Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar - ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
10.04.2025 -ci tarixində ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir. İclası izləyən mənbənin sözlərinə görə, iclas gərgin notlarda keçirilib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub.
Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib. Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.
64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65 dir. Həmdə müəssisədə onlardan daha yaşlı 66 yaşı, hətta 70 yaşı ötmüş işçilər mövcuddur, lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün, onları saxlayaraq, onların əvəzinə hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir. Əmək münasibətlərində bu cür ayrı-seçkilik yolverilməzdir. İşçilər E.İsmayılovdan xəbər alıblar ki, bəs bizi nə adla çıxarırsan, bu ixtisardır, yoxsa nədir? Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər, və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əyər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”. Qeyd: Almaz Əliyeva, sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə 1 il öncə vəzifəsindən azad edilib. Lakin Elxan İsmayılovun qara kassası olduğu üçün, o onu işsiz qoymayıb, və “Çeşidlmə Təpəsi” adlanan fəaliyyət görstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.
"DİA-AZ"a daxil olan məlumatda deyilir ki, iclasda Almaz Əliyevada iştirak edib, və E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.
Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncu da işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını işçilərə dinlətdirib. Sevinc Məmmədova səs yazısında bildirir ki, “ Kim ərizə yazmasa onları təqdimat ilə qovun işdən getsin”.
Bunlar sanki dövlət müəssisənin işçiləri deyil, quldur dəstəsi kimi davranırlar. Sanki, əmək qanunvericiliyi, əmək hüquqları bunlara şamil deyil. Kifayət qədər rəğbət və hörmət qazanmış, uzun illər Azaərbaycan Dəmir Yollarında çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür çirkin, reket üsullarla, hörmətsizcəsinə işdən çıxarmağa çalışırlar. Bu özbaşınalığa dözməyən iclas iştirakçılarının əksəriyyəti buna etiraz ediblər. İşçilərdən biri idarə müdürünün nəzərinə çatdırıb ki, ölkədə işsizliklə mübarizə tədbirləri görülür, bunlara ilk növbədə prezidentin müvafiq Sərəncamının icrasından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının əsas istiqamətlərindən birini məşğulluq və sosial rifaha dəstək təşkil edir. Buraya dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi kimi tədbirlər aiddir. Bu yerdə Elxan İsmayılov onun sözünü kobudcasına kəsərək, soruşub ki, “nə "Prezident", "Prezident" deyirsən?” Anası yaşında qadına qarşı kobudluq edərək, o, hər kəsə göstərməyə çalışıb ki, qərar onların seçiminə və arzusuna uyğun olmalıdır, vəssalam!
Qoçuluq, heç bir rəsmiyyət olmadan işçiləri işdən çıxartmaq, hədə-qorxu, təhdid, təzyiq və s. Bunlar keçmişdə də sınaqdan çıxarılıb… 2 il öncə Elxan İsmayılov sahəyə rəis olundan sonra 50 nəfər işçini ele bu cür üsullarla işdən azad edib.
Belə qənaətə gəlmək olur ki, həm ADY-də, həmdə Prezident Administrasiyasında ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində baş verənlərədən xəbərsizlik var. Bu qədər özbaşnalıqlar hardan qaynaqlanır və niyə qarşısı alınmaz kimidir???

Mövzunun davamı olacaq...
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)
17 Aprel 2025 Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - İLGİNC FAKTLAR...
16 Aprel 2025 Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
16 Aprel 2025 Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?- FOTO
16 Aprel 2025 Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
16 Aprel 2025 Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir (VİDEO)

Dünyapress TV

Xəbər lenti