Ardını oxu...
Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixdə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilir…. İdarə və təşkilatların ləğvi və birləşdirilməsi ilə yeni Xidmətlər-Publik Hüquqi Şəxslər(PHŞ), yeni ştat vahidləri və s. yaradılır.

Fərmanın 5.1 – ci maddəsinə uyğun olaraq Regional Su Meliorasiya Xidmətləri, 5.2 – ci maddəyə görə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətləri yaradılacaq.

Eyni gündə imzalanmış “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərildiyi kimi sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq.

Bu arada Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, yeni formalaşan strukturda yeni olacaq vəzifələr uğrunda çarpışmalar günlərdir ki, başlayıb. Sədrin birinci müavini postu uğrunda Zaur Mikayılovun hazırkı müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və bu sistemdə məşhur olmayan daha bir şəxsin adı hallanır.

İddialıların hər biri özünəməxsus şansları ilə dəyərləndirilir: Rafiq Aslanov Meliorasiya sahəsində yetərincə təcrübəyə, nüfuza və böyük kapitala malik şəxs kimi tanınır. Təəssüf ki, eyni zamanda onun adı müxtəlif media orqanlarında korrupsiyaya bulaşmış məmur kimi hallanır…
Ardını oxu...
Etibar Məmmədov
Etibar Məmmədov da təmsil olunduğu strukturda təcrübəli sima kimi tanınır. İndiyədək adı hansısa qalmaqalda, mənimsəmə faktlarında yer almır, həm də geniş şəxsi əlaqələrə sahib olduğu bildirilir.

Digər-üçüncü namizəd haqqında bir o qədər də, məlumatımız olmadığından hələlik adının hallandırılmasını uyğun bilmirik…

“Azərsu” ASC-nin rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənovun isə üç müavin postundan birini arzuladığı, bu alınmayacağı halda isə Agentliyin Bakı şəhərindəki ən çəkili bir idarəsini də “B” variantı kimi hədəflədiyi bildirilir…

Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla da bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik.

Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birini hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digər iddialının isə daha şanslı olduğu deyilir. Səbəb isə daha da yüksək çinli məmurla bağlılığı göstərilir…

Mövzunun davamı olacaq./yenixeber.org
 
 


 
Ardını oxu...
Azərbaycanda bir müddət əvvəl həbs olunmuş icra başçılarının məhkəmələri maraqlı epizodlarla dolu keçirdi. Şahid qismində dindirilənlərin əksəriyyəti adı olub, özü olmayan MMC-lərin nümayəndələri idi ki, hamısı qalibi olduqları tenderlərin 30 faizini bəri başdan icra başçılarına çatdırdıqlarını etiraf edirdilər. Belə MMC-lər bu gün də mövcuddu və işlərini köhnə qaydada davam etdirlər. Bu gün onlar qanunsuzluq etmədiklərini bildirsələr də, məhkəmə qarşısına çıxanda açırlar sandığı, tökürlər pambığı.

Elə götürək Mədəniyyət Nazirliyini. Sözügedən qurumun məsul vəzifəli şəxsləri həbs olunanda ortaya nələr çıxmadı? Kim zəmanət verə bilər ki, həmin əmməllər bu gün davam etdirilmir? Həmin əməllər yenə davam etdirilir, amma başqa şirkətlərin əli ilə. Elə “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyətini götürək.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 6.330,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq satınalmalarda ad çıxarmış bir şirkətdir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 20.11.2013-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Nəsibov İlqar İsrafil oğlu olduğu göstərilir.

MMC-nin təsisçisi Aslanov Yaşar İmamverdi oğlu olub və 19.06 2023-cü ilə qədər rəsmi qanuni təmsilçisi kimi göstərilib. MMC qərb bölgəsində bir çox dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının qalibi olub. Təkcə 2023-cü ildə qalibi olduğu satınalmalara diqqət yetirək.

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs” ilə 36.094,95 manat məbləğində 06.10.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.300 manat məbləğində 11.09.2023-cü ildə, Qarayazı Dövlət Təbiət Qoruğu ilə 9.983,6 manat məbləğində 11.09.2023-cü ildə, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.836,5 manat məbləğində 11.09.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.900 manat məbləğində 06.09.2023-cü il tarixlərində 6 satınalma müqavilələri bağlayıb.

Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, adıçəkilən qurumlar ötən il də “NIHAT – İNŞAAT ” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Yaşar Aslanovun təsisçisi və qanuni təmsilçisi olduğu “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir neçə satınalma müqavilələri bağlayıblar.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.950 manat məbləğində 02.12.2022-ci il, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.920 manat məbləğində 02.12.2022-ci il, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.436 manat məbləğində 02.12.2022-ci il, Ağstafa Gənclər evi sosial xidmət müəssisəsi ilə 15.876,1 manat məbləğində 18.10.2022-ci il, Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə 51.080,7 manat məbləğində 25.08.2022-ci il tarixlərində də “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5 satınalma müqavilələri bağlanılıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SƏMA” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 06.08.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Aslanov Yaşar İmamverdi oğlu olduğu göstərilir. MMC-nin hazırki günə 4573.53 manat borcu var.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən əldə etdiyimiz bu rəsmi məlumatlardan da görsəndiyi kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tabeli “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu da “NIHAT – İNŞAAT ” və “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin sahibi Yaşar aslanovla daim işbirliyindəirlər. Buraya “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”i də daxildir. Bu sadalanan dövlət qurumları nə üçün məhz bu MMC-lərə üstünlük verir?

Bunu ancaq yuxarıda qeyd etdiyimiz qurumların, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru İlham Sofiyev yaxşı bilərlərlər.

Qeyd edək ki, “NIHAT – İNŞAAT ” və “SƏMA” MMC-lərin sahibi Yaşar Aslanovun bundan başqa bir neçə şirkəti də var ki, bir müddət əvvəl Qazax, Tovuz, Ağstafa rayonlarında demək olar bütün dövlət qurumlarının keçirdikləri satınalmaların qalibi olublar. Yəni, Yaşar Aslanov sözügedən rayonlarda “otkat” işlərinə baxıb. Ona məxsus MMC-lərin udduğu satınalmalar dövrü mətbuatın gündəminə gəldikdən sonra aidiyyatı qurumların nəzarətinə düşdü. Odur ki, Yaşar Aslanov ötən il iş gördüyü “SƏMA” MMC-ni bu il “NIHAT – İNŞAAT ” MMC ilə əvəzləməli olub.

Mənbə: Aktualinfo.org
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
 
 
Ardını oxu...Ardını oxu...

Bioqrafiyasında yer alan məlumatlara inansaq, kimyagər məktəb direktoru Aysel Şərbətova iki monokristal kəşf eləyib. Amma buna görə ona nə qədər pul mükafatı verildiyi barədə heç bir informasiya yoxdur. Əgər Nobel mükafatı alsaydı, ən azından onun quru maaşla necə nəhayətsiz kapitala yiyələnməsinə şübhə ilə yanaşanlara göstərərdi.

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına məlumat verən mənbə Aysel Şərbətovanın rəhbərlik etdiyi Bakı şəhər, Xəzər rayonu, R.M.Sadıqov adına Binə qəsəbə 136 nömrəli tam orta məktəbdə ciddi qanunsuzluqların hökm sürdüyünü bildirmişdir: Mənbənin iddiasına görə, adıçəkilən məktəbin direktoru Şərbətova Aysel Bəxtiyar qızı təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb. Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq — mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub. Bununla belə direktor əxlaqsızlıq edən müəllimin həyat yoldaşını ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri vəzifəsinə irəli çəkmişdir.

Mənbənin bildirdiyinə görə, direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb. Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə dəyəri 50 min manata qədər olan son model avtomobil alıb. Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalnı” avtomobil nömrəsi almaqdan çəkinməyib. Yəni MƏHƏMMƏD, ABBAS.

Ardını oxu...

Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb və görünən odur ki, bu proses davam edəcək. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur.

Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər.

P.S. Aldığımız məlumatlara görə Ağsel Şərbətovanın bu qanunsuzluqlarına rəvac verən, birbaş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Mehriban xanım Vəliyevadır. Çünki həmin məktəb direktorunu bu vəzifəyə məhz o, götürüb. Hətda onun yaxın ətrafına dediklərinə inansaq Mehriban xanım deyib ki, hansı jurnalist səndən yazsa hüquq mehafizə orqanlarına şikayət et. Hətda o bu məsləhətdən yararlanıbda …

Qarşı tərəfin də mövqeyini öyrənmək üçün həm Elm və Təhsil Nazirliyinə, həm də, BŞTİ-ə rəsmi məktub göndərsək də heç bir qurumdan səs çıxmadı. Görünür balıq başdan iylənər misalı yerinə düşüb

Mövzuya qayıdacağıq.

Deryaz.az

 
Ardını oxu...

    Bu günlərdə deryaz.az saytının redaksiyasına Şamaxı rayonu, Həmləyli kənd sakini Xəlilov Rahid Xəlilulla oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə və digər vəzifə sahiblərinə ünvanladığı şikayət ərizəsinin bir surəti daxil olub.

Ardını oxu...Ardını oxu...

Rahid Xəlilov yazdığı ərizədə Şamaxı RİH-nin başçısı Tahir Məmmədovu, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nəhmətov Mərdan Əliyoldaş oğlunu bu və digər məsələlərlə bağlı tənqid edir. Məsələn, o, qeyd edir ki, “RİH-nin başçısı Tahir Məmmədov rüşvətxor, korrupsioner olduğundan, hal-hazırda Şamaxıda qanunlar işləmir, icra başçısı sakinlərin haqlı şikayətlərinə məhəl qoymur, şikayət edən şəxslərlə daim münaqişələr yaradır. Bir sözlə, rayon rəhbərliyinin bu cür yanaşması hər cür özbaşınalığa, qanunsuzluğa rəvac verir. Rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsi, təbii fəlakətlərin əmələ gətirdiyi fəsadların aradan qaldırılması, imkansız ailələrə müəyyən köməkliklərin göstərilməsi və s. məqsədlər üçün ayrılan pullar müxtəlif yollarla talan edilir. RİH-də və kənd icra nümayəndəliklərində boş olan vəzifələrə təyinatlar qanun pozuntuları əsasında həyata keçirilir. Buna misal olaraq RİH-də baş mühasib vəzifəsinə təyinat Tahir Məmmədovun istəyi ilə həyata keçirilib. Yəni, bu vəzifəyə hansısa maraq əsasında saxta diplomu olan qeyri-ixtisas sahibi təyin olunub. Rayon ərazilərində torpaq sahələrinin ələ keçirilməsi, daş-çınqıl sexinin fəaiyyət göstərməsi, fərdi yaşayış evlərinin tikilməsi və s. kimi işlər də, məhz icra başçısının xeyr-duası əsasında qanunsuz yollarla həyata keçirilir. Qeyd edim ki, fərdi yaşayış evləri tikilərkən, yaxud da ticarət obyektləri inşa olunarkən aidiyyəti dövlət qurumlarından lazımi sənədlər əldə olunmadan da, bu kimi işlər həyata keçirilir. Rayonun Həmləyli kəndi ərazisində qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanasına RİH-nin başçısı himayədarlıq edir. Yerli sakinlərlə icra başçısının görüntü xatirinə səyyar görüşləri təşkil olunur və keçirilən görüşlərdə heç bir məsələ və ya problem həllini tapmır.  

    Rayon ərazisində problemlərin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, RİH Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətovun atdığı addımların varlığıdır. Belə ki, bu şəxs şəhərin Seyid Əzim Şirvani küçəsində yerləşən evinin həndəvərində, hansı ki, alqı-satqı predmeti olmayan torpaq sahəsində obyektlər inşa etdirib və sakinlərin gediş-gəliş yolunu bağlayıb. Yaşadıqları evin ön tərəfində, daha dəqiq desək yolun üst hissəsində qanunsuz inşa etdirdiyi kafe, market, “moyka”, dönərxana sakinlərin hərəkət imkanlarını çətinləşdirir. Bundan əlavə, bu şəxs həmin küçədə qanunsuz nəzarətçi köşkü də quraşdırıb ki, bu da həmin yerdən ötüb-keçən sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. Qeyd edim ki, belə bir problemin aradan qaldırılması məqsədilə ünvanladığı müraciətimə 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun imzası ilə təsdiq olunmuş (№3-21-3/2-x-0143/02-8/2023) cavab məktubu verilib. Məktubda qeyd olunur ki, “Məsələ ilə bağlı Xidmətin Şamaxı ərazi şöbəsinin mütəxəssisləri və Şamaxı bələdiyyəsinin sədri tərəfindən araşdırma aparılan zaman Şamaxı şəhəri, Heydər Əliyev küçəsindən bağlanıldığı qeyd olunan küçəyə giriş hissədə yoldan istifadənin məhdudlaşdırıldığı müşahidə edilmişdir. Yolun digər hissəsində yerləşdirilmiş gözətçi köşkü və dəmir barmaqlıq nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdır”. Məktubda o da qeyd olunur ki, “Nəhmətova qanunvericiliyin tələbləri izah olunduqdan sonra, bu şəxs tərəfindən metal dirəklər ərazidən götürülmüşdür.

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

Bundan əlavə, orada yerləşən gözətçi köşkünün də bu şəxs tərəfindən yaxın zamanda götürüləcəyinə dair vəd verilmişdir”. Düzdür, cavab məktubunda bu cür cavab yazılsa da, Mərdan Nəhmətov hələ də gözətçi köşkünü ərazidən götürməyib. Bu da onu deməyə əsas verir ki, bu şəxs nə qanun-qayda sayır, nə də ki, bir kimsəni “priznavat” etmir.

    Bundan əlavə, Mərdan Nəhmətov rayonun Çuxuryurd kəndi ərazisində kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində qanunsuz villa da inşa etdirib. Əslində belə bir addımın atılması hüquqi baxımdan məsuliyyət hissi də yaradır. Baxmayaraq ki, cəmi 20 ha bələdiyyəyə aid torpaq sahəsində taxıl əkən Şamaxı rayon sakinlərinin bir neçəsinə 3 il həbs cəzası verildi, amma Mərdan Nəhmətovun bu cür qanunsuz addımlarına görə bir kimsə ona “qaşın üstə qara var” demir. Əksinə, bu cür əməllərindən sonra onu RİH Aparatında şöbə müdiri vəzifəsinə təyin etdilər. Buna əsas səbəb o oldu ki, şöbə müdirinin pulu çoxdur, eyni zamanda bu şəxsin icra başçısı Tahir Məmmədovla qohumluq əlaqəsi də var. Qeyd edim ki, Mərdan Nəhmətov təqaüddə olan şəxsdir və o, əvvəllər Qobustan rayonunun hərbi komissarı işləyib. O, orada əldə etdiyi rüşvətin qarşılığında hərbi biletlər satmaqla məşğul olub. Qeyd edim ki, hal-hazırda rayonun ərazilərində həyata keçirilən tikinti işlərindən rüşvəti yalnız bu şəxs yığır. Əgər bir kimsə fərdi yaşayış evi tikməli olursa, o halda həmin şəxs Mərdan Nəhmətovla danışıb-barışır, hətta elə hallar da olur ki, həmin şəxs fərdi yaşayış evinin yerində obyekt də inşa etdirir. Söz yox ki, bu kimi işlərə nəzarəti RİH başçısının verdiyi tapşırıqlar əsasında Mərdan Nəhmətov yerinə yetirir. Bir sözlə, hal-hazırda Şamaxı rayonu ərazisində belə tikililərin sayı həddən-ziyadə çoxluq təşkil edir”.

P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün rayon İcra Hakimiyyətinə istər telefon vasitəsi ilə, istərsə də rəsmi məktubla müraciət etsək də, heç bir cavab ala bilmədik.

Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Deryaz.az


Ardını oxu...
Samuxun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə müəllimlə direktor arasında insident baş verib.

Yəni 48 yaşlı ibtidai sinif müəlliməsinin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib. İddiaya görə, həmin məktəbin direktoru Şahin Məmmədov 2014 -ci ildə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışarkən nöqsanlara görə işindən azad edilib. Yəni 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə dövlət qulluğuna xitam verilib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Şahin Məmmədovla müəllim arasındakı insidenti araşdıran Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Raminə Məmmədova Şahin Məmmədovun bacısıdır. İddiaya görə, məhz bu səbəbdən komissiya direktorun müəllimi döymədiyi ilə bağlı rəy verib.

GUNDEMİNFO.AZ xəbər verir ki, məsələ ilə bağlı Raminə Məmmədova “Cebhe.info”-ya açıqlamasında Şahin Məmmədovun bacısı olduğunu təsdiqləyib. O, komissiyada qardaşını qoruduğu iddialarını yalanlayıb:

“Mən komissiyanın üzvü deyildim. İddialar əsassızdır”.

Xatırladaq ki, məsələni araşdıran komissiyanın tərkibinə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil ediliblər.

“Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar. Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib. Qeyd edək ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,-deyə komissiyanın yaydığı rəydə bildirilib.

 
 

Ardını oxu...

  Məlumdur ki, Bakı şəhərinin ərazisində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Qeyd edək ki, bu Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətlərini təmin etməkdən ibarətdir. 

Ardını oxu...

Bundan əlavə, BNA-nın əsas fəaliyyət istiqamətlərindən biri də, məhz paytaxtın marşrut şəbəkəsidir ki, bunlar da şəhərdaxili və şəhərətrafı marşrutlardan ibarətdir. Hal-hazırda şəhər üzrə mövcud marşrut xətlərinin sayı 172 ədəddir və şəbəkədə ümumilikdə 2014 ədəd avtobusun fəaliyyət göstərdiyi bildirilir. Bunlardan 1033-ü şəhərdaxili, 1012-si isə şəhərətrafı xətlərdə xidmət göstərirlər. Bu gün 81 marşrut xətti üzrə 1670 ədəd avtobus "Bakıkart" sistemi ilə əhaliyə xidmət göstərir ki, onlardan biri də Koroğlu-Qızılqum marşrut xətti üzrə hərəkət edən 173 saylı avtobusdur. GundemXeber.Az-ın əldə etdiyi məlumatda görünən odur ki, son günlər 173 saylı avtobusun başbilənləri, yəni bu xətt üzrə hərəkətə cavabdehlik daşıyan şəxslər yeni ixtiraya əl atıblar. Baxmayaraq ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına digər nəqliyyat vasitələri kimi 173 saylı avtobus da "Bakıkart" sistemi ilə təchiz olunmuşdur. Buna baxmayaraq, başbilənlər 173 saylı avtobusdakı "Bakıkart" avadanlığının üst hissəsini “Sovet Ermənistanı” qəzeti ilə örtmüşlər və “skoç”la da bərk-bərk başlamışlar. 

Ardını oxu...

Bir sözlə, avtobusdakı "Bakıkart" avadanlığını görünməz etmişlər. Belə bir addımın atılması səbəbindən də, bu gün sərnişinlər sürücü soyğunçuluğun başqa bir forması ilə üz-üzə qalırlar. Yəni, sərnişinlər hər gediş haqqına görə ödəməli olduqları 40 qəpik əvəzinə sürücüyə 50-60 qəpik pul verirlər. O halda ortaya belə bir sual çıxır ki, axı hər marşrut xətti üzrə gediş haqqının məbləği Tarif Şurası tərəfindən müəyyən olunub. Deməli, bu cür hoqqalara qol qoyanlar həm “Sovet Ermənistanı” qəzetini təbliği ilə məşğul olurlar,  həm də, sərnişinlərin cibinə girməklə əlavə gəlir əldə edirlər. Əslinə baxsan, bu cür addımın atılması BNA üçün böyük bir biabırçılıqdır, utanc halın varlığıdır. Yaxşı olar ki, iyrənc əməl sahiblərinin belə bir əməllərinə BNA-dan açıqlama verilsin! Yoxsa, bu dövlət qurumuna qarşı baş qaldıran şübhələr gündən-günə daha da artacaq.

Mövzu diqqətimizdədir.

 

GundemXeber.Az

 
 
 

Ardını oxu...
Bir müddət əvvvəl Abdullayeva Dilbər Kamil qızının “Patrul.az”a verdiyi müsahibə və təqdim olunan görüntülər əsasında “Pambıq” uşaq bağçasında baş verən xoşagəlməz problemləri işıqlandırmışdıq. Dilbər Abdullayeva müsahibəsində bağça kollektivinin uşaqlara biganəliyini, bağça direktorunun isə valideynlərin şikayətini araşdırmaq əvəzinə kollektivi həmin vaıideynlərlə intriqaya sövq etməsini, öz nəvəsinin də belə hallardan əziyyət çəkdiyini, hətta nəzarətçilərin diqqətsizliyi səbəbindən xəsarət aldığını bildirmişdi. Ümumuyyətlə azyaşlı uşaqlar qarşısında əsəblərini cilovlaya bilməyib qapını təpikləyən qadından adekvat hərəkət, şikayət və tənqidlərdən dərs çıxarmağı gözləmək sadəlövhlük olardı.

Xəbər tərəfimizdən işıqlandırıldıqdan sonra televiziya kanallarından birinin əməkdaşları adı çəkilən bağçaya yollanaraq məsələ ilə bağlı yerində tanış olub, direktorun mövqeyini öyrənmək istəyiblər. Dirketor isə yenə də suallara özünə uyğun cavab verib. O, qapıya təpik atmasının qismən də olsa səhv hərəkət olduğunu etiraf edib, amma digər problemlərdən danışmaq belə istəməyib. Əksinə, heç bir fakt və dəlil olmadan bildirib ki, şikayətçi xanım daim o bağçaya gəlib narahatlıq yaradıb, hətta bağça kollektivini söyüb.

Dilbər Abdullayeva isə bu şər və böhtan qarşılığında bildirdi ki, bağça direktorundan rəsmi şikayət olunub, onun digər qanuna zidd hərəkətlərinin sübutu da hüquq mühafizə orqanlarına təqdim olunub. O, bir daha bizim vastəmizlə Daxili İşlər Nazirliyi rəsmilərindən məsələni ciddi araşdırmalarını xahiş etdi.



Mənbə: Patrul.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Lənkəran şəhərində ciddi kanalizasiya problemi mövcuddur. Rütubətin iqlim normasından artıq olduğu şəhərə yağıntı düşən kimi sakinlər çətinliklərlə üzləşirlər.

Report-un cənub bürosu xəbər verir ki, sözügedən vəziyyət müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.

Şəhərin kanalizasiya sistemi ötən əsrin 70-ci illərində 20 min nəfər əhali üçün nəzərdə tutulub. Şəhər ərazisində açıq və qapalı kanalizasiya şəbəkəsi mövcud olub. İctimai binalar və emal-sənaye müəssisələri qapalı sistemə qoşulub. Ötən müddət ərzində yüksəktəzyiqli aparıcı xətlərin 90 faizi tutularaq sıradan çıxdığından bütün çirkab sular təmizlənmədən dənizə axıdılırdı. Həmin boru xətlərindən bu gün də çirkab sular dənizə axıdılmaqdadır. Açıq xəndəkləri isə ən yaxşı halda Lənkəranın üzqarası hesab etmək olar.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Lənkəran şəhərində su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanılanması sakinlərin sevincinə səbəb oldu. Belə ki, 210 milyon manat həcmində qiymətləndirilən yeni layihədə 2035-ci ilədək əhali sayının 75 min nəfərə qədər artımı nəzərdə alınmaqla içməli su və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması nəzərdə tutulmuşdu. Yeni çəkiləcək su-kanalizasiya xəttinin ümumi uzunluğu 500 kilometr olmalı idi ki, bunun 250 kilometri içməli suyun, yerdə qalan hissəsi isə çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdu. Çirkab suların axıdılması üçün şəhər ərazisində 9 stansiya tikilməli idi. Çirkab sular müəyyən mərhələdən keçdikdən sonra suvarma sistemində istifadə edilməli, əgər suvarmada istifadəsi mümkünsüz olmazdısa, təmiz halda dənizə axıdılacaqdı. Layihə çərçivəsində 2013-cü ilin yayında Lənkəran şəhərinə içməli su xəttinin çəkilməsi həyata keçirildi. Bu gün də ətraf kənd və qəsəbələrdə su xətlərinin çəkilişi prosesi davam etdirilir. Lakin layihədə nəzərdə tutulan, məhsuldarlığı sutkalıq 30 min kubmetr olacaq ultrasüzgəcli qurğunun əsas hissəsi başa çatdırılmadan işlər yarımçıq dayandırıldı. Külli miqdarda dövlət vəsaiti sərf olunmaqla görülən tikinti-quraşdırma işlərinin hansı səbəblə yarımçıq saxlanılması isə hələ də müəmma olaraq qalmaqdadır. İşlərin yarımçıq qalması azmış kimi, yeraltı qazmalar nəticəsində bir neçə ərazidə çökmələr baş verib, sakinlərin fərdi təsərrüfat və yaşayış evlərində qəza vəziyyəti yaranıb.

Lənkəranın kanalizasiya problemi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Möhübbət Babayevlə danışdıq. Onun sözlərinə görə, mövcud problemlə bağlı Nazirlər Kabinetinə, aidiyyəti qurumlara müraciətlər olunub.

M.Babayev qeyd edib ki, növbəti investisiya proqramlarında bu məsələ nəzərə alınacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Oqtay Məmmədov çilingərdir. O, Sumqayıtda yaşayır.
56 yaşı olan Oqtay Məmmədov işsizlikdən əziyyət çəkir.
Sumqayıt üzrə Dövlət Məşğulluq Agentliyində bir il yarımdır qeydiyyatdan keçib.
Hələ də növbədə gözləyir. O, işlə təmin olunacağına artıq ümid etmir.

Toplum TV
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Avropada olan biznesi barədə ötən həftə yerli mediada məlumat yayılmışdı.

Həmin məlumatda Q. Yetirmişlinin xanımının və övladlarının adına təsis edilən çoxsaylı şirkətlərdən bəhs edilirdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktorunun Bakıda da xeyli sayda biznes obyekti var.

Bu obyektlərdən biri Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A binasında, İcra hakimiyyətinin binasınin 100 metrliyində «Meridian» MTK-nin tikdiyi binada yerləşən «Şah» restoranıdır.

Məlumata görə «Geo Catering» MMC-yə məxsus olan "Şah" restoranı bina yolunu və zirzəmisini «Meridian» MTK-nin varisi «Meridian-M» MMC-nin rəhbərliyi ilə əlaqəyəyə girib saxta sənədlərlə özəlləşdirib.

"Qurban Yetirmişlinin adamları sakinlər üçün, eni 4 m olan, avtomobil yolunda bir çığır qoyublar. Pilləkənləri dağıdaraq mətbəxlərin tütkeşini yuxarı qaldırıblar. Səsdən və qoxudan yaşamaq mümkün deyil. Restoranın küçəyə baxan hissəsini də zəbt ediblər. Sakinləri bunlar heç veclərinə də almırlar. Sakinlər müraciət etmədikləri qurum qalmayıb. Bütün qurumlar bizə göndərdiyi məktublarda təsdiqləyirlər ki, bu hərəkətlər qanunsuzdur, cifayda, sonda heç kim tədbir görmür".-deyə, məlumatda qeyd edilir.

Məsələ ilə bağlı Respublika Seysmoloji xidmət Mərkəzindən mövqe öyrənə bilmədik.

Qarşı tərəf mövqe bildirə bilər.

Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti