Naxçıvanda həkim acgözlüyü daha bir can aldı....
Naxçıvan Perinatal Mərkəzində (keçmiş Doğum Mərkəzi) keçirdiyi əməliyyatdan bir gün sonra 43 yaşlı Sveta Xudiyeva vəfat edib. Yaxınları onun ölümündə mərkəzin həkimlərini günahkar sayırlar. Onlar deyir ki, həkimlər 700 manat rüşvət alsınlar deyə, fiziki vəziyyəti əməliyyata hazır olmayan xəstəni bıçaq altına salıblar. Xəstənin əməliyyata hazır olması üçün isə, Bakıda təcili müalicəyə ehtiyacı var imiş. Yaxınları deyir ki, rüşvət əllərindən çıxmasın deyə, həkimlər onu Bakıya aparmağa imkan verməyiblər.
Teref.az-ın yazdığına görə, mərhumun oğlu Cəlil Xudiyev „Gündəlik Naxçıvan“a deyir ki, ölüm ayağında olan anasını görmək üçün həkimlər ondan əlavə olaraq, 260 manat rüşvət alıblar:
„Anam fibromadan əziyyət çəkirdi və əməliyyata ehtiyacı var idi. Lakin, oktyabrın 9-da mərkəzə gətirdikdən sonra məlum oldu ki, onun qan faizi çox aşağıdır, üstəlik ayaqlarında tromplar var. Bu şəkildə əməliyyata salmaq olmazdı. Tanış həkimlər bizə dedi ki, təcili Bakıya aparılmalıdır ki, əməliyyata hazır olması üçün bu problemlər aradan qaldırılsın. Ancaq, mərkəzin baş həkimi Kifayət Məmmədova və həkim – mama – ginekologu Nəzakət Gülməmmədova buna imkan vermədilər. Nəzakət Gülməmmədova dedi ki, 700 manat verin, 2-3 gün özümüz burada müalicə edib, sonra əməliyyata salacağıq. Sığortamız olduğunu bildirsək də, xeyri olmadı. Anamı itirməmək üçün 700 manatı verməyə razılaşdıq. Onu reanimasiyaya saldılar. Axşam evə qayıdarkən, anamla görüşmək istədik. Görüşə icazə vermək üçün baş həkim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı“.
Cəlil Xudiyev deyir ki, elə həmin gün həkimlər onlardan xəbərsiz anasını əməliyyat ediblər:
“700 manatı mənimsəmək üçün, heç bir müalicə aparmadan anamı bizdən xəbərsiz əməliyyata götürüblər. Bilə-bilə ki, yaşamaq şansı çox aşağıdır. Əməliyyatdan bir gön sonra oktyabrın 11-də anamın ölüm xəbərini verdilər. Bizim heç bir razılığımız, imzamız olmadan özbaşına hərəkət edib həkimlər. Buna görə onlar məsuliyyət daşıyır. Anam mərkəzin həkimlərinin acgözlüyü və məsuliyyətsizliyi üzündən ölüb. Buna görə adıçəkilən həkimlər məsuliyyət daşıyır”.
Babək rayon Qoşadizə məhəllə sakini Cəlil Xudiyev bildirir ki, anasının ölümünün araşdırılması üçün müvafiq qurumlara müraciətlər ünvanlayıblar.
Bir neçə ay əvvələ kimi Doğum Mərkəzi adlanan bu müəssisədə rüşvət və səhlənkarlıq ucbatından ana və körpə ölümləri ilə bağlı tez-tez şikayətlər olunur. Şikayətçilərin sözlərinə görə, doğuşa gələn xəstələrin hamısından ehtiyac oldu, olmadı 1000 manat rüşvət alıb, məcburi qeysəriyyə əməliyyatı edirlər. Bu pulu verməyənlər isə, körpələri ilə birlikdə ölümə tərk edilirlər.

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti