Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən ciddi narazılıqlarını ifadə edirlər. Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq “Pilot Residence” MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib:

“5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər. Yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə və “Pilot Residence” MTK arasında müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir”.

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: “Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Onlar iddia edirlər ki, onlar üçün nəzərdə tutulmuş bu binanın blokundan keçərək mənzillərinə gedə bilmirlər. Buradan mənzil alan vətəndaşların sözlərinə görə, onlara təqdim olunan layihədə yeni tikilən obyektdən bəhs edilməyib. Yəni bu hissə layihədən çıxarılaraq böyük mağazalardan birinə satılıb.

Bəziləri pulunu ödədikləri qarajlardan da məhrum olduqlarını deyirlər. Vətəndaşlar hesab edirlər ki, onların qarajları anbar yeri üçün adıçəkilən mağazaya satılıb.

Sakinlər adıçəkilən binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşdıqlarını təəccüblə bildirir: “Sizinlə misli görünməmiş faktları bölüşmək istəyirik. Siz və ya biriniz bloklardan birində yeni tikilmiş 12 mərtəbəli binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşmısınız? İndi dünyada seysmik vəziyyət dəyişib, o cümlədən bu yaxınlarda zəlzələ baş verdi. Hər kəs bilir ki, cüzi seysmik təhlükə zamanı liftdən istifadə etmək qəti qadağandır. Nə etməliyik, mənzillərdən tullanmaq, yoxsa orada qorxmuş uşaqlar və qocalarla ölmək lazımdır? Şikayətlərimiz çoxdur – həyətdə qanunsuz inşa olunmuş ticarət obyekti, 3-cü blokun hörülməsi və restoran obyektinə satılması, kütləvi “kvadratura oğurluğu” – müqavilə ilə çıxarış arasında 10-25 m2 fərq və sair. Düşünürük ki, dünyanın heç bir şəhərində belə sensasiyalı bina yoxdur. “Pilot Residence” rəhbərliyi yalan danışmaqla fəaliyyət göstərir və ölkə qanunvericiliyinə riayət etmirlər. İnanırıq ki, problem həll olunacaq, MTK rəhbərliyi layiqli cəzasını alacaq. Amma heç xoş deyil ki, belələrinin “fəaliyyəti” əhalidə ədalətə inamsızlıq, dövlət xidmətlərinin işindən narazılıq yaradır, qanunsuz əməlləri ilə uğurlarımızı puça çıxarır”.

“Pilot Residence” mənzil-tikinti kooperativindən bildirilib ki, layihədə təkcə orada deyil, həm də binanın həyətində 3300 kv.m sahədə obyekt nəzərdə tutulub. Maraqlıdır ki, müvafiq strukturlar onun tikintisinə tam icazə verməyib. “Qaraja gəlincə, sakinlərə onun əvəzinə başqa torpaq sahəsi təklif olunur. Lakin problem hələ də həllini tapmayıb. Çünki vətəndaşlar məhz müvafiq sənədlərdə göstərilən yerlərlə təmin olunmaq istəyirlər”, – deyə tikinti şirkətindən bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə “Pilot Residence” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib. Şirkəti məhkəməyə verən şəxslər isə Qurbanov Samir Natiq oğlu və Yəhyəzadə Elşən Rufət oğludur. Onlar məhkəmədə şirkət rəhbərliyi barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələr” iddia qaldırıblar.

Bununla belə, Yəhyəzadə Elşən Rufət oğlu və Baqiyeva Aliyə Nəriman qızı da məhkəmədə şirkət rəhbərliyi barəsində “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – Sair işlər” iddia qaldırıblar. Hər iki işə ayrı-ayrılıqda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.
aztoday.az
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda hazırda 62385 onkoloji xəstə qeydiyyatdadır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) yaydığı son, yəni 2022-ci ilə aid olan göstəricidir. Həmin il ilk dəfə diaqnoz qoyulanların sayı isə 13924-dür. Ümumdünya Səhiyyə Təşkilatı isə 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır. Elə ölkəmizdə də xərçənglə bağlı əvvəlki illərin statistikasına baxdıqda xəstələrin sayının hər il artdığını görmək mümkündür.

Bəs artan xəstəliklə necə mübarizə aparılır? Bu xəstələrə hansı güzəştlər var?

Ölkədə bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir.

Həmçinin, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.

Ötən il Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.

Bundan əlavə 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloi xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir.

Xəstələr harada pulsuz müalicə ala bilərlər?

Azərbaycanda onkoloji xəstələrin müayinə və müalicəsi, əsasən, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında aparılır. 2022-ci ildə Milli Onkologiya Mərkəzinə büdcədən 47 milyon manat vəsait ayrılıb.

Xəstəliyin davamlı müalicə tələb etdiyi hamıya məlumdur. Xərçənglə mübarizə aparanlar müayinə və müalicələrə, qan analizlərinə, əməliyyatlara, kimya terapiyalara xeyli pul xərclədiklərini bildirirlər. Sosial şəbəkələrdə tez-tez bununla bağlı şikayətlərə və yardım kampaniyalarına rast gəlirik. Xəstələr və xəstə yaxınları müalicə üçün xeyli məbləğdə pullarının çıxdığını bildirirlər. Etiraz edən xəstələr “dövlət büdcəsi hesabına" olmalı müalicəyə niyə pul ödədiklərindən narazılıqlarını bildirirlər. Dediklərinə görə ötən il əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödənilirdisə, bu il bu qiymət 450 manata yüksəlib. Bir ayda iki və ya üç kimyaterapiya, daha sonra MRT və analiz xərclərini hesablayanda bir aya 1500 manatdan çox pul edir.

İnsanlar təkcə xəstəliyin yaratdığı ağrılarla yox, həm də xəstəxanalarda qanunda qeyd edilənlərə məhəl qoymayanlarla mübarizə aparırlar.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə onkoloji xəstələrə konkret hansı xidmətlərin pulsuz olduğuna yenidən aydınlıq gətirmək istədik. Qurum rəsmisi Bizim.Media-ya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib.

Amma xəstəliyin müalicəsində geniş yayılan kimyaterapiyanın da bura daxil olub-olmadığı sualına cavab verməkdən imtina edib.

İstənilən halda qanun onkoloji xəstələ olunan bütün müayinə və müalicələrin pulsuz oduğunu diktə edir.

Məlumat üçün bildirək ki, bir neçə ildir xərçəng xəstəliyinin də icbari tibbi sığorta zərfinə salınması müzakirə olunur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib. Lakin o, onkoloi xəstəliklərin icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon vəsaitin lazm olduğunu qeyd edib.

Ötən gün isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklərin olacağını deyib. Bu xəstəliyin xidmətlər zərfinə salınması xəstəlikdən əziyyət çəkənlərin dərdinə məlhəm olacaq.
 
Ardını oxu...
Mənbələrimiz bildirir ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq...
Azərbaycan seçki prosesinə daxil olub və artıq iki aydan da az bir müddətdən sonra xalqımız özünə yeni dövlət başçısını seçəcək. Elə indidən bu seçkinin qalibi şübhə doğurmasa da, yerlərdəki sosial-iqtisadi vəziyyət də seçkiyə müəyyən təslir göstərəcək. Bu təsirə uyğun olaraq yəqin ki, seçkilərdən sonra prezident İlham Əliyev öz komandasını bir daha saf-çürük edəcək və etimadı doğrultmayanlarla öz yolunu ayıracaq.
Bu baxımdan Neftçaladakı seçki öncəsi vəziyyət maraq doğurur. Söhbət heç də seçkidə prezidentliyə namizədlərin mübarizəsindən getmir, yerli məmurların seçkidən yararlanaraq vəzifə başına keçmək uğrunda apardıqları mübarizədən gedir.
Neftçaladan aldığımız ən son məlumata görə rayonda hakimiyyət üç qola parçalanıb. Qeyd edək ki, redaksiyamıza ünvanlanan bu məlumatlar bir neçə müstəqil mənbə tərəfindən də təsdiqlənib.
Ardını oxu...
Mirhəsən Seyidov
Bu qolların ən zəifinin başında Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov dursa da, digər qollara YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev və başçının birinci müavini Şaiq Məmmədov rəhbərlik edir.
Bizə daxil olan məlumatda bildirilir ki, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev artıq bir müddətdir ki, Mirhəsən Seyidovu saymır və özünü onun yerinə bir nömrəli namizəd olaraq görür.
Maraqlıdır ki, Fərzəliyev məhz Mirhəsən Seyidov tərəfindən irəli çəkilib və gənc başçı onu YAP rayon təşkilatının sədri vəzifəsinə layiq görüb. Hazırda isə Ülvi Fərzəliyev Neftçaladakı hakimiyyət daxili çəkişmələrin əsas fiqurlarından birinə çevrilib.
Belə ki, aldığımız məlumata görə Ülvi Fərzəliyev özünü “kölgə başçı” kimi aparır. O, Neftçala rayon İcra Hakimiyyətinin əməkdaşlarını YAP-ın qərargahına çağırır, onlara tapşışırıqlar və təlimatlar verir. Hətta Ülvi Fərzəliyev icra hakimiyyətinə gələrək şöblərə baş çəkir, onların fəaliyyətləri ilə birbaşa maraqlanır və bu zaman icra başçısına baş çəkməyi belə gərəkli bilmir.
Ardını oxu...
Ülvi Fərzəliyev
Mənbələrimiz bildirib ki, Mirhəsən Seyidov bütün bunlardan xəbərdar olsa da, nədənsə YAP rayon sədrinə yerində oturtmaq üçün özündə güc və iradə tapmır. Mənbələrimiz qeyd edirlər ki, Mirhəsən Seyidovun YAP rayon təşkilatına sədrinə qarşı bu qədər gücsüz olması Ülvi Fərzəliyevin Bakıdakı əlaqələri ilə bağlıdır.
Neftçaladakı hakimiyyət çəkişmələrinin digər qolunun başında isə başçının birinci müavini Şaiq Məmmədov dayanır. Qeyd edək ki, Şaiq Məmmədov Neftçalanın keçmiş icra başçısı Seyfəddin Məmmədovun oğludur. Xatırladaq ki, Seyfəddin Məmmədov 1993-cü ildə Sürət Hüseynovun adamları tərəfindən qeyri-rəsmi olaraq icra başısı “təyin” edilib. Sonradan ulu öndər Heydər Əliyev tərəfindən onun təryinatı rəsmiləşdirilib. Surət Hüseynov həbs olunduqdan bir müddət sonra isə Seyfəddin Məmmədov bu vəzifədən azad olunub.
Şaiq Məmmədov da Mirhəsən Seyidov tərəfindən yüksəldisə də, o, rayonda “Leysanov klanı”nın əsas siması olaraq tanınır. Xatırladaq ki, sovet dönəmində Bahəddin Leysanov Neftçala Pambıqtəmizləmə zavoduna rəhbərlik edib. Müstəqillik dönəmində bir neçə rayonun pambıq zavodunu özəlləşdirərək iş adamına çevrilib. Hazırda Neftçalanın əsas iqtisadi zonaları onu nüfuzu altındadır və demək olar ki, son 40 il müddətində rayonda bütün hakimiyyət mənsubları onunla razılaşmağa məcbur olublar. Bahəddin Leysanov həm Neftçalada, həm də Salyan da daxil olmaqla qonşu rayonlarda biznes strukturlarına sahib olmaqla yanaşı, eyni zamanda geniş kadr şəbəkəsinə malikdir.
Ardını oxu...
Şaiq Məmmədov
Mənbələrimiz qeyd edir ki, Şaiq Məmmədov da Ülvi Fərzəliyev kimi Mirhəsən Seyidova qarşı qruplaşıb. O da icra hakimiyyətinin əməkdaşlarını və rayonun vəzifəli şəxslərini başına toplayaraq başçı olmaq üçün imkanlarını səfərbər edib. Leysanovun şəbəkəsindən aldığı dəstək isə onu daha da şanslı edir.
Neftçala rayon icra hakimiyyətinə yaxın olan bir mənbəmiz isə bildirib ki, böyük ehtimalla Neftçalada seçkilər qeyri-aktiv və qalmaqallı təşkil olunacaq. Mənbəmiz iddia edir ki, seçkilərdə problemlərin olması Mirhəsən Seyidovun mövqelərini daha da zəiflədəcək və nəhayətdə seçkidən sonra onun etimadı doğrultmayan biri kimi vəzifədəb azad olunması qaçınılmaz ola bilər.
Əslində Ülvi Fərzəliyevin və Şaiq Məmmədovun bu strategiyası mükəmməl görünür. Lakin əsas məsələ bu iki qruplaşmanın hansının hakimiyyət uğrunda mübarizədə üstünlük əldə etməsidir...
Mövzunu davam etdirəcəyik...
Poliqon.info
 
Ardını oxu...Ardını oxu...

Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.

“Mədəniyyət adamları” deyəndə ilk növbədə incəsənət xadimləri (rəssamlar, bəstəkarlar, rejissorlar, aktyorlar, artistlər, müğənnilər, musiqiçilər və əlbəttə ki, onların müəllimləri) nəzərdə tutulur. Məhz bu kateqoriyaya aid insanların mədəniyyətsizlik etməsi təbii olaraq ciddi qınaq doğurur.

Redaksiyamıza daxil olmuş məlumata görə, bu günlərdə Şabran Uşaq Musiqi Məktəbinin direktoru Bahadur Xamedov qardaşı oğlunun toyunda ciddi səhvə yol verib və ardından daha ciddi qələtə imza atıb.

Məsələ belə olub: Toyun əvvəlində aparıcı-tamada toyun senarisini və çıxış üçün söz veriləcək şəxslərin siyahısını toyun ağsaqqalı hesab edilən 63 yaşlı Bahadur müəllimlə (bundan sonra ona “müəllim” deyə müraciət etməyin nə dərəcədə düzgün olduğu sual altına düşəcək) müzakirə edirmiş. Adlar dədiqləşdirilərkən tamada təklif edir ki, ilkin olaraq Azərbaycanın dövlət himni səsləndirilsin, qonaqlara şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Lakin təəssüflər olsun ki, Bahadur Xamedov 2020-ci il Vətən müharibəsində şəhidlərin qanı hesabına qazanılan Qələbədən sonra el məclislərində adət halını alan bu qədirşünaslıq nümunəsinə həmin toyda əməl edilməsinə lüzum olmadığını deyib. Söz yox ki, bu qəbahət toy iştirakçılarının nəzərindən qaçmayıb. Toyun gedişində iştirakçılar arasından bir nəfər Vətən müharibəsi qazisi bu naqisliyə görə tamadaya irad tutub. Tamada isə özünün söz sahibi olmadığını deyib və günahı toy sahibində görmək lazım gəldiyini deyib. Qazinin müdaxiləsi və Bahadur Xamedova yaxınlaşıb xatırlatma etməsi ilə şəhidlərin xatirəsinin anılmasına nail olunub. Məyus olan Bahadur Xamedov fakt qarşısında qalaraq qazinin təşəbbüsünə mane ola bilməyib.

Toyun ertəsi gün musiqi məktəbinə yaxın çayxanaların birində bu məsələ müzakirə olunub. Bu vaxt Bahadur Xamedov gəlib çıxıb. Müştərilərdən biri ondan dünənki toyda şəhidlərin xatirəsinin nəyə görə toy prosesinin əvvəlində deyil, ortasında anıldığını soruşub. Bu sualdan qeyzlənən Bahadur Xamedov oradakı adamların arasında şəhidlərin goruna söyür: “…Bəsdirin dəə, bu söhbəti uzatdız”. Bu sözlərdən sonra çayxanaya sükut düşüb. Bahadur hirsli halda çıxıb gedib. Lakin bir neçə dəqiqədən sonra necə böyük qələt elədiyini başa düşərək geri qayıdıb və dil-ağız edib: “Ayə, vallah, mən əsəbləşim dedim, siz Allah, bu söhbət yayılmasın”. Camaat da durub dagılışıb.

Amerikalı yazıçı Ernest Heminquey «Zəng kimin üçün çalınır» əsərində yazmışdır: «Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır».

Bahadur Xamedov da bilməlidir ki, “onun üçün də zəng çalınacaq”.

Qarşı tərəfin də mövqeyini öyrənmək üçün Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Ramil Rəhimovu iş başında tapa bilməsək də, müavini Şahin müəllim bildirdi ki, siz işıqlandırın biz tədbirini görək.

Deryaz.az

Ardını oxu...
Qanunlarda MTK əslində tikdiyi binalarda mənziləri satdıqdan sonra mənzilərin çıxarışların payladıqdan sonra tikinti üzərində hüquqların təhvil verməlidir sakinlərə. Lakin Azərbaycanda bu heçdə belə deyil. Qeyri qanuni qaydalar şərtlər insanları aldığı mənzildə ağzı şirin yaşamğa imkan vermir. Bu MTK-dan biridə “Greenville Residence” layihəsidir. ARAL GROUP layihəsi olan “Greenville Residence” mənzil almaq istəyənlərə əvvəlcədən şərtləq qoyulması ilə bağlı məlumatlar daxil olmaqdadır. Beləki, mənzil almaq istəyən müştərilərdən kvadrata görə 1 manat kamunal xidmət adı altında vəsait ödəniləcəyi şifahi olaraq razılaşdırılır. Məsələyə aydınlıq gətirmək üçün şəhərin ən pristijli yeri sayılan “Port Baku”da bu kamunal xidmət adı altında yığılan vəsaitlə maraqlananda şoka düşmək olar. “Greenville Residence” məhs “Port Baku” ilə eyni “kamunal xidmət”i yığmaq həvəsinə düşən sahibkar, eyni şərait, eyni xidməti göstərə bilməyəcəyi aşikardır. Əslində isə tələblə təklifin üst-üstə düşməməsi bu məsələdə ciddi problemdən xəbər verir. “Port Baku”da olan xidmətin üçdəbiri bu “Greenville Residence”də ola bilməyəcəyinidə hamımız yaxşı bilirik. Şəhərin bir çox yerlərində hündür mərtəbələrin inşaasın həyata keçirən MTK-lar həmin kamunal xidmətin qiymətini kvadrata görə 40 qəpik nəzərdə tutduğu halda Delfin otelin yerində inşaa edilən “Greenville Residence” bunu 1 manat dəyərində qanunsuz olaraq tətbiq edir. Əslində heç bir MTK xidmət haqqı yığım qanuni deyil. Sakinlərin özləri toplaşaraq binanın hər bir problemini həl edəcək şəxslər və onlara veriləcək məvaciblər məsələsin hll etməli olduğu halda MTK sahibləri bu hüquqlarıda vətəndaşların əlindən almış hesab edilir. Lakin qiymətə nəzər saldıqda hər mənzildən kvadrat hesabı alınan pullar o qədər yüksəkdi ki, bunu hara nə cür xərclənə biləcəyi haqda söylənənlər yalnız fərziyə ola bilər. Kamunal adı altında hər ay bir mənzilin satış qiyməti dəyərində vəsait yığılması və buna görə qurumlara hesabat verməyən MTK rəhbərləri qısa müddətdə milyoncu olmağı hədəfləyir?.
Hələ bu harasıdır? Mənzil alan şəxslərin məzilini təmir üçün tədarük etdiyi materyaların nə daxili liftlə nədə pilləkənlərlə daşınmasına heç cürə icazə verilmir. Məzilin təmir etdirmək istəyən şəxslər mütləq olaraq 800 azn vəsaiti “Greenville Residence” ofisinə ödədikdən sonra mənzil sahibinə binanın çöl hissəsindəki quraşdırılmış qaldırıcılar vasitəsi ilə mənzilərinə təmir üçün materyaların qaldırılmasına evin təmirinə başlamasına icazə verilir. Tək binada bir blok üzrə 50 mənzil hesabı ilə götürsək hər mənzilə görə 800 manat ödəniş etdikdə bu bir mənzilin nəğd alışı deməkdir (40.000 manat məbləğdən gedir söhbət). Bu yığılan vəsaitin isə hara xərclənməsi şübhəsiz ki hardasa göstərilmir. Çünki qeyri qanuni yığılan pulun rəsmi xərclərdə göstərilməsi mümkün reallıq deyil.
Yazıda adları keçən şəxs və ya qurumların səlahiyyətli şəxslərinin mövqe bildirmə hüquqlarından sitifadə edə bilmələri üçün hər bir şərait yaratmağa hazırıq. KİV haqqında qanunun tələblərinə uyğun olaraq məsələyə qarşı tərəfin mövqe haqqı tanınmaqdadır.
“Aral GROUP” məxsus bu layihələrin geniş araşdırmamız yaxın amanda sizlərə təqdim ediləcəkdir.

Mənbə: Bakunews.az
 
 

Ardını oxu...

  Hörmətli oxucular! Son vaxtlar müəyyən səbəblərə görə bir çox media qurumlarında, əksər sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yarıtmaz fəaliyyətindən bəhs olunur, bu qurumda baş alıb gedən hər cür biabırçılıqların mahiyyəti geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bir sözlə, hal-hazırda bu Agentliklə bağlı bəzi məsələlər ölkə gündəmini zəbt edən, eyni zamanda geniş ictimai fikirə öz təsirini göstərə biləcək mövzulardan birinə çevrilib. Belə bir səbəbdəndir ki, gundemxeber.az xəbər portalı olaraq, bu yöndə lazımi araşdırmalarımızı həyata keçirib, son vaxtlar bu Agentlikdə baş verən çoxsaylı hoqqalarla bağlı bir neçə tənqidi məqalələr yayımlamışıq. Qeyd edək ki, Prezident İlham Əliyevin 02 dekabr 2021-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli 1317 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında” Fərmanı, əslində QHT-in fəaliyyətlərini daha da yaxşılaşdırmağa hesablanmış bir addımdır. Çox təəssüflər olsun ki, dövlət qurumlarında rəhbər vəzifə sahibi olan, hətta QHT sektorunda çalışan və müəyyən təsir imkanlarına malik olanlar bəzi şəxslər, bu gün də möhtərəm Prezidentin imzaladığı bu Fərmandan  irəli gələn addımlarını atmaq əvəzinə, açıq-aşkar şəkildə sabotajlıqla məşğul olurlar, iyrənc əməllərini davam etdirməyə daha çox üstünlük verirlər. Faktdır ki, ölkəmizdə QHT-nin əsas fəaliyyətləri dövlətdən ayrılan qrantlar hesabına müəyyən layihələri həyata keçirməkdir. 

Ardını oxu...

Buna baxmayaraq, bu gün açıq-aşkar şəkildə etiraf etmək lazımdır ki, bir çox vəzifə sahibi olan şəxslər sosial şəbəkələrdə, elektron KİV-də aktiv olan QHT-in  işlərinə mane olur, layihə təqdim edən QHT sədrlərinin layihələrini dolayısı yollarla qrantdan məhrum edirlər. Əvəzində isə özləri sosial media üzərindən adları heç bir ictimaiyət nümayəndələrinə, Vətəndaş Cəmiyətinin üzvlərinə, KİV- nümayəndələrinə məlum olmayan, ümumiyyətlə QHT sahəsindən anlayışı olmayan vətəndaşların adlarına yeni QHT-lər qeydiyatdan keçirtməklə yeni yaradılmış QHT-rin adına layihələr rəsimləşdirməklə, müəyyən sənədlər və fotoşəkillər üzərində yalançı görüntülər yayırlar. Bununla da onlar həmin sənədləri və fotoşəkilləri bir görüntü olaraq ictimaiyyətə sırıyır və belə bir ad altında dövlət büdcəsindən hər il ayrılan miliyonlarla manat pulları talan edirlər.

Ardını oxu...

Son günlər gundemxeber.az-ın redaksiyasına QHT sektorunda baş verən olmazın biabırçılıqlarla bağlı daha ilginc məlumatlar daxil olub. Məcburiyyət qarşısında qalıb bu gün onları geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün bir borc bilirik. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, Tural Əliyev adlı şəxs Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üzrə Prezident Administrasiyasında stratejivəzifəyə (kurator) təyin olunur.Həmi təyinatdan təxminən bir ay sonra QHT-lərə DövlətDəsdəyi Agentliyinin kuratorları olan Rövşən bəy, Nigar xanım,Həsən bəy və Xatirə xanım daşıdıqları vəzifələrindən mənəvi pisxoloji təzyiqlərə məruz qalaraq, tutduqları vəzifələrindən öz ərizələri ilə könüllü olaraq uzaqlaşdırılırlar. Hansı ki, bu şəxslərin hər birinin QHT-rin və vətəndaş cəmiyyəti institunun inkişafında, formalaşmasında çox böyük xidmətləri, eyni zamanda lazımi iş təcrübələri var. Onu da qeyd edək ki, əgər hər hansı bir istintaq orqanı tərəfindən Agetliyin iş fəaliyyəti araşdırılarsa, o halda sabiq əməkdaşlar da istintaqa cəlb olunarlar. Həmin vaxt onlara ünvanlanacaq ilk sual bu olacaq ki, cənablar,  yaxud da xanımlar 10 (on) ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz vəzifədən sizi kimlər nə üçün məcbur edərəkçıxarıblar? Xüsusilə qeyd edək ki, kiçik, orta və böyük qrant layihələrinin ictimaiyətə elan olduğu bir zamanda, yuxarıda adlarını çəkdiyimiz həmin dörd nəfər şəxsin daşıdıdıqları kurator vəzifəsinə yalnız bir nəfərin, yəni Nilufər Əhmədovanın müəyyən yollarla təyinatı verilir. Bu xanımın bildirdiyinə görə o, əvvəllər “Asan Xidmət” Mərkəzində könüllü fəaliyyət göstərib.

Ardını oxu...

 O halda ortaya belə bir sual çıxır ki, görəsən hansı səbəbə görə 4 nəfərindaşıdığı vəzifəyə PA-dan QHT Agentiyi üzrə yalnız Nilufər Əhmədova “kurator” təyin olunur?. Qeyd etmək yerinə düşər ki, Tural Əliyevin və Agentliyin icraçı direktoru Aygün Əliyevanın QHT sahəsində əvvəllər heç bir fəaliyyətləri olmadığı kimi, NilufərƏhmədovanın da bu sahədə heç bir fəaliyyəti olmayıb, amma bu xanım hansısa yollarla PA-dan QHT Agentiyi üzrə vəzifəyə təyin olunur. Gundemxeber.az-ın əməkdaşının media və sosial şəbəkələr üzərindən apardığı araşdırmalar zamanı o da məlum olur ki, Agentlik üzrə “kurator” təyin olunan Nilufər Əhmədova, məhz Tural Əliyevə yaxınlığı ilə seçilən vəzifə sahibidir. Bunu onunla təsdiq edə bilərik ki, bir neçə il bundan öncə bu xanımın ad gününün tamam olmasından bir gün keçsə də, Tural Əliyev onu bir gün sonra təbrik edir. Bundan əlavə, əməkdaşımızın həyata keçirdiyi araşdırmalar zamanı o da məlum olur ki, hal-hazırda bir neçə QHT sədrlərinin və onların əməkdaşlarının Agentlikdən narazı salınmalarının kökündə, qrant layihələrinə görə ayrılan pulların sonradan qalan 20% -nin tam olaraq deyil, birbaşa 80%-nin kəsilməsi olur. Bununla da Agentlikdə bir qrup vəzifə sahibi olan şəxslər, sosial media üzərində söz demək qabliyyətinə malik olan QHT-sədrlərini və vətəndaş cəmiyyəti institunun üzvlərini seçkilər ərəfəsində Prezidentə qarşı narazı salmağa və bu narazılıqdan özləri üçün manipulyasiya etməyə çalışırlar. O halda sual oluna bilər ki, ölkəmizin indiki həssas vaxtlarında bir çox QHT rəhbərlərini həm dövlətdən, həm də növbədənkənar prezident seçkiləri ərəfəsində hakimiyyət orqanlarından kütləvi şəkildə narazı salmaqda məqsəd nədir? Görəsən vətəndaş cəmiyyəti institundan heç bir halda başı çıxmayan, eyni zamanda dövlət və hakimiyyət orqanlarına qarşı kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olan belə bir tapşırığı kimlər verib? Yəni, bunun özü olduqca şübhə doğurmaqdadır. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Samir Adıgözəlli, Esmira Orucova,  Mətanət Əsgərqızı, Maral xanım, Samir bəy, Emil Maqalov və digərləri hal-hazırda narazılıq edən QHT sədrləridirlər.  Onu da xüsusi qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz QHT-sədrləri Azərbaycanın bugünkü reallığında Vətəndaş cəmiyyətinin yaradılmasında və inkişafında müstəsna xidməti olan şəxslərdir ki, bu şəxslər öz narazılıqlarını məcburiyyət qarşısında qalıb sosial media üzərindən cənab Prezidentə çatdırmağa çalışırlar.

 

  Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az

 

P. S. Prezident Administrasiyasında yüksək çinli vəzifə sahibi olan və bu gün də şəffaf iş fəaliyyəti ilə geniş ictimaiyyət tərəfindən qəbul olunan Hikmət Hacıyevin  başı üzərindən bu cür oyunları qurmaq, görəsən kimlərin tapışırığı ilə həyata keçirilir?. Ola bilər ki, sabiq şöbə müdiri Əli Həsənov həmin şəxslərə də dərs keçib ki, onlar bu cür addımlarını atmaqda davam edirlər. Bu və digər məsələlərlə bağlı növbəti yazımız olacaq.

 
 
 
Ardını oxu...
   

Müəllim kadrları hazırlayan ADPU-da rüşvət həmişə olub, amma hazırkı səviyyədə olmayıb.

Azərbaycanda ali təhsil ocaqları arasında ADPU(APİ) rüşvətxorluğa görə, bütün zamanlarda cüziliyilə fərqlənib.

Lakin ölkəmiz müstəqilliyə qədəm qoyduqdan sonra ADPU-da rüşvətxorluğun miqyası bir neçə dəfə artıb.

Bir neçə il Azərbaycanın gənc Turizm institutunda müsbət təcrübə qazanmış rektor Cəfər Cəfərov, səhv etmirəmsə, 2018-ci ildə ADPU-ya rektor dəyişdirilib.

C. Cəfər müəllimin ADPU-ya rektor təyin olunması xəbəri ali təhsil müəssisəsində çalışan professor-müəllim heyətini və tələbələri çox sevindirib. Lakin onların bu sevinci çox çəkməyib, tez bir zamanda təəssüflə əvəz olunub.

Hazırda ADPU rektor C. Cəfərov tam dəyişib və rüşvət rektoru özündən əvvəlki rektorlardan betər qatı rüşvətxora çevirib.

Bəli, müəllim kadrları hazırlayan bu ali təhsil ocağında rüşvət həmişə, hətta sovet dövründə də olub, amma indiki kimi heç vaxt bu qədər açıq bazar şəklini almayıb.

Hazırda ADPU-da rüşvət bütün sahələrdə, xüsusən kadrların seçilməsi və işə qəbul olunmasında yeganə meyara çevrilib.

Əgər əvvəllər, yəni 7-8 il bundan qabaq ADPU-da gənc laborant vəzifəsinə işə qəbul olunmaq üçün 3 - 5 min manat civarında "şirinlik" vermək lazım olurdusa, hazırda ADPU-da istənilən kafedraya laborant vəzifəsinə işə qəbul olunmaq üçün vasitəçilər rektor Cəfər Cəfərova 10 - 15 min manat "şirinlik" (rüşvət) vermək lazım olduğunu bildirirlər!..

Ölkədə rüşvət alan tək ADPU rektoru olsaydı, nə vardı ki, qarşısını almaq asan olardı, amma ölkədə müşahidə olunan mənzərə elə eybəcər bazar şəkil alıb ki, cənab Prezident ölkədə rüşvətxorluğa qarşı mübarizəni gücləndirdikcə, rüşvətxorluq geri çəkilmək əvəzinə, daha da hızlanır...

Şahnaz, Paralel.az

Ardını oxu...
Dekabr ayının 12-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tikili və avadanlıqların cari təmiri üzrə keçirmiş olduğu kotirovka sorğusunu tamamladığını açıqlayıb və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32.227,28 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Bu satınalma proseduru ətrafında apardığımız araşdırmada məlum oldu ki, MMC son səkkiz ayda onlarla tenderin qalibi olub. Dahə ətraflı araşdırdıqda daha da maraqlı məlumatlarla üzləşdik. Əvvəlcə rəsmi dövlət orqanlarının MMC barəsində məlumatlarına diqqət yetirək.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.04.2003-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, İLQAR HƏBİBOV, ev 50C, qanuni təmsilçisi kimi isə Bayramalıyev Mübariz Qəşəm oğlu qeyd olunub.

Qeyd edək ki, cari ilin yanvar ayından MMC-nin müxtəlif dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinə diqqət yetirdikdə qəribə mənzərələrlə rastlaşdıq. Belə ki, dövlət satınalmalarının vahid internet portalında MMC-nin 26.10.2023-cü il tarixdə Milli Depozit Mərkəzi ilə toplantı zalı üçün ofis mebellərinin satınalınması üzrə 8.879,5 manat məbləğində, 20.10.2023-cü il tarixdə DİN Daxili Qoşunlar Baş İdarəsi ilə avadanlıqların və qazanxana avadanlıqlarına, elektrik generatorlarına, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi, təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması üzrə 250.787,17 manat məbləğində, 05.09.2023-cü il tarixdə Dİn Komendant Xidməti ilə mebel inventarlarının alınması üzrə 37.996 manat məbləğində, 04.09.2023-cü il tarixdə “Nizami Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi ilə Mebel və avadanlıqlar”-ın satın alınması üzrə 18.300,62 manat məbləğində, 09.08.2023-cü il tarixdə “Azərsu” ASC ilə təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınması üzrə 87.013,02 manat məbləğində, 19.07.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inventarların satınalınması üzrə 8.020,58 manat məbləğində, 19.06.2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyi ilə 10.600,03 manat məbləğində, 22.05.2023-cü il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi ilə bərk inventarların satın alınması üzrə 225.000 manat məbləöində, 13.03.2023-cü il tarixdə Qida Təhlükəsizliyi İnstitutu ilə stellajların satın alınması üzrə 39.100 manat məbləğində, 11.01.2023–cü il tarixdə Bakı Turizm İnformasiya Mərkəzi ilə yeni inzibati bina üçün ofis mebellərinin alınması üzrə 47.200 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb.

Bunlardan əlavə MMC “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə tikili və avadanlıqların cari təmiri üzrə 37.400,74 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə mebel, kreslo və digər inventarların alınması və mövcudların təmir bərpa işlərinin satın alınması üzrə 199.056,56 manat məbləğində satınalma müqavilələri də bağlamağı planlaşdırır.

Göründüyü kimi MMC daha çox inventarların satınalması üzrə keçirilmiş tenderlərin qalibi olub. Amma udduğu tenderlərə göz qamaşdıran bu MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Maraqlı bir məlumat isə MMC-nin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğlu barəsindədi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 21 ilun 2023-cü il tarixdə Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısını açıqlayıb. Həmin siyahıda “M-KONTAKT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Bayramalıyev Mübariz Qəşəm oğlunun Gədəbəy şəhərində qurbanlıq heyvanların satışına icazə verilib.

Maraqlıdır Gədəbəydə ət satışı ilə məşğul olan Mübariz Bayramalıyev həqiqətən də “M-KONTAKT” MMC-nin qanuni təmsilçisidir, yoxsa MMC heç özünün də xəbəri olmadan onun adına yaradılıb. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Çox güman ki, bu da onlardan biridir.

Aktualinfo.org
Ardını oxu...
“Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti apardığı qanunsuz tikintiyə aidiyyatı dövlət qurumları müdaxilə edə bilmir.

AzFakt.com xəbər verir ki, Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə digər dövlət qurumuna ünvanladığı sənəddə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edildiyi qeyd edilir.
Ardını oxu...
Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə rəsmi müraciət də ünvanlayıb. Lakin ünvanlanan müraciətdən xeyli zaman keçməsinə baxmayaraq, qanunsuz tikili hələ də qalmaqdadır.

Qeyd edək ki, “Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərir.

“Səfalı Ticarət Mərkəzi” ASC-nin qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.

Mövzu ilə bağlı qarşı tərəf mövqe bildirə bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti