Hövsanda binanın zirzəmisində obyekt TİKİLİR –
Bakıda beşmərtəbəli binanın zirzəmisində obyekt tikilir. Söhbət Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, 24-cü binanın 2 nömrəli mənzilinin zirzəmisindən gedir.

TEREF.AZ-ın xəbərinə görə, Bizim.Media-ya bu iddia ilə müraciət edən bina sakinlərinin sözlərinə görə zirzəmidə iaşə obyekti tikilir. Hətta binanın sütununa da müdaxilə edilib.

Onlar hesab edir ki, əgər tikinti dayandırılmasa, bina təhlükəli vəziyyətə düşə bilər.

Zirzəmidə qazıntı işlərinə təxminən 2 ay əvvəl başlanıldığını vurğulayan sakinlər müvafiq qurumlara məlumat verdikləri üçün aparılan işlərə bir müddət fasilə verildiyini qeyd ediblər. Bir həftə sonra yenidən tikinti işlərinə başlanılıb. Sakinlər növbəti dəfə etiraz ediblər. Bundan sonra zirzəmi blomlanıb. Hazırda isə orada hər hansı iş aparılmır.

Şikayətçilərin dediklərinə görə, sözügedən zirzəmi Dövlət Əmlak Komitəsi tərəfindən İbrahimova Günel Şirin qızının adına özəlləşdirilib. Yəni özəl mülkiyyətçi odur. Amma obyektin sahibi başqa bir şəxsdir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Orxan Camalov Bizim.Media-ya bildirib ki, həqiqətən də zirzəmidəki sütuna müdaxilə edilirdi, lakin bu cəhdin qarşısı alınıb:

“Müdaxilə etmək istəyirdilər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-lə birgə qarşısını aldıq. Fövqəladə Hallar Nazirliyi tərəfindən ora blom vurulub. Obyekt filan açılmayacaq. Səhv etmirəmsə, o məsələ ilə bağlı cinayət işi də açılacaq. Bir sözlə orada işlər dayanıb və hər gün nəzarət olunur”.

Sakinlərin iddiasına görə işlər dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır. Bildirirlər ki, bir müddət sonra yenidən tikintiyə başlanılacaq.

Tikintiyə nəzarət və icazə ilə bağlı aydınlıq gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə yaratsaq da, hər iki qurumdan hər hansı açıqlama ala bilmədik.

Daha sonra obyekt sahibinin kimliyini araşdırdıq. Məlum oldu ki, Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, bina 24-ün 2 nömrəli mənzilin zirzəmisinin sahibi Sakit İbrahimovdur. O, zirzəmidə hər hansı qazıntı və ya tikinti işlərinin aparılmadığını deyib:

“Bunu söyləyənlər ağ yalan danışır. Dəli olmaq lazımdır ki, öz obyektinin sütununa problem yaradasan və sütun başına uça... Şəxsən sizi dəvət edirəm, gəlin öz gözlərinizlə baxın. Mülkiyyətimdə olan bir yerə məgər icazə ilə girib-çıxmalıyam? Ya, obyekti təmir edəndə kimdənsə icazə almalıyam? Həmin binanın 99 faizi obyekt olaraq fəaliyyət göstərir.

Sadəcə 2 ay əvvəl oranı yüngül təmir etdirmişəm. Vəsaitimiz çatmadı deyə təmiri saxladıq. Hazırda orada iş getmir. İmkanlarımız düzələndən sonra yenə təmir planlaşdırırıq. Mən sizi əmin edirəm ki, bu məlumat qərəzli şəkildə yayılıb”.

Göründüyü kimi, rəsmi qurum, yəni Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi həqiqətən də zirzəmidə qanunsuz müdaxilənin aparıldığını təsdiqləyib.

Bu azmış kimi sütuna müdaxilə aşkarlandığı üçün Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə işə müdaxilə etdiklərini, qazıntı işlərinin qarşısının alındığını bildirib. Amma obyekt sahibi bütün bunları inkar edərək, sadəcə obyektdə təmir işləri apardığını qeyd edib.

Hər halda məsələni yerində araşdırmaqla qarşılıqlı iddialara cavab tapmaq olar. Ümid edirik ki, aidiyyəti qurumlar problemi yoluna qoyacaqlar.

Məsələdə adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq...

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1696407886_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1696407888_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1696407888_4.jpg
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti