Ardını oxu...
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbin tarix müəllimi Əsgərova Cəmalə Mehman qızı çalışdığı təhsil müəssisəsində təzyiq və təqibə məruz qaldığını iddia edir.
DİA.AZ-ın xəbərinə görə, hadisə ilə bağlı Bizimyol.info xəbər portalına müraciət ünvanlayan müəllim deyir ki, məktəbin yeni direktoru ona əssasız yerə töhmət verib:

"2005-ci ildən sözügedən məktəbdə çalışıram. 2022-ci ilin yanvarından Afaq Əliyeva məktəbə yeni direktor təyin edilib. Direktor 14 sentyabr 2023-cü ildə əssasız olaraq mənə töhmət verib. Nəzərinizə çatdırım ki, işlədiyim illər ərzində nə xəbərdarlıq, nə də töhmət verilib. Həmçinin müəllim kollektivi və valideynlərlə də heç bir konfliktim olmayıb. Sadəcə, direktorun verdiyi göstərişləri (mənə aidiyyəti olmayan - yalandan izahat vermə və kiminsə üzünə durma) yerinə yetirmədiyim üçün şəxsim üçün qaralama kampaniyasına başlayıb.

Nizami Rayon Baş Prokurorluğunda 201 nömrəli məktəbdə gedən maliyyə pozuntuları ilə əlaqədar izahat verdiyim üçün məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir.

14.09.2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən - Allahverdiyeva A. adlı şagirdi qiymətləndirməməkdə günahlandırılaraq sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevə hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlməməsi olub.

Mənə qərəzli yanaşaraq varislik hüququmu pozaraq 7-ç sinfini (2saat) məndən götürüb rus bölməsinin müəllimi Məmməd-Zadə Tairəyə verilib. Təhsil haqqında qanuna əsasən, rus bölməsinin müəllimi Azərbaycan bölməsinə dərs keçə bilməz (Diaqnostik qiymətləndirmədə rus dilində imtahan verib). Mən 16 saat dərs yükü ilə təmin olunmuşam. Mənim 2 saat dərs yükümü götürərək müəllimə verməklərində məqsədlərinin müəllimi dərs yükü ilə təmin etmək olduğunu bildirdilər. Dərs saatları 18 saatdan artıq olan müəllimlərin dərslərini götürüb müəllimi dərslə təmin etməkdənsə, mənə qərəzli yanaşaraq 2 saat dərs yükümü məndən alıblar. Qanuna əsasən, əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir".

Cəmalə Əsgərova həmçinin 16 saat olan dərs saatımı beş iş gününə pərakəndə şəkildə paylaşdırılmasından da narazılığını ifadə edib: "Dərs cədvəlim qurularkən ailə vəziyyətim nəzərə alınmalıdır. Afaq Əliyeva isə iki azyaşlı uşağımın (2 və 5 yaşlı) olmağını nəzərə almayıb. Bir müəllim kimi normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq mənim hüququmdur. Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışıram. Məktəbin direktoru Afaq Əliyevanın əsassız olaraq mənim barəmdə intizam tənbehi haqqında əmr verməsi məni cəzalandırmaq istəyindən irəli gəlir. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub".

Şikayətçi müəllim həmçinin xatırladıb ki, o, fəaliyyəti boyu nümunəvi təhsil işçisi olub: "Məktəbin adını daima uca tutmuşam. 2014-cü ildə BDU-da müdafiə tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. 2015-ci ildə “ilin müəllimi” adını almışam və Prezidentimiz tərəfindən birdəfəlik pul mükafatına layiq görülmüşəm. Respublikamızda və xaricdə konfranslarda iştirak edib məqalələr dərc etdirmişəm".

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız müraciətlə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd edilib ki, araşdırma zamanı məktəbin direktoru tərəfindən müəllimə qarşı qeyri-pedaqoji rəftara yol verilməsinə dair hallar müəyyən edilməyib: "Bildiririk ki, ötən tədris ilində təkrar sinifdə saxlanılmış şagirdin valideyni avqust ayında məktəb rəhbərliyinə müraciət edərək övladının qərəzli şəkildə təkrar sinifdə saxlanıldığını bildirib və həmin məsələyə baxılmasını xahiş edib. Qeyd olunan məsələ ilə bağlı digər ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət müvafiq komissiya yaradılıb və şagird yenidən imtahana cəlb olunub. İmtahanın nəticələrinə əsasən, komissiya şagirdin növbəti sinfə keçirilməsi barədə rəy verib. Cəmalə Əsgərova həmin sinifdə tədris aparmaqdan, habelə müvafiq sinfə rəhbərlik etməkdən özü imtina edib".
Ardını oxu...
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış alim–aqronom Xanəhməd Əsgərov zaman-zaman mətbuatda çıxış edərək, Abşeron yarımadasında, əsasən də Bakı şəhərində quruyan ağacların əsas səbəbinin normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması, ağacların təmizlənməməsi və bu zaman gövdənin qəsdən, ya həddən ziyadə budanması ilə əlaqələndirib.
Bu günlərdə “HürriyyətTV”-yə müsahibə verən mütəxəssis Yaşıllaşdırma Təsərrüfatı Birliyinə son üç-dörd il ərzində üç dəfə direktor dəyişdirildiyini xatırladıb: “Əvvəlki direktor mərhum Vaqif Novruzov həmin vəzifədə 27 il işləmişdi. Ondan sonra təyin olunan SOCAR-ın işçisi olmuş Elşən elə ilk vaxtdan mənim yanıma gəldi. Təsərrüfatın nəzdində ağac bəzək bitkiləri sovxozunun rəisi idim. Dedi ki, “nə edirsən elə, pul çıxsın”. Sərgi Mərkəzinin arxasında 2013-cü ildən bu yana ildə 3 milyon ədəd hərəsi 50 qəpikdən gül yetişdirmişəm. Mənimki kimi daha 4 sex vardı. Ancaq bizim sexdə yetişdirilən gülləri götürsələr də, onları Arzu İsmayılova adlı qadının adına olan firmadan alıbmışlar kimi sənədləşdirir, pulu onun “Aksessbank”dakı hesabımna köçürür, sonra da nağdlaşdıraraq mənimsəyirlər. Az işləməyinə baxmayaraq Elşən şəkili qohumlarını, sonra onu əvəz eləyən Həsrət Əmrahov da Oğuz rayonundan olan həmyerlilərini başına yığmışdı. Hazırki direktor, əvvəllər hərbi komissar işləmiş Mirdamət Seyidov da öz Ordubadlı qohumlarını vəzifələrə yerləşdirir. Hamısı da işə gələn gündən zəhmət çəkməklə deyil, pul yığmaqla məşğuldurlar. Təcrübəli aqronomları işdən kənarlaşdıraraq, sürücüsü Razini özünə müşavir, qardaşı nəvəsini isə Hövsan sahəsinə texnik təyin edib. Mirdamət Seyidov bayramlarda ayrılan mükafatları sahə rəislərinə və qohumlarına pay-püşk edir, digər zəhmətkeşlərə vermir. Sahə rəislərinə də ona görə “qayğı” göstərir ki, onlar pul siulinən saxta sənədlərə qol çəksinlər”.

Xanəhməd Əsgərov: “40 quyunun qazılmasına yetəcək qədər pulu 8 quyunun təmirinə siliblər”

Mediatv.az bildirir ki, alim-aqronom Birliyin fəaliyyətində maxinasiya və korrupsiyaya misal çəkdiyi bir sıra rəqəmləri də açıqlayıb: “2019-cu ildə 8 su quyusunun təmiri üçün “Meliorasiya və Su Təsərrüfatı” Agentliyinə 55 min manat pul köçürülüb. Halbuki, təmir deyiləndə quyunun yalnız 200 manatlıq motorunu dəyişdirirlər. O qədər pula 40 yeni quyu inşa etmək olar. Elə həmin il texnika almaq adı ilə 750 min manat “Ximekspert-2000” şirkətinə pul köçürülüb. Ağac-bəzək toxumlarını almaq üçün Arzu İsmayılovanın firmasına 950 min manat ötürülüb. Son dörd ilin hər birində eyni təyinatla 950 mindən az olmayan məbləğdə köçürüb, götürüb mənimsəyiblər. “Ximekspert-2000” şirkətinı 2019-cu ildə daha 3 milyon 97 min manat guya gübrə üçün ödənilib. Halbuki, mən işlədiyim 20 il ərzində cəmi iki dəfə xaricdən toxum gətirtmişdim, qalan illərdə özüm toxum istehsal etmişdim. Gübrə kimi də yalnız üzvi gübrələrdən istifadə etməklə kifayətlənirdim. Sual olunur: Görəsən o qədər gübrə hansı nəqliyyatla daşınıb, o nəqliyyata yol vərəqələri, yanacaq sərfi yazılıbmı? Gübrə saxlanılması üçün hansı anbara yerləşdirilibmiş? Elə bir anbar varmı? Toxuma olduğu kimi gübrəyə də tələbnamə yazılmalı, sahə rəisləri təhvil almalıydılar. Bütün bu proseslər sənədlərdə əksini tapıbmı? – Yox! Bundan başqa, ağaclar sulanmır. Sulanmadığı halda ağaclara gübrə vermək qurumanı daha da tezləşdirərdi. Sovxoz guya səmərəli işləmədiyinə görə 2019-cu ildə Arzu İsmayılovaya məxsus “İmpexs” MMC firmasının hesabına 730 min manat köçürüblər. 18 oktyabr 2019-cu ildə əkin materialı almaq adı ilə 2 milyon 800 min manat “Ximekspert-2000” şirkətinə köçürüblər. Halbuki, sovxozun əkdiyin aparıb basdırırlar. Sovxoz baş idarənin dotasiyasında otura-otura “Ximekspert”-2000” firmasına 470 min köçürtdürüblər. Bu onun üçün edilib ki, baş idarənin özünün həmin şirkətə köçürdüyü pulun məbləği böyük görünməsin. 2019-cu ilin noyabr ayında əkin materialı üçün adı çəkilən şirkətə 2 milyon 870 min köçürüblər. Həmin ilin dekabrında “İmpeks” MMC-yə əkin materialı üçün 1 milyon 626 min köçürüblər. Sual olunr: Bəs sovxoz nəyə lazımdır? Quyuların İstismarı İdarəsinə 2019-2020-ci illərdə 660 min manat bir, 458 min manat bir, 141 min manat bir, 133 min manat bir köçürüblər. 29.dekabr 2020-ci il tarixdə quyuların təmiri üçün 700 min, yenilərinin qazılması üçün 1 milyon manat köçürüblər. Gəlin yoxlayaq görək, həmin quyulıar harda qazılıb? 2020-ci ildə 717 min manat avtonəqliyyat idarəsinə köçürüblər, minlərlə maşına saxta “putyovka” yazılıb. İkinci növbə işləyənlər üçün yalandan pullar yazılır. “Qrup” MMC – yə 2020-ci ildə 254 min manat texnika - mexanizm alınması üçün köçürüblər, heç nə alınbmayıb. 2020-ci ildə Arzunun firmasına əkin materialı almaq adı ilə 929 min manat köçürülüb. Axırıncı dəfə Binədəki 4 nömrəli sexdən 3000 şam ağacı aparılıb, guya Arzu verib. Sexin rəisi, əvvəllər 27 il “JEK” rəisi işləmiş Əmiraslan isə səsini belə çıxarmayıb. Cari 2023-cü ildə isə qeyd etdiyim təyinatlar üzrə silinən məbləğlər əvvəlki illərdə olduğundan daha artıqdır”.

Paytaxtın yaşıllaşdırma təsərrüfatı əkin sahəsinin həcmini üç dəfə artıq göstərib

Mütəxəssis bir vacib məsələni də vurğulayıb ki, Birliyin balansında 4,5 min hektar sahə olsa da, 13,5 min hektar sahəyə “forma-2” sənədi bağlayır, yerinə yetirilən işlərin həcmini bilərəkdən “şişirdirlər”. Hər hektara 4 nəfər işçi qulluq etməli olduğu halda 1 nəfərin əməyini istismar edirlər. Şikayətçi həmçinin bildirib ki, baş prokurorluq onun uzun müddətdir yazdığı məktublarda göstərdiyi faktları araşdırıb hüquqi ölçü götürmək əvəzinə gah Bakı Şəhər İcra Hakimiyyətinə, gah da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərib. Heç bir qurum faktlara hüquqi qiymət verilməsində həvəsli görünmür. Prezidentə yazdıqları isə Administrasiyanın məktublar şöbəsində “it-bata” salınır.
 
Ardını oxu...
DİA.AZ xəbər verir ki, Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz Baxış oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon İcra Hakimiyyəti və Bələdiyyə əlbir olub, sakinlərin torpaq sahələrini mənimsəyiblər:

"Mən, Alıyarov Təbriz Baxış oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Şikayətim kəndimizin keçmiş icra nümayəndəsi Alıyev Eyyub Hüseyn oğlu və onun qardaşı oğlu, Bələdiyyənin hazırkı sədri Hüseynli Əlitoğrul (Ərtoğrul) Namiq oğlundandır.

Onu da qeyd edim ki, Bələdiyyə sədri hərbi xidmətdə belə olmayıb, diplomu isə saxtadır. Rusiyadan gələn kimi qohumu onu vəzifəyə qoyub.

Mənim şikayətimin əsas mövzusu bundan ibarətdir ki, Alıyev torpaq islahatı gedən vaxtlar komissiyanın sədri olub.

700 hektardan artıq torpağımızı saxta sənədlərlə başqalarına satıb. İndi də həmin qanunsuzluğu qardaşı oğlu edir. Şəxsən mənim payımı da mənimsəyiblər. Kəndimizin əlverişli şəraiti üçün ayrılan 11 hektar torpağın 8 hektarını özü və qardaşı oğlu mənimsəyib.

Biz sakinlər torpaqsız qalmışıq, amma bunlar vəzifələrindən sui-istifadə edərək, xeyli sahəni mənimsəyiblər. Hətta dəmiryolu çəkilən vaxt hiylə işlədərək, guya həmin ərazidə bunların əkin sahəsi yox, fındıq bağları olduğunu bildirdilər. Məsələn, böyük qardaşı Alıyev Nemət Hüseyn oğlunun 69 sot torpaq sahəsi var idisə, dövlət tərəfindən ona ayrılan pul 2098 manat olmalı idi, amma bunlar saxta sənədlərlə ərazinin pulunu 17403 manat təyin etdilər. Bütün qohum-əqrəbasına saxta sənədlər düzəldərək, dövlətdən artıq pullar alıblar. Ümumilikdə, dövlət büdcəsinə 42 min 315 manat ziyan vurublar.

Bundan əlavə, kəndimizin fermasında olan 1000 başdan artıq iribuynuzlu heyvanların hamısını satıb, pullarını mənimsəyiblər. Bunun kimi bir çox yeyintilər olub. Əlim çatan hər yerə şikayət etsəm də, sanki rəsmi şəxslərin gözlərində problem varmış kimi, həqiqəti görmək istəmirlər.

Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev də bunlara dəstək olaraq, cinayətlərinin açılmasına imkan vermir.

102 hektar torpaq sahəsini başqa şəxslərə icarəyə veriblər. Qanunla qeyri-qanunidir, amma bunlara qanun təsir etmir.

Məhkəmələr mənsiz keçirilir, onların xeyrinə qərar qəbul edilir. Bu haqsızlıq deyil, bəs nədir?!

Qəbələ Rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu hələ bir dəfə də olsun məni məhkəməyə çağırtdırmayıb. Əlimdə başqa sübütlarım da var.

Hörmətli redaksiya! Xahiş edirəm, səlahiyyətli şəxslərin mənim işimin araşdırmasına mənə kömək edin”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Elviz Qasımovun direktor təyin edilməsindən sonra orada çox sayda həkim və tibbi personalın işdən kənarlaşdırılması kütləvi narazılığa səbəb olub.

İşdən çıxarılmalarını qanunsuz hesab edənlərin dövlət orqanlarına etdikləri şikayətlər, ölkə rəhbərliyinə vurulan teleqramlar ciddi araşdırmalara rəvac verib. Belə ki, şikayətlərin araşdırılmasının TƏBİB qarşısında tələb kimi qoyulması "Respublikanski"də yoxlamalarla nəticələnib.

"DogruXeber.az"ın Faktinfo.az saytına istinadən əldə etdiyi məlumata görə, RKX-nin direktoru Elviz Qasımovdan edilən şikayətlərə əsasən, ikinci həftədir ki, orada 7 nəfərdən ibarət komissiya yoxlama aparır. Hətta, xəstəxanaya əlavə auditin gəldiyi də bildirilir.Yoxlama qrupuna İcbari Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli rəhbərlik edir. Töhmət alanlar, işdən çıxarılanları komissiya üzvləri çağırıb dinləyir, onların izahatları alınır, bəzi həkimlər İcbari Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbuluna yazılır.İşdən kənarlaşdırılan təcürbəli həkimlərlə bərabər siyahıda savadlı Laboratoriya müdiri, Reanimasiyanın ümumi şöbə müdiri, həkim-laborant, mamaginekoloq, reanimatoloq və digər şəxslərin də adı keçir. Tibb müəssisəsindən uzaqlaşdırılan bəzi həkimlərin qanunla qorunan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələri barədə xəbərlər də var.

Faktinfo.az saytının əldə etdiyi məlumatda o da qeyd olunur ki, yoxlama qrupu işdən çıxarılan şəxsləri araşdırmaqla yekunlaşmır, dərman preparatlarının istifadə qaydalarına, müalicə işinin vəziyyətinə də diqqət yetirir. Artıq iki həftədən artıq yoxlama qrupunun Respublika Klinik Xəstəxanasında olması səhiyyə müəssisəsinin direktoru Elviz Qasımovun özü tərəfindən xəstəxanaya işə gətirdiyi Könül Namazova başda olmaqla, bir çox şəxsləri narahat etməyə başlayıb, eləcə də orada həkimlərin şkaflarını yoxlamış, gizli səs yazıları həyata keçirmiş, adamlarda da təşviş yaratmışdır.

İrəliləyən günlərdə: Yaşlı həkimləri işdə saxlayıb, cavan və bacarıqlı kadrları işdən azad etmək nə qədər düzgündür, növbəti yazıda oxuya bilərsiniz.//Faktinfo.az

Ardını oxu...
Azərbaycan ənənəvi olaraq aqrar ölkədir. Azərbaycan uzun illər o boyda SSRİ-ni meyvə-tərəvəzlə, kənd təsərrüfatı məhsulları ilə təmin edib.
Bunun üçün isə ən vacib olan vasitə SU-dur.
Cənab Perzident İlham Əliyev öz çıxışında qeyd edir: “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır”.
Fikir verdinizmi, ÇOXSAYLI QANUNSUZ BİRLƏŞMƏLƏR QURAŞDILIMIŞDIR...
Əslində bu milyonlarla dövlət vəsaitini mənimsəmək deməkdir.
Söhbət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və onun tabeçiliyində “Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti” deyilən qurumlardan gedir.
Təsəvvür edirsiniz, dəfələrlə redaksiyamıza müraciət edən fermerlər, saakinlər deyir ki, biz meyvə sahələrini, qoyun-quzu sürüsünü suvarmaq üçün hər dəfə pul verib maşınla su alırıq. İndi özünüz düşünün əgər fermer suyu maşınla alırsa, görün məhsulun qiyməti necə göyə qalxacaq...
Ancaq cənab Prezident dövlət büdcəsindən milyonlarla vəsait ayırır, artezian quyuları qazılır, su kanalları çəkilir...amma ASC-nin rəhbrərliyi bu suyu satmaqla milyonçuya çevrilir...
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeçiliyindəki ən böyük qurumlardan biri də “Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”dir.
Bu qurumun direktoru cənab Ramiz Vəkilovdur.
Qısa məlumat üçün qeyd edək ki, qurum 1948-ci ildə yaradılmışdır.
Bu qurum bütün Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.
Fikir verdinizmi, cənab Ramiz Vəkilov dövlətin ayırdığı yüz milyonlarla vəsaiti İDARƏ EDİR...
Necə idarə edir..? Bax, bu maraqlıdır...
Deməli, Ramiz Vəkilov meliorasiya sahəsi üçün tikinti xidmətləri və avadanlıqların alınması üzrə tenderlər keçirir və müqavilələr bağlayır.
Ramiz Vəkilov milyonluq tenderləri özünə yaxın şəxslərə qanunsuz olaraq verir və “otkat” yolu ilə milyonlarla dövlət vəsaitini mənimsəyir.
Guya tenderlər açıq, şəffaf keçirilir, amma əslində tenderlər tam qanunsuz əsasda keçirilir.
Təkcə bi fakta nəzər salaq:
Ramiz Vəkilovun qurumu Balakəndə çayın kənarında 5000 metr uzunluğunda və 8 metr hündüryündə istinad divarı tikir.
Bu bilirsiniz hansı məbləğdə korrupsiya deməkdir..?
Sözün qısası, Ramiz Vəkilovun obyektlərinin və əmlakının dəyəri on milyonlarla ölçülür.
Ramiz Vəkilov uzun illərdir ki, direktor vəzifəsini daşıyır. Bu illər ərzində büdcədən ayrılan milyonlarla manat vəsaitin böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, təsərrüfatlararası paylayıcı kanalların tikintisi, istismarı işlərinin aparılması adı altında mənimsənilib. Yəni artıq Ramiz Vəkilovun GÖZÜ AYAĞININ ALTINI GÖRMÜR...
Bəli, Ramiz Vəkilov hər dəfə ona məxsus 90-AA- 385 nömrəli avtomobillə ölkəmizdəki mövcud yol idarəetmə qaydalarını kobud şəkildə pozaraq qanunlara meydan oxuyur.
Görünür, Ramiz Vəkilovun əməlli-başlı İSLAH olunmağa ehtiyacı var. Harada..?
Bunu zaman göstərəcək...
 //gundelik-baku.com//

Ardını oxu...
DİA.AZ: - "28 il məktəbdə qüsursuz, vicdanla işlə, nadanın biri gəlsin bir ayın içərisində desin mən heç bilmirəm bu məktəbde sənə nə iş verim.. və 1ayın içində saxta sənədlər tərtib eləsin, 70" ç" maddəsilə işindən çıxarsın ki, əmək funksiyasını mən istəyən kimi yerinə yetirmir...." DİA.AZ bildirir ki, bunu Gəncə 8 saylı ortta məktəbindən giley edən Vəfa Bağırova bildirir.

Qeyd edək ki, V.Bağırovanın gileyini necə yazıbsa, dia.az olaraq elə də təqdim edirik, nöqtəsinə və hərif səhvlərinə müdaxilə etmədən... (sonradan problem yaşamayaq deyə... bu kimi olaylarda şikayətçi sonradan "fikrim təhrif olunub" iddiasını adətən daha çox səsləndirir -red.) Odur ki, müəllimə necə yazıb... elə də şikayətini təqdim edirik: "Burdan üzumu tuturam Gəncə Daşkəsən Regional Təhsil İdarəsi rehbəri Anar Qədiməliyev Cənablarina ve deyrəm mən öhdemə duşən işın daha artigini , daha yaxşisini, daha gözəlini yerinə yetirmişəm,28 il qüsursuz və vicdanla çalişmisam ..Nədənsə qohumluq əlaqeleri işlederək saxta diplomlar mudafiə olunur ama..Bu bir faktdir ki,onlar evində oturub maaş alanda mən səhərə qəder yatmayib tapşirilan işi layiqincə yerinə yetirmişəm ki, səhər tədbirdə məktəbimiz tərifə layiq görulsun.Həmin o qebul eləmediyiniz Bagirova Vəfayam ki, istər səhər tədbirlərində, ,istər məktəb daxilı kicik tedbirlərdən tutmuş, möhtəşəm her yana səs salan tedbirlərin hər birində əlimin əməyi ,əziyyəti vardir və bu danilmazdir...və butün bunlar Gəncə səhər 8 nömrəli orta məktəbin isterse de Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin,səhər İcra Hakimiyyətinin rəsmi facebok səhfəsində dəfələrlə yer almişdir...Çox tessüflər ediremki, bu gunkü gundə haqsiz yere huquqlarimin pozulmasina yol verildi və Aynur Həsənovanin hökmü və hikkəsinə dur demək əvəzinə hər kəs susdu..İndi Sızlərdən soruşuram bu idimu sonda 28 illlk vicdanla calişmagin aqibəti?Beləmi olmaliydi əziyyətə ,zəhmətə verilən mükafat? Sonda Əmək Kitabçasina işinin öhdəsindən layiqincə gəlmir deyib, 70 "ç" maddəsilə qanunsuz yerə işdən cixarilma möhürumü olmaliydi???"

Qeyd edək ki, V.Bağırova problemi ilə bağlı video daa paylaşıb:



Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
Ardını oxu...
Vaxtilə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev var idi. İndi hansısa ali məktəbdə gənc nəsilə Allah qoymasa, DƏRS keçir. Nə dərsi keçdiyini Allah bilir…
Sözün qısası, Əbülfəz Qarayev PA-nın o zamankı şöbə müdiri, Ramiz Mehdiyevin “sağ əli” Fatma Abdullazadə ilə birləşərək nə qədər manısa “Əməkdar artist”, “Xalq artisti” və digər fəxri adları satmışdı.
Bu hələ harasıdır..?
Əbülfəz Qarayev həm də “turizm naziri” olduğu üçün otellərə ULDUZ dərəcəsi satırdı.
Bilməyənlər üçün qeyd edək ki, otellər bütün dünyada öz ulduz dərəcələri ilə fərqlənirlər. Məsələn, 3 ulduz, 5 ulduz və s otellər.
Bəli, sabiq nazir otellərə “ulduz” dərəcəsi sataraq külli miqdarda pullar qazanmışdı. Amma həmin otellər əslində heç SIFIR dərəcədə deyildi.
Bilənlər yaxşı bilir ki, otellərin çoxu öz təyinatına görə istifadə olunmur, çoxu əxlaqsızlıq yuvasıdır.
Bu günədək nə qədər oxumuşuq ki, filan restoranda, oteldə dəstə-dəstə fahişələr saxlanılıb…
Sözün qısası, bu otellərin çoxunda qadın alveri gedir, cinsi istismar baş verir, hətta burada azyaşlı qızlar istismara məruz qalır, bədənlərini satırlar və s.
Təsəvvür edirsiniz, bəzən bu otellərdə baş verən əməllərə ətrafda yaşayan sakinlər ciddi etiraz edirlər, amma nəticə olmur. Sakinlər deyir ki, bu ərazidə bizim uşaqlarımız böyüyür, amma nə olsun…
Bu otel sahibləri bu əməllərinə sahibkarlıq fəaliyyəti kimi baxırlar və dövlətin yaratdığı münbit şəraitdən istifadə edirlər.
Fikir verin ki, ölkəmizdə nə qədər otel var və fəaliyyətləri nədər ibarətdir:
“Guba Olympic Complex”.
“Guba Olympic Complex”də ən sərfəli otaq qiyməti 60 AZN-dir. “Shane Hotel Quba” “Shane Hotel Quba”da standart otağın qiyməti 90 AZN-dir. “Shahdag Hotel Guba” “Shahdag Hotel Guba”da standart otaq 90-100 AZN-ə təklif edilir. “Cənnət Bağı Hotel” “Cənnət Bağı Hotel”də standart otaq 92 AZN. “Qala Qonaq Evi” “Qala Qonaq Evi”ndə bir gecəlik qonaqlamaq üçün 39 AZN ödəmək lazımdır. “Xınalıq Qonaq Evi” “Retro Otel Quba” “Retro Otel Quba”da dincəlmək istəyənlər üçün ikinəfərlik standart otaqlar 60 AZN-dən təklif edilir. “Terrace Otel Guba”da “Terrace Otel Guba”da standart 2 nəfərlik otağın qiyməti 70 AZN-dir. “Quba Rixos Otel” “Quba Rixos Otel”də 2 nəfərlik otaq üçün 177 AZN ödəniş etmək lazımdır. Bu qısa siyahıya nəzər salanda bir cümlə diqqətimizi cəlb elədi: İKİ NƏFƏRLİK YATAĞIN QİYMƏTİ... Hamısında belə yazılıb. Məgər otelə gələnlər ancaq 2 nəfər olur..? Bəlkə 3 nəfər gəldi...
Yeri gəlmişkən, bu yaxınlarda bir qadın yazmışdı ki, məni rəfiqəmlə otelə buraxmadılar, dedilər ki, eyni cinsdən olanları otelə buraxmırıq..
Təsəvvür edirsiniz, mütləq otelə gələn müştərilər müxtəlif cinsdən olmalıdır..
Ölkəmizdə fəaliyyət göstərən otellərdən biri də MACƏRA oteldir.
Adından da göründüyü kimi bu oteldə gecə-gündüz macəralar baş verir. Sadəcə, etika xatirinə müəyyən məsələləri açıq şəkildə yazmaq olmur.
Yuxarıda qeyd etdiyimiz kimi bu otellərə lisenziyanı Mədəniyyət və Turizm Nazirliyi verir.
“Macəra Otel” Qubanın ən gözəl guşələrindən olan Çənlibel gölünün yaxınlığında yerləşir. Standart otaqlarının ölçüsü 16-20 kvm aralığındadır. Qış aylarında 60, yay alarında 70 AZN-ə təklif edilən İKİNƏFƏRLİK otaqlar gözəl mənzərə önündə yerləşir. Hazırda “Məcəra Otel”in 57 nömrəlik 4 ulduzlu korpusu inşa edilir, VİP, DELUX, FAMİLY nömrələr yeni oteldə istifadəyə veriləcək.
Onu da qeyd edək ki, “Məcəra” təkcə Qubada deyil, Şəkidə və başqa məkanlarda fəaliyyət göstərir. Və bu oteli MACARA GROUP VƏ SAF CATERİNG GROUP işlədir.
Bu otellə bağlı adları hallanan hüquqşünas Eldar, Ağa, Zaur adlı şəxslərin kimlikləri və SAF CATERİNG GROUP-dan olan narazılıqlar barədə araşdırmamız davam edir.
Bizi izləyin.
gundelik baki.com
 
Ardını oxu...
Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Həsənov Nicat Zəfər oğlu barəsində qısa məlumat verək. Nicat Həsənov 01.01.1981-ci il tarixdə anadan olub. Bizim üçün əhəmiyyətli olmasa da, harada anadan olduğu tərcümeyi-halında qeyd olunmayıb. Nicat Həsənov öz tərcümeyi-halında qeyd edir ki...ali, hüquqşünas təhsili var. Amma...
Bu adamdan soruşan lazımdır ki, harada, neçənci ildə ali-hüquqşünas təhsili almısan..? Nicat Həsənov 22.12.2019-ci il tarxdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisidir.
Az qala hamıya məlumdur ki, Ermənistan- Azərbaycan müharibəsindən ən çox şəxsi maraqları üçün istifadə edən qurumlardan biri, hətta birincisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti və onun rayon idarələridir.
Təsəvvür edirsiniz, müharibə, qan-qada, ölüm-itim və...bundan istifadə edib milyonçu olanlar. Bəli, bu qurumun minlərlə, bəlkə də on minlərə hərbi çağırışçıya “neqodnu” sənədi verməsinin arxasında 10 milyonlar dayanır.
Məlumdur ki, bu sənədin verilməsinin orta qiyməti 8-10 min manat arasında olub. Heç kimə sirr deyil ki, müharibə, ölüm-itim qorxusu çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Yəni hərbi xidmətə yararsız adı altında sağlam gənclərə “neqodnu” vəsiqəsi verilirdi.
Hətta bu məsələ ilə bağlı dəfələrlə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumun rayon şəbələrində əməliyyatlar keçirilib, şöbə rəisləri həbs olunub. Amma maraqlıdır ki, “neqodnu” vəsiqə satanların birincisi olan Nicat Həsənov bu əməliyyatlardan kənarda qalıb. Hansı ki, Binəqədi rayonu ərazisində ciddi araşdırılma aparılsa, ortaya elə faktlar çıxar ki, Nicat Həsənovun həbsi qaçılmaz olar.
Onu da qeyd edək ki, əvvəllər də Nicat Həsənovdan dəfələrlə külli miqdarda rüşvət aldığı ilə bağlı şikayətlər olub. Amma Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovun Nicat Həsənova himayədarlıq etməsi onu həbsdən yayındırıb. Amma artıq Nicat Həsənovun nə Arzu Rəhimov kimi, nə də başqa himayədarları var...
Təsəvvür edirsiniz, 44 günlük müharibə dövründə Nicat Həsənovun qəbuluna düşmək üçün minlərlə valideyn əlində 5-10 min manat növbə gözləyirdi. Bu əslində dövləti cinayətdir. İstənilən zaman istintaqla sübuta yetirilə bilər. Bəli, həmin “neqodnu” vəsiqəsi alan minlərlə gənc yenidən həkim komissiyasından keçsələr, Nicat Həsənovun aqibəti bəlli olacaq.
Hətta redaksiyamıza daxil olan məlumata görə, Nicat Həsənov gələcək araşdırmalardan yayınmaq üçün izi itirməyə, sənədləri sıradan çıxartmağa hazırlaşır.
Təsəvvür edirsiniz, Nicat Həsənov müharibənin qızğın vaxtında öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Görün bu adam nə qədər həddini aşıbsa, 17 yaşı olmayan gəncləri də komissarlığa dəvət edirmiş.
Sözün qısası, əgər ölkənin Hərbi Prokuroru Xanlar Vəliyev Binəqədi Rayon Hərbi Komissarlığında kiçicik bir yoxlamaya başlasa Nicat Həsənovun həbsi qaçılmazdır.
gundelik baki.com
Ardını oxu...
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 578 616,13 AZN təşkil edən müqavilədə Şirvan şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

"Aztimont” ASC 2011-ci ilə qədər "Sabirabad Tikinti-23” ASC adı altında fəaliyyət göstərib. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət 2021-ci ilə qədər "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adlanıb. 2021-ci ildən isə "Aztimont”a çevrilib.

Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. ASC-nin qanuni təmsilçiləri olmuş şəxslərlə barədə hər hansı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir və əsasən iri məbləğli satınalma müsabiqələrinin qlibi seçilir. "Aztimont” ASC-nin hazırda 58 292,74 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qadağa "Aztimont” ASC üçün keçərli olmayıb.

Mediada gedən məlumatlardan məlum olur ki, ASC cari ilin iyun ayında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçirdiyi tenderin qalibi olub. Həmin vaxt da şirkətin vergi borcu olub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. O, 2019-cu ildən şəhərə rəhbərlik edir.

İlqar Abbasovun 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Pünhan Mənsimovdur. Pünhan Mənsimov bundan əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi olub.

2020-ci ildə Pünhan Mənsimov karantin rejimi qaydalarını pozmaqda ittiham edilib. Baş Prokurorluğun yaydığı bu barədə məlumatdan aydın olur ki, Pünhan Mənsimovun vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyinə dair əsaslı şübhələr müəyyən olunub. O, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının əmri ilə işdən azad edilib.

Toplanmış materiallar üzrə Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Bu cinayət işindən sonra Pünhan Mənsimovun yenidən icra nümayəndəsi vəzifəsinə necə təyinat alması barədə sualın cavabı açıq qalır.
 
Ardını oxu...
Naxçıvan Perinatal Mərkəzində (keçmiş Doğum Mərkəzi) keçirdiyi əməliyyatdan bir gün sonra 43 yaşlı Sveta Xudiyeva vəfat edib. Yaxınları onun ölümündə mərkəzin həkimlərini günahkar sayırlar. Onlar deyir ki, həkimlər 700 manat rüşvət alsınlar deyə, fiziki vəziyyəti əməliyyata hazır olmayan xəstəni bıçaq altına salıblar. Xəstənin əməliyyata hazır olması üçün isə, Bakıda təcili müalicəyə ehtiyacı var imiş. Yaxınları deyir ki, rüşvət əllərindən çıxmasın deyə, həkimlər onu Bakıya aparmağa imkan verməyiblər.
Teref.az-ın yazdığına görə, mərhumun oğlu Cəlil Xudiyev „Gündəlik Naxçıvan“a deyir ki, ölüm ayağında olan anasını görmək üçün həkimlər ondan əlavə olaraq, 260 manat rüşvət alıblar:
„Anam fibromadan əziyyət çəkirdi və əməliyyata ehtiyacı var idi. Lakin, oktyabrın 9-da mərkəzə gətirdikdən sonra məlum oldu ki, onun qan faizi çox aşağıdır, üstəlik ayaqlarında tromplar var. Bu şəkildə əməliyyata salmaq olmazdı. Tanış həkimlər bizə dedi ki, təcili Bakıya aparılmalıdır ki, əməliyyata hazır olması üçün bu problemlər aradan qaldırılsın. Ancaq, mərkəzin baş həkimi Kifayət Məmmədova və həkim – mama – ginekologu Nəzakət Gülməmmədova buna imkan vermədilər. Nəzakət Gülməmmədova dedi ki, 700 manat verin, 2-3 gün özümüz burada müalicə edib, sonra əməliyyata salacağıq. Sığortamız olduğunu bildirsək də, xeyri olmadı. Anamı itirməmək üçün 700 manatı verməyə razılaşdıq. Onu reanimasiyaya saldılar. Axşam evə qayıdarkən, anamla görüşmək istədik. Görüşə icazə vermək üçün baş həkim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı“.
Cəlil Xudiyev deyir ki, elə həmin gün həkimlər onlardan xəbərsiz anasını əməliyyat ediblər:
“700 manatı mənimsəmək üçün, heç bir müalicə aparmadan anamı bizdən xəbərsiz əməliyyata götürüblər. Bilə-bilə ki, yaşamaq şansı çox aşağıdır. Əməliyyatdan bir gön sonra oktyabrın 11-də anamın ölüm xəbərini verdilər. Bizim heç bir razılığımız, imzamız olmadan özbaşına hərəkət edib həkimlər. Buna görə onlar məsuliyyət daşıyır. Anam mərkəzin həkimlərinin acgözlüyü və məsuliyyətsizliyi üzündən ölüb. Buna görə adıçəkilən həkimlər məsuliyyət daşıyır”.
Babək rayon Qoşadizə məhəllə sakini Cəlil Xudiyev bildirir ki, anasının ölümünün araşdırılması üçün müvafiq qurumlara müraciətlər ünvanlayıblar.
Bir neçə ay əvvələ kimi Doğum Mərkəzi adlanan bu müəssisədə rüşvət və səhlənkarlıq ucbatından ana və körpə ölümləri ilə bağlı tez-tez şikayətlər olunur. Şikayətçilərin sözlərinə görə, doğuşa gələn xəstələrin hamısından ehtiyac oldu, olmadı 1000 manat rüşvət alıb, məcburi qeysəriyyə əməliyyatı edirlər. Bu pulu verməyənlər isə, körpələri ilə birlikdə ölümə tərk edilirlər.

Dünyapress TV

Xəbər lenti