“Dedilər ki, bizə heç kim heç nə edə bilməz”
Kərimzadə Nihad Elman oğlu Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA-dan şikayətçidir.

Onun sözlərinə görə, 2022-ci ilin martından AZZA-da işə başlayıb və həmin dövrdən etibarən əmək, istirahət hüququ mütəmadi olaraq pozulub. Şikayətçinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı məktubdan da görünür ki, işlədiyi müddətdə dəfələrlə onunla bağlanan əmək müqaviləsinin işçidə qalmalı olan nüsxəsini istəsə də, rəhbərlik müqavilənin nüsxəsini ona verməkdən yayınıb:

“Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik-Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”.

Şikayətçinin sözlərinə görə, hüquqlarının pozuntusu bununla da bitməyib:

“AZZA-da mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir, ancaq əlavə işə cəlb olunduğum saatların əmək haqqı ödənilməyib. Bu da Əmək Məcəlləsinin 165-ci maddəsinin pozulmasıdır. Məsələn, bu ilin 14 sentyabrında 2 saat, 15 sentyabrda 2 saat 24 dəqiqə, 16 sentyabrda isə 3 saat 24 dəqiqə əlavə işləmişəm.

Bu zaman mənimlə birlikdə ümumilikdə 20-yə yaxın əməkdaş işləyib. Bu da əmək qanunvericiliyinə ziddir. Çünki Əmək Məcəlləsinin 100-cü maddəsinə əsasən, iki gün dalbadal gələn iş günündə işçi ümumi olaraq 4 saatdan artıq əlavə işə cəlb edilə bilməz. Mənim isə əmək hüququmun pozulmasını yuxarıdakı bir nümunə isə təqdim etdim”.

Şikayət məktubunda o da bildirilir ki, məzuniyyət pullarının ödənilməsində də qanunsuzluğa yol verilib və əmək qanunvericiliyi dəfələrlə pozulub:

“AZZA-da əməkdaşlar iş günü olmayan bayram, istirahət, ümumxalq hüzn günü də heç bir əlavə ödəniş olmadan adi iş günü kimi işə cəlb edilib və bununla da Əmək Məcəlləsinin 164-cü maddəsi pozulub. Bununla bağlı şikayətimizi bildirdikdə, mənə kadrlar şöbəsinin qapısını göstərdilər.

Əvvəlki rəhbərim Teymur Orucun yerinə gələn Zaur Aslanov da əməkdaşların hüquqlarını pozmaqla yanaşı, hətta mənə hədə-qorxu da gəlib. Orada işlədiyim müddətdə Əmək Məcəlləsinin 224-cü (Sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi), 195-ci (Ödənişlərin düzgün müəyyən edilməməsi, əsassız və qanunsuz olaraq verilməməsi), 69-cu (İşçiyə hədə-qorxu gəlinməsi) maddələri də pozulub”.

Onun iddiasına görə, əmək qanunvericilyinin pozulması bununla da yekunlaşmır. İşçi ilə bağlanan müqavilədə bədbəxt hadisə, peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta təmin olunmayıb, bu barədə əmək müqaviləsində müvafiq bənd əksini tapmayıb.

Şikayətçi bildirib ki, AZZA həmçinin 18 yaşdan aşağı içilərin də hüquqlarını kobud şəkildə pozub:

“18 yaşdan aşağı uşaqlar gecə növbəsinə işə göndərilir, iş saatlarından əlavə işə cəlb edilir, əmək təhlükəsizliyi, ümumiyyətlə, qorunmur. Bu yaş qrupunda olan əməkdaşlar yük maşınlarından palet dolu yeşikləri əllə boşaltmağa vadar edilir, halbuki bu iş xüsusi avadanlıqla həyata keçirilməlidir. Bunu təsdiq edən foto-videogörüntülər məndə var və araşdırıla bilər”.

N.Kərimzadə bildirib ki, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla olan müqavilə yenilənməyib:

“Bundan sonra mənə “Get, kimə şikayət edirsən et, bizə heç kəs heç nə edə bilməz” deyildi. Bütün yuxarıda göstərdiyim faktları nəzərə alaraq müvafiq dövlət qurumlarından AZZA ASC-nin direktoru Rüstəm Gərəkməzli, kadrlar şöbəsinin müdiri Margit Boloton, eləcə də Zaur Aslanov barədə qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirəm”.


Mənbə: azerbaycanrealligi.com
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti