Ardını oxu...
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 116.2 maddəsinə görə, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021 tarixli qərarında da inzibati işlər üzrə çıxarılan məhkəmə qərarlarının icrasının MƏHZ birinci instansiya məhkəmələri tərəfindən təmin edilməli olması doğrulanıb. Bakını təmsil edən yeganə inzibati məhkəmə - Bakı İnzibati Məhkəməsi isə birinci instansiya olaraq nəinki məhkəmə qərarlarının icrasını İPM-in 116.2 maddəsinə əsasən təmin edir, heç illərdir qərarlarını icraya belə yönəltmir, borclu inzibata orqana “gözün üstə qaşın var” demir. Heç İPM-in 120-ci maddəsinin tələbinə uyğun olaraq borclu inzibati orqana icra üçün vaxt verib, cərimə edəcəyi ilə bağlı xəbərdarlıq belə etmir, öncə 50 min manat cərimə edib, öhdəlik yenə icra olunmadıqda cəriməni təkrar da etmir. Elə bil, borclu inzibati orqan məhkəmə qarşısında yox, məhkəmə borclu inzibati orqan qarşısında öhdəlik götürüb !(?)
Başına gələn başmaqçı olar, deyib dədə-babalarımız. Bakı İnzibati Məhkəməsi 8-ci ildir dövlətin adından sələfi 1 BİİM-in (qərarı çıxaran hakim Şərafət Məmmədova, 4 ildir icrası tapşırılan hakim Aygün Abdullayeva) çıxardığı 20.06.2016 tarixli 2-1(81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən imtina edir. Borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi) məhkəmənin “dişsizliyindən” yararlanıb üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlili ailəsinin on nəfərdən çox ailəsinin mənzillə təmin olunması öhdəliyini icra etmir.
Ardını oxu...
Ədalət adına deyək ki, Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1BİİM-in (hakim Elçin Məmmədov) 6 il qabaq -05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı dövlətin adından çıxardığı qərarı 01.04.2023-cü ildən özbaşına LƏĞV ETMƏSİ, pensiyaya əlavə olunan 110 manatı kəsməsi özbaşınalığına hüquqi qiymət vermək istəyindədir. Di gəl, hakimin bu istəyinə məhkəmə rəhbərliyinin borclu inzibati orqanla qeyri-prosessual münasibətə girməsi mane olur. Bu fikrə düşməyimiz məhkəmənin 3 aydır borcludan hər ay bir məktubla “İCRANIN VƏZİYYƏTİ VƏ QAYDASI HAQQINDA MƏLUMATIN QISA MÜDDƏTDƏ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMƏSİ TƏLƏBİ”NƏ cavab ala bilməməsindən qaynaqlanır. Halbuki məhkəmə belə məktublarla yetərlənməli deyil, İPM-in 120-ci maddəsinə əsasən borclu inzibati orqana cərimə tətbiq etməlidir. Özbaşınalığa, dövləti cinayətə fikir verin, borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial dövlətin adından çıxarılan 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarını 6 il sonra ləğv edib!(?) Və pensiyaya “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsi əsasında əlavə olunan 110 manatı 6 aydır kəsib. Halbuki DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINI heç DÖVLƏTİN (İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI, QANUNVERİCİ HAKİMİYYƏTİ, MƏHKƏMƏ HAKİMİYYƏTİ) özü də LƏĞV EDƏ BİLMƏZ, onda qala hansısa pensiya ödəməyə təhkim edilən borclu filial.
Bu günlərdə kiminsə məhkəmənin adından aktlar tərtib etməsinə görə, kiminsə məhkəməyə hörmətsizliyə görə cinayət məsuliyyətinə alındığı barədə bilgilər yayılır. Bəs borclunun dövlətin məhkəmə qərarını özbaşına ləğv etməsi dövlət cinayəti deyil? Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dövləti cinayətinə niyə qiymət verilmir? Bütün dövlət qurumları dövlətin adını rüşvətlə ləkələmək yolunu tutub. Məhkəmə qərarını rüşvətlə ləğv etməksə mümkünsüzdür. Onda Konstitusiyaya “bir quş”!
Məğrur Bədəlsoy
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...


Kristal TV xəbər verir ki, Sabirabad şəhər 1 nömrəli məktəbdə Vətənpərvərlik haqqında söz açılanda rəhbərlik tərəfindən cəza tətbiq olunur. Bəli cəza. Öz hüqlarını qorumaq istəyən müəllimlərin dərs saatları belə əlindən alınır, direktorun yanlış fikirinə müdaxilə edənlər bu məktəbdə Vətən xaini hesab edilir.

Məktəbin müəllim kollektivi şəhidlərimizin xatirəsini əzizi tutaraq sinif otaqlarına şəhid adları vermək və onların rəsmlərini əks etdirən tabloları sinif otaqlarının girişində yerləşdirməyi planlaşdırırlar. Bunu duyan cox "hörmətli" məktəb direktoru Xəlilova Sevinc Mirzəxan qızı müəllimlərin üzərinə yüksək səs tonu ilə bura qəbirstanlıqdır ya nədir deyərək həmin şəkillərin təcili sökülməsini göstəriş verir. Və üzünü qapıya tərəf tutub mən sizin üçün qapıçıyammı bir-bir şəhid ailəsini qarşılayım deyə kinayəli baxışlarla kollektivə qışqırır.

Bu xəbəri bir neçə media saytları ictimailəşdirməsinə baxmayaraq hələ də Sabirabad rayon Təhsil sektoru və Mil Muğan Regional Təhsil İdarəsinin müdiri heç bir açıqlama və tədbir görmür.

Əldə etdiyimiz məlumata görə bir neçə şəhid ailəsi bununla bağlı Mil Muğan Regional Təhsil İdarəsinə müraciət ediblər. Müraciətin cavabında "şəhidlər baş tacımızdır", Sevinc xanım keçmiş deputatın qardaşı qızıdır, illərdi müəllimlər öyrəşiblər onun xasiyyətinə, narahat olmayın məsələ öz həllini tapacaq deyərək yola salınıb.

İctimaiyyət hansısa tədbir görülməsini gözlədiyi halda Mil Muğan Regional Təhsil İdarəsinin müdiri Sevinc xanıma xaiş minnətə çıxıb ki, məktəbdə sakitlik yaratsın.

Şəhidlər o şəhidlər idi ki, 44 günə qanları ilə tarix yazdılar. Bu gün tarix yazan şəhidlərimizin adını uca tutmaq əvəzinə onların tablosunun sökülməsinə göstəriş verənlərə ar olsun.

Qeyd edək ki, yuxarıda qeyd olunanlar şahid ifadələri, səs yazıları və müraciət əsasında araşdırılıb və xəbərin real faktlara söykəndiyini tam təsdiq edirik.

30 sentyabr 2023

Əziz izləyicilər bu xəbərdən sonra nə qədər məlumatlar bizə göndərilib. Ayrı-ayrı şəxslər tərəfindən. Demək bu məktəbin direktorun qalmaqallı hadisələri o qədərdir ki, yazmaqla bitmir. Bu məktəbdə şagirdə qarşı təcavüz olub, bəli təcavüz. Təəccüblənməyin əldə etdiyimiz məlumatlara görə hətda bu barədə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb. Sadəcə nəticəsi bilinmir. Biz sizə digər səs yazılarını eləcədə bütün olub keçənləri barəsində məlumat verəcəyik. Yeni video yüklənəcək.



Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olmuş İbrahim Cəfərov 6 oktyabr 2022-ci ildən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Yəni bir neçə gündən sonra sabiq rektorun Elmi-Tədqiqat İnstitutuna təyinatının bir ili tamam olacaq. Bəs görəsən sabiq rektor, yeni direktor bu son bir il ərzində Texniki Bitkilər İnstitutunun fəaliyyətində nə kimi yeniliklər edə bilib?

İnstitutda son illər heç bir yararlı elmi tədqiqat işlərinə, aqrar sahənin inkişafına faydası olacaq geniş elmi-praktiki-nəzəri nailiyyətlərə imza atmayıb,ancaq kənd zəhmətkeşlərini, sahibkarları maarifləndirmə adı altında formal seminarlar keçirilib. İnstitutun ölkənin şəhər və rayonları üzrə özündə birləşdirdiyi təcrübə stansiyaları, laboratoriya və şöbələr üzrə fəaliyyət formal hallar üzərində qurulub.

Xüsusilə də İnstitutun əsas maddi xərclərinin təyinatından kənarlaşdırılması, formal tenderlərin keçirilməsi, şəxsi mənfəətə hesablanan ezamiyyələrin rəsmiləşdirilməsi burada daha çox diqqət çəkir.

İnstitutda təkcə satınalmaların təşkilini araşdırdıqda ortaya çoxlu suallar doğuracaq məsələlər çıxır. Belə ki, Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası təkcə 2022-2023-cü illərdə satınalma planlarına daxıl etdiyi zəruri malların satınalmalarını qanunu tələblərinə uyğun həyata keçirməyib. belə ki, 2022-ci ildə elmi tədqiqat xidmətləri, dəftərxana və təsərrüfat mallarının satınalınması, bədii tərtibat, sair torpaq tikili avadanlıqlar, maşın avadanlıqlar üzrə, 2023-cü ildə isə dəftərxana və təsərrüfat mallarının satınalınması, elmi tədqiqat xidmətlərinin satınalınması, istehlakyönlü müxtəlif xidmətlərin satınalınması, maşın və avadanlıqların satın alınması, mebellərin satın alınması üzrə satınalma planlarına daxil etdiyi 10 kotirovka sorğusundan yalnız dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirmiş olduğu kotirovka sorğusunun nəticələrini açıqlayıb və 09.08.2023-cü il tarixdə “Nur Suppller”MMC ilə 14.992 manat məbləğində müqavilə bağladığını bildirib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun son bir ildə satınalma planlarına daxil etdiyi kotirovka sorğuları barədə heç bir məlumat yoxdu.

İnstitutun nəzdində Abşeron, Xaçmaz, Mil, Şirvan və Layihə Axtarış Kimyalaşdırma Təcrübə Stansiyaları, Ucar və Saatlı Dayaq Məntəqələri fəaliyyət göstərir.

Məsələn Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə Stansiyası 13.10.2022-ci ildə satınalma planlarını elan edib. Buraya tikili və avadanlıqların cari təmiri, 2 ədəd elmi tədqiqat xidmətlərinin satın alınması, 2 ədəd sair torpaq ,tikili və avadanlıqların satın alınması, istehlakyönlü müxtəlif xidmətlərin satın alınması, bioloji aktivlərin satın alınması kimi zəruri planlar daxil edilib.

Beyləqan rayonunun Bolsulu qəsəbəsində yerləşən Mil Təcrübə Stansiyası 06.09.2022-ci ilə satınalma planlarına daxil etdiyi MTZ 12.21 1 ədəd, QAZEL markalı avtomobil 1 ədəd, gübrə və toxumların alınması üzrə keçirmiş olduğu kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdu. Həmçinin 2022-ci ildə satınalma planlarına daxil etdiyi bioloji aktivlərin satınalınması üzrə keçirmiş olduğu kotirovka sorğuları barədə də.

Bizim Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun son bir illik fəaliyyəti ilə bağlı araşdırmalarımız hələlik bu qədərdi. Göründüyü kimi İbrahim Cəfərovon bu İnstituta direktor təyin edilməsi heç nəyi dəyişməyib. O,da keçmiş direktor kimi ən yaxın adamlarının adına yaradılmış MMC-lərlə müqavilələr bağlamağa davam edir. Elmi tədqiqat xidmətləri, dəftərxana və təsərrüfat mallarının satınalınması, bədii tərtibat, sair torpaq tikili avadanlıqlar, maşın avadanlıqlar üzrə kotirovka sorğularından 10 minlərlə manat dövlət vəsaitini “otkat” kimi həzm-rabedən keçirir. Yəni İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetindəki kimi olmasa da burada qazanmağa davam edir.

Dövrü mətbuatda gedən məlumatlara görə İbrahim Cəfərova bu işlərdə yardımı İnstitutun baş mühasibi Ulduz Məmmədova edir. Xanım baş mühasib əvvəlki direktorun vaxtında da bu kimi saxtalaşdırma əməllərini ustalıqla etdiyindən İbrahim Cəfərov məhz onunla işləməyi özünə münasib bilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası satınalma planlarına daxil etdiyi malların satın alınmasını il ərzində həyata keçirməyib. Odur ki, biz araşdırmalarımızı davam etdirəcəyik.

Aktualinfo.org
 

Ardını oxu...
Xatırladaq ki, 2012-ci il iyunın 5-də Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel, həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürüb, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirmişdi. Aparılan istintaqla müəyyən edilmişdi ki, 2003-cü ildən təsis edilən “Badü-Kubə” Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınıb. Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşaasını davam etdiribdi. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən “Altun” istirahət mərkəzinin sahibi A.Əsədullazadə “Badü-Kubə” MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadrat metr yaşayış sahəsi verilməli olduğunu bildiribdi. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdiribdi. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıbmış.
Bundan sonra “Badu-Kübə” MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olan cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılıbdı. Həmin vaxt istintaqla müəyyən edilib ki, “Badu-Kübə” MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən “A.R.&Ko” MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu “Badu-Kübə” MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətandaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2014-cü il fevral ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 9 il, müddətinə azadlıqdan məhrum edilib, A.Əsədullazadə isə 8 il müddətinə şərti cəza alıbdı.
Bir maraqlı məqamı da qeyd edək ki, bütün bu istintaq və məhkəmə proseslərindən MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlu hansısa havadarının köməkliyi ilə nədənsə kənarda qalıbdı. Bunu yuxarıda adlarını çəkdiyimiz və hazırda azadlığa buraxılmış şəxslər də təsdiq edirlər. Bu yaxınlarda aktualxeber.az-a və hüquq-mühafizə orqanlarına üz tutan bir qrup vətəndaşlar Ə.Qəmbərovdan şikayətçidirlər. Onlar iddia edirlər ki, Ədalət bəy vaxtilə onlardan pullar alıbdı və geri qaytarmır. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
 //aktualxeber.az//

Ardını oxu...
 
Ardını oxu...
Redaksiyamıza daxil olmuş məlumata görə, Lerikdə meşələrə qənim çıxan Sultan və Xalid Mirzəyev qardaşlarının cinayət əməllərinə görə növbəti məhkəmə oktyabrın 3-də baş tutacaq. Qardaşlar 2012-ci ildən başlayaraq ta 2022-ci ilədək 4-5 dəfə inzibati qaydada məsuliyyətə cəlb olunaraq müxtəlif məbləğlərdə cərimə olunublar. Axırıncı dəfə isə 2022-ci ilin dekabr ayında Girdəsər meşəbəyliyinin 7 saylı dolayında gecə ilə bir neçə ədəd ağac kəsərək bir neçə içlik materialı şpal halına salıb oğurlayanda meşə idarəsi işçiləri tərəfinden yaxalanıblar və 2300 manata yaxın cərimə olunublar, işləri hüqüq-mühafizə orqanları tərəfindən istintaqa verilmiş, Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə iş açılıb.

İşləri məhkəmədə ola-ola özlərinə qoyulmayan Sultan və Xalid qardaşları növbəti cinayətlərini törədiblər. Belə ki, onların tədarük etdikləri yük maşını avqustun 12-də polis tərəfindən saxlanılıb. Məlum olub ki, yük maşınının kuzovuna alt tərəfdə işlik material yığan oğrular üst hissəyə oduncaq yığaraq örtməyə çalışıblar. Bu isə qardaşların əvvəllər də sınaqdan keçirdikləri cinayət metodudur. Əgər onların cərimələnmələrinə səbəb olan aşkarlanmış əməllərinin sayı 5-6-dırsa, təxmin etmək olar ki, üstü açılmamış əməlləri dəfələrlə çoxdur. Üzə çıxmayanların sırasında isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mühafizəçilərinin təmənna qarşılığında göz yumduqları, əlbir surətdə həyata keçirdikləri də az deyil. Amma yenə sə sağ olsun, Lerik Rayon Polis Şöbəsinin vicdanlı əməkdaşları ki, meşə qənimlərinə güzəştə getməyiblər.

Di gəl, Lerik rayon Məhkəməsinin sədri cənab Atabəy Kiçibəyov 5-6 aydır ki, işi yubadaraq hələ ki, heç bir təsirli qərar qəbul etməmişdir. Məlumata görə, növbəti məhkəmə iclası oktyabr ayının 3-də keçiriləcəkdir. Ümid edək ki, bu dəfə Mirzəyev qardaşları layiqli cəzalarını alacaqlar. //azerinfo.info//
 
 
 

Ardını oxu...
DİA.AZ: - "Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq
MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm".
Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı,
imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə
vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə
olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə
elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin
himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə
min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su,
qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.

Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul
vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara
“əzələ” nümayiş etdirir.

Onu da qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar
mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli
elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə
altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin
Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində
restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min
manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük
isbatıdır".

İddia olunanlarla bağlı dia.az olaraq büttün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Eldar Mahmudovun keçmiş kadrı sadə vətəndaşlara divan tutmaqda davam edir

Salam hörmətli redaksiya.

Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm. Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.
Teref.az yazır ki, bunu Nemət Yusifov adında vətəndaş saytımızın poçtuna göndəırib. Nemət bəy daha sonra yazır:
Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara “əzələ” nümayiş etdirir.

Onud a qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır.

Hörmətli redaksiya!

Xahiş edirik ki, Ruslan Əliyevin fəaliyyətinin təftiş edilməsinə, bu şəxslə bağlı çoxsaylı şikayətlərin araşdırılmasına köməklik göstərəsiniz.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeytini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Bakı Slavyan Universitetindən şikayətlər dayanmır.Anar Nağıyev və onun əlaltılarının hərəkətləri ali məktəbdə getdikcə daha çox adamı dilə gətirir. İş o həddə çatıb ki, artıq tələbələr sosial şəbəkələrdə rektorluğun, dekanlıqların yarıtmaz idarəçiliyinə etirazlarını bildirirlər. Məsələn,Məlik Məlikov adlı facebook istifadəçisi öz hesabında yazır: “Bakı Slavyan Universiteti – BSU -də bizim qrup üçün yer yoxdur! Day işdən keçib, padvalda filan keçirilsin dərslər. Bir dərs üçün 4 dəfə otaq dəyişərlər???”

BSU-ya gedib deyilən nöqsanların bəzilərini şikayətçilərin öz dillərindən eşitmişik.? Bir deyil, iki deyil. Bu universitet barədə bir neçə məqalə yazmışam. Hər dəfə yazanda ümid edirəm hansısa çatışmazlığı aradan qaldıralar. Amma əksinə olur.Belə hərəkət yalnız harınlıqdan, arxayınlıqdan irəli gələ bilər.Universitet sabiq rektor Nurlana Əliyevadan qalma qaydalarla idarə olunur. Çünki işçilərin çoxu da elə Nurlana xanımın əlindən su içib. Bunlar hamısı “bəlkə də qaytardılar” eşqi ilə yaşayanlardı. Stimulu da “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevdən alırlar. Tədris ocağını “beşinci kolon”un yuvalarından birinə çeviriblər.

Deyilənə görə BSU-da bütün vəzifələr bazarda kimi satılır. Bunun üçün başın Nurlana Əliyevanın adamlarından birinin qoltuğunun altında,əlin isə cibində olmalıdır. Seçim də var. Rektor Anar Nağıyeva bir neçə əməkdaş vasitəsilə çıxmaq olur. Bunlardan biri müşavir Elçin,digəri isə həmkarların böyüyü Əzimdir. Deyirlər Nurlananın dövründə prorektor işləmiş, hazırda kafedra müdiri olan Rafiq Novruzov da alıb-verməkdə yaxşıdı. Hətta rektor Anar Nağıyev “qara kassa”nı bu müəllimə həvalə edib.Bəlkə elə ona görə fars dili müəlliminin slavyan dili,ədəbiyyatı, tarixindən dərs keçməsinə göz yumur. Nurlananın sadiq kadrı olan Habil Məmmədov isə etnoqraf olduğu halda beynəlxalq münasibətlər üzrə mütəxəssisə çevrilib,”qeybət və söhbət daşıyan” funksiyanı icra edərək Anarın könlündə yer alıb. Başqa bir kafedra müdiri İbrahim Quliyev də BSU-nu qazanc yerinə çevirib, müəllimlərin dərs saatlarını kefi istədiyi kimi bölür, sonuncu kurs tələbələrindən diplom müdafiəsi üçün 1000 manatdan yığıb dərəbəylik edir. Nə sirdirsə, bəzi məqamlarda rektor Anar Nağıyev İbrahim müəllimə heç nə deyə bilmir. Görəsən BSU rektoru Anar kafedra müdiri İbrahimdən niyə çəkinir? Bu cür hallara görə kafedralarda müəllimlərin yerinə laborantlar dərs keçir, bu da ümumilikdə tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müəllimlərin bir çoxunun sorağı isə Maldivdən,Misirdən gəlir. Laborant düzəlmək də havayı deyil.Ya pulun olmalıdır,ya da dayağın.

Məsələn,tibb texnikumunu bitirən Hicran adlı işçi var.Magistr təhsili olmasa da kafedralardan birində laborant kimi çalışır.Nurlana Əliyevanın yaxın qohumu olduğu deyilir.

Bakı Slavyan Universiteti Anar Nağıyevin rəhbərliyi altında bir “ilk”ə də imza atıb.Respublikamızda mərkəzləşdirilmiş imtahan keçirilməsi səlahiyyəti Dövlət İmtahan Mərkəzinə məxsus olsa da BSU qaydaları aşaraq, Nazirlər Kabinetinin qərarlarını heçə sayaraq özbaşına şəkildə 2022-2023 tədris ilinin yaz-yay semestr imtahan sessiyasını keçirdib.Nəticələr də çox əcaib olub. Bir qrupda təhsil alan 30 tələbədən 30-nun da kəsilməsi bu işin içində bir iş olduğuna şübhə yaradır. Anar Nağıyevin bu hoqqaları barədə əvvəlki yazılarımda söhbət açdığıma görə təkrar etmirəm. Söhbət yenə də pula söykənir. Ciblərini doldurub günlərini xoş keçirmək üçün tələbələri öz oyunlarının qurbanına çeviriblər.
Sima Babayeva
Teref.az
Ardını oxu...
Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyö)

Bəli, özü də bu ədalətsizliyi ədaləti bərpa etməli olan hakim özü etdiyində bu, ədalətsizliyə uğramış hər kəs üçün çox qorxunc təhdiddir.

Lakin, çox təəssüflə qeyd edirik ki, ölkəmizdə hakim ədalətsizliyindən narazı vətəndaşların sayı günbəgün artır.
"Biz hüquqi dövlətdə yaşayırıq", "burda qanun şahdır" kimi ifadələr boğazdan yuxarı, bütün dillərdə şablon olub, reallığa gəldikdə isə banklar və dövlət qurumları ilə məhkəmə çəkişmələrində vətəndaşlar çox zaman haqsızlığa uğrayırlar ki, bu barədə illərdir Azərbaycan mediasında, həmçinin sosial şəbəkələrdə məlumatlar yayımlanır.

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

Yeri gəlmişkən, qeyd edək ki, elə bu yaxınlarda biz "DogruXeber.az" olaraq özümüz də hakim ədalətsizliyinə məruz qalmışıq. Hansı ki, bu barədə ötən yayımlarımızda da ətraflı məlumat vermişdik.


Hakim kürsüsünə gedən "ASAN" yol - Hələ çox şeylər görəcəyik...

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

Ən böyük hakim Allahdır ! - Qalanı təfərrüat

Və qeyd etmişdik ki, Hakim kürsüsündə əyləşən gənc Orxan Həsənov barəsində silsilə şəklində məlumatları diqqətinizə çatdıracağıq ki, iddiaçını evə göndərib ardından qərar verən bu gənc oğlanı siz də tanıyın.

Demək Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşən Orxan Həsənov 1990-cı il təvəllüdlüdür. 33 yaşlı Orxan Həsənovun şəxsi Facebook hesabında qeyd olunur ki, "2015-ci ildə Bakı Dövlət universitetində təhsil almağa başladı".

Ardını oxu...


Əgər, özünün paylaşdığı bu məlumatı əsas götürsək, belə çıxır ki, o 2019-cu ildə təhsilini başa vurub, 2021-ci ilin fevral ayına qədər (cəmi bir il) "ASAN" xidmətdə çalışıb, 2021-ci ilin fevral ayında da "Ələddinin çırağının köməyi ilə " hakim kürsüsünə əyləşib.

Amma, Ədliyyə Nazirliyinin rəsmi saytında isə qeyd olunur ki, 1990-cı il təvəllüdlüdür, 2008-ci ildən 2012-ci ilə qədər Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, 2013-cü ildən 2018-ci ilə qədər Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıb, 2018-ci ildə 13 saylı vəkil bürosunda çalışıb, 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Hüquqi Təminat Şöbəsi, Daxili hüquqi tənzimləmə sektorunda baş məsləhətçi işləyib, 2021-ci ilin fevral ayından bugünə qədər isə Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşir...

Aha... barəsində iki fərqli məlumat olan bu gənc oğlanın ümumiyyətlə Vikipediyası olmasa da barəsində ən azından Ədliyyə Nazirliyinin rəsmi portalında qeyd olunan məlumatlar adama çox şeyi deyir.

Ardını oxu...


Diqqət etdinizsə, orta məktəb illərindən - hətta doğulduğu ildən bugünə qədərki bütün fəaliyyəti ardıcıl olaraq qeyd olunub, bəs bu 33 yaşlı "ədalət qoruyucusu" vətən borcunu verməyibmi?

Gördüyünüz kimi, "dayısından yarıyan" dövlət məmuru kimi orta məktəbi bitirəndən işsiz qalmayıb. Yoxsa, hərbi xidmətini doğulmamışdan öncəmi yerinə yetirib ki, sonra vaxtı olmayacaq?..

Hərbi xidmətdə olubsa, nə zaman olub?, olmayıbsa necə hakim olub? Yəqin ki, bu sualın cavabı oxucularımız üçün də maraqlıdır.

Hə, onu da vurğulayırıq ki, qarşıdakı günlərdə BDU-ni bitirən və bugünə qədər fəhlə işləyən, yaxud işsiz qalan məzunlardan fərqli olaraq, işsiz qalmayan və sürətlə hakim kürsüsünə əyləşən Orxan Həsənovun "sehirli vəzifə yolu" barəsində də məlumatlar dərc edəcəyik.

Diqqətiniz bizdə olsun, mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Ağdam rayonundan məcburi köçkün kimi paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev – 1, mənzil – 8 ünvanda məskunlaşmış Hümbətov Rahim İbrahim oğlu redaksiyamıza müraciət edərək, qəsəbə üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovu şikayət edib.
Rahim Hümbətov bildirir ki, hazırda həyat yoldaşı və iki uşağı ilə həmin ünvanda yaşayır. Əvvəllər onun özündən başqa anası və iki bacısı həmin ünvanda yaşayıb və qeydiyyatda olublar. Sonra bacıları gəlin köçüb, anası isə ayrı yerdə özünə ev alıb. Rahim evi tərk edən anasının və bacılarının qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir ki, sonrakı hüquqi prosedurlarda, imtiyazlardan istifadə etməkdə bürokratik maneələrə rast gəlməsin. Bundan ötrü MKİS rəisi E.Nəcəfova müraciət edib. Rəis ona əməliyyatın mümkünlüyünü deyib və bundan ötrü 100 (bir yüz) manat rüşvət istəyib. R.Hümbətov onun tələbi ilə razılaşıb və istədiyi pulu verib.
Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, E.Nəcəfov nə söz verdiyi işi həll eləyib, nə də Rahimin pulunu qaytarıb. Əvvəllər aldadıb hər dəfə heç olmasa yayındırıcı sözlər desə də, sonradan ümumiyyətlə telefon zənglərinə cavab verməyib. Məlum olub ki, E.Nəcəfov öz profili üzrə Masazır qəsəbəsində vəzifə təyinatı alıb.
Redaksiya olaraq, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab etmişik.
 //azerinfo.info//

Dünyapress TV

Xəbər lenti