Ardını oxu...
Azərbaycanda yüksək vəzifə tutan məmurların bir çoxunun övladları ilə bağlı mediada zaman-zaman yayımlanan materialların əksəriyyətinin tənqidi xarakterli olması artıq heç kimi təəccübləndirmir. Əksinə, nəzərdə tutulan məmur övladları barəsində ictimiləşən bu və başqa bir məlumatda cəmiyyəti qıcıqlandıracaq elementlərin olmaması möcüzə kimi qarşılanır.
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov da öz fəaliyyətindən daha çox övladları – Seymur və Vüsal Qaraşovların sayəsində mənfi planda diqqət mərkəzinə düşən yüksək məmurlar sırasında yer tutur. Görünən budur ki, Prezident İlham Əliyevin məmurlar və onların övladlarının xalqı hiddətləndirən, ciddi narazılıq doğuran yolverilməz davranışlara son qoymalarına dair tələbi Qaraşovlar üçün hələ də aktuallaşmayıb.
Belə olmasaydı, Lənkəran rayon icra başçısının övladlarının adı hələ də medianın tənqidi materiallarının “əsas qəhrəmanları” qismində hallanmaz, onların, xüsusilə də Seymur Qaraşovun vəzifə səlahiyyətlərindən, o cümlədən, atasının yüksək məqam sahibi olmasından sui-istifadə etdiyinə dair iddialar ayaq açıb yeriməzdi. Ümumiyyətlə, başa çatmaqda olan 2023-cü ilin Seymur Qaraşov üçün vəzifə dəyişiklikləri ilə “əlamətdar” olduğu da özəlliklə qeyd edilməlidir.
Çünki Fövqəladə Hallar Nazirliyində (FHN) mühüm karyera irəliləyişinə nail olan – burada kənar amillərin təsirinə toxunmağa ehtiyac görmürük – Seymur Qaraşov son aylarda bir neçə vəzifədə sınanıb. Öncə FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini postuna gətirilən Qaraşov daha sonra nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinı irəli çəkilib. Ancaq bu qurumun da ikiyə bölünməsindən sonra sadəcə, FHN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində qala bilib.
Maraqlıdır ki, qeyd olunan vəzifələrdə çalışdığı müddətdə Seymur Qaraşovun kiçik gəmilərə malik olan fiziki şəxslərin fəaliyyətinə süni əngəllər törətməsi onun haqqında yayılan ən yayğın iddialar siyahısındadır. Gəmilərin texniki baxışdan keçirilməsi, onlara texniki pasportların və idarəetmə vəsiqələrinin verilməsini birbaşa nəzarətə götürən Qaraşovun bu məsələlərin həllini özünün şəxsi maraqları prizmasından “həll etdiyi” iddia olunur. Eyni zamanda, Seymur Qaraşovla əlaqədar iddiaların başqa ciddi “halqa”sı isə onun nazirlikdə elan olunan müxtəlif tenderləri yaxın çevrəsinə daxil olan insanların udmalarını təmin etməsidir.
Eyni zamanda, Taleh Qaraşovun FHN sistemində çalışan digər oğlu, bu ilin aprelinə qədər sözügedən nazirliyin Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışan Samir Qaraşovun da fəaliyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərini aşmasına dair çoxsaylı iddialar irəli sürülür. Onun haqqında ictimailəşən iddiaların əsas hissəsi Samir Qaraşovun vəzifədə olarkən istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin istismara qəbulu üçün müvafiq aktların verilməsində “mühüm rol oynaması” ilə bağlıdır. Yeri gəlmişkən, onun hazırda Qaraşovlar ailəsinə məxsus inşaat biznesinin idarəetməsi ilə məşğul olduğu deyilir.
Hər halda, özünü “seçilmişlər” sırasında gördüyün təsəvvürü yaranan Qaraşovların bu əməllərinin daha nə qədər davam edəcəyi hələ ki ,qeyri-müəyyəndir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
www.yenicag.az
 
 
 
Ardını oxu...
"Tərəqqi" medallı Anar Rzayevin rəhbərlik etdiyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyət barəsindəki narazılıqlar günü-gündən "inkişaf edir" - artır. Eynilə Anar Rzayev və onun müavini Rəhman Hümmətovun şəxsi biznesləri kimi.

"DogruXeber.az" bildirir ki, hər gün sosial şəbəkələrdə vətəndaşlar dayanacaqlarda saatlarla marşrut avtobusu gözlədiklərindən gileylənirlər, avtobus gələn kimi də soyuqda gözləməkdən səbr kasaları dolan, işə gecikən vətəndaşların bəzən fiziki, bəzən söz hücumuna məruz qalan sürücülər də "daha bu çörək qazanmaq deyil" deyib, avtobusu yolda saxlayıb, çıxıb gedirlər. Bəli, bu kimi hadisələr də son günlər tez-tez yaşanır. Əslində isə təyin edilən intervala görə, sürücü məsuliyyət daşımır. Bunu təyin edən əgər nəqliyyat şirkətləri özləridirsə, o zaman buna nəzarət etməli olan məsul qurum AYNA-nin başı hansı vacib işlərə qarışıb.

Yeri gəlmişkən, yuxarıda "özəl nəqliyyat şirkətləri" ifadəsini işlətdik, amma bu özəllərin də sahiblərinin sıradan sahibkar olmadığı gerçəyi də heç kimə sirr deyil.
Bu barədə növbəti yazılarımızda...

Onu da qeyd edək ki, şikayətçi vətəndaşların sözlərinə görə bu kimi hallar gediş haqqının artırılmasından sonra yaranıb və hər gün də eyni qaydada davam edir. Hətta, onların sözlərinə görə Nəqliyyat Agentliyinin qaynar xətt xidmətinə də bu barədə dəfələrlə müraciətləri olub, amma...

"Amma"dan sonrası Anar Rzayevin rəhbərliyi altında fəaliyyət göstərən qurumun (AYNA) üzərinə düşür. Lakin, görünür Qubada daş karxanası, müxtəlif yerlərdə iaşə obyektləri, Bakıda 60 menzili, Novxanıda malikanəsi, Sədərək Ticarət Mərkəzində biznes əlaqələri və sair ilə yerli saytlarda özünəməxsus yer Anar Rzayev bu qədər problemləri görməzdən gəlir.

Yeri gəlmişkən, biznes siyahısı bunlarla bitməyən Anar Rzayevin öz müavini Rəhman Hümmətovla əlbir olaraq, yaratdığı ciddi narazılıqlar xatırlayırsınızsa bir müddət əvvəl "TİR" sürücülərinin etirazlarına və bir gecəlik Heydər Əliyev prospektini bağlamalarına səbəb olmuşdu. Doğrudur, o zamanlar cəzalandırılan da elə haqsızlığa etiraz edən sürücülər olsa da, "cümhuriyyət.az"ın araşdırmasına görə, rəhbər-müavin cütlüyünün bəzi şirkətlərinin tələm-tələsik ləğv edilməsinə də səbəb olub.

İxtisaslı kadrları işdən çıxarıb, onların yerini qohum-əqrəbadakı keçmiş əmək və nəğmə müəllimləri əvəzlədiyi deyilən Anar Rzayev görünür hələ təltif olunduğu "Tərəqqi" medalından sonra, öz üzərində daha da məsuliyyətlə çalışaraq, şəxsi bizneslərini və qohumlarının yaşayış təminatını inkişaf etdirməyə başlayıb.
Hər halda barəsində yerli mətbuatda dərc edilən geniş, araşdırma məlumatlar belə deməyə əsas verir.

Amma, barəsində yayımlanan bu qədər tənqidi materiallar hörmətli sədrin "yoqa diqqətini" dağıtmağa belə təsir etməyib.

Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov kimi, Anar müəllim də bu qədər narazılıqların ona aidiyyatı yoxmuş kimi öz sərbəst fəaliyyətini davam etdirir.

Onsuzda mane olan yoxdur...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyətinə görə Ucar rayonunda bir çox məktəblərdə özbaşınalıq baş-alıb gedir ki, buna görə şagirdlər və valideyinlər çox əziyət çəkirlər.
Ucar şəhər 1 nömrəli Texniki-Humanitar fənlər təmayüllü Məktəb-liseyində qızdırıcı sistemi düzgün işlədilmədiyi üçün sinif otaqlarında şagirdlər soyuqdan donurlar. İstifadə edilən kombi qıcdırıcıları sinifləri isitmədiyi üçün şagirdlər otaqda palton- papaqla əyləşirlər. Oxşar acınacaqlı vəziyyət Ucar şəhər 4 №-li, 5 №-li, 6 №-li və digər tam orta məktəblərdə mövcuddur.Həttda siniflərin soyuq olmasından fənn müəllimləridə çox əziyyət çəkirlər dərslərini keçə bilmirlər.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev problemin həlli üçün heç bir tədbir görmək istəmir.Baxmayaraq ki, valideyinlər bu acınacaqlı vəziyyətdən hər gün şikayətlər edirlər.
Qeyd edək ki, həmin məktəblərdə müasir tipli kombi qızdırıcı sistemi var. Həmin istilik sisteminin qazla işlədilməsi nəzərdə tutulsada Rahib Burcalıyevin göstərişi ilə dizel yanacağı ilə işə salındığı üçün sistem pozulub istilik vermir.Bunu isə ona görə etdirir ki, sayğac yazdığı üçün işlədilən qaza kələk gələ bilmirlər, ancaq işlədilən dizel yanacağını şişirdərək ayrılan pulu talan edə bilirlər.Rahib Burcəliyevin talançılığına görə məktəblərdə şagirdlər soyuqdan xəstəliyə yoluxurlar.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Ucar məktəblərində antisanitariya baş alıb gedir.Siniflər soyuq olduğu üçün şagirdlərin çoxu dərslərə gəlmirlər, qızılca xəstəliyi məktəblərdə tügyan edir.Buna baxmayaarq Rahib Burcaliyevin başı korrupsiya əməllərinə qarşıdığı üçün problemlərin həll üçün heç bir addım atmaq istəmir.Ən dəhşətlisi isə odur ki, Rahib Burcəliyev Ucar rayonu üzrə Təhsil Sektoruna müdir vəzifəsinə təyin ediləndən sonra Ucarda taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsi özünə köməkçi təyin etmişdir.Elementar savadı olmayan Etibar adlı keçmiş taksi sürücüsü Rahib Burcalıyevə talançılığı həyata keçirməkdə yaxından köməklik göstərir.Bu səbəbdəndir ki, məktəb direktorlarından aylğı Etibar adlı keçmiş taxsi sürücüsü yığır.
Biz valideyinlər mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.
Cənab Prezident Sizdən çox-çox xahiş edirik Ucarda təhsili iflic etmiş Rahib Burcaliyevin barəsində ciddi tədbirlər görülməsinə və yaranmış problemin tez bir zamanda aradan qaldılmasına tapşırıq verəsiniz.Xalq Sizə inanır, Sizə güvənir və Sizi dəstəkləyir.

İmza; Ağayev Mahir Məhəmməd oğlu
Dadaşov Müşfiq Şakir oğlu
Səfərov Zahid Mikayıl oğlu
Kərimova Mətanət Rasim qızı
Rəhimova Bənövşə Qasım qızı
Nəsirova Nəzrin Vahid qızı və digərləri
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
 
 

Ardını oxu...
     

Azərbaycan iqtisadiyyatının çoxsaylı zəif həlqələrindən biri də dövlət tenderləridir, bu tenderlərin bir çoxunda korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox millət vəkillləri və dövlət məmurları  tərəfindən açıq şəkildə etiraf edilir. 
Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri "tender kralı" kimi tanınan iş adamı hacı Ramazan Mirzəyevdir. 
İş adamı hacı Ramzan Mirzəyevin "tender kralı" kimi tanınmasının səbəbi isə, ona bağlı şirkətlərin daim tender satınalmalarında qalib olmasıdır. İllərdi dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış apardığımız zaman hansısa ciddi bir məlumata rast gəlməyəcəyik. Bu şirkətlərin nə rəsmi adresləri, ofisləri, nədə sosial şəbəkələrdə hesabları belə mövcud deyil. 
Dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin  şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur. 
Xalqxeber.az bildirir ki, 2013-ci ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır. 
Bu şirkətlərin həyata keçirdiyi tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsə məlumdur.
Məlumata görə Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir. 
İş adamına "tender kral"ı titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləridir. 
Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, "tender kralı" Bakı şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil nazirliyinin və sair qurumların  satınalmalarında ƏBƏDİ “qalib” olur. 
İş adamı böyük tenderləri VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləri ilə udsada, digər kiçik satınalmalar və katirovka sorğularında isə əsasən 10 manatlıq mmc-lərini işə qoşur. 
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə 
sahib olması ilə bağlıdır. 
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020 - ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.(Xalqxeber.az)

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bildirilir ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

AzToday.az-a daxil olan məlumata görə, Auditorlar Palatasının üç sabiq əməkdaşının həbs olunmasında kifayət qədər ziddiyyətli məqamlar var. Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada baş verən korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra həbs olunub. Belə ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Vəli Rəhimovun verdiyi korrupsiya hesabatından xəbər tutan kimi onu həbs etdirib. Vahid Novruzov onunla bərabər qohumları Gövhər Əhmədova və Fəridə Novruzovanı da cinayət məsuliyyətinə cəlb edib. İlkin ehtimallara görə, Vahid Novruzov bu addımı Vəli Rəhimovun zərərsizləşdirilməsi üçün həyata keçirib.

Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada dürüst işləyən şəxslərdən biri olub. Hətta oğlunun son 44 günlük Vətən Müharibəsində şəhid olduğu deyilir.

Auditorlar Palatasında baş verən korrusiya faktları ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Ardını oxu...
Qazaxın icra başçısı Rəcəb Babaşov 7 ildir ki, rayonu bərbad günə salıb. Tribunainfo.az yazır ki, onun vəzifəsindən azad edilməsinə hazırlıq gedir. Çünki Qazaxda idarəetmə ölkə rəhbərliyini qane etmir. Rəcəb Babaşovun yerinə kimin təyin olunacağı barədə seçim edilir, yalnız o dəqiqdir ki, hazırkı başçı postunda çox işləməyəcək. Babaşov isə ciddi şəkildə narahatdır. Məlumatlar var ki, birinci müavini Məmməd Aliyevlə arasında qarşıdurma yaranıb. Belə ki, müavinin gah oğluna 120 min dollarlıq “Land Cruiser” alması, gah bələdiyyə sədri olan bacısı oğluna Rayon Mərkəzi Xəstəxanasında ikinci vəzifə verdirməsi başçısını hövsələdən çıxarıb. Bu da tərəflər arasında gərginliyə səbəb olub. Əslində isə Babaşov vəzifəsini itirəcəyi təşvişinə görə hirsini Alıyevi danlamaqla çıxıb. Onun oğlu Elşən Babaşov müharibədən əvvəl şəhərdə 10-LL-077 dövlət nömrəsi ilə fırlanırdı. Müharibədən sonra isə bu yaxınlarda özünə yeni “zerkalnı” və qiyməti 100-200 min manat olan 77-LL-077 nömrəsi alıb. 10-LL-077 nömrəsini bəyənmədi, çünki “zerkalnı” sayılmır, ona görə 77-LL-077 aldı ki, hamı baxıb “paxıllıq” etsin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yeni məlumatlar araşdırıb təqdim edəcəyik.
 
Ardını oxu...
Dövlətin səhiyyə siyasəti TƏBİB üzərində qurulub. Necə ki sosial layihə ASAN Xidmətdir, ictimai nəqliyyat Baku bus sayılır, tibb sektoru da bu brendlə piar edilir. Lakin Vüqar Qurbanovun icraçı direktor təyin olunması bu layihəni batırmaqdadır. Tribunainfo.az xəbər verir ki, Vüqar Qurbanov “üstü bəzək, altı təzək” idarəetməsi yaradıb. Kənardan yaxşı görünsə də, mahiyyəti sabun köpüyüdür. Bu azmış kimi, Qurbanov yaxınlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev demişdi ki, TƏBİB yaradıldı, amma o da özünü doğrultmadı: “Bu sahədə ikili rəhbərlik mövcuddur. Niyə səhiyyədə olan şəxslər özlərində güc tapıb Cənab Prezidentə məruzə eləmirlər ki, bu bizim bacardığımız iş deyil. Bizə məsləhətlər lazımdır, xaricdən bu sahəni bilən güclü mütəxəssislərin dəvət olunmasına ehtiyac var. Yəni burada utanılası bir şey yoxdur. Xaricdən mütəxəssislər dəvət olunmalıdır və bu sahə qurulmaldır. Bu sahədə bizə kömək lazımdır. Hesab edirəm ki, hələ uzun illər bu cür davam edəcəyi təqdirdə nöqsanlar qalacaq. İslahatlar zamanı bəzən uğursuz qərarlar da olur. Hesab edirəm ki, uğursuz qərarlardan biri TƏBİB-in yaradılması olub”. Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Yardımlı rayonunun Dağüzü kəndinin meşələrində kütləvi soyqırım aparılıb. Həmin meşə Yardımlı rayonunun Çayüzü meşəsinin 3 saylı ərazisi adlanır. Bu yaşıl terrordan Regional Meşə İdarəsinin və Lənkəran Regional Ekologiya İdarəsinin xəbərdar olsada bu qanunsuzluğun qarşısını almırlar. Çünki həmin meşədən külli miqdarda gəlir əldə edirlər. Ona görə də həmin meşədə yoxlama aparılmasına imkan vermirlər. Həmin meşədə əgər ərazi tam olaraq və doğru-düzgün yoxlama aparılarsa minlərlə qanunsuz kəsilmiş ağaclar aşkar olunacaq. Həmin meşədə çəkilmiş yaşıl soyqırımın faktlarını Sizə təqdim edirik. Xahiş edirik Yardımlı rayonunun yeganə təbii sərvəti olan meşələrini xilas olunmasına köməklik edəsiniz.
Yardimli ekofeallari
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Zaman-zaman Milli Məclisdə təmsil olunan deputatlarn susqunluğu haqda yazılıb, deyilib. Deputat mandatının bəziləri üçün sadəcə biznesini qorumaq vasitəsi olması artıq sirr deyil. O da təsadüfi deyil ki, ölkənin müxtəlif sahələrində ən böyük iş adamlarının əksəriyyəti parlamentdə təmsil olunur. Onlardan biri də tikinti sahəsində hədsiz böyük paya malik olan deputat Ağalar Vəliyevdir.

Onun rəhbərlik etdiyi (rəsmi formada olmasa da) “Kristal Abşeron” şirkəti ölkənin müxtəlif regionlarında, xüsusilə paytaxt Bakıda böyük layihələr icra etməklə yanaşı, dövlət səviyyəsində gerçəkləşdirilən irimiqyaslı proqramlarda da iştirak edir. Bunların sırasına qaçqın və məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün tikilən binaları, fərdi mənzilləri daxil etmək olar. Yəni haqqında danışdığımız adam ölkənin tikinti sahəsində hədsiz böyük paya sahib olan bir şirkətin sahibidir.
Bütün bunlara baxmayaraq, A.Vəliyevin adı hər zaman susqun deputatların siyahısında olub. “Susqun deputatlar” dedikdə , sayı sizə az gəlməsin, parlamentin, demək olar ki, yarısı bu kateqoriyaya aiddir.

Ağalar Vəliyev isə bunların içərisində xüsusilə seçilir. “Qəhrəmanımız” 2020-ci ilin fevralında özünü buraxan parlamentin yerinə keçirilən növbədənkənar seçkilərdə 7 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən “seçilib”. Buna qədər isə o, parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!

Bu yerdə xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-du maddəsinə görə, MM deputatının qanunvericilik təşəbbüsü hüququ var. Ən azı bu hüquqdan istifadə edən deputat müzakirələrdə iştirak edə, müəyyən çıxışlar edə bilər. Belə ki, həmin maddədə bildirilir ki, deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Göründüyü kimi, Milli Məclisdə təmsil olunan hər bir deputatın danışması, çıxış etməsi üçün xeyli səbəb və yaxşı şərait var. Eyni zamanda deputatlar seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələ qaldıra bilərlər. Lakin bunun üçün görünür həqiqətən də seçicilərin səsini təmsil etmək lazımdır. Hansı ki, biz bir neçə deputatın timsalında bunu görürük. “Bizim deputat” isə necə deyərlər, “az aşım, ağrımaz başım” prinsipi ilə susmağa, səsini çıxarıb gündəmə gəlməməyə üstünlük verir.

Ağalar Vəliyevin stenoqramlar siyahısında qarşımıza çıxan yeganə çıxışından bir parçanı təqdim edirik: “Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökümət üzvləri! Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı, zənnimcə, yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır...”

Əslində uzun çıxışdır, biz sadəcə girişini təqdim etdik: haqq etmədiyi kürsüdə oturan hər kəs belə bəlağətli danışar yəqin ki...
P.S. Ağalar Vəliyevin MM-in komitə iclaslarındakı fəaliyyəti ilə bağlı məlumatlı olmadığımız üçün yuxarıda yazılanların plenar iclaslara aid olduğunu xüsusi qeyd etməyi lazım bildik.

AFN.az

Ardını oxu...
     

Və özünü xalqın qarşısında borcu saymayan deputat

Ölkənin ucqar dağlıq rayonu olan Lerikdən şikayətlər səngimir.

Sakinlər 7GÜN XƏBƏR-ə deyiblər ki, icra başçısı rayonu tamamilə maliyyə idarəsinin müdiri Hafiz İmanovun nəzarətinə verib.

Rayonu faktiki idarəedən klan İmanovlardır. Hətta vəziyyət o həddə çatıb ki, dövlətin və özəl sektorun gördüyü bütün işlərə İmanovlar əl qoyur.

Bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB İnkişaf Mərkəzinin (KOBİM) Lerikdə açılan filialına da İmanovların adamı əl qoyub.

Sakinlərin dediyinə görə, KOB-un rəhbərliyinə Hafizin İmanovun qardaşının kürəkəni Rahil Nəsibəli oğlu Məmmədov gətirilib.

Leiklilər bunu icra başçısı Əkbər Abbasovun İmanovlara "Yeni il hədiyyəsi" kimi xarakterizə ediblər.

"Görəsən, rayonda nüfuzsuz İmanovlar bu təcrübəsiz və bacarıqsız icra başçısını bu gedişlə hara aparırlar? Bəs Lerikin bütün idarəetmə və nəzarətini İmanovlara etibar edən icra başçısı öz vəzifəsinin məsuliyyətini anlayırmı?", - deyə sakinlər sual edirlər.

Lerikdən gələn digər bir xəbər isə Milli Məclisin deputatı İqbal Məmmədovla bağlıdır.

Sakinlər deyirlər ki, uzun müddətdən sonra, nəhayət, deputatın ayağı Lerik rayonuna dəyib. Bildirilir ki, icra başçısı Əkbər Abbasov rayon ictimaiyyəti ilə görüşünə İqbal Məmmədov da qatılıb. Amma bu görüş İqbal Məmmədov üçün heç də ürəkaçan olmayıb. Çünki onun fəaliyyəti əhalinin etirazı ilə qarşılanıb.

Rayon sakini Əlfiağa adlı şəxs iclasda deputatı açıq tənqid edib.

O, İqbal Məmmədovu tərəfkeşlik və ayrı-seçkilikdə günahlandırıb. Sakin deyib ki, deputat rayonu da zonalara bölüb və öz zonasına daha çox diqqət ayırır.

"Rayonu zonalara bölüb şovinistlik edən qərəzli adamsan. İndiyə kimi ancaq öz kəndin, öz zonan və qohumların üçün işləyən bir şovinistsən. Biz səni bir deputat kimi tanımırıq", - deyə sakin deputatı sərt tənqid edib.

Lerik sakinləri deyirlər ki, onlar faktiki köməksiz qalıblar, nə icra başçısı işinin öhdəsindən gələ bilir, nə də deputat onların səsini eşidir. Bir sözlə, Lerik Allahın və İmanovların ümidinə buraxılan bir rayona çevrilib.
 
Mənbə:7gun.org

Dünyapress TV

Xəbər lenti