Ardını oxu...
Yeni Suraxanı sakini Qəzənfərova Nərmin Rəhim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimindəm şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən, Qəzənfərova Nərmin Rəhim qızı, yazaraq bildirirəm ki, 31.08.2022-ci il tarixində Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70ç maddəsi ilə kargüzarlıq şöbəsindən işdən çıxarılmışam. Bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etmişəm. Hələ ki, haqq-ədaləti bərpa edə bilməmişəm.

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Maliyyə nazirinə etdiyim şikayətlərimə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən baxılmışdır. Mənə göndərilən məktubda bildirilir:

“Nərmin Qəzənfərovaya müraciətinin əmək fəaliyyətinə aid hissəsi fərdi əmək mübahisəsinin predmeti olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilir”. Bu barədə 25.10.2023-cü il tarixində mənə (Nərmin Qəzənfərovaya) ünvanlanmış məktubda qeyd edilir. Yəni açıq şəkildə bildirilir ki, Nərmin Qəzənfərovanı (məni)TƏBİB rəhbərliyi deyil, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov işdən çıxarıb, istəyirsə, onun qərarından məhkəməyə müraciət edə bilər.

Həmçinin, bildirilib ki, tərəfimdən korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir.

Mənə ünvanlanmış məktubdan sonra əmək kitabçamda qısa müddətdə verilən əmrlərin uyğunsuzluq təşkil etdiyini əsas kimi götürüb, hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişəm. Çünkü operatp işimdən kərgüzarlıq işinə adladıldım. Kərgüzarlıq işimdə işlədiyim müddətdə məlum oldu ki, məndən xəbərsiz Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni xadimə işinə rəsmiləşdirib. Bundan məvacibimi alanda xəbər tutdum. Baxdım ki, aldığım məvacib kərgüzarlıq işimdəki məvacibdən artıqdır. Şübhələndim, elektron sistemə girib baxanda gördüm ki, xidmətçi kimi rəsmiyyətdəyəm. Şikayət edəcəyimi bildirdim. Tez məni öz işimə qaytardı. Elə həmin ay da Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni şərləyərək 70ç maddəsi ilə işdən çıxardı. Bu, 1 ayın içində baş verdi. Guya mən işə gəlmirəm, gecikirəm. İşə gəlmirdimsə, gecikirdimsə niyə mən operator işləyəndə çıxarılmadım?! Və yaxud kərgüzar işinə başlayana işə gecikmədim? Sadəcə deyə bilmir ki, Nərmin Qəzənfərovanın yerini 2 dəfə "satdım". Operator və kərgüzarlıq işlərini.

Mənə dedi ki, səni xadimə kimi rəsmiyyətə salmışam. Bunu qəbul elə, amma işləməyəcəksən. Xadimə məvacibini alarsan, iş bununla bitsin. Qəbul etmədim. Sonra şərlənib işdən çıxarıldım. 1 ayın içində əvvəl xadimə, sonra kərgüzar işləri əmr kitabımda var. Həmçinin, həmin ayda işdən çıxarılmağım. Nə oldu, hər şey bir ayda baş verdi? Xəbərdarlıqsız, sonra töhmətsiz, şiddətli töhmətsiz adam çıxardırlar işdən?

İndi TƏBİB rəsmisi məktubunda qeyd edir ki, "korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir". Məgər 1 ayın içində əmək kitabçasında verdiyi əmrlər, qanun pozuntusu deyil ki, bunlar sənəd fakt axtarışına çıxıblar?!”

Məsələ ilə bağlı Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, hər dəfə həkimin məşğul olduğu bildirildi.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
 
 
Ardını oxu...
Redakdiyamıza bir qrup 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 15.11.2023-cü il tarixdə Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada iştirak etmiş işçiləri tərəfindən müraciət olunub. Müraciətdə deyilir:

"Biz uzun illərin təcrübəli meşəçiləriyik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb, bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup "mafioz"un əlində oyun-oyuncağa çevirilib.

Attestasiya imtahanına ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur.
Görünür, burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə, hələ bu azmış kimi, rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə "kimin keçəcəyinin" siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olur ki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox.

Bu həqiqətəndə biabırçılıqdır..."
Mənbə: Nyus.Az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun ölümdə şübhəli şəxslərin qeyri-qanuni pul köçürmələri ilə bağlı ayrıca icraata götürülmüş cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılır. İşlə bağlı məhkəmə sədri Kamran Süleymanov mərhumun atası DrZaman Bagirovu qəbul edib. Məhkəmə sədri zərərçəkmişə bildirib ki,Müşfiq Bagırovun ölümünə səbəb olmuş və hazırda sədrlik etdiyi məhkəmədə baxılan cinayət işini istintaqa qaytarmaq səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bunu yalnız Baş Prokurorlugun Dövlət ittiham idarəsinin məhkəmədə iştirak edən nümayəndəsi Samir adlı şəxs edə bilər.
Z.Bağırov deyir ki, məhkəmə kifayət qədər nöqsanları görürsə, nədən və hansı maraglara görə məsuliyyəti üzərindən atır?
Mərhumun atası iddia edir ki, qeyri-rəsmi pul köçürmələri istintaq tərəfindən düzgün hesablanmayıb, məbləğ azaldılıb. Ümumi məbləğ 10 milyon manatdan yuxarı olduğu halda, istintaq məhkəməyə yalnız 4 milyonluq dövriyyədən əldə olunmuş 48 min manatı qazanc kimi dəyərləndirərək günahkarları ağır cəzadan yayındırmağa çalışıblar. Cinayətdə təqsirləndirilən Aqşin Abdullayev istintaqa ifadəsində ümumi dövriyyədən 200 min manatdan çox qazanc əldə etdiyini etiraf edib. Bura digər təqsirləndirilən İ.Teymurovun ifadəsinidə aid etmək olar.
Z.Bağırov qeyd etdiyi nöqsanların yenidən araşdırılması və cinayətkarların layiqli cəzalandırılması üçün işin yenidən istintaqa qaytarılmasını tələb edir.
Zərərçəkmiş deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir dövlət qurumu reaksiya vermir. Z.Bağırov hesab edir ki, oğlu M.Bağırov özünün də içərisində olduğu şəbəkənin təzyiq və təhdidlərinin qurbanı olub.
“Baş prokuror Kamran Əliyev məni qəbul edən zaman işi şəxsi nəzarətinə götürdüyünü və milyonlardan söhbət getdiyini demişdi. Amma nədənsə, onun müstəntiqi işin sonunda məbləği kəskin azaldaraq günahkarları cəzadan azad etdi. Görünən odur ki, oğlum Müşfiqin qanı batırıldı”-deyə Z.Bağırov bildirib.

Müəllif: Anar Məmmədov - Mənbə: Criminal.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
Bir neçə gün bundan öncə "Azərbaycan Reallığı"-na müraciət edən Zəngilan - Qubadlı istiqamətində gedən döyüşlərin iştirakçısı, Qarabağ veteranı Ümid Kərimlinin "Vimay Klinikasında" Lor estetik cərrah həkimi Şəhla Həsənova tərəfindən uğursuz əməliyyat olunması haqqında məlumat vermişdik.

Qarabağ veteranının şikayətindən sonra sözügedən klinika Abşeron rayon keçmiş icra başçısı adı dəfələrlə korrupsiya əməllərində və adı müxtəlif qalmaqallarda hallanan İradə Gülməmmədovaya məxsus olduğu kimi iddialarda irəli sürüldü amma bu günə kimi sözügedən problem həlini tapmır. Adiyyəti qurumlar nədənsə özünü görməməzliyə vurub susurlar.

Əlacsız qalan 44 günlük "Vətən müharibəsi"nin iştirakçısı Ümid Kərimli ölkənin baş prokuroru cənab Kamran Əliyevə açıq muraciət edərək ondan köməklik istəyib.

"Azərbaycan Reallığı" olaraq sözü gedən müraciəti təqdim edir:

Cənab baş prakuror

Mən Vətən müharibəsi Veteranı Kərimli Ümid Cahid oğlu burnumun çəpər əyriliyi, nəfəs ala bilməmək problemi və burnumun çöl tərəfdən əyriliyi problemləri var idi. 2023 cü ilin iyul ayında tiktok sosial şəbəkəsində lor dr Şəhla Həsənovanın paylaşdığı videoları gördüm və əlaqə nömrəsinə zəng etdim.

Mənimlə Əli adında olan köməkçisi telefonla danışdı və mən burnumda olan problemləri ona dedim və ona bildirdim ki, mən artıq 2 dəfə çəpər əyriliyi əməliyyatı olmuşam amma uğursuz alınıb o mənə cavab olaraq bildirdi ki, bizim həkimimiz ideal bir həkimdi heç bir əməliyyatında problem ola bilməz, əyər bizdə əməliyyat olsanız nəfəs almamaq probleminiz və burnunuzun əyriliyi problemi olmayacaq.

Mən Həkimnən görüşmək üçün klinikaya dəvət olundum. Həkimlə söhbətimdə yenə burnumda olan problemləri dedim, və onu bildirdim ki, mən burnumdan 2 dəfə uğursuz çəpər əyriliyi əməliyyatı keçirmişəm siz mənim nəfəs almaq problemimi və burnumda olan əyriliyi aradan qaldıra biləcəksinizmi?

Oda cavab olaraq bildirdi ki, Bəli mən bunu bacaracam. Daha sonra mənə dedi ki, əməliyyatdan çıxanda artıq siz nəfəs ala biləcəksiniz. 2800 AZN əməliyyatın qiymətin dedi mənə amma mən Müharibə Veteranı olduğum üçün 1550 manat aldılar.

Əməliyyat üçün aldıqları pulun qəbizin və əməliyyat olunmağımla bağlı heç bir sənəd vermədilər mənə. Mən qəbiz soruşduqda isə mənə qəbz nəyə lazımdır deyə cavab verdilər.

Əməmliyyatımdan 4 ay keçməyinə baxmayaq hal hazırda nəfəs ala bilmirəm və bu mənim səhhətimdə ciddi narahatçılıq yaradır. Gecələr yuxusuzluq, təngənəfəslik, baş ağrıları, halsızlıq və s. kimi şikayətlərim var. Bu şikayətləri həkimə bildirdikdə isə mənə çox gülünc cavab verib deyir ki, ən azı 1-2 il gözləməlisən nəfəs almaq üçün.

Mən bu cavaba inanmayıb başqa lor həkimlərinin qəbuluna getdim və bir çox həkim mənə əməliyyatımın uğursuz olunduğunu dediler. Cənab baş prakuror Sizdən bir Vətən müharibəsi Veteranı kimi xahiş edirəm ki, mənim işimə ciddi şəkildə baxılması üçün göstərişlər verəsniz

Hörmətlə: Qarabağ vetranı Ümüd Kərimli

Əlaqə nömrəm (050) 4258916

Email: kerimli.umid20@gmail.com

Əməliyyat olunduğum klinika: Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küç. 12A ünvanında yerləşən. Vimay klinikası.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 

Ardını oxu...
 

Hacıqabulun Kolanı kənd orta məktəbinin direktoru Arifə Əliyevanın səs yazısı yayılıb. Səs yazısındakı şəxs məktəbliləri "Bura meymunluğa gəlmisiniz", "Qoyun sürüsü" və s. kimi ifadələrlə təhqir edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, direktorun dediklərindən aydın olur ki, rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam yoxdur. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırlar. Səs yazısı ötən tədris ilində 9-cu siniflər arasında keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra yayılıb. Həmin vaxt şagirdlər zəif nəticə göstərdikləri üçün direktor Arifə Əliyeva əsəblərini cilovlaya bilməyərək onları danlayıb və həmin səs yazısı məktəbdə işləyən bir müəllim tərəfindən qərəzli şəkildə yayılıb. Qurumun mövqeyindən belə aydın olur ki, problem direktorun şagirdlərlə hansı formada ünsiyyət qurmasında yox, səs yazısının yayılmasındadır. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sözügedən məsələ araşdırılır.

Milli.Az


 

 

Ardını oxu...
Belə ki, 2007-ci ildən bu yana jurnalımız təhsil və təhsildə baş verən dəyişikliklər, islahatlarla bağlı şagirdlərlə söhbətlər aparmış, təhsilin bir ölkənin, dövlətin gələcəyi üçün nə qədər önəmli yer tutduğunu dəfələrlə vurğulamışdır. Bütün bu söhbətlər sadəcə bir bölgədə yox, Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə, ölkənin bütün rayonlarında aparılıb. Vüsal Zeynalov  məktəblilərlə hər dəfə görüşəndə vətənpərvərlik mövzusunda xüsusi danışıqlar aparan  elə bu gün də həmin formada, hətta daha da inkişaf etmiş şəkildə fəaliyyətini davam etdirir.  15 ildir fəaliyyətdə olan “Çağdaş Təhsil” və təsisçisi Vüsal Zeynalov həmişə olduğu kimi bu gün də bütün şəhid övladlarına, fiziki qüsurlu və eyni zamanda əqli cəhətdən zəif olan şagirdlərə və həm də müharibədə iştirak etmiş I qrup əlil övladlarına təmənnasız şəkildə xidmət göstərir. Və həmişə də bu şəkildə xidmət göstərəcək.  Xidmətlər dedikdə isə onlayn hazırlıq kursları, uşaqlara motivasiya vermək məqsədilə dərc edilən, redaksiya ilə eyni adı daşıyan “Çağdaş Təhsil” jurnalı, qəzet və kitablar və təhsil saytımızda qabaqcıl şagirdləri paylaşaraq hər kəsə tanıtmaq

Ardını oxu...
Azərbaycan əsas strateji problemlərindən biri qonşu ölkələrlə sərhəddə yerləşən rayonların sözün həqiqi mənasında tənəzzülə uğramasıdır. Əslində sərhəd rayonlarımız daha çox inkişaf etdirilməli və əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəldilməli idi ki, qonşu ölkələrin ərazilərimizə hər hansı bir şəkildə müdaxilə imkanları olmasın.
Məsələn, Yardımlı rayonu...
Faktiki olaraq, Yardımlı rayonu məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Əhali arasında narkomaniya faciəvi şəkildə yayılıb, narkotik dövriyyəsi pik həddə çatıb. Elə İranın istədiyi də məhz bu idi. Kəndlər narkomanların və narkotik alverçilərinin kompakt yaşadığı ərazilərə çevrilib. Hökumət bunun nə demək olduğunu başa düşürmü?
İran narkotik maddələr vasitəsilə rayonu özündən asılı vəziyyətə salıb və yüzlərlə ailə narkotik ticarətinə girişib. Sabah elə bir durum yaranacaq ki, bu insanları narkomanlıqda, casusluqda, cinayətkarlıqda ittiham edəcəksiniz.
Rayonda işsizlik, səfalət baş alıb gedir, yol-infrastruktur bərbad durumdadır, rayona gedən yolda kilometrlərlə davam edən döngələrdə axşam vaxtı bir dənə də olsun işıq quraşdırılmayıb. Bu günə qədər rayona ayrılan pullar hara xərclənib? Ümumiyyətlə, Yardımlı rayonunun Azərbaycana mənsub olduğu yada düşürmü? Xeyli sayda kəndlər boşalıb, insanlar paytaxta üz tutublar.
Azərbaycan hökuməti həmişə Yardımlı rayonuna və əhalisinə qarşı ögey münasibət göstərib. Bu, Bakıda da belədir, əslən Yardımlıdan olan şəxslər önə çəkilmir, onlar süni üsullarla bloklanır. Görəsən, niyə?! Qanımız, zatımız təmiz türkdür, ona görə? Biz bu hökumətə nə etmişik?
Yaltaqlarımıza medal, mandat, vəzifə verib başa keçiriblər, ləyaqətli insanlarımız isə yoxsulluq içində məhv olur.
Biz yüzlərlə şəhid vermişik, bizim heç bir əsgərimiz qaçanda arxadan güllələnərək daha sonra şəhid adı almayıb, biz əsir düşməmək üçün qumbaranı qarnımıza bağlayıb özümüzü də, düşmənləri də məhv etmişik. Mən ayrıseçkilik etmirəm, amma bu ölkənin siyasətinə, elminə, mətbuatına, dövlətin qorunmasına heç kəs bizim qədər fədakarlıqla xidmət etməyib. Sizin kimi ata-ana, arvad, əmi-dayı hesabına inkişaf etməmişik, eşşək belində, dağ döşündə, mal-qara dalında kitab oxumuşuq. Yerlipərəstlik, qohumbazlıq hələ də xərçəng şişi kimi ölkəni ağuşuna alıb. Bircə dəfə Yarımlıya ayaq basın, görün belə rayon olar?! Hər gün bir rayona pul ayrılır, zavod-fabrik açılır, yol çəkilir, tədbirlər keçirilir, bəs, ay qardaş, Yardımlı bu ölkəyə aid deyil? Bu rayona qarşı düşmənçiliyinizin kökündə nə dayanır, mən bilirəm...
Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
Ardını oxu...
Yasamal DYP-də “doğuş”dan sonrakı “barmaq” əməliyatı
By aktualxeber -16 Noyabr 2023 16:440467
Yasamal DYP-də “doğuş”dan sonrakı “barmaq” əməliyatı
Aktualxeber.az-ın dəyərli oxucuları! Hazırlaşın, yarıgülməli, yarıağlamalı bir yazı təqdim edirik.
Deməli, 14 noyabr tarixdə saat 20:59-da saytımızda “Yasamal DYP-nin “doğuş” otağında nələr olur?” sərlövhəli yazı yayımlanandan sonra çox maraqlı bir hadisə baş vermişdir. Yazı oxucuların diqqətini cəlb etdiyindən çoxlu şərhlər almışıq. Şərhlər barədə bir qədər sonra.
Məsələnin ciddi rezonans doğurduğunu və ictimai təpkinin güclü olduğunu görən Yasamal DYP-nin, bəlkə də Respublika BYDP-nin rəhbərliyi necə təpinibsə DYP əməkdaşları 15 noyabr 2023-cü il tarixdə 13 noyabr 2023-cü il tarixə cərimə qəbzi hazırlamağa “müvəffəq” olmuşlar. Anlaşılan bu ki, 13 noyabr 2023-cü il tarixdə, saat 10:52-də Yasamal DYP-də 283 bort nömrəli YPX ekipajının komandiri Nurlan adlı cənabın böyük qəhrəmanlığı sayəsində 99BB453 dövlət nömrə nişanlı, “Ford Transit” markalı yük avtomobilin sürücüsü Məsimov Nemət Əkbər oğlu İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinin tələbləri pozulduğuna görə 150 manat cərimə edilmiş, 15 noyabr 2023-cü il tarixdə saat 15:40-da (!) bu barədə sürücüyə SMS göndərilmiş və 15:44-də(!) 135 manat cərimə ödənilmişdir.
Bax burda bir “bərəkallah” deyib davam edək.
Vətəndaşın və polisin operativliyinə heyran qalmamaq olmur. Belə ki, 2 gün əvvələ protokol tərtib etməkdə xüsusi məharə göstərən Yasmal DYP əməkdaşlarının elktron xidmətə “barmaq eləmə” əməliyyatından kövrələn, kövrəldikcə vətənpərvər duyğuları coşub-daşan Nemət bəy də dərhal-yəni 4 dəq sonra “cəriməni ödəyərək” vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişdir.
Təsadüfən redaksiyamıza təşrif buyuran hörmətli şairimiz Mirzə Qədim bu qarşılıqlı vətənpərvərlikdən gözləri yaşarınca gülərək dedi:
– Yadıma Molla Nəsrəddinin bir əhvalatı düşdü. Mollanın bir az pulu olur, harada saxlamağa qərar verə bilmir. Çox fikirləşdikdən sonra pulu dəsmala bükür və hündür bir ağacın yuxarı budağındakı quş yuvasında gizlədir. Lotular da bunu izləyirmiş sən demə. Molla gedən kimi dərmaşıb pulu götürür, yerinə də təzək qoyurlar. Bir neçə gündən sonra Mollaya pul lazım olur. Ağaca dırmaçıb pulu götürmək istəyəndə təzəyi görüb deyir:
– Pah atonnan, mən deyirdim bura adam çıxa bilməz, sən demə lap dana da çıxırmış.
Sonra da əlavə etdi ki, ay qardaş, mən elə bilirdim bu elektron xidmətə “barmaq” eləmək olmaz, sən demə Yasamal DYP-də barmaq da edirlər, hələ o yana da keçirlər. Amma mənə qaranlıq qalan bir şey var axı…
Hamı diqqətlə Mirzə Qədimə baxdı. O da saqqalını tumarlayaraq:
-Ayə, yaxşı, bu DYP cəriməni əvvəlcə nağd alıb sonra ödəyir, onu anladım. Axı bu qəbzə görə Nemət bəy 135 manat ödəyib, Rüfət isə ondan 150 manat alıb. Ortada 15 manat qalıb. Bax, o 15 manat kimə çatıb? And olsun Elza Seyidcahanın dalındakı yox, qabağındakı əlinin bərəkətinə ki, əgər Yasamal DYP-nin rəisi çox hörmətli Məmməd Əliyev müəllim o 15 manatın kimdə olduğunu müəyyənləşdirib sahibinə qaytarmasa bu dəfə işə şəxsən müdaxilə edib hörmətli general Ramiz müəllimə bir poetik, romantik, bir az da dramatik bir şeir yazıb göndərəcəm.
Bir sözlə, bu ressor məsləsi əməll başlıca gündəm olub. Saytımızın Tik-tok səhifəsində oxucuların rəylərinə diqqət yetirdikdə bu sahədə 283 bort nişanlı YPX-nin xidmətlərinin çox yüksək olduöunu, xüsusən o ekipajdakı Nemət adlı şəxsin canfəşanlığını duymamaq olmur.
Burda da Nemət qardaşımıza bir “əhsən” deyib keçək digər rəylərə.
Tik-tokda rəy yazan izləyicilərdən:
“ Xari_Bülbül:eyni prosedur mənim mülkiyyətimdə olan nəqliyyat vasitəsindədə rast gəlinib 3 resora göre üç dəfə qayı saxlayıb eyni günde heresine 20 manat verib.
MMM: Hələ binəqədi dyp də 8 ci otaqda nələr baş verir?
Lion: 283 nomreli YPX mashininda Nurlan adli bir mexlug var, o butun YPX ishcilerinin adina leke getirenlerden en boyuyukdur.
Yasamalski@ofıcaal: 9 simvalikdi bu gunde meni caqirdilar nerimanova 9 otaqa Emil 650 m menim dostumu keser elediler.Gosterdiyiniz xidmete gore cox saq olun eziz DYP h.ri
Namiq 359: məndə VAZ 21 04 markali avtomobildi yük baqajina görə məni Xəzər ray dyp si apardı strafnoya dedi ki filan otağa mənən 100 man Aldi dedi get kef elə” və.s. və ilaxır.
Əziz oxuyucular, izləyicilərimizin rəylərinin nöqtə vergüülünə toxunmadan təqdim edirik. Nədən ki, biz Yasamal DYP əməkdaşları kimi hər şeyə barmaq eləmirik.
Bu rəyləri oxuduqdan sonar Mirzə Qədim başını qaşıya-qaşıya buxara papağını gözünün üstünə endirib getdi şeirini yazmağa. Inşallah, şeir hazır olan kimi sizlərə təqdim edəcəyik.
P.S. Yasamal DYP-nin rəisi Məmməd Əliyevdən xahişimiz budur ki, Mirzə Qədimin sualına aydınlıq gətirsin. Yoxsa şairin kövrək qəlbi ondan inciyər, özü də pis inciyər.
Ardını oxu...Ardını oxu...
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
 
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə kənd rayonlarında məktəb binalarının acınacaqlı, bir çox hallarda qəzalı vəziyyətini təsvir edən şəkillər paylaşılır. Bu kontekstdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi `nin ölkə ərazisindəki bir sıra təhsil müəssisələrində, o cümlədən onların qazanxanalarında, kommunal və kommunikasiya xətlərində cari və əsaslı təmir işlərinə dair son iki ildə elektron satınalma portalı vasitəsilə açıqlanan məlumatları diqqət çəkməyə bilməz. Nazirliyin müqaviq qurumunun təşkil etdiyi bu tenderləin elanlarında görüləcək işlər tam təfsilatı ilə təqdim edilsə də, nə sirdirsə, əksər hallarda həmin işlərin harada, yəni hansı rayonda və hansı kəndindəki məkbətə şamil olduğu ictimaiyyətdən gizli saxlanılır. Bu, lap mollanın arvadlarına bir-birindən xəbərsi göy muncuq verməsi lətifəsini xatırladır: bir rayonda, bir kənddə elə güman edirlər ki, bu il nazirlik onları yox, başqa kəndin məktəbini təmir etdirir. Nəticədə isə məktəbin təmir olunub-olunmaması qalır nazirliyin insafına/tamahına: İş ya görüləcək, ya da saxta bir Forma-2 tərtib olunub bağlanacaq. Bu cür yarıqapalı müqavilələrə ayrılan vəsait isə heç də az deyil: 59,9 milyon manat.
Aşağıda bu ilin yayından başlayaraq ETN-nin məktəblərin təmirinə dair https://etender.gov.az/main/contracts-concluded portalında yerləşdirilmiş müqavilələrin qısa xülasəsini təqdim edirəm. Görün, öz kəndinizin məktəbini tapa bilirsinizmi?
P.S. Güman edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələdə şəffaflığın qanuna uyğun təmin olunmasına əncam çəkəcək.
Hafiz Babalı
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Diqqət! “Azza” da keyfiyyətsiz məhsullar satılır
Vətəndaş Pərviz Məmmədov aktualxeber.az-a mürciət edərək başına gələnləri, Mehdiabad qəsəbəsindəki “AZZA” mağazasından aldığı məhsulun keyfiyyətsiz və yararsız olmasına baxmayaraq mağazanın satdığı məhsulu geri qaytarmaqdan imtina etdiyini bildirmişdir.
Pərviz bəyin dediyinə görə 3-4 gün bundan öncə adı çəkilən mağazadan Pribaltika ölkələrindən birinin istehaslı olan paştet aldığını, bu gün isə ondan istifadə etdikdə tam yararsız və keyfiyyətsiz olduğunu görmüşdür.
Baxış zamanı müəyyən edilmişdir ki, bankanın bəzi yerlərində göy ləklər var və qapaq şişmişdir. Mağaza işçiləri bu ərzaq məhsulu ilə bağlı belə halların çox olduğunu, buna baxayaraq, geri götürməyəcəklərini bildirmişlər. Vəziyyətin belə olduğunu görən Pərviz Məmmədov məsələyə aydınlıq gətirmək üçün AQTA-ya müraciət etməyə məcbur olmuşdur.
Biz də hələlik AQTA-nın cavabını gözləyək. Yəqin ki, adıçıkilən qurum belə məhsulların satışına görə müəyyən tədbir görəcəkdir.
Qeyd edək ki, Pərviz Məmmədov ixtisasca həkimdir və kifaəyt qədər ciddi olmayan məsələ barəsində belə həyəcan təbiıli çalmaz. Sadəcə “AZZA”mağazalar şəbəkəsinin rəhbərliyinin belə məsuliyyətsiz davranışı, üstəlik də işçilərin yararsız məhsulu geri qaytarmaqdan imtina etməsi təəccüblüdür.
Hər halda biz redaksiya olaraq vətəndaşlara ehtiyatlı olmağı, “AZZA”dan belə məhsullar alarkən diqqət yetirməyi tövsiyə edirik.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti