Ardını oxu...
Teref.az poçtumuza daxil olan şikayət məktubunu təqdim edir. Şikayətçi Quliyev Taqət yazır:
Mən Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətində dispetçir vəzifəsində işləyirəm.İşimdə heç vaxt nöqsana yol verməmişəm.Ancaq Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur ki, buna görə çox narahatam.
Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin qardaşı Səbuhi Ağayev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyir, əmisi qızı Əminə Ağazadə isə Milli Məclisin deputatıdır.
Bunu şikayətçi redaksiyamıza göndərdiyi məktubunda yazır. Daha sonra şikayətçi davam edərək yazır:
Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayev işlədiyi müddətdə dövlətin ayırdığı vəsaiti talan etməsi barədə çoxlusayda subutlar olsada indiyə qədər onun barəsində heç bir tədbir görülməyib.
Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinə məxsus iki avtomaşını qanunsuz olaraq sökülərək detallarını satdırıb.Yanğın söndüən avtomobilin üzərindəki böyük nərdivanı başqa şəxsə satmışdr.Bunu isə onunla əsaslandırır ki, nərdivanı satıb idarənin mətbəxinə mebel almışam.Ancaq mətbəxin təmiri və mebellə təmin edilməsi üçün işçilərdən pul yığılıb.
Dövlət tərəfindən ayrılan yanacaqlar satdırılır, öz şəxsi avtomobillərində istifadə edilir.İdarəyə gələn bütün təminatlar pulla satılır.
Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin korrupsiya əməlləri barədə etdiyim şikayətlərdən sonra mənə qarşı qərəzçilik aparır.Hətda bu ədəbsiz rəis Fateh Ağayev məni təhqir edib deyir ki, mənim mayor rütbəm sənin filan yerindən böyükdür.
10 ildən çox müddətdir ki, Fateh Ağayev Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi vəzifəsində işləyir.Bu müddət ərzində o dövlətin ayırdığı vəsaiti talan edib idarədə nizam- intizam pozuntusuna yol verib.Buna görə zərurət var ki, Kürdəmir Dövlət Yangından Mühafizə Xidmətinin rəisi Fateh Ağayevin fəaliyyəti tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülsün.
Məktubda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Üç tac” binalarına “rəqs edən” dayaq sütunu qoymaq unudulub – Amma layihədə nəzərdə tutulubmuş

Paytaxtın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən «Üç Tac» (el arasında «Tri korona» kimi tanınır — red.) yaşayış kompleksi «İlin dörd fəsli» şirkəti tərəfindən inşa edilib və Bakı şəhərində ilk yenitikili binalardan hesab olunur. Tikiliş tarixi 2000-ci illərin lap əvvəllərinə təsadüf etsə də, son dövrə qədər həmin yaşayış kompleksinə nə qaz verilib, nə də mülkiyyət haqqında çıxarış. Son vaxtlara qədər binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmirdi. Aydın məsələdir ki, qazı və çıxarışı olmayan mənzilə alıcılar yaxın durmaq istəmirlər. «Üç tac» yaşayış kompleksinin tikildiyi ərazi bir az narahatlıq yaradır. Kompleksin həyət tərəfinin qarşısı məşhur «qanlı göl»dür. Və həyətdəki meydançadan 5 metr irəlidə uçurum var. İnsanlar təbii fəlakət zamanı bu binaların davam gətirib-gətirməyəcəyi barədə tərəddüd edirlər.
Ardını oxu...
Amma sonda tədricən qaz və “kupça” məsələsinin düzəldiyi deyilir. Di gəlin görək, qaz niyə yox imiş. O binalardan ev almaq istəyənləri heç bu sual düşündürübmü? Bəlkə qazın verilməməsinin başqa, daha dərin problemlə əlaqədardır? O problemin özü həllini tapıbmı?

Məsələ burasındadır ki, son vaxtlara kimi binanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təhvil alınmadığı deyilirdi. Kompleksə qaz və mülkiyyət haqda çıxarış verilməməsi bu səbəblə əlaqələndirilirdi. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən KİV-ə verdiyi belə bir məlumat dərc olunmuşdu: “Həmin bina FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müayinəsindən keçib. Orada çatışmayan cəhətlər ekspertizaya verilib. Müvəqqəti qaz almaq üçün onlar arayışı götürə bilərlər. Qaldı ki, binanın təhvilinə, o bina təhvilə getməyib. Çünki müayinə vaxtı iradlar olub. Onlar aradan qalxmalıdır ki, kompleks təhvilə getsin”.

Təxmin etmək olar ki, sözügedən binalara qaz da müvəqqəti verilib. Nazirlik rəsmiləri «Üç Tac» kompleksinin tikintisində hansı iradların olduğu barədə isə açıqlama vermək istəməyiblər. Bu məqaləmizin qayəsini təşkil edən məsələ də budur ki, yaşayış kompleksində həll olunması heç cür mümkün olmayacaq problem var. Söhbət o problemdən gedir ki, FHN bəlkə də xəbərsizdir və Nazirliyin tikinti şirkətinə tutduğu iradlar sırasında yer almayıb.

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına adının çəkilməyini istəməyən keçmiş inşşatçı məlumat verib ki, “Üç tac” yaşayış kompleksinin tikintisində işləyib və şahidi olub ki, kompleksin birinci korpusunun birinci mərtəbəsində qeyri-yaşayış obyektinin geniş zalında layihə üzrə betondan inşa edilməli olan orta dirək qoymaq memarın yadından çıxıb. İş başa çatandan az sonra baxıblar ki, birinci mərtəbənin tavanı çökməyə başlayıb. Gecə ilə ustaları gətiriblər. Domkrat (qaldırıcı vasitə) köməyi ilə yenidən dəmir konstruksiyanın tətbiqi ilə süni dayaq düzəldiblər. Konstruksiyanın boşluqlarını doldurub üstünü də suvaqlayıblar. Bu isə o deməkdir ki, orta ballıq zəlzələ olsa, binanın çökməyəcəyinə zəmanət yoxdur. Çünki illər uzunu konstruksiyanın hazırlandığı dəmir çürüyüb. Üstəgəl, layihə üzrə hazırlanan beton dirəklər titrəyişlər zamanı özü “rəqs etməli” və seysmik dalğaların təsirini “söndürməliydi”. Süni dayaqda isə belə xüsusiyyət yoxdur.
Ardını oxu...
Öyrəndik ki, sözügedən kompleksi inşa edən şirkət mənsublarından biri – Vilayət adlı şəxs hazırda paytaxtın Nərimanov rayonunda Gold Baku Greative Group şirkəti adı ilə hündürmərtəbəli bina inşa etməkdədir. Onunla zəngləşib məsələyə münasibətini öyrənməyə çalışdıq. Gözlədiyimiz kimi, təkzib etdi və bildirdi ki, binalar 20 ildir orda dayanıb. Həmçinin qeyd etdi ki, “siz jurnalistsiniz, mühəndis deyilsiniz”. Əlavə etdi ki, onunla Nərimanovdakı ofisində görüşüb fikir mübadiləsi apara bilərik, bütün suallarımıza cavab verməyə hazırdır. Ünvana çatdığımızda ilk əvvəl Vilayət bəyin yerində olmadığını eşitdik. Özünə zəng vurub gəldiyimizi dedikdə, göz həkiminin yanında olduğunu dedi və gözləməyimizi tapşırdı. Təxminən bir saata kimi gözləyəndən sonra növbəti zəngimizə cavab vermədi. Sonra ona məlum olmayan başqa nömrədən zəng etdik. Dəstəyi başqa adam götürdü. Nə istədiyimizi soruşdu. Vilayət bəy tərəfindən dəvət olunduğumuzu dedik. Bildirdi ki, guya Vilayət bəyin telefonu dünəndən ondadır. Biz həmin şəxsin açıq-aşkar yalan danışdığını bilsək də, geri durmadıq. Etiraf etməli oldu ki, hər ikisi – o da, Vilayət bəy də ofisdədirlər, yuxarı – ikinci mərtəbəyə qalxmağımızı tapşırdı. Həmin şəxs (bəlkə də Vilayət bəyin biznes şəriki) elə ilk görünüşündən lovğa, təkəbbürlü adam təsiri bağışladı. Bizi Vilayət müəllimin kabinetinə müşayiət elədi. Özümüzü təqdim elədik. Vilayət bəyin istəyi ilə jurnalist vəsiqəmizi masanın üstünə qoyduq ki, tanış olsunlar. İlk baxışda ehmal, səmimi adam təəssüratı bağışlayan Vilayət bəylə elə söhbətə yeni başlamışdıq ki, şəriki müdaxilə edib bildirdi ki, şirkət “Üç tac” yaşayış kompleksini deyil, onun həndəvərindəki binaları tikib, guya ünvanı səhv gəlmişik. Biz bir daha xatırlatdıq ki, Vilayət bəy haqqqında söz açdığımız binaları məhz işlədiyi şirkətin inşa etdiyini etiraf edib. Vilayət bəy də susmaqla razılığını bildirdi. Elə bu vaxt kabinetə pəzəvəng cüssəli, qarayanız bir kişi daxil oldu. Vilayət bəy onu şirkətin arxitektoru kimi təqdim etdi. Hərçənd, həmin adam özünü elə ilk andan bizim suallarımızı cavablandırmağa hazır olan arxitektor kimi deyil, sanki bir “reket” kimi aparmağa başladı: “Mən Mətbuat Şurasının üzvüyəm, sizi “qara siyahı”ya saldıracam…” Ona izah etməyə çalışdıq ki, sualımıza cavab axtarmağa gəlmişik, Mətbuat Şurasının bu məsələyə dəxli yoxdur. İkinci addımında həmin şəxs adının Hidayət Əsgərov olduğunu, özününsə “Adiloğlu” Nəşriyyatının direktoru olduğunu, həm də tikinti şirkətində arxitektor işlədiyini dedi. Biz haqqında eşitdiyimiz məşhur naşir Hidayət Əsgərovun belə “razborkalara” gedə bilməyəcəyi qənaətindəydik. Üçüncü adddımında isə “naşir-memar-reket” bütün hədləri aşaraq jurnalist vəsiqəmizi götürüb qonşu otağa qaçdı və sənədlərin şəklini telefonla çəkməyə çalışdı. Səs-küyə şirkətin daha bir neçə əməkdaşı tökülüşüb gəldilər. Bu arada katibə də özünü haraya yetirib son nöqtəni qoydu, O bildirdi ki, biz, o binanı 20 ildir təhvil vermişik.» İki nəfər bizim on nəfərə qarşı durduğu həmin situasiyada onların hər cür mərdimazar ssenariyə hazır olduqlarını müşahidə edib polisin “102” qaynar xəttinə zəng vuracağımızı bildirdik. Yalnız bu xəbərdarlığımızdan sonra vəsiqəmizi özümüzə qaytardılar, həmçinin hədə-qorxu gəlməkdə davam etdilər.

Xatırlatmağa dəyər ki, “İlin Dörd Fəsli” tikinti şirkəti istehsal fəaliyyətinə 1998- cı ildə başlayıb. O, çoxmənzilli və fərdi yaşayış evlərinin, müxtəlif təyinatlı obyektlərin tikintisində, eləcə də obyektlərin təmiri, interyer dizaynı, landşaft layihələşdirilməsi xidmətləri sahəsində ixtisaslaşmışdır. “İlin Dörd Fəsli» MMC-dən yuxarı instansiyalara indiyədək çoxsaylı şikayətlər ünvanlanıb. Həmin şikayətlərin də bir çoxu mətbuatda dərc olunub. Məsələn, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Yeni Bakı» Yaşayış Kompleksinin sakinləri bildirirlər ki, şirkət şəhərcikdə qanunsuz olaraq qurduğu komendant sistemi vasitəsi ilə hər ay sakinlərdən vəsait toplayır. İstədikləri məbləği ödəməkdən imtina edənlərin mənzilinə elektrik verilməsi tikinti şirkəti tərəfindən dayandırılır. Yığılan kommunal ödənişlər müqabilində qəbz adı altında VÖEN-siz kağız parçaları verilir. Yığdıqları pulları hara, necə xərclədikləri barədə hesabat vermirlər. Mənzil alarkən sakinlərdən qaz, işıq və su sayğacları üçün əlavə olaraq 700 manat vəsait tələb edilib.

Bütün bunlar azmış kimi bir müddət əvvəl söz yayıldı ki, “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətnin (MMC) adı və təşkilati-hüquqi forması dəyişdirilib. Gah deyirlər “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativi olub, gah da deyirlər “Avropa-servis” MTK olub. Sakinlər bu dəyişiklikləri şirkətin vergidən yayınmaq üçün çıxardığı “ayının min oyunu” hesab edirlər. Çünki MMC kimi mənzil satışında dövlət büdcəsinə müəyyən məbləğdə vergi köçürülməlidir, ancaq MTK-da bu öhdəlik yoxdur. Həmçinin bildirilir ki, şirkət rəhbərliyi sakinlərə girov saxladığı eskiz lahiyə və protokoldan çıxarış vermək lazım gələndə onlardan qanunsuz ödənişlər tələb edir. Yaşayış massivlərində telefon, televiziya, internet kimi xidmətlər də şirkətin monopoliyasındadır. Digər provayderləri şəhərciyə yaxın buraxmırlar. Sakinlərə deyirlər ki, bizim burada qalıb sizə xidmət göstərməyimiz üçün müqaviləyə imza atmasanız, sənədlərinizi verməyəcəyik.

O da bildirilir ki, tikinti şirkəti narazılıq edən sakinlərin müdafiəsinə qalxan hüquqşünasları da öz tərəfinə çəkib işlədir.

Odur ki, “Dəryaz” qəzeti olaraq, üzümüzü aidiyyati qurumlara — hüquq-mühafizə və cinayət təqibi orqanlarına, Fövqəladə Hallar Nazirliyinə tutub xahiş edirik: Məqalədə ehtiva olunan məlumat üzrə xüsusi komissiya təşkil edib yoxlama aparılsın, “Üç tac” yaşayış kompleksinin inşaatında buraxılmış və sakinlərin həyatına təhlükə vəd edən səhvlər müəyyənləşdirilsin, onlara yol vermiş vəzifəli şəxslər məsuliyyətə cəlb olunsun, lazım gəldiyi təqdirdə sakinlərin təxliyyəsi təmin edilsin.

P.S. Qeyd edək ki, “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətnin indiki sədri Elşən Musayevdir. Biz onunla əlaqə saxlamaq üçün instaqramda yerləşdirdiyi 050)-224-40-60 nömrəli mobil telefona zəng vurub qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Özünü şirkətin mühasibi Ağaşirin kimi təqdim edən şəxs bildirdi ki, «bilirsiniz bina nə vaxt tikilib? Ondan sonra Bakıda zəlzələ də olub. İndiyə kimi bina dağılmayıbsa indi də, dağılmaz. Mən Vilayət adda adam tanımıram, boş- boş şeylərə görə də vaxtımı alırsınız.

Məqalədə adları keçən şəxslərin də, mövqüyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik

Habil Tağıyev , Deryaz.az
 
Ardını oxu...
Əhmədov Rüstəm 1-ci qrup gözdən əlildir. Eyni zamanda Prezident təqaüdüsüdür.

Onun bacısı da 2-ci qrup əlildir.

Anam 2 dəfə ayağından əməliyyat olunub. 23 ildir bir böyrəyi çıxarılıb tək böyrəylə yaşayır.

Səhhəti olduqca ağırdır. Yoldaşım işlədiyi üçün özümün də gözlərim görmədiyinə görə uşağlarımın təhsil məsələsi anamın öhtəsinə düşüb. Çətinliklə də olsa onları məktəbə aparıb gətirir.

Gundeminfo.az-a yazan Rüstəm Əhmədov ona qarşı edilən dələduzluğun, aldadılma faktının araşdırılmasını istəyir. O redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyyar Abdullayevlə özünü onun yaxın adamı olan Qadir Mehdiyev aldadıb, evini satdıraraq 17 min 900 manatını mənimsəyib.

- Mənim şikayətim gözdən əlillər cəmiyyətinin sədri dələduz Semyar Abdullayevdəndir.

- 2005-ci ildən mənzil növbəsindəyəm amma hələ də Semyar Abdullayev məni get-gələ salıb aldadır. Rəhmətlik atamdan Güzdək kəndində yarım tikili torpaq sahəsi qalmışdı.
Oranın heç bir perspektivi olmadığı üçün qərara gəlib 2015-ci ildə o torpağı 17 min manata satıb Xırdalanda 59 kvadrat ipoteka ilə ev alıb 17 minin yarısını ilkin ödəniş etdim yarı pulunu isə evin sıfırdan təmirinə sərf etdim. Evi bankdan 5 illik kreditlə almışdım. Hər ay banka yoldaşımın maaşını və öz pensiyalarımızı yığıb 852 manat pul ödəyirdik. 2014-cü ildə məni gözdən əlillər cəmiyyətində Semyar Abdullayevin tanışı olan Mehdiyev Qadir adlı şəxslə görüşdürdülər”.

Elə gözdən əlil Rüstəm Əhmədovun aldadılması da bundan sonra başladı. Qadir Mehdiyev deyir ki, cəmiyyətin sədri Səmyar Abdullayev pulgir adamdır. 2005-ci ildən ev növbəsində olduğunu biləndən sonra Qadir Mehdiyev deyir ki, Səmyar Abduullayevə pul vermək lazımdır ki, onun ev növbəsini tezləşdirsin.

Bundan sonra Rüstəm Əhmədov 10 ildən çoxdur ki, gözdən əlil kimi ev növbəsində olduğunu deyib. Və Qadir Mehdiyevdən xahiş edib ki, ona bu işdə köməklik göstərsin. Zünü Səmyar Abdullayevin yaxın adamı kimi təqdim edən Mehdiyev bildirib ki, get kreditlə aldığın evi sat. Hansı ki, mən həmin mənzil üçün artıq 22 ay 852 manatdan pul ödəmişdim deyə şikayətçi bildirir. Bundan sonra özünü Səmyar Abdullayevin adamı kimi təqdim edən Qadir Mehdiyev deyir ki, get kreditə aldığın mənzili sat.

“Ümumilikdə məndən 6 nəfərin rahat məskünlaşacağı 3 otağlı ev üçün 17.900 manat pul alıb onun 10-min manatını Semyar Abdullayevə verəcəğini dedi və evi 2017-ci ilin 11 iyulunda satıb həmən o gündə də məndən 17.900 manat pulu alıb 3 aya mənə ev veriləcəyini söz verdi. Bildirdiki bina Nərimanov Rayonu Faiq Yusifov küçəsi 40 ümvanında tikilir. Amma 2020-ci ildə bina hazır olacaq. Amma sən 6 nəfərnən 2020-ci ili gözləmək istəmirsənsə o binanın əvəzində şəhərin prespektiv ərazilərində Yasamal, Qara Qarayev, Neftçilər ərazilərində əvəzləşmə olacaq və 3 otaqlı ordan mənə ev veriləcəyini söz verdi. Sonra mən başa düşdümki bu insanlar tərəfindən aldadılmışam. Məcbur qalıb DTX-ya rəsmi müraciət etdim. Hal hazırda Səbail polis idarəsində istintaq yekunlaşmaq üzrədir və gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayev Baş Prokurora və Səbail rayonu polis idarəsinin müstəntiqinə məni mənzillə təmin edəcəyini söz verib. Semyar Abdullayevə nə vaxt zəng edirəm telefon zəngimi açmır. Və Səbail Polis idarəsindəndə mənə bildirildiki iş məhkəməyə gedəcək orda həll olunacaq” deyə şikayətçi bildirir.
Ardını oxu...
Gözdən əlilin aldadılması bununla da bitmir: “Ümumilikdə Mehdiyev Qadir mənim ipotekada olan evimi satdırıb 5 min manat məndən rüsum adı ilə sənəd işlərinə, 10 min manat məni təhrik edib Semyar Abdullayevə rüşfət verəcəyini, 900 manat alıbki anam və bacımda bizimlə olmaq şərti ilə 3 otaqlı mənzillə təmin olunacağımı, 2-ci qrup əlil olan bacım Əhmədova Ayselin 2-ci qrupdan 1-ci qrup əlilliyiə keçirilməsinə görə həmdə 1 evdə 2 nəfərin gözdən əlilliyi olsun deyə 3 otaqlı mənzillə təmin olunacağımı mənə söz verdi”.

Aldadılan gözdən əlil Rüstəm Əhmədov deyir ki, 6 ildir ki, Səmyar Abdullayevlə Qadir Mehdiyevin ucbatından hər ay 350 manat kirayəpulu ödəməklə çətinliklə dolanır.

Şikayətçi Dövlət Başçısı Cənab İlham Əliyevdən və Baş Prokurordan mətbuat vasitəsilə kömək istəyir. O ona qarşı dələduzluq edərək evini satdıran, 6 ildir ki, evsiz qalan, 2005-ci ildən bu günə qədər ev növbəsində gözləyən bir gözdən əlil olaraq mətbuat vasitəsilə kömək istəyir. Rüstəm Əhmədov Gözdən Əlillər Cəmiyyətinin sədri Aəmyar Abdullayevlə Qadir Mehdiyevin cəzalandırılmasını, ona dəymiş ziyanın ödənilməsini istəyir. Eyni zamanda mənzillə təmin edilməsi məsələsində ona yardımcı olmağınızı xahiş edir.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, istintaq Səbail polis idarəsində başa çatmaq üzrədir. Hazırlanan istintaq işləri yaxın günlərdə məhkəməyə təqdim ediləcək. İstintaq Rüstəm Əhmədovu zərərçəkmiş şəsx qismində tanıyıb. Ona qarşı dələduzluq edən Qadir Mehdiyev CM-nin 178-ci maddəsiylə təqsirkar kimi tanınıb. Eyni zamanda Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev də istintaqa şahid qismində cəlb edilib.

 
Ardını oxu...
15 iyun 2023-cü il tarixində Yevlaxda güclü külək nəticəsində yaşayış binalarının dam örtüyü uçub. Şəhərin Qamboy Quliyev küçəsi, bina 7A, mənzil 44 və Qarxunlu Əşrəfbəy küçəsi, bina 9-da yaşayanlar hələ də binanın dam örtüyünün bərpa olunmamasından şikayətçidirlər.
Teref.az bildirir ki, məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sakinlərin sözlərinə görə, dam örtüyünün yararsız hala düşməsindən sonra yağış evin içinə yağır.
Sakinlər bildiriblər ki, dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, problem həll olunmayıb.
Sakinlərdən Könül Hüseynova saytımıza şikayətində bildirib ki, iyun ayında təbii fəlakətdən sonra dam örtüyü uçub, ancaq bu günə kimi məsələyə baxılmayıb:
“Dəfələrlə İcra Hakimiyyıtində olmuşuq, evlər idarəsində olmuşuq, Fövqəladə Hallar Nazirliyi ilə mütəmadi əlaqə saxlamışıq. Bizə sentyabrın axırı düzələcəyini dedilər, ancaq düzəlmədi. Sentyabrın 15-də baxılacaq dedilər, baxılmadı. Oktyabr gəldi, yağışlar başladı. Yağan yağışlar evin içinə yağır. Mən bilmirəm dərdimi kimə deyim. İcra Hakimiyyətində olmuşuq, deyirlər düzəcələk, amma nə vaxt düzələcək demirlər. Bizim evlərimiz də pis vəziyyətə qalır.
İcra Hakimiyyətində iki dəfə birinci müavin Xaliq Əliyevlə görüşmüşük, sonra icra başçısı Anar müəllimlə (Anar Tağıyev – red.) görüşmüşük. Görüşdük ki, qoy özü bizə desin, bu nə vaxt düzələcək. Axırıncı dəfə görüşəndə dedi ki, baxılacaq, bizim səlahiyyətimizdə deyil, Fövqəladə Hallar Nazirliyi etməlidir. Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq, dedilər ki, onların səlahiyyətində deyil, İcra Hakimiyyəti etməlidir. Hərə bir-birinin üstünə atır, biz də qalmışıq ortada.
112-yə müraciət etmişəm. Onlar da dedilər ki, bizim bina ilə bağlı məlumatları var. Dedilər ki, problem tək bizdə deyil, Yevlaxda bir neçə bina var ki, damı o vəziyyətdədir. Məsələ ilə bağlı tədbir görülüb, İcra Hakimiyyətinə göndərilib. Amma heç bir tədbir görülmür. Hava da buludlu, yağışlı, heç cür mümkün deyil”.
Məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyytinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədovla da əlaqə saxladıq.
H. Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hadisə iyun ayının 15-də baş verib. Güclü külək nəticəsində, hansı ki, küləyin sürəti 30 metrdən çox olub, Yevlaxda 4 binanın dam örtüyünü külək yararsız hala salıb:
“Burada söhbət ikimərtəbəli, beşmərəbəli ictimai binalardan gedir. Bu barədə mərkəzi icra orqanlarından tutmuş, bütün müvafiq orqanların hamısına məlumat verilib. Yaxın günlərdə, ola bilər ki, bu həftə ərzində, ola bilər ki, gələn həftə ərzində işlər başlayacaq və bütün o binaların üstü tam təmir ediləcək.
Yəni, o barədə bizim məlumatımız var, dəfələrlə vətəndaşlar bura da gəliblər. Biz vətəndaşlara da bildirmişik ki, bu barədə o işlə məşğul olan bütün qurumlara məlumat verilib.
Müvafiq qurumlar gəlib reyd keçiriblər, binaların hamısına baxıblar. Bəlkə də, bu gün, bəlkə də sabah, bir sözlə, yaxın günlərdə işə başlanacaq”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sabiq oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur-Nəsimi sakinləri etiraz edir
“Nəsimi rayonunun Novruzov qardaşları küçəsində(“Papanin” adlanan ərazi) “Pilot-16″ şirkətinin mütəmadi olaraq, tikinti, əməyin mühafizəsi normalarına əməl etmədən, gecənin gec, səhərin çox erkən saatlarında tikinti və betonlama işləri apararaq, vətəndaşların istirahət və sağlamlıq hüquqlarını kobud şəkildə pozur. Vətəndaşların etirazlarına, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, şirkət öz qanunsuz əməllərini davam etdirir”.

Hurriyyet.Az bildirir ki, bu sözləri Editor.az-a açıqlamasında Novruzov qardaşları küçəsinin sakinləri deyib. Onların sözlərinə görə, sakinlərin dövlət qurumlarına müraciətlərinə aidiyyatı üzrə reaksiya verilərək, şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq ərazidə vəziyyət dəyişməyib: “Müraciətlərimizdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi və 20-ci polis bölməsindən məsələ ilə yaxından maraqlanaraq, şirkətin səlahiyyətli şəxsinin müvafiq qaydada cərimələndiyi haqqında şifahi və yazılı məlumat verdilər. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətindən məsələnin araşdırılması və qanuni ölçü götürülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət göndərildiyi haqqında məlumat verildi. Ancaq Nəsimi rayon İcra Hakimiyyəti məsələ ilə bağlı susur

Görünür elə bunun nəticəsidir ki, dövlət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, keçmiş oliqarx-deputat Əsabil Qasımova aid olduğu deyilən “Pilot-16″ şirkəti mütəmadi qaydada gecənin gec, səhərin erkən saatlarında ərazidə ağır tonnajlı maşınlar və texnikalar vasitəsi ilə tikinti və betonlama işlərini həyata keçirməyə davam edir. Bu evində xəstə, körpə olan, səhər saatlarına işə gedəcək vətəndaşların istirahət, sağlamlıq hüquqlarının kobud şəkildə pozulması, eyni zamanda qanunlara, dövlət orqanlarının tələblərinə açıq hörmətsizlikdir”.
 
 
Ardını oxu...
Bildiyimiz kimi, yay mövsümü ilə əlaqədar daha çox oliqarxların istirahət məkanları seçmələri və rəngarəng “şou”ları hər zaman olub. Saytımıza verilən məlumata görə, bu günlərdə məzuniyyətdən qayıtmış Ağdam Rayon Icra Hakimiyyəti başçısı Vaqif Həsənov yaxın çevrəsinə “bomba istirahət etdim”, məhz elə bu cürdə deməsi rayon ictimaiyyəti tərəfindən ikrah hissi ilə, birmənalı şəkildə mənfi qarşılanıb.Tək ona görə yox ki, yuxarıda qeyd etdiyimiz ifadə bir rəhbər vəzifəlinin, ziyalının “ağzına yaraşmayan”, leksikonuna uyğun olmayan küçə uşaqlarının işlətdiyi ifadədir deyə, yox. Həm də axı insanlar haqlı olaraq düşünür ki, ölkədə müharibədən sonrakı çətin iqtisadi durumda olan vəziyyətlə, habelə cəbhədə atəşkəsin tez-tez pozulması ilə yanaşı, Ağdam kimi strateji əhəmiyyətə malik bir rayonun icra başçısının istirahət etməyə vaxt ayırması və hətta bunu xüsusi zövqlə, bomba istirahət etməsini deməklə, sanki istirahət etməyə vaxtı və maddi durumu imkan verməyən sadə vətəndaşlara acıq verirmiş kimi, təbliğ etməyə çalışması ölkə rəhbərliyinin diqqətindən yayınmamalı, doğrultmadığı etimadı yenidən gözdən keçirilməsini,rayon ictimaiyyəti gözləməkdədirlər. Məlumatlı mənbənin sözlərinə görə onsuz da ölkə rəhbərliyinin nəzərində heç də müsbət reputasiyası olmayan Cənab Həsənovun icra başçısı dönəmindən sonra rayonda sosial problemlərin artması və insanların yerli məmurlar tərəfindən biganə münasibəti,sürundürməçilik hallarının artması bu rayonda kadr dəyişikliyinin qaçırılmaz olmasını artırmaqdadır.

Mövzuya qayıdacağıq…

RealMedia.az

Söz ardı:

-Ağdamın icra başçısına niyə “Petrol maqnatı” deyirlər?
– “MTN işi”ndə onun adı necə keçmişdi?
– O, nə ilə şantaj olunurdu və hansı gizli işbirliyindən söz açılırdı?
– MTN-nin Xəzər rn rəisi olmuş, polkovnik Səfərovla nəyi bölüşdürmüşdü və həmin polkovnik hansı rayonun icra başçısının yeznəsidir?
– Özündən əvvəlki icra başçısı Raqub Məmmədovun “yıxılması” üçün hansı kompramat savaşının mərkəzində yer almışdı?
-Bu məqsədlə Raqub Məmmədovu “vuran” hansı yazarla, özünə yaxın olan tanınmış,qocaman jurnalist vasitəsi ilə nə sifarişlər göndərirdi?
– Deyilən məqsədləri həyata keçirmək üçün onunla həmin vaxt rayondan hansı məmur gəlib Mərdəkanda sanatoriyaların birində görüşmüşdü?

Bizi izləyin..
 
Ardını oxu...
DogruXeber.az: - Lerik rayonunun meşələrində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlər səngimir. Rayon sakinlərinin bildirməsinə görə, meşələr ildən-ilə tükənir.

"Qızılağacın tamamilə yoxolma təhlükəsi var"
Adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, bəzi məktəblər, mavi yanacaq çəkilməyən kəndlər odunu meşədən aparırlar. Onun vurğulamasına görə, meşədə qiymətli ağaclar da ayrıca doğranıb satılır: "Oduncaq kimi daha çox dəmirağacına, nilə üstünlük verirlər. Bu ağaclar yaxşı yanır, közü olur. Qızılağacın tamamilə yoxolma təhlükəsi var. Mən başa düşmürəm ki, sənədsiz maşınlar ağacları uzaq məsafəyə necə aparırlar? Meşəyə nəzarət edənlər, yol polisləri var....".

Şikayətçilərdən biri də Lerik rayonu Mistan kənd sakini, sabiq meşə gözətçisi İdrak Qədimovdur. O, meşəni talayanlarla mübarizə apardığına görə işdən uzaqlaşdırıldığını iddia edir: "Meşə gözətçisi işləyirdim. İşlədiyim müddətdə töhmətim olmayıb. Meşədə qanunsuz ağacların kəsilməsinə yol vermirdim. Ərazidə fəaliyyət göstərən işbazların ayağını meşədən kəsdim, buna görə də məni ilişdirdilər. Meşədə məndən xəbərsiz ağac kəsdilər, yıxdılar boynuma. İşimi verdilər məhkəməyə. Mənə 2 il ev dustaqlığı kəsiblər, cərimə ediblər".

"Vaxtaşırı yaşıl ağaclar kəsilir"
Onun sözlərinə görə, meşənin talanmasına göz yuma bilmir, qanunsuzluqlarla bağlı əlində tutarlı faktlar var: "Kəndimizin yaxınlığında olan meşəni diqqətdə saxlayıram. Vaxtaşırı olaraq yaşıl ağaclar kəsilir. Əlimdə kifayət qədər sübut var. Regional idarəyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə zəng etmişəm. Heç bir tədbir görülmür".

"Bir maşın ağacın qiyməti 2-3 min manatdır"
Lerik rayon sakini Mais Hüseyn də meşədə qanunsuz ağacların kəsilməsini pisləyir. O deyir ki, son aylar meşədən "işlik"(ağac material) daşıyan maşınların sayı da artıb: "Bir maşın ağac materialın qiyməti 2-3 min manatdır. Materiallar mebel fabriklərinə, tara sexlərinə və digər yerlərə daşınır. Burada böyük qazanc olduğu üçün çoxlarının əli var. İşlik daşıyan yük maşınlarını Brkandul və Vistən kəndlərin yollarında hər gün görmək olur. Bu maşınlar işbazlara məxsusdur. Onlara "gözün üstə qaşın var" deyən yoxdur".

Onun sözlərinə görə, Lerik meşələrində nəzarətsizlik var: "Belə hal 90-cı illərdə baş vermişdi. Kütləvi şəkildə meşələrdə qiymətli ağacları kəsib aparırdılar. İndi təkrar olunur. Bununla bağlı müxtəlif instansiyalara müraciət etmişəm, hələ ki, nəticəsi yoxdur".

Şikayətlərlə nə Daxil İşlər, nə də Ekologiya və Təbii Sərvətlər nazirliklərindən, hələlik, münasibət öyrənmək mümkün olub.

İcra hakimiyyətindən deyilənlər...
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, rayonda 56 yaşayış məntəqəsi qazlaşdırılıb, 106 kənd yanacaq kimi odundan istifadə edir: "Qayda belədir ki, hər vətəndaş meşədən odun gətirmək üçün ödəniş etməlidir".

Müavin vurğulayır ki, belədə hər şey qanuni həyata keçirilir, qurumuş ağacların qalıqlarından istifadə edilir: "İstəsək də, istəməsək də, ağacların qanunsuz kəsilməsi halları baş verir. Regional idarədən deyirlər ki, belə hallar yoxdur. Rayona yeni polis rəisi gəlib, o, bu məsələlərə diqqət verir".//AzadlıqRadiosu
Ardını oxu...
Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı elektron poçtuna daxil olan, eləcə də fb səhifəsində yazılan bəzi informasiyaları (lakin sonradan bəzi məmurların təkidi ilə şərh müəlliflərinin özlərinə sildirilən, amma NHMT-nin arxivində saxlanılan) bəzi şərhlərdən bəhs edərkən «Təzadlar»a maraqlı açıqlamalar verdi. Bu barədə ayrıca bəhs ediləcək. Bu məsələdə olduqca maraqlı olan isə aşağıda adı çəkilən bəzi məsul şəxslərin SOCAR rəhbərliyinin başı üzərindən ölkə kənarındakı bəzi şirkətlərlə sual dolu əlaqələridir. Şikayətçi neftçi yazır:

«Müraciətim SOCAR prezidenti cənab Rövşən Nəcəfə ünvanlıdır.

Hörmətli Rövşən müəllim! Nəzərinizə çatdırıram ki, İstanbuldakı şirkətin adı «Platinum Group Dış Ticaret limited»dir. Həmin şirkəti isə İlyas Bağıyev və adını hələki çəkmək istəmədiyim bir şəxs idarə edir.

Hörmətli SOCAR rəhbərliyi, kömək məqsədi ilə bu məlumatı Sizə ötürürəm, buyurun balaca bir idarədə görün nələr edirlər. SOCAR-ın Geofizika və Geologiya İdarəsində dediyimizdən də dəhşətli korrupsiya fəaliyyəti həyata keçirirlər. Bu podratçı məsələlərin icində indiki Elmi- Tədqiqat İdarəsində işləyən Hafiz Şəkərovun da əli var, iz itirmək üçün Şəkərovu Baş ofisin şöbə müdiri Fərhad İbadovun vasitəsilə Elmi-Tədqiqat İdarəsinə keçirdilər. Hafizin işi şöbə müdiri kimi Elçin Şirinov və Fərhad İbadovun göndərdikləri firmalarla danışıq aparıb onlara tenderdə şərait yaratmaqdır. Ən çoxu da Teymur Qurbanov adlı şəxslə işləyirdilər, firmasının adı belədir: «Grand Caucasus Ltd». Məlumat verim ki, KGİB-mü üçün alınmalı olan avadanlıqları göstəriş əsasında Hafiz Şəkərov hazırlayırdı və arayış təqdim olunurdu ki, mütləq bu avadanlıqlar alınmalıdır və bu firma bizə yarayır və s. Bu faktı bəlkə də bilmirsiniz, tapşırın, araşdırsınlar. Belə ki, Hafiz Şəkərov da orda ailə podrati açıb, oğlu Elçin və yoldaşı orda işləyir.

Bundan əlavə, «Azneft» İB bir müddət əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinə layihə verdi və dedilər ki, heç bir podratçı cəlb etmədən özünüz işləyə bilərsinizsə, işləyin. Geofizika və Geologiya İdarəsinin rəisi də razılaşır və fürsətdən istifadə edib «Azneft» və SOCAR rəhbərliyinin gözündən yayınıb Vahid Xankişiyevin podratçı olan firması ilə müqavilə bağlayır, müqavilədə adın qoyur ki, həmkar köməkliyi, yəni pulsuz dəstək! Nəticədə «katamaran» tipli gəmi və katerlərlə iş baş tutur. Bundan sonra «Azneft» pulu ödəyir və ardınca Vahid Xankişiyevin firmasına pul verilir. Bütün bu proseslər SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahid Xankişiyevi Elçin Şirinovla tanış edən Azad Rzayevin, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur.

geofizika-v-geologiya-idarsi

Bəs SOCAR-«Downstream-Management» MMC-də işləyən İlyas Bağıyev kimdir? Qısa məlumat verim ki, o, «Azəriqaz» İB-nin satınalma şöbəsində 14 dərəcəli mütəxəssis kimi işləyib, bir müddət sonra Fuad Həziyevin xahişi ilə Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinə rəis müavini gətirilib, daha sonra rəis və ardınca da qısa vaxt ərzində bahalı maşın, ev və s. əldə edir. Bunları araşdırmaq üçün Geofizika və Geologiya İdarəsinə keçəndən sonra aldığı vəzifə maaşı ilə maşın, ev və s. alınmasını tarixlərlə tutusdurmaq kifayət edər. Hal-hazırda SOCAR-«Downstream-Management» MMC-də işləyir, bu cür işləri görən adama məncə elə bir postu etibar eləmək çox təhlükəlidir. Hər halda, mən sözümü dedim. Təbii ki, məqsədim SOCAR-da can qoyan sadə-zəhmətkeş neftçilərin zəhməti bahasına qazanılan pulların bəzilərinə yem olmasının qarşısının alınmasıdır. Bu pullar indi Qarabağda lazımdır. Nə qədər ki, obyektiv audit aparılmır, məcburuq ictimailəşdirək.

Sağ olsun Arzu xanım Cavadova, Geofizika və Geologiya İdarəsinə aradabir dərs verir. Yaxşı ki, həm də Elçin Bağırov kimi rəhbərlərimiz var, düzdür, onları da bəzi işlərdə aldada bilirlər. Bir məsələni də xatırladım: Fuad Həziyevin adamı olan İlyas Bağiyevin sadalanan əməllərini ortaya qoymaqla yuxarı rəhbərliyi bu məsələdə diqqətli olmağa səsləyirəm. Hələ mən onu demirəm ki, sən demə, «Kaspian şhiping» də İlyas Bağiyevin imiş. Artıq yetərincə sübutlar da var.

Yəqinki İlyas Bağiyevin Türkiyədə açdığı firma barədə məlumat hər kəsi maraqlandırır. «Caspian Geo- Marine» adlı şirkətin adı Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova yaxşı tanış olmalıdır. Onun Sarvan Mansurov, Dadaş Həsənov və İlyas Bağiyevlə olan iş birliklərini SOCAR rəhbərliyində bilirlərmi?

Yaxşı, bilirsinizmi ki, «Azneft» İstehsalat Birliyinin Geofizika və Geologiya İdarəsinə verdiyi və Qara dənizin tranzit zonalarında dayaz sularda İlyas Bağıyevin «katamaran» tipli kiçik gəmisi və qayıqları işləməkdədir. Onlarda seysmik hörüklərdən də, yəni (kabellərdən də) istifadə edilir, kabellər də İlyas Bağıyevin şirkətinindir. Maraqlısı odur ki, onun bu firması tenderi necə udub? İlyas Bağıyev əvvəl Geofizika və Geologiya İdarəsində işləyib.

Hörmətli SOCAR rəhbərliyi, bir daha xahiş edirik araşdırılsın ki, İlyas Bağıyevlə Dadaş Həsənov barədə nə kimi məlumatlar var… Bir sözlə, bizdən demək, SOCAR rəhbərliyindən isə tədbir görmək! Tədbir görülməsə, onda məcburuq cənab Prezident İlham Əliyevə yazıb kömək istəyək.

Keçən ilin yay aylarında Geofizika və Geologiya İdarəsinin min KGİB-i üçün xarici ölkələrin birindən D-unit avadanlıqları alınıb ki, çöl seysmik işlərində istifadə edilsin. Dəyəri milyondan yuxarı olan avadanlıq alınıb, lakin avadanlıq uyğun gəlməyib, hələ də idarənin anbarında saxlanılır, üstünü toz basıb. Xahiş edirəm bunu da işıqlandırasınız. İndi soruşuram: Sizcə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi cənab Elçin Şirinov tərəfindən «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7.2-ci bəndi necə pozulub? Qanunun 7-ci maddəsində yazılır: «Yaxın qohumların birgə işləməsinə yol verilməməsi 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır».

Bu da rəis E.Şirinovun qohumları:

-Şirinov Mübariz İnqlab oğlu-(E.Şirinovun Qardaşı), Nəzarət ölçü cihazları və kabel xidmət sahəsi, xidmət sahəsinin rəisi.

-Elvin İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), MGMEİE ekspedisiyasının rəisi;

-Orxan İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), Qravimaqnitometrik kəşfiyyat partiyasının rəisi;

-Musayev Elçin Məhəmməd oğlu (E.Şirinovun qohumu), Səngəçal ekspedisiyasının rəisi;

-Quliyev Elçin (E.Şirinovun Qaynı), İstehsalata xidmət bazasında Energetika xidmət sahəsinin rəisi;

-Elbrus Şirinov (E.Şirinovun​ əmisi oğlu), KGİB- nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

-Mürvət Əliyev (E.Şirinovun​ ​xalası qızının yoldaşı), KGİB-nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

Bundan başqa, Baş ofisdə Geofizika şöbəsinin rəisi Fərhad İbadovun qardaşı GGİ-nin KMAİB-də mövsümi qazanxana işçisi;

-Fərhad İbadovun qardaşının yoldaşı MGM qəbul emalı dəstəsinin rəisi;

-Abasov Qorxmaz Əvəz oğlunu İstehsalata xidmət bazasından 11-ci dərəcədən GGİ-nin Layihə- simeta tikinti Şöbəsinə 15-ci dərəcə ilə vəzifəyə kecirdilər(diplomu musiqi müəllimliyidir)…».

***

Beləliklə, «Təzadlar» olaraq məqsədimiz cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində ictimaiyyətin və medianın rolunun nə dərəcədə olmasını sübutlamaqdır.

Mövzuya qayıdacağıq və şikayət məktubunda adı çəkilənlərin narazı qaldıqları məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq…

Sonda bir daha neftçilərə dəstək verdiyinə görə NHMT-nin rəhbəri xanım M.Qəhrəmanlıya təşəkkürümüzü bildiririk.

«Təzadlar»

Ardını oxu...
Vətəndaş Əhmədov Kərim Əhməd oğlu Azinforum.az-a videomüraciət ünvanlayıb. O bildirir ki, Penitensiar Xidmətin müəsissələrindən birində cəza çəkən oğlu, Əhmədov Röyal Şəkidəki cəzaçəkmə müəsissəsinin rəisi Fərhad Hüseynov tərəfindən incidilib.

Buna görə də, məhkum artıq 35 gündür ki, aclıq aksiyası keçirir. Hazırda Əhmədov Röyalın PX-nın Müalicə Müəsissəsində olduğu bildirilir.

Ata deyir ki, oğlunun aclıq aksiyası rəsmən qeydə alınsa da, onun tələblərinə lazımi reaksiya verilmir.

Təəssüflər olsun ki, PX-dan bu məsələyə münasibət öyrənə bilmədik. Onların da mövqeyinə yer verməyə hazırıq.

DİA.AZ şikayətçinin videomüraciətini azinforum.az-a istinadla təqdim edir:

 

Ardını oxu...
"Bakının Nərimanov rayonunun 8 nömrəli poliklinikasından giley-güzar var.Məsələ budur ki,TƏBİB tabeliyindəki bu tibb müəssisəsinə deyilənə görə 70 min pul ayırıb.Amma pulun hara,necə xərclənməsini bilən,deyən yoxdur.Poliklinikanın bütün telefonlarına zəng vurmuşam.Nə baş həkim cavab verir,nə də başqaları". DİA.AZ bildirir ki, bu barədə jurnalist Sima Babayeva məlumat verib.
Babayeva daha sonra bildirir: "Deyirlər poliklinikada hər şöbəyə tapşırılıb ki,öz ciblərinin hesabına otaqlarını düzəltdirsinlər.Həkimlərə yerə döşəmək üçün linoleum aldırırlar.Bir sözlə,dövlətin pulunun mənimsədildiyi iddia olunur.Məsələni dəqiqləşdirmək üçün poliklinikanın məsul bir şəxsi ilə əlaqə saxlamaq mümkün olmur.Əgər bu telefon nömrələrinə cavab verməyəcəksinizsə,onda nəyə görə boş-boşuna nömrələri saxlayırsınız? Təhvil verin,kimə lazımsa,o işlətsin.O qədər ehtiyacı olan var.
70 min az pul deyil.Deyilənlər həqiqətdirsə,ciddi qanun pozuntusudur.Yo,əgər düzgün məlumat deyilsə,o halda,zəhmət olmasa,8 nömrəli poliklinika rəhbərliyi bu vəsaitin necə,hara sərf olunması barədə sənədləri media orqanı olaraq bizə də göstərsin.Hər halda hər şey göz qabağındadır.Sənədlərə də baxaq,otaqlara,avadanlıqlara da. Başqa şikayət isə sığorta sistemi tətbiq olunandan sonra daha çox hallanır.Bu da həkimlərə xəstə qəbulundan verilən xidmət haqqı faizləri ilə bağlıdır.Bu məsələdə də ciddi narazılıqlar var.
Nərimanov rayonu 8 nömrəli poliklinikanın rəhbərliyini,TƏBİBi bu problemi araşdırıb məlumat verməyə çağırırıq".
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
 
 
 

Dünyapress TV

Xəbər lenti