3 il öncə olunmuş müraciətə düzgün qiymət verilsəydi, hazırki rüsvayçılıq baş verməzdi... -
"Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmaqallı Nicat müəllimsiniz?” DİA.AZ bildirir ki, bu sözləri 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxan Nicat Göyüşlü deyir. Söyləyir ki, kollecdə işlədiyi müddətdə bir sıra ciddi qanun pozuntuları ilə üzləşib. Bununla bağlı kollecin direktoru Elşad Quliyevə irad bildirdiyi üçün təzyiqlərə məruz qalıb:
“Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində müəllim işləyirdim. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. 2017-ci il mayın 31-də keçmiş Təhsil naziri Mikayıl Cabbarovun (2013-2017) əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum. İyunun 16-dan - kollecdə fəaliyyətə başladığım gündən bu təhsil ocağında tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları ilə rastlaşdım. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi. Bilmirəm, kimin tapşırığı və istəyi idisə, direktor bu təyinatı özbaşına həyata keçirmişdi. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları barədə iradlarımı bildirdim”.

Şikayətçi bildirir ki, direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb. Zamanla vəziyyət daha gərgin xarakter alıb: “Kollecə gəldiyim ilk gündən direktor Elşad Quliyev məni yanına çağırırdı, basqılar altında olduğunu deyirdi. İddia edirdi ki, mən kollecə gələndən sonra ona qarşı təzyiqlər var. Onu da deyim ki, direktor müavini vəzifəsinə mənə qədər Vüqar Eyyubov təyin olunmuşdu. Onu bu vəzifəyə direktor özü təyin etmişdi”.

Nicat Göyüşlü bildirir ki, Təhsil Naziri postunda dəyişiklik edildikdən sonra yenidən ona qarşı ciddi problemlər yaranmağa başlayıb:

“Kollecin direktoru Elşad Quliyevin basqıları ilə üzləşdim. O, söyləyirdi ki, sənin kollecdə işləməyini Təhsil Nazirliyi istəmir. Məsələni dəqiqləşdirmək məqsədilə, Təhsil Nazirliyinin əməkdaşları ilə danışanda, belə bir iddialarının olmadığını dedilər”.

“Tək kollec və rayon deyil, bütün Gəncəbasara yayılmışdı ki, direktor məni sıxışdırıb işdən çıxarmaq istəyir. Bu haqda mətbuatda yazılar da dərc olunmuşdu. Buna görə kollecin tələbələri yığışıb, imza toplayaraq Təhsil Nazirliyinə müraciət etmək istəmişdilər”,- sabiq tədris işləri üzrə direktor müavini söyləyir:

“Bundan xəbər tutub, həmin tələbələri çağırıb, polislə qorxutmuşdular. Təşkilatçı olan tələbənin mənə qohumluğu çatır. Onu çağırıb, polislə təhdid edib, tələbələr sırasından xaric olunması ilə bağlı hədələyərək izahat yazdırmışdılar. Bu məsələni tələbələrin arasında iğtişaş yaradırmışam kimi aktlaşdırmaq istəyirdilər. Mən həmin tələbələrlə danışmışam, onların səs yazısı telefonumda qalıb. Bir neçə işçi ilə məni üz-üzə qoyduqları üçün başa düşdüm ki, məni ləkələməyə çalışırlar. Gördüm ki, bunlar nəsə qondarma quramayla məni ləkələməyə çalışır. Buna görə də ərizəmi yazıb, işdən ayrıldım”.

Şikayətçi deyir ki, məqsədi kollecdə baş verən qanun pozuntularının təkrarlanmamasıdır. Əlində ciddi faktların olduğunu bildirən Nicat Göyüşlü, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib:

“Bir daha söyləyirəm, əlimdə kollecin fəaliyyəti ilə bağlı əsaslı şəkildə qanunsuzluqları əks etdirən faktlar var. Ölkə başçısının son dövrlər apardığı islahatlara güvənərək, yola çıxmışam. Cənab Prezidentin Ağstafada və Neftçalada keçirdiyi islahat, həmçinin Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavininin korrupsiya faktına görə həbs olunması əsas verdi ki, mən də fikrimi bildirim. İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu özbaşınalıqlarla bağlı da bir tədbir görülsün. Eyni zamanda da mənim üzərimdə olan bu dırnaqarası ləkə aradan götürülmüş olsun”.
İndi isə, Qazax Dövlət Sosial-İqtisadi Kollecində elə hadisələr baş verir ki, hazırki dövrdə bu işləri mətbuata çıxarmaq nəinki utancverici, heç insanlığa sığmayan bir şeydir. Yəni, Emin Əmrullayevin əlində çox böyük problemdirmi ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində rəhbər şəxsləri hamılıqla işdən azad etsin. Axı, bu məsələlərin prokurorluqda araşdırılması və ya hər hansı bir qiymət verilməsi, kiminsə yenidən işdə qalması ağlasığmaz bir işdir.

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti