|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Suriyanın birinci xanımı Lətifə əl-Durubi ilə görüşüb.
Musavat.com xəbər verir ki, Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə fotosunu rəsmi “X” hesabında paylaşıb.
Əminə Ərdoğan paylaşıma bu sözləri yazıb:
“Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə Əl Durubini qəbul etməkdən çox məmnun oldum. Dünyada müharibə qurbanları olan qadın və uşaqlar üçün birgə atacağımız addımları müzakirə etdik”.
Əminə Ərdoğan Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanında olduqlarını vurğulayıb.
Musavat.com