Ardını oxu...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABINA

Surəti: prezident Administirasiyasının aparatının rəhbəri Samir Nuriyev cənabına
Surəti: Baş prokuror Kamran Əliyevə
Surəti: daxili işlər naziri Vilayət Eyvazova
Surəti: DTX nın rəisi Əli Nağıyevə
Surəti: elm və təhsil naziri Emin Əmrullayevə
Surəti: Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudova
Surəti:
Surəti: Azərbaycan mediasına

MÜRACİƏT - ƏRİZƏ

Möhtərəm Prezident, mən bu müraciətimlə bir Azərbaycan müəlliminin başına gələnləri diqqətinizə çatdırmaq və onun üzləşdiyi problemin həlli üçün köməklik göstərməyinizi xahiş edirəm. Bildiyimiz kimi, ölkədə müəllimlərin sertifikasiya imtahanları keçirilib. Bu imtahanlarda 4 minə yaxın müəllim imtahandan kəsilib. Ancaq imtahandan kəsilənlərin heç də hamısının səbəbi eyni deyil. Belə ki, ailəvi dostluğumuz olan bir müəllimə səhhəti ilə əlaqədar birinci sertifikasiya imtahanında iştirak edə bilməyib. Bununla bağlı ərizə yazıb və məlumat verib ki, xəstəliyi səbəbindən imtahanda iştirak edə bilmir. Birinci imtahanda iştirak imkanından xəstəliyinə görə məhrum olduğu üçün ona sağaldıqdan sonra şərait yaradılacağını deyilib. Lakin müəllimlərin sertifikasiyasının ikinci imtahanında iştirak etdikdən sonra onun birinci imtahanda xəstəliyinə görə olmaması nəzərə alınmayıb. Belə ki, xəstəlik sənədi olduğu halda müəllimin birinci imtahanda iştirak etməməməsi nəzərə alınmayıb və əlində xəstəlik sənədi olmasına baxmayaraq heç bir güzəşt olunmayıb. Təbii ki, bu da düzgün qərar deyil və müəllimənin birinci imtahanı verməsi təmin olunmalı idi. Təəssüf ki, ona bu imkan yaradılmadı...
Möhtərəm Prezident və cənab nazir!
Bildirirəm ki, dostlar üzərindən ,ailəvi yaxınlığımız olan həmin müəllimənin üzləşdiyi bu problemlə tanış olduqda və dostumun məndən xahişini nəzərə alaraq onun pərişan, məyusluğunu gördükdə laqeyd qala bilməzdim. Bir təhsil adamının, bir müəllimin, bir qadının və bir insanın işsiz qalmasını təsəvvür etmək çətindir. Xüsusən də belə ədalətsiz bir halla qarşılaşması və çarəsiz bir vəziyyətə düşməsi mənə təsir etdi. Çünki həyatını təhsilə, elmə həsr etmiş müəllimin sertifikasiya imtahanından kəsilməsi üzücü haldır. Ona görə də bu insana əlimdən gələn yardımı etmək qərarına gəldim. Bu niyyətlə Təhsil Nazirliyindən tanıdığım, əvvəllər nazirlikdə Daxili Nəzarət şöbəsininrəisi vəzifəsində işləmiş , hazırda Quba rayonunun icra başçısı olan İlqar Mahmudovla telfon vasitəsilə təmas qurdum. Fikirləşdim ki, nazirlikdə müxtəlif vəzifələr tutmuş İlqar Mahmudovu əvvəldən tanıyıram və bu problemin həllində bəlkə kömək edə bilər. Odur ki, Quba rayonuna getdim və icra başçısı İlqar Mahmudovla görüşdüm...

Cənab Prezident və hörmətli Baş Prokuror! Qeyd edim ki, icra başçısı ilə müzakirəmiz zamanı o mənə çalışıb köməklik göstərəcəyinə söz verdi və əmin etdi ki, müəllimənin imtahandan keçməsi üçün bütün əlaqələrindən istifadə edəcək. Yenə də məsələni çalışıb müsbət həll edəcək. Bizim onunla söhbətimiz əsasında razılaşmamız oldu ki, Bakıda bir nəfərlə görüşəcəm və tələb olunan məbləği ona çatdıracağam, sonra məsələ yoluna qoyulacaq. Başçı ilə görüşdən sonra geri qayıtdım və bir gün sonra başçının mənə vatsapla göndərdiyi nömrəyə zəng etdim. Bakıda iş üzrə yönləndirilən Vüsalə adlı şəxslə görüşüb ona tələb olunan pulu verdim. Məlumat üçün bildirirəm ki, bu şəxslə ilk dəfə görüşürdüm. İş prosesinə gorə bu minvalla bir neçə dəfə görüşməli oldum. O yüz faiz həll ediləcəyini Quba regionunun təhsil şöbəsinin müdürü Coşğun müəllimin yaxın adamı olmasını və bu işdə ona qohumu Günay adlı şəxsin adını çəkirdi. Məsələ pul, rüşvət olduğu üçün ehtiyyat edərək hər şeyi qeydə almışam. Məlumat üçün bildirirəm ki verilən pul şəxsən özümə məxsus olub
İcra başçısı görüşdə məni arxayın edərək , bu iş heç bir problem yaşanmadan həllini tapması üçün var qüvvəsi ilə çalışacağına söz vermişdi. Bu razılaşmanı intizarda olan müəlliməyə xəbər verəndə çox sevinmişdi, bir ümid yaranmışdı. Amma Qubanın icra başçısı İlqar Mahmudov məni çox pis vəziyyətə saldı və müəllimin son şansını dəfn etdi.
Belə ki, bizi bu qədər arxayın etmələrinə baxmayaraq, məsələ həllini tapmadı. İmtahanların nəticələri ilə bağlı verilən apelyasiya şikayətləri yekunlaşdıqdan sonra pulu məndən alan şəxs əlaqə saxlayaraq bildirdi ki, iş düzəlmədi, heç cür alınmadı və o vəsaiti geri qaytardı. Bu işdə ən pis hal odur ki, artıq apelyasiya şikayəti verilməsi prosesi geridə qalmışdı və ondan sonra mənimlə əlaqə saxlanaraq məsələnin həll olunmadığı bildirilmişdi. Əgər icra başçısı İlqar Mahmudov bizi əmin etməsəydi, ən azından bu məsuliyyəti üzərimə götürməzdim . Bu məsələdə Qubanın icra başçısının bizi arxayın etməsi səbəbindən müəllimin sonuncu şansı, sonuncu ümidi də dəfn olundu. Yəni məsələ verilən pul, sonra onun bizə geri qaytarılması deyil, müəllimin olan-qalan axırıncı şansının da basdırılması, apelyasiya şikayəti ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra bizə məlumat verilməsidir. Madam ki, bu iş alınmayacaqdı, niyə başçı bu məsələyə qol qoydu, vasitəçi tapdı, nə üçün bizi arxayın elədi?
Mən İlqar Mahmudova narazıqlarımı bildirməklə, ondan və bu işlə əlaqəli olan hər kəsdən şikayət edəcəyimi bildirdim.
Bu zaman mənə ,Quba regional təhsilinin müdürü Coşğun müəllimdən zəng gəldi. Məni mövcud durumu müzakirə etmək üçün Badamdardakı Badam Hotelinə dəvət etdi. Elə həmin gün axşam Vüsalə adlı həmin şəxs mənə yenidən zəng vuraraq 29 iyun tarixə kimi yüz faiz işi həll edəcəklərini söz verdi. Yalnız təcili bülletenə çıxmaq lazımdır ki, müəllimənin işinə xitam verilməsin. Zatən pisxaloji trama alan müəllimə bülletenə çıxdı. İndi mən bu ailənin, o müəllimənin qarşısında xəcalət çəkirəm və çıxılmaz vəziyyətə düşmüşəm. İcra başçısı işi həll edəcəyinə söz vermişdi və mən də onu nazirlikdən tanıdığım üçün problemi aşıracağına inanmışdım. Bilsəydim ki, sonu belə olacaq, heç qəbuluna getməzdim. Həmin ailə və müəllimə mənim onları arxayın etməyim, başçının da məni arxayın salması ucbatından indi bütün şanslarını itirib, heç cür işə bərpa ola bilmir.
Cənab Prezident və bu aidiyyatı strukturların hörmətli rəhbərləri!
Mən Nicat Mahmudov yaranmış bu vəziyyətlə əlaqədar olaraq dövlətimə güvəndiyimi bildirir, dövlətimin başçısının bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıq verməsini xahiş edirəm. Möhtərəm Prezident, burada bir müəllimənin taleyindən, onun karyerasından, gələcək fəaliyyətindən söhbət gedir. Mən bu niyyətlə Qubanın icra başçısı ilə görüşdüm ki, müəllimənin probleminə köməyim dəysin. Gördüyünüz kimi, heç bir iş görməyən, bizi boş-boşuna arxayın salan, əvəzində sonuncu şansı da məhv edən İlqar Mahmudovun ucbatından ümidsiz bir vəziyyət yaranıb. Bu işdə müəllimənin tək ümidi Prezidentdir və ədalətli qanundur. Bu baxımdan müəllimə xəstə olduğu tarixdə olan birinci sertifikasiya imtahanının bərpa edilərək yenidən imtahanda içtirak etməsini tələb edir. Eyni zamanda, Elm və Təhsil nazirindən müəllimənin üzləşdiyi problemlə əlaqədar yardım göstərməsi, dəstək verməsini xahiş edirik.

Nicat Mahmudov
rublika.az
 
Ardını oxu...
Dövlət qurumlarının, daha çox da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) tenderlərində “həmişəqalib” olan ATF MMC əl dəyişdirib.
AFN.az yerli mediada yayılan xəbərlərə istinadən məlumat verir ki, şirkətin qanuni təmsilçisi Təbriz Muradov bu vəzifədən ayrılıb. İndiyə qədər çoxlu sayda milyonluq tenderlərin qalibi olmuş şirkətdə onu Azad Muradov əvəzləyib. Görünən odur ki, təkcə ad dəyişib, soyad eynidir. Çünki ATF MMC-nin Muradov qardaşlarına mənsub olması haqda internet resurslarında kifayət qədər məlumat var. Bildirilir ki, “ATF” adı da Muradov qardaşlarının qısaldılmış abreviaturudur: Azad, Təbriz və Fəxrəddin.

Qanuni təmsilçinin adının dəyişməsi ilə bağlı bəzi versiyalar səslənsə də, doğruluğu şübhəli olduğu üçün onlara toxunmadan, ilk baxışda adi bir MMC kimi görünən ATF-in hər zaman gündəmdə olma səbəbləri haqda bir neçə cümləlik məlumat maraqlı olar. Azərbaycanda asfalt yollarının inşaası ilə məşğul olan ATF MMC-nin adı AAYDA-nın rəhbəri Saleh Məmmədovla çəkilir. Əsasən bölgələrdə yol tikintisi layihələrini reallaşdıran MMC AAYDA-nın və yerli yol istismar idarələrinin saysız-hesabsız tenderlərinin qalibi olub. Bu tenderlərdə yüz milyonlarla vəsait “udan” şirkətin rəhbərliyinin yolu hüquq-mühafizə orqanlarından da keçib. Belə ki, ATF-in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub. Bütün bu əməllərdə ittiham olunmasına baxmayaraq, F.Muradov sonradan azadlığa çıxmağı bacarıb. Deyilənlərə görə, həmin vaxtlar bu işdə də ona S.Məmmədov dəstək olub. S.Məmmədov həmçinin ATF MMC-nin təsisçisi olan qardaşlardan biri Azad Muradovun oğlu Tehran Muradovu 17 saylı Yol İstismar İdarəsinə təyin etmişdi. Hazırda T.Muradovun həmin vəzifədə işləyib-işləmədiyini aydınlaşdıra bilməsək də, internet resurslarında onun və sözügedən idarənin fəaliyyəti ilə bağlı elə də ürəkaçan məlumatlara rast gəlmədik. Bu ad qarşımıza ya rayonlarda keçirilən çoxlu sayda tenderin qalibi kimi, ya da korrupsiya və keyfiyyətsiz yol istismarı ilə bağlı çıxdı. Nə yazıq ki, haqqında bu qədər neqativ informasiya yayılan bir şirkət hələ də S.Məmmədov üçün dəyərlidir.

Lakin ATF MMC-yə onun bu etimadı müavini Əvəz Qocayevlə arasında problemlərin yaranmasına səbəb olub. Bildirilir ki, S.Məmmədov hətta Qocayevi və onun AAYDA-da vəzifəyə gətirdiyi mütəxəssisləri sıxışdırır. Səbəblər arasında Ə.Qocayevin AADA-rəisi olmaq istəyi və həvəsi, eyni zamanda əsas tenderlərin bir MMC-yə verilməsi məsələsi öndədir.
Məsələ ondadır ki, hər iki rəhbər şəxs dövlət qurumunda kifayət qədər kök salıb. S.Məmmədov rayon yol istismar idarələrində öz adamlarını yerləşdiribsə, Ə.Qocayevin də mərkəzi aparatda xeyli sayda adamı vəzifədədir. Elə bu səbəbdən də S.Məmmədov Ə.Qocayevi “vurmağın” yollarını axtarır. “Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Saleh Məmmədovun öz müavinini vəzifəsindən uzaqlaşdırması yolunda onun əsas dəstəkçisi isə qudası, AAYDA Yolların Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovdur. Hətta onun özünün bu vəzifəyə gətirilməsinə cəhdlər də var” – deyə məlumatlı mənbə bildirib.
Yeri gəlmişkən, bir müddət əvvəl Ə.Qasımovun adı S.Məmmədova olduqca bahalı villa tikməsi ilə bağlı hallanırdı. Belə ki, qudasının villa həvəskarı olan AAYDA rəhbəri üçün Bakıda tikdirdiyi villa haqda məlumatlar internet resurslarında yer alıb.
Ə.Qocayevin təmsil etdiyi sahədə uzun illərin təcrübəsinə malik olması onun S.Məmmədov üçün “asan yem” olmadığını deməyə əsas verir. Belə ki, Ə.Qocayev 2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib. 21 dekabr 2017-ci il tarixindən isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Məhz bu səbəbdən də onun strukturda kifayət qədər “qol-budaq”lı olması S.Məmmədovun işini çətinləşdirir.

Qeyd edək ki, Ə.Qocayev S.Məmmədovla aralarında problem yaşanması haqda məlumatlara münasibət bildirib. “Biz öz işlərimizlə məşğuluq, dovlət işləri ilə məşğuluq. Belə şeylərə fikir vermirik” – deyə o qeyd edib.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bu gün dayımın avtomobilini texniki baxışdan keçirmək üçün Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə olduq. Texniki baxışdan keçmək üçün "MERO" nun qarşısında uzun növbə idi. Diqqətimi növbədən kənara dayanan avtomobillərin şəkillərini çəkən "MERO" əməkdaşları çəkdi. Məlum oldu ki, şəkili çəkilən avtomobillər növbəsiz texniki baxışdan keçən avtomobillərdir. Texniki baxışı həyata keçirən bölmənin rəisi olan Şahin Sadıqova 150 manat verən sürücülərin avtomobillərinin şəkilləri çəkilərək Şahin Sadıqovun idarə etdiyi "vatsap" nömrəsinə göndərilir və tələb edilən pulu verən sürücülər hər kəsin gözü qarşısında , əllərində hazır sənədlə, avtomobili texniki yoxlanışa salmadan çıxıb gedirlər. Digər sürücülər isə, 30 dərəcə istinin altında növbə gözləməyə məcburdurlar.
Hətta, növbə gözləyən sürücüləri "MERO"nun qarşısında olan kхlпəlli yerlərdə dayanmağa belə, imkan verilmir. Kölgəlik də duran sürücülərə mühafizəçilər , "hər kəs öz maşının yanında dayansın" , qışqıraraq, ərazidən uzaqlaşdırırlar. Növbə gözləyən sürücüləri ona görə uzaqlaşdırırlar ki, növbə gözləyən sürücülər qanunsuz qeydiyyatdan keçən avtomobilləri görməsinlər.
Sürücülərdən niyə bu qanunsuzluğa səsinizi çıxarımırsınız, niyə aidiyyəti qurumlara müraciət etmirsiniz? Sualını şəxsən vermişəm və haqlarını müdafiə etməyə səsləmişəm. Təssüf ki, burda da bir qorxu hökm sürür. Hansı sürücüyə müraciət edirsən , deyir, qardaş, rəis Hacı Mazanın oğludur, kimdir ona nəsə edən... Hacı Mazanın adı Ağsu "MERO" sunda bir xof yaradıb. Şahin Sadıqovada qol-qanad verən rəisinin atasının adıdır . Yoxsa, dövləti qurumunu bu qədər açıq bazara döndərmək Şahin Sadıqovun həddinə deyil.
Maraqlı odur ki, az qala Avropaya, Amerikaya meydan oxuyan Azərbaycan hakimiyyətinin nüfuzu və zəhmi Ağsu MERO " sunda Hacı Mazanın xofundan qat-qat aşağıdır.
Elshen Elisoy
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
"Təəssüf ki, Nadir Məmmədli "akademik bazar"ın nadir funksionerlərindən biridir. Ramiz Mehdiyevlə İsa Həbibbəylinin qarşısında and içib aman edərək sevincək Baş direktor gələn, gələndən sonra azacıq da olsa, haqqa dayalı iş görmək əvəzinə, dəstə yaradan, ümummilli maraqların ayaqlar altına atılmasına laqeyd qalan, vəzifə məsuliyyətini R.Mehdiyevə, İ.Həbibbəyliyə və öz şəxsi maraqlarına xidmət kimi dərk edən şəxsdən yaxşı nə gözləmək olar?!" Dia-az.info xəbər verir ki, bu ittihamı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov səsləndirib.
Dilçi alimimiz daha sonra əlavə edib: "Yaman çoxbilmiş çıxıblar. Qanunsuzluğun ağuşunda kef edərkən bütün günahları ustalıqla, hətta amansızlıq, riyakarlıq, qəzəb və qısqanclıqla ölkə başçısının, Birinci vitse-prezidentin ünvanına yönəldirlər. Halbuki özləri sırf zərərli fəaliyyətlə məşğuldurlar. Bu şəxslər sanki Azərbaycanın dirçəlməsinə mane olacaqlarına and içiblər. İşbazları kim himayə edir institutda? Əlbəttə, Baş direktor Nadir Məmmədli! Adam sanki instituta 60-dan sonrakı ömrün dadını çıxarmağa gəlib. Dəhşətdir! Görün, bunların praktiki olaraq dövlət qurumuna yanaşmaları necədir! Akademşəbəkə üzvlərinin müxtəlif yollarla topladıqları pulları çox ola bilər, amma bu o demək deyil ki, dövləti, xalqı ələ salmalı, aldatmalıdırlar. 10 ildir, o institutdakı haqsızlıqlardan şəxsən mən çox əziyyətlər, zülmlər çəkmişəm və çəkməkdəyəm. Bu adamlar iş görmək əvəzinə aldatmaqla, cibgirliklə məşğul olublar. Dövlətə kələk gələrək rüsvayçı cızma-qaralarını şedevr kimi sırımağa çalışıb və çox vaxt buna nail olub yüz minlərlə dövlət vəsaitini mənimsəyiblər. Vaxtilə ailə-uşaqlarımın dərman pulunu da yeyiblər bu vicdansızlar. İllərdir, müraciət edirəm, özlərini karlığa qoyurlar. Gözləri doymur bunların. İsa Həbibbəyli başda olmaqla Möhsün Nağısoylu, indi də Nadir Məmmədli vasitəsilə dövlət qurumunda şəxsi maraqlar tüğyan edir. İnstituta ayrılan yüz minlərin, milyonların taleyi qapqaranlıqdır. Unutmamaq lazımdır ki, Nadir Məmmədli Dilçilik İnstitutunun direktoru vəzifəsini daşıyır. Onun və himayədarlarının bu qədər məsuliyyətsizliyinin ölkə rəhbərliyinin adına yazılması vicdansızlıq, korluq və misilsiz həyasızlıqdır. Bu, həm də ədalətsizlik, vicdansızlıq və qeyri-insanilikdir. Həbibbəylinin və Məmmədlinin yeyimcil adamlarının hamısı Prezident administrasiyasına işarə edərək bir ağızdan deyirlər: "Balıq başdan iylənər". Halbuki balıq özlərindən iylənir, sadəcə, gizlətmək istəyirlər. Mənim kimi alimdirlərsə, bu qədər imkanları haradandır? Halbuki dövlətin ayırdığı vəsait aidiyyəti üzrə xərclənsə, bütün əməkdaşlara kifayət edər, az maaş alanların maaşına normal əlavələr olar və s. Ayrılan yüz minlər, milyonlar hara gedir? Nəticədə, deyirsiniz ki, bu dövlət nə maaş verir? Yaxşı hiyləgərsiniz! Siz varkən bizə düşmən lazım deyil. Dövlət qurumunu rəsmən dövlətin anasını ağaladan vasitəyə çevirmisiniz. Belələrinin ucbatından ölkənin Prezidenti və xalqın sadə kəsimi ağır yük altındadır. Akademşəbəkə məkrli niyyətlərini gerçəkləşdirmək üçün hər cür səfərbər olunub. Bura daxildir: yaltaqlıq, məddahlıq, özünü yazıqlığa qoyma, talama, əlaltdan maddi ziyan vurma, hiylə, fırıldaq, saxtakarlıq, ən əsası, günahı ölkə rəhbərliyinin üzərinə transfer etmə. Nadir Məmnmədli institutun direktoru kimi prosesin iştirakçısıdır, əsas vintlərindən biridir. Milli varlığımızı təhdid edən bu hərəkətlərə qarşı təkcə kasıb duruma salınmış İdris Abbasov mübarizə aparmalıdırmı?! Əlbəttə, son nəfəsinədək aparacaq! Bəs dövlətə, xalqa düşmən kəsilmiş akademşəbəkə üzvlərinin vicdanı heçmi oyanmayacaq?! Yoxsa adlarını alim-ziyalı qoymuş bu işbazlar ölkənin və xalqın zədələnməsi hesabına eyş-işrət içində pullarının üstünə pul gətirməli, akademik rütbəsi, daha nələr və nələr güdməli, üstəlik də, İdris Abbasovu öz dəstə üzvləri ilə təhdid etməlidirlər?! Hətta düşünməlidirlər ki, Heydər Əliyev Fonduna yönləndirə bilmədiksə, manevrlər edək, dövlətin büdcəsindən bir-iki manat birdəfəlik maddi yardım verib minnət qoyaq İ.Abbasova, susduraq, utandıraq, baş götürüb çıxıb getsin və xəyanətlərimizi rahat davam etdirək?! Həyasızlığın və vicdansızlığın pik həddi budur! Xəyanətlər isə heç vaxt bağışlanıla bilməz!.."
 
Ardını oxu...
Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyev və eynio Akademiyada dərs deyən Könül Cəfərova ölkə ərazisinə qanunsuz yolla mallar daxil edərkən saxlanılıb. Könül Cəfərova həmin malların İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevə məxsus olması ilə bağlı ifadə verib.Daha sonra Elnur Əliyev və Könül Cəfərova izahatı alınaraq sərbəst buraxılıb.
Xatırladaq ki,Könül Cəfərova Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyevin göstərişi ilə Dövlət İdarəçilik Akademiyasında saathesabı dərs deyir.
/sonxeber.org/
Adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq!
TEREF
 

Ardını oxu...
"Bugünlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov və sement
monopolist Cavidan adlı iş adamı ilə bağlı ölkə mətbuatında silsilə yazıların dərci, hər iki şəxsi
hərəkətə gətirib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Dha asonra bildirilir: "Sahibkarlara milyonlarla manat məbləğində pul atan, onların əmlakını müxtəlif
vasitələrlə ələ keçirən dostlar, bəd əməllərini ortaya çıxaran sahibkarları susdurmaq üçün açıq-
aşkar təhdid yolunu seçiblər. Belə ki, onlardan narazı qalan, aldadıldıqları, əmlakları əllərindən
alındığı üçün güc orqanlarına müraciət edən sahibkarlara ismarıc göndərən dostlar,bu pulları tək
yemədilərini, bunların önəmli bir hissəsini “yaxşı oğlanlar”a hədiyyə etdiklərini söyləyiblər.
Rüstəm Şahbazov-Cavidan tandemi qeyd edib ki, əgər kimsə həmin pul və ya əmlakı geri tələb
edirsə, deməli, bu pulu onlardan yox, kriminal dünyanın sahiblərindən istəyir. Bu isə o deməkdir
ki, həmin sahibkarların cavabını da kriminal aləmin nümayəndələri verəcək.
Rüstəm Şahbazov – Cavidan ikiliyinin “Bizdən qaça bilərsiniz, “yaxşı oğlanlar”dan yox” mesajı
sahibkarların narahatlığını daha da artırıb. İş adamları hesab edir ki, hüquq dövləti olan
Azərbaycanda məmur kürsüsündə əyləşən bir adamın kimlərisə kriminalla hədələməsi
yolverilməzdir. Bu səbəbdən də əlaqədar qurumlar Rüstəm Şahbazov və onun ortağı olan
Cavidanla bağlı konkret addımlar atmalı, onların qanunsuz davranışlarının qarşısını almalıdır".
Ardını oxu...
Şəki şəhəri, M.Cabbarov küçəsi ev 7 ünvanında
yaşayan Mustafayev Eldar Rəşid oğlunun müraciətini təqdim edirik.
Hörmətli Zaur müəllim, mənim bu müraciətimizi televiziyanızda
işıqlandırmağınızı xahiş edirəm ki, səsim cənab Mikayıl Cabbarova çatsın. Mənim
yüzlərlə müraciətimi cənab Nazirə çatmağa qoymurlar.
Belə ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Yevlax şəhərində
yerləşən 11 saylı Ərazi Vergilər İdarəsində saxta diplomla rəis müavini işləyərək
hamıya meydan oxumaqla məşğuldur. Həmin şəxs MƏMMƏDOV QÜDRƏT
QƏDİR OĞLUDUR. O, deyir ki, burda mənəm Bağdadda kor xəlifə. Onun Dövlət
Vergi Xidmətində yüksək vəzifədə olan himayədarı var. Əgər mənim bu
müraciətimdən sonra onun barəsində araşdırma aparılmasa və o vəzifəsindən azad
edilməsə mən onun da adını efir vasitəsi ilə çəkib cənab Prezidentə müraciət edəcəm.
Məmmədov Qüdrət Qədir oğluna verilmiş “NAXÇIVAN” Universitetinin A
N 057864 nömrəli diplomu əslində MƏMMƏDOV QÜDRƏT QƏDİR OĞLUA
deyil ayrı şəxsə verilmiş diplomdur. Hətta məndə olan məlumata əsasən həmin
nömrəli diplomun əsli bir xanıma məxsusdur. Saxta diplomla dövlətin məhsul
vəzifəsində işə qəbul olunan şəxslər və onun himayədarları cənab Prezidentin
məqsədyönlü siyasətinə zidd gedirlər. Dövlət Vergi Xidmətində ona himayədarlıq
edən şəxsə bildirirəm ki, əgər MƏMMƏDOV QÜDRƏT QƏDİR OĞLUA canın
yanırsa apar öz şəxsi biznesinə rəhbər qoy, dövlətin orqanı belə insanlar üçün deyil.
Hörmətli Mikayıl müəllim!
Sizdən xahiş edirəm ki, məni şəxsən qəbul edəsiniz və həmin şəxs barəsində
daha ətraflı məlumat verim. Çünki Siz vergi orqanlarına rəhbər təyin edildiyiniz
gündən bu orqanda şəffaflığa önəm vermisiniz. MƏMMƏDOV QÜDRƏT QƏDİR
OĞLUNUN Sizin rəhbərlik etdiyiniz orqanda çalışması Sizin adınıza xələl gətirə
bilər.

 
 
 
Ardını oxu...
16 saylı Bakı peşə liseyinin istehsalat təlimi ustası Zahidə Muxtarova müəssisədə qarşılaşdığı qanunsuzluqla bağlı Yenicag.az-a şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, sözügedən müəssisənin kadrlar şöbəsi üzrə inspektoru Təranə Şıxəliyeva 28 iyun tarixində Zahidə Muxtarovaya Peşə Təhsili Agentliyinin məktubu əsasında işinə xitam verildiyi ilə bağlı məlumat verib. Lakin müqavilənin qüvvədən düşmə müddəti 15.09.2024-dür. 01.07.2024-də isə müqaviləyə xitam verildiyi bildirilir.

Şikayətçi məktubda belə bir şey olmadığını, yeni vakant yerlərinin açılması ilə bağlı olduğunu diqqətə çatdırıb. Əlavə olaraq, xitam əmrinin saxta, üzərində agentliyin möhürü olmadığını bildirib.

Zahidə Muxtarova sözügedən agentliyə zəng vuraraq, şikayətinə baxılması üçün İnsan Resurları şöbəsindən Özal bəy ilə görüş günü təyin edib. Eyni zamanda, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlayıb.

Sonrakı günlərdə işinə davam etmək üçün liseyə gedən Zahidə Muxtarova istehsalat təlimi ustalarının baş ustası Sürəyya Məmmədova tərəfindən otağa çağırılaraq, müqaviləsinə xitam verildiyi və işə gəlməməsi ilə bağlı təzyiqlə qarşılaşıb. Müəllim özünü “my.gov.az”da işçi statusunda gördüyünü və xitam əmri göstərilməyənə qədər işə davam edəcəyini deyib.

Zahidə Muxtarova bildirib ki, daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini Azər Əmirov, direktor Günay Mayılova, Sürəyya Məmmədova otağa çağırdı.

“Əmri mənə göstərdilər. Tədris ilinin sonuna qədər müqavilənin bitdiyi qeyd olunurdu. Maraqlı sual yaranır, tədris ili bitibsə, digər müəllimlər bu vaxta qədər fəaliyyətini davam etdirir, ancaq bizə görə tədris müddəti bitmiş sayılır? Məktuba təkrar baxmaq istədikdə müxtəlif bəhanələr gətirdilər. Agentliyə müraciət etməli olduğumu dedilər.

Daha sonra Azər Əmirov dedi ki, “nə durmusan, get də, başqa vaxt icazə istəyirsən, bu da sənin üçün ömürlük icazə, get, otur evində”. Mən isə bir daha işə gəlib-gedəcəyimi bildirdim.

Səhəri gün işə gəldikdə qapıda məni 6 nəfər mühafizə qarşıladı. İçəri buraxmadıqlarına görə iradımı bildirdim, qarşılığında isə polisin çağırılacağı ilə hədələndim. Azər də çöldə idi. Anama “dünən bir Quranlıq söz danışdıq qızının çıxartdığı hoqqaya bax”, – dedi.

Əlavə olaraq, Əmək Məcəlləsinə görə müəssisənin Həmkarlar İttifaqı sədrinin rəyi olmadan işçi azad edilə bilməz. Sədr Səadət Misirova da yanımızda olmasına baxmayaraq, guya xəbəri yox imiş kimi davrandı”, – deyə şikayətçi qeyd edib.

Əlavə olaraq şikayətçi Peşə Təhsili üzrə Dövlət Agentliyində görüşə getdiyini, lakin laqeyd münasibətlə qarşılaşdığını qeyd edib:

“İnsan Resurları şöbəsindən Özal yüksək tonla danışaraq, məsələnin direktorla müəllim arasında həll olunmalı olduğunu. Həmçinin “istəyirsiniz gedin məhkəməyə verin, ancaq hansı əsasla?”, -dedi. Məsələnin mediada işıqlandırılacağını bildirdim. Sonra yumşaq münasibət bəslədiyinin şahidi oldum. Həqiqətən də haqlı olduğumu sübut etdim. Nəticədə direktora səhvinin düzəldilməsi üçün göstəriş veriləcəyini söylədi”.

Zahidə Muxtarova məsələ ilə bağlı zərərçəkən digər bir neçə nəfərin olduğunu diqqətə çatdırıb:

“Məsələ sübuta yetirildikdən sonra qanunsuz yolla işdən azad edilən müəllimlər geri çağırıldı və işlərinin başında olduqları il bağlı ərizə yazdırıldı. Mən isə yazmadım və müəssisənin səhvidirsə özü düzəltsin dedim”.

Məsələ ilə bağlı Yenicag.az Peşə Təhsil üzrə Dövlət Agentliyinə rəsmi sorğu ilə müraciət edib. Müraciətə tezliklə cavab veriləcəyi bildirilsə də, dünəndən bəri cavab gəlməyib. Sorğunun cavabını gözləyirik, Peşə Təhsili üzrə Dövlət Agentliyinin də cavabını dərc etməyə hazır olduğumuzu bildiririk.
 

Ardını oxu...
Məlum olduğu kimi iyul ayınin 1-dən etibarən yanacaq, şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarında, metroda gediş haqqı və bir sıra dərman peraparatlarının qiymətləri Tarif Şurasının qərarına əsasən bahalaşıb. Bahalaşmanın yanacaq və nəqliyyata aid olan hissəsində bir məntiqi səbəb - nəticə əlaqəsi var. Məsələn, şəhərlərarası və şəhərdaxili daşımalar üzrə gediş haqqı ona görə 25% bahalaşıb ki, bu xidmətin maya dəyərində xüsusu çəkisi yüksək olan Aİ-92 benzin 10%, dizel yanacağı isə 25% bahalaşıb. Yəni sərnişindaşımada qiymət artımı yanacağın qiymətinin artması ilə bağlıdır. Xidmət haqqının artan hissəsi məntiqlə yanacağa xərclənməlidir. Amma Bakı Beynəlxalq Avtovağzalı (BBA) bu məntiqin əksinə addım atır. Bakı-Cəlilabad marşrutu üzrə sərnişin daşıyan avtobus sürücülərindən biri redaksiyamıza yazır ki, sərnişin biletlərinin qiyməti 1,2 manat bahalaşaraq, 6,3 manatdan 7,5 manata çatdırılıb. 20 nəfər sərnişin tutan avtobus bletlərində bu fərq 24 manat təşkil edir(1,2x20=24): "Həmin 24 manatın 9 manatı sürücülərə verilir, 15 manatı isə BBA kassasında qalır. Başqa sözlə hər bir biletin artan 1,2 manatının 0,45 manatı sürücüyə, 0,75 manatı isə Avtovağzala çatır. Biz başa düşə bilmirik, bilet qiymətlərinin artan hissəsi yanacağın bahalaşmasından dolayı xidmətin maya dəyərinin artmasına görə reallaşdırılıbsa, onda artan hissənin çoxu nə üçün avtobuslara yanacaq tökmək, onları idarə etmək öhdəliyi olan sürücüyə yox, biletləri satan BBA-ya çatır? Məgər Avtovağzal da yanacaqla işləyir? Lap deyək ki, bahalaşmadan dolayı onların da real gəlirləri azalıb, kompensasiya etmək lazımdır, amma hər halda onlar yanacağa pul xərcləyirlər. Bizim isə avtobuslara vurduğumuz dizel yanacağının qiyməti düz 25% bahalaşıb. Bizim xərclərinizin 80% faizini yanacaq təşkil etdiyini nəzərə alsaq, deməli xidmətin maya dəyəri ən azı 20% artıb. Bu isə 1,26 manat təşkil edir. Tarif Şurasi isə qiymətləri cəmi 1,20 manat bahalaşdırıb ki, onun da 0.75 manatını BBA tutub əlimizdən alır".
Göründüyü kimi, adı avtobus sürücüsü iyulun 1-dən başlayan "Avtovağzal maxinasiyası"nı neçə gözəl təhlil edir. Əlbəttə, biletlərin bahalaşan hissəsi yanacaq xərci olaraq sürücülərə çatmalıdır. Çünki Avtovağzal avtobusları yanacaqla təmin etmək öhdəliyinə malik deyil. Şəkli bizə göndərilən sənədlərdə, daha doğrusu qayimədə bir maraqlı nüansla rastlaşdıq. 20 nəfərin hər birindən 7,5 manat olmaqla sərnişinlərdən 150 manat yolpulu yığılsa da, qayimədə məbləğ 12 manat kəm, yəni 138 manat göstərilib. 12 manatın taleyi sərnişin avtobusunun müşayətedici sənədlərindən aydın olmur. Bu 12 manat Avtovağzalın xidmət haqqı olsa da belə, sənədlərdə xidmət haqqı kimi tutulduğu öz əksini tapmalıdır.
Məsələ ilə bağlı BBA-nın rəy və təkliflər üçün nəzərdə tutulan "qaynar xətt"inə zəng vurduq və məsələni olduğu kimi izah etdik. Özünü təqdim etməyən xanım bizim bütün məlumatlarımızı qeyd etdikdən sonra dedi ki, bu ola bilməz, bu barədə hansı sürücü məlumat veribsə, onun ad-soyadını və avtomobilinin dövlət nömrə nişanını bizə verin, araşdıraq. Biz isə bildirdik ki, bizdə rəsmi sənədlərə əsaslanan ərizə var, bu faktdır. Sizə zəng etmişik ki, bu fakta cavabdeh şəxslərdəm mövqe, münasibət alaq. Xanım bildirdi ki, məsələ araşdırılacaq və bu barədə sizə məlumat veriləcək.
Biz bir neçə saat sonra həmin xanımla əlaqə saxladıq və qurumun mövqeyini almağa çalışdıq. Xanım bildirdi ki, siz mütləq şikayətçinin ad-soyadını və maşınının nömrəsini bizə deməlisiniz, yoxsa biz bunu ananım şikayət kimi nəzərə alacağıq. Lakin biz öz qanuni hüququmuzdan istifadə edərək, şikayətçinin adını təqdim etmədik, xanım isə telefonu bu yerdə üzümüzə qapatdı.
Daha sonra biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Oruclu ilə əlaqə saxladıq. O, bildirdi ki, BBA-dan sizinlə əlaqə saxlayacaqlar. Bizimlə BBA-nın içtimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Rövşən müəllim əlaqə saxlayaraq şikayəti dinlədi və araşdırma üçün vaxt istədi.

Lim10.a
Ardını oxu...
Ucar rayonu Küçəkənd kənd sakini Fərzəliyev Mirbala Eynulla oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Mənim şikayətim Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovdandır.
Mən 2-ci dərəcəli əlil olmaqla Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında məsləhətçi vəzifəsində işləyirəm.Şirvan Təcrübə Stansiyasının “Əli Kommersiya” Şirkətinə borcu olması barədə məhkəmə qətnaməsi var.Borcuda yaradan stansiyanın keçmiş müdiri Arzu Hacıyev olmuşdur. Hazırda onun barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov Şirvan Təcrübə Stansiyasının 75 ton taxılı olan anbarı bağlayıb üzərinə həbs qoyub.Hansı ki, həmin 75 ton taxıl yeni biçilib tam qurudulmadığı üçün ağzı bağlı anbarda tələf olur.
Azərbaycan Respublikasının heç bir qanunuda yoxdur ki, tez xarab olan məhsulun üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlanılsın.Bu qanunsuzluğu isə Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov açıq-aşkar edib.
Ziya Məmmədov həmçinin mənim özümün xeyrimə çıxarılmış digər məhkəmə qətnaməsini icra edilməsi üçün məndən 100 manat rüşvət alıb.Bunu təsdiq edən konkret subutlarım var.İcra məmuru Ziya Məmmədov işinin öhdəsindən gələ bilmir və korrupsiya əməlləri ilə məşğul olur.

Sizdən xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb 75 ton yeni biçilib qurudulmayan taxılın üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlayan Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun barəsinə qanunu tədbirlər görəsiniz".

Dünyapress TV

Xəbər lenti