərdi evlərin qazlaşmasını da icra edə bilməz. Bir sözlə, bütün qaz çəkilişləri işlərini Energetika Nazirliyinin lisenziya verdiyi 100-dən artıq podratçı şirkət icra edir. Biz sadəcə iş bitəndən sonra ödənişsiz olaraq texniki şərt veririk. Əhali kateqoriyası üçün bu, əvvəldən ödənişsizdir. Lakin artıq 3 ilə yaxındır ki, MTK-lara da qaz çəkilişi üçün texniki şərtlər ödənişsiz verilir. Bir sözlə, qaz çəkilişi ilə bağlı bizim üzərimizə nə düşürsə, biz hamısını ödənişsiz edirik. MTK-ların çoxu isə üzərlərinə düşən işləri icra etməmək üçün vətəndaşlarla “Azəriqaz"ı üz-üzə qoyurlar...

“Azəriqaz” rəsmisi podratçı şirkətin qaz çəkilməsi üçün bəhs edilən binadakı ailələrdən, hətta şəhid ailələrindən 285 AZN pul istəməsi məsələsi ilə bağlı da fikrini bildirib.

“Podratçı şirkətlər müstəqil təsərrüfat subyektləridir. Və “Azəriqaz” İstehsalat Birliyinin həmin şirkətlərin işinə heç bir mövzuda qarışmağa ixtiyarı yoxdur. Qaz çəkilişi zamanı vətəndaşlar podratçı şirkətlərlə xüsusi müqavilələr bağlayırlar və bank vasitəsi ilə qanuni şəkildə tələb olunan vəsaiti ödəyib işlərini gördürürlər. Yəni biz o sövdələşməyə qarışa bilmirik. Bunun “Azəriqaz”a aidiyyatı yoxdur. Vətəndaşlara tövsiyə edərdik ki, həmin binanın istismarına cavabdeh olan MTK-nın rəhbərliyindən podratçı şirkətlə danışıb- anlaşıb qazla təminatı həyata keçirməsini tələb etsinlər. “Azəriqaz” aid olan qeyd etdiyim qalan işləri isə biz tam pulsuz şəkildə həyata keçirəcəyik...
Düzdü, istisna hal olaraq fərdi evlərdə yaşayan şəhid ailələrinin qazla təminatını və qaz təsərrüfatına aid digər problemlərin həllini “Azəriqaz” həyata keçirir. Amma binalara qaz çəkilişinə qanunla müdaxilə edə bilmirik”- deyə Eldəniz Vəliyev vurğulayıb.

Qeyd:

Materialda adları hallanan və əlaqə yarada bilmədiyimiz cavabdeh qurumların: “Dərhal” MMC və “Qayalı-2016” podratçı şirkəti rəhbərliyinin problemlə bağlı izahatlarını təqdim etməyə hazırıq. Ümid edirik ki, əlaqədar qurumların müdaxiləsi ilə, ən azı, hər birimizin borclu olduğu Şəhid ailələrinin xatirinə sözügedən binanın qazlaşdırma problemi tezliklə həllini tapacaq...
 
Ardını oxu...
Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı binanın bir qrup sakini adından Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edir ki, bina sakinlərindən olan, özünü gah FHN-nin, gah da İcra Hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs binanın qaz boru xəttini zədələyərəq özünə eyvan düzəltmişdir.

Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, SOCAR prezidenti Rövşən Nəcəfə, Energetika naziri Pərviz Şahbazova və “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət edirlər:

“Cənab Prezident!

Biz sakinlər olaraq Sizdən xahiş edirik ki, müraciətimizi cavabsız qoymayın.

Dünyada bir-birinin ardınca baş verən zəlzələlərdən sonra tikinti normalarına, təhlükəsizlik qaydalarına dövlət səviyyəsində daha ciddi nəzarət olunur. Yaşayış binamızın 2-ci mənzilində yaşayan, özünü gah FHN-nin, gah da İcra Hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs özbaşınlıq etməklə yanaşı, dövlət orqanlarının nüfuzuna xələl gətirir, ölkə qanunlarına məhəl qoymur.

Sovet dövründə tikilən binamızın istismar müddəti bitib. Binanın 1-ci mərtəbəsinin 2-ci mənzilində yaşayan, özünü hamıya dövlət məmuru kimi təqdim edən bu şəxs evinin eyvanını artırmaq üçün binaya gələn qaz boru xəttini kəsdirmiş, binanın qaz təchizat sxeminə özbaşına müdaxilə etdirərək, qaz boru xəttini zədələmişdir. Əfsuslar olsun ki, bu qanunsuzluq “Azəriqaz” İB-nin nümayəndələrinin iştirakı ilə, onların gözləri önündə baş vermişdir.

Belə ki, 11 sentyabr 2023-cü il tarixində binanın qarşısından binaya paralel xətt üzrə keçən ana boru xəttindən binanın birinci blokuna gedən qaz boru xətti kəsilərək yeri dəyişdirilmişdir. Hazırda borunun zədəli olduğu açıq görünür. Həmin binaya qaz verilişi də dayandırılıb. Özünə eyvan artırmaq üçün binaya gələn ana xətti zədələyən, məmur adından istifadə edən vətəndaşın özbaşınalıqlarına “Azəriqaz” nə məqsədlə ortaq olur?!

Xahiş edirik ki, aidiyyatı qurumlar bu haqda “Azəriqaz” İB-nin Sumqayıt rəhbərliyindən izahat tələb etməklə yanaşı, binanın qaz təchizat sxeminə müdaxiə edən, ana xətti zədələyən vətəndaş barəsində tədbir görülsün.

Bütün bunlar bir yana, ilin günün bu vaxtında eyvan artırmaq məsələsinə əlaqədar qurumlar, xüsusilə FHN niyə göz yumur? Eyvan artırmaq mümkündürsə, xahiş edirik göstəriş verin, ya bütün sakinlər eyvanlarını artırsın, ya da kimsəyə bu icazə verilməsin. Qanun hamı üçün eynidir!

Sizdən xahiş edirik, bu özbaşınalıqlar barədə ölçü götürülməsi üçün aidiyyatı orqanlara o cümlədən hüquq-mühafizə orqanlarına da göstəriş verəsiniz. Öncədən Sizə minnətdarıq".

Jalə FAMİLQIZI
 
Ardını oxu...
Yazdılar ki, görəsən qazma buruğunu(vışkanı) kim , hara , niyə və nə cür apardı ? Araşdırılmasına, aydınlaşdırılmasına ehtiyac duyulur .
Siyəzənnfet NQÇİ -nin Zağlı sahəsi Keçiqaya adlanan ərazisində 53 metr hündürlüyü və 45 ton ağırlığı olan qazma vışqası bu ayın üçü və dördü arası tamamilə doğranılaraq ərazidən 3 saylı MMC Yol Tikinti İdarəsinin Tatra markalı avtomobili ilə aparılıb.
Burda Siyəzənnfet NQÇİ -nin rəhbər şəxslərinin də əli olub olmadığı hələ ki məlum deyil.Ancaq rəhbərliyin mədən ərazisindən aparılan həmin qazma vışqası barədə susqunluğu və indiyənə qədər polisə şikayət etməməsi onların da bu işdə əlinin olduğu şübhəsini yaratmış olur.Həmin vışqadan geriyə qalan sadəcə bu iki şəkildə olan parçalardır.
Mirvari Gahramanli
P.S. Teref.az olaraq qeyd etmək istəyirik ki, bu hadisə Siyəzənnfet NQÇİ-də birinci dəfə baş vermir. Teref.az olaraq 11-03-2023 tarixində səhifəmizdə Siyəzənnfet NQÇİ nin 1 -ci mədəninin 2 ci və 3 cü sahəsi,göl sahəsi adlanan ərazilərində eklipsləri,mancanaq dəzgahlarını,reduktorları,qaz kompressor qurğularını doğrayıb daşındığı barədə yazmışdıq.
`Siyəzənneft`də DÖVLƏTİN MALINI DAĞIDIRLAR ...
(https://teref.az/sosial/274333-siyezenneftde-dovletin-malini-dagidirlar-.html)
Qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan sakini Kərim Əhmədov hazırda həbsdə olan oğlu Röyal Əhmədovun aclıq etdiyini deyir. Onun sözlərinə görə, oğlu saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyini də bu barədə yazılı şəkildə xəbərdar edib.

“Başına açılmayan oyun qalmamışdı”

Keçmiş polis əməkdaşı olan 37 yaşlı Röyal Əhmədov 9 ildir ki, həbsdədir. O, bu müddətin 5 ilini Qobustandakı qapalı həbsxanada keçirib. 2019-cu ilin dekabrında Şəki Penitensiar Müəssisəsinə köçürülüb. Təxminən ilyarımdır ki, 7 saylı cəzaçəkmə müəssisəsindədir.

“Oğluma Şəkidə zülm elədilər. Oranın rəisi Fərhad Hüseynovun işgəncələrinə görə sabun udmuşdu, dəsmal udmuşdu. Onun başına açılmayan oyun qalmamışdı. Röyal danışır ki, Ombudsman Aparatının əməkdaşlarının gözü qarşısında ağız-burnumun qanını bir-birinə qatmışdılar. O qədər məhbusun gözünün qarşısında, yanvar ayında soyuğun qılınc kimi kəsən vaxtında oğlumu bir ay çöldə üst paltarsız saxlamışdı. Oğlum nə hala qalmışdı. Onu oradan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmişdilər, sonra da 7 saylıya gəldi…”, – ata Meydan TV-yə danışır.

Cəzaçəkmə müəssisəsinin rəisini məhkəməyə verib, iş Ali Məhkəmədədir

Onun sözlərinə görə, 7 saylı cəzaçəkmə müəssisəsində də Röyal Əhmədova xəbərdarlıq edilib ki, ona qarşı təxribat hazırlanır. Hətta bu məqsədlə məhbuslardan istifadə etməyə cəhd olunub:

“Bu yaxınlarda oradan çıxan məhbuslardan biri xəbər verdi. Ondan Röyala qarşı ərizə almaq istəyiblər. Düşünürük ki, Şəkidən qalma düşmənçiliyi davam etdirirlər. Eyni sistemdir, hamısı da bir-birinin tanışıdır”.

Kərim Əhmədov oğlu ilə Şəki Penitensiar Müəssisəsinin rəhbərliyi arasında problemin nədən qaynaqlandığı haqda da danışıb. Atası deyir ki, Röyal Əhmədov 2019-cu ilin dekabrında ora köçürüləndə onu çox nimdaş bir yerə salıblar:

“Deyib ki, “oranı təmir elətdir, normal yerdə qal”. Biz nə qədər pul göndərdik, təmir elətdirdik. Sonra oğlumu oradan başqa yerə köçürdü. Bu da oğluma acıq gəldi. Oğlum dedi ki, “ya pulumu qaytar, ya da mən orada qalacam”. Bundan sonra Röyalla düşmən oldu, onun gününü qara elədi…”.

Röyal Əhmədov Şəki Penitensiar Müəssisəsinin rəisini məhkəməyə də verib. Məhkəməyə şikayətində göstərib ki, müəssisədə qeyri-insani rəftara məruz qalır, rəis Fərhad Hüseynov vəzifə səlahiyyətlərindən sui-istifadə edir və s. Lakin Şəkidə məhkəmə onun şikayətini təmin etməyib. İddia olunub ki, onun göstərdiyi hallar təsdiqini tapmayıb.

Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməsinə baxmayaraq, bu addımı da nəticəsiz qalıb. Röyal Əhmədov Şəki Apelyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət edib.

“Məhkəmələr ancaq məmurları müdafiə edir”

“Oğlumun aclıq etməkdə tələblərindən biri də Ali Məhkəmənin bu məsələyə həssas yanaşmasıdır. Məhkəmələr niyə ancaq məmurların mövqeyindən yanaşır məsələyə? Niyə vətəndaşın durumunu anlamaq istəmir? Məsələn, məhkəmə onlarla şahidi saya salmadı, Fərhad Hüseynovun xeyrinə qərar verdi. Halbuki, onun soyuqda, şaxtada paltarsız saxlanması məhbusların gözü qarşısında olmuşdu. Bəs hakimin insafı, vicdanı hardadı? İndi 7 saylı cəzaçəkmə müəssisəsində də oğlum şikayətlər yazmaq istəyir, məktubları göndərməyə imkan vermirlər. Röyal həm də buna etiraz edir. Həbsdə olan şəxsin azadlığı məhdudlaşdırılıb, başqa hüquqları yox. Bu adam məktub da yaza bilər, məktub da ala bilər. Bu, nə deməkdir?”- ata sorğulayır.

Penitensiar Xidmət cavab vermir

Kərim Əhmədovun səsləndirdiyi iddialar, eləcə də Röyal Əhmədovun aclıq aksiyası keçirməsi haqda dediklərilə əlaqədar Meydan TV Penitensiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsinə sorğu göndərib. Lakin bu qurumdan sorğuya cavab verilməyib.

1986-cı il təvəllüdlü Röyal Kərimov 2014-cü ildə həbs edilib. O, keçmiş polis əməkdaşı Şakir Orucov, Rəşad Tağıyev və Rəhim Səttarovla birlikdə mühakimə olunub. Tamah məqsədilə qəsdən adam öldürmə, quldurluq və s. əməllərdə təqsirli bilinən Naxçıvan sakini 20 il azadlıqdan məhrum edilib. Lakin o, bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Onunla birlikdə mühakimə olunanlardam Şakir Orucov ömürlük, digərləri isə 13 il həbs cəzası alıb. //meydanTV//
Ardını oxu...
Qanun basdırılımış şalban kimidir... üstündən hoppana bilməsən də, yanından keçə bilərsən...

"Report” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Milli Məclisin deputatı Məşhur Məmmədov "Embafinans” QSC bank olmayan kredit təşkilatındakı (BOKT) səhmlərinin 35%-ni satıb.

"Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən BOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

BOKT kreditlər verə, ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər və s.

Onların maliyyə mənbələrini nizamnamə kapitalı və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər yaradır.

Qanunda deyilir ki, BOKT-lər Mülki Məcəllədə hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər.

Mülki Məcəlləyə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Qeyri-kommersiya BOKT-ləri yalnız fond formasında, beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.

İnformasiya agentliyinin yaydığı məlumatdan görünür ki, deputatın səhmlərini satdığı "Embafinans” QSC qeyri-kommersiya BOKT deyil.

Bu isə o deməkdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

"Tribunat” M.Məmmədovun hazırda deputat olduğunu nəzərə alaraq, onun sahibkarlıq faəliyyətinin qanuniliyini araşdırıb.

Azərbaycan Konstitusiyasında deputatlığa namizədlər üçün şərtlər müəyyənləşdirilib. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndinə əsasən elmi, pedoqoji və yaradıcılıq faliyyəti istisna olmaqla ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Həmçinin Konstitusiyanın 89-cu maddəsində Milli Məclis deputatlığından məhrumetmə və səlahiyyətlərin itirilməsi ilə bağlı əsaslar yer alır.

Həmin maddənin 4-cü bəndində "dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda şəxsin deputat mandatından məhrum olunacağı” qeyd olunub.

Bundan başqa, "Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsi dövlət orqanlarına, qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinin sahibkarlıq fəalliyyətini qadağan edir.

Deputatın mandatından məhrum edilməsi proseduru necədir?

Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsində deputatlıqdan məhrumetmə ilə əlaqədar prosedur müəyyənləşdirilib.

Həmin maddəyə görə, Konstitusiyanın 89-cu maddəsində göstərilən əsaslar olduqda Milli Məclisin sədri deputat haqqında məsələni İntizam komissiyasına göndərir.

Komissiya isə 2 həftə ərzində rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim etməlidir.

Komissiya rəy qəbul edərkən mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın da iştirakı nəzərdə tutulur. Daha sonra Milli Məclis sədri həmin rəyi Mərkəzi Seçki Komissiyasına göndərməlidir.

Seçki Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə görə, deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Deputat həmin qərar dərc edildiyi gündən 10 gün ərzində apellyasiya məhkəməsinə şikayət edə bilər.

Apelyasiya məhkəməsi 15 gün ərzində işə baxmalıdır. Onun qərarından Ali Məhkəməyə şikayət proseduru da eyni müddəti əhatə etməlidir.

Bəs deputatların sahibkarlıq faəliyyəti ilə məşğul olmasının Konstitusiya ilə qadağası hansı məqsəd güdür?

Bəzi dövlətlərin konstitusiyalarında deputatların sahibkarlıq fəaliyyətinə qadağa qoyulması onların müstəqilliyinin təmin olunması və şəxsi biznes maraqları ilə vəzifə öhdəlikləri arasında toqquşmanın qarşısını almaq üçündür.

Deputatların şəxsi maraqları onların ictimai vəzifələrini yerinə yetirmələrinə təsir etdiyi təqdirdə maraq toqquşması yaranır.

Parlament üzvlərinin əsas vəzifəsi xalqın mənafeyini qorumaqdır. Deputatın şəxsi maraqlarının olması ictimaiyyətə deyil, özlərinə fayda verən qərarlar qəbul etməsinə səbəb ola bilər.

Həmçinin bu cür qadağanedici müddəalar, nüfuzlu iş adamlarının məxfi ictimai və ya inzibati məlumatlara çıxışını məhdudlaşdırmaqla bərabər deputat olaraq əldə edəcəkləri immunitet vasitəsilə prokurorluqdan yayınmaq və biznes maraqlarını qorumaq üçün istifadə etmələrinin qarşısını almaq məqsədi daşıyır. //arqument.az//
 
Ardını oxu...
Naxçıvanda tibb bacılarının maaşı yarıbayarı aşağı salınıb. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb bacısı məlumat verib. Onlar deyirlər ki, oktyabr ayından başlayaraq, 40-50 faiz aşağı məvacib alacaqlar. Şikayətçilər bildirir ki, onlara bununla bağlı xəbərdarlıq xəstəxana rəhbərliyindən gəlib. Yeni maaş cədvəli ilə razılaşmayanlara isə, ərizə yazıb, işdən çıxmaq təklif olunub.
Bundan bir müddət əvvəl isə, Naxçıvandakı tibb bacılarının aylıq iş saatı 160-dan 240-a qaldırılmışdı. Yəni, hazırda onlar qanunda nəzərdə tutulduğundan 50 faiz artıq işləməyə məcbur edilirlər. Artıq iş saatına etiraz edən tibb bacıları bunun qarşılığında səhiyyə nazrliyindən maaşlarının da artırılmasını tələb edirdilər. Nazrlik isə, bunun əksinə olaraq, onların maaşını aşağı salmaq qərarına gəlib.
Naxçıvan MR Xəstəxanasın tib bacısı işləyən B. Babayeva deyir ki, onalrın iş saatı artırılanda maaşların da artacağını gözləyirmişlər. Lakin, yeni qaydaya görə o, 700 manat yerinə 400 manat alacaq:
“Iş saatımız artırılandan sonra, şikayətlər edib, maaşlarımızın da artırılmasını tələb edirdik. Bunlar isə, tam əksini etdilər, maaşımız yarıbayarı azaltdılar. Ötən həftə baş həkim Feyruz Zehirov hamını yığıb dedi ki, səhiyyə nazirliyi tibb bacıları və xadimələrin maaşını aşağı salır. Gedin, hara istəyirsiz şikayət edin. Artıq, mən ərizəmi yazıb işdən çıxmaq qərarına gəlmişəm. Çünki, qul kimi işləmək istəmirəm“.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər tibb bacısı deyir ki, yeni qərara etiraz etdiyinə görə, onu hədələyiblər:
„Feyruz həkimlə Naxıvanın səhiyyə nazir əvəzi Samiq Sadıxov əl-ələ verib, səhiyyəni məhv edirlər. Bu qədər də insafsızlıq, qəddarlıq olmaz. Bizi qul kimi gecə-gendüz işlədirlər. Səsimizi çıxardıq, dedilər ki, işdən çıxararıq. İndi də üstəlik, maaşımızı kəsirlər. Deyirlər ki, hara istəsəniz, gedin şikayət edin, xeyri olmayacaq. Çünki, Samiq müəllim prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin dostudur. Mən biraz etiraz etdim, dedilər ki susmasan, polis çağıracağıq“.

Ardını oxu...
2 il 6 ay öncə atasını həkim səhlənkarlığı nəticəsində itirdiyini deyən Bəhruz Əliyev cəzasızlıqdan narazıdır. Deyir ki, əlində yetərincə sübut-dəlil olmasına baxmayaraq, prokurorluq günahkarı cəzalandırmır.

Bəhruz Əliyevin atası – 1955-ci il təvəllüdlü Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi üçün əməliyyat olunub. Cərrahiyyə əməliyyatı “Diaqnoz” Tibb Mərkəzində həyata keçirilib. Onu həkim Rəfael Həsənov əməliyyat edib. Şahmurad Əliyev əməliyyatdan 1 ay sonra vəfat edib.

Oğlu iddia edir ki, həkim əməliyyat zamanı Şahmurad Əliyevin 12 barmaq bağırsağını deşib:

“Təlimata görə, cərrah 3 dəfə cəhd etməlidir, əgər keçə bilmirsə, dayandırmalıdır. Amma bu əməliyyatda həkim bəlkə 50 dəfə cəhd edib, axırda da bağırsağı deşib. Əməliyyatın görüntülərində də var”.

Bəhruz Əliyev atasının ölümündən sonra prokurorluğa şikayət edib. Onun sözlərinə görə, əməliyyatın videosu iş materiallarında da var. Oğlu bildirib ki, ekspertiza rəyi Şahmurad Əliyevin ölümünə həkim səhvinin səbəb olması barədə rəy verib:

“Videoda həkim səhvi açıq-aşkar görünür. Ekspertiza rəyində də göstərilib ki, bağırsaqda defektin tapılmasına baxmayaraq, həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməyib. Hətta ölüm şəhadətnaməsində də ölümün səbəbi kimi, əməliyyat zamanı bağırsaqda yaranan iltihablanma göstərilib. İltihablanmaya da bağırsağın əməliyyat zamanı deşilməsi səbəb olub”.

Xətai Rayon Prokurorluğu araşdırmalardan sonra belə qənaətə gəlib ki, bu məsələdə cinayət tərkibi yoxdur və cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb. Bəhruz Əliyev bu qərardan narazı qalıb və Baş Prokurorluğa şikayət edib. O, qərarın ləğvini istəyib. Bəhruz Əliyev bildirib ki, atasının ölümü həkim səhlənkarlığının nəticəsidir və bu hadisədə cinayət tərkibi var. Onun fikrincə, Xətai Rayon Prokurorluğu cinayəti ört-basdır etmək istəyir. Deyir ki, şikayətindən sonra Baş Prokurorluq qərarı ləğv edib və iş yenidən araşdırılması üçün təkrar Xətai Rayon Prokurorluğuna qaytarılıb:

“Baş Prokurorluq həmin qərarı ləğv elədi. Bu işin yenidən araşdırılmasına qərar verildi. İki dəfə məhkəmə-tibb ekspertizası təyin olundu. Ekspertizanın rəyində atamın ölümünə həkim səhvinin səbəb olduğunu göstərən konkret faktlar var. Amma ümumi nəticəyə gələndə yazılıb ki, konkret olaraq ölümün səbəbi müəyyən edilmədi. Çünki meyit müayinə olunmadığına görə konkret səbəb demək olmur”.

Xətai Rayon Prokurorluğunda təkrar araşdırmadan sonra yenə də cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edilib.

Bəhruz Əliyev deyir ki, şikayətlərini davam etdirib. Elə həmin ərəfədə “Diaqnoz” Tibb Mərkəzində məhz həkim Rəfael Həsənovdan şikayətçi olan başqa bir vətəndaş da prokurorluğa şikayət edib. O, şikayətində göstərib ki, anasını bu həkim 2023-cü ilin fevralında düzgün əməliyyat etməyib və həmin tibb müəssisəsində də vəfat edib.

Hər iki şikayətlə əlaqədar avqustda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

“İndi meyitin eksqumasiyasına qərar veriblər. Lakin mən zərərçəkmişin hüquqi varisi olaraq, razı deyiləm. Üstündən iki il yarım keçib, meyit çürüyüb. Açacaqlar, deyəcəklər ki, ölümlə əlaqəsini müəyyənləşdirmək mümkün olmadı. Ekspertizadan bu rəyi alıb, cinayət işinə xitam verəcəklər. Əslində, eksqumasiyanı təyin etməkdə məqsəd də budur. Müstəntiq özü də yaxşı bilir bunu. Yoxsa təqsirkarın əməlinə qiymət vermək üçün ortada kifayət qədər sübutlar var – videogörüntü, ekspertiza rəyi…”.

“Diaqnoz” Tibb Mərkəzi isə Bəhruz Əliyevin iddialarını qəbul etmir. Mərkəzin açıqlamasında bildirilir ki, xəstəyə vaxtında müdaxilə edilib və lazımi müalicələr olunub. Şahmurad Əliyevin ölümündə həkim Rəfael Həsənovun heç bir günahı yoxdur.

Ölüm haqqında tibbi şəhadətnamədə Şahmurad Əliyevin ölümünün səbəbi kimi, “12 barmaq bağırsağın perforasiyası nəticəsində baş vermiş yayılmış peritonit” göstərilib. Amma yaxınları tərəfindən qəti etiraz edildiyinə görə mərhumun meyiti müayinə edilməyib. Bu üzdən onun ölümünün əsl səbəbi barədə fikir söyləmək mümkün olmayıb.
 //meydanTV//
Ardını oxu...
«Təzadlar»a müraciət edən Qəhrəmanov Seymur Qəhrəman oğlu ikinci dəfədir qarşılaşdığı problemin həllində bizdən kömək istəyir. O, şikayət ərizəsində yazır: «Hörmətli «Təzadlar». Sizin ötən dəfəki müdaxilənizdən və araşdırmanızdan sonra Nərimanov rayon Prokurorluğunda şikayətimə baxıldı. Ən maraqlısı, mənim məhkəməyə gəlməyim barədə bildiriş olmadığından mülki iddia ərizəmi icraata götürən Nərimanov rayon Məhkəməsi (hakim Hafiz Kamranov) yalnız məni neçə aydır şikəst qoyan, eləcə də işə gedə bilməməyimə görə əmək haqlarımı da düzgün hesablayıb verməyən Süleymanov Rafət Əli oğlunun barəsində cərimə kəsərək işi bağladı. Məhkəmənin 17 may 2023-cü il tarixli Qərarına baxarkən həqiqətən də aydın görünür ki, hakim 20.09.2022 tarixində Nərimanov rayonu, S.Rəhman-22 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafət Süleymanovun işlətdiyi obyektdəki şüşə üzlüklərin vurulmasında işə cəlb etdiyi Seymur Qəhrəmanovun hundurlukdən yıxılmasına qarşı təhlükəsizlik tədbirləri görmədiyini, bu pozuntuların səbəbini soruşmuşdur. Amma məhkəmə Seymur Qəhrəmanovun Qanunvericiliyin tələbinə uyğun olaraq isə götürən kimi işçi S.Qəhrəmanovla Əmək müqaviləsini niyə bağlamamasının səbəbini soruşmamışdır. Soruşmamağı bir yana, bu ciddi qanun pozuntusuna görə işəgötürənə qarşı hər hansı bir cəza təyin etməmiş, bu əmələ hüquqi qiymət verməmişdir…».

Şikayətçinin açıqlamalarına onu da əlavə edək ki, 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri isə fərqlidir.

***

Mövzunu «Təzadlar»a şərh edən iqtisadçı-ekspert Anar Bayramov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması isə diqqəti çəkən məqamlardandır.

Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunur.

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq edilmə qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub. Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimələrindən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq, bu sanksiyanı misal üzərində nəzərdən keçirək. Misal: Tutaq ki, vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 min manat (2.000 manat x 2 işçi) cərimə kəsir. Hesab edək ki, eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu zaman işəgötürən 8 min manat (4.000 x 2 işçi) cərimə ödəməli olacaq. Misalın davamı kimi, hesab edək ki, eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 min manat (6.000 x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq.

Vergi Məcəlləsinə görə, ölkəmizdə vergi ili təqvim ilidir və təqvim ili 1 yanvar - 31 dekabr müddətini əhatə edir. 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq, ona hər dəfə hər müqaviləsiz işçiyə görə min manat maliyyə sanksiyası tətbiq edilirdi. Bir məsələni də vurğulayaq ki, 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 1 yanvar - 31 dekabr 2019-cu il tarixində (bir il) əmək müqaviləsiz işçi çalışdırılmasına birinci dəfə yol verildikdə, vergi orqanı işəgötürənə cərimə kəsmir, ona yazılı formada rəsmi xəbərdarlıq edir. Sonrakı vergi nəzarəti tədbirləri zamanı isə cərimələr tətbiq olunur.

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə («Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi») əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

***

Gəlirik mətləbə: belə olmalı ikən, axı nə üçün hakim Hafiz Kamranov Qanunvericiliyin tələblərində göstərilənləri nəzərə almayıb və Sahibkar Rafət Süleymanovun bu qanunsuzluqlarına niyə elə yalnız quruca cərimə kəsməklə işi bağlamış və yekun qərar vermişdir? 1 ildir ki, ayaqları şikəst vəziyyətdə olan və evə dolanışıq gətirməkdə əziyyət çəkərək işə çıxa bilməyən, hələ də yataq xəstəsi olan Seymur Qəhrəmanova kompensasiya verilməsi üçün cavabdeh işəgötürən Rafət Süleymanovun üzərinə məhkəmə hər hansı öhdəlik qoymamışdır? Bu hansı ədalətdəndir ki, hakim işcini əmək müqaviləsiz işlədib qanun pozanı yalnız 1500 manat cərimə ilə məsuliyyətdən və cavabdehlikdən azad edir? Hətta Ekspertiza rəyində xəsarətin ağir dərəcəli olduğu göstərildiyi halda, hakim cavabdehə olmazın güzəşt etməli olub. Eləcə də hakim nədən cavabdeh Rafət Süleymanovun üzərinə hazırda yataq xəstəsi kimi yerimə imkanlarını itirən Seymur Qəhrəmanova hər hansı bir maddi yardım göstərilməsi öhdəliyini qoymayıb?

Maraqlıdır, vətəndaş hüquqları pozulduqda məhkəməyə müraciət edir, məhkəmədə isə bütün ümidləri puç olur. Buna yanlız təəssüflənməli oluruq…

Mövzuya qayıdacağıq.

«Təzadlar»
Ardını oxu...
“Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
27 Sentyabr 2023

Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” istirahət mərkəzinin təsisçisi İsmayılov Məhəbbət Kamil oğlu Azinforum.az-a verdiyi eksklüziv müsahibəsində bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyində təmsil olunan, nazir müavini Vüqar Kərimov və Ağsunun icra başçısı Rövşən Bağırov bütün mümkün inzibati təzyiq vasitələrindən istifadə edərək, onlara məxsus, 8 ildir fəaliyyət göstərən “obyekti” ələ keçirmək istəyirlər. Şikayətçi qeyd edir ki, həmin məmurlar bu işin arxasında güya Prezidentin köməkçilərindən birinin dayandığı ilə bağlı əsasız şayiələr də yayırlar. Azinforum.az sözügedən videomüsahibəni təqdim edir:

P.S. Videomüsahibədə adları çəkilən şəxslərin də cavab haqqını tanıdığımızı bildiririk.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Mənşəyi bəlli olmayan ətdən, soyadan ibarət kolbasa necə halal ola bilər..?
Adını HACI qoymusan, amma əməllərin....
Yazımızın mövzusu Hacı Turqayın halal kolbasaları ilə bağlı olduğu üçün HALALLIQ məsələsinə bir az aydınlıq gətirək.
Deməli, cəmiyyətimizdə halal-haram söhbəti oprtaya düşən kimi, hamı yapışır kolbasadan... Əlbəttə, kolbasa da, sosiska da halal olmalıdır. Amma halallığı ancaq kolbasa da axtarmaq çox bəsit söhbətdir. Məgər bəzi məmurlların hər gün aldığı milyonlarla rüşvət halaldır...? Bəlkə həkimin, yaxud da ki, bəzi ayrı-ayrı hərbi komissarların külli miqdarda rüşvət alaraq məmur balalarını müharibədən yayındırması halallıqdır...
Bir neçə il öncə o zamankı PA-nın rəhbəri, "Pasportstol" Levonun dayısı Ramiz Mehdiyev demişdi ki, mənə savadlı və halal bir hüquqşünas tapın işə götürüm, rüşvət almasın..
Sözümüzün canı odur ki, cəmiyyətimizdə haramzadanın halallıq axtarması kimi bir nağıl dolaşır. Müqəddəs Qurani-Kərimdə də buyrulur ki, çəkidə və ölçüdə aldatmayın.
Sözün qısası, halallığı təkcə kolbasada deyil, həyatımızın hər anında və hər yerdə axtarmalıyıq. Onda bəlkə nəyəsə nail ola bilərik. İndi isə keçək cənab Hacı Turqayın ət məhsullarına...
Gəlin Hacı Turqayın instaqram səhifəsinə nəzər salaq. https://www.instagram.com/haciturqay.az/ Bu səhifədə yazılanlardan bəlli olur ki, Hacı Turqayın ət məhsulları istehsal edən şirkəti uzun illərdir ki, fəaliyyət göstərir. Səhifədə yazılanlardan aydın olur ki, şirkət kolbasa, servelat, sosiska, közləmə, manqal, saçaq pendir, toyuq ətindən Hacı Turqay kolbasası, Tərəkəmə kolbasası və daha nələr istehsal etmir. Və hamısı da HALAL... Hacının instaqram səhifəsində yazılıb ki... Təbii süddən Qaymaqlı kolbasa... Orucunuzu, iftarınızı bizim kolbasa ilə açın...
Amma media üzərindən apardığımız araşdırma zamanı bəlli olur ki, nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Komitə “Hacı Turqay”a halallıq sertifikatı verməyib. Biz sertifikat məsələsini də bir kənara qoya bilərdik, çünki sertifikatla halallıq olmur. Amma problem daha dərindir. Belə ki, əvvəllər 300-400 kq kolbasa məhsulları istehsal edən müəssisə indi hazırda sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal edir. Adamdan soruşan lazımdır ki, gündə 10 ton kolbasa istehsal etmək üçün nə qədər halal ət lazımdır..? Siz bunu haradan alırsınız..? Axı, heç kimə sirr deyil ki, bu günkü kolbasaların, sosiskaların çoxu təmiz ətdən deyil, mənşəyi bəlli olmayan ətdən, soyadan və daha nələrdən hazırlanır. Bu gün Azərbaycana şirkətlərin sifarişi ilə xarici ölkələrdən quş ətləri və digər mənşəyi bilinməyən ət məhsulları gətirilir, Kolbasa və sosislərin hazırlanmasında istifadə edilərək "halal" adı ilə insanlara təqdim edilir.
Bütün bunlar azmış kimi “Hacı Turqay” şirkəti təkcə istehlakçıların hüquqlarını pozmur, həm də qanunla sahibkarlara dövlət tərəfindən müəyyən edilmiş vergilərdən yayınır. Hacı Turqay vergilərdən bu və ya digər formada yayınaraq dövlət büdcəsini də kəsirdə qoymaqdan da çəkinmir. Amma deyəsən Hacı Turqay AQTA rəhbəri Qoşqar Təhməzli ilə də dil tapıb. Bu mövzuda növbəti yazımızda geniş bəhs edəcəyik. Hacı Turqaya bildirmək istəyirik ki, hörmətli kolbasa istehsalçısı sənin tutduğun əməllər bizim bildiyimizə görə, cinayət tərkibi yaradır.
Deməli, belə olan halda Hacı Turqay cinayət məsuliyyətinə cəlb edilməli və qanun qarşısında cavab verməlidir. Üstəlik də adını Hacı qoyan adam...adam olmalı, insanları aldatmamalıdır.
gundəlik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
 

Dünyapress TV

Xəbər lenti