Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərində Azərbaycan Respublikasının Meşə Məcəlləsində kobud şəkildə pozulması halları kütləvi hal alıb.

AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyinin ərazində fəaliyyət göstərən Dostluq İstirahət Mərkəzi qüvvədə olan normativləri pozaraq meşə ərazisində əsaslı tikinti işləri aparıb. Həmçinin, istirahət mərkəzinin yolunu asfaltlayıb. Bütün bunlara isə şəraiti 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinin yaratdığı bildirilir. Əks halda istirahət mərkəzinin qanunvericiliyin tələblərini pozmasını və meşə fonduna vurduğu ziyanla bağlı tədbirlər görməliydi.

Qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazində fəaliyyət göstərən yüzlərlə biznes subyekti ekologiya işçiləri ilə əlbir olaraq Meşə Məcəlləsinin tələblərini kobud şəkildə pozur. Səthi aparılacaq yoxlamalar belə minlərlə qanunsuz faktın tapılmasını şərtləndirə bilər. Ümid edirik, Muxtar Babayev yerli ekologiya idarələrinin rəhbərlərinin merkantil maraqlarına xidmət edən bu cür halların qarşısının alınması üçün tədbirlər görəcək…

Ardını oxu...
Dəfələrlə səhiyyədə baş alıb gedən özbaşınalıqlardan və korrupsiya faktlarından yazmışıq. Bu dəfə isə vətənimizin gecə-günüdüz keşiyində duran, torpaqlarımızı göz bəbəyi kimi qoruyan hərbiçimizin körpə balasını həkimlərimizin səhlənkarlığı eləcə də məsuliyyətsizi ücbatından 16 gündür ki, komaya salmasını sizə təqdim edəcəyik.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon sakini Məmişova Urqiyyə Etibar qızı tərəfindən video-şikayət göndərilib.
Şikayətçinin bildirdiyinə görə bir yaş 5 aylıq olan qızı Məmişli Nuray mahmud qızının boyun nahiyəsində limfa vəz olduğundan Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına mürüciət ediblər.Uşağı xəstəxanaın cərrah həkimi Rahat və Səbuhi adlı həkimləri müayinə ediblər.Müayinədən sonra adların qeyd etdiyimiz həkimlər körpənin anasına bildirblər ki, sizin uşağınızda “ağ qan qırmızı qanı yeyir” kimi tanınan – Leykoz sümük iliyi xəstəliyinin daşıcısıdır.Onun üçündə sizə göndəriş veririk paytaxtda yerləşən Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına.Şarəsiz durmda qalan ana körpəsi ilə paytaxt Bakıya üz tutaraq sözügedən xəstəxanın İnfeksiya şöbəsinə gəlib çıxır.Burda isə Vüsalə adlı infeksionist isə anaya bahalı dərmanlar aldıraraq körpə qızcığazı komaya salır.Buraya kimi anası ilə danışıb deyib-gülən körpə birdən-birə əzrayilin ağzına düşür.Bu durumla barışmayan Goranboylu ana Vüsalə həkimlə dava-dalaş etdikdən sonra onu yenidən paytaxtda yerləşən 4 nömrəli Vərəm Əleyhinə Dispanserə köçürürlər.Burada isə balaca körpəmiz Məmişli Nuraya vərəm meningiti diaqnozu qoyulur.Hazırda xəstə yəni 16 gündür ki, ölümlə çarpşmaqdadır.Amma bir vicdanlı həkim nə də ki,ölkə səhiyyəsini bərbad günə qoyan TƏBİB-in başbilənləri həkimlərdən soruşmurlar ki, ay Hipokratın andı belinizi qırsın niyə bu balaca fidan balanı bu günə salmısınız.

Ardını oxu...

Sonda körpə uşağı üçün fəryad qoparan ana mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyev cənablarına , 1-ci Vitse- Prezident Mehriban xanım Əliyevaya eləcə də Baş prokuror Cənab Kamran Əliyevdən bir hərbiçi ailəsi olaraq ona köməkdarlıq etmələrini xahiş edir.
Redaksiya olaraq inanırıq ki,Gəncədən-Qarayevə oradan isə vərəm disponserinə qədər uzanan bu tragikomik həm də cinayət xarakterli səhnənin senari müəliflərinin səhlənkarlıq hərəkətləri mütləq hüquq mühavizə orqanları tərəfindən araşdırılaraq günahkarlar cinayət məsuliyyətinə cəlb olunacaqdır.
Məlumat çün qeyd edək i, Məmişli Nuray mahmud qızının atası hazırda vətənimizn keşiyində duran hərbiçidir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

Hərbçi ailəsinin video-şikayətini təqdim edirik:

Ardını oxu...
Gəncə şəhər 1 sayli məktəbin direktoru Dubaya getdiyi üçün işdən azad edildi, lakin Samux rayonu o böyüklükdəTəhsil Sektorunun müdiri Nurlana Həsənova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini aldadaraq Samux rayon metodkabinetin işçisi Ismayılova Məsumə Arzuman qızı xaricdə ola – ola onun adina May ayında ərizə yazılaraq Samux rayon Təhsil Sektorunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə köçürülüb. Nurlana Həsənova isə ona May, Iyun ve s. 2023cu il tarixlərində iş tabeli verərək əməkhaqqı yazıbdır.Və bu işin üstü açılanda isə onun adına yenidən saxta ərizə yazılaraq işdən azad ediblər.
Burdan belə bir sual qaynaqlanır görəsən Məsumə xaricde ola-ola necə ərizə yazıb həm də əməkhaqqı alıb?
Bundan başqa Əhmədbəyli məktəbində 2021-ci il tarixədə azyaşlı şagird Bayramova Jalə necə ailə quraraq Şəmkir rayonuna köçüb?
Buna baxmayaraq sektor müdiri həmin şagirdə qiymət yazdıraraq ona Şəhadətnamə verdirib.Ən maraqlısı isə odur ki, şagird şəhadətnamə alan ay həm də övlad dünyaya gətirib.
Bu boyda həngamədən sonra belə qənatə gəlirsən ki, görəsən bu əjdaha sektor müdirinin arxasında kim durur ki, bu cür qanunsuzluqlara imza atır.
Hətta rayonda deyirlər ki, ona rayonun icra başçısı Alı Qocayevin də gücü çatmır Samux rayon məktəblərinin təhsil səviyyəsinin aşağı düşməsində Alı Qocayev ilk bilik günündə şagird və valideyinlərin qarşısında çıxış edərəkən Sektor müdirəsi Nurlana Həsənovun yatrıtmaz fəaliyyətini də tənqid etmişdir.Cənab başçı həm də ictimaiyyət qarşısnda çıxışı zamanı bildirmişdir ki, onu bu təhsil sektorundan uzaqlaşdıracaqdır.Amma nə olsun Alı müəllimin də ona gücü çatmadı.



Nurlana Həsənova bəzi məktəblərdən başqa (Cobanabdalli, Istixana, Ehmedbeyli, Weher 3, Weher 1, Qarayeri 1 sayli mekteblerinden bawqa ) digər məktəblərin direktorlarını özü təyin etdirib.Ən əsas da işləyən məktəb direktorları xanım sektor müdirəsi tərəfindən tənqid olunmaqla yanaşı həm də onları töhmət verəcəyi ilə hədələyir.
Bu Nurlana Həsənovanın birinci əməli deyil. Indidə işçilərin işə götürülməyini ona tapşırıblar deyə kimi istəyir işə goturur, kimi istəyir götürmür. Şəhid ailəsi neçə il gozlemededir ki, onu işə qəbul etsinlər.Faktlara əsaslansaq Tagiyev Elgün Fikrət oglu şəhid övladı 2 ildən artıqdır ki,işsizdir.
Beləki,Nurlana Həsənovanın kimdən xoşu gəlmirsə dərhal onu işdən azad edir yerinə də yenisin qoyur.Bu hal samux təhsilində dəfələrlə baş versədə əksəriyyəti məhkəmələr vasitəsi ilə öz işinə qayıda bilib.
Amma nə olsun ki, Samux Təhsilində nə qədər ki, “Dərə xəlvət , tülkü bəydir”sə bu təhsil ocağıda o batlıqdan çıxa bilməyəcək.
Səsləndirlən iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik.
 
Ardını oxu...
Qaynarxett.az-ın elektron poctuna Dövlət Xəzinədarlığı Agentliyinin Gəncə 20 saylı Regional Xəzinədarlıq idarəsinin rəisi Rəşid Yusifov barədə gondərilmiş məqalədə ilginc məlumatlar yer alır:

"Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsi artıq 5 ildən çoxdur. 2018-ci ilin avqustundan sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü, şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu bir illər ərzində Niyazi Bayramovun gördüyü işlər, sakinlərə verdiyi sözlərlə üst-üstə düşmür. Ancaq onun rəhbərliyi barədə zamam-zaman yeni xəbərlər yayılır. İcra başçısı barədə növbəti yenilik isə bu günlərdə dövrü mətbuatın gündəminə çevrilmiş Gəncə şəhər İcra Hakimiyyətini elan etdiyi tender və katirovka sorgularının qalibi olan firmalara ayrılmış vəsaitlərin açıqlanmasında oldu.

Bəli, tender işlərində icra başçısına Gəncə şəhər Maliyyə İdarəsinin müdiri Rəşid Yusifov köməklik göstərir."

Məqalədə qeyd olunur ki, Rəşid Yusifov İcra başçısı Niyazı Bayramovun Gəncədə təyin etdiyi ilk kadrlardandır. Ondan əvvəl Şəmkir rayon Maliyyə İdarəsinin rəisi olmuş Rəşid Yusifov Niyazi Bayramovun Gəncə şəhərinə rəhbər təyin olunmasından cəmi 15 gün sonra Gəncə şəhərinin maliyyə sektorunun başına gətirilib. Bu təyinatın baş tutmasına səbəb isə məlumatlara görə onların köhnədən olan dostluqları səbəb olub. Hazırda isə onlar dostluqlarını Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri tender yolu ilə mənimsəmsəməklə davam etdirirlər. Rəşid Yusifov vəzifə yüksəlişini bir pillə də qalxaraq artıq Dövlət Xəzinədarlığı Agentliyinin Gəncə 20 saylı Regional Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini tutur.

Məqalədə daha sonra bildirilir ki, Rəşid Yusifov bölgədə YAP funksionerlərindən sayılır. Hələ Şəmkir rayon Maliyyə İdarəsinin rəisi işləyərkən YAP-ın ərazi ərazi təşkilatının sədri olmaqla Şura üzvü secilib. İndi partiya fəaliyyətini Gəncədə davam etdirir.

Məqalənin sonunda bildirilir ki, Rəşid Yusifov öz yaxın qohumu dosent Aydın İsayevi rüşvət qarşılıgında Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir təyin etdirib:

"Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsini tutmaq üçün müsabiqə qaydalara uyğun olaraq həmin kafedranın professoru, texnika elmləri doktoru Qabil Məmmədov və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası üzrə dosent Aydın İsayev müsabiqədə iştirak ediblər.

İddialara görə, reformist bir şəxs olduğuna görə rektorluq tərəfindən Q.Məmmədova qarşı qısqanclıq var. Ona görə hansısa elmi şuraların üzvü olmasına həmişə maneçilik törədilib. İkinci namizəd A.İsayev isə elmdən uzaq bir şəxs kimi tanınır. Onun əsas məşğuliyyəti ticarət olub. Məlumata görə, bazarlarda ayaqqabı satan kimi tanınır.

A.İsayev ekspert şurasında orta məktəb səviyyəsində olan elementar suallara cavab verə bilmədiyinə və işində olan nöqsanlara görə Ali Attestasiya Komissiyasının kollegiyasının 20.02.2007-ci il tarixli (protokol № 07-K) qərarı ilə ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Lakin İsayevə məlum olmayan səbəbdən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Kafedranın 10.11.2021- ci tarixli iclasında professor Q.Məmmədov kafedra əməkdaşlarının müsbət səs çoxluğunu qazanıb. Lakin sonra iclas təşkil edən kecmiş rektor İbrahim Cəfərov A.İsayevi təyin etdirib.

Ortalıqda 17 000 manatlıq rüşvət alınması var. iddia edilir ki, rüşvətin verilməsində Aydın İsayevin yaxın qohumu, Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov iştirak edib. Bu infomasiya ADAU-nun Mühəndislik fakültəsinin professor-müəllimi heyəti adından mətbuatda yayımlanıb."

Yazıda adı keçən tərəflərin ittihamlarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.


Qaynarxett.az
Ardını oxu...




Ağsu rayonu Ərəbuşağı kənd sakini, sahibkar Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya mürəciət edib. Video-müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının I Vitse Prezidenti Zat-Aliləri Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili( Ombudsman) çox hörmətli Səbinə xanım Əliyevaya.

Mən Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu yazaraq sizlərə bildirmək istəyirəm ki, mənim 22 ildir icarə əsasında istifadə etdiyim Şamaxı Rayon Dəmirçi kəndi ərazisində yerləşən yaylaq otlaq sahəsi müxtəlif bəhanələrlə mənə verilmir. İlk öncə mən evdə olmayan zaman gəlib heyvan sayımı düz saymadılar. Sonra mən ərizə ilə müraciət etdim gəlib heyvan sayımı yenidən sayaraq sənəd verdilər ki, həqiqətən də mənim 367 baş qoyunum var. Mən həmin sənədi götürərək İsmayıllı Rayon İcra Hakimiyyətinə getdim, orada İcra başçısı Nahid Bağırovla görüşdüm. O, mənə bildirdi ki, bu məsələdə haqlıyam və həmin ərazi mənə veriləcək. Mən də heyvanlarımı götürüb həmin yay otlaq sahəsinə getdim. 3 gündən sonra olduğum əraziyə Ədalət Göyüşov adlı iş adamının qardaşı, polsi kapitanı Rəhim Bədəlov, 1 polis serjantı, İcra Hakimiyyəti başçısının müavini Şahin müəllim və tanımadığım 2 nəfər şəxs gələrək mənə bildirdilər ki, bu ərazini Nahid Bağırov Ədalət Göyüşova söz verib, sən buranı tərk etməlisən. Bu ərazini tərk etməsən, səni ya 8000 manat cərimə edəcəyik, ya da 4 il azadlıqdan məhrum olacaqsan.

Mən də kəndli adamam, deyilənlərdən qorxaraq ərazini tərk etməyə məcbur oldum. Geri qayıdan zaman çox sayda heyvanım tələf oldu. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etdim. Lakin onlar Ədalət Göyüşovun nüfuzundan qorxaraq mənə həmin ərazini verməkdən boyun qaçırdılar. Səbəb olaraq bildirdilər ki, mənim heyvan sayım azdır. Heyvan sayımın 367 baş olmasını təsdiq edən sənədi tanımadılar. Halbuki həmin ərazidə 50 baş keçi 60 baş qaramal saxlanılır. Bundan sonra mən dəfələrlə Cənab Prezidentə, Məhriban xanıma, Kamran Əliyevə müraciətlər etdim. Etdiyim bütün müraciətlər həll edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərildi. Onlar isə məsələni ört-basdır edərək mənə kömək etmədilər.

Mən daha sonra Prezident Aparatında Ağaəli Əhmədovun qəbulunda oldum. Ağaəli müəllim məsələ ilə tanış olduqdan sonra mənim haqlı olduğumu əsas gətirərək, elə yanımdaca İsmayıllı Rayon İcra Hakimiyyətinə zəng edərək, haqqım olan yerin mənə verilməsinə kömək etmələrinin lazım olduğunu bildirdi. Ağaəli müəllimin də tövsiyyəsi və göstərişi işə yaramadı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə müavinləri Mahmud müəllim, Şahin müəllim və Eyyub müəllim müxtəlif bəhanələrlə məni fikrimdən döndərməyə çalışdılar. Mənə dedilər ki, sənin müqavilənin vaxtı bitib. Mən onlara bildirdim ki, müqaviləmin artırılması üçün dəfələrlə müraciət etmişəm. Hətta Qəbələ Rayonundan Katastr idərəsindən gəlib yerimin koordinatlarını da qeydiyyata alıblar. Mənə bildirdilər ki, sənədlər hazır olanda sənlə əlaqə saxlayacağıq. Mənlə əlaqə saxlanılmayıbsa burda mənim günahım nədir? Bundan əlavə onlara dedim ki, həmin ərazidə vətəndaşlar var ki, onlarında müqaviləsi yoxdur. Onlar sizələrə haqq verir deyə onların yerinə dəyə bilmirsiniz? Fikrimdə qəti olduğumu, məsələni ictimailəşdirdiyimi, dəfələrlə Cənab Prezidentə məktublar yazdığımı bilib mənlə Ədalət Göyüşovu bir masa arxasında oturtmağa çalışdılar. Ədalət Göyüşov edilən təklifi qəbul etmədi. O, həmin əraziyə xərc çəkdiyini bildirərək yalnız onun çəkilən xərci geri qaytarılacağı təqdirdə ərazidən çıxacağını bildirdi. Mən ona veriləcək pulumun olmadığını, mənə ondan da çox ziyan dəydiyini bildirdim. Bundan əsəbiləşən Ədalət Göyüşov açıq aşkar bildirdi ki, o yerdən nə olursa olsun çıxmayacaq. Dediyinə görə o yerdə heç heyvanda saxlamayacaq, amma o yeri mənə verməyəcək. Biz onsuz da bilirik ki, o yerdə Ədalət Göyüşovun 1 dənə də olsun heyvanı yoxdur. Daha sonra o, bizə bildirdi ki, bizneslərindən əldə etdiyi pullarından, yaxın dostlarından istifadə edərək mənə hər cür ziyan vuracaq. O, məni artıq neçənci dəfədir ki, şərləməklə, ailə üzvlərimə ziyan vurmaqla, hətta məni öldürməklə hədələyir.

Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Kamran Əliyev, hörmətli Səbinə xanım Əliyeva, Sizlərdən xahiş edirəm mənə köməklik edin. Ədalət Göyüşovdan sizlərin təyin etdiyiniz İcra Başçısı Nahid Bağırov, onun müavinləri həddindən çox qorxurlar. Özlərinin dediyinə görə Ədalət Göyüşov özündə hətta onların üzərinə qışqırmaq cəsarəti də tapır. Dövlətin məmurlarının bu dərəcə- də çəkindiyi Ədalət Göyüşovdan mən qorxmuram. Ailəmə, övladlarıma ziyan verəcək deyə qorxuram. Sizlərdən xahiş edirəm öz danışığında dəfələrlə "Mən Azərbaycanda heç kimdən qorxmuram, kimə istəyirsiz yazın, mənim hər yerdə etibarlı adamlarım var" deyən Ədalət Göyüşovdan məni və ailəmi qoruyun."

Qaynarxett.az


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
DİA.AZ: - Bərdə rayon Qazqurdalı kənd sakini şəhid anası Təzəgül Qarayeva bildirir ki, onun oğlu Eltun Qarayev 44 günü Vətən müharibəsində döyüşərək şəhid olub. DİA.AZ bildirir ki, şəhid ailəsi mənzil-məişət şəraitləri bərbad olduğundan evlə təmin olunmaları ilə bağlı Bərdə rayon icra Hakimiyyətinə müraciət edib.

İcra hakimiyyəti bundan öncə şəhidin 40 mərasiminə qədər evi tikəcəyinə söz versə də, sonradan bu vədə əməl olunmayıb və bu işlərin növbəlilik əsasında aparılırdığı vaxtı gəldikdə tikiləcəyi bildirilib. Şəhid anası isə evin qəzalı vəziyyətdə olduğunu və yaşamaq üçün yarasız halda olmasından gileylənir.

O, qeyd edir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq onunla maraqlanan və yardım edən yoxdur. Şikayətçi ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək ona köməklik göstərilməsini xahis edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
"Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması yenilik deyil. 2015-ci ildə də belə bir tədbir keçirildi. Lakin biz hələ də statistik məlumatları tam əldə edə bilməmişik". DİA.AZ bildirir ki, bu sözləri Valyuta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması ilə bağlı yaradılan komitə haqqında danışarkən deyib.

Vahid Məhərrəmov bildirib ki, bu komitənin yaradılmasına səbəb statistik məlumatların dəqiqləşdirilməsi, uçotunun aparılmasıdır:

"Əslində 2015-ci ildə və ondan əvvəl belə tədbirlər həyata keçirildi. Lakin biz kənd təsərrüfatı ilə bağlı dəqiq məlumatları hələ də əldə edə bilməmişik. Hələ də Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar dəqiq deyil. Bizim torpaq sahələrinin ümumiyyətlə kənd təsərrüfatına yararlı, əkinə yararlı, suvarılan torpaq sahələri ilə bağlı təqdim edilən statistik məlumat düzgün deyil".

"Külli miqdarda vəsait ayırmışdı, pul yoxa çıxdı, amma..."

Ekspert deyib ki, son 20-30 ildə əkinə və həm də kənd təsərrüfatına yararlı sahələr xeyli azalıb:

"Hazırda struktur layihələr həyata keçirilir, yeni yollar salınır, genişləndirilir. Həmin əkin ərazilərində müxtəlif obyektlər - sosial layihələr, yaşayış evləri, kommersiya obyektləri tikilir. Ümumi baxanda ciddi bir dəyişiklik görməmişik. Statistik məlumatları təxmini müəyyən edirlər. Bir misal deyim. Heyvanların baş sayı ilə bağlı hökumətə layihə təqdim olunmuşdu, beynəlxalq qurumlar külli miqdarda vəsait ayırmışdı. Həmin vəsait yoxa çıxdı, əvəzində heç bir iş görülmədi.

Bu gün ölkədə nə qədər iri buynuzlu, xırda buynuzlu heyvanlar var, bunun identifikasiyası aparılır və s. haqqında məlumatlar verilirdi.

Hər bir heyvanın qulağına birka vurularaq dəqiq uçotu getməli idi. Heyvanlar doğularkən, kəsimə gedərkən bu uçot nəzərə alınmalı idi. Onlar barədə məlumatları internet vasitəsi ilə izləyə bilərdik. Lakin bu həyata keçirilmədi".

Vahid Məhərrəmov deyib ki, görüləcək işlər həddən artıq çoxdur:

"Biz əvvəl nəyimiz var onu bilməsək, nə edəcəyimizi heç vaxt bilməyəcəyik. Çünki birinci istehsal vasitəmizi müəyyən etməliyik. İstehsal vasitələri isə toxumdur, heyvanlardır, texnikadır, avadanlıqlardır. Ona görə də düşünmürəm ki, indi görüləcək tədbirlər nəticə versin. Çünki indiyə qədər bir iş görülməyib. Bütün statistika təxminidir".

"İnsanların istehlak edəcəyi buğdanı heyvanlara yedizdirdiniz, bəs niyə həmin il süd, yumurta, ət istehsalı artmadı?"

Vahid Məhərrəmov əlavə edib ki, əgər əsl statistik rəqəmlər ortaya çıxsa, onların yaydığı rəqəmlər alt-üst olacaq:

"İş görmək istəmirlər. Əgər əsl rəqəmlər ortaya çıxsa, onların bu günə qədər yaydığı rəqəmlər alt-üst olacaq. Ondan sonra bunlardan soruşmaq lazım olacaq ki, bu rəqəmlər necə olub ki, fərqli göstərilib. Dövlət Statistika Komitəsinin məlumat bazasına girsək görərik ki, 2020-ci ilə qədər Azərbaycanda buğda istehlakı 2 milyon 500 min tondur. Amma sonrakı ilə baxsaq görərik ki, bu istehlak 2 milyon tona düşüb. Bu niyə belə oldu? Əhali birdən-birə azaldı? Ola bilərmi ki, bir ildə 20 faiz əhali azalsın? Yaxud da əhali az çörək yedi, az un məmulatlarından istifadə etdi? Bu da mümkün deyil. Bəs nə baş verdi? Sadəcə guya bu qədər buğda heyvan yemi kimi isitifadə olunur kimi göstərdilər. İnsanların istehlak edəcəyi buğdanı heyvanlara yedizdirdiniz, bəs niyə həmin il süd, yumurta, ət istehsalı artmadı? 500 min ton az rəqəm deyil. Bu, ciddi şəkildə heyvandarlıq məhsullarının artımına təsir etməli idi. Bunu ona görə misal gətirdim ki, onlar belə rəqəmlərlə manipulyasiya edib, istədikləri göstəricini təqdim edirlər. Onlara bu statistikanı dəqiqləşdirmək sərf etmir. Dəqiqləşərsə, bu statistika ortaya ciddi nöqsanlar çıxaracaq" .

Qeyd edək ki, baş nazir Əli Əsədov 2025-ci ildə kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında haqqında qərar imzalayıb. Qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə, kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıya alınması keçiriləcək.

Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb. Komitəyə Baş nazirinin müavini Əli Əhmədov sədrlik edəcək. Onun müavini Dövlət Statistika Komitəsinin sədridir. Komitənin üzvləri isə kənd təsərrüfatı nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və Ağsu Rayon İcra Hakimiyyətinin başçısıdır.
 
Ardını oxu...

Bir müddət əvvəl Redaksiyamıza müraciət edən və Şəki Regional İdarənin rəhbəri Bəhruz Mehdiyevə teleqram vuran vətəndaş İlqar Məmmədov şok iddia və tələb irəli sürmüşdü.

Bütün müraciətlər ünvana çatmış və Regioanl idarədən Akademik Zərifə Əliyeva adına Liseyə Bəhruz Nəbili yoxlamaya gəlir. Yoxlama aparan Bəhruz müəllim vətəndaş İlqar Məmmədovun haqlı olduğuna qənait gətirərək vətəndaşın haqlı olmasın ona bildirir. Lakin vətəndaşın sübutlarının qiymətli olması və buna görə direktor müavini və direktor əvəzi fəaliyyət göstərən Vüsalə Mahmudovanın işinə qərəzli yanaşması nəticəsi ortaya çıxdığından son verilməsi labüd qərarlardan hesab edilməli idi.

Hazırda Bəhruz Nəbilinin əlində olan sübutlar və bizə göndərilən video sübutlar V.Mahmudovun Prezident İlham Əliyevin anası Akademik Zərifə Əliyevanın adının altında rüşvət burulğanı yaradaraq dövlət vətəndaş arasında uçurum yaratma cəhdi sanki görülməzdən gəlinir. Şəki Regional İdarənin susqunluğu bu qurumun direktor əvəzi olan müavin Vüsalə müəllimənin himayə edildiyi anlayışın yaradır. Himayə edilməkdən ziyadə onun sanki qoruyucu mələyi tək Təhsil Naziri EMİN ƏMRULLAYEVə çatmasını qarşısın almaqdadır. Bəhruz Mehdiyevin təhsil siyasəti ona göstərilən etimadın doğrultmadığını göstərir.Ardını oxu...

Baş verən qalmaqala bağlı Şəki Regional İdarənin operatoruna zəng etdik. Operator Yunusova Vüsalə xanımla danışarkən Bəhruz Mehdiyevin xidməti nömrəsini verməməkdə israr etdi. Nömrənin verilməməsin tənbeh edən Mahal müəllimin əlaqə nömrəsini verərək onunla əlaqə saxlamağımızı bunu məhs Mahal müəllim istədiyini bildirdi. Çox maraqlı məqam ondadır ki, Bəhruz Mehdiyev təhsil idarəsində özünə imperya yaradaraq pilləli idarəçilik sisteminə keçərək özünü əlçatmaz edib. Bundan irəli gələn səbəblərdəndir ki, direktor və ya direktor əvəzi olan şəxslər rəhbərliyıə şikayətin vaxtında çatmamağına arxayınlaşıb. Elə odru ki, bu müddət ərzində baş verən qalmaqalı hansısa yollarla bağlamaq vətəndaşın övladını məktəbdən qovmağ cürətin özündə tapır.

Və bunun Bəhruz Mehdiyevin şəxsi əmri olduğunda açıq şəkildə bildirir. Qeyd etməliyik ki, Azərbaycanda hər bir uşağın 9 illik təhsil alması məcburidir. Və hər kim buna qarşı çıxarsa cəmiyyətə qarşı cinayət törətmiş hesab edilə bilər. Lakin görünən odur ki, Vüsalə Mahmudova və onun himayıdarı olduğu əməlindən bəlli olan Bəhruz Mehdiyev şagirdin qeydiyyatı liseydə özü başqa bir məktəbdə təhsil almasına normal hal kimi qarşılamaqdadır. Bu atılan addıma Emin Əmrullayevin hansı münasibət göstərəcəyi bizlərə çox maraqlıdır.Ardını oxu...

Həmçinin qeyd edək ki, iki gün əvvəl Mahal adlı ictimai əlaqələr şöbəsinin əməkdaşı olduğun bildirən və məsələni araşdırdıqdan sonra bizimlə əlaqə saxlayacaqın qeyd edən şəxsdən bu günə qədər xəbər yoxdur. Bu halın normal olmadığı qanunlarla təsbit edilməkdədir. Mahak müəllim ola bilər ki mediaya haqqında qanunlardan xəbərsiz lakin Bəhruz Mehdiyevin pilləli sistemi haqlnda qanundan xəbərdar olduğundan medianıda o pillələrinə uyum sağlamasına çalışmaqdadır. Lakin Mahal müəllim bilməlidir ki, media heç kəsin aləti və ya əmrində olan içisi deyil ki kefi istediyi vaxt cavab verə və ya onu yola verməklə fəaliyyətini icra etmiş ola. Buda növbəti deaktiv ictimai əlaqələr şöbəsinin xidməti. Buna Mahal müəllim özü ad verməkdə sərbəsdir.
Araşdırmamız davm edir.

Turantv.az

Dünyapress TV

Xəbər lenti