Ardını oxu...
 
 

Azərbaycanda həmkarlar ittifaqları və onların birləşdiyi konfederasiyanın fəaliyyəti ilə bağlı insanların yaddaşında qalan əsas xüsusi məqam bu qurumların “putyovka” biznesi ilə məşğulluğudur. Həmkarlar ittifaqlarının rəhbər şəxsləri hər il minlərlə “putyovka” satmaqla böyük gəlir əldə edirlər.

 

Sfera.az bildirir ki, qanunvericiliyə əsasən həmkarlar təşkilatına üzv olan işçilərin müalicə və istirahətini səmərəli təşkil etmək üçün həmkərlar təşkilatlarından yollayış (“putyovka”) almaq hüququ var. Həmin yollayışların vasitəsilə işçilər, onların ailə üzvləri Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan, Şabranda yerləşən istirahət mərkəzlərinə, sanatoriya-kurort müəssisələri və sağlamlıq düşərgələrinə gedə bilərlər.

 

Çoxlu sayda üzvü olan həmkarlar qurumlarlarının bu sahədə fəaliyyətini necə təşkil etdiyi, nə qədər yollayışı pulsuz verdiyi, yaxud nə qədərinin satıldığı, yollayışların hansı istirahət mərkəzlərinə verildiyi haqqında ətraflı məlumata rast gəlinmir.

 

Həmkarlar təşkilatlarının birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyəti bu baxımdan olduqca şübhəlidir.

 

Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək müqaviləsi ilə işləyən şəxs var. Bundan başqa, çoxlu sayda insan pensiya alır. Qanunvericilik həmkarlar təşkilatına üzvlük haqqı ödəyənlərə, “pensiya fondu”na sığorta haqqı ödəyənlərə və onların ailə üzvlərinə yollayış almaq hüququ verir. Ümumilikdə bir neçə milyon insan həmkarlar təşkilatından yollayış ala bilər.

 

Amma sosial şəbəkələrdə, mediada dərc olunan məlumatlardan anlaşılır ki, yollayış ala bilən insanların sayı olduqca azdır. Halbuki, bu insanların bir qisminə “putyovka”lar pulsuz, bəzilərinə haqqını qismən ödəməklə, digərlərinə isə haqqı tam, lakin bazar qiymətlərindən aşağı olmaqla yollayış verilməlidir. Narazılıqlardan aydın olur ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olan, həmkarlar təşkilatlarına üzv olan insalar ötən 20-30 il ərzində bir dəfə də olsun, “putyovka” ala bilməyib.

 

Bunun başlıca səbəbi həmkarlar ittifaqlarının və onların birləşdiyi konfederasiyanın “putyovka” satışını biznesə çevirməsidir. Bu biznes konfederasiyaya 1993-cü ildən bəri 30 ildir ki, rəhbərlik edən Səttar Möhbalıyevin vaxtında xeyli “inkişaf” etdirilib.

 

Hazırda həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan məhz “haqqını” ödəməklə yollayış alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin yollayışlara tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər “putyovka” ala bilmədiyi halda ayrı-ayrı insanlar, “haqqını” ödəməklə, asanlıqla yollayış alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

 

 
 
 

Həmkarlar konfederasiyasının hesabatlılığının aşağı səviyyədə olması, fəaliyyətində şəffalığı təmin etməməsi də qurumun fəaliyyətinin nöqsanlı olmasının göstəricisidir. Konfederasiyanın rəsmi informasiya resurslarından qurumun maliyyə hesabatları ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bilmək olmur ki, konfederasiyaya üzv olan təşkilatlar il ərzində nə qədər üzlük haqqı toplayır, bunun nə qədəri yollayışların maliyyələşdirilməsinə yönəldilir, istirahət və müalicə mərkəziləri hansılardır, təşkilatın balansında olan əmlakların saxlanılması üçün nə qədər vəsait ayrılır.

 

Konfederasiyanın bu məlumatları açıqlamaması “putyovka” biznesi ilə bağlı narazılıqların əsassız olmadığını göstərir.

 

Nəzərə alaq ki, həmkarlar ittifaqları ictimai qurumdur və onların gəliri əsasən üzvlük haqları hesabına formalaşır. Belə qurumlar üzvləri və ictimaiyyət qarşısında hesabatlı olmalıdır.

