Ardını oxu...
Azərbaycanda Ceyms Bond kimi gözəgörünməz, amma bir altdan, bir üstdən iş görən, şəbəkə quran, "bandası" ilə müxtəlif yarıgizli, yarıaşkar "əməliyyat"lar keçirən məmurlar var. Onlar uzun müddət komandanın başında dayanmaqla xərçəng kimi yayılan bir idarəetmə mexanizmi qururlar: öz adamlarını vəzifələrə təyin etmək, dost-tanış adına MMC qurub tenderlər vasitəsi ilə pul silmək, yaxın çevrəni postlara yerləşdirməklə biznes imkanlarını genişləndirmək... Bu xüsusiyyətləri Bakı şəhər Təhsil İdarəsinin Ümumi təhsil sektorunda rəhbər olmuş Fuad Babayevdə də görmək mümkündür. Amma onun erası ötən həftədən etibarən başa çatıb. Rubrika.Az-ın xəbərinə görə, sektor müdiri vəzifəsi ilə vidalaşıb. Belə ki, F.Babayevə "qara kağız" gəlib və işindən uzaqlaşdırılması haqda əmr verilib. Bu bəd xəbəri kabinetində alan F.Babayevin son dərəcə məyus olduğu, hətta əhvalının pisləşdiyi bildirilir. Onunla yanaşı oxşar vəziyyətə düşənlər arasında yaxın adamı Rəşad Alcanovun da adı keçir. Həmçinin, Bakının Yasamal rayonu, 60 saylı tam orta məktəbin direktor səlahiyyətlərini yerinə yetirən Tural Hətəmov əl-ayağa düşüb. Bu həyəcanın və qorxunun iki səbəbi var: əvvəla, onları vəzifələrə yerləşdirən
Fuad Babayev olmuşdu. Yəni indi onların karyera yüksəlişi, daha ciddi təyinat gözləməyə bilər. Deməli, Rəşad Alıcanovun da, Tural Hətəmovun da, eləcə də Fuad Babayevin ayrı-ayrı təhsil ocaqlarına direktor əvəzi və yaxud daimi əmirlə direktor təyin etdirdiyi adamlarının kitabı bağlandı. Ümumiyyətlə, Fuad Babayev elə bir qruplaşma yaratmışdı ki, onun miqyası geniş idi - məktəblərə direktor əvəzi təyinetmələr, yeyintilər, öz adamlarının əli ilə maliyyə maxinasiyaları... İndisə Babayev və dəstəsinə "davay, do svidaniya" dedilər. İndi bu komandanın, xüsusən də Babayev-Alcanov-
Hətəmov trisounun böyük təşviş içində olmasının ikinci səbəbinə gəlincə, bu da maliyyə təftişi ilə bağlıdır. Vəzifəsindən azad edilən keçmiş sektor müdiri Fuad Babayev və adamları qorxu içindədir ki,hüquq mühafizə orqanları tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində onların böyük mənimsəmələri, korrupsiya faktları aşkarlana bilər. Əgər hüquq-mühafizə orqanları bu təftişi həyata keçirsələr, ortalığa ciddi yeyinti halları çıxarsa, ilk növbədə Fuad Babayevə cinayət işi açılması istisna deyil. Ona görə də həm işindən olan, həm məktəblərə direktor əvəzi təyin etdiyi adamları xirtdəyə qədər özbaşınalıqların içərisində olan Babayev üçün çətin dönəmdir.
Onu da demək yerinə düşər ki, Fuad Babayev daha çox paytaxt məktəblərində “imtahan keçirərək” öz yaxınlarını rəhbər vəzifələrə gətirməklə məşğul idi. Təkcə onu qeyd etmək kifayətdir ki, xüsusi diqqətlə onlarla şəxslər F.Babayevin “imtahan”ından "yüksək bal" toplayaraq direktor təyin olunublar. Bu bal toplama necə baş verirsə, sonradan direktorlar “bal tutan barmağın yalayar” prinsipi ilə işləyirlər.
Məlumatlara görə, Fuad Babayev qəbul edilən islahat proqramlarını, qərarları çoxdan tarixin arxivinə göndərib. F.Babayev adı ictimaiyyətə hələ 95 saylı ümumtəhsil məktəbdən tanışdır. Belə ki, mediada gedən xəbərlərdə onun bu məktəbdə adı xoşagəlməz iddialarla hallanmışdı. Yəni heç də müsbət reputasiyası, imici olan bir təhsil məmuru kimi tanınmır. Hətta Fuad Babayev "makler" deyə təhsil ictimaiyyətində ad çıxarmış biri idi. Hətta deputat Etibar Əliyev də onu ittiham etmişdi və "makler" adlandırmışdı. Sitat: "Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər. İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, "Tərəqqi" medalı ilə təltif olunan, "İlin müəllimi" seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş şəxsi həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır".
Bəli, bu sözləri havadan götürməmişik, bir millət vəkilinin səsləndirdiyi fikirlərdir. Deputat görünür ki, Babayevin "makler" kimi əməllərinə yaxşı bələd olub. O deməkdir ki, Fuad Babayev haqda hər hansı müsbət fikir və məlumata rast gəlinmir. Xatırladırlq ki az öncə müstəqil jurnalist Nicat Mahmudov imzası ilə bu barədə müxtəlif xəbər sayıtlarında tənqidi yazılar dərc edilmişdir. Bundan əlavə, KİV-də rast gəlinən informasiyalarda deyilir ki, Babayev xüsusi maraqlar naminə qorunur və məhz bu səbəbdən də arxayınçılıqla öz bildiklərini edirmiş.
F.Babayevin əsas fiqurantlarından olduğu qruplaşma bir çox hallarda məqsədli şəkildə sabotajla məşğul olur, hətta təxribata belə əl atırlarmış. Bu qruplaşmada “bank və katalizator” rolunu rolunu oynayan F.Babayevin fəaliyyəti isə artıq bütün əndazələri aşmışdı. Odur ki, onu işindən çıxarıb bu sektordan uzaqlaşdırdılar. Hazırda isə Fuad Babayevin himayəsi ilə direktorluğa təyinat alan şəxslər təşfiş içindədirlər. Nə deyək, Babayev və dəstəsinin qəzası mübarək, təhsilimizin isə gözü aydın olsun!

Mənbə: "Rubrika.Az" Müəllif: Arif Astara
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ardını oxu...
Rayonda işsizlik, məmur özbaşınalığı və korrupsiya tüğyan edir.

Bu barədə Lerik sakinləri 7GÜN XƏBƏR-ə danışıblar.

Sosial problemlərin artdığı bir vaxtda icra başçısı Əkbər Abbasovun özünə avtomobil alması isə əhalini qəzəbləndirib. Belə ki, noyabrın 10-da Lerik Rayon İcra Hakimiyyətinin “Xidməti minik avtomobilinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

İcra hakimiyyəti ilə “Nurgün Motors” MMC arasında 57.800 AZN-lik müqavilə imzalanıb.

Əkbər Abbasovun bu addımı isə ciddi narazılıq yaradıb, çünki icra başçısı olduğu zamana heç bir vədinə əməl etməyib, əskində rayonda vəziyyət daha da pisləşib. O isə bunun fondunda özünün komfort həyat tərzinin qayğısına qalır və “Nissan X-Trail” alır.

“Heç bir iqtisadi inkişafı olmayan rayona dövlət tərəfindən verilən dotasiyanın kəsilməsi isə icra başçısının uğursuz fəaliyyəti ilə bağlıdır”, – deyir sakinlər.

Onların sözlərinə görə, Əkbər Abbasovun dövründə rayonda vəziyyət o həddə çatıb ki, kəndlərdən kütləvi köç başlayıb, demək olar ki, 10-dan yuxarı kəndin sakinləri tamamilə Bakı və ölkənin digər ərazilərinə köçüblər.

Bundan başqa, rayonda məmur özbaşınalığı da pik həddə çatıb.

Sakinlər deyirlər ki, rayonun bütün maliyyə idarəetməsi Hafiz İmanovun əlindədir.

Rövşən Bağırovun 14 illik icra başçısı olduğu müddətdə Rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışan İmanov rayon büdcəsini istədiyi kimi idarə edir. Əkbər Abbasovun isə İmanovlarla yaxınlığının səbəbi barədə dəfələrlə yazılıb.

Sakinlər deyirlər ki, Hafiz İmanovun qardaşı Heybət İmanov Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutduğundan Lerik rayonun icra başçısı Əkbər Abbasovdan sui-istifadə edir. Çünki Əkbər Abbasovun bir qardaşı Elvin Əkbərov da nazirlikdə müşavir işləyir.

Onun o vəzifəyə getməsində Heybət İmanovun rolu böyük olub.

Ona görə də Əkbər Abbasov qardaşına görə Hafiz İmanova belə böyük səlahiyyət tanıyıb.

Hazırda isə rayonda abadlıq işləri aparılır. Bütün maliyyə nəzarəti də İmanovdadır. Amma rayonda problemlər bununla bitmir, məsələn, tenderdə qalib gələn şirkətlər qalıb kənarda, abadlıq işlərində sosial işçiləri işlədirlər ki, ayrılmış vəsaiti yesinlər.


Mənbə: EDİTOR.AZ
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Bərdədəki məcburi köçkün şəhərciyində mənzillərə verilən su istifadəyə yararsız çıxıldığı deyilir.
Sakinlər iddia ediblər ki, Qarabağ su kanalından götürülən texniki su onlara içməli su kimi verilir.

Su kanalının natəmiz olması və ölmüş heyvanların oraya atılması bu sudan istifadəni təhlükəli edir. Bu kanalın suyundan 1400-dən çox ailə içməli su kimi istifadə edir.

Sakinlər bildiriblər ki, su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Bu səbəbdən insanlar digər ərazilərdən icməli su gətirirlər.

Onlar qeyd ediblər ki, 5 və 7 mərtəbəli binaların yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsi ilə verilir. 10 il öncə istifadəyə verilən şəhərciyin sakinlərinin sözlərinə görə, çoxmərtəbəli binalara verilən su içmək üçün yox, suvarma üçün yararlıdır.

Sakinlər üzləşdikləri problemlə bağlı dəfələrlə Bərdə Su və Kanalizasiya İdarəsinə və digər dövlət qurumlarına müraciət etdiklərini bildiriblər. Amma bu günə qədər sakinlərin müraciətinə müsbət cavab verilməyib.

Məsələ ilə bağlı Bərdə rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sakinlərin qaldırdıqları problem həqiqətə uyğun deyil:

"Qarabağ su kanalından götürülən su ən son avadanlıqlarla təchiz edilmiş xüsusi filtirlərdən keçərək təmizlənir. Sonra həmin su anbara yığılır. Anbarda suyun keyfiyyətini artırmaq üçün xüsusi maddələr vurulur. Bundan sonra əhaliyə içməli su verilir. Yəni məcburi köçkün şəhərciyinə verilən içməli suyun keyfiyyətinə hec bir problem yoxdur”.
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

 
 
 

Ardını oxu...
"`Oba`dan çərəz - balqabaq tumu aldım. Baxandan sonra qaytardım. Tarixi keçmişdi...

Sonra digər "Oba"da eyni mal - ancaq üzərində təzə tarix... aldım. Çox pis dadırdı və yedim...

Neçə gün xəstə yatdım.

Yavaş-yavaş zəhərləyir insanı... Öldürməsə də...

Qidaya haram qatanları yemək üzünə həsrət qalsınlar..."

Ardını oxu...

Müəllif: Sara Ağayeva - Mənbə: "Müştəriyəm Şikayətim Var"
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin ibtidai siniflərində şagirdlərə məcburi kitab satılır.

Bu barədə Arqument.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə, ibtidai siniflərə məcburi kitabların satılması Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin təşəbbüsüdür.

Məktəb direktorlarına kitabların satılması barədə göstərişindən Regional Təhsil İdarəsindən verildiyi deyilir.

"Azərbaycan dili" və "Riyaziyyat" test tapşırıqları kitablarının ibtidai siniflərə r 7.5 manatdan satılır.

Kitabların layihə rəhbəri "Körpü nəşriyyatı"nın sahibi Akif Şahbazovdur.

İlginc məqam isə kitabda texniki səhvlərin çox olmasıdır.

İlk səhifələrindən texniki səhvləri diqqət çəkən test kitablarının ibtidai siniflərin şagirdlərinə məcburi satılmasına səbəb layihə və nəşriyyat rəhbəri Akif Şahbazovun Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə dostluq münasibətlərinin olması göstərilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində 99 orta məktəb, 95 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.

O, 2022-ci ilin aprel ayında İdarəyə rəhbərlik edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: Arqument.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...


"Azerinfo. İnfo" xəbər saytına 1 və 11saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərindən daxil olan çoxsaylı məlumatlara əsasən, Meşələrin Inkişafı Xidməti hər 3 ildən bir meşə işçilərinin rəhbər vəzifəli şəxslərinin, guya bilik səviyyəsini yoxlamaq məqsədi ilə hər ilin oktyabr-noyabr ayları attestasiya imtahan keçirir

Keçirilən imtahanlar hər il olduğu kimi Xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılır.
Deməli, hər il attestasiyadan bir gün öncə həmin rəhbər vəzifəli şəxslər Masallı rayonuna gəlir və onlar üçün misli görülməmiş "ziyafət" məclisi təşkil olunur.
Yaxşıca yeyib-içirlər. Onlara tapşırılan işçilərin siyahısı, aldığımız məlumatlara görə, bir də "haqq-hesab"ı verilir. Onlar da atessasiya imtahanında rahatca onlara köməklik edirlər.

1 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin işçilərinin yalançı attestasiya imtahanı 2023-cü ilin 14 noyabrında keçirilməlidir.

Mənbənin bildirdiyinə görə, artıq həmin attestasiyadan kimlərin yaxşı nəticə əldə edəcəklərinin siyahısı hazırlanıb.

Biz də gedən prosesləri izləyib attestasiyanın yekun nəticələrini gözləyirik.
Sizə attestasiyanın nəticələri barədə geniş məlumat verəcəyik və həm də bu barədə redaksiyamız tərəfindən saxtakarlıq edən şəxslər barədə Baş Prokurorluğa sorğu də göndəriləcək.

P.S. Attestasiyanın nəticələri tək 1 və 11 saylı Regional Meşə Təsərrüfatlarında deyil, gidər Mərkəzlərdə də saxtalaşdırılır.
Bir sözlə bu yalançı attestasiya da nə məqsədilə keçirilməsi açıq-ydın bəllidir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Rayonda işsizlik, məmur özbaşınalığı və korrupsiya tüğyan edir.

Bu barədə Lerik sakinləri 7GÜN XƏBƏR-ə danışıblar.

Sosial problemlərin artdığı bir vaxtda icra başçısı Əkbər Abbasovun özünə avtomobil alması isə əhalini qəzəbləndirib. Belə ki, noyabrın 10-da Lerik Rayon İcra Hakimiyyətinin “Xidməti minik avtomobilinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

 

İcra hakimiyyəti ilə “Nurgün Motors” MMC arasında 57.800 AZN-lik müqavilə imzalanıb.

Əkbər Abbasovun bu addımı isə ciddi narazılıq yaradıb, çünki icra başçısı olduğu zamana heç bir vədinə əməl etməyib, əskində rayonda vəziyyət daha da pisləşib. O isə bunun fondunda özünün komfort həyat tərzinin qayğısına qalır və “Nissan X-Trail” alır.

“Heç bir iqtisadi inkişafı olmayan rayona dövlət tərəfindən verilən dotasiyanın kəsilməsi isə icra başçısının uğursuz fəaliyyəti ilə bağlıdır”, – deyir sakinlər.

Onların sözlərinə görə, Əkbər Abbasovun dövründə rayonda vəziyyət o həddə çatıb ki, kəndlərdən kütləvi köç başlayıb, demək olar ki, 10-dan yuxarı kəndin sakinləri tamamilə Bakı və ölkənin digər ərazilərinə köçüblər.

Bundan başqa, rayonda məmur özbaşınalığı da pik həddə çatıb.

Sakinlər deyirlər ki, rayonun bütün maliyyə idarəetməsi Hafiz İmanovun əlindədir.

Rövşən Bağırovun 14 illik icra başçısı olduğu müddətdə Rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışan İmanov rayon büdcəsini istədiyi kimi idarə edir. Əkbər Abbasovun isə İmanovlarla yaxınlığının səbəbi barədə dəfələrlə yazılıb.

Sakinlər deyirlər ki, Hafiz İmanovun qardaşı Heybət İmanov Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutduğundan Lerik rayonun icra başçısı Əkbər Abbasovdan sui-istifadə edir. Çünki Əkbər Abbasovun bir qardaşı Elvin Əkbərov da nazirlikdə müşavir işləyir.

Onun o vəzifəyə getməsində Heybət İmanovun rolu böyük olub.

Ona görə də Əkbər Abbasov qardaşına görə Hafiz İmanova belə böyük səlahiyyət tanıyıb.

Hazırda isə rayonda abadlıq işləri aparılır. Bütün maliyyə nəzarəti də İmanovdadır. Amma rayonda problemlər bununla bitmir, məsələn, tenderdə qalib gələn şirkətlər qalıb kənarda, abadlıq işlərində sosial işçiləri işlədirlər ki, ayrılmış vəsaiti yesinlər.

Qarşı tərəf mövqe bildirə bilər.

Ardını oxu...
DogruXeber.az: - Qazaxda Qida Təhlükəsizliyi Agentliyi yerli sahibkarlara divan tutmaqdadır.

Bu barədə sosisal şəbəkələrdə məlumat paylaşılıb.

Xəbərdə deyilir ki, AQTA-nın yerli işçilərinin əlindən daha çox boğaza yığılanlar isə Qazaxda qəssablıq fəaliyyəti ilə məşğul olanlardır.

Məlumatda həmçinin qeyd olunur:

Qazaxın Hüseynbəyli kəndindən Kamal adlı bir nəfər var, AQTA-nın yerli idarəsində işləyir.

İnanın, ətsatanlara qənim kəsilib. Ya pul, ya da ət qopartmasa, qəssabxanadan əl çəkmir. Bu da Kamalın "amalı"..."//dia.az
Ardını oxu...
68 yaşlı Hüseynqulu Bağırov 17 il Azərbaycanın ekologiya və təbii sərvətlər naziri olub. Onun adı vəzifədən gedəndən iki il sonra, 2020-ci ildə nazirlikdəki yarım milyonluq mənimsəmədə çəkilib.

“Nazir Hüseynqulu Bağırovun saxta maaş kartlarından xəbəri vardı. Hər ay kartlardan çıxarılan pulların 10 min manatı şəxsən nazirə çatırdı”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş baş mühasibi qurumda qeydə alınmış 451 min manatlıq yeyinti ilə bağlı məhkəmə prosesində bildirib.

Daha ətraflı aşağıdakı videoda:

Mənbə: Abzas.org
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Azərbaycan günü-gündən inkişaf edir, türistlər ölkəmizə istirahət üçün sıx-sıx üz tuturlar. Xarici ölkə vətəndaşları ölkəmizə qonaq gələrkən neqativ halların şahidi olmamaları üçün, avropa ölkələrindən geri qalmamaqdan ötrü paytaxt Bakı şəhərinin abadlaşdırılması üçün milyonlarla vəsaitlər ayrılır. Amma Təəssüflər olsun ki, ölkə rəhbərliyinin gördüyü bu işlərə kölgə salan, natəmiz obyektlər və hotel adı ilə əxlaqsızlıq yuvaları işlədən sahibkarlar və onları öz vəzifələrindən su-istfadə edərək himayə edən məmurlarda var.
Təəssüflər olsun ki, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir. Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir.
Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, daha bir əxlaqsızlıq yuvası Şəki şəhərində aşkar edilmişdur. Belə ki, bu əxlaqsızlıq yuvasını Diliş ləqəbi ilə tanınmış Cəfərova Dilarə xanım işlədir. Ən iyrənc tərəfi isə bu şəxs öz evini əxlaqsızlıq yuvasına çevirmişdir. Evində azyaşlı qızının böyüməsinə baxmayaraq bu gün bu qadın öz evini bu cür bir məsələ üçün istifadə edir.
Şəki şəhərində Diliş ləqəbi ilə tanınmış Dilarə Cəfərovanın günü-gündən inkişaf edən əxlaqsızlıq biznesinə havadarlıq edənlər kimlərdir?
Ardını oxu...
Əli hər bir şeydən üzülmüş Diliş ləqəbi ilə tanınmış Cəfərova Dilarə artıq jurnalistləri belə şərləməyə başlamışdır. Həmin jurnalistlərdən biri də Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru Arzu Orucovdur. Redaksiya olaraq əlimizdə olan səs yazıları hər biri əyani sübutdur. Dilarə xanım özü məsələ ilə bağlı olaraq bildirmişdir ki, Azər müəllim Şəki şəhər Polis Şöbəsinin rəisi olduğu zamanlarda oranın müəyyən əməkdaşları ilə pul müqaviləsi bağlamışdım. Hər ay pulumu verirdim, onlarda mənə və biznesimə havadarlıq edirdilər.
Qeyd etmək istəyirik ki, Şəki Şəhər Polis şöbəsinin rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində sözügedən Diliş ləqəbi ilə tanınmış Cəfərova Dilarə xanım barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Və Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (İnsan alveri) iş Şəki şəhər məhkəməsinə göndərilmiçdir. Ümid edirik ki, Şəki şəhər Məhkəməsinin hakimi Dilarə barəsində düzgün qərar qəbul edəcək.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür əxlaqsızlıq yuvalarının qarşısı alınmalı, bu işlə məşğul olanlar və onların havadarları barəsində ciddi tədbir görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru

Arzu Orucov

Şəkidəki əxalaqsız yuvası ilə baģlı DÌN-DƏN AÇIQLAMA

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki rayon sakini Dilarə Nəcəfova barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Qadının polis əməkdaşları barəsində səsləndirdiyi iddialar əsassızdır. Belə ki, onun analoji əməlləri ilə bağlı əvvəllər də qanunamüvafiq tədbirlər görülüb.
 
 
 

Dünyapress TV

Xəbər lenti