Ardını oxu...
“Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində tikilən hər hansı bir obyektdə tikinti işləri qanunsuz olaraq dayandırılmayıb. Həmçinin nazirlik tərəfindən hər hansısa bir obyektin söküntüsü həyata keçirilməyib”.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən TNS-in sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, tikinti və yenidənqurma işlərinə 2022-ci ildə başlanılan Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu (əvvəlki hərbi hospital) binasında tikinti və yenidənqurma işlərinin planlaşdırılması zamanı tikintinin subyektləri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə əməl olunmayıb.

“Belə ki, mövcud binanın şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulan qaydada tədqiqinin aparılması, tikinti layihəsinin normativ sənədlərin tələblərinə uyğun hazırlanması və binanın gələcəkdə təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə binada kompleks instrumental müayinə işləri aparılmayıb, binanın tikinti layihələrinin, texniki-iqtisadi əsaslandırması və smeta sənədlərinin ekspertizadan keçirilməsi, eləcə də tikintiyə icazənin alınması obyektin sifarişçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin edilməyib. Binada kompleks instrumental müayinə işləri aparılmadan, binanın mühəndisi-müayinəsi və texniki vəziyyəti haqqında rəy olmadan, obyektin layihəçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə Smeta Qrupu tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmayan mövcud 2 mərtəbəli köhnə binanın üzərinə 1 mərtəbə əlavə olunmaqla layihələndirilib (baxmayaraq ki, buna görə layihəçi cavabdehlik daşıyır) və ekspertiza rəyi olmadan obyektin podratçısı olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən tikinti işləri aparılıb. Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusunun yenidən qurulmasında tikintinin subyektləri tərəfindən yol verilən pozuntuların və tikintinin aparılmasına əsas verən sənədlərin olmadığını nəzərə alaraq, nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 14 mart 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib. Binanın mövcud vəziyyətininin və yükdaşıyıcı konstruksiyalarının müayinə olunması məqsədilə 2023-cü ilin may ayında “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən binaya kompleks baxış keçirilib və instrumental müayinə işləri aparılaraq binanın texniki vəziyyəti haqqında rəy tərtib olunub. Tərtib olunan texniki rəyə əsasən binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu məlum olub. Hətta Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu üçün yenidən qurulan köhnə binanın mövcud yükdaşıyıcı konstruksiyalarında instrumental müayinə işlərinin aparılması və nəticəsi barədə ictimaiyyətə məlumat verilib”, - nazirlikdən bildirilib.

Göründüyü kimi, binanın sökülməsindən söhbət getmir. Qüsurlar aradan qaldırıla, bina təhvilə hazırlana bilər. Bundan başqa, binanın sökülməsinə zərurət olsa belə, bu iş dövlət orqanları tərəfindən icra edilməlidir. Naxçıvanda fəaliyyət göstərən “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu binanın sökülməsi ilə bağlı qəbul etdiyi qərar tamamilə qanunsuz və absurddur.

Əldə etdiyimiz məlumatlara görə, binada təkcə möhkəmləndirmə işlərinə 2 milyon manata yaxın vəsait sərf edilib. Burada daha geniş araşdırma və yoxlama işlərinin aparılmasına ehtiyac var.

Başqa bir məsələ isə ondan ibarətdir ki, bina söküləcəyi təqdirdə dövlətə vurulucaq ziyan ödənilməlidir. Faktlar təsdiqini taparsa, bu işin günahkarları müəyyənləşdirilməli və məsuliyyətə cəlb edilməlidir.

Nazirlikdən bildirilib ki, tikintisi 2021-ci ildə başlayan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintiyə icazə sənədinin olmadığı, həmçinin layihə sənədlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsində tələb olunan tərkibdə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4-cü bəndinə (ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydasına) uyğun hazırlanmadığı üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 12 oktyabr 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən icra edilməsi üçün tikinti işlərinin dayandırılması haqqında qərar Naxçıvan Dövlət Universitetinə (sifarişçiyə), eləcə də tikinti ərazisinə nəzarətin təmin edilməsi üçün qərarın surəti Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilib”, - qurumdan qeyd olunub.

Maraqlıdır ki, 2021-ci ilin iyun ayında obyektə baxış keçirilib və akt tərtib olunub. Həmin aktda tikinti işlərinə başlamaq üçün tam şərait yaradıldığı bildirilib və heç bir qüsur qeyd olunmayıb. İndi sual yaranır? Əgər Fövqəladə Hallar Nazirliyinin bu gün əsas gətirdiyi nöqsanlar var idisə, o zaman tərtib olunan aktda niyə öz əksini tapmayıb? Yaxud nazirlik indiyə qədər nəyə görə bu qüsurları aşkarlayıb tikintini dayandırmırdı?
Ardını oxu...
Məlumdur ki, Naxçıvanda uzun illər bütün tikintilər bu qaydada aparılıb. Bu məntiqlə yanaşsaq, o zaman bütün tikintilər dayandırılmalı, bütün tikilənlər də sökülməlidir. Bu tikintinin dayandırılması qərarını verənlər bilməlidirlər ki, 50 nəfərə yaxın naxçıvanlını işsiz qoyublar, 50 ailə bu gün narazıdır. Və bu, muxtar rerspublika rəhbərliyinə heç də başucalığı gətirmir. Mövcud nöqsanları qısa müddətdə aradan qaldırmaq mümkündür. Amma məqsəd başqadır. Bu tikinti layihəsini kimlərsə indiki şirkətdən alıb öz yaxın adamlarına vermək istəyirlər. Və təəssüf ki, bu işin də arxasından İsmayıl Məmmədov çıxır.

Yenə o fikrə qayıdırıq. FHN qanuna əsaslanıb tikintini dayandırıb. Bəs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Məmmədovun Texnologiyalar Parkında nə işi var? Bu şəxs tikintinin dayandırlması məsələsinə niyə qarışır? Ona bu xüsusi səlahiyyəti kim verib? Bu suallar hələ ki açıq qalıb.

Fövqəladə Hallar Nazirliyindən o da bildirilib ki, Naxçıvan Dövlət Universitetinin futbol stadionunun Naxçıvan Muxtar Respublikasının Fövqələdə Hallar Nazirliyi tərəfindən sökülməsi və yaxud dayandırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bu istiqamətdə heç bir tədbir həyata keçirilməyib.

O zaman başqa bir sual. Stadionu kim söküb və bu qanunsuz işə görə niyə heç kim məsuliyyətə cəlb edilməyib? Hesab edirik ki, muxtar respublikanın hüquq-mühafizə orqanları bu işi araşdırmalıdır.

Məlumatda qeyd edilib ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə heç bir bağlılığı yoxdur.

Sonuncu sual. O zaman Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bu MMC-nin rəhbərliyi ilə niyə tikinti obyektlərinə baxış keçirir? Və bu MMC istənilən tikinti obyektinin tikintisinin dayandırlmasına və tikililərin sökülməsinə necə nail olur?

Bu MMC Naxçıvanda əməlli başlı özbaşınalıq edir. Əgər muxtar respublikada bu özbaşınalığın qarşını alacaq qüvvə yoxdursa, paytaxt Bakıdan müdaxilə edilməli, muxtar respublikanın problemləri həll olunmalıdır.

Naxçıvanlılar əmindir ki, yenilməz Ali Baş Komandan, qüdrətli Prezident İlham Əliyev onların problemlərinin həlli üçün lazımi tapşırıqları verəcəkdir.

Maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
TNS
 
 
 
Ardını oxu...
Ölkəmizdə tikinti sektorunun inkişafı, öncül sahələrdən birinə çevrilməsinə şübhəmiz yoxdu. Bu sahədə monopoliyanın olmaması bir çox iş adamlarının əl-ayağını açmış, onlara rahat qazanc əldə etmək üçün fürsət yaratmışdır. Di gəl ki, bəzi iş adamları bu fürsətdən sui-istifadə edərək vətəndaşların əzab-əziyyətləri üzərindən özlərinə varidat toplamışlar. Bunlardan biri və bəlkə də birincisi Eko Park yaşayış kompleksinin şefi Süleyman Əliyevdir.
S.Əliyevin media ilə ilk “tanışlığı” Kamran Səxavətoğlundan(Bəgalıyev) başayıb. Bilənlər bilir, bilməyənlərə isə cumhuriyyet.az olaraq bildirək ki, vaxtilə “Güzgü” qəzetinin atağan-vurağanı olan Kamran yaşadığı qəsəbədə Eko Parkın məskən salıb tikintiyə başlamasını görüncə, həmən işə başladı. Ora yazdı, bura yazdı, göylərə yazdı, yerlərə yazdı, Süleymanı yıxıb sürüdü. Əslində, yazdıqlarında həqiqət payı da var idi. Amma Süleyman üçün bütün bunlar əlavə yük və vaxt itkisi idi. Odur ki Səxavətoğlunun könlünü almaq üşün ona iş təklif elədi-sən qardaşsan, gəl Eko Parkın hüquqi işlərinə dəstək ol, istədiyin maaşı verim. “Korun istədiyi nə olmalıydı ki”…
Bəli, ABU-nun o vaxtkı əbədi və əzəli rektoru Elşad Abdullayevi şantaj edərək ondan hüquq fakültəsinin diplomunu hədiyyə alan Səxavətoğlu üçün bu təklif göydəndüşmə olur…
Süleymanın media ilə ikinci tanışlığı “Lamborghini” markalı maşınına kənar müdaxilə olunduqdan sonra DYP tərəfindən saxlanılarkən olub. Çək-çevirdən sonra hansısa “Əlahəzrət” onu xilas edir və sudan quru çıxır…
Ardını oxu...
Ardını oxu...
Ceyranbatan qəsəbəsinə “köç edən” Eko Park rəhbərliyi hələ tikintiyə başlamazdan əvvəl vətəndaşları cəlb etmək üçün binalarda yeraltı dayanacaqların olacağı vədini verir. Lakin bugünədək bu məsələ həll olmayıb. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, üçüncü binanın tikintisinə hazırlaşan rəhbərlik yarım əsrə yaxın müddət ərzində qəsəbədə yaşayan insanların yaxınlıqdakı mərkəzi yola çıxışını bağlamış, 1 saylı məktəbə gediş-gəlişin önünü kəsmişdir. Narazılıq edənlərə isə “bu yerin çıxarışı(“kupça) bizdədir deyilir.
Şübhəsiz, Süleyman Əliyevin vaxtilə Abşeronun İcra Başçısı İradə Gülməmmədova ilə isti münasibətləri fonunda bəzi nüanslar baçadüşüləndir. Amma Abdin Fərzəliyevə bunu aid etmək çətindir. Çünki Süleyman Əliyevin sakinlərə “mən heç kimi hərləmirəm, hara istəyirsiniz, kimə istəyirsiniz şikayət edin, heç kimdən də qorxmuram, mənim yanımda icra başçısı heç kimdir” kəlmələri dediyimizə əyani sübutdur.
Süleyman Əliyevin qeyri-qanunu əməlləri, sakinlərlə bağlanan müqavilələrdəki uyğunsuzluq, rəhbərliyin birmənalı şəkildə etməyə borclu olduğu işləri vətəndaşlara məhz onların pulu ilə etdirməsi haqda kifayət qədər qatı açılmamış fakt-sübutlarımız var. Zaman-zaman hamısı ilə sizləri tanış edəcəyik. İndilikdə tikinti rəhbərliyinə demək istəyirik ki, bizim borcumuz vətəndaşlara zülm edən, onların rahatlığını pozan siz(lər)dən hüquq-mühafizə orqanlarına yox, bu müqəddəs günləri bizlərə nəsib edən, Şəhidlərimizi özünə baş tacı sanan Ali Baş Komandana olacaq.
cumhuriyyet.az
Teref.az Xocanın Blogu səhifəsi hamının üzünə açıqdır!~
 
Ardını oxu...
Xatirə Quliyeva
II qrup əlil,
fəlsəfə elmləri doktoru

SAXTA VƏSATƏTİ ÜZƏ ÇIXAN HAKİM QORXMALIDIR, ƏVVƏL ALLAHDAN, SONRA SİZDƏN!..
Ardını oxu...
Cənab Fikrət Məmmədov ya hakim Mehriban Əfəndizadə Cinayətin Üstünün Açılması Üçün 1 cümləlik Məktubu Versin, ya da mənə 1000 manat Verin, Müstəqil Ekspertiza Məkkəzinə Verim, 2 Cinayətin Üstünü Açan Rəyi alım...

Hörmətli nazir! Nərimanov rayon məhkəməsində mənim və bacımın adından Vəsatət düzəldilib və bizim əvəzimizdən qol çəkilib. Bu əsasla "öz Vəsatətimdən" (hakim elə deyib, elə bilmişəm Vəsatət vermişəm!) qəti şəkildə on dəfələrlə İmtina etsəm də məndən məcburi surətdə imza nümunələrim götürülüb və AR ƏN MEM-ə göndərilməsi əsası ilə iyulun 19-dan İş dayandırılıb.

Oktyabrın 10-da bizi MEM-ə çağırdılar. Orda həm mənə göndərilmiş saxta müqavilədəki, həm də məhkəməyə qarşı tərəfin gətirdiyi - mənə göndərdikləri ilə nöqtə-vergülünə qədər eyni olan müqavilədəki İmzaların mənə aid olmadığı sübut olundu. Eyni zamanda məndən məcburi İmzalarımı götürmək üçün hakimə olan Vəsatətdəki imzaların mənə aid olmadığı üzə çıxdı.
Məndən başqa bacım (digər iddiaçı)Sevinc Quliyevanın da İmzası saxtalaşdırılıb. Ancaq MEM əməkdaşları hakim məktub verərsə bunu ümumi Rəyə daxil edə biləcəklərini bildiriblər. Dəfələrlə hakimə müraciət etmişəm, vermir həmin 1 cümləlik məktubu. Dəfələrlə ərizə və media yazısı ilə AR MHŞ-nın sədri İman Kərimova müraciət etmişəm. MHŞ-nın əməkdaşı Fuad Əliyevə dəfələrlə zəng etmişəm. O, mənə də göndərilməklə hakimə məktub verməsi üçün şikayətlərimi göndərib, hələ ona bildirib ki, vətəndaşın şikayətinə baxın. Yenə saymır, vermir məktubu.
Hakim Mehriban Əfəndizadənin bəhanəsi vaxtın uzadılması idıi. MEM-ə yeni rəis təyin olunmuşdu. Böyük ehtimalla deyirəm ki, "tikinti krallarının" ona əlaqə aça bilməsi üçün vaxt uzadıldı. İş MEM-ə çatdıqdan sonra 1 daha təsdiqləndi ki, hakim mənim kimi "krallar"- ın da imzalarının və həmçinin möhürlərinin ekspertiza edilməsi, mənim ekspertizada iştirakım üçün heç məktub verməyib. Azı 2 həftə bunun üçün "mübarizə" apardım. Ancaq hakimin bu hərəkəti də milyonerlərin arxasında dayandığını göstərirdi. Ekspertiza günü "krallar" gəlmədilər. Yenə fikrimcə, MEM-in rəisi cənab Elçin Qasımova əlaqə açmağa vaxt "udurdular"... Həə, bax burada reis müavini vəzifəsini icra edən Rəhim Rəhimov hakimə qəribə məzmunlu vəsatət göndərdi. Niyə göndərməli idi?! Hakimin qərardadı, hələ əlavə məktubu orda idi. İki soyadlı ( ünvanlarını da səhv yazdıqları müqavilədə başda Abbasov yazılıb, sonda Abasov) MMC direktoru Hacıbala Soltan oğlu möhürünü cibinə qoyub gələrdi, möhürünün də, özünün də imzası götürülərd. Onun kimi üzə şillə vuran olmayacaqdı orda. Bu fikri boşuna demədim. Binamızda A. adlı 1 qadının 2 otaqlı mənzilini o evdə olmayanda söküb "krallar". Evin içində bütün sənədləri, əşyaları və 1 canlı quşu məhv olub. A.qadın gedib kralların üstünə. Kral Hacıbalaya nə deyib, nə deməyib durub qadına şillə vurub.
Qayıdıram Rəhim Rəhimovun hakimə məktub göndərməsinə. Bu məktubdan sonra hakim "kralları" məhkəməyə çağırıb, dayandırdığı İŞ üzrə həm də bizsiz - təktərəfli İCLAS KEÇİRİB, VƏSATƏTLƏRİNİ ALIB VƏ NÜMUNLƏRİNİ GÖTÜRƏRƏK VƏSATƏTLƏRİNİ TƏMİN EDİB.
Diqqət edin, hakim 2 dəfə 2, 3 saatlıq hazırlıq iclası keçirib, onlar bu məzmunda Vəsatət verməyiblər... Amma hakim qərarda yazsın deyə ki, qarşı tərəf də vəsatət verib, dayandırılmış İş üzrə İCLAS keçirib. Solğundan da solğun möhür nümunələrini və direktorun imzasını alıb. Yəni onların 50 qəpiklik mürəkkəb almağa pulları olmayıb?! Məhkəmədə keçirilibsə həmin İClLAS ORDA MÜRƏKKƏB PROBLEM OLMAZDI Kİ! Beləcə, məqsədli olaraq möhür və imza nümunələri dəhşət dərəcədə solğun halda MEM-ə göndərilib. Bu açıq-aydın düzgün olmayan nəticə üçün düşünülmüşdür!. Əks halda hakim mürəkkəb gətirtdirib yenidən imzalatmalı, möhürün surətini vudurmalı idi. Bir də axı möhür maddi sübutdur. Onun surətini çıxarmaq nə dərəcədə düzgündür?! Bu krallar üçün Nərimanov rayon məhkəməsində hər şey mümkündür!..
Hakimin bizi həmin iclasa çağırmaması da "kalların örtülü bazarında" hakimin yerini müəyyən edir. Ancaq həmin iclasın bu şəkli mənim səhhətimi elə kritik vəziyyətə saldı ki, qanunlarımızda yoxdur hakimə cəza, Allahdan istədim və gözləyirəm!
Bu günə kimi hələ də hakim İşə baxmağa başlamayıb!.. MEM-ə Məktubu isə vermir ki, guya vaxt çox gedir. Bəs Saxta Vəsatətlə 4 aydır vaxtı uzadıb, bu qanunlara uyğundur?! İddiaçılar biizik. Biz 4 ay dözmüşük, 10 gün də dözərik. Ancaq Mehriban Əfəndizadə vaxta görə deyil, məhkəmədə saxta sənəd düzəldildiyinin üstünün açılmaması üçün vermir məktubu.
Əgər özü bu saxta hərəkətdə iştirak etməyibsə alın açıqlığı ilə məktubu versin. Qanundan danışan bu hakim dayandırdığı İş üzrə "tikinti kralları" - Şirkətlə təklikdə iclas keçirib, onların vəsatətini təmin edib! Budur qanunsuzluq. Hələ bu hakim bizə içi boş - şablon Qərardad da göndərmişdi. Budur onun işinə "məsuliyyəti"?! "Hakimdir, bir tək rüşvət tutulsa cəzalana bilər". O qadın olduğu üçün heç bu halda da cəzalanmaz!..
Ancaq Allaha şükür edirəm ki, dövlətimizin hüquq sisteminin MEM qurumuna minnətdaram ki, ədalətsizlik olmadı. 26 oktyabrda "kralların" solğun möhür nümunələri güclü aparatda 99 faiz mənə göndərikləri ilə eyni çıxdı! Çox tanınmış bir vəkil mənə dedi ki, heç bir hakim möhürü müzakirə etməz! Vurulub, özləri vurub, vəssalam. Siz onu hardan ala bilərdiz?! Amma hakim Mehriban Əfəndizadə bu haqsızlığı da mənə - Allahın da yanında, bəndələrin də yanında saf olan bir elm adamına etdi! Baxın!.. Allah da onun saxtakarlığını bu Vəsatətlə faş elədi! Buyursun, versin məktubu! Mənə MEM-in Rəyi vacib lazımdır!.. Əlbəttə mediada paylaşmaq, "Avropa məhkəməsi" üçün sübut kimi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bu da onun saxta Vəsatəti müdafiə edərək lazım olan məktubu verməməsi! İndi belə çıxır ki, hakim Mehriban Əfəndizadə MEM-dən Rəy gəldikdən sonra həmin düzəltdiyi saxta Vəsatət əsasında İşə davam edəcək, sonra da Qərarında saxta vəsatəti doğru əsas kimi göstərəcək! Daş tökülər göydən! Azərbaycanın hüquqi dövlət olduğu fikri diz çökər!.. Buna yol verməyin! 1 illik hakimdir, ona qanunların şah olduğunu göstərin ki, ədalətli, vicdanlı, iclaslar keçirsin, obyektiv-hüquqi qərarlar çıxarsın.
Bizim İddiamız 2+2= 4- kimi asan məsələdir. Giyaslı Group MMC binamızı əslində qanuna zidd - AR NK-nin 86 saylı Pilot layihələr qanunu 2019-cu ildə ləğv edildiyi halda bu adla söküb. Qalın 50 illik parkımızı da məhv edib. Ən əsas AR Konstitutsiyası ilə qorunan mülkiyyət hüququmuzu taptalayaraq 3 hissədən ibarət təmirli, arendatorları olan Qeyri-yaşayış sahəmizin əvəzinə tərtib etdiyi saxta, başqan-başa qanunlara zidd, uydurmalarla dolu və natariusda təsdiqlənməmiş müqaviılə ilə bizə 2 otaqlı təmirsiz mənzil verməyi öhdəsinə götürüb. Biz ona qeyri-yaşayış sahəsinin, yaşayış sahəsinə çevirilməsi haqqında heç bir sənəd verməmişik. Digər tərəfdən MMC Vergi Xidmətinə Bəynannamə verərək bizim mülkiyyətimizi təsdiq edib. Hələ bizə az da olsa (obyektimizin 3-cü hissəsi üçün ödəniş etməyib) 1 illiik ayı 800 manatdan arenda pulu verib ki, bu dəlillər də bizə OBYEKT əvəzinə OBYEKT verməli olduğunu sübut edir.
Sonra Müqaviləni tərəflər oturub təhlil edər və birlikdə imzalayarlar. Mənimlə müqavilədə adı olan 2 soyadı yazılmış Hacıbala adlı MMC direktoru oturub müqavilə imzalamayıb. Mənim imzam ərəb və krillə şifradır. Hər iki saxta müqavilədəki imzalar bu məntiqlə saxtadır və 10 oktyabrda MEM-də müddəam qəbul edildi. Hakim ümumiyyətlə, dövlətin Konstitutsiyası, Qanun məcəllələri qala-qala İmzalardan "tutub" dayanması mənə görə hüquqi savadsızlıqdır. Həm də varlı tərəfə maraqlı olmaq deməkdir. Bizim qanunlarda İmzanın şərt olduğu göstərilməyib! Fakt budur ki, mən tərəfəm və tərəflərdən biri narazı olduqda əqd etibarını itirir. Natariusda təsdiqlənməmiş müqaviə hay-hay etibarını itirir. Ümumiyyətlə, həmin müqavilə onlarla əsasla etibarsızdır. Həmçinin savadlı və obyektiv mövqeli hakim mənə göndərilən və məhkəməyə gətirilən hər iki saxta müqavilənin nöqtə-vergülünə kimi eyni olduğuna da əsaslanıb İşə mahiyyəti üzrə baxmalı idi. Fərq mənə göndərilən 3 səhifəlik müqavilədə "imzamın" yalnız sonuncuda olması, məhkəməyə gətirilən ikiqat saxta müqavilədə isə hər səhifədə olmasıdır ki, bu mənim Reaksiya Tv-də çıxışımda qanunla Müqavilələrdə hər səhifədə tərəflərin imzalarının olması və hər imzanın altından tərəflərin inhisallarının yazılması əsas şərtdir!
Giyaslı Group MMC 25 apreldə AR İqtisadiyyat nazirliyinə yazdığı məktubda mənim Müqaviləni aldıqdan 2-3 gün sonra narazılıq etdiyimi göstərib. Deməli vaxt itkisi də olmayıb. Bu daəlillər savadlı, -vicdanlı-ədalətli hakim üçün əsas olmalı idi. O isə göründüyü kimi ölkədə vətəndaşları aldatmaqla məşhur olan "tikinti krallarını" biz haqlı, rüşvət verməyən- kasıb iddiaçılardan üstün tutub, hələ bir saxta Vəsatət düzəldib ki, MEM-dən saxta rəy alıb mənim obyektimin əvəzini verməyənlərin xeyrinə Qərar çıxarsın. Bundan başqa dayandırılmış İŞ ÜZRƏ İCLAS KEÇİRİB, VƏSATTLƏRİNİ TƏMİN edib. Heç bəlkə məhkəmədə olmayıb həmin iclas! Çünki biz çağırılmamışıq! Məhkəmədə, ya ofislərində olsaydı mürəkkəbi tünd olardı nümunələrin!..
Cənab nazir, qarşı tərəfin vəkili 2-ci hazırlıq iclasında hakimə bildirdi ki, Giyaslı Group MMC öz layihəsində qeyri-yaşayış sahələrinin əvəzini verməyi nəzərdə tutmayıb! Bu açıq surətdə həm AR Konstitutsiyasının 29-cu maddəsinə, həm də ölkə prezidenti cənab İlham Əliyevin Tikinti Şirkətlərinə "sakinləri razı salın, sənəddən əlavə belə olsa mülkiyyətlərinin əvəzini verin"- məzmununda tapşırığına ziddir. Ədalətli hakim vəkilin biidirişi ilə Şirkətin qanunsuzluğunu üzə çıxarıb ona uyğun İşə baxmalı idi. Bu fikrə əsaslanıb saxta müqavilə düzəldib mənə göndəriblər. Hətta Obyektin hüquqi mülkiyyətçisi bacım Sevinc Quliyeva ilə heç saxta müqavilə belə bağlamayıblar. Hakim isə bu ciddi qanunsuzluğu qoyub hətta onların xeyrinə İş getsin deyə, MEM-dən saxta Rəy alınması məqsədi ilə saxta Vəsatət düzəldib. Yalan deyirəm zəhmət çəkib versin 1 cümləlik məktubu, 2 vəsatətdə mənim imzalarımın və 1 vəsatətdə bacım Sevinc Quliyevanın imzasının saxta olduğunu ona sübut edim! Mənim imza nümunələrim var, bacımın imzalarının ekspertizası hər halda 3-5 gündən çox çəkməz. Çox çəkər də çəksin, iddiaçı bizik. Razıyıq lap daha bir il uzansın. Mehriban Əfəndizadə başqa hakimlər kimi tikintini dayandırmayıb ki, (Allah dayandırıb, prezident dayandırıb tikintilərini!..) narahatçılıq olsun...
TƏKRAR EDİRƏM: Vəsatətlərdəki İmzalar mənə aid deyil. İddia ərizəmdə yazmışdım. Ancaq (Allah tərəfi) göndərilməyib. Əsas da MEM üzə çıxardı ki, imzalar mənə aid deyil. O cümlədən digər Vəsatətdə bacımın imzaları saxtalaşdırılıb. Mən düzünü deyirəm, Vəkil bizi İddiaları imzalamağa çağırdı və yalnız 3 nüsxə İddiaya qol çəkdik. Ordan da məni Nizami Tibb Mərkəzinə (stasionar - yatmaqla) müalicə almağa apardılar. Vəkili bir də hazırlıq iclasında gördük. Deməli, Vəsatətlər məhkəmədə düzəldilib və imzalanıb. Onu da qeyd edim ki, media İilə olan şikayətlərimi vəkilə göndərirəm. O əgər imzalayıb yükləmiş olsaydı (məndən xəbərsiz mümkün deyil!) deyərdi. Həm də hakim 2 saxta Vəsatətdən yalnız birini - özünə maraqlı olanı təmin edib.
Əgər hakim Mehriban Əfəndizadənin xəbəri yoxdur bu saxtalaşdırmadan mənim kimi, bizim kimi maraqlı olmalıdır. Özü qətiyyətlə tələb etməli, cinayəti edəni üzə çıxarmalıdır. Ancaq o, heç bir cümləlik məktubu da vermir! Ona görə bu qənaətdəyəm ki, Mehriban Əfəndizadənin MEM-ə məktub verməməsi bu işdə əlinin olmasını ifadə edir.
Ardını oxu...
Aylar keçir (mayda süni bir bəhanə ilə geri qaytardı, 19 iyuldan da məqsədli şəkildə dayandırıb: bu da əyani fakt- (saxta vəsatət) sadə bir məhkəmə İşi - müqavilənin ləğvi həll olunmur. Bilmir hakim Əqdlər haqqında qanunu! Konstitutsiyanın 29-cu maddəsi ona maraqlı deyil!
Mən aliməm. Tədqiqat sahəm siyasi-fəlsəfədir. Hakimin ədalətsiz, qanunsuz hərəkətləri ucbatından mən bu İLİN məzmununa uyğun çox mühüm elmi yaradıcılıq işlərimi yerinə yetirə bilmirəm. Bütün vaxtı Mehriban Əfənddizadənin qanunsuz hərəkətlərindən bu və ya digər hüquq məmuruna Media ilə Şikayətlər ünvanlayıram. Məhkəmə sədri Həbib Həsənov da anlaşılan, onunla həmrəydir. Yoxsa bu vaxta qədər hakmimin qanunsuzluqları qalsın, heç olmasa cinayətin açılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə 1 cümləlik məktubun verilməsini ondan tələb edərdi. Bu hakim sözün hərfi mənasında cəzalanmalıdır. Ancaq cənab İman Kərimova on dəfələrlə ərizə və media müraciəti edirəm, heç reaksiya belə vermir.
Hörmətli nazir! Tez-tez bu söz işlədilir: Hakim toxunulmazdır. Hakimin Konstitutsiya ilə hüququ qorunur. Mən də aliməm və 40 ilin alimiyəm. Əsərlərimin sayı yaşımdan, çəkisi özümdən ağırdır! Mən həm də çoxsayda dövlətçilik mövqeli əsərlərin müəllifiyəm. Adlarını çəkməyəcəyəm. 2 monoqrafiyamı Sizə Sizin fikirlərinizdən sitatlar olduğu üçün göndərmişəm.
Hələ mən ölkədə yeganə vətəndaşam ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında sağlığında "yanlış yazanlardan" AR Konstitutsiya məhkəməsinə şikayət etmişəm. Nəticəsi də qanunamüvafiq olub.
Sözümün canı odur ki, Bu İL mən daha çox iş görməli idim... "Toxunulmaz" Mehriban Əfəndizadənin qanuna zidd hərəkətlərindən nəinki yazıb-yaratmaq, ciddi xəstəyəm. Şəkər H1, Çox pis görürəm. Yıxılıram. Yeni klinikada KT -yə də göndərdilər məni. Beynimə qan çatmır...
Ardını oxu...
Obyejktimizin əvəzini verməyənlər yalan oldu, məni "tikinti krallarına" tərəf olan, haqqı nahaqa qurban verən hakim Mehriban Əfəndizadə bu hala saldı. Hələ bir üstəlik mən onun köməkçisinə zəng edib haqlı iradlarımı bildirəndə mənə xəbər göndərir (xox gəlir) ki, Səsimi Ədliyyə nazirliyinə göndərəcək. Deməli, hakim nə cinayət etsə olar, toxunulmazdır. Ona haqlı irad da bildirilməməlidir. Haqlı alim - bu dövlətə ondan qat-qat artıq faydası olan alim toxunulandır! Xeyir! Mən ondan hər mənada artğam ki, əskik deyiləm! O mənim gördüyüm çox ədalətsiz hakimdən ən qəbuledilməzidir. Hətta 1 xırda nöqsanını tuta bilmədiyim. Qərarını eşidəndə ədalətsizliyini bilib nifrət etdiyim hər hansı bir hakim də məni qorxutmaq fikrinə düşmədi!.. Onlar ədalətsiz qərar qəbul etdilər. Mən də Avropa İnsan haqları Məhkəməsinə müraciət edib, Ədalətsiz Qərarlarını ləğv etdirdim!
İ.Kant hüquqi dövləti təhlil edəndə deyib (yazıb) ki, əvvəl bütün cəmiyyət azadlıq, bərabərlik, ədalət hissləri ilə "tərbiyələnməlidir". Sonra bu tərbiyələnmiş cəmiyyətin içərisindən "hakim" (idarəedici anlamında) seçilməlidir. Bizdə fərqlidir.
Mən bu hakimdən də ədalətli qərar istəyirəm. Adımdan ( eləcə də bacımın adından) saxta Vəsatət çıxıb üzə. 2 Vəsatətdəki imzalar mənə aid deyil! Bu faktı Sizin rəhbərlik etdiyiniz Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nəsimi Əfəndiyev üzə çıxarıb. Çox sağ olsun! Mən istəyirəm ki, bu cinayəti sübut edən Rəy verilsin mənə! Bunun üçün hakimin MEM-ə 1 cümləlik məktubu lazımdır. İşi əskik olmayan hakim verər bu 1 cümləlik məktubu! Qeyd-şərtsiz mənim kimi hakim də bilir ki, məhkəmədə inoplanitanlar, "domovoylar" yoxdur. Hakimin özü kimi otağı da "toxunulmazdır" və belədə Vəsatəti ya özü imzalayıb, ya da o kimin imzaladığını yaxşı bilir! BUNA GÖRƏ MƏKTUBU VERMİR! Əvəzində məni Sizinlə qorxudur! Fikrimcə, o əlindən gələni etməyə çalışır ki, həmin saxta Vəsatətlər üzə çıxmasın. Ancaq mən mediada işıqlandırmışam. Təkrar- təkrar MHŞ-na və məhkəməyə göndərmişəm. Yenisini düzəltsələr belə yenə mənim İmzamı çəkməlidirlər ki, bu da növbəti saxtakarlıq olacaq və mümkünsüzdür!
Vəsatəti bizim formal Vəkilimiz Abuzər Səfərov da imzalamayıb. Qətiyyən onun imzası deyil. Mən həm iddia Ərizəmizdəki İmzalarımızı, həm Saxta Vəsatətdəki İmzaları, həm də formal vəkilimiz Abuzər SƏfərovun imzasını diqqətinizə çatdırıram. Onu da qeyd edim ki, hakim M.əfəndizadənin mənə 3-4 gün əvvəl göndərdiyi məktubdakı imzası saxta Vəsatətdəki İmzaya oxşayır. Şəkər gözlərimi kor edib, dəqiq görə bilmirəm. Ancaq oxşadığı dəqiqdir.
Ardını oxu...Ardını oxu...
Mən bu gün Müstəqil Ekspertiza Mərkəzinin 0506110694 telefonuna zəng etdim. Dəstəyi İncə səsli gənc qız götürdü. Ondan xahiş etdim ki, rəhbərlikdən bir nəfərlə məni əlaqələndirsin. Dedi, müavinəm. Hüquqşünasam. Ətraflı məsələni öyrəndikdən sonra 1 imzanı 500 manata ekspertiza etdiklərini bildirdi.

Hörmətli nazir, mən aliməm. Elmin "beyni qabarlı" fəhləsiyəm. Gecə-gündüz çalışıb cüzi maaş alıram ki, onun da 750 manatını hər ay Mehriban Əfəndizadənin tərəfində olduğu "tikinti krallarının" məhv etdiyi obyektimizin təmiri üçün götürdüyüm kredit üçün ödəyirəm. Mən 10 ildir ki, normal qidalanmıram. Hardan tapım 500 manatı?! Axı mən həqqəti sübut etmək üçün Dövlət İdarəsi ola-ola, niyə mən 1 imzanı 500 manata ekspertiza edən Müstəqil Quruma müraciət etməliyəm?! Digər tərəfdən müstəqil olanda nə olar, belə qiymət olar?!
Hakminiz niyə (O "biz" kasıbların hakimi deyil!) AR Konstitutsiyasını, Mülki və Mülki Prosessual Məcəllərini, göydə Allahı, yerdə haqlı İddiaçıları saymır?! Ona görə Sizə media ilə müraciət edirəm. Azərbaycanda Hüquq sahəsinin Ağsaqqalısız, Sizdən xahiş edirəm, ya kakim Mehriban Əfəndizadə Cinayətin Üstünün Açılması Üçün 1 cümləlik Məktubu Versin, ya da Mənə Siz 1000 manat Verin, Müstəqil Ekspertiza Məkkəzinə Verim, 2 Saxta Vəsatətdəki Cinayətin Üstünü Açan Rəyi alım.
Ardını oxu...
Çıxarışlı, təmirli Qeyri- yaşayış sahəsi əvəzinə təmirsiz yaşayış sahəsi yazıb, natariusda təsdiqlənilməmiş saxta müqaviləni mülkiyyət sahibinə göndərmək, ötən müddətdə israrla "verməyəcəyik"- demək, elə müqavilənin saxtalığını sübut edir. Bunu hakim bilmir?! Əksinə saxta Vəsatət düzəldib, mənim müqaviləni imzaladığımı və İşin bitdiyini əsaslandıran Qərar çıxarmaq isytəyir. Bəs AR Konstitutsiyası, Mülki məcəllə maddələri?! Hakim Giyaslı Group MMC kimi nəyə taptalayır dövləti - qanunları?! Bunu da köməkçisinə deyəndə hakimin səsi eşidilir - məni Ədliyyə naziri ilə qorxudur.
Bütün bunları yazaraq Sizdən xahiş edirəm ki, cinayətin açılması üçün hakım Mehriban Əfəndizadənin 2 Vəsatətdəki imzaların ekspertizası məqsədilə AR ƏN MEM-ə məktub verməsini tələb edəsiniz.
QEYD: Səhifəmiz bütün tərəflər üçün açıqdır...
 

Ardını oxu...
Son illər Daşkəsən-Gəncə Regional Təhsil Ìdarəsində rūşvətxorluq, korrupsiya və intiharlar ölkə mediasının manşetlərinə daşınaraq gūndəmi zəbt etməsi hər kəsin yaxşı xatirindədir.

Bu gūn də 44 saylı tam orta məkţəbin direktoru ilə dərs hissə mūdirì arasında dava-dalaş olub.

Ardını oxu...

Bu haqda Dunyaninsesi.Az saytına özəl mənbədən məlumat daxil olub.

Belə ki, direktor Gūlşən Məmmədəliyeva məktəbin siniflərindən birinin jurnalının cırılaraq məhv edilməsini əsas gətirərək kollektivin gözləri qarşısında dərs hissə mūdirì Rəfiqə Ramazanivanı təhqir edib.

Bundan sonra direktor “zauç”la “razborka”nı öz iş otağında aparıb.Sonda səhhəti ağırlaşan Rəfiqə xanım Ramazanovanın ūstūnə Təcili Tibbi Yardım Stansiyasının briqadası cağırılıb.
 //Dunyaninsesi.Az//

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər daxil olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında son olaraq “Direktor sarıdan bəxti gətirməyən məktəb” başlıqlı məqalə dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç bəxti gətirməyib.
Uzun müddətdir Sumqayıt təhsilinin formalaşmasının mümkün olmamasına səbəb nədir?! Sistemdə bir çox dəyişikliklər edilməsinə baxmayaraq, boşluqlar, idarəçilərin rüşvətlə təyinat alması təhsil ocaqlarında ağır nəticələr verməkdədir. Direktor təyin edilənlər heç də təhsilin yüksəldilməsini düşünmür. Verdiyi “şirinliyi” çıxarmaq üçün əlli bəhanələr gətirərək qeyri-qanuni yığımlar haqda planlar icad edirlər. Bəs təhsil, Azərbaycanın gələcəyi üçün çalışan ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını kimlər, haçan icra edəcəklər? Dəvəquşunun səhra macərası Fərdi Evdə Təhsil məktəbindən yan keçmir. İllərdir bu müəssisədə gedən oyunlar dillər əzbəri olub. Lakin İlhamə Abdullayevaya sual etsən məsələdən şübhəsiz ki xəbərsiz olduğunu deyəcək. Amma 5 illik müddətə nəzər salsaq məktəb idarəçiliyində nə qədər rəhbər dəyişildiyini görərik. Bu təyinatların heç biri isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin iradəsindən kənar olmayıb. Bəs bu şəxslərin qısa müddət fəaliyyətinin İlhamə Abdullayeva nə ilə əlaqələndirəcək. Redaksiyamıza yeni müraciət daxil olan müraciətdə deyilir:
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər gəldiyinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru gətirib bizim Evdə Fərdi Təhsil Məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, Evdə Fərdi Təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı Təhsil İdarəsində Tibbi-Pedaqoji-Pssixoloji Komissiyasının rəhbəridir. Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında Evdə Fərdi Təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənlərə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. Korrupsiya halı olmayan yerdə bu qədər narazılıq hansı hallarda baş verməsi mümkündür!? Direktorun həyat yoldaşı Səidə müəllimə təzə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Müəllim heyəti buna da razılıq verib. Ancaq bir məsələ də var. Belə ki, kənardan gətirilən müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, EFT məktəbində də 16 saat dərs alanda ümumi 36 saat edir. Bu da elə-belə başa gəlmir də… Hələ eşitdiyimizə görə, 1 saat dərs üçün 80-100 manat görüm baxım edirlər. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aiddir. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni Regional Təhsil İdarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç İcra Hakimiyyəti də söz deyə bilməz”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Biz ötən yazımızda həmin “fədakar” müəllimlərin bəzilərinin adlarını çəkmişdik.
Müraciətdə sonra deyilir: “Vladim İbrahimovun həyat yoldaşı Səidə İbrahimovanın Tibbi Pedaqoji Komisisya üzvü olduğunu nəzərə aldıqda təhsildə 400 şagirdin evində dərs alması mütləq yoxlanılması vacib məsələlərdəndir. S.İbrahimovun repetitor yanına övladların rahat göndərmək üçün müraciət edən valideynlərə “övladlarınız internat məktəblərində incidiləcək, lakin Evdə Fərdi Təhsil sistemində bu problemlərlə üzləşməyəcəksiniz”, kimi danışıqlarla valideynlərin sağlam övladlarını xəstə adı ilə qeydiyyata alınmasına nail olurlar. Artıq qeydiyyata alınması belə 2000-3000 manata başa gələn məsələdə hər il 400 nəfər şagird qəbul edilməsi hesablamalara görə 800.000 manat civarında korrupsiya halının baş verməsi deməkdir”.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə hər il şagird sayı artır və ya kontinget ildə bir dəfə dəyişir. Bu isə hazırlıqlara cəlb edilmiş şagirdlərdir ki, ali məktəblərə verdikləri imtahanlardan sonra adları məktəbin şagird siyahısından silinir. Bəs o zaman yoxlamalar zamanı sağlam uşaqların niyə xəstə olmadığı müəyyən edilməsi yönündə İlhamə Abdullayevanın tədbir görmədiyi sual doğurur. Bu da onunla əlaqəlidir ki, Vladim və həyat yoldaşı Səidə daim “bizim arxamızda onsuz da Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirəsi İlhamə Abdullayeva dayanır. Bizə heç icra başçısı Zakir Fərəcovda söz demək ixtiyarında deyil”, deyə onlardan narazı olanlara deyirlər.
Hələlik bu qədər. Növbəti yazımızda İlhamə Abdullayevanın direktor vəzifəsinə təyinat yolunda kəşf etdiyi metodlardan söhbət açacağıq.

Aktualxeber.az
QEYD: Bu gün təhsilimizdə nə desən ola bilər....
 
 
 
Ardını oxu...
Ölkədə ekoloji terror davam edir. Həm də acımasızcasına...

Başında da yad kimsə dayanmır. Kimlərə ki, ekologiyanı qorumaq tapşırığı verilib... elə onlar da Ana Təbiətə qarşı ZƏRƏRVERİCİ funksiyasını həyata keçirməkdədirlər.

DİA.AZ bloqu olaraq əldə ettdiyimiz bilgilərdən belə məlum olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin sədr müavini Azər Məcid oğlu Şükürov nazir Muxtar Babayevin himayədarlığı ilə kifayət qədər qanunzsuzluğa yol verir. O, əsasən mədən, karxana rəhbərlərini yüksək məbləğlərdə cərimə edir, daha sonra isə onları bazarlığa məcbur edir.

Bazarlıq 2 formada həyata keçirilir, ya sahibkar özünə məxsus obyektin bir hissəsini Azər Şükürovun dediyi adamın adına sənədləşdirməyə məcbur edilir, ya da kifayət qədər yüksək məbləğdə rüşvət tələb olunur. Sahibkarlar razılaşmadığı təqdirdə sifarişli yoxlamalar, təzyiqlər, bürokratik əngəllər daha da kəskin hal alır.

Məhz bu əməllərinə görə onu naziliyinin «qara kassası» adlandırırlar. Bunlar bir tərəfə, Azər Şükürov məmur ola-ola biznes fəaliyyəti ilə də məşğul olur. «Azinterpartlayış X»və »AzGeo» MMC şikrətləri ölkədə partlayış işi ilə məşğul olan nadir şirkətlərdəndirlər.

Öz sahələrində rəqiblərinin az olmasına baxmayaraq onları şərləyərək və ya rəsmi post tutan yaxınlarının imkanları ilə bazardan çıxartmaqdan çəkinmir.
Ardını oxu...
Axı Azər Şükürova qarşı hansısa addmlar da atılmalı idi.... Bu necə oldu? Bu barədə çalışıb növbəti yazımda xəbər verəcəm...
Məhəmməd ƏRSOY
QEYD: Bizdə artıq məmur olub oliqarx olamamaq pis ton sayılır....
 
Ardını oxu...
Rastlaşdığım biabırçılığın ancaq Sumqayıt səhiyyəsinə və ya ölkənin bütün səhiyyə sahəsinə aid olmasını hələki bilmirəm. İnternetdən Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə “nömrə müəyyən olunmadı” cavabını aldım. Demək belə, sürücülük vəsiqəmin 6 noyabr tarixində bitən müddəti uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazımdır. Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar bilmirəm. Həm də bu poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə içtimai nəqliyyatın da marşurutu azdır.Qısası, ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağrılıb. Nəsə, bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar.Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardır ki, keçdiyim müaniyələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb.Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər. Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq.Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı).Bu arayış ilə “Asan xidmətə” gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim.Lakin məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik.Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub.
Асабали Мустафаев
QEYD: Əsabəli bəy sadəcə müəyyən məbləğındən keçsə idi heç bu qədər əziyyət çəkməzdi!! Yəni bu günün həqiqəti budur...
 
Ardını oxu...
Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Məmmədovdan redaksiyamıza şikayət məktubları daxil olmaqda davam edir.

İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. İddia edilir ki, MMC rəhbəri özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparır.

Bu MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu yaxınlarda ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.

Əvvəlcə onu qeyd edək ki, bu bina muxtar respublika ərazisindəki mühüm tarixi abidələrdən biridir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev TNS-ə deyib ki, həmin bina 1840-cı ildə tikilib. Bu binada vaxtilə Çar Rusiyasının yerli orqanları, 1918-ci ildə isə Araz-Türk Cümhuriyyətinin parlamenti fəaliyyət göstərib.

Maraqlıdır ki, bu tarixi bina nəyə görə “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilib? Həmin təşkilat isə bu tarixi binanın interyerini öz istədiyi kimi dəyişdirib, yəni abidəyə xələl gətirib. Halbuki muxtar respublikada bu binada fəaliyyət göstərə biləcək, iş şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan onlarla elm, təhsil və mədəniyyət müəssisəsi vardır.

Sən demə, bu bina heç tarix və mədəniyyət abidəsi kimi qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinədən TNS-in soğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli sərəncamı ilə bu bina İqtisadiyyat Nazirliyinin sərəncamına verilib. Cari ilin sentyabr ayında “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyə müraciət edərək keçmiş Naxçıvanşünaslıq Mərkəzinin binasının onlara icarəyə verilməsinə köməklik göstərilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, qeyd olunan obyektin tarixi abidələr siyahısında olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Naçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, 778,5 kvadratmetr olan qeyri-yaşayış sahəsi bir il müddətinə həmin MMC-yə icarəyə verilib. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 59975,64 manat icarə haqqı ödəməlidir. Yəni, bu obyektin bir kvadratmetri həmin MMC-yə 6 manat 42 qəpiyə icarəyə verilib. İndiki dövrdə Naxçıvan şəhərinin mərkəzində icarəyə götürmək üçün bu qiymətə belə bir obyekt tapmağın mümkün olub olmadığını qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq.

Əldə etdiyimiz məlumata görə, İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC hələ icarə müqaviləsi bağlanmamışdan xeyli əvvəl, Naxçıvanşünaslıq Mərkəzi ləğv edildikdən sonra binada təmir işləri aparıb, orada fəaliyyətə başlayıb. Bütün bu faktlar İsmayıl Məmmədovun Naxçıvanda xüsusi səlahiyyətli şəxs olduğu iddialarını gücləndirir. Onun muxtar respublikada necə söz sahibinə çevrildiyi ilə bağlı tutarlı faktı yazının sonunda qeyd edəcəyik.

İndi isə keçək “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin muxtar respublikada tikintiləri dayandırması, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürməsi məsələsinə. Fakt odur ki, İsmayıl Məmmədov muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürür.

Bir neçə misal çəkək. Bu MMC-nin təklifi və təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan futbol stadionu sökülüb. Həmin obyektin tikintisinə sərf olunan yüz min manatlarla dövlət vəsaiti havaya uçub. Bu azmış kimi, İsmayıl Məmmədov universitetin tikilməkdə olan rektorluq binasının da sökdürülməsinə çalışır. Bu bina ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüsur aktı var. Amma bu, binanın sökülməsinə əsas vermir. Nöqsanlar aradan qaldırıla, binanın tikintisi başa çatdırıla bilər. Bu binanın tikintisinə 2 milyon manat vəsait xərclənib. Deməli, dövlətin 2 milyon manatını heç bir rəsmi səlahiyyəti olmayan şəxs küçəyə atmaq fikrindədir.

İsmayıl Məmmədov heç bir əsas, səbəb və səlahiyyəti olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintisi dayandırıb. Muxtar respublikanın bir səlahiyyətli şəxsinin də cəsarəti çatmır ki, bu adamdan soruşsun görək, axı bu kimdir? Muxtar respublikanın Ali Məclisi də, Nazirlər Kabineti də hələ ki susur.

Bəs Naxçıvanda bu MMC tərəfindən tikilmədə olan obyektlərin sökülməsi, tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının məlumatı varmı?

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov TNS-ə açıqlamasında deyib ki, onların bu Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə məlumatları yoxdur.

“Biz ancaq daxil olan layihələrə baxıb onların uyğunluğuna rəy veririk. Bizim funksional istiqamətimiz bundan ibarətdir. Tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”, – komitə sədri əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz sorğuya isə hələ cavab verilməyib.

Naxçıvanda hansısa qanunsuz tikinti aparılıbsa, yaxud hansısa obyektdə qüsur aşkar edilibsə, bu sahəyə cavabdeh dövlət orqanları var. Bu barədə qanuni tədbir görmək həmin dövlət orqanlarının səlahiyyətindədir. Yenə həmin suala qayıdırıq. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi hansı səlahiyyətlə dövlətin işinə qarışır? Bu MMC dövlət orqanlarının inşa etdiyi, yaxud inşa etdirdiyi obyektləri necə sökdürür? Naxçıvanda bu qədərmi dərəbəylik hökm sürür?

Əgər sahibkar İsmayıl Məmmədovun avtomobili Naxçıvan Ali Məclisinin düz qarşısında, heç kimin avtomobilini saxlamağa, hətta ordan keçməyə belə icazəsi olmayan bir yerdə saxlanılırsa, deməli, o, xüsusi səlahiyyətli şəxsdir. Qanunlarla idarə olunan Azərbaycanda belə qanunsuzluqlara heç vaxt göz yumulmayacaq.

Naxçıvanda özünü xüsusi imtiyazlı şəxs kimi aparan və ona bu şəraiti yaradanlara ölkə Prezidentinin sözlərini xatırladırıq: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.

Mövzunu davam etdirəcəyik. //TNS//
QEYD: Naxçıvanda deyəsən züsusi səlahiyyətlilər gün gündən artıq...

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti