Ardını oxu...
Bərdə rayon sakini Elbrus Rüstəmov və bir qrup Kənd sakinləri etiraz edib .

Onların etirazına səbəb isə Su artezian quyularının fəaliyyət göstərməməsidir. Sakinlərin sözlərinə görə, Atamoğlan adlı idarə müdiri onlara borcları olduğunu deyib. İddia edir ki, müdirə ödənişin çekini göstərdikdə isə onlara hədə qorxular gələrək, ordan qovublar.

Şikayətçilər kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək bu işə baxılmasını və köməklik göstərilməsini xahiş edir...

Daha ətraflı aşağıdakı videoda:



Mənbə: Kanal 13
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa da, həmin müəllimləri hələ də təhsil sistemindən tam uzaqlaşdırmaq mümkün olmayıb.

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilib. Onun sözləriə görə, bu ali təhsil müəssisəsindən verildiyi güman edilən saxta diplomların sayı 600-dən çoxdur:

"Ədalət naminə demək lazımdır ki, saxta diplomların aşkarlanması, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər var. 5-10 il öncəki durumla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi".

Ekspertin sözlərinə görə, saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər:

"Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. Universitetin lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlara rast gəlinir".

Ekspert bu problemin həllində elektron bazanın əhəmiyyətini vurğulayıb. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır.
 
Ardını oxu...
Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.

Sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir.

Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım “TikTok” platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.

Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Sözügedən klinikanın direktoru Elmir Daşdəmirov Oxu.az-a açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib: “Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır”.

 
 
 

Ardını oxu...



Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbin müəllimi, Sabirabad Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadov redaksiyamıza məlumat verərək, işlədiyi məktəbdə rəvac verilən qanunsuzluqlara qarşı haqlı etirazına görə təzyiqlərə məruz qaldığını bildirmişdir.
Elman müəllimin sözlərinə görə, məktəbdə xüsusilə də 8-ci və daha yuxarı siniflərdə dərsə davamiyyətin və ümumiyyətlə dərslərin keyfiyyətinin aşağı olduğunu, dərslərdən çox çal-çağır tədbirlərinə üstünlük verildiyini dediyinə görə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nigar Cahangirova onun barəsində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazova şikayət etmişdir. E.Bünyadov həmçinin qeyd edib ki, məktəbin direktoru Fatimə Quliyeva formal olaraq təhsil müəssisəsinə rəhbərlik etsə də, de-fakto idarəetmə işini Nigar Canahgirova həyata keçirir. Onun isə arxasında himayədarları Rabil Şahbazov və Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov dururlar: “Bu iki nəfər iki gündən bir 4 nömrəli məktəbə təşrif buyururlar, başqa 250 məktəbdən fərqli olaraq. Mən – neçə illərin təcrübəli müəllimi ola-ola reügional idarənin yuxarı vəzifəli şəxslərinin qəbuluna düşə bilmirəm, amma qadın müəllimləri dərhal qəbul edirlər. Onların xanım müəllimlərə bunca həssas münasibəti artıq kənardan müşahidə edilməkdədir və rayon sakinləri arasında söz-söhbətlərə yol açıb”.
E.Bünyadov həmçinin bildirmişdir ki, 4 nömrəli məktəbin ştat cədvəlində kompyuter laborantının adı getsə də, onu indiyədək “gördüm” deyən olmayıb.
Xatırladaq ki, Zahidov Mahir Savadxan oğlu hazırki vəzifəsinə təyin olunana qədər Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində, Şahbazov Rabil Ələsgər oğlu isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
İbrahim Hümbətov
 
Ardını oxu...

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

Deryaz.az xəbər verir ki, dekabrın 7-də keçirilən prosesdə Elnur Məmmədov iştirak etməyib. Onun vəkili Cavidan Osmanlı bildirib ki, Elnur Məmmədov səhhətində yaranmış problemlərlə əlaqədar prosesə qatıla bilməyib.

Əvvəlki proseslərdə digər təqsirləndirilən şəxslərin sərbəst ifadə verdiklərini elan edən hakim yeniyetmə Murad Əhmədlini kürsüyə dəvət etdi. Dedi ki, qanuna görə yetkinlik yaşına çatmayanlar valideynlərindən birinin iştirakı ilə sərbəst ifadə verə, dindirilə bilərlər. Murad Əhmədli atasının iştirakı ilə sərbəst ifadə verdi. Onun sözlərinə görə 2023-cü il iyunun 11-də qohumu Mikayılla bərabər Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Elgün İsmayılovla bərabər Mərdəkan qəsəbəsində çayxanada olublar. Həmin vaxt Elgün İsmayılova qardaşı Elmir İsmayılov zəng edib. Elmir İsmayılov telefonda qardaşından xahiş edib ki, “Sea Breeze”yə gəlsin, onu xəstəxanaya aparsın. O da çayxanada olan digəriləri ilə birgə “Sea Breeze”yə gəliblər. Orada dayanacaqda Peyman, Elgün, Məhəmməd maşından düşərək gediblər. O da maşını daha rahat yerdə saxlayıb və az müddətdən sonra restoran tərəfə gedib. Orada Peyman Vəlizadənin başından qan axdığını görüb. Peymanın başını su ilə yuyub. Sonra da Məhəmməd Həsənzadə gəlib. O da gələndən sonra “Sea Breeze”dən çıxıb gediblər.

Murad Əhmədli sərbəst ifadəsini bitirəndən sonra prokuror Amin Şəkərəliyevin suallarını cavablandırdı. Dedi ki, o, “Sea Breeze”də Elmir İsmayılovu, Peyman Vəlizadəni, Məhəmməd Həsənzadəni, Elgün İsmayılovu kimlərin döydüyünü görməyib. Bundan başqa Elnur Məmmədovu, onun dostu Cavad Muradovu da orada görməyib.

Sərbəst ifadəsindən sonra prokuror Amin Şəkərəliyev ona bir neçə sual verdi. Murad Əhmədli prokurorun suallarını cavablandırarkən dedi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləmir. O, valideyninin iştirakı olmadan, ona təzyiq göstərməklə, üstünə qışqırmaqla ifadə alındığını dedi. Onun sözlərinə görə iki gecə, üç gün istintaqda saxlanılıb, müstəntiq ona evə gedəcəyini deməklə aldadaraq ifadəyə qol çəkdirib. Bundan sonra isə onu “İVS”ə (müvəqqəti saxlama təcridxanasına-E.M) aparıblar.

Murad Əhmədli Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucovun da suallarını cavablandırdı. Dedi ki, onlar Mərdəkan qəsəbəsindən “Sea Breeze”yə dava deyil, Elmir İsmayılovu oradan götürərək xəstəxanaya aparmaq niyyəti ilə gəliblər. O, orada Məhəmməd Həsənzadənin kiminləsə dava etdiyini görməyib.

Digər vəkilin sualını cavablandıran Murad Əhmədli bildirib ki, atasının iştirakı olmadan onu dindiriblər, həmin vaxt müstəntiq onun üstünə qışqırıb deyə psixoloji durumu çox pis olub.

Hakim bildirib ki, Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəsini birmənalı şəkildə təkzib etdiyindən onu ibtidai istintaqa verdiyi ifadəni elan etmək zərurəti yaranıb. Buna görə də ifadəni elan etdi. Həmin ifadə məhkəmə istintaqında verilən ifadə ilə diametral ziddiyyət təşkil edir.

İfadə elan olunandan sonra prokuror Murad Əhmədliyə bir neçə sual verdi. O, dindirmə zamanı tək olduğunu, müstəntiqin üstünə qışqırdığını, bu zaman qorxub səhv ifadə verdiyini söylədi. Murad Əhmədli Elnur Məmmədovu görmədiyini, onun qolundan yumruqla vurmadığını, Cavadın Peymanı vurmasını görmədiyini, Məhəmmədi kimin vurduğunu da görmədiyini deməklə ibtidai istintaqa verdiyi ifadəsini tamamilə təkzib etdi. Prokuror Murad Əhmədliyə xatırlatdı ki, ifadənin altına öz xətti ilə imza atıb. Müstəntiq “bura qol çək, evə gedirsən” demişdi deyə ifadəyə qol çəkdiyini söylədi. Lakin evə buraxılmadığını, “İVS”-ə aparıldığını prokurora dedi.

Vəkillərin də suallarını cavablandıran Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəni təkzib etdi, belə ifadə vermədiyini dedi.

Murad Əhmədli Cavad Muradovun sualına cavab olaraq onu “Sea Breeze”də görmədiyini dedi.

Bundan sonra hakim iş materiallarına əlavə edilmiş sənədləri elan elədi. Prokuror isə Baş Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyevin və Ceyhun müəllimin məhkəməyə çağırılaraq dindirilməsinə dair vəsatətlə çıxış etdi.

Vəsatət müzakirə olunarkən prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinin qəti əleyhinə olduğunu bildirdi.

Prokurorun vəsatətinin prosessual qanunvericiliyin tələbinə uyğun olmadığını bildirməklə müstəntiq məhkəmədə dindirilməsinin əsassız və qanunsuz olduğunu söylədi, vəsatətin təmin edilməməsini xahiş etdi.

Vəkillər hakimin diqqətinə çatdırdılar ki, Murad Əhmədlini müstəntiq Əlibala Hacıyev deyil, Ceyhun adlı müstəntq dindirib.

Bundan sonra hakim Məhəmməd Həsənzadənin telefon-anten məlumatları ilə bağlı araşdırmanın başlandığını elan etdi. Prokuror Amin Şəkərəliyev araşdırma sənədlərində yer alan telefon nömrəsinin Məhəmməd Həsənzadənin olmasına şübhə etdiyini dedi. Vəkil Vüsal Orucov prokurorun diqqətinə çatıdırdı ki, şübhə varsa, şübhənin aradan qaldırılması ittiham tərəfinin üzərinə düşür. Telefon-anten məlumatlarından açıq-aşkar görünür ki, Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də deyil, Mərdəkanda qəsəbəsində olub.

Vəkil Abbas Kərimbəyli prokurorun şübhələrinə reaksiya verərkən dedi ki, “Sea Breeze”də hadisə baş verərkən Məhəmməd Həsənzadənin telefonu anten məlumatlarına əsasən Mərdəkan qəsəbəsində olub. Bu isə özlüyündə ittihamın təkzib edilməsidir və təqsirləndirilən şəxslərə bəraət hökmü çıxarılması üçün əsasdır. Digər vəkillər də telefon-anten məlumatlarının mötəbərliyinə şübhələrin olmadığını bildirdilər.

Məhəmməd Həsənzadənin atası da bildirdi ki, prokurorun şübhəsi varsa, Məhəmmədlə onun və ailə üzvlərinin sms yazışmalarını, müxtəlif vaxtlarda danışıqlarını araşdıra bilər.

Hakim prokurora telefon-anten məlumatları ilə bağlı vəsatət verməyə şərait yaratdı. Amin Şəkərəliyev telefon nömrəsi ilə bağlı vəsatətinin olmadığını, araşdırma aparılmasını istədi.

Vəkillər isə bildirdilər ki, telefon nömrəsinin Məhəmməd Həsənzadənin istifadəsində olmasına dair hər hansı bir qeyri-müəyyənlik yoxdur deyə belə bir araşdırmaya da ehtiyac yoxdur.

Hakim “Sea Breeze”dəki müşahidə kameralarından götürülmüş videogörüntülərin də araşdırılacağını elan etdi. Sosial şəbəklərdə, cinayət işinin materiallarında şəxslərin qırmızı dairəyə alınmış videosunun olduğunu diqqətə çatdırdı. Proses dekabrın 13-də davam etdiriləcək.

Deryaz.az

 
 

Ardını oxu...

“Azərsu” ASC-də yenilənmə qohumbazlıq prinsipi ilə gerçəkləşir…

 

Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yarandıqdan sonra sədr Zaur Mikayılovun əmri ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarəçiliyi bu qurumun rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənova etibar edildi. Köçərli Həsənovun 2 illlik fəaliyyəti isə qeyri-qənaətbəxş kimi qiymətləndirilə bilər. Bu günlərdə Yenixeber.org-a məlumat verən etibarlı mənbə bildirir ki, ASC-nin sabiq prezidenti Qorxmaz Hüseynovun gedişindən sonra kadrlar əsas etibarı ilə Köçərli Həsənovun qohumları hesabına yenilənsə də, müsbət istiqamətdə keyfiyyət dəyişikliyi müşahidə olunmayıb, hər şey bir əldə cəmlənib:

“Məsələn, paytaxtda və əksəriyyəti bölgələrdə olmaqla, qanunsuz tikilmiş fərdi ev və obyektlərə texniki şərtlərin verilməsinə nəzarəti Köçərli Həsənov öz qardaşı oğlu Orxana verdi. ASC-nin yerlərdə apardığı tikinti işlərini isə Köçərli Həsənov qudası Misirə etibar etdi. Həsənovun digər qohumu Samir Qənili isə İT texnologiyaları üzrə departamentə rəis təyin olundu. Qəribədir ki, Samir Qənili birbaşa vəzifəsi olmayan işlərdə - satınalmalarda, hüquq mübahisələrində, kadrlara dərəcələrin verilməsində, başı çıxmadığı mexanika və energetika məsələlərində də söz sahibinə çevrilib. Samirin belə “əziz-xələfliyi” səbəbindəndir ki, təsdiq olunmuş xərclər smetasının 80 %-nin onun departamentinə ötürülməsinə, İT avadanlıqlarının alınmasına qərar verilib.

Köçərli Həsənovun vəzifələrə təyin etdiyi digər kadrların da peşəkarlıqları və reputasiyaları şübhə doğurur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən qalmaqalla, biabırcasına qovulan Zemfira adlı qadının da işə qəbulu birmənalı qarşılanmadı. Cəmiyyətdə kinayə ilə danışılır ki, Qorxmaz Hüseynovun hakimiyyəti dövründə “hər günə bir Cəbrayıllı” şüarı dəbdə idisə, Köçərli Həsənovun zamanında “hər saatda bir Saatlılı” devizi moddadır. Sanki idarə onlara atalarından miras qalıbmış kimi Samir Qənili deyirdi ki, “mənim də, Köcərli müəllimin də ermənistanlı və naxçıvanlılardan zəhləmiz gedir, bircə onları təmizləsəydik...!”

Mənbənin bildirdiyinə görə, Köçərli Həsənovun yarıtmaz idarəçiliyi həm də səmərəsiz xərclərlə və ASC-nin tərəfdaşlarına hörmətsiz münasibətlə müşayiət olunub. Səmərəsiz xərclər dedikdə heç də qeyri-peşəkar kadrlara ödənilən haram məvaciblər nəzərdə tutulmur. Lüzumsuz, rəqəmləri şişirdilmiş İT layihələrinə, tikinti-təmir işlərinə investisiyalar qoyulmuş, qabaqcadan sövdələşmələrə əsasən 30 və daha yuxarı faizlə podratçılardan “otkat” alınmışdır. Qeyd olunur ki, daxili vəsaitə görə 10%, büdcə vəsaitinin yönləndirilməsinə görə isə 30 % “otkat” tələb olunur. Ən böyuk layihələrdən olan Ceyranbatan Su Anbarının SKADA xərclərinə üç - beş dəfə artıq pullar xərclənib. K. Həsənov Yeni Kür serverinin qurulmasına isə 4-5  mln. manat vəsait ayırtdırıb ki, bu da Ceyranbatan sutəmizləyici qurğularının serverinə xərclənəndən 8-10 dəfə çoxdur”.

Məlumatda qeyd olunan maraqlı nüanslardan biri də ondan ibarətdir ki, son iki ildə yığımda 192 mln. manat artım olmasına və 2020-ci ildə ASC-nin vergi borcunun sıfırlanmasına baxmayaraq, Köçərli Həsənov özünün işlədiyi dövrdən əvvəl yaranmış borcları mal göndərən və iş-xidmət yerinə yetirən şirkətlərə ödəməkdən imtina edir: “Borclar isə 5 mln. manatdan hazırki 35 mln. manata qalxıb. Misal üçün, "izol beton" , "T.P injenerinq", "Kaskad hidro" və digər kreditorlarla mübahisələr “dalana dirənib”. Yəqin, K.Həsənov “öz könlündəkini anlayır”, belə fikirləşir ki, “köhnə işlərə görə “otkatı” başqası alıb, borcu mən niyə ödəməliyəm?” Hələ tariflərin dəyişmədiyi 2019-2020-ci illərdə aylıq yıgım 20 mln. manat təşkil edirdi, tarif dəyişikliyindən sonra isə təkcə əhali qrupundan yığılan pullar aylıq 8-10 mln. manat artdı. Bu isə illik  96-120 mln. manat əlavə gəlir deməkdir. Xərclənməsində isə nəzarət, şəffaflıq təmin olunmur.

                

Etibar Məmmədovun “ağsaqqallığ”ı 

 

Köçərli Həsənovun ən yaxın korrupsiya ortağı olan “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov dövlət investisiyalarının “yerbəyer” olunmasına, icrasına “ağsaqqallıq” edir. Etibar Məmmədovun yeznəsi – Yasamal rayon Su-Kanal İdarəsinin rəisi Ramin bəy xüsusi imtiyaza malik olduğundan, hər cür özbaşınalıqlara gedir, texniki şərti özü satır, xətlərin köçürülməsi, qoşulma, kod açma, sayğac qoyma və s. bütün işlərə görə “ödənişi” istehlakçıdan heç kimə ETİBAR etmədən özü alır.

Ardını oxu...           
Etibar Məmmədov

 

Təmənna qarşılığında göz yumulan, səhlənkarlıq ucbatından nəzarətdən yayınmış su itkilərini süni şəkildə azaltmaq üçün yerlərdə əhali qrupundan olan istehlakçılara su verilişi fasilələrlə dayandırılır və bununla da Dövlət Su Ehtiyatları Agentliyi aldadılır.

                              ***

Biz bu yazıda yer alan və yer almayan faktlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Hətta rəsmi məktubumuz da hələ ki, cavabsız qalıb(?)/yenixeber.org/

 

 
 
 
 
 

Ardını oxu...
Gəncə səhiyyəsində pulyığımı sezonuna start verilib. Bu barədə Gəncədə tibb müəssisələrinin birində çalışanlar məlumat verib. Adlarının çəkilməməsini istəyən və bunun onların cəzalandırılması ilə yekunlaşacağını deyən şikayətçilərin sözlərinə görə, pulu birbaşa olaraq Gəncə səhiyyə idarəsinin rəhbərliyi yığır.

Şikayətçilər deyir: "Hər bir tibb çalışanının maaşının yarısı tələb olunur. Səbəbsə Hesablama Palatasının Gəncə səhiyyəsini bir müddət əvvəl təftiş etməsi və ortaya ciddi yeyinti faktlarını çıxarması olub.

Buna görə də yerli səhiyyə Gəncədəki tibb müəssisələrinin rəhbərlərindən HP-yə ödənməsi üçün pul ələb edib. Həmin pul yığılmalıdır. Və tibb işçilərinin maaşlarından yığırlar..."

Ərsoyun bloqunda əlavə materialımız da olacaq.


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Kərimzadə Nihad Elman oğlu Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA-dan şikayətçidir.

Onun sözlərinə görə, 2022-ci ilin martından AZZA-da işə başlayıb və həmin dövrdən etibarən əmək, istirahət hüququ mütəmadi olaraq pozulub. Şikayətçinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı məktubdan da görünür ki, işlədiyi müddətdə dəfələrlə onunla bağlanan əmək müqaviləsinin işçidə qalmalı olan nüsxəsini istəsə də, rəhbərlik müqavilənin nüsxəsini ona verməkdən yayınıb:

“Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik-Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”.

Şikayətçinin sözlərinə görə, hüquqlarının pozuntusu bununla da bitməyib:

“AZZA-da mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir, ancaq əlavə işə cəlb olunduğum saatların əmək haqqı ödənilməyib. Bu da Əmək Məcəlləsinin 165-ci maddəsinin pozulmasıdır. Məsələn, bu ilin 14 sentyabrında 2 saat, 15 sentyabrda 2 saat 24 dəqiqə, 16 sentyabrda isə 3 saat 24 dəqiqə əlavə işləmişəm.

Bu zaman mənimlə birlikdə ümumilikdə 20-yə yaxın əməkdaş işləyib. Bu da əmək qanunvericiliyinə ziddir. Çünki Əmək Məcəlləsinin 100-cü maddəsinə əsasən, iki gün dalbadal gələn iş günündə işçi ümumi olaraq 4 saatdan artıq əlavə işə cəlb edilə bilməz. Mənim isə əmək hüququmun pozulmasını yuxarıdakı bir nümunə isə təqdim etdim”.

Şikayət məktubunda o da bildirilir ki, məzuniyyət pullarının ödənilməsində də qanunsuzluğa yol verilib və əmək qanunvericiliyi dəfələrlə pozulub:

“AZZA-da əməkdaşlar iş günü olmayan bayram, istirahət, ümumxalq hüzn günü də heç bir əlavə ödəniş olmadan adi iş günü kimi işə cəlb edilib və bununla da Əmək Məcəlləsinin 164-cü maddəsi pozulub. Bununla bağlı şikayətimizi bildirdikdə, mənə kadrlar şöbəsinin qapısını göstərdilər.

Əvvəlki rəhbərim Teymur Orucun yerinə gələn Zaur Aslanov da əməkdaşların hüquqlarını pozmaqla yanaşı, hətta mənə hədə-qorxu da gəlib. Orada işlədiyim müddətdə Əmək Məcəlləsinin 224-cü (Sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi), 195-ci (Ödənişlərin düzgün müəyyən edilməməsi, əsassız və qanunsuz olaraq verilməməsi), 69-cu (İşçiyə hədə-qorxu gəlinməsi) maddələri də pozulub”.

Onun iddiasına görə, əmək qanunvericilyinin pozulması bununla da yekunlaşmır. İşçi ilə bağlanan müqavilədə bədbəxt hadisə, peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta təmin olunmayıb, bu barədə əmək müqaviləsində müvafiq bənd əksini tapmayıb.

Şikayətçi bildirib ki, AZZA həmçinin 18 yaşdan aşağı içilərin də hüquqlarını kobud şəkildə pozub:

“18 yaşdan aşağı uşaqlar gecə növbəsinə işə göndərilir, iş saatlarından əlavə işə cəlb edilir, əmək təhlükəsizliyi, ümumiyyətlə, qorunmur. Bu yaş qrupunda olan əməkdaşlar yük maşınlarından palet dolu yeşikləri əllə boşaltmağa vadar edilir, halbuki bu iş xüsusi avadanlıqla həyata keçirilməlidir. Bunu təsdiq edən foto-videogörüntülər məndə var və araşdırıla bilər”.

N.Kərimzadə bildirib ki, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla olan müqavilə yenilənməyib:

“Bundan sonra mənə “Get, kimə şikayət edirsən et, bizə heç kəs heç nə edə bilməz” deyildi. Bütün yuxarıda göstərdiyim faktları nəzərə alaraq müvafiq dövlət qurumlarından AZZA ASC-nin direktoru Rüstəm Gərəkməzli, kadrlar şöbəsinin müdiri Margit Boloton, eləcə də Zaur Aslanov barədə qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirəm”.


Mənbə: azerbaycanrealligi.com
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin oğlu İlkin Yetirmişli GÜLMIR GMBH-ni 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. Şirkət bir müddət Berlində də fəaliyyət göstətib və iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub.
Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu Riqada hazırda “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü, "Caspian Ticket"in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada "Azeri Production, Sabiedrība ar ierobežotu atbildību" ("Azərbaycan məhsulları" Ltd) təsis edib.
2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda GEO TRAVEL AZ LTD-ni təsis edib. Bu turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan "GEO TRAVEL AND TOURS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN təsisçisir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır. Elə həmin ünvanda Yetirmişlilərə məxsus ""GEO TRAVEL" QAPALI SƏHMDAR CƏMIYYƏTİ də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə MİRZƏYEVA GÜLNARƏ İMRAN qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət - "GEO EXPRESS" QAPALI SƏHMDAR CƏMIYYƏTİ isə 2014-cü ildə təsis olunub.
Cavanşir Həsənli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Dünyapress TV

Xəbər lenti