Narazı ermənilər küçələrə çıxdılar:
Ermənistanda hakimiyyətdə olan Baş nazir Nikol Paşinyanın “Mülki Müqavilə” Partiyasına qarşı etiraz aksiyaları başlayıb. Dünəndən etibarən Ermənistan paytaxtı İrəvanın bir neçə yerində aksiyalar keçirilib. Aksiyadan biri Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında baş tutub. Nazir Ararat Mirzoyanın və hökumətin ifadə etdiyi fikirlərin əleyhinə keçirilən aksiyada Qarabağdan könüllü getmiş ermənilər, revanşist meyillilər iştirak ediblər. Onlar “Qarabağ məsələsinin” bağlanmadığını vurğulayaraq hökumətin bununla bağlı siyasətinə etirazlarını bildiriblər.

“Ermənistan hakimiyyətinin mövqeyi aydındır, lakin biz fikirlərimizə hörmət olunmasını tələb etməliyik. Hakimiyyət anlayışı müvəqqətidir, burada yaşayan bizik. Ararat Mirzoyan və hökumət birtərəfli qərarlar verir, biz isə buna qarşıyıq. Bir zaman fərqli qərarlar verən liderlər gələcək. Bu məsələni gündəmə gətirmək üçün çalışmalıyıq”, – etirazçılar qeyd ediblər.

Bu gün isə etirazçılar bəyan ediblər ki, aprelin 23-də, qondarma “soyqırımı” günündə daha böyük mitinq keçiriləcək.

Bununla yanaşı, Ermənistan hökumətinin sosial-iqtisadi siyasətinin əleyhinə də aksiya keçirilib. Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında toplaşıblar. Aksiya iştirakçıları vergi yükünün artırılmasına qarşı 2300-dən çox imza toplayıblar.

Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bildirib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir. O hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks təsirə səbəb olacaq.

Avakyan qeyd edib ki, ölkənin müxtəlif bölgələrindən, o cümlədən çovğunlu hava şəraitində Gümrüdən belə insanlar aksiya üçün paytaxta gəliblər: "Ən böyük problem dialoqun olmamasıdır. Burada yalnız monoloq var. Hökumət öz dediklərinin mütləq doğru olduğunu düşünür və real iqtisadi subyektlərlə heç nəyi müzakirə etmir".

Assosiasiyanın digər nümayəndələri, o cümlədən Ermənistan Mühasiblər Assosiasiyasının rəhbəri Ermine Tovmasyan yeni vergi sisteminin "kölgə mühasibatlığının" artmasına gətirib çıxara biləcəyini söyləyib. Onun sözlərinə görə, vergi dəyişikliyinin ilin ortasında tətbiqi sənədləşmə və vergi uçotu prosesində əlavə çətinliklər yaradacaq.

Ekspertlər hesab edirlər ki, Ermənistanda Paşinyan hökumətini hər vəchlə devirməyə çalışan müxalif qüvvələr belə aksiyalardan istifadə edə bilərlər. Analitiklər hesab edirlər ki, revanşist meyilli müxalifət Qarabağdan könüllü köç etmiş ermənilərin vasitəsilə Ermənistanda qarışıqlıq yaratmaq niyyətindədir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA.AZ-a deyib ki, Qarabağdan könüllü getmiş erməniləri qızışdırıb meydana salan məhz “Qarabağ klanı” deyilən müxaliflərdir: “Onların başında da keçmiş prezidentləri, Xocalı cəlladı olan Robert Köçəryandır. Eyni zamanda, daha bir müharibə cinayətkarı olan Serj Sarkisyandır. Bu adamlar Rusiyanın köləliyindən can qurtara bilməyən şəxslərdir. Rusiyanın göstərişi ilə Qarabağdan köçən erməniləri qızışdırırlar ki, aksiyalar mitinqlərə çevrilsin, ölkə qarşıdurma meydanına çevrilsin və bunlar da hakimiyyətə gəlsinlər. Amma onların dəstəyi azdır, hazırkı hökuməti devirmək ehtimalı yoxdur. 44 günlük müharibədə acınacaqlı şəkildə məğlub olan Ermənistanda həmin vaxt silsilə mitinqlər keçirildi, amma nəticə əldə edə bilmədilər. Çünki Paşinyanın siyasətindən narazı olanlar Köçəryanı, Sarkisyanı da dəstəkləmirlər. Ona görə də, Paşinyanı devirmək cəhdləri iflasa uğrayır”.

Kiçik sahibkarların aksiyasına gəlincə, analitik deyib ki, onların problemi başqadır: “Onlar vergilərin artırılmasından, hökumətin onları dinləməməsindən, problemlərinə biganəlikdən narazıdırlar. Bu mənada, həmin etirazçıların Qarabağdan könüllü gedən revanşistlərə qoşulması ehtimalı azdır. Amma bir qrup orada, bir qrup burada Paşinyana qarşı aksiya keçirirlərsə, bu, hökumətə ciddi problem yarada bilər”.

Ayna.az
 
 


 

Bölmənin digər xəbərləri

16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır
16 Aprel 2025 Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ
15 Aprel 2025 Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK - 15 milyard dollarlıq borcunu bağlayacaq
15 Aprel 2025 Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi
15 Aprel 2025 HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib
15 Aprel 2025 Məhkəmədən İmamoğlu ilə bağlı qərar
15 Aprel 2025 Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq etdi
15 Aprel 2025 Dünyanın ən bahalı şəhərləri açıqlanıb
14 Aprel 2025 Rusiyadan xəbərdarlıq: “Bu, ağrılı proses olacaq, o cümlədən Ermənistan əhalisi üçün”
14 Aprel 2025 Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...
14 Aprel 2025 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 Aprel 2025 Andrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub
13 Aprel 2025 Ermənistanda növbədənkənar seçki nə vaxt və necə keçiriləcək? - AKTUAL
13 Aprel 2025 İran Omanda ABŞ-la danışıqların necə getdiyi barədə məlumat yayıb
13 Aprel 2025 Azərbaycanda ən çox viza bu ölkələrə verilib — SİYAHI
13 Aprel 2025 Tramp koqnitiv testdən keçdi
13 Aprel 2025 Putinin sadiq casusu – “Baron” geri döndü – FOTO
12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək

Dünyapress TV

Xəbər lenti