Ardını oxu...
Bir qrup ixracatçı sahibkar Prezident İlham Əliyevə müraciət edərək Dövlət Gömrük Komitəsinin onlara yaratdığı əngəldən şikayətləniblər. Anaxeber.info bildirir ki, iş adamları Azərbaycanın qərb bölgələrindən xurma ixrac edirlər. Onların sözlərinə görə, bu məhsullar əsasən Ukraynaya göndərilir. Sahibkarlar qeyd edirlər ki, müqavilə əsasında ixrac etdimkəri xurma 51 qəpiyə qiymətləndirilib.

“Lakin Yevlax, Tovuz rayonlarında rəsmiləşdirmə zamanı xəbərdar etmədən hər bir xurma maşınının hesab fakturasını 1.30 manat dəyərində qiymət qoyaraq bütün ixracı iflic ediblər. Müzakirə zamanı hər iki gömrük postunun Qərb bölgəsi üzrə regional idarə rəisi Pərviz müəllimin tapşırığı olduğunu bizə bildirdilər.

Məsələyə aydınlıq gətirərək bildirirk ki, ölkə ərazisində xurma məhsulunun kiloqramı 15 qəpikdir, bunu qarşı tərəfə 51 qəpiyə razılaşdırsaq da, Gömrük Komitəsinin regional idarəsi məcbur edərək 1.30 manatdan hesablamaqla Ukraynada rəsmiləşməni düz 3000 dollar bahalaşdırıb.

Bu isə Azərbaycanda olan xurma məhsulunun ölkədən ixracının qarşısının kəskin şəkildə alınması deməkdir”, – deyə Prezidentə müraciətdə qeyd edilib.

Hazırda Ukrayna xurma məhsulunun ikinci dərəcəli alıcısıdır, bu cür gömrük yanaşması konseqnasiya zamanı vəsaitin geri qayıdan hissəsini yarıya çatdıracaq ki, bu da tam vəsaitin geri qayıtması deməkdir. Sahibkarlar əlavə edib ki, Yevlax və Tovuz ərazisində bəyannamə geri qaytarılarkən əsas səbəb kimi qiymət uyğunsuzluğunun qeyd olunmaması da şübhə doğuran haldır: “Çünki bu zaman bəyannaməni geri qaytararkən Gömrük Komitəsinin sahibkara invoys dəyərini artırmaq səbəbini gömrük portalında qeyd etmirlər.

Səbəb başqa qeyd edilir. Çünki özləri də xurma məhsuluna şişirdilmiş qiyməti yazdıqlarının fərqindədirlər. Ölkəmiz bu gün ağır imtahanlar verdiyi halda, Qərb gömrük komitəsinin rəhbəri Pərviz müəllimin bu rəftarı nəyə xidmət etdiyi bəlli deyil.

Məlumdur ki, xurma məhsulu ölkədən ixrac olunmazsa, ölkədə bu məhsula tələbat olmadığından külli miqdarda xurma daxildə xarab olacaq. Hörmətli Prezident və Şahin Bağırov, sizə Qərb regional gömrük barədə tapşırıq verməyinizi xahiş edirik”.

Hidayətov Zöhrab
Bədəlov Asif
Hidayətov Təyyar
Şirinov Elvin
Həşimov Müşfiq
Həşimov Tural
Orucov Rüfət //aztoday.az//
 
 
 
Ardını oxu...
"Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmaqallı Nicat müəllimsiniz?” DİA.AZ bildirir ki, bu sözləri 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxan Nicat Göyüşlü deyir. Söyləyir ki, kollecdə işlədiyi müddətdə bir sıra ciddi qanun pozuntuları ilə üzləşib. Bununla bağlı kollecin direktoru Elşad Quliyevə irad bildirdiyi üçün təzyiqlərə məruz qalıb:
“Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində müəllim işləyirdim. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. 2017-ci il mayın 31-də keçmiş Təhsil naziri Mikayıl Cabbarovun (2013-2017) əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum. İyunun 16-dan - kollecdə fəaliyyətə başladığım gündən bu təhsil ocağında tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları ilə rastlaşdım. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi. Bilmirəm, kimin tapşırığı və istəyi idisə, direktor bu təyinatı özbaşına həyata keçirmişdi. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları barədə iradlarımı bildirdim”.

Şikayətçi bildirir ki, direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb. Zamanla vəziyyət daha gərgin xarakter alıb: “Kollecə gəldiyim ilk gündən direktor Elşad Quliyev məni yanına çağırırdı, basqılar altında olduğunu deyirdi. İddia edirdi ki, mən kollecə gələndən sonra ona qarşı təzyiqlər var. Onu da deyim ki, direktor müavini vəzifəsinə mənə qədər Vüqar Eyyubov təyin olunmuşdu. Onu bu vəzifəyə direktor özü təyin etmişdi”.

Nicat Göyüşlü bildirir ki, Təhsil Naziri postunda dəyişiklik edildikdən sonra yenidən ona qarşı ciddi problemlər yaranmağa başlayıb:

“Kollecin direktoru Elşad Quliyevin basqıları ilə üzləşdim. O, söyləyirdi ki, sənin kollecdə işləməyini Təhsil Nazirliyi istəmir. Məsələni dəqiqləşdirmək məqsədilə, Təhsil Nazirliyinin əməkdaşları ilə danışanda, belə bir iddialarının olmadığını dedilər”.

“Tək kollec və rayon deyil, bütün Gəncəbasara yayılmışdı ki, direktor məni sıxışdırıb işdən çıxarmaq istəyir. Bu haqda mətbuatda yazılar da dərc olunmuşdu. Buna görə kollecin tələbələri yığışıb, imza toplayaraq Təhsil Nazirliyinə müraciət etmək istəmişdilər”,- sabiq tədris işləri üzrə direktor müavini söyləyir:

“Bundan xəbər tutub, həmin tələbələri çağırıb, polislə qorxutmuşdular. Təşkilatçı olan tələbənin mənə qohumluğu çatır. Onu çağırıb, polislə təhdid edib, tələbələr sırasından xaric olunması ilə bağlı hədələyərək izahat yazdırmışdılar. Bu məsələni tələbələrin arasında iğtişaş yaradırmışam kimi aktlaşdırmaq istəyirdilər. Mən həmin tələbələrlə danışmışam, onların səs yazısı telefonumda qalıb. Bir neçə işçi ilə məni üz-üzə qoyduqları üçün başa düşdüm ki, məni ləkələməyə çalışırlar. Gördüm ki, bunlar nəsə qondarma quramayla məni ləkələməyə çalışır. Buna görə də ərizəmi yazıb, işdən ayrıldım”.

Şikayətçi deyir ki, məqsədi kollecdə baş verən qanun pozuntularının təkrarlanmamasıdır. Əlində ciddi faktların olduğunu bildirən Nicat Göyüşlü, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib:

“Bir daha söyləyirəm, əlimdə kollecin fəaliyyəti ilə bağlı əsaslı şəkildə qanunsuzluqları əks etdirən faktlar var. Ölkə başçısının son dövrlər apardığı islahatlara güvənərək, yola çıxmışam. Cənab Prezidentin Ağstafada və Neftçalada keçirdiyi islahat, həmçinin Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavininin korrupsiya faktına görə həbs olunması əsas verdi ki, mən də fikrimi bildirim. İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu özbaşınalıqlarla bağlı da bir tədbir görülsün. Eyni zamanda da mənim üzərimdə olan bu dırnaqarası ləkə aradan götürülmüş olsun”.
İndi isə, Qazax Dövlət Sosial-İqtisadi Kollecində elə hadisələr baş verir ki, hazırki dövrdə bu işləri mətbuata çıxarmaq nəinki utancverici, heç insanlığa sığmayan bir şeydir. Yəni, Emin Əmrullayevin əlində çox böyük problemdirmi ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində rəhbər şəxsləri hamılıqla işdən azad etsin. Axı, bu məsələlərin prokurorluqda araşdırılması və ya hər hansı bir qiymət verilməsi, kiminsə yenidən işdə qalması ağlasığmaz bir işdir.
Ardını oxu...
Bakıda məşhur istirahət mərkəzində bir müddət əvvəl qalmaqal yaşanıb.

DİA.AZ-ın xəbərinə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən tanınmış əcnəbi iş adamlarından birinin külli miqdarda pulu yoxa çıxıb..

Mənbə dia.az-a bildirir ki, əslində əcnəbi iiş adamının pulu qumar masasında "əriyib", sadəcə rəsmiləşdirmə üçün bu olayı oğulruq adı ilə əqdim eməyə çalışıblar.

Qeyd edək ki, hadisənin təfərrüatı ilə bağlı dia.az-a informasiyalar daxxil olub.

Aydın olur ki, keçmiş deputat Hüseynbala Mirələmova məxsus olan bu obyekt həm də qanunsuz qumarxana kimi fəaliyyət göstərir. Bu fak isə bu günlərdə İFŞA OLUB və həm də qalmaqalla...

Məsələdə Arzuman adlı şəxsin də adı hallanır... Bu barədə daha geniş növbəti yazıda...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakıda beşmərtəbəli binanın zirzəmisində obyekt tikilir. Söhbət Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, 24-cü binanın 2 nömrəli mənzilinin zirzəmisindən gedir.

TEREF.AZ-ın xəbərinə görə, Bizim.Media-ya bu iddia ilə müraciət edən bina sakinlərinin sözlərinə görə zirzəmidə iaşə obyekti tikilir. Hətta binanın sütununa da müdaxilə edilib.

Onlar hesab edir ki, əgər tikinti dayandırılmasa, bina təhlükəli vəziyyətə düşə bilər.

Zirzəmidə qazıntı işlərinə təxminən 2 ay əvvəl başlanıldığını vurğulayan sakinlər müvafiq qurumlara məlumat verdikləri üçün aparılan işlərə bir müddət fasilə verildiyini qeyd ediblər. Bir həftə sonra yenidən tikinti işlərinə başlanılıb. Sakinlər növbəti dəfə etiraz ediblər. Bundan sonra zirzəmi blomlanıb. Hazırda isə orada hər hansı iş aparılmır.

Şikayətçilərin dediklərinə görə, sözügedən zirzəmi Dövlət Əmlak Komitəsi tərəfindən İbrahimova Günel Şirin qızının adına özəlləşdirilib. Yəni özəl mülkiyyətçi odur. Amma obyektin sahibi başqa bir şəxsdir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Orxan Camalov Bizim.Media-ya bildirib ki, həqiqətən də zirzəmidəki sütuna müdaxilə edilirdi, lakin bu cəhdin qarşısı alınıb:

“Müdaxilə etmək istəyirdilər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-lə birgə qarşısını aldıq. Fövqəladə Hallar Nazirliyi tərəfindən ora blom vurulub. Obyekt filan açılmayacaq. Səhv etmirəmsə, o məsələ ilə bağlı cinayət işi də açılacaq. Bir sözlə orada işlər dayanıb və hər gün nəzarət olunur”.

Sakinlərin iddiasına görə işlər dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır. Bildirirlər ki, bir müddət sonra yenidən tikintiyə başlanılacaq.

Tikintiyə nəzarət və icazə ilə bağlı aydınlıq gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə yaratsaq da, hər iki qurumdan hər hansı açıqlama ala bilmədik.

Daha sonra obyekt sahibinin kimliyini araşdırdıq. Məlum oldu ki, Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, bina 24-ün 2 nömrəli mənzilin zirzəmisinin sahibi Sakit İbrahimovdur. O, zirzəmidə hər hansı qazıntı və ya tikinti işlərinin aparılmadığını deyib:

“Bunu söyləyənlər ağ yalan danışır. Dəli olmaq lazımdır ki, öz obyektinin sütununa problem yaradasan və sütun başına uça... Şəxsən sizi dəvət edirəm, gəlin öz gözlərinizlə baxın. Mülkiyyətimdə olan bir yerə məgər icazə ilə girib-çıxmalıyam? Ya, obyekti təmir edəndə kimdənsə icazə almalıyam? Həmin binanın 99 faizi obyekt olaraq fəaliyyət göstərir.

Sadəcə 2 ay əvvəl oranı yüngül təmir etdirmişəm. Vəsaitimiz çatmadı deyə təmiri saxladıq. Hazırda orada iş getmir. İmkanlarımız düzələndən sonra yenə təmir planlaşdırırıq. Mən sizi əmin edirəm ki, bu məlumat qərəzli şəkildə yayılıb”.

Göründüyü kimi, rəsmi qurum, yəni Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi həqiqətən də zirzəmidə qanunsuz müdaxilənin aparıldığını təsdiqləyib.

Bu azmış kimi sütuna müdaxilə aşkarlandığı üçün Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə işə müdaxilə etdiklərini, qazıntı işlərinin qarşısının alındığını bildirib. Amma obyekt sahibi bütün bunları inkar edərək, sadəcə obyektdə təmir işləri apardığını qeyd edib.

Hər halda məsələni yerində araşdırmaqla qarşılıqlı iddialara cavab tapmaq olar. Ümid edirik ki, aidiyyəti qurumlar problemi yoluna qoyacaqlar.

Məsələdə adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu... ·
Hörmətli dostlar,
QHT Agentliyinin qurduğu yeni bir məkrli planın üstü açılmaqdadır.
Elə “sağlam” adamlarla oyun qururlar ki, üstündən 1-2 gün keçməmiş gedib orda-burda danışırlar.
Deməli bu ayın 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin qəbul günüdür.
QHT Agentliyi 2 gün öncə bəzi QHT sədrlərini fərdi qaydada dəvət edərək həmin qəbula yazılmağı və bəzi problemləri qabartmağı tapşırıblar.
Tapşırıq almış bir şəxsdən dolayı yolla müəyyən informasiya ala bildim.
Həmin yoldaşa tapşırılıb ki, qəbul zamanı rayonlarda keçirilən QHT tədbirləri ilə bağlı problemlərə toxun. Bildirin ki, Prezident Administrasiyası tərəfindən bu iş düzgün təşkil olunmur.
Bunun üçün təklif edirik ki, QHT Agentliyinin icraçı direktoru rayon icra hakimiyyəti başçılarına bu məsələ ilə əlaqədar özü birbaşa tapşırıq versin. Üstəlik o məsələyə də toxunun ki, rayon icra hakimiyyətləri QHT Agentliyinin rayonlardakı tədbirlərinə tam sayda insanları toplamır və bu məsələyə görə Agentliyin rəhbərliyi regional idarə rəislərinə müvafiq göstəriş verə bilsin.
Beləliklə, QHT fəlsəfəsinə yad olan bir məsələdən başlamaq istəyirəm.
Hələ də bu şəxslər anlamaq istəmirlər ki, icra hakimiyyətləri QHT-lər üçün iştirakçı yığmalı deyil, əksinə QHT insanları toplamaq iqtidarında olmalıdır. İkincisi QHT Agentliyi əlavə səlahiyyətlər əldə edib, bütün qurumlara təsir imkanlarına yiyələnmək istəyir.
Necə ki, o vaxt bir qayda çıxardılar ki, dövlət orqanları qrant verəndə QHT Şurası (indi Agentlik) ilə razılaşdırmalıdır. Bununla da nazirliklərin Şuraya işi düşürdü.
Həqiqətən görülməli işlər qalıb bir kənarda, hamı səlahiyyət sahibi olmağa, öz şəxsi maraqlarını təmin etməyə xidmət edir. Bu dövlətə xidmət edən insanları mənim timsalımda küsdürməyə çalışırlar.
Mən onsuz da. ölkəm üçün dayanmadan nəsə etməyə çalışıram və məni bu yoldan heç kim döndərə bilməyəcək.
Sadəcə mənim bu sektorun məhv olunmasına ürəyim yanır, dövlətin bu vaxta qədər qayğısı ilə əhatə olunmuş bir sektor indi məhv olmaq üzrədir. Yalnız görüntü xarakterli fəaliyyətlərlə bu sektoru ayağa qaldırmaq olmayacaq.
Samir Adigozelli
Teref.az
Ardını oxu...
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ötən 2022-ci ildə xeyli sayda dövlət satınalması həyata keçirib.

TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, satınalmaların bəziləri müqavilə predmetlərinə və qalib təşkilatların qeyri-şəffaflığına görə bir sıra şübhələrə yol açır.

Öncə qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2022-ci ildə 3 lot üzrə yekun vurduğu satınalmanın ümumi məbləği 345.146 manat təşkil edib.

Mərkəzin “Pasiyentlərin təhlükəsizliyi üzrə sosial mediada maarifləndirmə kampaniyası və Dünya Pasiyent Təhlükəsizliyi Gününə həsr edilmiş Konfransın keçirilməsi, Mamalıqda təxirəsalınmaz halların menecmenti üzrə mama-ginekoloqlar üçün təlim kursu və vebinarların təşkili, pediatrlar, neonatoloqlar, təcili yardım və ailə həkimləri və terapevtlər üçün ACLS, NRP, İTLS və PALS beynəlxalq təlimlərin təşkili, Süd vəzi xərçənginin profilaktikası və müalicəsinə dair həkimlər arasında məlumatlandırma və skrininq fəaliyyətinin təşkili, Qeyri-infeksion xəstəliklərlə və narkomaniya mübarizəyə dair silsilə tədbirlərin təşkili və Reproduktiv sağlamlıq məsələlərinin təşviqi, müasir tələblərə uyğun strategiyanın yenidən işlənməsi, ictimai vəkillik fəaliyyətinin təşkili, “Uşaq travmatizmi: risk faktorları, profilaktika və ilk yardım” kitabının işlənib hazırlanması üzrə xidmətlər” lotu üzrə yekun vurduğu satınalmanın məbləği 105.080 manat olub.

Bu satınalmada “ORLONDO 22 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Mərkəzin qalib elan etdiyi “ORLONDO 22 CORP” MMC 2022-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla ev 56, mənzil 105/135, qanuni təmsilçisi isə Cəfərov Ülvi Şahin oğludur.

“ORLONDO 22 CORP” MMC-nin fəaliyyət profili, həmçinin müvafiq lisenziyalarının olub-olmaması barədə açıq internet resurslarında heç bir məlumat yoxdur. Lisenziyaları, fəaliyyət profili, işçi sayı barədə maəlumat olmayan “ORLONDO 22 CORP” MMC-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə təlimlərin təşkilini, təlim kurslarını, “müasir tələblərə uyğun strategiyanın yenidən işlənməsi”ni hansı resurslar hesabına edəcəyi məsələsi də sual yaradır.

Əldə etdiyimiz məlumata görə “ORLONDO 22 CORP” MMC dövlət satınalmalarında “otkad” məqsədi ilə yaradılan təşkilatlardandır. “ORLONDO 22 CORP” MMC-nin hazırda dövlətə 3.354 manat vergi borcunun olması da bu barədə səslənən iddiaları gücləndirmiş olur.

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2022-ci ildə daha bir satınalmaya yekun vurub. Mərkəzin “31 May tütündən imtina aksiyanın təşkili, tütündən imtina kabineti işinin təkmilləşdirilməsi, metodik vəsait və təlimatların işlənilib hazırlanması, təlim kurslarının təşkili və keçirilməsi, saytların və mobil əlavələrin məzmununun yenidən hazırlanması və İsim.az sayt materiallarının ingilis və rus dilinə tərcümə edilməsi və tədbirlər zamanı lazım olan tərcümə xidməti” lotu üzrə keçirdiyi satınalmada “BARNI HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“BARNI HOLDING” MMC 2021-ci ilin noyabr ayının 11-də təsis edilib. Şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov pr, ev 1, mənzil 0 ünvanı, qanuni təmsilçisi isə Qəhrəmanov Emin Əhməd oğludur.

Satınalma müqaviləsinə görə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə “təlim kurslarının təşkili və keçirilməsi”, “saytların və mobil əlavələrin məzmunun yenidən hazırlanması”, “İsim.az sayt materiallarının ingilis və rus dilinə tərcümə edilməsi” xidməti göstərəcək “BARNI HOLDING” MMC-nin özünün fəaliyyəti olduqca şübhəlidir. Belə ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinə sayt yığan “BARNI HOLDING” MMC-nin özünün web ünvanı yoxdur. Həmçinin, bu təşkilatın da işçi qüvvəsi, lisenziya və fəaliyyəti barədə məlumatlara rast gəlinmir.

“BARNI HOLDING” MMC-nin hazırda dövlətə 5.536 manat vergi borcu var.

Mərkəzin yekun vurduğu “Keçirilmiş sorğulara əsasən dəyirmi masaların təşkil olunması, “İctimai səhiyyə” adlı feysbuk canlı yayınların təşkili, Tütün üzrə maarifləndirici tədbirlər, “İctimai sağlamlığın əsasları”, Klinik protokollar və Ailə, uşaq və qadın komitə ilə birgə təlimlərin keçirilməsinin təşkili, EBMG protokollarının yenilənməsi, Simptomların yoxlanması proqramının prototipinin tətbiqi, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi, Qurd invaziyası hallarının azaldılması, “COSİ” layihəsi üçün təhlil işlərinin aparılması, Ümumdünya Ürək günü, Diabet günü və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlərin təşkili” lotu üzrə satınalmanın məbləği 143.116 manat, qalibi isə “YUFON-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Mərkəzin qalib elan etdiyi “YUFON-KO” MMC də yuxarıda qeyd edilən satınalmalarda qalib olan təşkilatlar kimi qeyri-şəffafdır. Belə ki, müqaviləyə görə Mərkəzə tədbirlər təşkil edən, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi və “COSİ” layihəsi üçün təhlil işlərinin aparan “YUFON-KO” MMC -nin də fəaliyyət profili, lisenziyaları, faktiki ünvanı barədə məlumatlara rast gəlinmir.

“Yufon-KO” MMC-nin hazırda dövlətə 8.107 manat vergi borcu var.

Qlobal.az fəaliyyət profili barədə açıq internet resurslarında məlumat verilməyən təşkilatların İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sifarişçi olduğu satınalmalarda necə qalib gəlməsi, bu təşkilatların qeyri-şəffaf olmaları və dövlətə külli miqdarda olan vergi borcu barədə Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədi.

Qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2006-cı ildə yaradılıb.

Mərkəz müstəqil olaraq dövlət satınalmaları həyata keçirir.

Mərkəzdə Səhiyyə siyasəti və planlaşdırma, Səhiyyə kommunikasiyası, Tibbi keyfiyyət standartları, Layihələrin əlaqələndirilməsi, Təlim-resurs, İctimai sağlamlıq, İlkin səhiyyə və ailə təbabəti, Statistika, monitorinq və təhlil, Səhiyyə texnologiyaları və teletəbabəti, Akkreditasiya, Sertifikasiya və Elektron standartlar (Nəşriyyat) şöbələri fəaliyyət göstərir.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyevdir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hazırda deputat kimi fəaliyyət göstərən Sədaqət Vəliyeva o zamanlar köməkçisi, sonra isə YAP Nizami RT-nin aparat rəhbəri olmuş hazırkı sədr Ramil Vəlibəyovla əlbir olaraq, Hakim partiyanın əmlakının nəzərəçarpacaq dərəcədə böyük hissəsini baba mirası, ata mülkü kimi satıblar və bu maxinasiya partiyanın mərkəzi aparatından gizlədillib. Soruşacaqsınız ki, necə? Darıxmayın, keçmiş sədrin öz köməkçisi ilə birləşərək, əmlak bazarına girişməsinin detallarını ardıcıllıqla nəzərinizə çatdıracağıq. Onu da deyək ki, bu ekzotik cütlükün əmlak satışından başqa,mərkəzi aparatın xəbəri olmadan digər əməliyyatlar da həyata keçiriblər. Keçmiş sədr öz köməkçisi ilə birgə Yap Nizami rayonu Təşkilatını ticarət, iaşə obyekti kimi idarə edib. Sədr öz köməkçisinin əli ilə rayonun biznes stukturlarını, maşın alverçilərini “ partiya ehtiyaclarının ödənilməsi” adı altında inək kimi sağıblar. Hətta “aylığa” otuzdurduqları şirkət rəhbərləri də var və bu pullardan bir qəpik belə mərkəzi aparata ödənilməyib, Vəliyeva-Vəlibəyov cütlüyü hamısını həzm-rabedən keçiriblər.
Qayıdaq bina məsələsinə, daha doğrusu özü boyda da yerin altında olan Sədaqət Vəliyeva ilə onun pulyığan maşını olan, sonra da özünün yerinə sədr gətirdiyi Vəlibəyovun maklerlik fəaliyyətinə. Yox, onlar partiyanın əmlakını Neftçilərdəki məşhur maklerlər bağında satmayıblar. Əməliyyat unikal şəkildə və “TAM MƏXFİ” qrifi altında həyata keçirilib.Əvvəlcə, sözügedən binanın, yəni Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 2P ünvanındakı rayon təşkilatının binasının bir hissəsi vətəndaş Əliyev Adəm Bayram oğluna satılıb və onun adına özəlləşdirmə aparılıb. Əliyev Adəm Bayram oğlunun adına olan çıxarışdan da görünür ki,özəlləşdirilmiş hissə 26.06.2013-c ildə rəsmi qeydiyyata alınıb (Çıxarış əlavə olunur - Red).

Beləcə həmin vaxt YAP Nizami rayon təşkilatının sədri olmuş Sədaqət Vəliyeva və onun köməkçisi- aparat rəhbəri, hazırda isə sədr olan Ramil Vəlibəyovla birgə hakim partiyanın əmlakı sırasında olan binanı mərkəzi aparatdan gizli şəkildə parçalayaraq satıb və əldə olunan vəsaitdən şəxsi məqsədlər üçün yararlanıblar. Kənardan əlbəttə ki, bina bütöv görünür və belə təsəvvür yaranır ki, göz oxşayan tikili bütövlüklə YAP Nizami rayon təşkilatına məxsusdur. Lakin sənədlər bunun əksini sübut edir. Yeri gəlmişkən YAP-ın əmlakı üzərində mülkiyyətçi hüququ qazanmış Adəm Əliyevin kimliyi məlum deyil..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı teref.az olaraq büttün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Zaman-zaman Lerik rayonunda çaylardan qum-çınqıl qarışığının daşınması səbəbindən sakinlərin narazılığı barədə yuxarı instansiyalara şikayətlər ünvanlanmış və həmin şikayətlər əsasında əlaqədar qurumların nümayəndələri, o cümlədən, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən ərazilərə baxışlar keçirilmiş və araşdırmalar aparılmışdır. Baxışlar zamanı şikayətlərdə göstərilən ərazilərdə fiziki və hüquqi şəxslərə məxsus qum-çınqıl istehsal edən karxana avadanlıqlarının olduğu aşkar edilmişdir. Həmçinin baxışlar zamanı fiziki və hüquqi şəxslər tərəfindən çaylarda qazıntı işləri aparılan müddətlərdə müvafiq qaydaların tələblərinin pozulduğu (firmalar üçün nayrılmış yataq sahəsinin konturlarından kənara çıxmalara yol verilməsi, yataqdan səmərəli istifadə olunmaması, sahələrdə hamarlama işlərinin aparılmaması və s.) müəyyən edilmişdir.. Nəticədə həmin ərazilərdə çay suları axın istiqamətini dəyişdiyindən, bəzi yerlərdə çay sahilinin intensiv yuyulması müşahidə olunmuşdur.

Lerik rayonunda bu kimi qanunsuzluqlara rəvac verən şəxslərdən biri də Milli Məclisin deputatı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovdur. Ona məxsus “Kaspi Star” firmasına Ləkərçayda qazıntı işləri aparılan zaman müvafiq qanunların tələblərinə ciddi əməl edilməsi barədə xəbərdarlıq edilmiş, gələcəkdə belə halların təkrar olunması aşkar edilərsə, ciddi tədbirlərin görüləcəyi nəzərə çatdırılmışdır.

Amma görünən odur ki, Çingiz Məmmədov deputat qardaşına arxayın olaraq Ləkərçayda qazıntı işləri aparmaqda və qanunun tələblərini pozmaqda davam etməkdədir. Bildirilir ki, Çingiz Məmmədovun sahibi olduğu istehsalat vahidləri əsla vicdanlı vergi ödəyiciləri də deyillər.

Sentyabrın 27-si və 30-da Lerik rayonunun Piran kəndində Ləkərçay çayında aparılan qanunsuz qazıntı işlərini əks etdirən görüntüləri video-qeydə almışıq. Foto-qeydə aldığımız bir başqa görüntülər isə Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması hesabına açılmış ərazidə qanunsuz tikinti işlərinin aparıldığını göstərir. Hələlik bünövrə üzərində bir neçə daş hündürlükdə inşa olunmuş tikintinin təyinatı bilinmir. Amma bəllidir ki, tikinti Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin “xeyir-duası” ilə həyata keçirilir. Əks təqdirdə, yəni, müəssisə rəhbərinə “hörmət” etmədən bircə daşı belə ikincinin üstünə qoymaq olmazdı.

Əlbəttə, bütün bu qanunsuzluqlar bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Ceyhun Həsən oğlu Hüseynovun gözləri önündə baş verir. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub və fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib. Ceyhun Həsənov 1 saylı RETSİ-nin sabiq rəisi Şakir Quliyevin atasına rəhmət oxutdurur. Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.

Göründüyü kimi, hər iki şəxs mənfi reputasiyaya malik olsalar da, himayədarları Vüqar Kərimov tərəfindən qorunurlar və yalnız sistem daxilində bir vəzifədən digərinə keçirilirlər. //azerinfo.info//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
NEFT KƏMƏRLƏRININ MÜHAFIZƏ ƏRAZISINI KIMLƏR HƏRRACA QOYUBLARMüəllif: Dəryaz Oraqov 3 октября 2023 / ŞİKAYƏTLƏR

Dövlət Neft Şirkətinin NZS qəsəbəsi ərazisindəki obyektlərinə yanğın təhlükəsi vəd edən qanunsuz tikililərin qarşısı niyə alınmır?

Xatırlayırsınızsa, iki ay əvvəl paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Ardını oxu...
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular. Şükürlər olsun ki, havanın güclü küləkli olması ilə əlaqədar qısa müddətdə böyük bir sahəni əhatə edən yanğına hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədi. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da baş verən yanğın yerinə getmişdi.

Qeyd edək ki, həmçinin buradan qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.

Amma əlbəttə ki, belə faktları ört-basdır etmək çıxış yolu deyil. Sözsüz ki, Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verildi. Ancaq təəssüflər olsun ki, ərazidə təhlükənin mənbəyi potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyasıdır. Yuxarıda adlarını çəkdiyimiz qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.

Sakinlərdən bir neçəsi redaksiyamıza müraciət edərək bildiriblər ki, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib — becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.

Əməkdaşımız hasara alınmış ərazidə tikintisi aparılan obyektin görüntüklərini qeydə alıb.

Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.

Maraqlı odur ki, əməkdaşımızın ərazidə olduğu vaxtda mühafizə polisinin əməkdaşları Socara məxsus olan texnika ilə ərazini təmizlətdirirdi. Sanki, növbəti satılacaq ərazinin «planirovkasını» hazırlayırdı.
Ardını oxu...
Ardını oxu...
Məsul hesab etdiyimiz şəxslərə zəng vurub məsələ ilə bağlı mövqelərini öyrənməyə çalışdıq. Hərəsi bir yolla danışmaqdan yayındılar. Belə ki, Əli bəy “mən iclasa gedirəm, sonra danışarıq” deyib dəstəyi asdı. Sonra isə zəngimizi götürmədi. Mühəndis Məhərrəm “Mən kiməm ki? Verilən tapşırıqları yerinə yetirirəm” deyib yaxasını qırağa çəkdi. Hikmət bəy “mən gecə növbəsindən çıxmışam, yuxuluyam, danışa bilmirəm” dedi. Xətai RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da votsapla ünvanladığımız suallara aydınlıq gətirməkdən vaz keçdi.

Sakinlərlə söhbət əsnasında biz də müştəri qismində ev tikmək üçün icazəni kimdən almaq lazım olduğunu soruşduqda hər kəs Qafarın söz sahibi olduğunu bildirdilər.

Bununla belə cavabdeh qurum təmsilçilərinin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq

Deryaz.az

Dünyapress TV

Xəbər lenti