Ardını oxu...

    Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişaf etdirilməsi yöndə oynadığı rol onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu elan etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Bunlardan biri də ölkəmizin təhsil sahəsində müəyyən islahat proqramlarının həyata keçirilməsi idi. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. Yəni, Ulu Öndər ölkəmizin təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi addımlarını atmış və bir neçə fərman və sərəncamlar da imzalamışdır. Bütün bunlara baxmayaraq, son illər bəzi təhsil müəssislərində, ələlxüsus Gəncə Dövlət Universitetində olmazın hoqqalar yaşanmaqda, bir sözlə bu ali təhsil müəssisəsində əsl dərəbəylik hökm sürməkdə davam edir. Məsələn, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirov adlı şəxs tərəfindən yazılı müraciət daxil olub və bu şəxs rektor Yusif Yusibovun rəhbərlik etdiyi təhsil ocağında baş verənləri əsl biabırçılıq adlandırır. Yəni, Cahan Ağamirov qeyd edir ki, “Hal-hazırda Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar, olmazın həngamələr, bənzəri olmayan biabırçılıqlar və s. heç bir halda “sərhəd tanımır”. Çünki, rektor Yusif Yusibov “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, bu gün də idarəçiliyi öz düşüncə tərzinə uyğun həyata keçirməkdə davam edir. Məsələn, Universitetdə elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə Milli Məclisin deputatıdır və bu şəxs deputat olduğundan, onun ikinci vəzifəni daşıması qanunla qadağandır. Buna baxmayaraq, Pərvin Kərimzadəyə Universitetdə dərs saatları da verilib. Nəzərə alaq ki, Gəncə şəhəri ilə Bakı şəhəri arasında olan məsafə təqribən 370 km-dir. Deməli, Pərvin Kərimzadə dərs saatları olduğu günlərdə 760 km yol məsafə qət edir ki, o, ona verilmiş dərsi tələbələrə tədris edə bilsin. Belə bir halın varlığı heç də inandırıcı deyil.

    Bundan əlavə, Universitetdə təhsil üzrə prorektor vəzifəsində çalışan Şahin Xurşudovun, təhsil sahəsi üzrə analoqu olmayan həddə “dəllal” olması faktı da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Şahin Xurşudov mənim kimi təcrübəli, savadlı, dərs vəsaiti ali təhsil müəssisələrində tədris olunan bir şəxsi, xeyli vaxtdır ki, xarici dillər kafedrasından uzaqlaşdırıb. O, bunun əvəzində, hansı ki, müəllim işləyənlər üçün keçirilən müsabiqə imtahanlarından kəsilən 4 nəfər şəxsi işə qəbul edib. Bu da onu göstərir ki, Şahin Xurşudov qurd yağı yediyindən o, “aslan ürəkli” bir şəxsə çevrilib. Bunun başqa izahı ola bilməz. Universitetdə tərbiyə işləri üzrə prorektor 80 yaşlı Gülsüm xanım Quliyevadır və bu xanım işə çəkələkdə gəlir. O halda sual oluna bilər ki, görəsən Gülüsüm xanım tərbiyə işləri üzrə prorektor olaraq, Universitetin ayrı-ayrı korpuslarında, ələlxüsus 5-ci korpusda təlim-tərbiyə işlərini necə həyata keçirir? Təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini daşıyan Fəxrəddin Həsənovun rektor Yusif Yusibovla ələlə verərək, təmir-bərpa işləri adı altında külli miqdarda vəsaitləri mənimsəməsi isə, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Qiyabi şöbənin dekanı İlqar Kubışev əvvəllər Rektorun köməkçisi idi. Faktdır ki, bu şöbədə təhsil alan tələbələrin 50 faizi dərsə gəlmirlər və qiyabi şöbədə hər imtahanın öz haqq-hesabı var. Xarici dillər fakültəsinin dekanı Rektor tərəfindən 3-cü dəfə dekan təyin olunub. Təhsil haqqında Qanuna görə, bir şəxs iki dəfədən artıq dekan ola bilməz. Qanunun belə bir tələbinə baxmayaraq, rektor Yusif Yusibov çox zaman həmin şəxsə “Nə qədər ki,  mən vəzifədəyəm, sən də dekan olacaqsan” deməyi də unutmur. Universitetin rəsmxət kafedrasının müdiri Mərdan Məmmədov nə az, nə də çox, düz 30 ildir ki, bugünkü vəzifəsini daşımaqdadır. Hal-hazırda Rektor o qədər əndazəni aşıb ki, o, ştat cədvəlindən artıq 150 nəfər şəxsi ayrı-ayrı kafedralarda laborant ştatına işə götürüb. Buna misal olaraq onu deyə bilərəm ki, Universitetin hərbi kafedrasında 16 nəfər müəllim olduğu halda, hal-hazırda həmin kafedrada 26 nəfər laborant da işləyir və laborantlardan çoxu işə gəlmirlər. O halda sual oluna bilər ki, görəsən rektor Yusif Yusibov kimə, hansı vəzifə sahibinə, hansı şəxsə arxayın olur ki, o, belə bir qanunsuzluqlara qol qoymağı bacarır? Yayılan məlumatlara görə, Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsini daşıyan Cavanşir Yusibov, rektor Yusif Yusibovun doğma qardaşıdır. Bu şəxsin Yusif Yusibova əsas arxa-dayaq olduğu bildirilir. Amma, bu şəxslər hələ də onu dərk etmirlər ki, dövlətimiz milyarder Ruben Vardanyanı həbs edib Bakıya gətirə bildisə, deməli Yusibovlar şəbəkəsinin də öhdəsindən gəlməyi bacaracaq. Başqa cür də ola bilməz”.

    Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirovun redaksiyamıza ünvanladığı müraciətində qeyd olunanları oxuduqca şoka deyil, sanki “şökə” düşməli olduq. Yəni, yazılanları oxuduqca bizdə belə bir qənaət formalaşdı ki, deməli rektor Yusif Yusibov rəhbərlik etdiyi bu ali təhsil müəssisəsini həm özünün, həm də yaxın çevrəsində olanların biznes mərkəzinə çevirib. Əgər bu belə olmasaydı, o halda Universitetin rəhbərliyi Cahan Ağamirovun ittihamlarına, yazılı müraciətində qeyd etdiklərinə və s. hansısa formada aydınlıq gətirərdi. Deməli, bu gün də Gəncə Dövlət Universitetində hər cür qanunsuzluqlar, olmazın həngamələr baş verir ki, rəhbərlik baş verənlərin qarşılığında susmalı olur.  Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

 Mövzuya yenidən qayıdacağıq.

 

GundemXeber.Az

 
 
 

Ardını oxu...
     

Gədəbəyin əli baltalı ictimai – iaşə obyektlərinin sahibləri meşbəyilərlə əlbir olaraq Tovuzun Yanıqlı meşəbəyliyi ərazisində ki, meşə massivlərinə qənim kəsilib.
Payız mövsümünün gəlişi ilə bağlı meşə ərazilərini örüş otlaq sahəsi kimi fermerlərə satılmasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri varmı?
Bu haqda Dünyanınsəsi.Az saytına eko fəal, Gədəbəy rayonun Qoşabulaq kənd sakini Verdiyev Mübariz Əhməd oğlu tərəfindən maraqlı video və fotofaktlar göndərilib.
Belə ki, hər il olduğu kimi bu ildə Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Şamil Zeynalov vəzifə səalahiyyətlərindən sui-istifadə etməklə Gədəbəy rayonun Qoşabulaq kəndi ərazisndə yerləşən Yanıxlı (Şahzadə meşəsi) meşəbəyliyinin 37 dolayısını dədə malı kimi satırlar.
Ərazidən çəkilmiş videomateriala baxarkən məlum olur ki, sözgedən meşə dolayısında yüngül və digər konustruksiyalarla çoxlu sayda ictimai – iaşə obyektləri tikilib.Eko faəlın çəkib göndərdiyi video və fotofaktlara baxdıqda məlum olur i, tikilən obyektlərin materialları həmin meşənin ağaclarını kəsərək tikmişlər. Yerli kənd sakinləri eləcədə eko fəalın bildirdiyinə görə hər yay-payız mövsümlə bağlı hər obyekt sahibi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna haqq verildiyini bildirirlər.
Eko fəal onuda saytımıza bildirb ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Yanıxlı meşəbəyliyinin 37-ci dolayısının meşəbəyisi Quluyev Əliyar Mehdi oğlunun də həmin ərazidə kabaxanası həm də istirahət mərkəzi var.Həm də sözügedən meşbəyi ərazidə özünə məxsus olan çoxlu mal-qara saxlamqdadır.Həm də sözügedən Şamlıq meşəsində Qoşabulaq kənd sakini iki oğlu fərari olan Alıyev Front Xəlil oğluda meşələrə qənim kəsildiyi qeyd olunur.
Ardını oxu...
Belə ki, onlara məxsus olan 2 ictimai – iaşə obyektləri eləcə də meşədə lövbər salan mal-qoyun sürülüri şamlıq meşəsini örüş otlaq sahəsinə çevirib.
Meşələrin icra müqaviləsi olmadan zəbt edilməsi eləcədə mal-heyvan saxlanması olayından 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin guya xəbəri yoxdur? Əlbəttdə Var!
Məlumat üçün qeyd edək ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorundan tutdun sıravi işçilərinə kimi hamısı bir-biri ilə qohum olduğundan meşə fond ərazilərini özlərinin biznes mənbəyinə çevirməklə özlərinin şəxsi qazanc mənbəyinə çeviriblər.Bu cür analoji vəziyyət 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində də höküm sürür.
Redaksiya olaraq inanırıq ki, meşələrin zəbt edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti araşdırma aprıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir.
Qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.
Meşə dolayısını zəbt edilməsini özündə əks etdirən videomaterialı təqdim edirik:


Ardını oxu...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Qusar rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Şair Alxasov bu gün barəsində ən çox şikayələr olunan iccra başçısıdır. Hətta bir zamanlar Qusarın yerli sakinləri Alxxasovdan şikayətlərin əhəmiyyətsiz olduğuna, bu şikayətlərin qarşısının Prezident Administrasiyasında kimlərsə tərəfindən alındığına inandıqlarından artıq PA-ya yox, əslən sözügedən bölgədən olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova belə müraciət edirdilər ki, bu da əslində onların çarəsizliklərinin göstərcisi idi...

İndi isə sakinlər əllərini tamamən üzüblər və güman edirlər ki, Şair Alxasov Qusar RİH başçısı postunda ömürlük olacaq, ondan şikayət etmək də əbəsdir.

İlkin təəssürat sakinlərin haqlı olması yönündə olsa da, vəziyyətin hər an dəyişəcəyi də gözləniləndir.

Unutmaq lazım deyil ki, bu gün hələ də düşmən Ermənistanın torpaqlarımızdakı tör-töküntülərini əzməkdə olan DƏMİR YUMRUQ nəəhayətdə yerlərdə özzlərini vətəndaşlaara qarşı DÜŞMƏN KİMİ aparan məmurlara da qarşı yönələ bilər...

Necə ki, belə olaylara çox şahidlikk etmişik və hələ də həbsdə 10-a yaxın ira başçısı var..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Əlaqədar YAZI: Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?
 
Ardını oxu...
Azərbaycanda cərrahiyyə əməliyyatı vaxtı tənzif unudularaq, 7 ay xəstənin qarın boşluğunda qalıb. Nəticədə onun bağırsağı deşilib. Hadisə Mingəşevir şəhər Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatında baş verib.

2021-ci ilin sentyabrında 25 yaşlı Aysel Qurbanova qeysəriyyə əməliyyatıyla qız uşağı dünyaya gətirib. Onu xəstəxananın həkim-ginekoloqu Leyla Cəfərova əməliyyat edib. 2012-ci ildən xəstəxanada çalışan bu həkimin 38 yaşı var.

Müayinədən keçəndə həkim dedi ki...”
Üç gün sonra xəstəxanadan evə buraxılan Qurbanovanın qarın nahiyəsində bir müddət keçincə ağrılar başlayıb. Dediyinə görə, öncə əməliyyat ağrıları olduğunu düşünüb, amma üç ay keçsə də, ağrılar səngiməyib. Bu üzdən, yaxınları onu ginekoloq L.Cəfərovanın yanına gətirib.

Qurbanovanın sözlərinə görə həkim onun soyuqladığını iddia edib və buna uyğun müalicə yazıb. Di gəl, ağrılar keçməyib. O əməliyyatdan 7 ay sonra – ötən ilin aprelində Bakıda “Xəzər” klinikasına gəlib, müayinədən keçəndə, həkim onun təcili əməliyyata ehtiyac olduğunu deyib:

“Müayinədən keçəndə həkim dedi ki, qarnımda kist var ( kista qışası olan, içi maye dolu çevrəvari törəməyə deyilir – red.) onun götürülməsi üçün əməliyyat olunmalıyam. Rauf həkim əməliyyat etdi. Əməliyyat zamanı, sən demə, qarnımdan bint götürüb, amma bizə deməyib...”

A. Qurbanova evə gələndən sonra əməliyyat yerindən nəcis axıntısı gəlməyə başlayıb. Onun yaxınları “Xəzər” klinikasında əməliyyatı icra eləyən cərrah Rauf Xəlilovdan bunun səbəbini soruşanda həkim tənzif məsələsini onlara açıb deyib. Bundan sonra Ayselin yaxınları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gəliblər.

Zərərçəkmiş deyir ki, öncə ginekoloq qarın boşluğunda tənzif unutması haqda deyilənləri qəbul etməyib, ancaq əməliyyatın gedişində R. Xəlilovun çəkdiyi fotoları görəndə razılaşıb.

Bir daha Bakıda müayinədən keçəndə məlum olub ki...
L.Cəfərova Rauf həkimlə əlaqə saxlayıb, həmkarından xahiş edib ki, xəstəyə lazım olan bütün tibbi yardımlar göstərilsin. Həmin gün A.Qurbanova Respublika Klinik Xəstəxanasına yerləşdirilib, orada 11 gün müalicə alıb. Onu evə buraxsalar da, durumu yaxşılaşmayıb. Sonradan bir daha Bakıda müayinədən keçəndə məlum olub ki, onun “S-vari” bağırsağı deşilibmiş. Həkimlərin rəyinə görə, tənziflə təmas nəticəsində çürümə yaranıb və bu üzdən bağırsaq deşilib.

A.Qurbanova Bakıda ikinci dəfə əməliyyat olunub. Onun bağırsağında çürümüş hissə kəsilib, sağlam hissələr birləşdirilib.

A.Qurbanovanın başına gələnlərlə əlaqədar bu ilin fevralında Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, martda icraat dayandırılıb. May ayında yenidən icraat təzələnib və L.Cəfərovaya əməliyyat etdiyi xəstənin qarnında 7 ay tənzif qalmasıyla bağlı səhlənkarlığa görə ittiham irəli sürülüb.

L.Cəfərova özünü təqsirli bilsə də deyir ki, baş verənləri biləndən sonra nəticəni aradan qaldırmaqdan ötrü əlindən gələn fiziki və maddi nə varsa, edib.

Onun sözlərinə görə, məsələdən xəbərdar olunca, Rauf Xəlilovla əlaqə saxlayıb, onların klinikasında olmasa belə, başqa bir klinikaya yerləşdirilməsini xahiş edib. Daim xəstənin durumunu diqqətdə saxladığını, onu şəxsi maşınıyla Bakıya müayinə və əməliyyata apardığını, xərclərini ödədiyini vurğulayıb.

Yaxınları məndən tələb edirdilər ki, onu sağaldım”
L.Cəfərova deyir ki, onun səhvindən sonra kist əməliyyatında həkim R.Xəlilovun bağırsaqdakı deşilməni görməməsi, o vəziyyətdə qarın boşluğunu bağlayıb, əməliyyatı yekunlaşdırması sonradan müayinə edən həkimləri təəccübləndirmişdi:

“Qarın nahiyəsindən nəcis axıntısı gələndə, yaxınları məndən tələb edirdilər ki, onu sağaldım. Onu professor cərrah Xaləddin həkimin yanına apardım. Müayinə elədi, səhəri gün əməliyyat oldu. Professor mənə və anasına dedi ki, belə böyük perforasiyanı necə görməmək olar? Ya da görüb, necə bağlamaq olar qarın boşluğunu? Bütün xərcləri mən ödədim kassaya. Aysel sağalıb çıxan gün yaxınları mənə təşəkkür elədi...”

A.Qurbanova isə təqsirləndirilən həkimin onun xərclərini qismən ödədiyini deyir. Bununla belə, o, L.Cəfərovaya qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını söyləyib.

Bu məsələyə Mingəçevir şəhər Məhkəməsində baxılıb. Bugünlərdə hakim Elza Cəbrayılzadə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirərək, təqsirləndirilən həkimin məsuliyyətdən azad edilməsinə qərar verib.
 //AzadlıqRadiosu//
 
Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29, 35 A ünvanında yaşayan Əkbərov Zaur Məqsud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yaşadığı binanın komendatına 800 manat vermədiyi üçün evinə buraxılmır:

"Mən, Əkbərov Zaur Məqsud oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 2006-cı ilin mart ayının 17-də aldığım yeni tikilmiş binanın 1-ci blok, 8-ci mərtəbəsində, mənə məxsus olan evimə buraxılmıram. Səbəb də odur ki, mən o binanı alanda binanın lahiyəsində 2 lift görülsə də, piyadalar üçün lifti quraşdırmışdılar, amma yük üçün lift yox idi. Binanın hal-hazırda komendantı olan Qocayev Ayxan yük liftinin quraşdırıb və hər sakindən 800 man pul tələb edir. Pulu ödəməyən piyadaları da həmin liftdən istifadə etməyə qoymur.

Mən öz evimə gedə bilmirəm. Hər ay “komendant pulun”u ödəyirəm, buna baxmayaraq Ayxanın tələb etdiyi 800 manatı ödəməmişəm deyə başıma bu oyun açılır. Bu komendant özbaşınalıq edir, lazımi yerlər görsün və tədbir görsünlər".

Məsələ ilə bağlı binanın komendantı Ayxan Qocayevlə də əlaqə saxladıq. O bildirdi ki, binanı ilk tikən şəxs dələduzluq maddəsi ilə tutulub, sonradan vəfat edib: “İkinci bir şəxs gəldi, o da eyni qayda ilə binanı yarımcıq qoyub, dələduzluq maddəsi ilə tutuldu, bir müddət sonra isə vəfat etdi. Mən özüm də həmin binanın sakiniyəm. Bina sahibsiz qaldı. Binanın damı, lifti, işığı, qazı, suyu yox idi. Fövqalədə Hallar Nazirliyinə borcu 16 min manatdan artıq idi.

Həmin vaxt binada 10-15 ailə yaşayırdı. Bina 2016-cı ildə satılmışdı, o vaxtlar hər kvadrat metri 200 manat olub. Sonradan aydın oldu ki, bir mənzili 5 nəfərə satıblar. Nəticədə, bina məhkəməlik oldu. İşin bu qədər çətinliyini görüb, bina sakinləri olaraq ağsaqqallar, sözü keçənlər yığılıb özümüz üçün şərait yaratmağı qərara aldıq. Əvvəlcə 1 lift aldıq, bir müddət sonra digərini. Daah sonra binanın qazını, suyunu, işığını çəkdirməklə, səhmana salmağa başladıq. Hər dəfə də iclasda iştirak etməyənlərə zəng vurur, yaxud da xəbərdarlıq edirdik ki, pul yığılır, qatılsınlar.

Zaur Əkbərovun anası Zəhra xanım iclasda olub, amma heç vaxt pul verməyiblər. İndi də sakinlər onların kirayəçilərinə liftdən istifadə etməyə icazə vermir, onlar da havayıdan istifadə etmək istəyirlər. Binada bir çox işlər təmənnasız edilib. Burda mənlik heç nə yoxdur. Pul verənlərə səbəb bina tam səliqəyə salınıb. Pul verməyənlər də kiminsə haqqına girmək istəyirlər. Şəxs, sahibkar getsin sakinlərlə problemini həll etsin, pul verən sakinlər pul verməyənlərə liftin açarının verilməsini istəmirlər.

Zaur Əkbərov istəyir ki, bir qəpik vermədən onun kirayəçiləri və özü liftdən istifadə etsin.

O ki qaldı 800 manata, liftin qiyməti ilə maraqlansaz, hər şey sizə aydın olar. Pulu verən şəxslərin heç birinin şikayəti yoxdur. Çünki öz rahatlıqları üçün bu işi görüblər.

2019-cu ilin fevral ayında cənab Prezident yarımcıq binaların itismara qəbul olunması ilə bağlı qərar qəbul etdi. Fərmandan sonra binada bir çox işlər görülüb. Zaur Əkbərovun səsləndirdiyi fikirlər əsassızdır, buyursun kim istəyir yoxlanış keçirib hər şeyi aydınlaşdıra bilərlər”.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Diqqətimi 09 oktyabr 2023-cü il tarixində mətbuatda gedən “Sahib Məmmədov Varşavada işgəncələrə məruz qalmış azərbaycanlılardan danışdı” başlıqlı yazı çəkdi. Yazıda deyilir ki,
ATƏT İnsan meyarı üzrə Konfransının V Plenar sessiyasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib.
Bəli, Sahib Məmmədov çox vacib bir məsələyə toxunub. İstər I, istərsə də II Qarabağ Müharibələri zamanı erməni cəlladlarının əsir və girov götürdükləri Azərbaycan Respublikası vətəndaşlarına qarşı törətdikləri vəhşiliklərdəm danışıb. Çox təqdirə layiqdir.
Lakin həmin vaxt Sahib Məmmədovun heç yadına düşübmü ki, 2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olduğu vaxtda, mənim Şuranı haqlı yerə məhkəməyə verdiyim vaxtda məhkəmədə qarşı tərəfin müdafiəçisi kimi mənə qarşı etdiyi istehzalı çıxışları, gülüşləri? Biləsiniz, Şuranı müdafiə etmək üçün necə canfəşanlıqla çıxışlar edirdi, elə bil qarşısında əsir-girovların hüquq müdafiəçisi olan bəndəniz deyil, əstəğfürullah, bir Vətən xaini, bir erməni qadını durmuşdu. Çünki ona sahibləri belə əmr vermişdilər.
Dəfələrlə qeyd etmişəm ki, Şura ilə problemim erməni girovluğundan azad edilmiş qadınlarla bağlı ingilis dilində film çəkməklə bağlı təqdim etdiyim layihəmə çox cüzi vəsait ayrılması olmuşdu. O vaxt da indiki kimi idi. Əhəmiyyətli layihələrə qəpik-quruş, özlərinə lazım olanlara 18-20 min verirdilər. Layhəmin icrasına başlamazdan əvvəl mətbuatda öz narazılığımı bildirmişdim ki, 7 min manata belə filmi çəkmək olmaz. O zaman evimə Şura üzvləri Sahib Məmmədov, Dilarə Vəliyeva (artıq həyatda yoxdur), Vüqar Qədirov və Ceyhun Osmanovun (o zaman həm də MM-in deputatı idi) imzaları ilə bir məktub gəldi ki, biz Apellyasiya komissiyasının üzvləri belə qərara gəldik ki, bu məbləği sizə vermək düzgün deyil, riskdir. Mən ki, Apellyasiya komissiyasına layihənin məbləğinin qaldırılması ilə bağlı müraciət etməmişdim. Buna baxmayaraq, işə başlamamışdan layihəm bu 4 nəfərin təkifi ilə ləğv edilmişdi. Azay Quliyevin komandası o zaman da indiki kimi idi. Nə istəyirdilər, onu da edirdilər. Mən də məhkəməyə ancaq layihəmin ictimai müzakirəsi üçün müraciət etmişdim.
İndi əsir-girov müdafiəçisinə çevrilmiş Sahib müəllim məhkəmələrdə bir qırğın çıxardırdı ki, gəl görəsən... 1 ildən çox sürən müxtəlif ictansiyalı məhkəmələrdə Sahib Məmmədov birinci özünü belə təqdim edirdi: “mən Yasamal Rayonunun İcra Hakimiyyətinin sabiq başçısıyam”. Bəli, cəbhənin hakimiyyəti vaxtında Məmmədov bu vəzifədə işləmişdi.
Mənimçün o günlərə qayıtmaq nə qədər acı olsa da indi hansı maraqlardansa əsir-girov müdafiəçisinə çevrilmiş Sahib Məmmədova Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin hakimliyi ilə keçirilmiş 27 iyul 2009-cu il tarixli məhkəməmi xatırlatmaq istəyirəm. Məhkəmədə müxtəlif bölgələrdən məni tək qoymamaq, dəstək olmaq üçün gəlmiş üzvlərimiz- əsirlikdə ən dəhşətli işgəncələrə məruz qaldıqdan sonra asad olunmuş şəxslərlə birlikdə iştirak edirdim. Sahib müəllim də məhkəməyə keçmiş cəbhəçi dostu, həm də Şura üzvü ilə (adını çəkmək belə istəmirəm) gəlmişdi. Hər ikisi onlara tapşırıq vermiş sahiblərinin (hər ikisi Prezidentin sabiq köməkçisi Əli Həsənovun layihəsinin şah əsərləridirlər) tapşırığını cani-dildən, artıqlaması ilə yerinə yetirirməyə çalışırdılar. Tapşırıq da o idi ki, nəyin bahasına olursa, olsun Esmira Orucovanın ağzını yummaq lazımdır ki, digər narazı QHT-lər də onun kimi Şuraya qarşı çıxmasınlar. Onsuz da məhkəmələrdə uduzsam da məndən başqa heç bir QHT sədri mənim kimi sona kimi mübarizə aparmadı ki...
Qayıdım əsas mətləbə: hakim məndən soruşanda ki, filmi çəkməyin vacibliyi nədir ki, siz bu qədər narahatçılıq keçirdirsiniz? Mən də ona dünya ictimaiyyətinə erməni vəhşiliklərini çatdırmaq və sonra da vaxtı çatanda beynəlxalq cinayət məhkəməsinə müraciət etməkdir. Elə bunu demişdim ki, Sahib Məmmədov əsirlikdən qayıtmış şəxslərin qarşında bir oyun çıxartdı ki, dəhşətə gəldim. İndi əsir-girov müdafiəçisi olub! Dedi ki, o gün olmayacaq ki, sən erməniləri məhkəməyə verəsən. Mən nə qədər varamsa, sən heç bir beynəlxalq təşkilatlara da müraciət edə bilməyəcəksən. Elə bunu demişdi ki, 2 nəfər Laçın sakini olan əsirlikdən qayıtmış üzvümüz ayağı qalxıb, Sahibə tərəf yeridilər və dedilər ki, sən ermənidən də betər imişsən ki. Məmmədov qaçıb, zala koridorda duran polisləri gətirdi əsirlikdə əzab, əziyyət çəkmiş zavallıların üstünə. Həmin vaxt mən bütün üzvlərimizi, təbii ki, keçmiş əsirləri xahiş edib, zaldan çıxartdım. Qorxdum ki, Əli Həsənovun tapşırığında müntəzir duranlar bu yazıqları da həbs etdirərlər. İllər keçsə də həmin mənzərəni nə mən, nə də həmin şəxslər unutmamışıq.
İndi Sahib Məmmədov utanmadan, hansı maraqlardansa əsir-girov müdafiəçisi olub. Düşünməyin ki, mən paxıllıq edirəm.
Əsla.
İstərdim ki, daha çox şəxs bu problemi beynəlxalq tribunalardan səsləndirsinlər. Ancaq Sahib Məmmədov kimilər deyil. O zaman döyüşlərdə iştirak etmiş, veteran QHT sədrləri var. Layiqli oğullarımız var ki, onlar getsinlər, beynəlxalq təşkilatların qarşısında tərcümçi də aparsınlar, çlxışlar etsinlər. Bu onların haqqıdır!
Sahib Məmmədov da getsin, öz işi ilə məşğul olsun. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri kimi oğlunun 4 nəfər keçmiş iş yoldaşını keçən ay səbəbsiz yerı QHTAgentliyindən işdən kənarlaşdırılıblar. Öz profili üzrə həmin adamların hüquqlarını müdafiə etsin.
Keçən il QHT Agentliyinin dəstəyi ilə həyata keçirtdiyim layihəm “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması (ingilis dilində)” idi. O zaman QHT Agentliyində beynəlxalq əlaqələr sektorunun müdiri Sahib Məmmədovun oğlu Toğrul idi. Prosedur qaydaya görə Toğrul hesabatı yoxlayıb, sonra beynəlxalq təşkilatlara göndərməyimə rəy verməli idi. O zaman o, mənə dedi ki, çox mükəmməl hesabat hazırlamısınız. Bir məqamı da vurğuladı ki, bu hesabatı mənə verərsiniz? Mən ona” nəyinə gərəkdi ki, kimə verəcəksən?”, dedim. Onu başa saldım ki, 66 səhifəlik Hesabatı ordan-burdan köçürtməmişəm. İllərimin zəhməti və əziyyəti hesabına topladığım faktoloji material üzərində apardığım araşdırmalarımın nəticəsidir. Ancaq indi deyə bilmərəm, Sahib Məmmədov oğlunda olan mənim hesabatımdan istifadə edib, ya etməyib?
Esmira Orucova
Teref.az
Ardını oxu...
Xatırladaq ki, Abşeron rayonu Masazır qəsəbəsində kütləvi şəkildə icazəsiz həyət evlərinin tikintisi ilə bağlı bir neçə dəfə material yayımlamışıq. Həmin yazılarda ərazidəki sakinlərin iddialarına əsasən, bəhs olunan tikinti işlərini həyata keçirən şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi vurğulanmışdı.

Hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox "göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı o ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

O da qeyd olunmuşdu ki, "göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Aparılan araşdırmada o da məlum olmuşdu ki, bu ərəfədə "göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb, 100-ə yaxın evin inşası isə davam etdirilir.

Ərazidə yaşayan sakinlər haqqında danışılan qanunsuz həyət evlərinin tikintisinin əsasən, Elçin və Xəyal adlı şəxslər tərəfindən aparıldığını söyləmişdilər. Sakinlər adları çəkilən bu şəxslərin Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutan məmur tərəfindən himayə edildiyini bildirmişdilər.

Mövzuya aid Yenicag.az-a daxil olan digər məlumatda isə Masazır qəsəbəsində "göl” adlanan ərazidə qanunsuz evlərin tikintisi ilə məşğul olan maklerlərin himayədarlarından birinin "Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov olduğu iddia edilib.

Qeyd edək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Əldə etdiyimiz məlumata görə, maklerlərə Masazırdakı "göl” adlanan ərazidəki topraq sahələrinin "əlverişli şərtlər”lə satışını da məhz Seymur Məmmədov təşkil edir. "Sumqayıt Bulvar” MMC-nin rəhbərinin "göl”ətrafı ərazilərdə torpaq sahələrini satmaqla bərabər, Abşeron Rayon İcra hakimiyyəti ilə qanunsuz tikinti aparan maklerlərin arasında vasitəçilik etdiyi də vurğulanır.

Qeyd etdiyimiz məlumatlar dərc edildikdən sonra Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov redaksiya ilə telefon əlaqəsi saxlayaraq, həmin ərazidə həyata keçirilən tikinti işlərinin onunla heç bir əlaqəsinin olmadığını və "göl” adlanan ərazidəki torpaqların iş adamı "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus olduğunu dedi.

Seymur Məmmədov qanunsuz tikinti işlərini həyata keçirən şəxslərlə əlaqəsinin olmadığını inkar etsə də, Sumqayıt Bulvar” MMC-nin direktorunun bu "and-aman”ı qətiyyən inandırıcı deyil. Çünki "göl” adlanan ərazidə qanunsuz evlər tikərək onları kredit şərtləri ilə satışını reallaşdırdığı bildirilən Elçin və Xəyal adlı şəxslərin Seymur Məmmədovun ən yaxın adamları olduğunu Masazır qəsəbəsində bilməyən yoxdur.

Yenicag.az-ın əldə etdiyi başqa bir məlumatda isə Seymur Məmmədovun "göl” ərazisində tikinti işlərinə icazəni Abşeron Rayon İcra Hakimiyyətində bu sahəyə nəzarət edən Nurlan Həsənovdan aldığı iddia olunur. Ümumiyyətlə, Nurlan Həsənovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həmyerlisi və ən yaxın adamı olmaqla yanaşı, eyni zamanda, onun "qara kassası” kimi tanındığı da çoxsaylı iddialar sırasındadır.

Nurlan Həsənov hazırda Abşeron Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir. Qeyd edək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti və Memarlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Mediada iki ay öncə yayılan xəbərdə isə onun dələduzluğa görə məhkəməyə verildiyi bildirilmişdi.

Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilirdi. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi, o cümlədən, vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyev olublar. Yekunda Seymur Məmmədovla ortağı Çingiz Təhməzovun 178.3.2 maddələri əsasında təqsirli bilinərək məhkəmə tərəfindən şərti cəza aldıqları qeyd olunurdu.

Maraqlıdır ki, haqqında dələduzluq maddəsi ilə cinayət işi açılan, məhkəmə tərəfindən şərti cəza alan bir şəxs necə və hansı əsasla "Sumqayıt Bulvar” MMC-nin direktoru vəzifəsinə təyin edilib? Mətbuatda yayılan və təkzib edilməyən məlumatlarda iddia edilir ki, Seymur Məmmədovun həbsdən qurtulmasına kömək edən şəxs Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov olub. Deyilir ki, məhz Zakir Fərəcov qanunlara məhəl qoymayaraq dələduzluğa görə şərti cəza almış Seymur Məmmədovu "Sumqayıt Bulvar” MMC-nin direktoru təyin edib.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Yenicag.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

 

Ardını oxu...
Son illər yerli media və sosial şəbəkələrdə yayılan məlumatlarda ən çox şikayətlərin və neqativ halların yerliidarəetmə orqanlarında olduğu görünür. Bu xüsusda daha çox rayon icra hakimiyyətləri və bələdiyyələrin qaranlıq fəaliyyətlərinə, bu qurumların gördükləri işlərdə qiymətlərin şişirdilməsi və digər bu kimi qanunsuz hallara rast gəlinir.

AzFakt.com saytının əldə etdiyi məlumata fəaliyyətində qanunsuzluğa yol verən qurumlardan biri də Abşeron rayon Masazır qəsəbəsi Bələdiyyəsidir.
Masazır Bələdiyyəsinin yol verdiyi əsas qanunsuz əməllərdən biri bələdiyyə ərazisində yerləşən fərdi tikinti və digər obyektlərə sənədlərin verilməsidir.

200 hektara yaxın ərazini əhatə edən Masazır Bələdiyyəsinin ərazisində fərdi evlərin böyük bir hissəsinin orderləri (kupçaları) yoxdur. Bu evlərin yeganə sənədlərinin bələdiyyə müqaviləsidir. Əldə etdiyimiz məlumata görə hazırda Masazır Bələdiyyəsi bələdiyyə ərazisində satılan evlərə yenidən bələdiyyə müqaviləsinin (sənədinin) köhnə tarixə verilməsini "açıq bazara" çıxarıb.

Mənzillərin və obyektlərin kvadrat metrindən asılı olaraq köhnə tarixə verilən bələdiyyə müqavilələrinin 1000 - 2000 manat arasında dəyişdiyi iddia edilir.

Məlumatda bildirilir ki, Masazır Bələdiyyəsində saxta sənədlərin verilməsinə və pulların alınması məsələlərinə Əbülfət Nuriyev şəxs nəzarət edir. Əbülfət Quliyev Abşeron icra başçısı Abdin Fərzəliyev tərəfindən Masazır Bələdiyyə sədri Azər Quliyevə qeyri-rəsmi olaraq də təyin edilib. Bu həmin Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.

Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Məsələ ilə bağlı Masazır Bələdiyyəsinin münasibətini örgənə bilmədik.
 

 

 
Ardını oxu...Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
Ardını oxu...

Unitaz ev sahibəsinin güzgüsü olduğu kimi,şəhər və rayonlardakı bu zibilliklər də icra başçısılarının güzgüsüdür. 

Lənkəran rayonunun giriş hissəsində ürək bulandıran bu mənzərəyə adam heç cür don geyindirə bilmir.Yaddan çıxıb,yoxsa ümumiyyətlə vəziyyət belə qəbullanılıb?

Ardını oxu... Ardını oxu... Ardını oxu... Ardını oxu...

 
Ardını oxu...
 
 
 
 
Ad - 00:14

7Times.az xəbər verir ki,bu fotoları tanınmış vəkil Cavad Cavadov öz sosial şəbəkə hesabında paylaşıb.

Video Oynadıcı
 
 
00:00
 
00:15
 
 
 

 

 
Ardını oxu...Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...Ardını oxu...

Quba rayonun Çiçi kənd sakini birinci qarabağ döyüşləri veteranı Tehran Zeynalov bir neçə ay bundan əvvəl,oğlu Elnur Zeynalovun işlə təmin edilməsi ilə bağlı Quba RİH-nə müraciət edib.Quba RİH –i başçısının müavini Ruslan Şahbalayev tərəfindən icra hakimiyyətində qəbul edilən vətəndaş Tehran Zeynalovun oğlu,Elnur Zeynalov işlə təmin edilməsi ilə əlaqədar,ETSN-nin Quba Regional Meşə Mühafizə Müəssisəsinin rəhbərliyi ilə əlaqələndirilir və idarədən  vətəndaşın işlə təmin edilməsi istiqamətində onlara kömək edilməsi tövsüyyə edilir.

Daha ətraflı hazırladığımız reportajda izləyə bilərsiz:

 
Ardını oxu...
 
 
 
 
 

7Times.az 

Dünyapress TV

Xəbər lenti