Ardını oxu...
Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəli adlara malik şirkətlər barədə çox yazılıb. Bu şirkətlərin böyük əksəriyyətinin adlarından başqa demək olar, heç nəyi yoxdu. Demək olar əksəriyyətinin dövlət qeydiyyatında göstərdikləri ünvan belə səhvdi. Belə şirkətlərin maddi texniki bazası, işçi qüvvəsi, etibarlılığı barədə ümumiyyətlə söhbət açmağa dəyməz. Belə şirkətlər daha çox dövlət büdcəsindən müxtəlif adlar altında vəsaitlərin çıxarılması, təyinatından kənarlaşdırılması, nağdlaşdırılması məqsədi ilə yaradılır. Bir müddət sonra külli miqdarda vergi borcu ilə arxivlərə qoyulur. Belə təkzib olunmamış faktlara elektron mediada kifayət qədər rast gəlmək mümkündür.

Son günlər dövlət satınalmalarının vahid internet portalını zəbt etmiş belə şirkətlərin biri də “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti. Bu şirkətin adı demək olar ki, bütün növ satıanlamalarda keçir. Açıq mənbələr üzərində isə şirkətin fəaliyyət sferası barədə ümumiyyətlə məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib.

MMC Abşeron rayon İcra Hakimiyyəti ilə Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işlərinin satın alınması üzrə 33.775,55, Hökməli qəsəbəsndə Məhəmməd Füzuli və Mircəmil Miriyev küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 148.564,36, Aşağı Güzdək qəsəbəsi Tələt Məmmədov küçəsində yolun əsaslı təmiri işlərinin satın alınması üzrə 23.589,49, Ceyranbatan qəsəbəsi Atatürk adına olan parkın əsaslı təmiri işlərinin satın alınması üzrə 339.359,15, 8 Noyabr Tədbirinin satın alınması 212.057,8, Ceyranbatan qəsəbəsində Nəriman Nərimanov küçəsinin cari təmiri işlərinin satın alınması üzrə 195.564, manat məbləğində satınalma müqavilələri bağlayıb.

Biləsuvar rayon İcra Hakimiyyəti isə MMC ilə Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin (büdcədənkənar vəsait hesabına) satın alınması üzrə 211.901, Biləsuvar rayon Mərkəzi Parkında uşaq-əyləncə meydançasının abadlaşdırılması işlərinin satınalınması üzrə 124.495,64, Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin(büdcə vəsaiti hesabına)satınalınması üzrə 505.093,6, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatına əkin materiallarının satın alınması üzrə 61.034,32, Biləsuvar şəhərinin 8 Mart küçəsində işıqlandırma sisteminin cari təmiri işlərinin satın alınması üzrə 13.486,71, Biləsuvar rayon Mərkəzi Parkında uşaq-əyləncə meydançasının abadlaşdırılmasının davamı işlərinin satın alınması üzrə 38.096,1 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Bunlardan başqa MMC ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında 189.944,9 manat, Sumqayıt şəhər İcra Hakimiyyəti Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə 58.726,24 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

İsmayıllı rayon İcra Hakimiyyəti ilə 415.090,03 manat, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 19.643,22 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 7.911,72 manat, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 18.099,9 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Şirvan şəhər İcra Hakimiyyəti ilə 33.471,17, Lənkəran şəhər İcra Hakimiyyəti ilə 53.800,6, Qubadlı rayon İcra Hakimiyyəti ilə 156.203,68, Tovuz rayon İcra Hakimiyyəti ilə 41.019,4 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 9.705,45 manat, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə 53.249,73 manat, Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 82.571,44 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 230.146,02 manat, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 37.331,63 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə Şamaxı rayonu, Çarhan kənd sakinlərinə fərdi yaşayış evlərində bərpa işləri üzrə 133.340 manat, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə 33.586,3 manat, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 22 saylı Regional Xəzinədarlıq İdarəsi ilə 31.279,44 manat, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə 39.643,87 manat, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 14.001,24 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı ilə 55.788,04 manat, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizən Şöbəsi ilə 48.538,7 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə 475.658 manat, Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə 32.786,66 manat, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci ilə 34.692,35 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 253.213,45 manat məbləğində bir müqavilə, 523.613,67 manat məbləgində isə ikinci satınalma müqavilələri bağlanılıb.

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə 28.639,78 manat, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə 39.441,51 manat, “K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxsi ilə 192.426,62 manat satınalma müqavilələri bağlanılıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin yalnız oktyabr – noyabr aylarında rayon icra hakimiyyəti strukturlarının, elm və təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat nazirliklərinə tabeli qurumların keçirdikləri onlarla açıq tender və kotirovka sorğularının qalibi elan edilib. MMC respublikanın dörd bir yanında dövlət sifarişlərini yerinə yetirmək üçün təxmini hesablamalarımıza görə 4 975 676 manat vəsait alıb.

Amma gəlin görək “PROQRESS İNŞAAT EN” MMC -nin eyni zamanda Şəmkir, Tovuzdan tutmuş Bakıya qədər, Qusardan tutmuş Lənkəran, Lerikə qədər, İmişli və İsmayıllı rayonları da daxil ayrı-ayrı bölgələrdə dövlət sifarişlərini yerinə yetrmək iqtidarındadımı?

Açıq internet resursları üzərində apardığımız araşdırma zamanı “PROQRESS İNŞAAT EN” MMC -nin fəaliyyət sferası ilə bağlı heç bir məlumata rast gəlmədik. İki ay ərzində 5 milyon manat civarında dövlət sifarişləri udan MMC-nin heç veb-səhifəsi belə yoxdu. Qısa bir zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız da nəticə vermədi. MMC-nin nə qədər işçisi olması, ayrı-ayrı məsafədə olan rayonlarda böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün işçi qüvvəsinin, təcrübəli mütəxəssislərin, texniki vasitələrinin olub, olmaması, etibarlığının olması sual altındadır.

Maraqlı orasıdır ki, MMC eyni zamanda bir neçə rayonda yolların əsaslı təmiri işləri, bir yerdə əkin materiallarınin satın alınması, bir neçə rayonda eyni zamanda abadlıq işləri, tikili və avadanlıqların cari təmir işləri, 8 Noyabr Tədbirinin keçirilməsi, avtomobil ehiyyat hissəsinin satın alınması, binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması, işıqlandırma sisteminin cari təmiri işlərinin satınalmaları üzrə açıq tender və kotirovka sorğularının qalibi olub. Bu tip müxətəlif yönlü işləri görmək üçün şirkətin xüsusi uyğunluq sertifikatı olmalıdır. Amma açıq mənbələrdə “PROQRESS İNŞAAT EN” MMC-nin belə sertifikatlara malik olması ilə bağlı hər hansı məlumat yoxdur.

Bunlarla yanaşı əgər MMC -nin sadaladığımız işləri həyata keçirmək üçün əmək müqaviləsi ilə çalışan böyük işçi qüvvəsi, mühəndis heyəti olmalıdır. Təbii ki, bunların da heç biri yoxdur. MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 600-700 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.

Bunlardan xarıc MMC-nin bir çox şübhəli tenderlərin qalibi olması barədə, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar çıxdı. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin ictimaiyyətə açıqlanmadan keçirdikləri çoxsaylı tenderlərin qalibi olması da istisna deyil.

Amma MMC-nin arxasında kimlərin durmasından asılı olmayaraq burada ancaq bir suala cavab tapmaq lazımdı. MMC iki ay ərzində udduğu tenderləri ölkənin ayrı-ayrı rayonlarında eyni zamanda, hansı yollarla həyata keçirəcək?

Mənbə: Aktualinfo.org
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
 
 
Ardını oxu...
""Lukoil" yanacaq doldurma məntəqəsindən şikayətim var.
3 dekabr tarixində saat 19:40 radələrində Əhmədli metrostansiyası yaxınlığında yerləşən Lukoil yanacaq doldurma məntəqəsində 10 AZN məbləğində 92 benzin vurulmasını bildirmişəm. Lukoila daxil olduqda 28 L benzinim var idi, "datcik"də 38 L olacağını gözləyərkən, cəmi 32 L benzinə qalxdığına şahid oldum. Qeyd edim ki, avtomobilinin heç bir texniki problemi mövcud deyildir və digər yanacaq doldurma məntəqələrində benzin vurduqda, manata manat "datçik" eyni göstərir. Lukoil artıq dəfələrcə illərdir ailəmizin bütün avtomobillərinə etdikəridir, 2-3azn hər dəfəsində əskik benzin vurulur. Bu dəfə artıq çox oldu. Mənə hardansa sonradan 10azn-lik qəbz təqdim etdilər. Hələ utanmazcasına işçilərindən biri mənə "az, azz yalan danışırsan" deyə rəftar edir.
Ardını oxu...
Ardını oxu...
Etdikləri hərəkətə görə, səlahiyyətli nümayəndə ilə danışıb, şikayətimi bildirmək istədiyimi dedikdə, özünü təqdim etməkdən çəkinən bir işçi mənə yalnışlıq olmadığını, 10azn-lik benzin vurulduğunu iddia etməyə davam edir. Kamera görüntüsünə baxır hansında ki, sadəcə uzaqdan avtomobilimin gəlib benzin doldurub dayanmağı əks olunur, orada nə işçinin neçə AZN kompüterdə vurduğu, nə özlərinin datçiklərini əks etdirən nə başqa sübut edən məqam yoxdur.
Bu şəxsə özünü tam olaraq təqdim etməyimi bildirəndə qeyd edir ki, mən kiməm ki burda, növbə rəisiyəm adım Farizdir, buranın rəhbərliyi var.
Uzun cəhdlərdən sonra telefonda kiməsə zəng edə bildi, kimləsə danışıb, şikayət edəcəyimi o şəxsə bildirdi o isə cavabında nə dedisə, yenə də bu şəxs düzgün olduqlarını və hara şikayət edirəm, edim dediler.
Ardını oxu...
Zəngdən sonra ozünü təqdim etməyə ürəkləndi, adı Abdullayev Fariz, benzini dolduran Əliyev Şahsuvar olduğunu dedi, mənə aaz, yalan danışma deyib, təxmini 10dəq sonra mənə hardansa 10azn-lik qəbz verən işçinin adını bilmədim.
Bu rəftarlarına, etdikləri haram hərəkətlərinə görə özlərinin təqdim etdiyi qaynar xətt nömrəsinə (012-497-41-90) və 102 polis xidmətinə şikayətimi bildirdim, qeydə aldıqlarını bildirdilər və polis gəlib yerində şikayət ərizəmi aldı. İşin sonunu nə ilə nəticələnəcəyini gözləyirəm və illərdir bir çox dost, tanışdan bu etdiklərinə görə şikayətlər olunduğuna şahidəm.
Əminəm ki, sizlərin də arasında bu hal ilə rastlaşanlar az deyildir.
Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."

Şikayətçi: Elina Əhmədova Mənbə: Müştəriyəm Şikayətçiyəm
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Aşqarlar Kimyası İnstitutu 2023-cü ilin oktyabr ayının 5-də “Kimyəvi maddələrin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 21.850 manat, qalibi isə “FIDAH 2023 QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq “FIDAH 2023 QRUP” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 14, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Ağayev Qılman Hafis oğludur.
Ardını oxu...

Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq “FIDAH 2023 QRUP” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, aidiyyatı orqanlardan tələb olunan müvafiq lisenziya və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumat verilmir.

Ardını oxu...

“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Aşqarlar Kimyası İnstitutu “Kimyəvi maddələrin satınalınması” lotu üzrə sifarişçi olduğu daha bir satınalmanı isə 2022-ci ilin noyabr ayının 29-da keçirib.
Ardını oxu...

Bu satınalmada “ALFA 99 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib edilib.

“ALFA 99 CORP” MMC 2022-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla ev 56, mənzil 105/135 ünvanıdır.

Bu ünvanda onlarla MMC təsis edilib.

Ardını oxu...
Aşqarlar Kimyası İnstitutu “Kimyəvi maddələrin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi “ALFA 99 CORP” MMC də şübhəli fəaliyyətlə məşğuldur. Bu təşkilatın vergi mükəlləfiyyətinə diqqət etdikdə də aydın görünür.

Hazırda “ALFA 99 CORP” MMC-nin dövlətə 52.980 manat vergi borcu var.
Ardını oxu...

Aşqarlar Kimyası İnstitutunun bu cür qeyri-şəffaf fəaliyətlə məşğul olan MMC-lərlə əməkdaşlıq etməsi bir sıra suallara yol açır.

Qlobal.az məsələ ilə bağlı Aşqarlar Kimyası İnstitutundan mövqe öyrənib. İnstitutdan satınalmanın qanunauyğun formada keçirildiyini bildirdilər.

Qlobal.az Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənib.
Ardını oxu...
Tamerlan Yusifzadə

Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə Hesablama Palatasının 2022-2023-cü illər ərzində Aşqarlar Kimyası İnstitutunda audit keçirmədiyini bildirdi.

Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu 1945-ci ildə yaradılıb.
Ardını oxu...
Vaqif Fərzəliyev

İnstitutun baş direktoru АMEА-nın həqiqi üzvü, k.e.d., prоf., əməkdar elm xadimi Vaqif Fərzəliyevdir.

Vaqif Fərzəliyev 1987-ci ildən Aşqarlar Kimyası İnstitutuna rəhbərlik edir.

Mənbə: Qlobal.az
 

Ardını oxu...
     

Hazırda Ali Məhkəmin sədri olan keçmiş Kənd Təsərrüfatı naziri İnam Kərimovun diqqətinə vaxtılə çatdırmışdıq. İndi də yeni yeni Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun nəzərinə çatdırırıq. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmir. Zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol verilir. Həmçinin satın alınan malların (xidmətlərin) qiymətləri süni şəkildə şişirdilir. Bunları biz özümüzdən demirik. Bunlar dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardı ki, özü dil açıb danışır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 2020-ci il üçün keçirilmiş bir sıra tender prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası təkcə 2023-cü il ərzində satınalma planlarına daxıl etdiyi zəruri mal-materialların və xidmətlərin satınalmalarını qanunu tələblərinə uyğun həyata keçirməyib.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu bioloji aktivlər üzrə 25.10.2023 -cü il tarixdə başladığı kotirovka sorğusunu tamamlayıb və dövlət satınalmalarının vahid intenet portalına 17.11.2023-cü il tarixdə yerləşdirilmiş məlumata görə “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.760 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Kotirovka sorğusunun şərtlərinə görə MMC  Elmi-Tədqiqat İnstitutuna göstərilən məbləğin dəyərində NPK kompleks gübrə. Nitroammofoska 16:16:16, Azot gübrəsi. Ammonium nitratr, Kalium sulfat, K2SO4 (0-0-51), Magnezium sulfat, MgSO4, Tərkibində 40-50% K2O və 5-15% üvvi biriləşmələr olan maye gübrə, Fulvik turşuları, dəmir, sink, bor, molibden tərkibli maye gübrə, Fulvik turşuları, dəmir, sink, bor, molibden tərkibli maye gübrə, Amino asid, üzvi maddə, oraqnik azot, orqanik karbon, CaO, K2O, kimi gübrələr alacaq.
Qeyd edək ki,Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin şərtlər toplusunda başlanma tarixi 25.10.2023-cü ilə, zərflərin açılış tarixi isə 13.11.2023-cü il tarixə müəyyən edilib. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “KASKAD-DEN GROUP”Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.10.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından cəmi 22 gün əvvəl dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, ELDAR XƏLİLOV (BAKIXANOV), ev 3, qanuni təmsilçisinin isə Həsənov Murad Əkbər oğlu olduğu göstərilir.
Göründüyü kimi İnstitutun satınalma müqaviləsi bağladığı MMC kotirovka sorğusu müsabiqəsinin başlanılmasından cəmi 23 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu da Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, müqavilənin bağlanıldığı vaxt  MMC-nin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığının olub, olmaması nəzərə alınmamışdır.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü il ərzində bir satınalma müqaviləsi də dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə “CASPIAN GEOMATICS”MMC ilə bağlayıb. Bu müqavilənin qiyməti isə 9.596,94 manat olub və dövlət satınalmalarının vahid intenet portalına 27.10.2023-cü il tarixdə məlumat yerlədirilib. Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən sözügedən portala 18.11.2022-ci il tarixdə yerləşdirilmiş bildirişdə isə  ” Dəftərxana və təsərrüfat mallarının satınalınmasl ” maddəsi üzrə 01.11.2022-cil tarixli yekun protokola görə 01.11.2022-ci il tarixli 01 saylı müqaviləyə əsasən 18 370.83 manat məbləğində “FOR OFFİCE” MMC qalib elan edilmişdir.
Göründüyü kimi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 27.10.2023-cü il tarixdə dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə “CASPIAN GEOMATICS” MMC ilə satınalma müqaviləsi bağladığını açıqlayıb. Üstündən cəmi 5 gün keçdikdən sonra eyni lot üzrə, yəni ” Dəftərxana və təsərrüfat mallarının satınalınmasl ” maddəsi üzrə 01.11.2022-ci il tarixdə “FOR OFFİCE” MMC ilə 18 370.83 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Maraqlıdır deyilmi, 5 gün ərzində eyni lot üzrə, ayrı-ayrı MMC-lərlə iki satınalma müqaviləsi. Şübhəli gəlmirmi həm də?
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü ildə satınalma planlarına 2 açıq tender və 11 kotirovka sorğusu daxil edib. Yuxarıda göstərdiyimiz məlumatlardan da görsəndiyi kimi, dəftərxana və təsərrüfat mallarının satınalınması və bioloji aktivlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini açıqlayıb. Göründüyü kimi, artıq 2023-cü il sona çatmaqdadır. Bəs görəsən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu mətbəə məhsulları üzrə xərclərin alınması, digər malların alınması, Elmi-Tədqiqat xidmətlərinin satınalınması, maşın və avadanlıqların alınması, sair, torpaq,tikili və avadanlıqlar, istehlakyönlü müxtəlif xidmətlər, tikili və avadanlıqların cari təmiri xərcləri, maşın və avadanlıqların əsaslı təmiri, avtomobil nəqliyyat vasitələri, laboratoriya avadanlığının alınması, maşın və avadanlıqların satınalınması kimi açıq tender və kotirovka sorğularının nəticələri necə olub?
Biz deyək necə olub? Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Tender Komissiyası Maşın və avadanlıqların satınalınması, Laboratoriya avadanlıqlarının alınması və Elmi-Tədqiqat xidmətlərinin satınalınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğularından başqa dövlət satınalmalarının vahid internet portalında heç iddiaçılara heç bir E-kotirovka elanı verməyib. Yəni, kotirovka sorğularının əksəriyyəti gizlin təşkil olunub.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, habelə büdcə vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan bu kimi hallara aydınlıq gətirilməsi məqsədi ilə İnstituta ünvanladığımız sorğu cavabsız qaldı. Direktor Vüqar Səlimova zəng etmək məcburiyyətində qaldıq. Vüqar müəllimdən sorğu məktubuna nə üçün cavab verilmədiyini soruşduq. O, da dedi ki, Bizdə hər qaydasındadı, hər şeyə satınalmalar nəzarət edir. Bir də, özünüzü yormayın- dedi.
Lap başda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yol verilən özbaşınalıqları keçmiş Kənd Təsərrüfatı naziri İnam Kərimovun diqqətinə çatdırmağı əbəs yerə xatırlamamışdıq. Artıq İnam Kərimovdan keçib. Çünki, Vüqar Səlimov onu yola saldı, onun kadrı olmasına baxmayaraq. İndi Məcnun Məmmədova səslənirik. Keçmiş nazirin kadrı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunu məhv edir. İnanmırsınız araşdırma apartırın, təcili yoxlatdırın, elektron mediaya nəzər salın. Bölgələrdən şikayətçi fermerlər də, İnstitutun əməkdaşları da belə yazırlar,belə deyirlər. Elmi- Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov isə sanki, elə, belə də olmalıymış kimi işini davam etdirir.
 
Aktualinfo.org

Ardını oxu...
Eyvaz Mövsüm oğlu Hüseynov
15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.
1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, gündən bu günə qədər də, nə az-nə çox, düz 31 ildir ki, bu Xocavənd rayonuna sözün əsl mənasında "yiyəlik" edir.

Xatırlatmaq üçün qeyd edirik ki, 2021-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndinin sakinləri olan olan 82 şəhid ailəsi "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, təsərrüfatla məşğul olmaq üçün pay torpaqlarının olmadığından şikayətlənmişdi.

"DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərovun təşkilatçılığı ilə həmin şəhid ailələri mətbuat konfransı keçirərək, icra başçısı Eyvaz Hüseynov barəsindəki gileylərini açıq şəkildə bəyan etmişdilər. Hətta, konfrans zamanı onlar daha bir məlumatı da medianın diqqətinə çatdırdılar ki, şəhid ailələrinin vəsaiti hesabına şəhidlərin xatirəsi üçün abidə inşa edilib, lakin, icra hakimiyyəti həmin abidəni özü inşa etdiribmiş kimi öz balansına keçirib. Yəqin ki, bu tikinti üçün büdcədən "babat" məbləğ də silinib.

Əlqərəz...

Çox keçmədi ki, ardından Xocavənd rayonunun Muğanlı kənd sakini, əvvəllər orta məktəbdə dil-ədəbiyyat müəllimi olaraq çalışan Vəzifə Bayramova redaksiyamıza müraciət edərək, Eyvaz Hüseynovun onu işindən azad etdirməsindən şikayətləndi.

Xanım bildirdi ki, o, eyni zamanda seçki komissiyasının üzvü olduğu üçün, sonuncu prezident seçkiləri zamanı Ağcabədi rayonunda, prezident seçkilərində iştirak edib və işinə qayıdanda görüb ki, işinə xitam verilib. Hətta onun yerinə həmin məktəbə Eyvaz Hüseynovun dostunun qızı işə götürülüb. Dediyinə görə, artıq illərdir ki, Vəzifə xanım işinə bərpa olunması üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Hətta, ölkə başçısına belə yazılı şəkildə müraciət edib, özü də dəfələrlə. Amma, nə hikmətsə, nə 31 ildir Xocavənd rayonunda "özünəməxsus hakimiyyət" quran Eyvaz Hüseynova "gözün üstə qaşın var" deyən olub, nə də xanım buvaxta qədər işinə qaytarılıb.

Sözügedən Vəzifə xanım Bayramova bir neçə gün əvvəl yenidən redaksiyamıza müraciət edərək, hələ də işsiz olduğunu bildirdi.

Qeyd edək ki, xanımın iddiası ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxladığımız zaman, Vəzifə xanıma dəfələrlə iş təklifi etdiklərini və xanımın imtina etdiyini bildirmişdilər. Vəzifə xanım isə ona xadimə işinin təklif edildiyini deyir.

Biz bu dəfə isə bu barədə Xocavənd rayonunu Milli məclisdə güya təmsil edən Elman Məmmədov ilə telefon əlaqəsi saxladıq. Elman Məmmədov agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında xanımı "yalan danışmaq"da ittiham etdi. Agentliyin rəhbəri və proqramın aparıcısı Kamal Əsgərov öz adından da xahiş etdi ki, Vəzifə xanımın ali təhsilli olduğu nəzərə alınmaqla onun hər hansı bir dövlət işi ilə təmin olunmasında köməklik göstərsin. O, da bu barədə Eyvaz Hüseynova müraciət edəcəyini bildirdi və...

"Və"dən sonrası təəssüf ki, yoxdur... Ya Elman Məmmədov "hansısa vətəndaşdan ötəri kiməsə ağız açmağı şəninə sığdırmadı", ya da Eyvaz Hüseynov "işinə qarışmasın deyə onu tənbehlədi".
Uzun sözün qısası, Vəzifə xanım 14 ildir işsizdir, səbəbi isə Eyvaz Hüseynovun "dost sevgisi"dir. Dostunun yenicə məzun olmuş qızını, illərin pedaqoqu ilə əvəzləyib.

Qeyd edək ki, Vəzifə xanımın iddiasına görə Eyvaz Hüseynovun dostunun qızı olan Əfsanə xanım ikinci iş olaraq, məktəbə işə götürülüb və ardından Eyvaz Hüseynovun özünün müavini vəzifəsi ilə təmin olunub. Hazırda İcra başçısının müavini vəzifəsində çalışır.

Sizcə, Eyvaz Hüseynov "hakimiyyəti"nin "özünəxidmət"I bununla bitərmi?!
Əsla.

Xocavənd rayonunda başqa-başqa şəxslərin adına iaşə obyektlərinin olduğu bildirilən, şəhid ailələrinə təsərrüfat üçün verməyə "torpaq tapmayan" icra başçısının daha bir "əliaçıqlığı"ndan bəhs edən daha geniş məlumat aldıq. Daha doğrusu, Xocavənd rayon Kuropatkin kənd sakini, "Respublika şəhid ailələrinə qayğı" cəmiyyətinin Xocavənd rayonu üzrə sədri, üçüncü qrup müharibə əlili Hamlet Gülməmmədov "Kanal14" YouTube kanalında hər gün 19:00-da canlı yayımlanan "Kamalın zamanı" proqramına zəng edərək, Eyvaz Hüseynovun özünün və qardaşı İbad Hüseynovun sahibləndiyi, eləcə də ayrı-ayrı vəzifəli şəxslərə "peşkəş" verdiyi hektarlarla torpaq sahələrinin siyahısını sadaladı.

Təkcə qardaşı İbad Hüseynovun 100-500 arası, Eyvaz Hüseynovun isə 500-1000 arası hektar torpaq sahəsinə sahib olduğunu deyən Hamlet Gülməmmədovun təqdim etdiyi siyahıdakı digər adları aşağıda təqdim etdiyimiz videoda 1 saat, 34-cü dəqiqədə izləyə bilərsiniz.

Diqqət etdinizsə Hamlet Gülməmmədov təqdim etdiyi siyahının hələ tam olmadığını vurğuladı.

33 yaşından bəri Xocavənd rayonuna rəhbərlik edən 64 yaşlı Eyvaz Hüseynov sanki, bu rayonu 31 ildir "icarəyə götürüb", ona görə də rayonun bütün gəlirli sahələrinin gəlirlərindən yalnız özü yararlanır.

Allah rəhmət eləsin böyük şair M.Ə.Sabirə. Məhz onların dilindən deyib:

- "Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Biz məgər aclara vəqf eyləmişik malımızı,
Та ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyərik naz ilə ətfalımızı.
Atasız tiflləri basdı boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!"


P.S: Vətəndaşların iddiaları ilə bağlı qarşı tərəf olaraq, Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun mobil nömrəsinə dəfələrlə zəng etsək də telefona cavab vermədi. İcra başçısının birinci müavini Azər müəllim və millət vəkili Elman Məmmədov ilə isə canlı yayımda telefon əlaqəsi saxlanılıb, fikirləri dinlənilib.
Yazıda adıçəkilən bütün şəxslərin mövzuya dair fikirlərini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürovanın Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və YAP Kəlbəcər Rayon Təkilatının sədri Həbib Misirov ilə sensasion telefon danşığı sosial şəbəkədə yayılıb.

Yerli mediada "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun adamları kimi adları hallanan şəxslərin söhbətinin əsasında Həqiqət Şükürovanın dələduzluq maddəsi cinayət işi açılması və prokuror qarşısına çıxması ilə bağlı olub.

Sosial şəbəkədə yayılan səs yazısıdında direktoru Həqiqət Şükürova ona Azər müəllimin (Kəlbəcər Rayon İcra Hakikmiyyətinin sədri - red:) zəng etdiyini deyir. O İcra Başçısının zənginə gülərək cavab verir və bildirir ki, "aləmi qatmışam bir-birinə, xəbərin yoxdur". O daha sonra icra başçısı ilə söhbətinə belə davam edir:

"Nə etdin sənə şef zəng etmədi? (Şefin Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov olduğu iddia olunur).

Dünəndən Zaqatalanın prokuror Rasimə, Məhəmmədəliyə, İmamverdiyə və Həbibə zəng edir ki, Həqiqətə deyin gedib şirkəyət ərizəsini geri götürsün. Götürsəm mənim atama min lənət. Hələ davamı olaraq 3 dənə də yazmışam".

Daha sonra o Azər Qocayevə bildirir ki, səndən küsmüşəm axırıncı dəfə mənə pis sifət etmisən: "Dedin ki, yox hələ gəlmə bura qoy görək bu söhbətlər necə olur. Niyə?

Mən "youtube"dakıların cavabını elə verərəm ki, elə oturdaram yerlərində... "

"Youtube"da yayılan bizə məlum olmayan hansısa görüntünün Əvəz adlı şəxs tərəfindən yayıldığını deyib.

O daha sonra Azər Qocayevdən onu Əvəz adlı şəxslə görüşdürməyini xahiş edir. Bildirir ki, bu zaman adnı söyüşlə (qeyri-etik olduğu üçün yazmırıq-red:) Əvəz adlı şəxsin onun xətrinə "youtube"da yayılan görüntünü siləcəyini bildirir.

Həqiqət Şükürova həmçinin sözlərinə belə davam edib:

Cavid müəllim ( Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov) mənə zəng etmişdi ki, bu söhbətlərdən- prokuororun səni çağırmağından mənim niyə xəbərim yox idi. Səni də yığacaq guman ki.

Mən də ona bildirdim ki, Cavid müəllim mən sizə zəng etdim, dedilər siz burada yox idiniz.

Bildirdim ki, Azər müəllimi də işləməyə qoymur. Axşam məni yığ ətraflı danışaq Əvəzə nə demək lazımdır bilim mən".

Bildirilir ki, 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova daha İcra Başçısı Azər Qocayevlə danışdıqdan sonra YAP Kəlbəcər Rayon Təkilatının sədri Həbib Misirov ilə telefon danışığına edib:

Həqiqət Şükürovanın Həbib Misirova dediklərini təqdim edirik:

"Şef Azərə zəng edib bütün biabır edib ki, sən hara baxırsan? O qızın başına açılan oyunlar nədir? Azər deyir ki, qurudum qaldım telefonda. O da deyir mən də hamısını danışdım şefə.

Sən etdin hər şeyi, dedin ki, get öyrən nə edir, videosunu da çək. Yaxşı etmişəm, səsi də var, videosu da var məndə...

(qarşı tərəfin nə dediyi eşidilmir...) Həbib sən niyə ikili oyun oynayırsan mənə bunu izah et bilim. İmamverdi yaxşı adamdır ay Həbib?

Sənə hələ də çatmır ki, şef İmamverdini yaxşı tanıyır?

Sən Şefə niyə izah etmirsən ki, nazirliyə Həqiqəti çağırıblar.

Mən əlimdəki yazıları, videoları Qurbana göndərəcəm.

Sən mənim arxamca prokurora söz danışsan məndən inicimə. Azərə deyəcəm sənin payını versin".

Söhbətin səs yazısını buradan dinləyə bilərsiz...

Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Bakı İnzibati Məhkəməsi yuxarı instansiyanın ləğv etdiyi işə 9 ildir baxmır
Torpaq mülkiyyəti hüququ Konstitusiya ilə, “Torpaq islahatı haqqında” , Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və s. normativ hüquqi aktlarla təminat verilən hüquqdur. Qarabağ savaşı əlillərinə bələdiyyədən bir dəfə pulsuz, dövlətdən iki pay torpaq verilməsi də qanunvericiliyin tələbidir. Di gəl, nə icra hakimiyyətləri, nə də bələdiyyələr bu hüquqa sayğı göstərir. Məhkəməyə müraciət edəndə isə...
Bakı şəhəri, Nərimanov bələdiyyəsinin 1-ci dərəcəli Qarabağ əlili rayon sakininə Nəsib bəy Yusifbəyli küçəsinin sonu , Fətəli Xan Xoyski- 1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsini verməkdən imtinasından 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində ( 2 BİİM) iddia qaldırılıb. Hakim Rüstəm Kərimli 15.10.2019 tarixli qərardadla gizlincə icraata xitam verib. Bakı Apellyasiya Məhkəməsi 05.03.2020 tarixli qərardadla aşağı instansiyanın qərardadını ləğv edib və işi baxmağa Bakı İnzibati Məhkəməsinə göndərib. 3 il yarım keçsə də işin “bəxtinə” yenidən baxılmaq yazılmayıb. Heç demə Sabunçu məhkəməsində hakimlik yapan Rüstəm Kərimli Ədliyyə Nazirliyindəki tanışlarının araçılığı ilə özünü Bakı İnzibati Məhkəməsinə ezam etdirib və ləğv edilmiş işini icraatına götürüb, 4 ilə yaxındır gizlədir.(?) Hakimin işi gizlətməsi cinayəti elə açıq-aşkardır ki, Məhkəmə Hüquq Şurasına yalnız fakta qiymət vermək qalır. Özbaşınalığa baxın, hakim R. Kərimli 2-1(112)- 5191/2020 saylı işi “elektron məhkəmə” informasiya sistemindən tamam silib!(?). Hələ də nə iş sistemə bərpa edilir, nə də yuxarı instansiyanın məcburi göstərişinə əsasən işə yenidən baxılır.
Bakı İnzibati Məhkəməsinin apellyasiya instansiyasının ləğv etdiyi işlərə yenidən baxmaqdan imtinası bu “gizliliklə” bitmir. Birinci instansiyanın 06.05.2015 tarixli DSMF-ə qarşı qərardadını Bakı Apellyasiya Məhkəməsi 02.07.2015 tarixli, 2-1(103)-1098/15 saylı qərardadla ləğv edib və işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün 1 BİİM-ə qaytarıb. 9-cu ildir işə yenidən baxılması gerçəkləşmir.
Belə məhkəmə təminatı hüququ ilə hansı maddi hüququ, mülkiyyət hüququnu əldə etmək olar? Bircə onu deyək ki, Rüstəm Kərimlinin hakim adından rüşvət, korrupsiya amacı ilə yararlanaraq işi gizlətməsi mübahisə predmeti olan torpaq sahəsinin gizlincə satılması ilə sonuclanıb. Gizlin satışdan varlananlar isə Nərimanov RİH, bələdiyyə, ƏMDX və... təbii ki, hakim Rüstəm Kərimli olub.
İndi söz Məhkəmə Hüquq Şurasındadır: yuxarı instansiyanın ləğv etdiyi işlərin qatı nə vaxta qədər “tam gizli” qrifi” ilə açılmayacaq?
Məğrur Bədəlsoy
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Hazırda mətbuatda 8 km bazarının söküləcəyi ilə bağlı mediada çeşidli məlumatlar tirajlanır. Qeyd edək həmin ərazidə 3 fərqli bazar mövcuddur. İndiki adı “8-ci km Ticarət Mərkəzi MMC” olan bazar SSRİ vaxtından fəaliyyət göstərir. Buranın köhnə adı “4 nömrəli kolxoz bazarı” olub. Digər iki bazar isə müstəqillik illərində sonrada yaradılıb. Hazırda ətrafında ajiotaj yaradılan məhz köhnə bazardı.

Həmin bazarın səhimdarlarının Azinforum.az-a verdiyi məlumata görə, bu ticarət mərkəzini 1981-ci ildə Bağırov Mirəli Mehdi oğlu adlı şəxs yaradıb. Sonra əmək kollektivini təmsil edən 37 nəfərin adına özəlləşdirilib və bazara rəhəbərliyi məhz sözügedən şəxsə həvalə edilib. 2001-ci ildə ləğv edilmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Fərhad Əliyevin təzyiqi ilə bazar bu şəxslərin alınaraq, Rasim Qurbanov adlı şəxsin adına rəsmiləşdirilir. 2008-ci ildə bazar məhkəmə yolu ilə yenidən köhnə sahiblərinə qaytarılıb.

Qısa müddət sonra bazar yenidən əsl sahiblərindən alınaraq , Əmlak Kommitəsinin balansına verilib. Bizə təqdim olunan rəsmi sənəddlərdə bu barədə aşağıdakı kimi bəhs olunur:

“Keçmiş Dövlət Əmlak Nazirliyin 29.09.2000- ci il tarixli 220 nömrəli sərəncamı ilə Bakı şəhər istehlak bazarı və xidmət departamentinin 4 nömrəli bazarının bazasında “Ticarət Mərkəzi-4” ASC yaradılmış və 30.05.2001 – ci il tarixində “Ticarət Mərkəzi – 4“ ASC -nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi başa çatıb.

Xətai Rayon Məhkəməsinin 24.01.2008 -ci il tarixli 2 – 214 / 2008 saylı qətnaməsinin icrasını təmin etməklə “Ticarət Mərkəzi – 4“ ASC – nin yaradılması barədə Keçmiş Dövlət Əmlak Nazirliyinin 29.09.2000 – cil tarixli 220 saylı sərəncamə ləğv edilmiş. 4 nömrəli bazarın həmin sərəncama qədər olan vəziyyətə qaytarılması səhmdar cəmiyyətinin bütün əmlakının Dövlət Əmlak Komitəsinə təhvil verilməsi qərara alınıb”.

Çox maraqlıdır, nə baş verib ki, 2008-ci ildə tam qanuni əsaslarla özəlləşdirilən bazarın sənədləri ləğv edilir? Hələ ki, səhimdarlara bununla bağlı hansısa ciddi bir sənədin təqdim edilmədiyi bildirilir.

Nə qədər qəribə olsa da, 2019-ci ildə bazara nəzarəti yenidən Rasim Qurbanovun oğlu Bəhram Qurbanov ələ alır. Faktiki olaraq hazırda sözügedən bazar bir vaxtlar sabiq nazir olan və bir sıra ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum edilən Fərhad Əliyevin ora rəhbər gətirdiyi Rasim Qurbanovun iki oğlunun nəzarətindədir. Bazarın səhimdarları bildirir ki, bu şəxslər bazarın saxta sənəd əsasında özəlləşdirdiklərini bildikləri üçün oranı tələsik satıb aradan çıxmaq istəyirlər. Fakitiki olaraq həmin bazarın sökülməsindən söhbət getmir.

Azinforum.az olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
“Babək rayon Məhkəməsində dekabrın 1-də keçirilən prosesdə faktlarla sübut olundu ki, Prenetal Mərkəzin keçmiş baş həkimi Kifayət Məmmədova anam Sveta Xudiyevanı ölümə aparan əməliyyatın əleyhinə olub və əməliyyatın keçirilməsi ilə bağlı rəy verməyib. Baş həkim anamın müalicə üçün təcili Türkiyəyə, yaxud Bakıya aparılmasını məsləhət görüb. Lakin, onun israrlarına baxmayaraq, həkim Nəzakət Gülməmmədova anamı əməliyyat edib və bunun qarşılığında yaxın qohumlarımızın birindən 700 manat pul alıb. Həmin qohumumuz bunları öz izahatında da yazılı qeyd edib. Belə çıxır ki, Nəzakət Gülməmmədova 700 manatı bizdən alsın deyə, anamın fiziki vəziyyəti yol vermədiyi halda onu əməliyyat edib və bu da ölümlə nəticələnib”.
Bu sözləri „Gündəlik Naxçıvan“a Babək rayon sakini Cəlil Xudiyev bildirib. O, hüquq mühafizə orqanlarından anasının ölümünə səbəb olan həkim Nəzakət Gülməmmədovanın cəzalandırılmasnı tələb edir:
“O, ən yüksək cəzanı almalıdır. Əməliyyata hazır olmayan anamı hansı məqsədlə bıçaq altına salıb? Belə çıxır ki, maddi tamah ucbatından. O təkcə həkim səhlənkarlığında yox, həm də bu səbəbdən ittiham olunmalıdır. O öz tamahını ört-basdır etmək üçün həm də bizdə belə bir yanlış fikir yaratmışdı ki, guya qohumumuzdan aldığı pulu baş həkim Kifayət Məmmədova ilə bölüb. Bu səbəbdən biz də yanlışlıqla Kifayət Məmmədovanın adını bu işdə hallandırmışıq. Buna görə çox üzgünük. İndi isə faktlarla məlum olur ki, o əməliyyatın qəti əleyhinə olub”.
Sveta Xudiyeva oktyabrın əvvəlində keçirdiyi əməliyyatdan sonra vəfat edib. O zaman yaxınları bildirmişdilər ki, mərkəzin həkimi Nəzakət Gülməmmədova rüşvət ala bilsin deyə, əməliyyata fiziki cəhətdən hazır olmayan Sveta Xudiyevanı bıçaq altına salıb və bu da ölümlə nəticələnib. Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda cinayət işi açılıb.
Mərhumun yaxınlarının bildirdiyinə görə, Nəzakət Gülməmmədovanın „yuxarlar”da adamı olduğu üçün, prokurorluq onu cinayət işindən yayındırmağa çalışır.
Kifayət Məmmədova Sveta Xudiyevanın ölümündən bir müddət sonra Naxçıvan Prinetal Mərkəzinin baş həkimi vəzifəsindən istefa verib. Onun öz vəzifələrini icra etməsinə imkan verilmədiyi üçün bu addımı atdığı bildirilir. O, bu vəzifəyə yeni təyin olunmuşdu.

Mənbə: „Gündəlik Naxçıvan“
 

Dünyapress TV

Xəbər lenti