 

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, 2022-ci ildə həmkarlar konfederasiyasına 27 həmkarlar ittifaqı üzvdür. Həmkarlar ittifaqları isə 1 102 484 üzvü özündə birləşdirir. İttifaqlarda 14 202 həmkarlar təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir.

 

Həmkarlar ittifaqı hər ay üzlərindən əməkhaqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin müəyyən hissəsini üzvlük haqqı kimi alır. Adətən üzvlük haqqı 2 faiz civarında olur. Azərbaycanda orta aylıq əməkhaqqının 921 manat olduğunu nəzərə alsaq, təşkilatlar üzvlərindən hər ay ümumilikdə təxminən 20 milyon manat, bir ildə 240 milyon manat üzvlük haqqı toplayır.

 

Üzvlük haqqından başqa həmkarlar ittifaqları  təsərrüfat  hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən, o cümlədən ianələr hesabına vəsaitlər əldə edirlər. Digər vəsaitləri də nəzərə alsaq, ittifaqlar və konfederasiya il ərzində bir neçə yüz milyon manat gəlirə sahib olur.

 

Bu gəlirlərin çox hissəsi məhz üzvlərin və onların ailə üzvlərinin istirahətinə, müalicəsinə yönəldilməlidir. Lakin S.Mehbalıyevin rəhbərlik etdiyi konfederasiya bu vəsaiti qaranlıq məqsədlər üçün istifadə etməklə yanaşı, kütləvi şəkildə “putyovka” biznesinə də himayədarlıq edir.

 

Orxan

Ardını oxu...
Eyvaz Hüseynovun `səxavət siyahısı`nı təqdim edən müharibə əlili yenə danışdı
"Rekord" sayda narazı şəhid ailələri və qazilər birliyinin yaranmasında səbəbkar olan Eyvaz Hüseynovdan yeni xəbər var.

"DogruXeber.az"ın daimi izləyiciləri xatırlamış olar ki, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynovdan şikayətçi olan 80 dən çox şəhid ailələri, qazilər və digər sakinlərinin ortaq problemləri barəsində dəfələrlə məlumatlar dərc etmişik. Həmçinin, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında həmin şəxslərin müraciətlərini canlı yayımlamışıq.

Elə bir neçə gün əvvəl Xocavənd rayon Kuropatkin kənd sakini, birinci vətən müharibəsi veteranı, üçüncü qrup müharibə əlili - eyni zamanda "Respublika şəhid ailələrinə qayğı" cəmiyyətinin sədri Hamlet Gülməmmədovun təqdim etdiyi siyahını ictimailəşdirmişdik. Hansı ki, o siyahıda hektarlarla torpaq sahələrinə sahib olan Eyvaz Hüseynovun özünün, qardaşlarının və ona yaxın olan bir çox vəzifəli şəxslərin adları yer alırdı. Lakin, illərdir ki, 80-dən çox şəhid ailələri, qazilər, müharibə veteranları və digər Xocavənd sakinləri təsərrüfatla məşğul olmaq üçün pay torpaqlarının olmadığından, məhsuldar torpaqlara Eyvaz Hüseynovun sahibləndiyindən şikayətlənirlər.

Yeri gəlmişkən, Hamlet Gülməmmədov "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında sözügedən siyahını səsləndirdikdən iki gün sonra Hamlet Gülməmmədov redaksiyamızla telefon əlaqəsi saxlayıb bildirdi ki, canlı yayımın ertəsi günündən etibarən İcra Hakimiyyətindən şəhid ailələri və qazilərə zənglər edilir, onlara şikayətçi olmamaları üçün müəyyən vədlər verilir.

Qeyd edək ki, ötən yazımızda da bildirdiyimiz kimi, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə hətta Eyvaz Hüseynovun mobil nömrəsinə belə zəng etsək də o, telefona cavab vermədi.

Mənbə: DogruXeber.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Qanunlarda MTK əslində tikdiyi binalarda mənziləri satdıqdan sonra mənzilərin çıxarışların payladıqdan sonra tikinti üzərində hüquqların təhvil verməlidir sakinlərə. Lakin Azərbaycanda bu heçdə belə deyil. Qeyri qanuni qaydalar şərtlər insanları aldığı mənzildə ağzı şirin yaşamğa imkan vermir. Bu MTK-dan biridə “Greenville Residence” layihəsidir. ARAL GROUP layihəsi olan “Greenville Residence” mənzil almaq istəyənlərə əvvəlcədən şərtləq qoyulması ilə bağlı məlumatlar daxil olmaqdadır. Beləki, mənzil almaq istəyən müştərilərdən kvadrata görə 1 manat kamunal xidmət adı altında vəsait ödəniləcəyi şifahi olaraq razılaşdırılır. Məsələyə aydınlıq gətirmək üçün şəhərin ən pristijli yeri sayılan “Port Baku”da bu kamunal xidmət adı altında yığılan vəsaitlə maraqlananda şoka düşmək olar. “Greenville Residence” məhs “Port Baku” ilə eyni “kamunal xidmət”i yığmaq həvəsinə düşən sahibkar, eyni şərait, eyni xidməti göstərə bilməyəcəyi aşikardır. Əslində isə tələblə təklifin üst-üstə düşməməsi bu məsələdə ciddi problemdən xəbər verir. “Port Baku”da olan xidmətin üçdəbiri bu “Greenville Residence”də ola bilməyəcəyinidə hamımız yaxşı bilirik. Şəhərin bir çox yerlərində hündür mərtəbələrin inşaasın həyata keçirən MTK-lar həmin kamunal xidmətin qiymətini kvadrata görə 40 qəpik nəzərdə tutduğu halda Delfin otelin yerində inşaa edilən “Greenville Residence” bunu 1 manat dəyərində qanunsuz olaraq tətbiq edir. Əslində heç bir MTK xidmət haqqı yığım qanuni deyil. Sakinlərin özləri toplaşaraq binanın hər bir problemini həl edəcək şəxslər və onlara veriləcək məvaciblər məsələsin hll etməli olduğu halda MTK sahibləri bu hüquqlarıda vətəndaşların əlindən almış hesab edilir. Lakin qiymətə nəzər saldıqda hər mənzildən kvadrat hesabı alınan pullar o qədər yüksəkdi ki, bunu hara nə cür xərclənə biləcəyi haqda söylənənlər yalnız fərziyə ola bilər. Kamunal adı altında hər ay bir mənzilin satış qiyməti dəyərində vəsait yığılması və buna görə qurumlara hesabat verməyən MTK rəhbərləri qısa müddətdə milyoncu olmağı hədəfləyir?.
Hələ bu harasıdır? Mənzil alan şəxslərin məzilini təmir üçün tədarük etdiyi materyaların nə daxili liftlə nədə pilləkənlərlə daşınmasına heç cürə icazə verilmir. Məzilin təmir etdirmək istəyən şəxslər mütləq olaraq 800 azn vəsaiti “Greenville Residence” ofisinə ödədikdən sonra mənzil sahibinə binanın çöl hissəsindəki quraşdırılmış qaldırıcılar vasitəsi ilə mənzilərinə təmir üçün materyaların qaldırılmasına evin təmirinə başlamasına icazə verilir. Tək binada bir blok üzrə 50 mənzil hesabı ilə götürsək hər mənzilə görə 800 manat ödəniş etdikdə bu bir mənzilin nəğd alışı deməkdir (40.000 manat məbləğdən gedir söhbət). Bu yığılan vəsaitin isə hara xərclənməsi şübhəsiz ki hardasa göstərilmir. Çünki qeyri qanuni yığılan pulun rəsmi xərclərdə göstərilməsi mümkün reallıq deyil.
Yazıda adları keçən şəxs və ya qurumların səlahiyyətli şəxslərinin mövqe bildirmə hüquqlarından sitifadə edə bilmələri üçün hər bir şərait yaratmağa hazırıq. KİV haqqında qanunun tələblərinə uyğun olaraq məsələyə qarşı tərəfin mövqe haqqı tanınmaqdadır.
“Aral GROUP” məxsus bu layihələrin geniş araşdırmamız yaxın amanda sizlərə təqdim ediləcəkdir
/bakunews.az/
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
"Çox hörmətli TƏBİB, Qazaxda dövlət milyonluq xərc çəkib yaraşıqlı Mərkəzi Xəstəxana tikdi. Təşkilati hüquqi formanı dəyişdi. Publik hüquqi şəxs oldu. Hər şey dəyişdi, amma Baş Həkim Sevda xanım dəyişmədi və idarəetməniz köhnə hamamda, köhnə tas kimi qalıb..." Bu barədə sakinlər adından edilən müraciətdə bildirilir.
Müraciətdə daha sonra bildirilir: "Şadlıq sarayına bənzəyən xəstəxananın rentgen aparatı 5 gün işləmir, aparat işləyəndə həkim məzuniyyətdə olur, o həkim də işdə olanda başqa şeyiniz işləmir.
Tibbi sığortaya pulu ona görə ödəyirk ki, kəndlərdə imkansız insanların başına itin oyununu açasız?
Qazax rayonu Bakıdan çox uzaqdı bilirəm...
Rüşvətin, Korrupsiyanın, məmur biznesmenliyinin də bir həddi vardı illərlə. Vəzifəyə təyinatın məbləği dəyişib, ya daha çox qalmaq üçün şərtlər?
TƏBİB-in Səhiyyə Nazirliyindən heç bir fərqi yoxdur. Rayonlarda daha da betər olub. İnsanları özəl klinikalara göndərirlər. Bu o bildiyiniz göndəriş deyil haa.
Həkim fermer, həkim biznesmen olub. Ancaq həkimin həkimlik etməyə vaxtı yoxdur. Niyəsi də budur ki, onu vəzifədə saxlayan biznsesidir, həkimliyi deyil.
Yerlibazlıq, qohumbazlıq, tələbə yoldaşı, sinif yoldaşı, biznes ortağı şəkilində iş sistemi ilə sizə olunan etimadı da doğrultmadız.
Guya bizim səhiyyə sistemini bataqlıqdan çıxaracaqdız, amma hazırda əksini görürük. Siz arayışı Səhiyyə Nazirliyinin zamanındakından daha baha satırsız. Həm də qanuniləşdirilmiş şəkildə. Fərqiniz budur.
Zəhmət olmasa Qazax rayonuna bir səfər təşkil edin. Mərkəzi Xəstəxanasına, Məmur obyektlərinə.... Üzü bəzək, altı təzək İnfrastrukturu hamı görsün. Çağırırlar 50 manatlıq "jurnalistlər"i, özlərini təriflədib vəzifələrindən sui-istifadə etdiklərini pərdələməyə çalışırlar..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
“Araz” marketdə əhaliyə kiflənmiş meyvə şirəsi satılır.

Qlobal.az xəbər verir ki, bu barədə “Post tv” məlumat yayıb.

“Araz” market məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi Veysəloğlu Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb.

Veysəloğlu Şirkətlər Qrupunun baş direktoru Aydın Talıbovdur.

Videonu təqdim edirik:

 
 
 

Ardını oxu...

GundemXeber.Az xəbər portalının əməkdaşı media üzərindən apardığı araşdırmalar nəticəsində "QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları sərhəd tanımır –İLGİNC FAKTLAR" başlığı altında məqal dərc edilmişdi. Növbəti araşdırmalarımız zamanı məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində ciddi şəkildə narazı QHT rəhbərlərinin sayı durmadan artır. Bu dəfə bəhs edəcəyimiz QHT rəhbəri Esmira Orucovanın paylaşdığı yazı ilə bağlı olacaq. Beləliklə, Esmira xanımın paylaşdığı ifşaedici yazısını olduğu kimi gundemxeber.az-ın çoxsaylı oxucularına olduğu kimi təqdim edirik: 

"QHT Agentliyindəki tender və qrant oyunları ilə bağlı ifşaedici materiallar ortaya çıxdıqca bizə, hər zaman dövlətin və Cənab Prezidentin yanında olan, QHT Agentliyində baş veənləri ifşa edən QHT sədrlərinə qarşı aqressiya artmağa başlayıb. 

Bu gün bir həmkarımızdeyir ki, Aygün Əliyeva xalq artisti Röyanın prodüseri olmuş şəxsin Agentliyə gətirdiyi əməkdaşlara olmazın yalanlar təlqin edir. 

Görünür Prezident Administrasiyasını da bu cür yalanları ilə inandırır. Bildirir ki, guya narazı QHT-lərin peşəsi budur, onlarınkı  pul davasıdır, filankəsin övladının atası filankəsdir, filankəsin əxlaqı yerində deyil və s. Xaləddin İsgəndərovun layiqli yetirməsi olan bu xanım o boyda mötəbər qurumu barmağına dolayıb və oradakılar da onun sözü ilə oturur-durur.

Bu cür eybəcər fikirləri ancaq o insanlar düşünə bilər ki, onlar özləri bu şeyləri yaşasın. 

Xaləddin İsgəndərovun dövründə Binəqədi rayonunda 2 gənc xanım at oynadırdı: biri hazırda həbsdə olan Aytac Əliyeva və digəri isə Aygün Əliyeva. 

Birinci hazırda korrupsiya və dələduzluğa görə cəzasını alır. Digəri isə dövlət büdcəsini talasa da hələ ki himayədarları tərəfindən qorunur. Əl əli yuyar, əl də üzü. 

Mükəmməl intiriqa sxemi qurmaq bacarığı olan Aygün Əliyeva hələ ki, planlarını istədiyi kimi həyata keçirir. Bu gün QHT sektorunda əksəriyyət bir-birindən digərlərinə xəbər, səs yazısı, fotolar ötürür, dedi-qodu edir. Hətta tanınmış QHT sədrlərini böyük qrant vədi ilə rahatlıqla idarə edir, onlara istənilən tezislə trolluq etməyi tapşıra bilir." 

Mövzuya qayıdacağıq.

 

GundemXeber.Az

 
 
 

Ardını oxu...
"İnternational Medical Center pul üçün uşaqların sağlamlığı ilə oynayır".
Bakupost.az xəbər verir ki, bu iddia ilə Haldun Novruzzadə adlı şəxs sosial şəbəkədə çıxış edib.
"Dostum Ehtiram Həsənov sentyabr ayında yoldaşını doğum üçün Bakıda yerləşən International Medical Centerə aparıb. Uşaq normal anadan olub, hər şey əla. Səhəri gəliblər ki, bəs uşağınızın ciyəri açılmır, depozit qoyun, müalicə edək. Bərbər işləyən ata borc-xərc edib 2000 manata yaxın depozit qoyub. Sonra bir də depozit istəyəndə deyib ki, pulum yoxdu. Uşağı çıxarıb ayrı xəstəxanaya aparıb", - deyə H.Novruzzadə bildirib.
Onun sözlərinə görə, Ehtiram Həsənov 2 ay sonra uşağın doğum haqqında şəhadətnaməsini almaq üçün İnternational Medical Center-ə müraciət edib:
"Ona deyiblər ki, sənin 1600 manat verəcəyin var. Ehtiram Həsənov etiraz edib. Deyib ki mən çıxanda heç nə deməmisiniz. Həm də qəbz tələb edib, amma heç nə verə bilməyiblər. İnternational Medical Center-in direktoru Əli Əsgərovla görüşüb. O, valideynə deyib ki, 1000 manat ver şəhadətnaməni verim, yoxsa kimə istəyirsən, şikayət elə, verən deyiləm".
H.Novruzzadə daha sonra qeyd edib ki, xəstəxana ilə bağlı Google-da axtar aparıb, orada oxşar ssenari ilə bir necə hadisənin baş verdiyini öyrənib:
"Düşünürəm ki, xəstəxana qəsdən, pul üçün uşaqların sağlamlağı ilə oynayır. Dövlətin verdiyi sənədi “zaloq” saxlamaq qanunsuzdur. Ortada ciddi bir qanunsuzluq var. Səhiyyə və Daxili İşlər Nazirliyindən bu hadisəni araşdırmağı xahiş edirəm".
***

Məsələ ilə bağlı "İnternational Medical Center"in sözçüsü Bəhram Quliyev Bakupost.az -a bildirdi ki, "İnternational" adı altında ölkədə bir neçə klinika, müəssisə var, bəzən ünvan və şikayətlər səhv düşür .
“Özəl klinikaların borca görə pasiyentə doğum haqqında arayışın verməməsi kimi daxili və ya qanunla hüququ varmı” sualına “Doğum haqqında arayış bəzi sənəd problemləri olanda verilməyə bilər. Xəstənin ad soyadı üzrə məsələni araşdırıb, yalnız 1-ci gün məlumat verə bilərik. Burda şikayət əsassız da ola bilər” – cavabını verdi".
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Məzun Evinin keçmiş direktoru, hal-hazırda Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacağın direktoru görəvini tutan Rza Əhmədovla bağlı ilginc iddiaların yer aldığı material əldə etmişik.

Həmin materialın bir hissəsini diqqətinizə çatdırırıq... Beləliklə...

"Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacaqda nə haqq var nə də ədalət. Uşaqlara nəzarət yoxdur, şiddət var əzab var. Yetim həqiqətəndə yetimdir... burada dövlət yoxdur.

Müdirimiz sığınacaqda yaşayan şəxslərin çirkli paltarlarının yuyulması üçün öz yaxınlarına məxsus olan firmayla razılaşıb hər ay firmaya külli miqdarda pul köçürür, amma çirkli paltarlar sığınacaqda işçilər tərəfindən yuyulur.

Sığınacağa yoxlama gələndə güya paltarlar sığınacaqda yuyulmur kimi göstərilir. Firmaya köçürülən pul isə müdir və firma arasında bölüşdürülür.

Sığınacağın yeməklə təmin olunması da eyni bu qaydadadır. Sığınacağa yemək iyrənc halda ucuz qidalardan hazırlanmış, əksər hallarda eyni yeməklər, köhnəlmiş vəziyyətdə gəlir. Bu yeməkləri heç it yeməz. Bu yeməkləri uşaqları vura-vura yedizdirirlər.

Burda yaşayan uşqalar və böyüklər yeməklərdən iyrənir, qorxularından isə səslərini çıxarmırlar.

Firmayla razılaşıb burada yaşayan şəxslərin sayını çox göstərirlər, sənədlərdə keyfiyyətli ət yeməkləri kimi göstərilir. Bu üsulla dövlət büdcəsini talayırlar..."

DAVAMI MÜTLƏQ OLACAQ...

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Prezident İlham Əliyev əksər çıxışlarında ölkədə aparılan islahatlar zamanı əsasən gənc kadrlara üstünlük verilməsi ilə bağlı dəfələrlə tövsiyələr vermişdir. Azərbaycanda gənc kadrlara ehtiyac olduğunun İ.Əliyevin öz dilindən eşidilməsi Prezidentin gəncliyi “Çiçəklənən Azərbaycan” lahiyəsinə hazırlaması kimi qəbul edilmişdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, ölkə başçısının arzularına və xalqa verdiyi sözlərin reallaşmasına suni maneələr yaradanlar, bütün sahələrdə gənc kadrlara yer verilməsinə baxmayaraq, bu prosesdən kənarda qalan qurumlar da az deyil. Zənnimizcə, bunun bariz nümunəsi kimi Ədliyyə Nazirliyini göstərmək mümkündür. Lakin inanırıq ki, nazir Fikrət Məmmədov da tezliklə ölkədə aparılan islahatlar dalğasına təkan verərək, rəhbərlik etdiyi qurumda mühüm dəyişikliklər həyata keçirəcəkdir…

Qeyd etdiyimiz kimi, hazırda kadrların gəncləşdirilməsi sahəsəində əksər qurumlardan geri qalan Ədliyyə Nazirliyi, bu səbəbdən də yaşlı və qoca əməkdaşların ümidinə buraxılıb. Məsələn, Masallı şəhəri, H.Əliyev prospekti 93 ünvanında yerləşən İcra və Probasiya Şöbəsinin rəhbərliyini dediklərimizə nümunə göstərə bilərik. Hansı ki, bu idarədə bir çox kadrlar köhnə Sovet nostalgiyası ilə yaşayan, hələ də kommunist təfəkküründən əl çəkməyən yaşlı insanlardır. Bu baxımdan, təəssüflə qeyd edirik ki, Azərbaycanın ədliyyə sistemi hələ də Rusiyanın ədliyyə məktəblərinə möhtacdır. Belə bir vəziyyətdə isə, bir sıra rayonlar kimi, Masallı rayon İcra və Probasiya Şöbəsinin 60 yaşlı rəhbərinin idarəçiliyindən inkişaf gözləmək sadəlövhlük olar. Əksinə, bu gözləntilər gün keçdikcə rayon sakinlərinin narazılığının daha da böyüməsinə gətirib çıxarmaqdadır.

Əlbəttə, belə bir iddia ilə çıxış etməyimiz heç də səbəbsiz ola bilməz və bunu yaradan amillər mövcudur. Bu amillər isə həmin yaşlı məmurun qanun və qaydalara zidd addımları, qərarlarıdır...

Qeyd edək ki, Masallı rayon sakinləri ilə apardığımız proflaktik söhbət zamanı xeyli sayda rayon sakini İcra və Probasiya Şöbəsinin qanunsuz əmələrindən şikayətlərini dilə gətirib. Sakinlər deyir ki, Masallı rayon İcra və Probasiya Şöbəsinin rəisi Söhlət Şahverdiyevin 14 yanvar 2024-cü il tarixində 60 yaşı tamam olacaq. Yaxınlarının sözlərinə görə, o, bundan sonra da öz yerini gənclərə vermək istəmir və müqavilə əsasında çalışmaq arzusundadır. “Bu arzularını çin etməsi üçün isə, onun indiyədək nə qədər icra edilməmiş iş qalıbsa, onların sürətlə həyata keçirmək və bunu bir naliyyət kimi yuxarı instansiyalara təqdimat etmək niyyəti vardır”, - deyə məlumatlı mənbə bildirir. Bir sözlə, pensiya yaşına çatan Sölət Şahverdiyevin kreslosundan hələ ayrılmaq niyyəti yoxdur. Görünən də odur ki, Masallıda “qocalıq cavanlığın kürəyini yerə vurmağa meyllidir”.

O ki qaldı Masallı rayon İcra və Probasiya Şöbəsi rəhbərliyinin qanunsuz əməllərinə, bu haqda redaksiyamıza daxil olan məktubda da qeyd olunur. Belə ki, Masallı rayonu, İsgəndərli kəndi, Bahadur Məmmədov küçəsi, ev 92-də yaşayan Yaqubova İncibəyim Əziz qızı İcra və Probasiya Şöbəsinin əməkdaşlarını “uşaq oğurluğunda” ittiham edir. Bu haqda Masallı rayon prokuroru Vəli Mustafayevə də məktub ünvanlayan 73 yaşlı xanım qeyd edir: “27.10.2023-cü il tarixində icraçılar Masallı rayonu, İsgəndərli kənd orta məktəbinin direktoruna xəbərdarlıq etmədən məktəbə daxil olaraq, dərs prosesini pozub və 3-cü sinif şagirdi Rəhimova Fatimə Zabil qızını qaçırmağa cəhd ediblər. Məkrli planlarının həyata keçirilməsinə ciddi maneə olduğunu gördüksə isə, ərazini dərhal tərk ediblər. Bu şəxslərin məhkəmə qərarı olmadan bu cür hərəkət etmələri isə müəmmalıdır.

Baş verən qanunsuzluqlardan usanmayan İcra şöbəsinin “fəal” əməkdaşı Amid Hüseynov məkrli planlar qurmaqda kommunist təfəkkürlü rəisindən mənəvi dəstək görür və niyyəti hasil olana qədər durmaq istəmir. Məhkəmə qətnaməsində adları keçən şəxslərə heç bir aidiyyəti olmayan Hamlet Abıyevin nömrəsini taparaq, ondan həyat yoldaşının dərs dediyi sinifdə Fatimə adlı şagirdlə proflaktik söhbət aparılmasının, bu səbədən də onun İcra Şöbəsinə gətirilməsinin vacibliyini bildirir. H.Abıyev icraçının sözlərindən şübhəyə düşdüyündən, ona dəfələrlə sual edir ki, normalda özünüz gəlib apara biləcəyiniz halda, məndən niyə xahiş edirsiniz? Daha sonra isə, “bu problemli məsələdirsə, məni öz işlərinizə alət etməyin”, - deyərək Amid Hüseynova etirazını bildirir. Lakin qanunazidd yollarla da olsa uşağın anasına verilməsi tapşırığını alan A.Hüseynov Hamlet Abıyevin sözlərindən sonra “Ağsaqqal, ayıb olar, uşaq necə səninlə gələcəksə, elə də geri qayıdacaq, onu zorla anasına vermək niyyətimiz yoxdur və öz istəyi olmayan hər hansı şeylərin edilməsinə yol verilməyəcəkdir”, - deyib.

Bu danışıqdan sonra Hamlet Abıyev uşağın nənəsinin də onlarla İcra şöbəsinə getməsin istəyir. Onu icraya dəvət edən Amid Hüseynov H.Abıyevi binanın birinci mərtəbəsində saxlatdırır və azyaşlı ilə rəisin otağına girməsinə icazə vermir.

Uşağın nənəsi Yaqubova İncibəyim Əziz qızı deyir ki, gəlini Rəhimova Şəms Əzizağa qızı da həmin vaxt şöbədə olub. Bu zaman məlum olub ki, rəis Şöhlət Şahverdiyevin otağında uşağı anasına getməyə razı salmaq istəyiblər. Lakin bütün basqılara baxmayaraq, 3-cü sinif şagirdi nənəsindən başqa heç kimi istəmədiyin deyərək, anasından imtina edib. Bundan sonra gəlini tərəfindən hər kəsin yanında təhqirlərə məruz qalan İ.Yaqubovanın halı pisləşib. Bu zaman binadan çıxan 73 yşlı nənənin yoxluğundan istifadə edərək, Fatiməni qaçırmağa cəhd göstərilib. “Şəms Rəhimova ilə birlikdə olan naməlum şəxs və Amid azyaşlı uşağı zorla inzibati binanın ikinci mərtəbəsindən sürüyərək birinci mərtəbəyə endirib, orada maşına mindirmək istəyərkən icra məmurlarından işə aidiyatı olmayan şəxs müdaxilə etdi, Fatiməni onların əlindən alaraq mənə təhvil verdi”, - nənəsi bildirir.

Məktubda bildirilir ki, bu zaman Fatimənin nənəsinin əlindən yapışaraq binadan uzaqlaşdığını görən rəis Şölət Şahverdiyev tez qaçaraq onlara çatır. O, Fatiməni nənəsinin əlindən zorla alaraq, zorla kimliyi bilinməyən şəxsin maşınına mindirir. Ş.Şahverdiyev daha sonra ona “dərhal burdan uzaqlaş” deyir.
“Psixoloqun iştirakı ilə Fatimə anasından imtina etdiyi halda Şahverdiyevin bu əməlləri hansı qanunlara sığır”, - deyə nənəsi sual edir.

Bakunews.az olaraq bu məsələni araşdırmasını apararkən Masallı rayon İcra və Probasiya şöbəsində illərdir bağlı qalan və icraatda olan milyonluq borclar və necə belə işlərin icra edilmədiyi haqda məlumatlar əldə etdik. Fatimə ilə bağlı Amid Hüseynovun icratında olan qərar cəmi iki aydır məhkəmə tərəfindən verilib. Lakin bir sahibkarın məhkəmə qərarı ilə dövlətə olan 1 milyon manat borcunun ödənilməsi haqda çıxarılan hökmün icraası illərdir A.Hüseynov tərəfindən təmin edilmir.

73 yaşlı nənə iddia edir ki, “Şəms Rəhimova Şöhlət Şahverdiyevə və digər əməkdaşlara xərclədiyi 1600 manatın müqabilində onlar bu cür öhdəlik götürüblər”. Hər halda, güman edirik ki, bu Ş.Şahverdiyev qarşı tərəfin iddiasını cavablandırmaqdan çəkinməyəcək…

M.Seyidoğlu
Bakunews.az

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda Masallı rayon İcra və Probasiya Şöbəsi əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı daha ciddi faktları təqdim edəcəyik.
P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti