Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ
Bu yaxınlarda Rusiya Prezident Administrasiyasında dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Ermənistan üzrə kurator vəzifəsi Dmitri Kozakdan alınaraq Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenkoya həvalə olunub.

Kiriyenkonun vəzifəyə başladıqdan sonra atdığı addımlar da diqqət çəkib. O, bəzi erməni xadimləri ilə əlaqə saxlayıb, ardınca isə Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Moskvada görüşüb.

Maraqlıdır, Rusiya Ermənistanla bağlı hansı addımı atmağa hazırlaşır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Sergey Kiriyenko ermənilərin Rusiyadakı diasporu ilə çox yaxındır:

"Belə ki, ermənilərin Rusiyadakı diasporunu maliyyələşdirən əsas simalardan olan Samvel Karapetyan və Sergey Kiriyenkonun çox yaxın münasibətləri var. Hətta rus və xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, Karapetyan Kriyenkoya Moskva şəhərində böyük həcmdə lüks evlər hədiyyə edib. Yəni Sergey Kiriyenko erməni diasporunun Kremldəki adamı hesab olunur".

Ekspert qeyd edib ki, Rusiya rəhbərliyi tərəfindən anidən Ermənistan üzrə kuratorluğun Dmitri Kozokdan alınaraq Sergey Kiriyenkoya verilməsi elə-belə hadisə deyil:

"Böyük ehtimalla, Kreml gələn il Ermənistanda keçiriləcək seçkilərə müdaxilə etmək istəyəcək. Ermənistanda keçirilən son seçkilərdə iqtidarın ölkənin ikinci böyük şəhəri Gümrünü müxalifətə uduzması ilkin işartılar idi. Yəni, bu, gələcəkdə Ermənistanda seçki yolu ilə hakimiyyət dəyişikliyinin olması üçün zəmin hazırladı. Ümumiyyətlə, Ukrayna müharibəsi bitdikdən sonra Rusiyanın Cənubi Qafqaza müdaxiləsi artacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici siyasəti Kremlin xoşuna gəlmir. Onu da nəzərə almaq lazımdır ki, Samvel Karapetyanın Ermənistanda nüfuzu böyükdür və enerji sektoruna nəzərət edir. Bu səbəbdən də Ermənistanda gələcəkdə keçiriləcək seçkilərdə Kiriyenkonun Karapetyan vasitəsilə təsir etmək imkanları böyükdür".

Yusif Bağırzadə əlavə edib ki, Rusiyanın ən çox diqqət yetirdiyi məsələlərdən biri də Zəngəzur dəhlizidir:

"Bu gün dəyişən dünyada logistika prioritet hesab olunur. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi açılmalı və onun təhlükəsizliyinə nəzarət Rusiyanın sərhədçilərinə verilməli idi. Lakin Ermənistanın indiyə kimi bu istiqamətdə addım atmaması da Moskvada xoş qarşılanmır.

İndiki Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu üçün Kreml Paşinyanı devirmək istəyir. Yəni, Rusiya Ermənistanda öz adamını iqtidara gətirərək dəhliz məsələsini həll etməyi hədəfləyir".

Bölmənin digər xəbərləri

16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır
15 Aprel 2025 Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK - 15 milyard dollarlıq borcunu bağlayacaq
15 Aprel 2025 Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi
15 Aprel 2025 HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib
15 Aprel 2025 Məhkəmədən İmamoğlu ilə bağlı qərar
15 Aprel 2025 Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq etdi
15 Aprel 2025 Dünyanın ən bahalı şəhərləri açıqlanıb
14 Aprel 2025 Rusiyadan xəbərdarlıq: “Bu, ağrılı proses olacaq, o cümlədən Ermənistan əhalisi üçün”
14 Aprel 2025 Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...
14 Aprel 2025 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 Aprel 2025 Andrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub
13 Aprel 2025 Ermənistanda növbədənkənar seçki nə vaxt və necə keçiriləcək? - AKTUAL
13 Aprel 2025 İran Omanda ABŞ-la danışıqların necə getdiyi barədə məlumat yayıb
13 Aprel 2025 Azərbaycanda ən çox viza bu ölkələrə verilib — SİYAHI
13 Aprel 2025 Tramp koqnitiv testdən keçdi
13 Aprel 2025 Putinin sadiq casusu – “Baron” geri döndü – FOTO
12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək

Dünyapress TV

Xəbər lenti