Ardını oxu...
 
 

 

 

Suraxanı rayonunda yerləşən özəl bağçadaki xaotik vəziyyətlə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Abdullayeva Dilbər Kamil qızı 3 yaşlı nəvəsinin getdiyi "Pambıq Bağça"da uşaqlara diqqət göstərilmədiyini, körpələrin nəzarətsiz qaldıqları üçün bir-birlərinə qarşı şiddətli davranışlar sərgilədiyini, bağçadaki natəmizlikdən narahat olduğunu “Patrul.az”a verdiyi müsahibəsində dilə gətirməklə yanaşı bunların əks olunduğu video materialları da redaksiyamıza  təqdim edib. Təqdim edilən videolarda bağça direktoru Jasmin xanımın uşaqların gözü önündə qışqırbağır salması, qapıları təpikləməsi də əks olunub. Müsahibimiz iddia edir ki, belə hadisə o, direktora şikayət etdiyi zaman da yaşanıb və direktorla yanaşı bağça müəllimləri də onun üzərinə hücum çəkiblər.

Məsələnin aidiyyatı qurumlar tərəfindən araşdırılaraq lazımlı ölçü götürüləcəyini ümid etdiyini bildirən A. Dilbər, körpələrin bu şəraitdə qalaraq həm fiziki, həm də mənəvi olaraq sarsılmalarından narahat olduğunu deyib.

 

 

 

Ardını oxu...
"Penitensiar xidmətə yeni rəisin təyinatından sonra ümid edirdik ki, bu sahədə olan müəyyən negativ hallar qismən də olsa aradan qaldırılacaq lakin gözlədiyimizin əksi oldu. Vəzifəyə təyin olunduğu gündən Mirsaleh Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verərək, ədliyyə orqanlarının fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olur".

Qeyd edək ki, bu sözlər bizə təqdim olunan məqalədə yer alıb. Məqalədə əlavə iddialar da var idi və dünən bildirmişdik ki, onu da növbəti dəfə təqdim edəcəyik...

BİRİNCİ YAZI: Penitensiar sistemdə SEYİDİN YOLU... - İTTİHAM VAR...

Yazının davamında deyilir:

"Penitensiar müəssisələrdə baş verən qanunazidd hadisələrdən biri də budur ki əfv komissiyasına müstəqil müraciət edən məhkumlar cəza çəkdikləri müəssisənin rəisləri tərəfindən haqqlarında mənfi xarakteristika veriləcəkləri ilə qorxudularaq onlardan 1000 manat məbləğində rüşvət tələb edilir ki nəticədə məhkum buna razılıq verir. Bu işdə fəal olan rəislər Şağan cəzaçəkmə müəssisəsinin rəisi Ziya Hümbətov, Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılov və Xaçmaz rayon cəzaçəkmə müəssisəsinin rəisi İmran və onun müavini Fəxrəddin adlı şəxslər vardır.

Bu hallara haqlı olaraq etiraz edən məhkum ailələrinə cəzaçəkmə müəssisələrinin rəhmərliklərinin gətridikləri bəhanə isə məbləğin Penitensiar xidmət rəhbərliyi tərəfindən tələb edildiyi və bu məbləğin yenə də yuxarıda qeyd etdiyimiz kimi penitensiar müəssisələrin təmir-tikinti, abadlıq işlərinə lazım olduğu bildirilir. Məsələnin acı tərəfi də budur ki, bu kimi hallarda məhkum ailəsinin qazi, şəhid ailəsi olduğuna həssaslıqla yanaşılmır. Bu kimi neqativ hallar da dövlətimizin bu kateqoriyadan olan ailələrə göstərilən dövlət qayğısı siyasətinə kölgə salmağa xidmət edir".

Qeyd edək ki, bu faktlarla bağlı Prezidentə müraciət edən məqalə müəllifi daha sonra belə vurğulayır:

"Cənab Prezident vətəninə dövlətçiliyinə sadiq bir vətəndaş kimi dövlətin təməl sütünlarından biri olan Ədliyyə orqanlarında bu kimi anormal vəziyyətin mövcudluğuna göz yuma bilməyərək vəziyyət barədə Sizə məlumat verməyi özümüzə borc bildik".

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
 

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.

"Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər" - deyə qeyd edilib.

Milli.Az

Bakı şəhər Xəzər rayon Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə payız tətili və eyni zamanda saat 7 olmasına baxmayaraq qeyri-qanuni şəkildə uşaqları məktəbin sinif otağlarına yığaraq dərs keçirlər. Çəkilişə getdiyimizdə bizimlə görüşmək istəməyib, bütün suallarımızdan yayınaraq cavab vermədilər. Çəkilişi saxlamağımızı tələb etdilər. Bu kimi müəssisələr və müəllimlər Dövlətin qanunlarından və vergisindən nə üçün yayınırlar? Təhsil və vergilər nazirliyindən tez bir zamanda bu hadisə ilə bağlı araşdırmalar aparılmasını istəyirik.

Ardını oxu...
Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Yevlax rayon şöbəsin rəisi Vahid həkim zərəçəkmiş şəxsin ekspert rəyini saxtalaşdırıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Yəhərçi-Qazaxlar kənd sakini Nicat Daşdəmirov tərəfindən göndərilmiş olan video-şikayətdə qeyd edilir.
Belə ki, 30 sentyabr 2023-cü il tarixədə Goranboy rayon sakini Bakı-Qazax magistiral yolunun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində Nicat Daşdəmirov ağır yol qəzası keçirib.Şikayətçi bildirir ki, 2 aydır ki, yataq xəstəsidir.Baş vermiş ağır yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsində cinayət işi qaldırılıb və müvafiq istintaq hərəkətləri aparılır. İstintaqın yekunlaşdığı ərfədə məlum olub ki, ekspert Vahid həkim xəsarətləri gizlədərək yüngül dərəcəli rəy vermişdir.Halbuki zərərçəkmiş şəxsə Gəncə İstanbul klinkasında “döş sümüyünün cisminin arxa hissəsində çəp sınıq xətti və döş sümüyünün araxa qonşuluğunda retrosternal sahədə ən qalın yerində 9 mm ölçüdən ortalama 50 HU disenssivlikli hemoragiya lehinə yığıntı sahəsi diaqnozu” verilmişdir.Buna baxmayaraq ekspert zərərçəkmişin aldığı xəsarət dərəcəsini şəxsi marağı ücbatından saxtalaşdırmaqla yüngül dərəcəli xəsarət kimi rəy vermişdir.

Belə olan halda Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsində istintaqında ədalətli aparılması da şübhə doğurmaya bilməz.
Sonda Goranboy sakini mətbuat vasitəsi ilə Bağ Prokurorluqdan ekspert rəyini saxtalaşdıran Vahid həkim barəsində qanunamüvafiq formada araşdırma aprılmasına göstəriş vermələrini xahiş edir.
Redaksiya olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.
Baş prokurorluğa ünvanlanmış olan video-şikayəti təqdim edirik:




Mənbə: «Dünyanınsəsi.Az»
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Azərbaycanda müxtəlif səviyyəli vəzifələrə təyin olunan bir sıra şəxslərin keçmişi ilə bağlı ilginc faktların ortaya çıxması demək olar, adi hal alıb.
Yenicag.az-ın əldə etdiyi məlumatda Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun da nəzərdə tutulan məmurların sırasında yer tutduğu iddia olunur.

Daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədov Sumqayıt Bulvar idarəsinin direktoru vəzifəsinə təyinat almazdan bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub.

Qeyd olunur ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və həm qohumu, həm də ortağı kimi adı hallanan Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıb.

Eyni zamanda, Seymur Məmmədovun Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə qanunsuz olaraq həyata keçirilən həyət evlərinin inşasına hamilik etdiyi də onun barəsində irəli sürülən iddiaların mühüm elementi kimi önə çıxır.

Xatırladaq ki, Yenicag.az-da vurğulanan ərazidə qanunsuz həyət evlərinin tikintisi ilə bağlı bir neçə material dərc olunub və bu barədə oxuculara geniş məlumat verilib.

Təbii, dələduzluq maddəsi ilə barəsində 5 il müddətinə şərti cəza hökmü çıxarılan Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinə direktor təyin edilməsinin necə baş tutduğu hər kəs üçün maraqlıdır. Mövzuya dair iddialarda bu suala da cavab verilir. Bildirilir ki, Seymur Məmmədov bu “baryer”i həmyerlisi və yaxın adamı sayıldığı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi sayəsində aşıb.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...
Cəlilabad rayonun Göytəpə meşəbəyliyinin 11 saylı dolayından qanunsuz yollarla çınqıl daşınır.

Rayon sakinlərinin AzToday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, yerli ekologiya işçilərinin iştirakı ilə baş verən prosesdə meşədən yüzlərlə maşın çınqıl satılıb.

Ümid edirik ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev meşələrin qəniminə çevrilən ekologiya işçiləri ilə bağlı tədbir görə biləcək…




 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Ardını oxu...
Son illər Azərbaycan cəmiyyətində mükafat verənlərin, mükafat alanların və mükafatlandırılmağa həvəsi olanların sayı artmaqdadır.

Dərd ondadır ki, saysız-hesabsız mükafat verənlərin çoxunun verdiyi mükafatların nə önəmi, nə də əhəmiyyəti var. Hətta mükafatı bazara çevirənlər də var. Onlara “dur” deyən də yoxdu. Belə başıpozuqluqda kimə gəldi, necə gəldi “mükafatlar”, “diplomlar”, “medallar” paylamaqla məşqul olanlar çoxdur. Mükafat, ad aludəçisi olan bir çox insan isə belə mükfat təkliflərinə hər zaman açıqdır. Onlar üçün fərqi yoxdur, bu mükafatı verən kimdir, yaxud bu mükafata layiqdirlərmi, çünki həmin mükafatların çox təmtəraqlı adları olur.

Jurnalistika aləmində də belə bir biabırçılıq baş alıb gedirdi. Çatana “Qızıl Qələm” mükafatı verən təşkilat həmin mükafatı əməllicə gözdən saldı. Jurnalistikaya aidiyyəti olmayan şəxslər geninə-boluna həmin mükafatın sahibi oldular, fəxrlə qürrələndilər. Amma bu bazara da son verildi. “Təzadlar” qəzetinin baş redktoru Asif Mərzilinin Azərbaycan Mətbuat Şurasına müraciətindən və MŞ rəhbərliyinin işə ciddi reaksiyasından sonra “Qızıl Qələm”i gözdən salanlar bu “istehsalı” dayandırdılar... Və bu, ətrafı “qızıl qələmçilərlə” dolu olan jurnalistlərin qələbəsi oldu. Çünki peşəkar jurnalistlərin heç biri gözdən salınmış həmin mükafatla təltif olunmağı özünə rəva bilməmişdi və bilmirlər.
Ardını oxu...


Ötən gün sosial şəbəkələrdə yayılan məlumatdan aydın oldu ki, sən demə, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-i sentyabr, oktyabr, noyabr aylarında Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı… rayonlarında insan hüquqları sahəsində vəziyyətin öyrənilməsi ilə bağlı 100 respondent arasında gizli sorğu aparıb (Bu qədər rayonların yüz minlərlə sakinləri arasında 100 nəfərin rəyi çox maraqlıdır. Hər rayona təxminən 7 nəfər düşüb. Çox maraqlıdır!!!). Və bu anonim sorğular(?) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rayon-şəhər Mərkəzi Xəstəxanalarını da əhatə edib. Məlumatda qeyd edilir ki, həmin monitorinqlərin nəticəsinə görə, Salyan, Sabirabad və Şirvan ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib. Ən maraqlısı, bu dəfə də mükafatlandırma və təqdimat məsələsi ortaya çıxıb. Budur, yuxarıda adı çəkilən Şirvan Mərkəzi Xəstəxanasında da təqdimat və mükafatlandırma həyata keçirilib. Mükafatı xəstəxananın ginekologiya və döğum şöbəsinin müdiri Sevda Həsənovaya təqdim edən İB sədri Azad İskəndərli çıxışı zamanı bu uğurda Şirvan Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olunmuş Pərviz Rüstəmbəyovun xidmətini xüsusi vurğulayaraq, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova, İcbari Tibbi Sığortanın sədri Zaur Əliyevə təşəkkürünü bildirməyi və onlara uğurlar arzulamağı da unutmayıb…

On gün ərzində təzə doğulmuş 5 uşağın ölümü qeydə alınmış Doğum Evinin baş müdirinə mükafat???

Düzü çox təəccübləndik. Son ayda neçə-neçə körpə ölümünün baş verdiyi Şirvan doğum evində necə oldu ki, “ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib”?! Bəs doğum evində körpəsini itirmiş Quliyeva İlahə Musaxan qızı – doğuş həkimi Şəhla xanım, Bəşirova Gündüzə Qulu qızı – doğuş həkimi Sevda xanım, Tağıyeva Türkanə Yaşar qızı – doğuş həkimi Elnarə xanım, Musayeva Günəş Nazim qızı – doğuş həkimi Şəhla xanım, Əlizadə Tünzalə Əziz qızı – döğuş həkimi Nəcəfova İlahə xanım… Bəs həmin anaların ahı, fəryadı?! Bu körpə ölümlərinin sayını- hesabını bilən xəstəxana – ginekologiya və doğum şöbəsinin rəhbərliyi necə ola bilər ki, bu mükafatdan imtina etməyib, əksinə, sevinclə qəbul edərək, hələ bir sosial şəbəkələrdə geninə-boluna fəxrlə paylaşımını da ediblər!

Ardını oxu...


100 respondentə gəlincə, 14 rayonda aparılmış gizli (?) sorğuya cəlb edilmiş bu respondentlərin sayəsində görün Şirvan Mərkəzi Xəstəxanadakı “ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti” necə yüksək qiymətləndirilib və mükafatlandırma aparılıb… Çox maraqlıdır! Həm də gülməli… Bəs həmin mükafatı təqdim edən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB rəhbəri Azad İskəndərli (Başbuq) kimdir? Həqiqətən də bizə maraqlı gəldi və elektron mediada axtarış apardıq. Məlum oldu ki, Azad İskəndərli cəmiyyət tərəfindən çox yaxşı xatırlanan və hafizələrdə iz buraxmış bir şəxsdir. Dosyesi çox zəngindir. Sitat: «…2015-ci ildə Şirvan Şəhər (Rayon) Polis Şöbəsi tərəfindən Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilib. İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib…».
Ardını oxu...

Əlavə şərhə ehtiyac varm? Mükafatı alanların “uğurları” bəlli, mükafatı təqdim edən bəlli… Nəticəni özünüz müəyyənləşdirin.

O ki qaldı son yaxın zaman içində sıraladığımız uşaq ölümlərinə, görəsən, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-nin həmin o respondentləri necə olub ki, bu qədər ölümlərdən xəbərsiz olub???

«Təzadlar»a daxil olan bu məlumatları aidiyyəti üzrə Baş Prokurorluğa, eləcə də Səhiyyə Nazirliyinə və TƏBİB-ə göndərməli olduq. Nəticəsi barədə əlavə məlumat veriləcək…

«Təzadlar»ın Araşdırma Qrupu
Ardını oxu...
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı xəbər vermişdik.

Bildirmişdik ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir neçə həftədə talan ediblər. Həmin dolay noyabrın əvvəlindən gözətçisiz qalıb. Bundan sonra ağac kəsilməsi daha da artıb.

Ağacların heç birinin isə damğası olmayıb. Kənd sakinlərdən biri deyib ki, 2 gün əvvəl idarədən gəlib ağaclara damğa vurublar.

6 ay öncə isə yuxarıda adı keçən dolayda təhvil-təslim zamanı 200-ə yaxın ağaca damğa vurub, ancaq akt tərtib etməyiblər. Həmin dolayın bu özbaşınalığa tab gətirməyərək işdən çıxan gözətçisi belə deyib.

İndidə idarə həmin meşəyə işdən çıxarılan gözətçini gətirib məsələni ört-basdır etməyə çalışır.

Həmçinin rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac kəsilmə sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşındığı iddia olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir.

AzToday.az-ın əldə etdiyi məlumatlarda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı yoxlamaları yerli ekologiya idarəsinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilir. Belə ki, yoxlamaya cəlb olunan şəxslərin yerli ekologiya idarələrinin işçisi olması fonunda ağacların kütləvi kəsilməsi və işlik materiallar üçün cavan toğaların kəsilməsi faktları rəsmiləşdirilmir.

Yardımlı rayonun Ləzir kəndində xırda təsərrüfatla məşğul olan Əli Quliyev AzToday.az-a açıqlamasında bildirib ki, yoxlama kiçik bir meşə ərazində aparılıb. Və 56 iri diametrli ağacın kəsilməsi faktı qeydə alınsa da, sənəddə 50 ağac qeyd olunub. Həmçinin, iri diametrli ağacların ölçüləri azaldılıb. Məqsəd baş verən ekoloji cinayəti cərimə yazmaqla pərdələməkdir: “Təkcə bir kəsilən ağacın cəriməsi 2 min manatdan yuxarı edər. Yoxlama isə 56 ağaca görə cəmi 3 min cərimə yazmaq fikrindədir. Görünür, yoxlamaya gələnlərin də maraqları təmin olunub”.

Nazir Muxtar Babayevə səslənən Əli Quliyev hesab edir ki, Ləzir meşələri başda olmaqla ətrafdakı bütün dolaylarda kütləvi qırıntılar bir-bir yoxlanılmalıdır: “Yoxlamaları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinə yaxın şəxslər yox, nazirlikdən gələn əməkdaşlar aparmalıdır. Biz bunu Muxtar Babayevdən xahiş və tələb edirik. Əks halda Korrupsiya İdarəsi başda olmaqla başqa hüquq-mühafizə orqanlarından 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı araşdırma başlanılmasını istəyəcəyik. Meşələrimiz bir qrup “mafioz” ekologiya işçisi tərəfindən məhv edilir. Materiallar sexlərə daşınır. Kənd sakinlərinin isə meşələrə girişi qadağan olunub”…

Göründüyü kimi, meşə mafiyasının 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzində təmsil olunan şəxsləri Muxtar Babayevə belə meydan oxumaqdadır. Əks halda meşələrin vəhşicəsinə məhv edilməsi ilə bağlı başlanılan yoxlamaların nəticələri saxtalaşdırılmazdı…

Müəllif: Orxan Məmmədli - Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...
Üç ay əvvə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin edildi. RealMedia.az xəbər verir ki, direktor təyin olunan rayonların tibb müəssisələri arasında Beyləqan rayon mərkəzi xəstəxanasıda yer almışdır ki, bu tibb müəssisəsinə də Bayram Muradov təyin edildi.
Qeyd edək ki, buna qədər Beyləqan xəstəxanasına Nurəngiz Bəşirova rəhbərlik edib. Bayram Muradov isə xəstəxananın baş həkimi vəzifəsində çalışıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun Bayram Muradovu Beyləqan rayon xəstəxanasına direktor vəzifəsinə təyin etməsindən sonra rayon ictimaiyyəti arasında maraqlı müzakirələr ortaya çıxıb.
İş bacarığı və idarəçilik təcrübəsi olmayan eyiş-işrət bir adamın xəstəxanaya direktor təyin edilməsi sözün əsil mənasında təcüb doğurub.
RealMedia.az-ın əldə etdiyi məlumatlara görə, Bayram Muradov idarəçilik təcrübəsi və bacarığı olmayan, səriştəsiz biri olmaqla, o rayonda daha çox eyiş-işrət adam kimi tanınıb. Onu tanıyan hər kəs bilir ki, Bayram Muradov məclisi-meydir. O, vaxtını kafe – restoranlarda, mey-məclislərində, əyləncəyli məkanlarda keçirib. Bu günün özündə də Bayram Muradovun iş yerində tapılmadığı, köhnə dost-tanışlarını başına toplayaraq mey-məclisi təşkil etdiyi vurğulanır. Hətta mey məclisində iştirak edən xanım dostları ona nə “doktor”, nə da adını deyir. Sadəcə “simpaticni oğlan” deyə müraciət edirlər. Bu isə Bayram doktorun xoşuna gəlir.
İndi hər kəsin beynini Vüqar Qurbanovun nə ağılla eyiş-işrət adamına bu qədər güvənməsi, ona etimad bəsləyərək bir rayonun tibb müəssisəsinə direktor təyin etməsi soruları dəlir. Hər halda bu soruların cavabını TƏBİB sədri özü versə yaxşı olar.

Mənbə: RealMedia.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti