Ardını oxu...
Dəyərli dostlar,
Dünən tədbirlərimiz olduğu üçün bu gün yazmağa imkan yarandı.
Bir neçə gün öncə həmsöhbət olduğum QHT-lərdən biri layihəsinin gedişatı ilə əlaqədar səhər iş başlayan zaman QHT Agentliyinə daxil olub. Danışdıqca və orada baş verənləri təsvir etdikcə heyrətə gəldim. Həqiqətənmi bu qurum tamamilə nəzarətsiz qalıb?
Əyləşib orada kuratorunu gözləyən QHT mənzərəni təsvir edir:
“Oturmuşam və bir də eşidirəm ki, aşağı mərtəbədə bir neçə nəfərin səsi gəlir, özlərinə şirinçay düzəldirlər. Qaşıqların cingiltisi az qala bütün ofisə yayılır. Onlar çox rahat formada öz səhər yeməkləri yeyib, bir qədər sonra gülüşə-gülüşə pilləkənlərlə yuxarı mərtəbələrə doğru qalxırlar.
Səhərdi deyə, ofisdə çox adam yoxdur və danışılan hər şey rahatlıqla eşidilir. Yaxınlıqdakı otaqda 2 nəfərin krassvord yazdığını anlayıram. 9 hərifli Türkiyə futbol klubunun adının tapılması uğrunda söz savaşı gedir. Digər otaqda isə 2 xanım kosmetikadan, saçının harada kəsdirilməsindən və s. danışır. Bir qədər sonra yuxarıdan icraçı direktorun köməkçisi sürətlə gəlir və həyətə çıxır, oradakı oğlanlardan birinə yüksək tonla səslənir ki, “Xanım” gəlir.
Qəbul yerində oturan xanım isə liftin düyməsini sıxaraq qapılarını açıq vəziyyətdə saxlayır. 15 dəqiqə bu 3 nəfər və həyətdəki polislər hərbi hissələrdə olduğu kimi farağat vəziyyətində dururlar. Bir qədər sonra qara maşın dayanır və gözləyən xanım qapını açır və mənə məlum olur ki, gələn xanım Agentliyin icraçı direktorudur. Beləcə gəlib liftlə onu yuxarı mərtəbələrin birinə yola salırlar. Qeydiyyatdakı xanımdan soruşuram ki, bəs mən çox gözləməliyəm, deyir ki, indi düşüb yaxınlaşacaqlar sizə.
Bu əsnada bir nəfər üçün tort və gül gəlir. Yuxarıdan səslər gəlir və aydın olur ki, kiminsə ad günüdür.
Nəhayət mənim işlərinə nəzarət edən şəxs gəlir, bir qədər otaqda söhbət etdikdən sonra onu yuxarıya çağırırlar. Mən məcbur gözləməli oluram. Oturduğum otaqla üzbəüz otaqdan səslər gəlir. Eşidirəm ki, əməkdaşlardan bir nəfər xanım hansısa suşini tərifləyir, ağzını marçıldadır və onu çəkir (sonradan instagramda qarşıma çıxanda bildim ki, həmin suşi reklamı Agentlikdə çəkilirmiş). Beləliklə gözlədiyim şəxs gəldi və işlərimi razılaşdırmaq istədim. QHT işini bilmədiyi üçün nə dedimsə gözümün içinə suallarla baxırdı. Anladım ki, yenidir və birtəhər razılaşdıq və Agentlikdən çıxdım”.
Hər şeyi bir tərəfə qoyuram, dövlət idarəsində suşi reklamı nə idi onu anlamadım.
Elə bildim ki, şişirdir. Çünki digər məsələləri çox eşidib görmüşdük.
Agentlikdə rəhbər şəxslərin qarşılanması bir başqa aləmdir, heç Baş naziri elə qarşılamırlar.
Sonra həmin yoldaş mənə reklamın linkini atdı və doğurdan da Agentliyin əməkdaşının öz iş otağında suşi reklamı çəkdirdiyinin şahidi oldum.
QHT sektorunu belə idarə edirik?
Samir Adigozelli
Teref.az
Ardını oxu...Ardını oxu...
 
 
 
Ardını oxu...
Uzun müddətdir ki, Penitensiar Xidmətdə aparılan islahatlardan, görülən işlərdən ağız dolusu danışmaq istəyənlər var. Amma bu gün əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Penitensiar Xidmətdə islahatlar aparılsa da, Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində rüşvət halları baş alıb gedir. Sanki bu belə də olmalıdır.
Konkret olaraq onu göstərə bilərik ki, Penitensiar Xidmətin tabeçiliyində olan 10 saylı Cəzaçəkmə Müəssisəsində 90% pullu xidmətdir, bu pullu xidmət dustaqların ailə üzvlərinin, həyat yoldaşlarının, analarının, bacılarının azadlıqda min bir əzab-əziyyətlə qazandıqları pulların hesabına ödənilir. Baxmayaraq ki, dövlət tərəfindən tam təmin olunan Cəzaşəkmə Müəssisələrində dovlətin ayırdığı vəsaitlər hesabına heç bir iş görülmür.
10 saylı Cəzaşəkmə Müəssisəsində telefondan tutmuş, suya qədər hər şey pulladır. Su isə şor sudur. Camaatdan işıq pulu, su pulu, qaz pulu, televizor pulu, soyuducu pulu, şkaf pulu, kondisioner pulu, saç pulu, geyim (rəngindən asılı olaraq) pulu, yaşamaq üçün kirayə ev pulu alırlar. Burada kirayə haqları hər ay 200 manatdan başlayır, 15 000 manatda bitir. Pulun varsa qatı cinayətkar olsan da kefdəsən. Ali Baş Komandanımızın siyasətinin əleyhinə çıxan Hüseyn Abdullayevin yaşayış tərzi yoxlanılsa Mirsaleh Seyidovun ölkə başçımıza nə qədər sadiq olması üzə çıxacaq.
Hörmətli Mirsaleh Seyidov, bilmirsinizsə deyək bilin. Hüseyn Abdullayev başqa məhbuslarla bərabər "Taxta Barak"da da yaşaya bilər. Amma adı yazılıb "Məktəb Barak"da, yaşayır ən VİP otaqlarda.
Amma onu da nəzərinizə çatdırım ki, "Məktəb Barak"da da 1 nəfərin kirayə haqqı 300 manatdır, başqa xidmətləri demirəm. Amma çox hörmətli dostumuz Mirsaleh Seyidov, biz bu faktları yazmaqla rüşvət və korrupsiya hallarının qarşısını almaq istəyirik və bu işdə biz cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dəstək olmaq istəyirik.
Səmimi olaraq sizdən bir xahişimiz də var. Hüquq Mühafizə Orqanlarında işləyən dostlarınızı bizə görə narahat etməyin, göstərdiyimiz nöqsanları aradan qaldırın. Axı cənab Prezidentimiz buyurur ki, jurnalistərimiz bizə dəstək olmalıdır, siqnal verməlidirlər. Biz bu siqnalı verdik.
Gələn yazımızda "Çentralnıy" kimi tanınan Müalicə Müəssisəsində olanları nöqtə, vergülünə qədər nəzərinzə çatdıracağıq. Biz bu işdə sizə yaxından dəstək olmaq istəyirik. Bəlkə sizin bu nöqsanlardan heç xəbəriniz yoxdur? Bəlkə Cəzaçəkmə Müəssisələrindən yığılan milyonlardan xəbərsizsiniz? Biz bu məlumatları cəmiyyətimizə, çox hörmətli Prezidentimizə və sizə veririk.
P.S. Axı biz bundan artıq nə edək ki, aidiyyati orqanlar Penitensiar Xidmətdə yoxlamalar apararaq həbslərə başlasın. Bəzi dostlarımız bu işlərə görə bizdən inciyir. Axı biz dövlətimizi, vətənimizi Prezidentimizi sevirik. //gundelik-baku.com//
 
Ardını oxu...
Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Masallı rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Masallı rayon sakinləri icra hakimiyyətinin başçısı Araz Əhmədovun sələflərinin yolu ilə getməsindən narazıdır. Şikayətlərdə bildirilir ki, yeni başçı özündən əvvəlki başçılarının korrupsiyaya bulaşmış kadrlarını vəzifələrində saxlayır, bəzilərini isə daha yüksək vəzifələrə təyin etməkdədir. Bu isə sakinlər tərəfindən birmənalı qarşılanmır.

"Masallıda Araz çayı yoxdur, amma İŞLƏRİ BULANIQ OLAN ARAZ VAR" deyə problemlərini qabardan sakinlər məhz icra başçısının səriştəsizliyini, yerli sahibkarla ədavəini əsas gətirərək şikayətlərində əsas olaraq bəyan edirlər ki, onlar Araz Əhmədovun günü bu gün vəzifədən alınmasını arzulayırlar.

Hətta başçını həbsə apara biləcək faktların da olduğu iddia olunur..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə haazırıq..
Ardını oxu...
Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 38-40 ünvanında yaşıllıq ərazi və çoxillik ağacıar məhv edilmək üzrədir.

Teref.az yazır ki, nTribunainfo.az-a bu barədə sakinlər yazıb. Onlar bildirib ki, ərazidəki köhnə tikili sökülür. Yerində çoxmərtəbəli bina tikiləcəyi deyilir. Sakinlər qeyd edir ki, ağac çox olduğundan böyük ehtimal ki, hamısı kəsiləcək. Sakinlər vaxtında tədbir görülməsini istəyir. Aidiyyəti qurumlardan bu ağacların nəzarətə alınması və qorunmasını təmin etmək xahiş olunur.
Sakinlər bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verdiklərini bildiriblər.
Ardını oxu...
 
Ardını oxu...
     

Dəfələrlə Beyləqan mərkəzi rayon xəstəxanasında baş verən qanunsuzluqlardan, rəhbərliyin sərişdəsizliyindən yazmışıq. Hətta bu qanunsuzluqlarla bağll internet media resurslarında kifayət qədər çeşidli məlumatlar mövcuddur.
Bu dəfə isə əldə etdiyimiz informasiyalar daha ilgincdir. Və TƏBİB adına utancvericidir.
RealMedia.az xəbər verir ki, 2021-ci il oktyabr tarixində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətində həbs olunaraq azadlıqdan məhrum edilmiş mama-ginekoloq İzzət Şamxalova bu günlərdə “Beyləqan rayon xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinə (ASM) şöbə müdiri vəzifəsinə təyin edilib. İzzət Şamxalovanın şöbə müdiri təyin edilməsi isə kollektiv arasında haqlı narazılıqla qarşılanıb.
RealMedia.az olaraq apardığımız araşdırmalar zamanı məlum olub ki, sən demə, İzzət Şamxalova Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru olub. O, bir neçə nəfərə qarşı dələduzluq edibmiş. Barəsində aparılmış istintaq hərəkətləri zamanı, o, qulluq mövqeyindən istifadə edərək, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verməklə,həmin insanı aldadaraq, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.Yəni, həmin insanın pulunu mənimsəyib.
Hətta xanım professor bir neçə dəfə, 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib. Yəni, İzzət Şamxalova PEŞƏKAR DƏLƏDUZDUR.
RealMedia.az xəbər verir ki, barəsində açılmış cinayət işi istintaq olunarkən o da məlum olub ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verərək,həmin insana qarşı da 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.
Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, məhkəmə zalındada iki il müddətində həbs olunub.
Qeyd edək ki, İzzət Şamxalova 2014-cü ildən 2020-ci ilədək nazirliklərin birində çalışıb.
Maraqlıdır ki, dələduzluğa görə həbs olunmuş birinə etimad bəsləyib gətirib də xəstəxanada şöbə müdiri vəzifəsinə təyin etmək nə qədər doğrudur? TƏBİB (statusu nə olursa olsun) tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirən bir şəxsi şöbə müdiri vəzifəsinə təyin etməklə hansı marağı güdür, bax bu maraqlıdır.
Kim deyə bilər ki, professor İzzət Şamxalova bundan sonrada dələduzluq etməyəcək, başqalarını aldatmayacaq?
P.s. Beyləqan xəstəxanasında “köhnə ənənələri” yaşadan yeni direktora eşq olsun!
Mövzuya daha ətraflı qayıdacağıq.
RealMedia.az

Məlum olduğu kimi, bu ilin aprel ayının 7-də Milli Məclisdə bələdiyyələr və torpaq sahələri ilə bağlı məsələlərin müzakirəsi zamanı deputat Etibar Əliyev hazırda Şirvanın icra başçısı olan İlqar Abbasovu “topa tutaraq”, onu 14 il rəhbəri olduğu Suraxanı rayonunu talan etməkdə ittiham etmişdi.

Seputat o zaman parlamentdə belə çıxış etmişdi: “Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər…”.
Ardını oxu...
Deputatın sözlərinə görə, 222 min əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var: “Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.

Maraqlıdır ki, deputatın bu çıxışından bir gün sonra onun köməkçisi Pərvin Mahmudov sosial media hesabından paylaşdığı statusda icra başçısı İlqar Abbbasovun Suraxanıda olan milyonluq əmlakını satışa çıxardığını yazıb.

O, bu paylaşımına fotolarda əlavə edərək bildirib: “Millət vəkili hörmətli Etibar Əliyev Milli Məclisin dünənki iclasında Suraxanı rayonunda böyük torpaq sahələrinin qanunsuz zəbt olunması və satılması barədə çıxış etmişdi. Bu faktlardan birini də mən qeyd etmək istəyirəm. Şəkildə gördüyünüz (həmin şəkillər aşağıda verilib) obyekt – “Mokka lounge&pub” Şirvanın indiki, Suraxanı rayonuna 14 il rəhbərlik etmiş icra başçısı İlqar Abbasova məxsusdur. 20 sotda tikilmiş obyekt bir müddət əvvəl satışa çıxarılıb. Obyektin satış qiyməti nə az nə çox 2 300 000 manat olaraq müəyyən edilib. Hazırda 10 000 manata aylıq icarədə olan obyekt İlqar Abbasovun Suraxanıdakı “nişanə”lərindən sadəcə biridir. Fikir verin, adam özü Şirvanda icra başçısı vəzifəsini tutsa da, Suraxanı rayonunun ərazisində bu və buna bənzər milyonluq obyektlərə sahibdir. Maraqlıdır, icra başçısı milyonluq ticarət obyektlərinə hansı yollarla sahib çıxıb? Suraxanı rayonunda İlqar Abbasova məxsus olduğu bildirilən digər obyektlər də var. Bununla bağlı araşdırmamız davam edir. Ən qısa müddətdə daha ətraflı paylaşım olacaq”.

Maraqlıdır, görəsən, aradan ötən 6 ayda icra başçısı həmin mülkü sata bilibmi?

Bu və ya digər məqamla bağlı araşdırma apararkən öyərndik ki, icra başçısı İlqar Abbbasov 6 ay əvvəl barəsində yazılanlarIn çoxunu internet resurslarından sildirməyə nail olub.

Hətta iddialar var ki, hazırda Şirvanda bacanağı ilə əl-ələ verib işləyən İlqar Abbasov həmin vaxtı təkcə müzakirəsi gedən 2.3 milyonluq əmlakını satışa çıxarmayıb: “O, başqa əmlaklarını da satışa çıxarıb. Burada əsas faktor isə siyasi səbəb olub…”

Hələlik “siyasi faktor”la bağlı iddialarla bağlı mövzuya qayıdacağıq.

Mənbə:Mia.az
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
 
Ardını oxu...
Salyanın ictra başçısının saysız mülkləri Yardımlıdan Bakıya, Bakıdan Ağcabədiyə qədər uzanır...

Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Elə ölkəmizdə siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir.

Amma bir reallıq da var ki, bu həmişə belə olmur. Hər halda bu yazımızın qəhrəmanı olan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Salyanın problemləri isə “dizə çıxıb”.

Xatırladaq ki, 1997-ci ildən “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən S.Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib. “Güzdək” daş karxanasındakı fəaliyyəti artıq ona böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanıtmışdı. 2005-ci ildə deputat mandatı qazanan S.Hətəmov artıq sıradan biri deyildi. Bir müddət YAP Laçın rayon təşkilatının sədri, daha sonra Prezidenti Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayonuna, 4 mart 2016-cı il tarixdə isə Salyana icra başçısı vəzifəsinə təyin olunur və bu günə qədər də həmin vəzifədə çalışır.

Əslən laçınlı olan icra başçısının hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanası var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşməyib. Məsələn bir neçə il öncə Güzdəkdəki karxanasında Abşeronun icra başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan S.Hətəmov daha sonra eyni aqibəti Qaradağın icra başçısı Süleyman Mikayılovla yaşayıb.

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. O, yaxın qohumu, həmin vaxt “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Abbaszadənin Laçın rayonundan millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də M.Abbaszadə də hər zaman onu yuxarı dairələrdə müdafiə edir.

Sevinsik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib .

S.Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasını qayınatası Cənnət kişinin adına rəsmiləşdirib və hətta həmin ferma üçün Sahibkarlığa Kömək Milli Fondundan xeyli kredit də ayırtdırıb.

Bakıda Həsən Əliyev küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.

Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə dəyəri 150 min dollar son model “Range-Rover” markalı maşınlarla işə gedirlər.

Sevindik Hətəmov Nabranda möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində S.Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var.

BDU-nun yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzili alıb.

Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alaraq icarəyə verib. Həmin yaşayış kompleksi ilə üzbəüz gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

Bütün bunlardan əlavə yazmadığımız daha bir çox mülklərə sahib olan icra başçısı barədə daha geniş məqaləni yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Xatırladaq ki, həbs olunan icra başçıları da çoxlu obyektlərə və başqalarının adına rəsmiləşdirilmiş bizneslərə sahib idilər. Aktualxeber.az olaraq bildirək ki, bizim bu yazımız yəqin ki, əlaqədar orqanlar və DTX üçün də maraqlı sayıla bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.
pia.az
https://cenub.az/6731-yardmlnn-sabiq-oliqarxa-evrilmi-bas-sevindik-htmovun-byk-srvti.html
 
Ardını oxu...
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddia olunur.

Teref.az qeyd edir ki, Bizim.Media bu barədə daxil olan şikayətlər əsasında yazı dərc etmişdi.

İddialara görə İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürür.

İddia olunur ki, İbrahim Əliyev müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Son vaxtlar idarə rəhbərinin adı başqa qalmaqallarda da çəkilir. Bizim.Media-nın dərc etdiyi yazıdan sonra isə İbrahim Əliyevlə bağlı daha bir məsələ ictimailəşib. Bundan əlavə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində əmək mübahisələrinə yol verildiyi iddia olunan başqa şikayətlərin olduğu da bildirilir.

Bu dəfə isə Pirallahı qəsəbəsində yerləşən Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Ağadadadaş oğlu Şahverdiyev İbrahim Əliyevdən şikayətçi olub. İbrahim Əliyevi məhkəməyə verən sabiq direktor məhkəmədə idarə rəhbərliyi barəsində "əmək mübahisələri - işə bərpa” olunmaqla bağlı iddia qaldırıb. İşə isə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Məsələ ilə bağlı İbrahim Əliyevlə növbəti dəfə də əlaqə yaratmaq mümkün olmayıb.

Ayrıca Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Ağadadadaş oğlu Şahverdiyevin məhkəmə iddiası ilə bağlı məsələni dərc etməyə hazırıq.
 
Ardını oxu...
Xətai rayonunun Əhmədli qəsəbəsində 13 milyon manata torpaq sahəsi satılır.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə “tap.az” saytında elan yerləşdirilib.

Satışa çıxarılan ərazinin ümumi sahəsi 1 hektar 28 sotdur. Maraqlıdır ki, ərazi vaxtilə uşaq bağçası olub. Hazırda binadan özəl tədris müəssisəsi kimi istifadə edilir.

Digər tərəfdən, Bakı şəhərində məktəbəqədər tərbiyə müəssisələrinin çatışmazlığının olduğu bir vaxtda uşaq bağçalarının özəlləşdirilməsi də suallar doğurur.

Mövzu ilə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov sorğumuza cavab olaraq məsələdən məlumatlı olduqlarını və sözügedən ərazinin özəl mülkiyyət olduğunu bildirib.

İcra hakimiyyətinin rəsmisi özəlləşdirmələrin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətində olduğunu qeyd edib. Mövzunu davam etdirəcəyik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti