Ardını oxu...
Niyə Təcili Yardım maşınlarında ünvana çatan zaman poterlər (sanitarlar) olmur? Biz adətən TƏBİB-in təcili yardım maşınlarının 2 ən yaxşı halda 3, ( bir sürücü, bir həkim və bir tibb bacısı) olduğunu görürük? Əslində isə onlar 4 nəfər olmalıdır. Bakı şəhəri üzrə 1200 porter ştatı üzrə yalnız 300 nəfər işə çıxır. Qalanları isə "ölü canlardır". Həmin ölü canların aylıq əmək haqqı isə 925 manatdır. Kartlar kimdədir?
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” , Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının rəisi Yaqub Məmmədovun bağ evinin darvazasının quraşdırılma barkotu 49 min manatdır. Amma Təcili Yardım maşınlarının sürücüləri 44 günlük ikinci Vətən Müharibəsində hansı iztirablar yaşayıb kimsə fərqində deyil. Sabah çalışacam Yaqub Məmmədova suallar ünvanlayıb.
O qədər illginc iddialar var ki, sadəcə şoka düşdüm. Şikayətçi olan, ayda 600 manat əmək haqqı alan adamı Universitetdə təhsil alan övladı ilə də təhdid ediblər.
44 günlük savaşda sürücü kimi təcili yardım maşını sürüb həyatını riskə atanlara "getməzdiniz" deyiblər,
İnanılmaz faktlardır. Siz bəzən səhiyyədəki problemlərə görə həkimləri (haqlı olaraq) ittiham edirsiniz. Amma düşünün ki, həkimlər bir yana Bakı şəhəri üzrə Təcili Yardım maşınlarının qarajının rəhbərinin Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında nə qədər dqkanı var. Hamısını bir-br təqdim edəcəyik.
Razi Abasbəyli. İqtisadçı ekspert
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.

Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”.

Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:

“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”.

Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq...
 
Ardını oxu...
Bir neçə ay əvvəl TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Beyləqan rayon xəstəxanasına direktor təyin edilən Bayram Muradovdan narazılıq var. Onun bu işi bacarmadığı bildirilir.
RealMedia.az xəbər verir ki, etimad doğrulda bilməyən yeni direktor xəstəxananın İnsan Resursları Şöbəsinin müdiri (kadr şobəsi) Mətanət Qarayevayla him-cimləşərək Beyləqan rayon xəstəxanasının köhnə direktoru, hazırda Bakı Şəhər 3 saylı Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışan Nurəngiz Bəşirovaya qarşı narazı elektorat yaratmaqla, ona “savaş” açıblar.
Belə ki, Bayram Muradov və Mətanət Qarayeva Nurəngiz Bəşirovanın Beyləqan xəstəxanasına rəhbərlik etdiyi dönəmdə işə qəbul etdiyi işçilərin qanunsuz götürüldüklərini idda edərək, onları kütləvi şəkildə işdən azad edirlər. Bu üzdən də bir neçə işçilərin əmək müqavilələrinə xitam verilib. Bir neçəsinə də verilmək üzrədir.
Bildirilir ki, Nurəngiz Bəşirovanın dövründə xəstəxanaya işə götürülən işçilərin işdən çıxarılmasında daha çox maraqlı qüvvə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları Şöbəsinin müdiri Mətanət Qarayevadır. Bayram Muradov xəstəxananın direktoru olmasına baxmayaraq, bütün işləri Mətanət Qarayeva sürdürür. Buna səbəb isə direktrorun səriştəsizliyi, idarəçilik bacarıqsızlığı, qanunları bilməməsi, sahib olduğu posta uyğun olaraq savadının olmaması, əsasən də iş gününün daha çox vaxtını yeyib-içmək məclislərində, eyiş-iştərdə keçirməsidir. Bu fürsəti fövtə verməyən, Mətanət Qarayeva, necə deyərlər, hoppanıb çıxıb direktorun başına. Yəni, “Mətanət bacı” nə deyirsə, Bayram doktorda ona boyun əyir. O da bildirilir ki, Mətanət Qarayeva daha çox öz kabinetində tapılmır. Onun qapısını döyənlər vurğulayırlar ki, Mətanət xanım daha çox direktorun otağında olur və onunla “him-cimləşirlər”. Tanıyan bilənlərdə yaxşı bilirlər ki, heç Bayram doktor da az aşın duzu, “him-cim”dən geri qalan adam deyil. Adətən o özünü sakit aparsa da, gercəkdə göründüyü kimi deyil. Əsil “him-cim” adamıdır. Yeri gəlmişkən deyim ki, bu “himlə-cim” məsələsini pis yerə yozmayın. İş baxımından deyirəm.
Çünki N. Bəşirovanın dövründə də Mətanət Qarayeva xəstəxananın İnsan Resursları Şöbəsinin müdiri vəzifəsindən çalışıb. Kimləri necə və hansı yolla götürüblərsə də onları yaxşı bilir. İşə götürülən işçilərin əmrləşmə prosesini də məhz o həyata keçirib. Bu üzdən də o, həmin dövrdə Nurəngiz Bəşirova tərəfindən işə götürülən işçilərin əksəriyyətinin qeyri-qanuni olaraq götürüldüyünü, əksəriyyətinin 3-6 aylıq kurs bitirdiklərini, ixtisasları üzrə uyğun işə götürülmədiklərini əsas gətirərək onların əmək müqaviləsinə xitam verir.
Qeyd edək ki, Beyləqan xəstəxanasında xadiməçi qeydiyyatçı, qeydiyyatçını xadiməçi, tibb bacısı yerində işlədilir. Hətta şəxsən tanıığımız kişi cinsli şəxslər var ki, onların adları xəstəxananın ştat cədvəlində xadiməçi kimi əmrləşdirərək özləri başqa sahələrdə çalışırlar. Hətta həmin şəxslər tabelə imza edib gedirlər. Elələri var ki, on gün irəliyə belə tabelə imza etmələ günlərlə işə gəlmirlər.

Əlbəttə ki, bütün bu qanunsuzluqlara rəvac verən Mətanət Qarayeva və Bayram Muradovdur. İndi bu iki cütlük deyirlər ki, Nurəngiz Bəşirova işə götürdüklərini qanunsuz götürüb. Deyək ki, siz deyəndir. N. Bəşirova belə bir qanunsuzluq edib. Bəs yaxşı, siz niyə buna imza atmısınız? Axı siz həmin vaxtda kadr işləri üzrə şöbə müdiri vəzifəsində çalışırdınız. Bunların cinayət olduğunu bilə-bilə siz niyə bu cinayəti dəstəkləmisiniz? Yoxsa ki, elə başa düşürsünüz ki, N. Bəşirova getdi, siz hər şeyi onun üzərinə ata bilərsiniz? Əgər belə düşünürsünüzsə yanılırsınız. Əgər doğurdanda siz iddia etdiyiniz kimi Nurəngiz Bəşirovanın dövründə işə götürülən işçiləri qanunsuz və yaxud dolayı yolla götürməklə cinayət törədibsə, onda bu cinayətə sizdə ortaqsınız, biləsiniz. Yəni sabah Baş prokurorluq tərəfindən kadr işləri yoxlanılarsa, əmin olun ki, sizi daha ağır cəza gözləyir. Bu məqamda isə sizi heç bir qüvvə qoruya bilməyəcək. Nə qədər gec deyilsə, özünüzə gəlin və hoqqabazlığınızı qutarın.
Məlumata görə, işdən çıxarılan işçilərin bəziləri Nurəngiz Bəşirovanın Beyləqandakı evinə də gediblər.
Bu arada onu da qeyd edək ki, Bayram Muradovun Beyləqan rayon xəstəxanasına direktor təyin edilməsini TƏBİB -in icraçı direktoru Vüqar Qurbanova Nurəngiz Bəşirova tuşudub. Yəni Bayram Muradovu vəzifəyə gətirən N. Bəşirova olub. Ancaq Bayram Muradov isə nədənsə ona olunan bu yaxşılığı tez unudub.
Mövzuya qayıdacağıq.
RealMedia.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Orta və yuxarı yaşlı nəslin nümayəndələri bəlkə də eşitmiş olarlar – sovet dönəmində Azərbaycanda biri sakitcə vəzifədən gedəndə yerinə gələn ondan halallıq istəyər, alacağı alqış, xeyir-dua qarşılığında pul və ya başqa maddi nemət, hədiyyə, yaxud, sələfinin hansısa yaxın adamı üçün kiçik vəzifə təklif edərmiş. Deyilənə görə, bu ənənəni pozan təzə kadr qınağa tuş gələr, “keyfiyyətli adam” sayılmazmış. “Halallıq” məsələsinin unudulması tərəflər arasında umu-küsüyə, hətta bəzən düşmənçiliyə səbəb olarmış. İndiki hökumətin bürokratiya nərdivanında belə keyfiyyətsiz pillələr çoxdur. Bu barədə bir az sonra...
Saytımızın oxucuları ilə əvvəlki görüşlərimizdə xəbər verdiyimiz kimi, bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunan Ceyhun Hüseynovun təkcə təbii sərvətlərimizin talan olunmasına göz yummaqla deyil, zibildən də pul çıxarmaqla məşğuldur. Bildirilir ki, Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərinin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”. Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur.
Bu barədə məlumatı redaksiyamıza çox etibarlı mənbə - sözügedən idarənin sabiq rəisi Şakir Quliyev verib. Hazırda 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri vəzifəsində işləyən Şakir Quliyev hətta zibil poliqonunun foto-video görüntülərini qeydə almaq üçün əməkdaşımızın Lənkərana ezamiyyət xərcini də boynuna götürmüşdü. Amma təbii ki, onun pulunu qəbul edən deyildik. Həmçinin, xatırladırıq ki, sifarişlə işləmədiyimizdən, mühasibatlığımızda belə əməliyyatların rəsmiləşdirilməsinin qanuni mexanizmi yoxdur. Belə başa düşmək olur ki, Ceyhun Hüseynov bəlkə də dəfələrlə məsləhət aldığı sələfi Şakir Quliyevin halallığını verməyib. Bəlkə də Şakir Quliyev ona kimdənsə, nədənsə ötrü, yarımçıq qalmış hansısa işinə görə ağız açıb, sözü yerə düşüb - ona görə də acıqlıdır.

Müəllif: İbrahim Hümbətov - Mənbə: azerinfo.info
Teref. Xocanın Blogu
 
Ardını oxu...
2022-ci ilin yanvar ayının ilk iş günlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edildi. O vaxt yayılan məlumatlara görə, Namiq Xıdırov vəzifəsindən ayrılması ilə bağlı özü ərizə yazdığını təsdiqləmioşdi: "Öz ərizəmlə işdən azad olundum. Özüm Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışmaq istəmədim”.
Hərçənd, Namik müəllimin guya Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən azad olunduğu haqda informasiyalar dövriyyəyə buraxılsa da, sabiq rəis barəsində Baş prokurorluq və digər hüquq-mühafizə orqanlarında cinayət işinin açılmadığını da demişdi: "Bu barədə məlumat həqiqətə uyğun deyil”.
Amma Namik Xıdırovun vəzifədən azad olunmasından sonrakı iki ilə yaxın müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin müvəqqəti olaraq həvalə olunduğu Xalıqverdi Hüseynov bu işin öhdəsindən gələ bilmədi. 2023-cü il fefralın 6-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edildi. Bəzi kütləvi informasiya vasitələri onun işdən çıxarılmasını pensiya yaşının çatması ilə əlaqələndirsələr də, amma əslində isə Xalıqverdi Hüseynovun rəhbəri olduğu qurumda bir çox özbaşınalıqlara yol verdiyinə görə vəzifəsindən atıldığı deyilirdi.
Bu il vəzifəyə götürülən hazırki rəis Cabbar Qəribovu da Xalıqverdi Hüseynovun aqibəti gözləyir. Çünki onun hakimiyyəti dönəmində meşələrin qanunsuz qırılması halları daha da çoxalıb. Elə bu günlərdə - noyabrın 17-18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin daha bir vəzifəli şəxsi saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onların xidməti otaq və avtomobillərində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi digər əməliyyat zamanı xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb və həbs edilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Köklü səbəb budur ki, Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsi tamamilə nazir müavini Vüqar Kərimovun kurasiyasındadır. Meşələrin talan edilməsinin bunca bvüsət alınmasında da əsas subyektiv amil məhz Vüqar Kərimovun odioz personasıdır. Bu nöqteyi-nəzərdən, nə qədər ki, Vüqar Kərimov nazirlikdə “boz kardinaldır”, o vaxtadək nə Meşələrin İnkişafı Xidmətinə, nə də onun caynağı altında saxladığı digər stukturlara doğru-dürüst rəhbər təyinatı olmayacaq
Mövzuya qayıdacağıq.

Müəllif: İbrahim Hümbətov - Mənbə: Azerinfo.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı

Ardını oxu...
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi faktı qeydə alınıb.

Yerli sakinlərin AzToday.az-a təqdim etdiyi videolardan görünür ki, raayonun Nəzir kəndinin meşələrində yüzlərlə cavan ağac qırma sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşınıb.

Sakinlərin sözlərinə görə, sözgedən meşənin gözətçisi noyabrın 1-dən işdən çıxsa da, meşəyə indiyə kimi gözətçi təyin olunmayıb. Mövcud normativlərdə isə meşəyə dərhal nəzarətçi təyin olunmalı idi. Sakinlər bunun səbəbini meşələrin qırılmasına şərait yaratmaq olduğunu israrla bildirirlər.

Baş verən ekoloji cinayətin görüntülərini təqdim edirik:





Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu dəfə Yardımlı meşələrindən merkantil məqsədləri üçün istifadə edən ekologiya işçilərini cəzalandıra biləcək…


Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
2018-ci ilin iyul ayında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi çoxları üçün gözlənilməz deyildi. Çünki Gəncədə ciddi sosial narazılıq var idi və əhalinin qəzəbinin bir gün “partlayacağı” kimsədə şübhə doğurmurdu. Üstəlik, bu narazılıq məhz şəhər rəhbərliyinin qanunsuz əməllərindən qaynaqlandığı üçün, qəzəb obyektinin də icra başçısı olacağı gün kimi aydın idi.

Doğrudur, E.Vəliyevin kim tərəfindən, hansı şəraitdə və nə məqsədlə güllələnməsindən asılı olmayaraq, dövlət rəsmisinə, xüsusən də Prezidenti təmsil edən bir şəxsə qarşı bu cür silahlı hücumun həyata keçirilməsi arzuolunan deyildi. Amma olan olmuşdu və artıq keçmişi geri qaytarmaq mümkün deyildi.

Əlbəttə, həmin ərəfədə keçmişi geri qaytarmaq mümkün olmasa da, indi və hər zaman keçmişdən “dərs” almaq lazımdır. Bəs, Gəncənin mövcud rəhbərliyi nə vaxtsa keçmişdə yaşananlardan nəticə çıxarıb?

Öncə onu qeyd edək ki, Gəncədə baş verən məlum olaylardan sonra Niyazi Bayramovun bu şəhərə başçı təyin olunması sakinlərdə gələcəyə ümid yaratmışdı. Elmar Vəliyevin zülmündən xilas olan əhali düşünürdü ki, onları narahat edən problemlər tezliklə aradan qalxacaq, hər bir sakin rahat nəfəs alacaq. Çox güman ki, bəzi məmurların N.Bayramovu “ən layiqli namizəd” kimi təqidm etməsindən sonra prezident İ.Əliyev də analoji gözlənti içərisində idi. Görünür, ölkə başçısı məhz bu səbəbdən də 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Niyazi Bayramovu Gəncəyə icra başçısı təyin etmişdi. Bəs, icra başçısı ötən 5 il ərzində sakinlərin ümidini və ölkə başçısının etimadını doğrulda bildimi? Yazımızda bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.

Xatırladaq ki, N.Bayramov məlum təyinatadək - 2012–2018-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Lakin o, bu vəzifədə özünü tam şəkildə doğrulda bilməyib, adı bir sıra korrupsiya qalmaqallarında hallanıb. Odur ki, belə bir şəxsin kritik zamanda ölkənin ikinci ən böyük şəhəri, 340 min nəfərdən çox əhalisi olan Gəncəyə rəhbər təyin edilməsi xüsusən də hakimiyyət kuluarlarında çoxları tərəfindən təəccüblə qarşılandı. Amma prezidentin sərəncamına qarşı çıxmaq kimsənin səlahiyyət çərçivəsinə daxil olmadığından, hər kəs susmağa və N.Bayramovun fəaliyyətini izləməyə üstünlük verdi…

Niyazi Bayramovun son 5 illik fəaliyyətini gözdən keçirdikdə, onun Gəncəyə rəhbər təyin edilməsinin nə üçün narazılıqla qarşılanması indi daha çox anlaşılır. Çünki bu illər ərzində Gəncədə sosial-iqtisadi problemlər daha da ağırlaşıb, hətta belə demək mümkünsə, əhali aclıq və səfalət həddinə çatıb. İşsizlik bir neçə dəfə artdığından, sakinlərin böyük əksəriyyəti, əsasən də ziyalılar Gəncəni tərk edərək paytaxt Bakıya axın etməkdədir. Üstəlik, dilənçilik bütün şəhəri bürüyüb. Bir sözlə, N.Bayramov Gəncəni elə duruma salıb ki, əhali zülmkar rəhbər kimi tanınan sabiq icra başçısı Elmar Vəliyevin “atasına rəhmət oxumağa” başlayıb.

Yazımızın əvvəlində “Gəncənin mövcud rəhbərliyi nə vaxtsa keçmişdə yaşananlardan nəticə çıxarıb?”, - deyə sual etmişdik. Bu gün görünən odur ki, N.Bayramov nəinki keçmişdən “dərs” alıb, əksinə öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. İcra başçısının öz ətrafında böyük kriminal şəbəkə formalaşdırdığı haqda informasiyalar var. Deyilənə görə, o, bununla sakinləri xof, qorxu altında saxlamağa çalışır, hətta bəzi hallarda icra başçısı olduğunu unudaraq, özünü “mafiya lideri” kimi aparır. Şübhəsiz, belə olan halda şəhərdə nəzarətsizlik, özbaşınalıq hər ötən gün daha da artır.

Heç də təccüblü deyil ki, hazırda digər şəhərlərlə müqayisədə Gəncədə narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb. Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanaraq, dövlət təhlükəsizliyimiz üçün böyük problemə çevriliblər. Təsadüfi deyil ki, hazırda bu şəhərdə kriminal aləmin nümayəndələri əsas söz sahibləridir. İcra başçısı ilə “hesabılaşmayan” iş adamları, sahibkarlar qorxudulur, öyrədilmiş vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edir və s.

Sakinlərlə söhbət zamanı üzülərək etiraf edirlər ki, sabiq başçının zamanında olan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib. Şəhərdə deyirlər ki, Niyazi Bayramov çox vaxt işə də gəlmir. Ən yaxşı halda, günün birinci yarısı işdə olur, ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir. Bu səbəbdən, Gəncədə dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunur.

Məhz bu cür fəaliyyətsizliyin nəticəsidir ki, hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın xüsusi xidmət orqanlarına çalışan minlərlə gənc var. Hətta bəzi bilgilərə görə, bu gün Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələ öz hücrələrində “yatmağa” üstünlük veriblər. Ən təhlükəlisi odur ki, bir gün molla rejiminin xidmətçiləri tərəfindən bu hücrələrə “daş atılanda” Gəncədə qan tökülməsinin qarşısını almaq çətin olacaq. Odur ki, şəhər rəhbərliyi içki məclislərinə ara verib, Gəncəni, ümumilikdə ölkəmizi bu təhlükədən xilas etmək haqda da düşünməlidir. Məsələn, biz bu gün həmin gənclərə “İranın İslama və şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik.

Gəncədə daha bir təhlükə isə, əhalinin dindar təbəqəsinin içində “Sunqurçu”ların təşəkkül tapmasıdır. Əldə olunan informasiyalara əsasən, “nurçu”luğun bir qolu olan “sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək, formalaşmağa başlayıblar. Əvvəllər Azərbaycan Texnologiya Universiteti “Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə “nurçu”ların Gülənə bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib.

Bir sözlə, Gəncədəki boşluqadan, idarəçiliyin zəif olmasından istifadə edən təhlükəli dini cərəyanlar, kriminal qruplar buranı özlərinə “yurd” seçərək, günbəgün böyüməkdə, daha ciddi təhlükəyə çevrilməkdədir. Təsadüfi deyil ki, müxtəlif radikal dini qrupların təsiri altına düşən gənclərimiz potensial Vətənə xainləri olduqlarının fərqinə varmadan, başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Ən təhlükəlisi isə, N.Bayramovun nəzarətindən kənarda formalaşan kriminallaşmış dindarlar kontingentidir ki, onların Rusiya və İranla geniş əlaqələrinin olduğu sirr deyil.

Bir daha qeyd etməyə məcburuq ki, hazırda Gəncədə baş verən açıq və gizli proseslər heç də müsbət perspektivlər vəd etmir. Odur ki, nə qədər gec deyil, Gəncədəki potensial terror şəbəkələrinin yuvaları dağıdılmalı, vətəndaşlarımız narkotik bəlasından, kənar dini cərəyanların təsiri altına düşməkdən xilas edilməlidir. Hesab edirik ki, gənclərimiz narkotik asılığından, icra başçısı Niyazi Bayramov “içki məclisi asılılığı”ndan müalicə olunmasa, Gəncənin gələcəyi haqda nikbin danışmağın mənası yoxdur. Çünki, belə getsə, əhali tamamilə şəhəri tərk edəcək, Gəncədə yalnız icra başçısının yaxın çevrəsi, çarəsiz yaxşlı insanlar, dini cərəyanların nümayəndələri və kriminal ünsürlər qalacaq.

P.S. Məqaləmizin əvvəlində “İcra başçısı ötən 5 il ərzində sakinlərini ümidini və ölkə başçısının etimadını doğrulda bildimi?”, - deyə bir sual da qoymuşduq. “Görünən dağa bələdçi lazım olmadığını” nəzərə alsaq, zənnimizcə, dəyərli oxucularımız bu sualın cavabını artıq əldə etdilər. Lakin bizi narahat edən əsas məsələ Gəncədə “yeni bir üsyan dalğası”nın yaşana biləcəyidir. Nə qədər Niyazi Bayramova sələfinin taleyini yaşamamağı arzu etsək də, təəssüflə qeyd etməyə məcburuq ki, günbəgün kriminallaşmaqda olan Gəncədə proseslər məhz o istiqamətdə gedir. Hər halda, inanmaq istərdik ki, bu şəhərdəki proseslər xüsusi xidmət orqanlarımızın nəzarəti altındadır…

Mənbə: “Hürriyyət”
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Naxçıvan MR Xəstəxanasının zibil qutularına atılmış işlənmiş şprits və sistemlər geri toplanılır. Bu haqda „Gündəlik Naxçıvan“a xəstəxanada çalışan bir qrup tibb bacısı məlumat verib. Tibb bacılarına tapşırılıb ki, zibil qutusundan seçib çıxardıqları şpritsləri xüsusi selofanlara qablaşdırdıqdan sonra, tərəzidə çəkib, xəstəxana rəhbərliyinə təhvil versinlər. Hər bir selofonun üzərində isə, onu toplayan tibb bacısı, yaxud xadimənin ad və soyadı qeyd olunmalıdır. Xəstəxanın bütün şöblərinə də tapşırılıb ki, bundan sonra istifadə olunan şpritslər zibilə atılmasın, yerindəcə selofana yığıldıqdan sonra çəkilb, təhvil verilsin.
İşlənmiş sptits və sistemlərin hansı məqsədlə toplanıldığı haqda xəstəxana heyətinə məlumat verilmir. Lakin, şəxsi qazanc məqsədi ilə onları Naxçıvandakı plastik sexlərinə satılacağı ehtimal olunur.
Tibb bacıları isə, işlənmiş spritslərə toxunduqları üçün hər hansı xəstəliyinə yoluxacaqlarından ehtiyat edirlər:
“Hansı məqsədlə bunu etdirilrər, xəbərimiz yoxdur. Onsuz da başımıza açmadıqları oyun qalmayıb. İndi də məcbur edirlər ki, zibil qutularından işlənmiş şprits və sistem şunurları toplayaq. Axı, bu bizim vəzifəmiz deyil. Xəstəxananın qazanxanasına tərəzi qoyublar. Hər birimiz topladıqlarımızın üzərini adımızı yazıb, aparıb orda təhvil verməliyik. Bu bizim işimiz olmasa da, məcbur edilirik. Etiraz edənə deyirlər ki, istəmirsən, çıx işdən. Biz nə qədər ehtiyatlı davransaq da, əlcək taxsaq da, bəzən şpriçin iynəsi əlimizə batır. Bəlkə həmin iynə infeksiyalı xəstədən çıxıb və bizə də yoluxacaq. Bizim ailə üzvlərimiz də yoluxma təhlükəsi altındadır. Nə edəcəyimizi, kimə şikayət edəcəyimizi bilmirik”.
Tibb bacıları bundan öcə də, bu ilin əvvəlində rəhbərlik dəyişdikdən sonra xəstəxanada üzləşdikləri haqsızlıqlarla bağlı xeyli şikayət ictimailəşdirmişdilər. Bu səbəbdən onlara kamerası olan telefonla işə gəlmək qadağan olunub. Tibb bacıları deyir ko, məqsəd buradakı pozuntuların kameraya alınmasının qarşısını almaqdır.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.

 
Ardını oxu...
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kamalə Aqazadə sosial şəbəkə səhifəsində yazır:
"Kamalya Aqazade
12 ч. ·
Pərvin Abışova nın statusundan :
"Bir imkansız vətəndaş əqli qüsurlu övladını aylar əvvəl Maştağaya xəstəxanaya qoyub. Dünən baxib ki, qızı qapıdadır.
1saylı Respublika Psixiatriya xəstəxanasının baş həkimi Orxan həkim deyir ki, bizdə yer olmadığı üçün dəliləri aparıb qapılarına düşürüb qaçırıq. Bir paçka çiko tumu ola, çırtıllada -çırtıllada kənardan baxasan ölkəyə..."


Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.

Dünyapress TV

Xəbər lenti