Ardını oxu...
 


Səkinə Sadıxova xəstələrə deyir ki, DÖVLƏT  XƏSTƏLƏRƏ  DƏRMAN VERMİR... 
2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıxova bir az çətinə düşəndə, ayağı büdrəyən kimi  deyir ki, mən Sumqayıtda  YAP-ın sədr müaviniyəm, YAP-çı  qadınların rəhbəriyəm... Səkinə Sadıxova, sənin YAP sədrinin müavini olmağın, yaxud Sumqayıtda YAP-çı qadınlara rəhbərlik etməyin səni törətdiyin cinayət əməllərindən sığortalamır... 
Bu gün həbsxanalarda nə qədər keçmiş icra başçısı, nazir müavini, hətta nazirlər  cəzasını çəkir. Məgər sən onlardan üstünsən..? Səkinə Sadıxova, sən ölkənin sənaye şəhəri olan Sumqayıtda TƏBİB-in rəhbərisən. 
Deyirsən ki, 300 minlik Sumqayıt şəhərində YAP-çı qadınlara rəhbrəlik edirəm... Həmin o qadınlar səndən hansı nümunəni götürə bilərlər..? İnanın Səkinə Sadıxova 3 ildir ki, həmin YAP-çı qadınlardan birini övladı ilə bərabər sürüm-sürüm süründürür. Həyat yoldaşını itirmiş, övladını xaricdə təkbaşına oxudan xanıma "get əlin hara qəlbidirsə, ora qoy" deyərək vəzifə səlahiyyətindən sui istifadə edən birisindən nə gözləmək olar. Bunun bircə adı var, etinasızlıq.
Ölkəmizdə şəhidlərin hər dəqiqə anıldığı, anaların göz yaşları içində olduğu zaman özünə təmtəraqlı tədbirlər keçirisən, 700 min dollar dəyərində olan kəmərini belinə taxıb FOTOSESSİYA edirsən...
İndi özün de, sən bu halınla  kimə nümunə, örnək ola bilərsən..? Hələ utanıb-qızarmadan deyirsən YAP dalımda durub... Bu günədək o qədər sənin kimi YAP-çıları partiyadan qovublar. Sən də onlardan biri olacaqsan... Səkinə Sadıqova deyirsən ki, arxamda o boyda TƏBİB dayanıb... Deməli TƏBİB  rəhbərliyi də sənin əməllərinə şərikdir... 
Bəli, Sumqayıt səhiyyəsində hamı bilir ki, sən özündən tariflər  yaratmısan. Məsələn, 
1. Təcili yardımda sürücü işə düzəlmək - 1000 AZN 
2. Tibb bacısı  işə düzəlmək - 3000-5000 AZN 
3. Həkim işə düzəlmək - 5000 AZN 
4. Tibb müəssisələrindən köcürmə - 3000 AZN 
Bir sözlə, Səkinə Sadıqova Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb. Bütün bunlar azmış kimi, Səkinə Sadıqova tabeçiliyində olan Şəhər Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satır və deyir ki, qoy sürücülər ehtiyyat hissələrini və benzini öz ciblərindən alsınlar. Məhz buna görə də, aparılan yoxlamalar nəticəsində əldə olunan faktlar onu göstərir ki, Səkinə Sadıqova rəhbərlik etdiyi bütün müəssisələrdə böyük saxtakarlıqlara yol verib. 
Təkcə bir faktı qeyd edə bilərik ki, prokurorluğun Səkinə Sadıqovanın tabeçiliyində olan, Sumqayıt Səhiyyəsinin Təcili Yardım qarajında aparılan yoxlama zamanı yol verilən yeyintilərə görə, 300 000 manat çatışmazlıq aşkarlanıb. Bu boyda cinayət əməllərin var, ay Səkinə Sadıxova... 
Bu hələ harasıdır..? Səkinə Sadıqova, keçirdiyin saxta tenderlərdən qazandıqların, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malın kimi apteklərdə satdırmağın barədə kifayət qədər faktlar var. Sən utanıb-qızarmadan xəstələrə deyirsən ki, DÖVLƏT XƏSTƏLƏRƏ DƏRMAN VERMİR. Səkinə Sadıqova bu sözləri ilə dövləti vətəndaşların gözündən salır. Səkinə Sadıqova dövlət tərəfindən Sumqayıt Səhiyyəsinə verilən 100 kompüterin içini-platasını sökərək qiymətli əlvan metal kimi satıb... 
Bütün bunları qoyaq bir kənara və gələk əsas mətləb üstünə. Belə ki, bir müddət əvvəl mediada Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt şəhər səhiyyəsində yoxlama apardığı  və orada 6 milyon 427 min manat yeyinti olduğu barədə rəsmi məlumat yayılmışdı. Daha dəqiq desək, faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadaıqova barəsində konkret  tədbir görülməyib. 
Təsəvvür edirsiniz, bu adam barəsində 6 milyon 427 min manat yeyinti ilə bağlı CM-nin 3 maddəsi ilə cinayət işi açılıb. Amma Səkinə Sadıxova heç nə olmayıb kimi oturub vəzifəsində. Biz hələ Səkinə Sadıxovanın  saxta diplomla, 44 yaşlı, aşbaz  Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin etməsini demirik. 
Bizim yazılarımızdan sonra, aşbaz Elnarəni Sumqayıtda TƏBİB-in kadrlar idarəsindən çıxararaq, 1 nömrəli poliklinikaya mütəxəssis göndərdiniz. Bilmirik burada nə sirr varsa, TƏBİB rəhbərliyi Vüqar Qurbanov öz vəzifəsini itirməyə hazırdır, amma Səkinə Sadıxovanı vəzifədən azad etməyə yox. TƏBİB rəhbəri Vüqar Qurbanov, İcbari Tibbi Sığortanın rəhbəri Zaur Əliyev, Səkinə Sadıxovanın bir nömrəli müdafiəçisi Araz Nəsirov bu şəxslər bilməlidirlər ki, Sumqayıt Səhiyyəsi bir neçə ildir ki, sanki başsız qalıb. Rüşvətin, korrupsiyanın mənbəyini aşkar etməyin zamanıdır cənablar. Axı siz nə vaxta qədər barəsində rüşvət və korrupsiya maddələri ilə cinayət işi qaldırılan Səkinə Sadıxovanı həbsdən qoruyacaqsınız. Görəsən, TƏBİB kadr sarıdan bu qədərmi kasaddır ki, Səkinə Sadıxovanın yerinə namizədləri yoxdur. 
Sözün qısası, biz inanırıq ki, TƏBİB rəhbəri Vüqar Qurbanov bu boyda cinayət əməllərini törədən Səkinə Sadıxovanı nə qədər müdafiə etsə də, o, törətdiyi cinayət əməllərinin məsuliyyətindən yaxasını qurtara bilməyəcək. Bəli, Səkinə Sadıxovanın bu yaxınlarda səsli-küylü həbsi qaçılmazdır.

 
Ardını oxu...
 

Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzluqlar barədə daim redaksiyamıza şikayətlər daxil olmuşdur. Bunların içərisində "Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi" xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda müxtəlif başlıqlı məqalələr dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç vaxt bəxti gətirməyib. Hələ iki il bundan əvvəl də saytımızda “Saxta “covid pasportu” alan məktəb direktoru” və “Təhsil ocağında “korona sərgüzəştləri”” başlıqlı məqalələr də dərc etmişdik. Həmin məqalələrdən də görünür ki, məktəbdə rüşvətxorluq azalmayıb, əksinə artıb.
Belə ki, V. İbrahimovdan əvvəl məktəbin direktor əvəzi olmuş Sevda Əliyeva dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməklə məşğul olmuşdur. Təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alırmış. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyirmiş. Məktəbdə dərs saatları da pulla satılırmış. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manat imiş. 50 faizə görə də əlavə 500 manat alınırmış ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılırmış.
Pandemiya zamanı isə dərslərin keçirilməsi demək olar ki, sıfır səviyyəsinə düşübmüş. Həmin vaxt ondan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçirilməməsindən olub. Bundan əlavə saytımıza daxil olan məlumata görə 2020-ci ilin son aylarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarmışdır.
Həmin vaxt məktəbin bir qrup müəllimələri adından Aynurə Tahirova adlı bir şəxs redaksiyamıza aşağıdakı müraciəti ünvanlamışdı:
“Bildirmək istəyirik ki, "Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi"nin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır. Sevda Əliyeva bizim məktəbə gələnə kimi 500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var verib dərsini alır. Bizim pulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir “mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər. Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxa oturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadan saxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə buraxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq. Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib. Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizə rəhbər qoyublar, gələn gündən pul, pul deyir. Diaqnostik yoxlamalardan 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur. S.Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, “filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək”. Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, S.Əliyeva dərs bölgüsü eləyir, biz haqsızlığa etiraz edəndə də özünə nəsə edib qanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzi təyin olunsun, məktəbin işini də o aparır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik”. Bu müraciətdən də göründüyü kimi kollektivin istəyi nəzərə alınmayaraq Elnurə müəllimə deyil, başqa bir məktəbdən rüşvətxorluğa görə işdən çıxarılan Vladim İbrahimovu Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva nələrinsə müqabilində "Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi"nə direktor təyin edibdi.
Bu qədər qanunsuzluqlar etmiş bir şəxs isə İlhamə Abdullayevanın himayəsinə sığınaraq Sumqayıtda 21 saylı orta məktəbdə hələ də direktor müavini işləyir və öz əməllərini orda davam etdirir. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır. Hörmətli direktor Sevda Əliyevanın bu gün övladının toyudur. Bu xanım hər bir müəllimdən "nəmər"dən əlavə 100 manatdan pul yığdırıb. Bu başqa bir yazının mövzusudur. 
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
 
Ardını oxu...
Şəhidlər müqəddəsdir, onlar bizim and yerimizdir. Onların əmanətlərinə sahib çıxmaq, adlarını uca tutmaq müqəddəs borcumuzdur.

DogruXeber.az: - Biz bu sözlərlə, bu tövsiyələrlə böyüdük. 11 il orta məktəbdə bizə bu öyrədildi. Eləcə də illərdir ki, məktəblərdə müəllimlər tərəfindən bütün hər kəsə birinci növbədə bunlar aşılanır. Müəllim adının müəssisəliyi həm də insanlara lap kiçik yaşlarından müqəddəs dəyərlərimizi hər kəsə tanıtmasında, sevdirməsindədir.

Amma, nə yazıq ki, bəzən nəfs və şəxsi maraqlar o, qədər gücü müqəddəs dəyərlərimizi müəllimin özünə belə unutdura bilir.
Yox, təbii ki, bunu bütün müəllimlərə şamil etmirik, amma təəssüf ki, belə istisnalar da az deyil.

Birinci növbədə ordan başlayaq ki, illərdir məktəblərdə dəyişdirilməsi mümkün olmayan "qaydalar"dan biri şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılmasıdır. Bu qanunlara zidd olunsa da müəyyən tədbirlərdə, müxtəlif bayramlarda hələ də "mental dəyər" kimi davam etdirilir, baxmayaraq ki, mental dəyərlərimizin əksəriyyəti artıq sıradan çıxarılıb, unudulub.

Bir neçə il əvvəl məktəbli forması qaydasının məktəblərdə yenidən tətbiq olunması barəsində müzakirələrə başlanıldıqda, bütün valideynlər həm başları ilə, həm dilləri ilə bunu razılıq edərək, televiziya ekranları qarşısında oturub, az qala bu barədə danışan ekspertlərlə dialoq qururdular: "Ay sağol, Allah atana rəhmət eləsin, sovetin vaxtında eləydi, heyf deyil o, günlər? varlının-kasıbın balası seçilmirdi" kimi cümlələrlə bu qaydanın yenidən tətbiq olunması üçün ikiəlli razılıq edirdilər.

Amma, təəssüflər olsun ki, bu qayda heç də gözlənildiyi, yaxud sovetlər dönəmində olduğu kimi sərfəli olmadı. Məktəbli formalarına elə qiymət qoyuldu ki, ala bilməyən xalqın öz dili ilə desək, kasıb balaları ümumiyyətlə məktəbə gedə bilmədi. Çünki, olanını geyinib getmək ixtiyarı yox idi, məktəbli forması da baha. Üstəlik də yalnız məktəb direktorunun tövsiyyə etdiyi ünvandan alınmalı idi.

Əlqərəz...

Güya bütün bunları nəzərə alan hazırkı Elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarından birində imkansız ailələrin övladlarının onların tərəfindən məktəbli forması ilə təmin olunacağını deyib. Bu xəbərə sevinən İmişli rayon sakini, şəhid xanımı Adilə Babaşova üz tutub nəvələrinin təhsil aldığı İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə. Məktəbin direktoru Fami Fərəcov bildirib ki, "bizdən siyahı istədilər 50 uşaq adının siyahısını verdik, amma cəmi 4 dəst geyim veriblər, onun ikisini sənin nəvələrinə verəcəm." Lakin, bir neçə gün sonra verdiyi sözü danan direktor Famil müəllim xanıma aqressiv cavab verib ki, "paltar yoxdur, mən sənə söz verməmişəm".



Uzun sözün qısası, xanımın sözlərinə görə Famil müəllimin onun üstünə qışqırmasından sonra, utanıb, daha bir də geyim üçün getməyib.

Amma, bu məktəbin problemi bununla bitmir ki...

Xanımın sözlərinə görə bir neçə ailə övladını 2 nömrəli məktəbdən çıxarıb, başqa məktəbə keçiriblər ki, direktor şagirdlərin yanında nalayiq ifadələr işlədir. Xanım bunu Famil Fərəcova dedikdə, hər kəlməsində 34 ildir direktor olduğu ilə öyünən Famil müəllim rişxəndlə "5-i gedir, yerinə 50-si gəlir" deyə cavab verib.

Şəhid xanımı redaksiyamıza təkrar müraciət edərək, noyabr ayının 7-də məktəbdə keçiriləcək tədbir üçün yenə də hər şagirddən 1 manatdan pul yığılması, həmçinin şagirdlərdən həmin gün ağ köynək və ağ şalvar geyinmələri, həmçinin ağ köynəklərin arxasında şəhid şəkillərinin vurulması tələb olunur ki, təbii olaraq, bunun üçün də valideynlərdən xərc tələb olunur.

"DogruXeber.az" informasiya agentliyinin rəhbəri, eyni zamanda agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov elə canlı efirdə məktəbin direktoru Famil Fərəcova zəng edib, xanımın narazılıqları barəsində mövqeyini və tez-tez şagirdlərdən pul yığılması barəsində hər hansı bir açıqlamasının olmasını soruşdu.

Verilən suallara ötəri cavab verib, geyim üçün məsuliyyəti nazirliyin üzərinə yönəldirən Famil Fərəcov tələm-tələsik keçid aldı şəhid xanımı barəsində fikirlər bildirməyə.

Deyir, "O, qadın yalan danışır, şər-böhtan danışır, o, hamıya şər atır. Hələ onun barəsində başqa şeylər də bilirəm, özüm demirəm".

Tarixini, milli dəyərlərimizi, gələcəyimizi yaşadacaq olan uşaqlara bütün bunları təbliğ etməli, öyrətməli olan məktəb direktorunun Şəhid xanımı barəsində onun işlətdiyi bu ifadə izləyicilərimiz də təsdiq edər ki, birmənalı səslənmir və şəhidin yadigarı olan, atasız iki igid böyüdən qeyrətli Azərbaycan xanımı barəsində uyğunsuz fikir formalaşdırır.

Məktəb direktorunun bu cavabını efirdən izləyən xanım redaksiyamız ilə telefon əlaqə saxlayaraq, Famil Fərəcovun onun barəsindəki layiqsiz ifadəyə görə əsəbləşdiyi və səhhətində problem yarandığını bildirib.



Atalar burda deyib, "doğru deyəni 7 eldən qovublar". Tez-tez müxtəlif bəhanələrlə məktəbdə şagirdlərdən pul yığıldığını və bunu hər dəfə vermək imkanı olmadığını deyən şəxs, özü də şəhid xanımı ağzını açdı, narazılığını bildirdi, əvəzində isə məktəbin direktoru tərəfindən qanını qaraldacaq, cəmiyyət arasında adına uyğunsuz fikir yaradacaq ifadələr eşitdi.

Qeyd edək ki, bu barədə redaksiyamız tərəfindən aidiyyatı üzrə Elm və Təhsil Nazirliyinə göndərilməsi üçün sorğu hazırlanır.

Mövzuya təkrar qayıdacağıq!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman

Ardını oxu...
Ümumi təhsil müəssisələrində müxtəlif adlarla şagirdlərdən pul yığılması illərdir ki, ənənəvi hala çevirilib. Bu, proses nə bugünün, nə dünənin xronikası deyil. Demək olar ki, Azərbaycan müstəqil təhsil sisteminə oturuşandan sonra təhsil sektorunda məktəb direktoları “fond pulu”, “süphûrgə pulu”, “yanacaq pulu”, hətta “pərdə pulu” və sair adlarla şagirdlərdən pul yığılmağa başladılar. Və hələ də bu ənənəvi pul yığımı davam edir.

Məsələ orasındadır ki, hər dəfə də təhisldəki özbaşınalıqaları, korrupsiya və rüşəvətxorluq hallarına yol verən direktorların əməlləri mediada ifşa edilərək, ən sərt şəkildə tənqid edilərək, bir çoxları qanunsuz əməllərinə görə cəzalandırılaraq vəzifələrini itirib. Amma və lakin yenə də bəzi məktəb direktorları olanlardan nəticə çıxartmır, sələflərinin yolunu gedir, onların əməllərini təkirarlayırlar. Sanki onların mayası haramçılıqla qoyulub.
Dövlətin aidiyyəti və səlahiyyətli qurumları tərəfindən zaman-zaman korrupsioner və rüşvətxorluğu ilə seçilən “təhsil terrorçularına” qarşı çıxılsa da, onlar əməllərinə görə cəzalandırlsa da, təhsildəki neqativliyin, rüşvətin qarşısının alınmasına çalışılsa da, lakin nəticə etibarilə hələ ki, uğur əldə edilməyib. Heç edilməyəcəkdə. Burası bəlli…
Bir məsələni qeyd etməliyəm ki, rüşvətin təhsilə ayaq açması prosesi ilk olaraq məktəbəqədər (uşaq bağçaları) təhsil müəssisələrindən başlayan bir mexanizmdir. Buna görə də uşaq bağçaları rüşvətin əsas mərkəzi (episentri) orta məktəblər isə rüşvəti şagirdlərə öyrədən elm sahəsi kimi qəbul olunur.
İnsafən, onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu kimi neqativ hallara yol verilməməsi ilə bağlı təhsil müəssisə direktorlarına xəbərdarlıqlar edilsə də, ancaq çifayda. Rüşvətə meyilli olan direktorlar bildiklərini edir, məktəbdə müxtəlif adlar və bəhanələrlə “pul yığımı” ənənəsini davam etdirirlər. Yəni, nazir Emin Əmrullayevin dediklərini məktəb direktorları milçək vızıltısı kimi qəbul edib qulaqardı edirlər.
Bu yazımızda Emin Əmrullayevin sözlərini bir milçək vızıltısı kimi qəbul edən və rəhbərlik etdiyi təhsil müəssisəsini dövlət əmlakı yox, atasından ona miras qalmış bir mülkə – biznes obyektinə çevirərək idarə etməklə məşğul olan, həmin təhsil müəssisəsində təhsil alan şagirdlərə isə “yağlı əppək”kimi baxan xanım məktəb direktorundan söz açacağam. O məktəb ki, 03 oktyabr 2017-ci il tarixdə ABŞ-ın maliyyə dəstəyi ilə Abşeron rayon Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa olunub.Məktəbin açılışında ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın digər rəsmi şəxsləri iştirak ediblər.
Bu məktəb Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbdir ki, indi bu təhsil müəssisəsi bir xanım direktor tərəfindən inhisar olunaraq şəxsi qazanc obyektinə çevrilib.
Bu əsnada RealMedia.az-a verilən bilgilərə görə adı çəkilən təhsil müəssisəsin direktoru orta məktəbin hesabına milyonlar qazanmaqla böyük var-dövlət sahibinə çevrilib. Bildirilir ki, direktorun əsas qazanc yerlərindən biri müəllim və şagirdlərdən yığdığı qanunsuz pullardır.
Xatırladaq ki, bir müddət əvvəl Laçın rayonu Çıraqlı kənd orta məktəbində şagirdlərdən təmir pulu adı ilə 3 manatdan pul yığılmasından yazmışdıq. Yazımızdan sonra yığılan pullar bir sinifə münasibətdə geri qaytarılsa da, lakin digər siniflərə münasibətdə pullar geri qaytarılmamışdır. Hətta məktəbin yeni təyin olunan direktoru məktəbin təmiri adı ilə hər şagirddən yığılan puldan xəbərsiz olduğunu bildirərək, sinif müəllimlərini günhalandırmışdır. Yaxşı, indi götək, buna nə deyəcək?
Bu günlərdə əldə etdiyimiz səhih məlumatlara görə, Laçın rayonu Çıraqlı kənd orta məktəbi “Zəfər günü” ilə bağlı tədbirə hazırlaşır. Məsələ tədbirin niyə keçirilməsi ilə bağlı deyil. Məsələ ondadır ki, keçiriləcək tədbirlə bağlı hər şagirddən 30 manat pul yığılmasını tələb edilir. Yaxudda valideynləri məcbur edir ki, tədbirlə bağlı şagirdlər üzərində Azərbaycanın üç rəngli bayrağını əks etdirən xûsusi geyim forması tikdirməli və tədbirə gəlməlidirlər.
Direktorun bu tələbi həm müəllimlərin həm də valideynlərin haqlı narazılığına səbəb olub.
Valideynlər bildirirlər ki, iki ya üç uşağı məktəbə gedir. Bunlarında hər birinə 30 manat verib paltar tikdirməsi 60 – 90 manat edir ki, onlarında buna imkanları çatmır. Neyləyək, necə edək bilmirik:
“Bu aydan o biri aya zorla dolanırlar. Bir təhər uşaqların kitablarıni, məktəb əyın-başlarını təmin edə bilirik. Direktor isə bunları fikirləşmir. Demək olar ki, hər ay müxtəlif adlarla pul yığırlar”.
Digər bir məlumata görə, direktorun əsas qazanc yerlərindən biri də məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatını çox yazaraq əlavə pullar götürməsi bildirilir ki, bu mövzuda isə növbəti dəfə yazacağıq.
P.s Məktəblərdə pul yığılması ilə bağlı məsələyə Emin Əmrullayev mətbuata verdiyi müsahibəsində deyib:”Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir”.

RealMedia.az
 
Ardını oxu...
"SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həm qanunlar və həm də işçi hüquqları ilə bağlı qoşulduğumuz müvafiq beynəlxalq konvensiyalar aşkar şəkildə pozulmaqdadır. DİA.AZ bildirir ki, bu sözügedən qurum tərəfindən işəgötürmə zamanı baş verir.

Məsələnin ciddiyətinə baxmayaraq, nədənsə ölkədə işçi hüquqlarının müdafiəsinə rəsmən cavabdeh olan təşkilatlar da uzun müddədir ki, "SDL NOBEL" MMC tərəfindən törədilən bu qanun pozuntusuna göz yumur.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı etirzını aşağıdakı formada ifadə edib:

"Sənqaçal Terminalında iş və xidmətlərin daimi xarakterə malik olduğu əvvəlcədən bəlli olduğu halda nədənsə "SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul olunan və Səngəçal Terminalına göndərilən, 20-25 il təcrübəsi olan peşəkar işçilərlə 2 aylıq müddəti olan Əmək müqaviləsi bağlanılıb.

Niyə, səbəbi nədir?"

Qeyd edək ki, baş verənlər işçilərin eirazı ilə müşaiyət olunsa da, rəhbərlikdən adekvat reaksiya verilməyib.

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
 
Ardını oxu...
Şikayətçi Yardımlı rayon Bozayran kənd sakini Sadiyev Tahir Səxavət oglu üzləşdiyi "qanunsuz" əməllərlə baglı Respublikanın Baş Prokroru cənab Kamran Əliyevə müraciət ünvanlayıb. DİA.AZ-ın məlumaına görə, şikayət məktubunda deyilir ki, onun oğlu Asəf Sadiyev uzun müddət məşgulluq mərkəzində işsiz kimi qeydiyyatda olub...

Narazı vətəndaş yazır: "İşsiz oldugu üçün məşgulluq mərkəzinə müraciət edib ki, iş yoxdursa mənə mal-heyvan verin ki, onlara qulluq edərək sosial vəziyyətini normallaşdırsın...

Məşgulluq mərkəzindən isə oğluma bildirlib ki, A.Sadiyev işsiz kimi qeydiyyatda deyil... Yardımlı təhsil idarəsində "bir günlük mantyor" kimi qeydə alınıb və səhəri gün işdən azad olunub...

Təsəvvür edirsiniz...? Yardımlı Təhsil idarəsinin "başbilənləri" vətəndaşı "birgünlük" işə qəbul edir və səhəri gün onu işdən azad edirlər ki, vətəndaş dövlət tərəfindən verilən "imtiyazlardan" məhrum olunsun..."

DİA.AZ-ın xəbərinə görə, vətəndaş Baş Prokrorluqdan öyrənmək istəyir ki, Yardımlı Təhsil İdarəsi hansı əsasla belə "qərəzli" göstəriş verərək onu dövlətin imtiyazlarından məhrum edib?

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin keçmiş direktoru Sevda Malışova deyir ki, saxtakarlıq nəticəsində işdən çıxarılıb. Onun sözlərinə görə, əmək müqaviləsini də saxtalaşdırıblar, əmək kitabçasını da qaralayıblar. Məqsəd isə nə olursa olsun, onu işdən çıxarmaq olub…

“O müqaviləni gözümün qabağında cırıb atdı…”

Sevda Malışova saxtakarlığa görə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovu ittiham edir.

Rəsmi sənədlərə görə, Sevda Malışova 2021-ci il oktyabrın 21-də əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilib. İddia olunub ki, yaş həddi ilə əlaqədar Mədəniyyət Nazirliyi müqaviləni uzatmağa razılıq verməyib.

Daha doğrusu, müqavilə müddəti sentyabrda bitib. Regional idarə özü müqaviləni 1 aylıq uzadıb, bu müddətdə nazirliyə sorğu göndərib. Lakin nazirlikdən “yox” cavabı gəldiyinə görə oktyabrda işdən çıxarılıb.
Ardını oxu...
Sevda Malışova

Sevda Malışova isə bildirir ki, yalandır, onun müqaviləsi 2022-ci ilin aprelində başa çatırdı. Çünki 2021-ci ilin sentyabrında onunla bağlanmış müqavilənin müddəti 2022-ci il aprelin 17-nə qədər idi:

“Məni işdən azad eləyəndə həmin müqaviləni gözümün qarşısında cırıb atdı…”.

“Əməkdar mədəniyyət işçisiyəm, belə saxtakarlıqla üzləşmək mənə zərbədir”

Lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi də sorğuya cavab məktubunda Sevda Malışova ilə müqavilə müddətinin 2022-ci ilin aprelində başa çatdığını təsdiqləyib.

Keçmiş direktor deyir ki, bu məsələni ört-basdır eləməkdən ötrü əmək kitabçasını da qaralayıblar.

Sevda Malışova Ağcabədi Regional Mədəniyyət İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, 1 aylıq müqavilənin saxta olması və s. iddiaların araşdırılması, bu hallar təsdiqini tapdığı halda, həmin əməllərə yol verən şəxslər haqqında xüsusi qərardad çıxarılması tələbiylə məhkəməyə üz tutub. Xocavənd Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində, o, həmçinin mənəvi ziyana görə 100 min manat təzminat tutulub, Heydər Əliyev Fonduna və “Yaşat” Fonduna yönəldilməsini istəyib.

“7 ay müddəti olan əmək müqaviləsini saxtakarlıqla yox eləmək çox ciddi saxtakarlıqdır, qanun pozuntusudur. Regional Mədəniyyət İdarəsinin rəisinin mənimlə bağlı əmri ləğv olunmalıdır. Mən 24 ildən çox qüsursuz işləmişəm. Mədəniyyət nazirinin əmrilə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” adı almışam. 2018-ci ildə Prezidentin fərmanıyla “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olunmuşam. İndi belə bir saxtakarlıqla üzləşmək çox böyük zərbədir”, – Sevda Malışovanın sözləridir.

Regional Mədəniyyət İdarəsi: “Yaş həddinə görə nazirlik müqaviləni uzatmağa razılıq verməyib”

Cavabdeh tərəf – Ağcabədi Regional Mədəniyyət İdarəsi keçmiş direktorun iddiasına etiraz edib. Etirazında göstərib ki, Sevda Malışovanın işdən çıxarılmasının səbəbi onun müqavilə müddətinin bitməsi olub:

“Onun işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilən şərtlərlə ehtiva edir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi, nazirlik buna razılıq verməyib. İddiaçının müqaviləsinin 1 ay uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olub”.
Ardını oxu...

Xocavənd Rayon Məhkəməsi Sevda Malışovanın iddiasını təmin eləməyib. Apelyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə işi geri qaytarıb. Hesab edib ki, sabiq direktorun dediyi kimi, əmək müqaviləsi və əmək kitabçasına müdaxilə halları açıq-aşkar ortada olduğu halda, aşağı instansiya məhkəmələri buna qiymət verməyib. İş Şirvan Apelyasiya Məhkəməsinə göndərilib ki, yenidən araşdırma aparılsın.

Təkrar araşdırma zamanı Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov da məhkəmədə dindirilib. O iddia edib ki, Sevda Malışovanın Uşaq İncəsənət Məktəbində işlədiyi dövrdə yeyintiyə yol verməsilə əlaqədar prokurorluqda cinayət işi başlanıb. Onun sözlərinə görə, Sevda Malışovanın şikayəti təmin oluna bilməz.

Ekspertiza da saxtalaşdırmanı təsdiqləyib

Məhkəmə araşdırmaları zamanı ekspertiza təyin olunub və ekspertlər də rəy verib ki, “Əmək kitabçası”nda əvvəl “17 aprel 2022-ci” yazısı olub. Sonradan ağardıcı boya çəkilib və üstündən başqa yazı yazılıb.

Məhkəmədə əmək müqaviləsinin 2021-ci ilin oktyabrında yox, 2022-ci ilin aprelində bitməsi, əmək kitabçasına müdaxilə edilib, tarixin saxtalaşdırılması kimi hallar təsdiqlənib. Şirvan Apelyasiya Məhkəməsində Samir Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası qərarında da bunları yazıb, amma Sevda Malışovanın şikayətini təmin etməyib. Heç saxtakarlığa yol verən şəxslərin əməllərinə də məhkəmə münasibət bildirməyib. Bu üzdən qərardan narazı qalan 68 yaşlı Sevda Malışova yenidən Ali Məhkəməyə şikayət eləmək niyyətindədir:

“Açıq-aşkar ortada saxtakarlıq faktları var, məhkəmə buna münasibət bildirmir, bu, nə deməkdir? Təsdiqləyir ki, bu hallar olub, amma şikayəti təmin eləmir. Çox ədalətsiz qərardır”.

Sevda Malışovanın vəkili Bəxtiyar Hacıyev də hesab edir ki, bu qərarda yazılanlarla nümayəndəsi olduğu şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Vəkil deyir ki, Şirvan Apelyasiya Məhkəməsi Sevda Malışovanın əmək hüquqlarının pozulması məsələsinə baxırdı. O məsələdə də haqlı olduğu təsdiqlənsə də, tamam başqa bir məsələdən sui-istifadə edib, əleyhinə qərar verildi:

“Əvvəla, prokurorluqdakı cinayət işi fakt üzrədir. İkincisi, həmin məsələnin bu işə aidiyyəti yoxdur. Burada Sevda xanımın əmək müqaviləsinə xitam verilməsi məsələsinin qanuni olub-olmaması araşdırılırdı. Sevda xanım təqsirləndirilən şəxs deyil, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü yoxdur. Hansı əsasla ona istinad edib, əleyhinə qərar çıxardı, anlamaq olmur…”.

Sevda Malışova Ali Məhkəmənin sədri İnam Kərimovun qəbuluna gedəcəyini, Şivan Apelyasiya Məhkəməsinin hakimlərinin belə bir qərar çıxarmaları haqda onu məlumatlandıracağını deyir. O, həmçinin Prezidentin hüquq-mühafizə orqanlarıyla iş üzrə köməkçisi Fuad Ələsgərovun da qəbuluna yazılıb.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun atası Şamil Həsənov 1994-2005-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olub. //meydanTV//
 
Ardını oxu...
Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan onlarla sahibkar adıçəkilən şəhərin icra başçısı Zakir Fərəcovdan pullarını ala bilmir. Bu barədə Gununsesi.info-nun elektron poçtuna yazan bir qrup sahibkar bildirir ki, icra başçısının təklifi ilə abadlıq və yenidənqurma işləri üçün tenderlərə qatılıblar. “2016-cı ilin mart ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onunla birgə razılaşma əsasından bu prosesə qatıldıq. Tenderlər şəhərin müxtəlif sahələrindəki abadlıq-quruculuq işləri ilə bağlı olub.
Zakir Fərəcov xüsusilə, yeni bulvarın üzərində dayanırdı. Deyirdi ki, bu işdə ona hamı dəstək olsun və yeni bulvar istifadəyə veriləndən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacaq. Beləcə uzun bir proses dövründə biz pul almadan bütün işləri başa vurduq. Sonradan pulumuzu tələb edərkən, Zakir Fərəcovun bizdən yayındığını gördük”.
Tikinti rəhbərləri yazır ki, Fərəcovun sözlərinə inanaraq, təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını nisyə alıblar: “Ümid edirdik ki, bizim pulumuzu ödəyəcək. Həmin mağazaların sahibləri də sağolsunlar ki, bizə anlayış göstərirdi”.
Şikayətçilər bildirir ki, işlərin görüldüyü vaxtda, veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi: “Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən bizə vmerilən verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, biz material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Tikintilərdə çalışan işçilərin əmək haqlarını daxili imkandan və münasibətimiz olan imkanlı dost-tanışlardan pul almaqla ödəyirdik. Çünki, Z.Fərəcov və A.Xudadatov işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Mən qeyd etdiyim kimi, imkanlar daxilində tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdik. Buna görə müəyyən şəxslərdən götürdüyümüz tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumuzu hələ də ödəyə bilmirik. Gununsesi.info saytı vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə üz tuturuq və xahiş edirik ki, Zakir Fərəcovun sahibkarlara olan borcunu qaytarmasına yardımçı olsun”.
Məsələ bağlı icra başçısının mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.
 

Dünyapress TV

Xəbər lenti