Ardını oxu...
DİA.AZ: - Sabirabad rayonunun mərkəzi bazarı bu gün tam olaraq xəstəlik mənbəyidir.

DİA.AZ xəbər verir ki, bu barədə narazılıq edən sakinlər bazarda antisanitariya şəraitinin hökm sürdüyünü bildirirlər.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir.
Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər.
Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:
Ardını oxu...
“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?”
“İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”.
Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:
“Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə...”
“Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib.
Hər iki Qarabağ veteranı torpaqları zəbt edən şəxslərin siyahısını də redaksiyamıza təqdim ediblər. Onlar təklif edir ki, aidiyyatı qurumlar ərazidə araşdırma aparsın və görsünlər ki, bu şəxslər nə qədər yerləri zəbt ediblər. Həmin şəxslərin adlarını və zəbt etdikləri torpaq sahələrinin hektarlarını təqdim edirik:
Maşlıq kənd sakini Şahbazov Əşrəf üç il öncə dünyasını dəyişib, amma 25 hektar torpaq zəbt edib. Ə.Şahbazovun Rusiya vətəndaşları olan oğlanları-Fərail və İntizam Şahbazovlar hər biri ayrı-ayrılıqda 25 hektar yer zəbt ediblər. Onlar Azərbaycanda yaşamadıqları üçün ümumilikdə 75 hektar torpaq sahəsini Uzuntəpə kənd sakini Fariz Nəsirova icarəyə veriblər.

Bundan əlavə Muğan, Maşlıq və Söyüdlü sovetliyinin icra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25 hektar yer zəbt edib.
Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, Eldəniz Novruzov 110 hektar torpaq sahəsini zəbt edib. Qeyd edək ki, haqqında danışdığımız torpaq sahələri Maşlıq kəndinin örüş sahələridir.
Ən sensasion xəbər isə ondan ibarətdir ki, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov 110 hektar örüş sahəsini zəbt edib və öz nəzarətində saxlayır.
Cəlilaba icra başçısı təyin edilən Rafiq Cəlilov rayonda işlər görür, problemlərin həllinə çalışır. Şəhid ailələrini ziyarət edir, onların problemləriylə maraqlanır. Bəs görən haqlarında danışdığımız bu iki veteranın niyə probleminin həllinə çalışmır?! Axı bu cür şikayət yazıları rayon adına müsbət göstərici deyil. Ümid edirik ki, hər iki veteranın şikayətinin həll xəbərini də eşidib buna görə icra başçısına təşəkkür edəcəyik.
Mövzu diqqətimizdədir. Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Araşdırma qrupu.
Ardını oxu...
Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbində çox tükürpədən hadisələr baş verir. Gah məktəbin 3 müəlliminin adı küllü miqdarda qızıl dələduzluğunda, gah qalmaqallı dərs bölügüsündə, gah da eşq macəralarında əsl “incəsənət” əsərləri nümayiş olunur. Bu başıbəlalı mədəniyyət ocağının adı indi də “sevgi filim”lərində hallanır. Belə ki Mingəçevir şəhər sakininin redaksiyamıza göndərdiyi məlumatda dəhşətli iddialar yer alıb. Mənbə iddia edir ki, İncəsənət məktəbinin direktoru Esmira Salamovanın himayə etdiyi müavini Vüqar Musayev tədris işləri ilə, idarəetmə ilə məşğul olmaq əvəzinə sevgi,eşq işləri məşğul olur. O məktəbin müəlliməsi ilə biri-birinə eşq “əsərləri” yazılar. Belə getsə, bu əsərlər məktəbin kollektivi ilə yanaşı, şagirdlərin də oxudğu “əsarlər”dən olacaq.Amma bu çox pis hadisə,utancverci hadisə kimi yadda qalacaq. Görünür, bu məktəbdə belə “mədəniyyətli” şəxslərin çox olması və işləməsi mədəniyyətimizi ildlrım sürəti ilə inkişaf etdirəcək. Hələ Vüqar Musayevin dərs bölgüsü zamanı direktorun tapşırğı ilə müəllimlərdən aldığı pullar tam başqa mövzudur.

Mingəçevirdə yaşayan və teatr sahəsində, məmurlarla olan müxtəlif səpklilli qalamaqllarla tanınan blogger,ictimai fəal İbrahim Türksoyun öz fezybuk hesabında payalşıdıqları da bu “mədəniyyət ocağı”nda baş verən biabırçılıqların təsdiqidir. İbrahim Türksoyun Mərkıəzi Aran Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət sahəsində naşı olan Aydın Bəşirova ünavnladığı müraciətin fotosunu təqdim edirik:

Əldə etdiyimiz məlumatlara görə “mədəniyyət və incəsənət qəhrəmanı” Vüqar Musayev İbrahimin dediklərini qəbul etmək fikrindən uzaqdır və özünün təmiz hesab edir. Ancaq ortada çox ciddi ittihanlar var. Əslində məlumatı bizə göndərən mənbə məktəbin xanım müəlliminin də adını, soyadını yazıb.Sadəcə biz redaksiya olaraq etik baxımdan şəxsin adını yazımırıq.(lazım olsa ad-soyadını da, fotosunu da təqdim edə bilərik)

Maraqlıdır ki, Mingəçevir Mədəniyyət sektoru da,Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbi də, regional idarə də hələ ki susur.

Xatırladaq ki, iddiada adı keçən şəxslərin və qurumların mövqeyini işıqlandıra bilərik.
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda bu almayanaqlardan (Fərid Cəfərov) başqa gənc yoxdur?! Gənclər Fondunu çapıb-taladı, bir müddət əvvəl də Mədəniyyət Nazirinin müavini vəzifəsinə təyinat aldı. Hesablama Palatası Gənclər Fondunda yoxlama aparmışdı və ilkin mərhələdə 3 milyon yeyinti aşkarlanmışdı. Sonra nə baş verdisə, Hesablama Palatası bir daha bu quruma yaxın getmədi. Heç kəs bu uşağa demədi ki, ay bala, hara gedirsən, bəs oğurladıqların hardadır?!
Bu ölkədə istedadlı, beş manat pul qazanmaq üçün zülm çəkən insanların illərlə əldə edə bilmədiklərini bunun məşuqələri bir saatın içində qazanıblar. Gənclər küçələrdə, kirayələrdə məhv olurlar, amma bunun özü cəhənnəmə, sevgililəri bahalı mənzillərdə yaşayırlar. Onlarla təşkilatı var idi. Bu cibindən çıxarıb o biri cibinə qoyurdu. Fondun pullarını dollara çevirib xarici ölkələrə daşıyırdı.
Dövləti bu qədər alçaltmaq olmaz. Bu oğrulara heç kimin gücü çatmır?! Hamı bu ölkədən qaçıb gedəcək, ondan sonra daha rahat talayarsınız.
Samir Feyruzov
Teref.az
Ardını oxu...
Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info

 
Ardını oxu...
82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.
azfakt.com
 
Ardını oxu...
“Mənim qanım qızıl idi, sığortası pul-pul idi.”
Səni yanasan, qanımı yeyən, diri yanasan pulumu yeyən!
Yenə də el arasında “qanpulu” deyilən birdəfəlik sığorta ödənişinin yerinə, DSMF-dən məktub aldım. 17 gün qabağa -26.09.2023-cü ilə idarə heyətinin sədr müavininin imzaladığı məktubda bildirlir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcəli əlilliyinizə görə TƏYİNAT APARILIB və BİRDƏFƏLİK ÖDƏMƏ barədə QƏRAR VERİLİB. Bəs niyə DSMF-in dövlət icbari şəxsi sığorta məsələləri departamenti birdəfəlik ödəməni ABB-dəki hesabıma köçürmür? Məktubu hazırlayan departamentin əməkdaşı Cəfər Salmanov 2 ilə yaxındır sürən dələduzluğu nə ilə izah edir? Heç demə, nəzərə almağımız xahiş olunur ki, “DÖVLƏT BÜDCƏSİNDƏN ƏLAVƏ VƏSAİT AYRILAN KİMİ ÖDƏMƏ HƏYATA KEÇİRİLƏCƏK”.
Bəs ayrılan vəsaiti kim yeyib ki, indi də əlavəsini gözləyək? Sözügedən departamentin müdiri Kənan Hüseynov, onun müavini, “Azərsığorta”da hüquq və kadr departamentinin müdiri kimi qazi-şəhidlərin “qanpulu”nu dələduzluqla məhkəmələrlə, Ədliyyə Nazirliyinin icra məmurları ilə ortaq yeməkdə ad çıxaran Əfqan Mirzəyev ? Mənim qanpulumu kim yeyib? Belə çıxır, dövlət büdcəsindən ayrılan vəsait mənimsənilib. Xatırladırıq ki, 2021-ci ildə ilkin olaraq büdcədən 50 milyon manat ayrılıb. DSMF-in verdiyi bilgiyə görə, 2022-ci ildə 17 min civarında 1-ci Qarabağ savaşı yaralılarına 110 milyona yaxın “qanpulu” ödənilib. 2023-cü ildə isə ödəniş məbləği 2,6 milyon olub. Bu 2,6 milyonun içində isə mənim 8800 manatlıq “qanpulum” olmayıb. Onda mənim qanpulumu kim yeyib?
“Mənim qanım qızıl idi,
Sığortası pul-pul idi.
Səni yanasan, qanımı yeyən!
Diri yanasan pulumu yeyən!”
Məğrur Bədəlsoy
Ardını oxu...
 

Ardını oxu...
Bır sıra hallarda iş yerlərində işçilərin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülmür. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur. Statistikaya görə, təkcə ötən il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 48 nəfər dünyasını dəyişib. 202 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Araşdırmalar göstərir ki, işəgötürənlər işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmir. Hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırmır. Doğrudur, həm işəgötürən, həm də işçi təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Lakin bu qaydaların tətbiqinə nəzarət işəgötürənin üzərinə düşdüyündən bütün məsuliyyəti də o daşıyır.
Yevlax rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi işçilərinin həyatını təhlükəyə atır. Əməkdaşımız Yevlax şəhərində olarkən müşahidələrini video-qeydə alıb. Görüntülərdən bəlli olur ki, MKTB avtomoibillərin hərəkətinin intensiv olduğu mərkəzi küçələrdə xadimələri yol süpürməyə məcbur edirlər. Qadın günün günorta çağı, arabasız, təkcə səkiləri deyil, yolun hərəkət hissəsini də elə maşınların təkərlərinin altını da süpürür. Həmçinin aşkar görünür ki, MKTB işçilərini lazım olan yerə balansında olan texnikanın, traktorun qoşqusunda, kuzovunda aparır ki, bu da onların həm həyatını təhlükədə qoyur, həm də şəxsiyyətlərinə hörmətsizlikdir. Razılaşın ki, bu mənzərə kənardan, xarici qonaqların da gözünə pis görünür. Hələ onu demək artıqdır ki, Yevlaxa artıq ermənilər də qonaq gəlməyə başlayıblar.
Xatırladaq ki, bu ilin mart ayının Novruz bayramı tətili günlərində Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb. Hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb. Onlardan biri - 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
 //azerinfo.info//

 

Ardını oxu...
DİA.AZ: - Xatırladaq ki, bu yaxınlarda saytımızda ““Vladimirovşina”: Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib” başlıqlı məqalə dərc etmişdik. Məqalədə orta məktəbdə baş verən qanunsuzluqlardan bəhs olunurdu. Redaksiyamıza Vladim İbrahimov barəsində yeni məlumatlar daxil olubdu. Belə ki, həmin məlumatlara görə Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru işləyərkən o, valideynlərdən rüşvət toplamaqda ittiham olunurmuş. Həmin məktəbdə övladı oxuyan valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıbmış. Rüşvət qalmaqalı böyüdüyündən Təhsil Nazirliyi araşdırmaya başlayıbmış.
DİA.AZ-ın xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru V.İbrahimov keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlatdırıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideynlərdən biri aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözü gedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıbdı. 21 saylı orta məktəbin digər valideynləri də onlardan hər summativə 1manat pul yığıldığını təsdiqləyiblər. Məsələ ilə bağlı həmin vaxt 21 nömrəli tam orta məktəbdə ciddi yoxlamalar aparılaraq, Vladim İbrahimova sonuncu şiddətli töhmət verilib və toplanmış sənədlər Təhsil Nazirliyinə göndərilibdi.
Töhmətdən nəticə çıxarmayan direktor elə həmin ilin sentyabrında şagirdlərdən hər il yeni məktəbli formaları almasını tələb edibdi. Bu barədə BAKU.WS-ə övladı həmin məktəbdə oxuyan valideynlərdən biri məlumat veribmiş. Valideynin sözlərinə görə, məktəbin direktoru Vladim İbrahimov hər il məktəbdə yeni məktəbli forması tətbiq edir. “Direktor hər kəsi məcbur edir ki, yeni forma alsın, şagird keçən ilki forma ilə məktəbə gəlməsin. V.İbrahimov deyir ki, fərqi yoxdur pulunuz var, ya yox. Bu məktəbdə mən deyən keçir. Gedin hara istəyirsiniz deyin, şikayət edin”, – deyə şikayətçi bildiribmiş. Valideyn deyir ki, onun 2 övladı var və ötən il onlar üçün birinin qiyməti 46 manat olan iki məktəbli forması alıb. “İndi yenisini almağa imkanım yoxdur, keçən il aldığım formaya da icazə vermirlər”, – deyə narazı valideyn sözlərinə əlavə edib. Məktəbin direktoru Vladim İbrahimovun valideynlər qarşısında hansı əsasla belə tələb qoyduğunu öyrənmək üçün Sumqayıt şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıblar və oradan bildirilib ki, direktorun hər il yeni məktəbli forması tələb etməsi qanuna ziddir:
“Əgər şagirdin forması varsa, direktor yeni forma tələb edə bilməz. Valideynlər ötən il aldığı məktəbli formaları ilə övladlarını təhsil ocağına göndərə bilərlər. Təbii ki, həmin formalar yaxşı vəziyyətdə olmalıdır. Məktəb direktoru ilə əlaqə saxlanılacaq. Məsələ yerindəcə araşdırılacaq. Direktor qanun pozuntusuna yol veribsə, onun barəsində ciddi tədbirlər görüləcək”, – deyə Tİ-dən o zaman bildirilibdi.
Maraqlıdır ki, nədənsə həmin vaxt deyil, üstdən 6 il keçəndən sonra, yəni 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu. Amma işdən çıxarılan adamı imtahansız gətirib Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Xatırladaq ki, 12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyən Humay Nuriyevanın sözlərinə görə, həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, Evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir. Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarırlar. Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif nəyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, ərizəni yaz öz xoşunla çıx işdən.
Maraqlıdır ki, bu yaxınlarda Sumqayıt sakini, Evdə Təhsil fərdi məktəbinin müəlliməsi Sima Mahalova Elm və təhsil naziri Emin Əmrullayevə açıq məktubla müraciət edibdi. Müraciətdə deyilirdi:
“Hörmətli Emin müəllim. Siz hər çıxışınızda müəllimləri tənqid edirsiniz, “şaftalı” sözünü düzgün yaza bilməməkdə günahlandırırsınız. Lakin təhsildə problem “şaftalı”da deyil. Rüşvət təhsili məhv edir. 2023-cü ildir, hələ də Sumqayıt Evdə fərdi təhsil məktəbində dərs bölgüsündə müəllimin bilik və bacarığı yox, rüşvət əsas götürülür. Pulyığan vasitəçilər də bizə deyirlər ki, pulu yuxarıdan istəyirlər. Biz çox inanırıq ki, Abşeron-Xızı təhsil idarəsi və Elm və təhsil nazirliyinin bundan xəbəri yoxdur, amma bu qanunsuzluğun qarşısını kəsməməyiniz haqlı olaraq suallar yaradır. Məktəbə imtahansız direktor təyin etmisiz, lap yaxşı. Direktor Vladim İbrahimov ötən dərs ilinin sonundan deyib ki, guya bütün müəllimlərə diaqnostik balına görə dərs veriləcək. Lakin kim vasitəçilərlə razılaşırsa dədə-baba qaydasında dərs saatı alır. Diaqnostik balı yuxarı olanlar dərs saatı ala bilmir, balı aşağı olanlar 30-36 saat dərs alıblar. Bu sizi “şaftalı” sözünün yazılışı qədər narahat etmir? Faktları qeyd edək, bəlkə daxili nəzarəti göndərəsiz yoxlasın, son 5 ildə 36 saat dərsi olanlar fənnlərini necə tədris ediblər, ümumiyyətlə dərs dedikləri uşaqları üzdən tanıyırlarmı? Məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər tələb olunsa verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Həmin müəllimlərin bir neçəsinin adını qeyd edək araşdırın, özünüz şahid olun:
Əliyev Qəhrəman (riyaziyyat) diaqnostik balı 9, dərs saatı 24;
Quliyeva Südabə (ibtidai) diaqnostik balı 4, dərs saatı 24;
Məmmədova Qətibə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 22;
Məmmədova Nuranə (riyaziyyat) diaqnostik balı 9, dərs saatı 34;
Şıxıyeva Yeganə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 30;
Baxışova Tünzalə (riyaziyyat) diaqnostik balı 19, dərs saatı 36;
Əhmədova Sunay (tarix) diaqnostik balı 28, dərs saatı 36;
İmanov Yadigar (kimya-biologiya) diaqnostik balı 22, dərs saatı 36;
İmanova-Babayeva İradə (fizika) diaqnostik balı 21, dərs saatı 34;
Abdullayeva Bəyistan (tarix) diaqnostik balı 20, dərs saatı 32…
Qeyd edək ki, həmin məktəbdən narazı olanlar təkcə Humay Nuriyeva, Sima Mahalova deyildir. Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar vaxtında lazımi ölçü götürərək günahkarları cəzalandıracaqdır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti