Direktor "Prezident mükafatçısı" müəllimi işdən NİYƏ ÇIXARDI?
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbin tarix müəllimi Əsgərova Cəmalə Mehman qızı çalışdığı təhsil müəssisəsində təzyiq və təqibə məruz qaldığını iddia edir.
DİA.AZ-ın xəbərinə görə, hadisə ilə bağlı Bizimyol.info xəbər portalına müraciət ünvanlayan müəllim deyir ki, məktəbin yeni direktoru ona əssasız yerə töhmət verib:

"2005-ci ildən sözügedən məktəbdə çalışıram. 2022-ci ilin yanvarından Afaq Əliyeva məktəbə yeni direktor təyin edilib. Direktor 14 sentyabr 2023-cü ildə əssasız olaraq mənə töhmət verib. Nəzərinizə çatdırım ki, işlədiyim illər ərzində nə xəbərdarlıq, nə də töhmət verilib. Həmçinin müəllim kollektivi və valideynlərlə də heç bir konfliktim olmayıb. Sadəcə, direktorun verdiyi göstərişləri (mənə aidiyyəti olmayan - yalandan izahat vermə və kiminsə üzünə durma) yerinə yetirmədiyim üçün şəxsim üçün qaralama kampaniyasına başlayıb.

Nizami Rayon Baş Prokurorluğunda 201 nömrəli məktəbdə gedən maliyyə pozuntuları ilə əlaqədar izahat verdiyim üçün məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir.

14.09.2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən - Allahverdiyeva A. adlı şagirdi qiymətləndirməməkdə günahlandırılaraq sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevə hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlməməsi olub.

Mənə qərəzli yanaşaraq varislik hüququmu pozaraq 7-ç sinfini (2saat) məndən götürüb rus bölməsinin müəllimi Məmməd-Zadə Tairəyə verilib. Təhsil haqqında qanuna əsasən, rus bölməsinin müəllimi Azərbaycan bölməsinə dərs keçə bilməz (Diaqnostik qiymətləndirmədə rus dilində imtahan verib). Mən 16 saat dərs yükü ilə təmin olunmuşam. Mənim 2 saat dərs yükümü götürərək müəllimə verməklərində məqsədlərinin müəllimi dərs yükü ilə təmin etmək olduğunu bildirdilər. Dərs saatları 18 saatdan artıq olan müəllimlərin dərslərini götürüb müəllimi dərslə təmin etməkdənsə, mənə qərəzli yanaşaraq 2 saat dərs yükümü məndən alıblar. Qanuna əsasən, əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir".

Cəmalə Əsgərova həmçinin 16 saat olan dərs saatımı beş iş gününə pərakəndə şəkildə paylaşdırılmasından da narazılığını ifadə edib: "Dərs cədvəlim qurularkən ailə vəziyyətim nəzərə alınmalıdır. Afaq Əliyeva isə iki azyaşlı uşağımın (2 və 5 yaşlı) olmağını nəzərə almayıb. Bir müəllim kimi normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq mənim hüququmdur. Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışıram. Məktəbin direktoru Afaq Əliyevanın əsassız olaraq mənim barəmdə intizam tənbehi haqqında əmr verməsi məni cəzalandırmaq istəyindən irəli gəlir. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub".

Şikayətçi müəllim həmçinin xatırladıb ki, o, fəaliyyəti boyu nümunəvi təhsil işçisi olub: "Məktəbin adını daima uca tutmuşam. 2014-cü ildə BDU-da müdafiə tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. 2015-ci ildə “ilin müəllimi” adını almışam və Prezidentimiz tərəfindən birdəfəlik pul mükafatına layiq görülmüşəm. Respublikamızda və xaricdə konfranslarda iştirak edib məqalələr dərc etdirmişəm".

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız müraciətlə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd edilib ki, araşdırma zamanı məktəbin direktoru tərəfindən müəllimə qarşı qeyri-pedaqoji rəftara yol verilməsinə dair hallar müəyyən edilməyib: "Bildiririk ki, ötən tədris ilində təkrar sinifdə saxlanılmış şagirdin valideyni avqust ayında məktəb rəhbərliyinə müraciət edərək övladının qərəzli şəkildə təkrar sinifdə saxlanıldığını bildirib və həmin məsələyə baxılmasını xahiş edib. Qeyd olunan məsələ ilə bağlı digər ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət müvafiq komissiya yaradılıb və şagird yenidən imtahana cəlb olunub. İmtahanın nəticələrinə əsasən, komissiya şagirdin növbəti sinfə keçirilməsi barədə rəy verib. Cəmalə Əsgərova həmin sinifdə tədris aparmaqdan, habelə müvafiq sinfə rəhbərlik etməkdən özü imtina edib".

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti