Binəqədi İcra Hakimiyyəti, Ağasadiq Gəraybəyli küçəsində yerləşən 9 nömrəli yataqxananın 32 illik sakinlərini bu binadan çıxarmaq istəyir. Amma cəmi 30 500 manat müqabilində. Teref.az “Meydan TV”yə istinadən xəbər verir ki, 5 ildir boşaldılmağa başlayan yataqxanada 37 ailə qalıb. Onlara təklif edilən məbləğdən narazıdırlar. Yataqxana sakini Mehriban Rüstəmov deyir ki, İcra Hakimiyyəti yataqxanada olan 30 əlavə otağı hesablamır: “91-ci ildən ailəm ilə burada yaşayırıq. İki uşağım var, anadangəlmə əlildirlər. Yoldaşım fəhlə işləyib, ev növbəsinə düşüb. Qaçqınlar gələndən sonra həmin ev qaçqınlara qaldı. O vaxtdan biz burada yaşayırıq. Sahibkarın nümayəndəsi bura gələndə birinci bizim evdən başladılar. Əlil qızım 10-cu mərtəbədə qalır, onun evindən başladılar ki, sahibkar bizə məlumat verib ki, artırmalara da pul hesablayıb verin. Bu məlumat bizim İcra Hakimiyyətinə çatdı. Burada 30 əlavə otaq var. Mətbəx, hamam, ayaqyolu. Bunları da otaq kimi nəzərə alıb, onların da pulunu mənimsəyirlər, bu artırmaların da pulunu öz hesablarına mənimsəyirlər”. Yataqxana sakini Şəfiqə Hüseynova deyir, müvəqqəti olaraq yerləşdirildikləri yataqxanada 32 ildir ki, yaşayırlar. Yataqxana çoxdan onların özəl mülkünə çevrilib: “Bizi müvəqqəti bura yerləşdirdilər ki, ev növbəsi olanda ev alacaqdıq. Yoldaşlarımız illərlə DSK-nın işçisi olub. Ev növbəsinə dayanıblar. Ev növbələri çatan vaxt müharibə başlayıb, yarımçıq qalıb. Buranı müvəqqəti veriblər bizə ki, yaşayaq. Biz də yaşayandan sonra prezidentimizin qərarı ilə buranı özəlləşdirdik. Hərənin özünə bir otaq da olsa, özəlləşdirmişik. Biz burada sakinik, sənədimiz var”. Sakinlər danışır ki, İcra Hakimiyyəti artıq 2-ci dəfədir onları məhkəməyə verir. Amma heç bir halda narazı sakinlərlə razılaşmaq istəmir: “İcra hakimiyyəti 37 ailəni məhkəməyə verdi, hamı getdi məhkəməyə. Məhkəmə baxılmamış qaldı, bizim xeyrimizə qaldı. İndi təzədən yenə veriblər. Mən başa düşmürəm niyə verirlər? Bizi niyə məcburi çıxardırlar? Axı bizim çıxarışımız var, öz evimizdir”. Şikayətçilər onlara ev verilməsini tələb edir. 30 500 manata ev tapmağın mümkünsüzlüyündən danışırlar: “Buranı söküb, yerində 6 mərtəbəli bina tikəcəklər. Biz də deyirik ki, yerində ev verin. Bir otaq deyil ? Birotaqlı ev verin. Birotaqlı ev 100-120 mindir. Ev almaq olmur. Uşaqlarımız da artıq böyüyüb. Gəldilər, dağıtdılar. Sonradan burada ev alanlar pulu götürüb çıxdı. Amma qanuni ev növbəsində, idarə işlərində ömrü boyu canlarını çürüdənlər burada yaşayırlar”. Yataqxana sakinləri deyir ki, icra nümayəndələri onların buradakı yaşayışını daha da çətinləşdirmək üçün boş otaqları dağıdırlar: “Lomu salırlar, vururlar. Uçmayan yeri də özləri uçurdurlar”. Nəşr bildirir ki, sakinlərin şikayəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 19 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılmışdır. Prezident liseyin müəllim kollektivi, şagirdlər və valideynlərlə görüşmüş, onların qarşısında çıxış etmişdir. Ölkə Prezidenti liseyin fənn kabinetləri və laboratoriyalarını gəzmiş, kompüter otağı, idman zalı ilə yaxından tanış olmuş və təhsil ocağı haqqında xoş fikirlər söyləmişdir. Bəhruz Nəbili adaşı Regional Təhsil idarəsinin rəhbəri Bəhruz Mehdiyevin göstərişi ilə Akademik Zərifə Əliyeva adına Litseyə gələrək yoxlama aparıb. Yoxlamanın şəffav görüntüləri valideynin haqlı olduğunu göstərsədə verilən şirinlik valideyni haqsız direktor əvəzi Vüsalə Mahmudovanı haqqlı sayılmasına gətirib çıxarıb. İlqar Məmmədovun haqlı iddiaları yoxlanmamaqla yanaşı övladının məktəbə buraxılmasının qarşısı alınıb. Dİsttat təhsilin məcburiyyətini nəzərə aldıqda şagirdin təhsuilinə maniə yaratmaq özü bir cinayətdir ki, bunuda Vüsalə Mahmudova çox gözəl həyata keçirir. Xanım direktor keçmək naminə zərt idarəçilik nümayiş etdirməklə qanunların deyil rəhbərlərin qanunsuz buyruqlarını icra edə biləcəyini göstərir. JURNALİSTİN TƏHSİL NAZİRLİYİ QARŞISINDA VERDİYİ MÜSAHİBƏ VƏ BUNDAN SONRA SOKTOR MÜDİRİ FUAD QARAYEVİN QƏBULUNDA OLUB!
FUAD QARAYEV VERDİYİ SÖZƏ ƏMƏL ETMƏDİ. O MƏSƏLƏNİ TAM ARAŞDIRARAQ KÖMƏKLİK EDƏCƏYİNİ DESƏDƏ ALTUNUN MƏKTƏBİNƏ QAYITMASI TƏMİN EDİLMƏYİB. ƏKSİNƏ GÖRÜNÜR SAXTA YOLLARLA ƏMƏKDAR MÜƏLLİM ADINI ALAN FUAD MÜƏLLİM QANUN POZUNTULARINA HAQQ QAZANDIRMAQDA MÜTƏXƏSİSLİK NÜMAYİŞ ETDİRDİ. Vətəndaş bununla bağlı Təhsil Nazirliyinin qarşısında aksiyada keçirib. Vətəndaşın əslində Zaqatala üzrə Bakunews.az xəbər portalının əməkdaşı olan bölgə müxbiri olduğunu qeyd etməyimiz yerinə düşər. Jurnalistin övladı ilə bağlı apardığı mübarizədə Azərbaycan mediası tam dəstək verməkdədir. Nazirlik məsələlərə laqeyd yanaşması artıq qəbul edilən yanaşma deyil. Şəxs jurnalist olmasından istifadə etməmiş və vətəndaş olaraq haqqlarını müdafiə edərək övladının təhsilini bərbad edən şəxslə bağlı məlumatları vətəndaş olaraq ictimailəşdirmişdir. Vüsalə Mahmudovanın özbaşınalığı ilə bağlı Nazirliyin sektor müdiri Fuad Qarayev qəbul edərək məsələnin həll edilməsi üçün lazımi tədbirlər görüləcəyin vurğulayıb. 16.10.2023-cü il tarixində qəbulda olan İlqar Məmmədov bildirir ki, 25.10.2023-cü il tarixində övladı Altun Məmmədovu litseyə aparıb. Direktor əvəzləyən Vüsalə Mahmuddova onunla prinsipini övladına tətbiq etdiyi üçün Altunu sinif otaqına keçməsinə izin vermir. Müəllimin qanuni tələbi olsaydı bu günə qədər mənim övladımın qeydiyyatı Akedemik Zərifə Əliyeva adına Litseydə olması mümükün olmazdı. VAlideynin istəyi olmadan litseydən şagirdi çıxara bilmədikləri reallıqdır. O zaman bu şəxslərin atıqları addımın qanuna zidd olduğu aşikar deyilmi. Qanunun tələblərinə görə distat təhsil məcburidir. Amma V.Mahmudova Azərbaycan qanunlarını və Prezidentin tövsiyələrini heçə sayaraq Zərifə Əliyevanın adını daşıyan təhsil ocağında özbaşınalığını davam etdirə bilməsinin arxasında nə və kimlər durur? TƏHSİL OCAĞINDA QANUNSUZ REMONT ADINA PUL YIĞILMASI VƏ İMTAHANDAN KƏSİLİB DEYƏ BİLDİRİLƏN UŞAĞIN ŞİRİNLİK QARŞILIĞINDA GERİ QAYTARILMASININ SUBUTLARI!
Bu günə qədər Vüsalə Mahmudovanın qanuna zidd addımlarından qeyd edilən bir neçə məqalə və videolar dərc edilib. Lakin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Bəhruz Mehdiyevin medianın suallarına cavab verməməsi vətəndaşın əslində haqqlı olduğunu göstərir. Şəxs qanunun icrası əvəzinə özünü toxunulmaz əlçatmaz şəxsə çevirməklə yerli təhsil idarəsinin problemlərlə ələşməsini istəyir. Sonda kim qalib gələrsə məsələdən xəbərsiz olduğunu bildirməklə guyamki yoluna qoyan şəxsin özü olduğunu göstərmək üçün səhnəyə təşrif buyuracaq. Lakin qeyd edək ki, media olaraq dəfələrlə müraciətimizə baxmayaraq Bəhruz Mehdiyev münasibət bildirməkdən qaçaraq susqunluğunu qorumaqdadır. Nazirlik bu şəxsləri Regional idarələrə rəhbər təyin edərkən Nazirin əlçatmazlığı kimi əlçatmaz olmağı tapşırıb…? Hazırda 25.10.2023-cü il tarixində Altun Məmmədzadə qeydiyyatda olduğu məktəbə buraxılmaması qanuna zidd deyil nədir? Məsələ ilə bağlı Həm polis idarəsinə həmdə Zaqatala prokurorluğuna şikayət edən jurnalist İlqar Məmmədov övladı Altun Məmmədzadə təhsilinə maniə yaradan şəxslərlə bağlı ciddi ölçü götürülməsini istədiyini bildirib.
Jurnalist İlqar Məmmədov Fuad Qarayevə bildirdiyi məsələni araşdırdığını və yenədə Vüsalə Mahmudova ilə Bəhruz Mehdiyevin sözlərini mənə bildirməklə onların verdiyi qərarla razılaşmağımı istəyir. Bu isə ədalət prinsiplərinə ziddir deyə jurnalist bildirib. O qeyd edir ki, ölkədə litseylərdə keçirilən imtahanları əsas gətirməklə haqlı olduqların zənd edirlər. Lakin mən imtahan nəticəsinin V.Mahmudova tərəfindən saxtalaşdırıldığı və azyaşlı övladımın bir Aydan artıqdır ki, təhsilini almalı olduğu məktəbə girə bilmədiyindən şikayətçiyəm. Saxtalaşdırılmış imtaham nəticələri mənim öanasız övladımın gələcəyi ilə oynanılması deməkdir. Məhs buna görədə mən Ali Baş Komandandan məni Vətəndaşlıqdan çıxararaq ölkəni təkr etməyimə şərait yaratmasını xahiş edirəm. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyni dinləməyə hazırıq.
Bu gün günorta saatlarında Nizami rayonunda, "Xalqlar dostluğu" metrostansiyasının qarşısında Nizami Rayon İcra Hakimiyyətinin, eləcə də
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri ilə səyyar satıcılar arasında mübahisə yaşanıb.
Sitat.info-nun hadisə yerində olan əməkdaşı yaşanan gərginliyi videolentə alıb.
Çəkiliş zamanı özlərini təqdim etməyən şəxslər metrostansiyanın ətrafında göyərti və qadın saç aksesuarları satan satıcılardan taxta piştaxtanın dərhal yığışdırılmasını tələb ediblər.
Onlar söhbət zamanı bildiriblər ki, səyyar satışla məşğul olanlar qeyri-qanuni fəaliyyət göstərdikləri üçün satışa icazə verilmir. Özlərini təqdim etməyən şəxslər əvvəlcə çəkilişimizin qeyri-qanuni aparıldığını deyərək,
mane olmağa da cəhd göstərsələr də, daha sonra peşə fəaliyyətimizi davam etdirəyə nail olduq.
Uzun mübahisədən sonra bu şəxslərin Nizami Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri olduğunu öyrənə bildik. Lakin heç biri özlərini təqdim etmədi.
Satıcılar bildirdilər ki, illədir ki, burada səyyar satışla məşğul olurlar. "10-15 ildir ki, satıcı işləyirəm. İllərdir ki, arabamda göyərti satıram. Yeganə qazanc yerimiz budur. Çox səliqəli, ətrafı çirkləndirmədən çörəkpulumu qazanıram.
Hamı razıdır. İndi mənə işləməyə imkan vermirlər. İcra hakimiyyətinin işçiləri gəlirlər ki, verin, biz də yeyək". Obyektivlik naminə Nizami Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almağa çalışdıq.
İH-nin ictimaiyyətlə əlaqədar şöbəsindən Cavid adlı şəxs suallarımıza cavab olaraq bildirdi ki, satıcılar həmin ərazidə qeyri-qanuni fəaliyyət göstərirlər. Onların səyyar satıcılıqla bağlı icazəsi yoxdur.
İcra hakimiyyəti nümayəndələri və müvafiq qurum birgə reyd keçirir.
Ölkədə müxtəlif ranqlı bir çox vəzifəli şəxslərin tutduqları postun imkanlarından yararlanaraq şəxsi bizneslərini çiçəkləndirmələri artıq adi hala çevrilib.
Teref.az Yenicag.az-a istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq hakimi Şəmsəddin Abbasovun da nəzərdə tutulan vəzifəli şəxslər sırasında olduğuna dair davamlı məlumatlar yayılır.
Bir müddət öncə saytımızda yayımlanan materialda qeyd etmişdik ki, artıq yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Şəmsəddin Abbasov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində inhisarçı mövqeyə sahiblənib.
Avtomobil mühərriklərinin təmiri işi kənardan kiçik biznes təəssüratı yaratsa da, əslində, çox gəlirli bir sahədir. Çünki Azərbaycanda hər il dövlət və özəl şirkətlər balanslarında olan avtomobillərin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər.
O baxımdan, bu biznesdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasovun vəzifə səlahiyyətindən sui-istifadə edərək bəzi dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq balanslarında olan avtomobillərin təmir işlərini bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC-yə verilməsini təşkil etdirdiyi iddia olunur.
Arif Fətiyevin adına yaradılan avtomobillərin təmir sexi hazırda Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində fəaliyyət göstərir. Qeyd olunan ünvanda yeni inşa edilən həmin sexin heç bir müvafiq tikinti sənədinin mövcud olmadığı da bu iddiaların mühim elementidir. Anlaşıldığı qədər, Şəmsəddin Abbasov səlahiyyət və imkanlarından yararlanaraq, həmin sexin sənədləşmə işləri aparılmadan tikilib fəaliyyətə başlamasına “şərait yaradıb”.
Yenicag.az sabiq hakim Şəmsəddin Abbasovun bacısı oğlu Arif Fətiyevlə avtomobillərin təmir olunması üçün uyğun müqavilələr bağlayan şirkətlərdən bir neçəsinin adını əldə edib. Onlar “Körpü Bina Tikinti”, “Əfqan Construction”, “Şinkar Holdinq”, “Evroscon” ASC, “Borusan Makina Azerbaijan”, “Grand Motors” və “AzTexnika” şirkətləridir. Bir daha vurğulayaq ki, yuxarıda adlarını qeyd etdiyimiz şirkətlərin Arif Fətiyevlə fiziki şəxs kimi yüzlərlə müqavilə bağlamalarının “təşkilatçısı”nın məhz sabiq hakim Şəmsəddin Abbasovun olduğu iddia edilir.
Uzun illər 300 minlik Sumqayıt şəhərinin Səhiyyə İdarəsinə, indi isə Sumqayıtdan əlavə, Abşeron, Xızı rayonlarının səhiyyəsinə rəhbərlik edən, Sumqayıt Tibbi Mərkəzin direktoru Səkinə Sadıxova barəsində yazmaq istəyərkən, yadımıza sovet dövrünün “KİRPİ” satirik jurnalı düşdü. Yaşlı nəslin yaxşı yadındadır ki, bəyənmədiyimiz sovet dövründə “KİRPİ” jurnalında hansı məmurun barəsində BİRCƏ CÜMLƏ TƏNQİDİ YAZI gedərdisə...onun işi bitmiş hesab olunurdu. İndi neçə ildir ölkə mediası Səkinə Sadıxovanın barəsində qalaq-qalaq faktlara söykənən yazılar dərc edir, amma heç bir tədbir görən yoxdur. Bu gün Səkinə Sadıxova barəsində eşitdiyimiz xəbər həm komediya, həm də tragikomediya mövzusudur, yəni gülməli olduğu qədər də ağlamalı, faciəlidir. Səkinə Sadıxovanın özünə məxsus siyahısı... Belə ki, Səkinə Sadıxova və onun cinayətkar şəbəkəsi 2-3 yaşlarında sünnət olunmuş oğlan uşaqlarının siyahısını axtarıb-tapırlar və onların guya yenidən sünnət olunması işini təşkil edirlər. Daha aydın olması üçün qeyd edək ki, adətən oğlan uşaqlarını valideynləri 3-4, hətta 5 yaşlarında sünnət edirlər. Amma Səkinə Sadıxovanın şəbəkəsi illər öncə sünnət olunmuş yüzlərlə oğlan uşaqlarının siyahısı əsasında Sumqayıt Tibb Mərkəzində guya sünnət mərasimi keçirir və bu yolla dövlət vəsaiti hesabına bonuslar qazanırlar. Məlumat üçün qeyd edək ki, hər bir sünnət üçün həkim cərrahların hesabına bonus olaraq 18 manat dövlət vəsaiti köçürülür. Səkinə Sadıxovanın sünnət mərasimində "laqonda, drujba" söhbəti... Onu da bildirək ki, Səkinə Sadıxovanın cərrahları həmin sünnət mərasimlərində dədə-baba qaydası ilə olan qarğu, qamış ülgüc, yəni sünnət etmək üçün lazım olan ləvazimatlarla yanaşı özlərilə "laqonda, drujba" götürürlər. Səkinə Sadıxova sual verəndə ki, bu "laqondanı, drujbanı" neynirsiniz? Həkim cərrahlar cavabında bildirirlər ki, ay Səkinə xanım, 5 yaşında uşağı sünnət etməyə getmirik eee, 16-17 yaşlı uşaqları sünnət etməyə gedirik. Səkinə Sadıxova isə əllərini yelləyərək "boş verin"... Bəli, heç demə sünnət, falan məsələsi yox imiş, bütün tədbirlər kağız üzərində gedir. Rüşvət və korrupsiyanın sünnət səviyyəsi... Fikir verdinizmi, rüşvət və korrupsiya sünnət səviyyəsinə çatıb. Hətta bu barədə məlumatlı şəxslərin dediyinə görə, Səkinə Sadıxovanın saxta sünnət siyahısında 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarının, yekə kişilərin də adı var. Vallahi, bu Səkinənin 10-11-ci sinifdə oxuyan oğlan uşaqlarını sünnət eləməsi əməlli-başlı KOMEDİYA mövzusudur. Siz elə bilirsiniz ki, Səkinə Sadıxova bu SÜNNƏT BİZNESİNİ özbaşına qurub. Əsla belə deyil. Bu işdə Səkinə Sadıxovanın dalında TƏBİB-in rəhbərliyi, sədr müavini Araz Nəsirov dayanır. Bu məsələ Səkinə Sadıxovanın ilk saxtakarlıq əməli deyil. Səkinə Sadıxovanın kadrlar idarəsinin aşbaz müdiri... Bir müddət əvvəl Səkinə Sadıxovanın uzun illər toyda-vayda aşbazlıq edən, sonradan 44 yaşında Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə müdir təyin etməsi barədə yazmışdıq. Amma aldığımız son xəbərə görə, bizim yazılardan sonra Elnarə Məmmədova vəzifəsindən azad edilib. Bu xəbər təqdirəlayiqdir. Amma Elnarəni saxta diplomla Kadr şöbəsinə müdir təyin edən Səkinə Sadıxova niyə məsuliyyətə cəlb olunmur..? Bəs saxta diplomla dövlətdən alınan maaşın məsələsi necə olacaq..? Səkinə Sadıxovanın tabeçiliyində olan işçilərin qohumluq əlaqələri və ya qohumbazlıq... Yuxarıda qeyd etdiyimiz saxta sünnət biznesinin, eləcə də digər saxta yolla alınan bonusların hesabına Sumqayıt səhiyyəsində ayda 15 min manat maaş alan həkimlər var. Səkinə Sadıxova hər yerdə deyir ki, iki qohumun biri digərinin tabeçiliyində işləyə bilməz. Səkinə Sadıxovadan soruşan lazımdır ki, ....Sevincin 3 qohumu səninlə birgə Sumqayıt Tibb Mərkəzində işləyir. Bəs buna nə deyirsən..? Bütün məclislərdə və tədbirlərdə Səkinə Sadıxova deyir ki, mənim tabeçiliyimdə bir adam göstərin ki, biri-biri ilə yaxın qohum olsun və onlar bir yerdə işləsinlər. Səkinə Sadıxova gözəl bilir ki, qohumların bir yerdə işləməsi korrupsiya halıdır. TƏBİB-in Sumqayıt Səhiyyəsinin sədri olan Səkinə Sadıxova buyurun, tanış olun bu hal sizin rəhbərliyiniz altında baş verir... 1. 2 saylı xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibova 2. Sevinc Nəsibovanın həyat yoldaşı Sığortanın Təşkili Şöbəsinin müdiri Emil Nəsibov 3. Dezinfeksiyaedici idarəsinin rəhbəri Xavər xanımın qohumu və Sevinc Nəsibovanın qudasını anbardar təyin ediblər. Həmin şəxsin adı Vəliyev İltifatdır. Bu qohumlar birləşərək keçmiş anbardarı Namazova Səyahəti şərlətdirib işdən çıxartdılar. Həmin xanımın anasının ürəyi partlayaraq öldü, özü isə banklarda əsir-yesir olub. Səhiyyənin Həmkarlar Təşkilatı Namazova Səyahəti müdafiə etmək istəsə də Səkinə Sadıxovanın ən yaxın dostu olan Araz Nəsirov imkan verməyib. Səkinə Sadıxova diplomsuz Elnarə Məmmədovanı yeni vəzifəyə təyin edib... Biz Sumqayıt Səhiyyəsinin Kadrlar İdarəsinin rəisi Elnarə Məmmədovanın məsələsilə daha dərindən maraqlandıqda gördük ki, Elnarə Məmmədovanı gözdən pərdə asmaq üçün 1 saylı xəstəxanaya kadrlar şöbəsinə mütəxəssis kimi işə götürüblər. Bir Səhiyyə İdarəsinin ki, kadrlar idarəsinin rəisi aşbaz ola, ondan nə gözləyəsən. Səkinə Sadıxova bütün mənəvi xətləri keçir... Səkinə Sadıxova bütün mənəvi xətləri keçərək Qarabağ qazilərinin adından da sui-istifadə edir. Guya Qarabağ qaziləri Sumqayıt səhiyyə sistemində işlə təmin olunublar. Amma əslində qazilərin adı altında başqa şəxslər işə götürülüb. Sözün qısası, Səkinə Sadıxovanın 750 minlik kəməri barəsində, Təcili Yardım Stansiyasına ayrılan yanacağı, benzini, dərmanları, ehtiyyat hissələrini satdırması, 4-5 min manata işə adam götürməsi, keçirdiyi saxta tenderlər, cari təmir adı altında mənimsədiyi yüz minlər barəsində təkrar yazmağa ehtiyac görmürük. Təkcə onu qeyd edək ki, Səkinə Sadıxova Korrupsiya İdarəsinin qərarı ilə dövlətə 180 min manat pul köçürməlidir və bu günədək köçürmür. Bir sözlə, Səkinə Sadıxova kimi məmurlara qarşı mübarizəmiz davam edir. Bizi izləyin. P.S. Sumqayıt şəhərində TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Sumqayıt Səhiyyəsində Səkinə Sadıxovanın rəhbərliyi altında elə hallar baş verir ki, bu dünyanın ən geridə qalmış ölkəsində baş vermir. Ay TƏBİB rəhbəri nə qədər qışqırıb bağırmaq olar ki, Sumqayıt Səhiyyəsində Səkinə Sadıxova problemi mövcuddur. Səkinə Sadıxovadan nə qədər yazılar yazarlar. Axı sizə ölkə rəhbəri tərəfindən deyilməlidirmi ki, Səkinə Sadıxovanın fəaliyyəti qeyri-kafi qiymətləndirilsin. Görəsən, Səkinə Sadıxovanın FETÖ-çu qohumları TƏBİB rəhbərliyinə xahişmi edir? Bəlkə, TƏBİB rəhbərliyinin Səkinə Sadıxovanın yanında ciddi gözükölgəliliyi var? Axı nə baş verir? Axı Sumqayıtda Səkinə Sadıxovanı əvəz edəcək kadr yoxdurmu? Yoxsa Səkinə Sadıxova qazandıqlarının hamısını TƏBİB rəhbərliyinə çatdırır? //gundelik-baku.com//
Neftçalanın gənc icra başçısı Prezidentin qəbulunda olarkən başladığı səhvlər seriyasını davam etdirir Söz vaxtına çəkər, düz iki il əvvəl bəzi onlayn kütləvi informasiya vasitələrində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunmuşdu.
Doğrudur, Neftçala rayon İcra Hakimiyyəti tələsik həmin məlumatı təkzib etdi ki, onlar həqiqəti əks etdirmir; ümumiyyətlə belə bir hadisə baş verməyib və kökündən yanlışdır.
İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırdı, hətta bir az da uzağa gedərək qərəzli informasiyaları dərc etməyin qanun qarşısında məsuliyyət yaratdığı, həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq da etdi. Ancaq o vaxt Mirhəsən Seyidova deyən olmadı ki, yayılan məlumat onun İcra Hakimiyyətini necə idarə etməyi ilə bağlı deyil, maşını idarə edə bilməməyi ilə bağlıdır. O üzdən həmin məlumata Rayon İcra Hakimiyyəti adından deyil, fiziki şəxs kimi, sürücü kimi öz adından münasibət bildirməlidir. O başqa söhbətin mövzusudur ki, bəlkə Mirhəsən Seyidov bəlkə “Dövlət elə mən özüməm” deyən Fransa kralı XIV Lüdovik kimi fikirləşir və bu qənaətdədir ki, Neftçala Rayon İcra Hakimiyyəti elə o özüdür, özü də İcra Hakimiyyətidir. Əslində isə məlumatda İcra başçısı Mirhəsən Seyidovun 2021-ci ilin oktyabr ayında şənbə günü axşam saatlarında Neftçala rayon Kürqarabucaq kənd sakini, kənddə «Alim» adı ilə tanınan, əsl adı isə Həsənov Vahid Nüsrət oğlu olan, yaşlı şəxsə idarə etdiyi «tayota Camry» markalı minik avtomobili ilə xəsarət yetirdiyi, həmçinin, zərərçəkmiş şəxsə məxsus bir neçə xırdabuynuzlu heyvanlardan bəzilərini tələf etdiyi, bu azmlş kimi sakinlərin sözlərinə görə, hadisəni törətdikdən sonra hadisə yerini tərk etdiyi bildirilirdi. Kənd sakinləri tərəfindən hadisə yerinə polis və Təcili Tibbi yardım çağırıldığı, eləcə də hadisəni törədən avtomobilin dövlət nömrə nişanı da məhz sakinlər tərəfindən polisə bildirildiyi qeyd olunurdu. Vurğulanırdı ki, icra başçısı xəsarət alan şəxsin özü və yaxınları ilə anlaşaraq baş vermiş hadisəni gizlətmiş, görüntülərin ələ düşməməsi üçün həmin ərazidəki yol nəzarət kameralarının qeydə aldığı görüntülərin «təmizlənməsinı» nail olmuşdur.
Əlbəttə, həmin hadisədən sonra Mirhəsən Seyidov sürücülük vəsiqəsini təhvil vermədi. Çıxardığı yeganə nəticə bu oldu ki, özünə sürücü götürsün. Sürücünün peşəkarlıq səviyyəsinin necə olması da maraqlı deyil. Əsas odur ki, başçı özünü məsuliyyətdən sığortalasın, maşını özü idarə edəndə qol qoya biləcəyi qayda pozuntularını da sürücünün üstünə atsın.
Budur, bu ilin sentyabr ayında xəbər çıxdı ki, Mirhəsən Seyidovun sürücüsü İlkin Manafov “Qarabağ” restoranının yanında kənd sakininə məxsus inəyi İcra Hakimiyyətinə məxsus və iş adamı Qurban müəllimin icraya bağışladığı 18 AA 254 seriyalı “pikap” avtomobillə vuraraq öldürüb və sonra hadisə yerindən qaçıb.
Məsələ ilə bağlı münasibətlərini öyrənmək məqsədilə İcra Hakimiyyəti başçısının özünə, müavininə, sürücüsünə dəfələrlə telefon bağlantısı yaratmağa çalışsaq da, vatsap nömrələrinə mesaj göndərsək də, zənglərimizə, mesajlarımıza cavab vermədilər. Kənd sakinlərindən öyrəndik ki, qiyməti bazarda 2000 (iki min) manat civarında olan inəyə görə sürücü vur-tut 900 (doqquz yüz) manat təklif edib.
Sadiq oxucularımız xatırlayarlar, bir müddət əvvəl “Dəryaz” qəzetinin internet əlavəsi olan “Deryaz.az” veb-saytında “Neftçalada kəndlilərin örüş, otlaq sahələri zəbt edilib” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Həmin məqalədə neftçalanın kəndlərində əsas məşğuliyyəti heyvandarlıq olan əhalinin örüş, otlaq sahələrinin ayrı-ayrı imkanlı şəxslər tərəfindən zəbt edilməsinə, torpaqların sakinlərin tanımadıqları kənar şəxslərə satıldığı rayon rəhbərliyi tərəfindən şərait yaradıldığı bildirilirdi. Görünür, Neftçala İcra Hakimiyyətinin başçısı həmin məqalədən sonra “Dəryaz”dan ona heç bir xeyir gəlməyəcəyini qət edib və bizimlə hər cür kontaktdan yayınmağa qərar verib.
Beləliklə, Mirhəsən Seyidovun səhvlər seriyası davam edir. İlk səhvə isə o, 31 yaşında Neftçala Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunanda dövlət başçısının qəbulunda olarkən subordinasiya qaydalarını pozmaqla imza atmışdı. Belə ki, o, eyni vaxtda İsmayıllı rayonuna rəhbər təyin edilən 41 yaşlı Nahid Bağırovu qabaqlayaraq cənab Prezidentin kabinetindəki stolda dövlət başçsına daha yaxın olan stulda əyləşməyə tələsmişdi. Möhtərəm Prezident isə ona yerini göstərmişdi: “Sən yaşda kiçiksən, sən orda otur” — deyərək Nahid Bağırovla yerini dəyişməyi göstəriş vermişdi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq Habil Tağıyev Deryaz.az
Neçə illərdir ki, istər paytaxt Bakı şəhərində, istərsə də digər şəhər və rayonlarda yaşayan sakinlər, bu gün də ayrı-ayrı vəzifə sahibi olan şəxslərin düzüb-qoşduqları “oyun qaydaları”nın, fırıldaq əməllərinin, minbir saxtakarlıqlarının və s. qurbanı olurlar. Yəni, hal-hazırda elə sakinlər var ki, onlar pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmə qapılarında sürünürlər, getgələ salınırlar, bir sözlə həmin şəxslər olmazın həngamələrlə üzüzə qalırlar. Faktdır ki, sakinlər məhkəmələrdə haqq-ədalət axtarışında olsalar da, vəzifə sahibi olan elə şəxslər var ki, bu gün də onlar düzüb-qoşduqları iyrənc əməllərdən əl çəkmirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin vəzifə sahibi olan şəxslərə qarşı əsas tələblərindən biri, bəlkə də birincisi vətəndaş-məmur münasibətlərində vəzifə sahibi olan hər kəsin siyasi mədəniyyət nümayiş etdirməsi, insanlara qarşı hörmətlə yanaşma ortaya qoymalarını tələb etməsidir. Yəni, ölkə rəhbəri əksər çıxışlarında qeyd edib ki, “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. Belə bir tələblərin olmasına baxmayaraq, hal-hazırda elə vəzifə sahibləri var ki, onlar üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bir növ “sabotaj”lıqla məşğul olur. Məsələn, bir müddət bundan öncə deryaz.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi-6C və Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində yerləşən obyektin sahibi Teymurov Fəxrəddin İbrahim oğlu adlı şəxs tərəfindən video-müraciət daxil olmuşdu. Fəxrəddin Teymurov təqdim etdiyi video-müraciətində bildirirdi ki, “Qeyd olunan ünvanda yerləşən obyektimizin zirzəmisində başqa bir şəxsə məxsus obyekt də fəaliyyət göstərir. Həmin obyektin sahibi xeyli vaxtdır ki, bizim obyektə məxsus giriş qapısının təqribən 2 metr hissəsini zəbt etmiş və orada özü üçün metal konstruksiyadan ibarət çətir quraşdırmışdır. Belə bir qanunsuzluq işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Prokurorluğuna, Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Prokurorluğuna və aidiyyatı üzrə digər dövlət qurumlarına həm yazılı, həm də şifahi formada şikayətlərimi çatdırsam da, təəssüflər olsun ki, hələ də lazımi nəticə yoxdur. Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyekt sahibinin atdığı addımların varlığı səbəbindən obyektimizin giriş qapısı bağlanmış, ümumi görünüşü məhdudlaşmış və binanın ön hissəsinin görüntüsü bağlanmışdır. Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyektin giriş qapısının olması layihə planında nəzərdə tutulmayıb və bu yöndə görülən işlərə dair heç bir rəsmi sənəd də yoxdur. Yəni, görülən işlər qeyri-qanuni işlərdir. Şikayətimlə əlaqədar bir neçə gün bundan öncə ərazidə olan Yasamal RİH Aparatının əməkdaşı da, görülən işlərin qeyri-qanuni işlər olduğunu bildirdi. Qeyd edim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı da, görülən işlərin qeyri-qanuni olduğunu və bu haqda Yasamal RİH Aparatı tərəfindən lazımi tədbirlərin görəcəyini vurğuladı”. Fəxrəddin Teymurovun deryaz.az redaksiyasına ünvanladığı video-müraciəti əsasında, qeyd olunan problemin aradan qaldırılması məqsədilə bu ilin sentyabr ayında bir çox rəsmi dövlət qurumlarına, o cümlədən Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun da ünvanına rəsmi qaydada məktubla müraciət etdik. Təəssüflər olsun ki, ünvanladığımız məktuba 29 sentyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyi rəisinin müavini Zenfira Rzayevanın imzası ilə təsdiq olunmuş cavab məktubu verildi və həmin məktubda “Aidiyyəti qurumlarla görülmüş tədbirlər nəticəsində metal konstruksiyadan quraşdırılmış çətir sökülmüşdür” deyə qeyd olunsa da, əslində bu heç də belə olmamışdır. Çünki, cavab məktubundan sonra redaksiya əməkdaşlarımız qeyd olunan obyektə bir daha baxış keçirmiş və metal konstruksiyadan quraşdırılmış çətirin sökülmədiyi bəlli olmuşdur. Belə bir aldadıcı cavab məktubunun verilməsi isə onu söyləməyə əsas verir ki, deməli Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşları metal konstruksiyadan çətir inşa edən obyektin sahibi ilə görüşüb anlaşmış və hansısa formada maddi maraqlarının təmin olunmasını da həyata keçirmişlər. Əslində, bu cür addımın atılması təkcə redaksiya əməkdaşlarına qarşı deyil, aidiyyatı dövlət qurumlarına, ələlxüsus cənab nazir Kəmaləddin Heydərova qarşı ortaya qoyulan yanaşmadır, göstərilən hörmətsizlikdir. O halda sual oluna bilər ki, görəsən FHN-i Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarını nə vadar edir ki, onlar ünvanladığımız məktuba aldadıcı cavab verirlər və ortaya belə bir mövqelərini də qoyurlar? Belə bir cavab məktubunun verilməsi onu ehtimal etməyə əsas verir ki, deməli heç bir rəsmi sənəd olmadan metal konstruksiyadan quraşdırılmış çətirin sökülməsi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarının maraqlarına uyğun deyil. Niyə, nə səbəbə? Bəli, bütün bunların hər biri ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Biləsuvar rayon sakinlərinin “Azərişıq” ASC-nin Biləsuvar rayon Elektrik Paylayıcı Şəbəkəsinin fəaliyyətindəki neqativ hallarla bağlı narazılıqları artmaqdadır. Qışın qapının ağzını kəsdirdiyini də nəzərə alsaq, təxmin etmək olar ki, bu müstəvidə şikayətlər daha da çoxalacaq.
Sözügedən idarənin fəaliyyətində əsasən aşağıdakı problemlərin altı cızılır: — Elektrik transformatorları yenilənmiş kimi göstərilir, halbuki, köhnəsinin üst hissəsi rənglənərək yenidən istifadəyə verilir;
— Bəzi transformatorların ətrafı açıq olduğundan, yerli sakinlər və onların mal — qarası üçün real təhlükə mənbəyi hesab olunur;
— Yararsız hala düşmüş və yıxılmaq üzrə olan şalban dirəklər beton və ya dəmir boru ilə əvəzlənmir. Basdırılan dirəklərin isə dibləri lazımi qaydada bərkidilmədiyindən, aşmaq təhlükəsi daşıyırlar;
— Yeni elektrik xəttlərinin köhnə ağac dirəklərdən quraşdırılması zamanı yüklərin ağırlığından, bu yararsız dirəklərdə əyilmələr və deformasiyalar əmələ gəlmişdir. Yəni, köhnələrin çıxarılması, yeni dirəklərin basdırılması, elektrik xəttlərinin yenidən quraşdırılması və s. xidməti işlərin görülməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait sənəd üzrə mənimsənilmişdir;
— Xəttlərdə gərginlik normal 220 volt əvəzinə 170-180 qeydə alınır ki, bu da istehlakçıların elektrik enerjisinə tələbatının tam və keyfiyyətli şəkildə ödənilməməsi, məişət elektrik cihazlarının sıradan çıxması ilə müşayiət olunur;
— Biləsuvar PEŞ-nin ştat cədvəlində və ödənişli əsaslarla ictimai işlərə cəlb olunan şəxslər sırasında işə çıxmadıqları halda maaş yazılanlar vardır.
Qeyd olunan neqativ hallarla bağlı suallarımıza aydınlıq gətirməsi üçün Biləsuvar Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi cənab Rəfail Məmmədovla telefon əlaqəsi saxladıq. Rəis tövsiyə etdi ki, suallarımızı elektron sorğu məktubu halında idarənin əməkdaşı Rafət Buludovun imeyl poçtuna göndərdik. Elə də etdik. Gözləyirik, hələ də cavab yoxdur.
“6-cı mərtəbə” şirkətinin tikdiyi və Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən “Rahat Yaşam” kompleksinin bir qrup sakini yaşadıqları binada xidməthaqqının artırılmasından narazıdır.
Teref.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlər binanın tikintisinə rəhbərlik etmiş Atəş Təhməzlinin oğlu Şahbaz Təhməzlinin onların razılığı olmadan binaya kommunal xidmətlər göstərdiyini bildirib: “Şahbaz Təhməzli binanı bir neçə il belə idarə etdikdən sonra Ədliyyə Nazirliyinə müraciət edərək “Nərimanov 22” MMMC-də (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) qeydiyyatdan keçirdi və öz qohumlarından ibarət idarə heyəti qurdu. Biz bunu gördükdən sonra düşündük ki, MMMC-nin təşkili üçün toplanan imzalar saxtadır və ya imza toplanarkən məsələnin mahiyyəti düzgün izah olunmayıb. Halbuki Mülki Məcəllədə MMMC-nin təşkili və qiyabi səsvermənin qaydaları fərqlidir. Əvvəlcədən sahə mülkiyyətçilərinin yığıncağının gündəliyində olan məsələlər sakinlərə ətraflı elan olunmalı və səsvermə keçirilməlidir. Bundan əlavə, Şahbaz müəllim binanın idarəetməsini təsisçisi olduğu “Rahat Yaşam” MMC-yə həvalə edib. İl ərzində xidməthaqqı adı ilə MMMC-dən 20 min manat pulu öz şirkətinə transfer edib. İşin sifarişçisi də, podratçısı da eyni insandır. Burada hansı şəffaflıqdan söhbət gedə bilər?! İllərdir hesabat tələbimiz cavabsız qalır, 6 ayda bir dəfə standart hesabat liftin qarşısına yapışdırılır. Qanuna görə, MMMC qeyri-kommersiya təşkilatıdır və onun məqsədi mənfəət götürmək, mənfəəti iştirakçılar arasında bölmək deyil”.
Sakinlər əlavə ediblər ki, son olaraq süni şişirdilmiş xərclər göstərilməklə binada yığılan kommunal xərc tarifi hər kvadrat metr üçün 39 qəpikdən 46 qəpiyə qaldırılıb: “Avqustun 1-də tarif artımını hər sakinin telefonuna SMS göndərməklə bildirdilər. MMMC tərəfindən təqdim edilən xərclərdən məlum olur ki, 2022-ci ildə hər ay 7249, 2023-cü ildə isə 7779 manat xərc çəkilib. Yığılan vəsait barədə isə məlumat verilmir. Özlərinin təqdim etdiyi hesabata görə, binanın yaşayış sahəsi 22 600 kvadrat metrdir. Bu da 39 qəpikdən hər ay 8814 manat edir. Lakin artıq vəsaitin toplanmasına baxmayaraq, özbaşına olaraq tarifi artırırlar. 4-cü girişdəki lift dəfələrlə xarab olsa da, əsaslı təmir edilmir. İçməli su anbarından evə gələn su həddindən artıq çirklidir, lakin heç bir tədbir görülmür”.
Vətəndaşlar qeyd ediblər ki, bir müddət əvvəl toplanaraq MMMC-nin ümumi yığıncağını çağırıblar və yekun protokolu Şahbaz Təhməzliyə təqdim ediblər: “Ondan özünün və idarə heyətinin istefasını tələb etsək də, hərəkətsizlik göstərir. Vəzifə səlahiyyətlərini aşaraq cəmiyyətin ali idarəedici orqanı olan ümumi yığıncağın qərarına tabe olmur”.
Məsələ ilə bağlı “Rahat Yaşam” şirkəti ilə əlaqə saxladıq. Şirkət rəhbəri Şahbaz Təhməzli açıqlamasında sakinlərin iddialarını təkzib etdi. O bildirdi ki, bina sakinlərinə toplanmış vəsaitə uyğun xidmət göstərilir.
***
Şahbaz Təhməzli saytımızla yenidən əlaqə saxlayaraq bildirib ki, hər bir sahədə özünəmüvafiq şəkildə ciddi qiymət artımları baş vermişdir. O əlavə edib ki, bina sakinlərini tarifin aşağı salınması ilə bağlı aldadaraq imza yığıb daha sonra həmin imzaları MMMC-nin sədrinin dəyşilməsi ilə bağlı istifadə edən bir qrup (5-6 nəfər) şəxs öz maraqlarını güdən, vaxtilə MMMC-nin göstərdiyi xidmətlərə görə aylıq xidmət haqqını ödəməyən mülkiyyətçilərdir: “Mənzil Məcəlləsinin 137.10 maddənin tələbinə uyğun olaraq mülkiyyət hüququ əldə etmiş lakin mənzildə yaşamayan mülkiyyətçilərin endirim tələbinə rədd cavabı verdiyimiz, əksinə məhkəməyə verilmələri haqqında qərar qəbul edib pretenziya göndərdikdən sonra bu hal baş vermişdir. Hal-hazırda ödəniş etməyən sakinlərin cəmiyyətə ödəməli olduğu ümumilikdə borc 20.000 AZN-dən çoxdur. Şikayət edən yoldaşların bir qismi binanın aylıq kommunal xidmət haqqı xərclərini ödəməyən sakinlərdir. Onların əsas məqsədi debitor olan mülkiyyətçiləri bir araya gətirib binada xaos yaradaraq köhnə borcları sıfırlamaq və heç bir texniki, əmlak və hüquqi bazası olmadan binada idarəetmə aparmaq istəyirlər. Yaşadıqları binada bu kimi addımlarının sərt formada qarşısını aldığım üçün bir neçə həftə bundan öncə məni hədələyərək, məsələni mətbuatda işləyən tanışları vasitəsilə işıqlandıracaqlarını qeyd etmişdilər.
Mən isə sədrliyim dövründə Mənzil Məcəlləsini və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq müasir və şəffaf xidmət qurmuşam.
Tarif artımı və hesabat məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, sakinlərimiz düzgün qeyd edirlər tarif artımı 0,39 AZN (otuz doqquz qəpikdən) 0,46 AZN (qırx altı qəpiyə) artırılıb. Bu addım da məhz qanunun tələbinə uyğun olaraq aparılmışdır. Yəni hər birimizin bildiyi dünayada baş verən Pandemiyadan sonra bütün dünyada infilyasyanın artması, ölkəmizdən də yan keçməmişdir. Beləliklə minimum əmək haqqının və digər tarif artımları hər bir sahədə olduğu kimi bu sahədədə müəyyən xərclərin artmasına gətirib çıxarıb. Buna nəzərən artan xərclər tərəfimdən hesablanaraq, əvvəlcə bütün sakinlərə bildiriş formasında təqdim edilərək maarifləndirmə işləri təşkil edildikdən sonra Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq 50%+1 yetərsayla yeni büdcə təsdiqləndikdən sonra tarif artımı həyata keçirilmişdir. Sonda onuda qeyd edim ki, son 6 ildə binamızda tarif artımı sabit olaraq qalıb”.
Çox təəssüflər olsun ki, bayrağımıza hörmətsizlik edən düşməndən bunun qisasını alan qeyrətli Azərbaycan oğullarının yerli məmurlar tərəfindən haqqları ayaqlar altına alınır, hələ bu da azmış kimi özlərindən "fantastik qərar qəbul edib" bayrağımıza qarşı aqressiya da nümayiş etdirirlər.
Mövzuya bu cür başlamağımızın səbəbi, barəsində sosial şəbəkələrdə və müstəqil mediada ara vermədən tənqid və narazılıq yayımlanan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin bayrağa görə şəhid ailəsini incitməsidir.
Belə ki, təqribən üç gün əvvəl İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən Elxan adlı şəhid atası "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərova zəng edərək, bir neçə müddətdir stress və əsəbdən həyat yoldaşı ilə özünün səhhətində problem yarandığını bildirib. Onun sözlərinə görə keçirdikləri əsəb və stressin səbəbkarı İmişli rayon İcra Hakimiyyətidir.
Elxan bəy deyir ki, - "Öz həyətimdə balaca bir muzey tikmişəm və orada oğlumun, həmçinin digər 80 şəhidin lövhələrini yerləşdirmişəm. Sözügedən muzeyin dam örtüyünü Azərbaycanımız bayrağının rəngləri ilə döşətdirmişəm. O, dam örtüyünü qurduğum gündən İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri bizə evimizdə rahatlıq vermirlər, məcbur edirlər ki, həmin dam örtüyünü söküm. Deyirlər olmaz. Bununla bağlı İcra Hakimiyyətində Şəhid ailələri və qazilərlə iş üzrə şöbənin müdiri İltizam müəllim də məni yanına çağırıb deyir magistral yoldan bayraq görünür, onu sökməlisən. Mənim oğlum o bayraq uğrunda qurban getdi, o bayrağa büküb mənə verdilər, indi niyə bayraq yasaq olub?
Neçə gündür yoldaşımın da, özümün də, qızımın da səhhətimizdə problem yaranıb, təzyiqimiz qalxıb əsəbdən. Xahiş edirəm mənə kömək edin, məni canlı yayıma qoşun dərdimi danışım, ictimaiyyət də eşitsin."
Kamal Əsgərov da onun bu istəyini qəbul edərək, canlı yayımla təmin edəcəyinə söz verib. Əldə etdiyimiz məlumata görə Elxan ata bu barədə digər şəhid ailələrinə danışıb. Beləcə məsələ İcra Hakimiyyətinin qulağına çatıb və Elxan ata yayıma çıxmasın deyə gecə ilə onunla görüşüb məsələ ilə bağlı müəyyən vədlər verilib".
Məsələnin yalnız mətbuata bildirildikdən sonra həllini tapması idarəetmənin bərbad olmasının göstəricisidir. Müdriklər deyir, "Bayraq bir millətin şərəfidir. Nə olursa olsun, yerlərə sərilməz!" Amma, nədənsə başımız üzərində olması da Elçin Rzayev və onun komandasında qıcıq yaradır.
Yeri gəlmişkən, ötən gün "DogruXeber .az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan"Kamalın zamanı" proqramında İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun etiraf səs yazısı təkrar olaraq izləyicilərə təqdim olundu. Hansı ki, Mehman İsmayılov Kamal Əsgərovla telefon danışığı zamanı da etiraf edir ki, "Əsmər Əkbərovanın sadəcə adı gedirdi, özü işə gəlmirdi və ona deyilmişdi ki, hər dəfə maaşı alanda gətirib təhvil versin, onsuzda o, sosial alırdı. Amma, Əsmər Əkbərova hər dəfə pulun üstündən götürürdü, bir dəfə də hamısını götürüb Bakıya getdi, dənizin qırağında şəkil çəkdirib, məna deyir həkimə getmişdim. Ona görə mən də işdən çıxardım. Axı o, pul onun deyildi, götürməli deyildi ".
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin redaksiyamızın sorğusuna verdiyi cavabda isə Əsmər Əkbərovanın güya işə gəlmədiyi üçün işdən çıxarıldığı bildirilir.
İmişli rayon prokurorluğu isə ümumiyyətlə səsini çıxarmır. Hazırda iş hansı mərhələdədir, yaxud ümumiyyətlə araşdırma aparılırmı bu barədə heç bir məlumat vermirlər.
Mövzu diqqətimizdədir və həllini tapana qədər təkrar qayıdacağıq.