Ardını oxu...
Maliyyə Nazirliyinin ən prinsipial və ən savadlı kadrlarından olan, Maliyyə Nazirliyinin Aparat rəhbəri, Namiq Süleymanov 65 yaşı tamam olduğundan dərhal təqaüdə göndərilmiş, ondan yaşca böyük olan Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi- Cavanşir Əmralı oğlu Yusifov həmin vəzifəyə təyin edilmişdir. Hazırda da, Cavanşir Yusifov 70 yaşını haqlasa da, həmin vəzifədə çalışmaqdadır və bu yerdəyişməni o, çox sadə formada izah etmişdir: “Ağa deyir sür dərəyə, sən də sür də… Ağa iləmi höcətləşəcəksən?”
Beləliklə, Maliyyə Nazirliyində Nazirin bütün göstərişlərinin müzakirəsiz qəbuluna boyun əyməyən Namiq Süleymanovu işindən azad etməklə, Samir Şərifov hazırda özünü- “Bağdadda kor xəlifə, burda mənəm” kimi aparır. Bütün bu halın isə yeganə səbəbi, törətdikləri cinayət əməllərindən Prezidentimizin və aidiyatı qurumların xəbər tutacaqlarının qarşısını ala biləcəyini düşünmüşdür.
Maliyyə Nazirliyində nələr baş verirdi ki?
Nazir Samir Şərifov tərəfindən Naziriyinin işlərinin bu cür təşkili, əvvəlcədən düşünülərək məqsədli şəkildə olmuş və bu ona və əlbir olduğu şəxslərə, 100 milyonlarla dövlət vəsaitinin mənimsənillməsinə əlverişli şərait yaratmış və indiki zamanda, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması işlərinin görüldüyü, qaçqın qüşmüş insanlarımızın yurdlarına qaytarılmasının təmin edilməsində hər manata ehtiyacın olduğu bir zamanda, bu pulların geri qaytarılaraq bu işlərə sərf edilməsi başlıca vəzifəmiz olmalıdır.
Prezidentin, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik” səsləndirdiyi şüar, bu sətrlərin qələmə alınmasına səbəb olmuş və baş vermiş maliyyə pozuntuları nəticəsində büdcədən oğurlanmış 100 milyonlarla vəsaitin geri qaytarılaraq işğaldan azad edilmiş əraziərimizin maliyyələşməsinə yönəldilməsinə yardımçı olmaq hər bir azərbaycan vətəndaşının şərəf borcu olmalıdır.
“Sovetski” deyilən ərazinin sökülməsinə 2014-cü ildə başlanıldı. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir və hər kəsə də məlum olduğu kimi, bu işlər Maliyyə Nazirliyinin rəhbərliyi və nəzarəti ilə aparılmışdır.
Sakinlərin və onların vəkillərinin cumhuriyyet.az-a bildirdiyinə görə görə isə, keçmiş “Sovetski” sakinlərindən heç biri torpağa görə təzminat almayıb: “Sahib olduqlarını təsdiqləyən sənədləri, yəni “kupçaları olmamış, əslində heç buna ehtiyacları da yaranmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir”.
Bundan əlavə, təzminat məbləğinin hansı meyarlara əsasən, necə təyin olunduğu sonadək aydın olmamışdır. “Çünki qeyri-yaşayış sahəsi üçün bir məbləğ kompensasiya təyin olundu və yaşayış sahəsi üçün tamamilə fərqli bir məbləğ.”
Yasamal rayon İcra Hakimiyyətinin təşkil etdiyi daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Komissiyayanın özünün tərtib etdiyi sənədlərə belə məhəl qoyulmamışdır.
Hətta müvafiq məhkəmə qətnamələri ilə, sakinlərin hər birinin payına düşən məbləğin verilməsindən imtina edilərərk Maliyyə Nazirliyinin əməkdaşlarının onlara təklif etdiyi daha az miqdarda kompensasiya razılıq verilməsi üçün onlara təzyiqlər olunmuşdur.
Ən başlıcası isə, Maliyyə Nazirliyinin rəhbərlliyinin, kompensasiyaların verilməsində “tətbiq etdiyi” sxem üzrə 100 milyonlarla mənimsəmələrin aparılması olmuşdur.
Belə ki, bu işlərin görülməsi zamanı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Yasamal Rayon İcra Hakimiyyətinin və sakinlərinin də Komissiyaya təqdim etdikləri sənədlərdən görünürdü ki, sökülməsi nəzərdə tutulan evlərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olmamış və bu amil sonda, kompensasiyaların ödənilməsi üzrə, ödənilən məbləğlərin hər sakinin yaşadığı evin sahəsinə uyğun olub-olmamasının yoxlanılmasını mümkünsüz edir.
Bu amildən istifadə edən Maliyyə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyytinin əməkdaşları ilə əlaqəyə girərək, evlərin sökülməsindən bir gün əvvəl, həmin evlərin mülkiyyətçiləri ilə cinayət əlaqəsinə girərək, sökülməsi nəzərdə tutulan evlərin sahələrini süni surətdə artırmaqla əldə edilən pulu aralarında bölüşdürməklə, faktiki olaraq dövlət büdcəsinin pulunu mənimsəmişlər, evin söküntüsündən sonra isə, onların cinayət əməllərinin aşkar edilməsinim mümkünsüz olduğunu düşünmüşlər.
Kompensasiyaların verilməsi üzrə Komissiyaya aid sənədlərin bir qismi Yasamal rayon İcra Hakimiyyətində, bir qismi də Maliyyə Nazirliyində saxlanılır. Həmin sənədlərin də hazırda, Dövlət Arxivinə təhvil verilmədən daxili əmrlə məhv edilməsinin aparılması nəzərdə tuutulmuşdur ki, bununla da, bu sxem üzrə mənimsənilmiş 100 milyonlarla vəsaitin kimlər tərəfindən mənimsənilməsinin müəyyən edilərək geri qaytarılması mümkün olmasın.
Lakin, Azərbaycan Respublikasının aidiyyatı qurumları tərəfindən tətbiq ediləcək sadə üsulla, bu vəsaitlərin kimlər tərəfindən mənimsənildiyinin müəyyən edilməsi mümkündür.
Belə ki, “Sovetski” ərazisində sökülməsi nəzərdə tutulan evlərə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışların olmaması səbəbindən, həmin ərazidəki sökülən evlərin ümumi ərazisinin müəyyən edilməsi mümkünsüz olsa da, Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliklərinin, ərazi üzrə Mənzil İstismar Səhələrinin əhatəsində olan ünvan üzrə bütün evlərin “Ev kitabçaları” (“Domovaya kniqa”) mövcuddur. Məhz bu “Ev kitabçaları” əsasında da, sakinlərlə bütün hesablaşmalar aparılır və həmin kitabçalrda da, hər evin texniki pasportu və ümumi sahələrinin ölçülərinin qeydiyyatı da aparılırdı.
Beləliklə, Kompensasiyaların verilməsinə məsul edilən Komissiyanın sərəncamına verilən həmin Mənzil İstismar Sahələrinin “Ev kitabçaları” (Domovaya kniqaları) hazırda da onların ixtiyarındadır və Yasamal Rayon İcra Hakimiyyətində və ya Maliyyə Nazirliyinin müvafiq qurumunda saxlanıldığından həmin evlərin ümumi sahəsini hesablamaqla, bu sahəyə düşən kompensasiya məbləğinin miqdarını, faktiki ödənilmiş kompensasiya məbləği ilə üzləşdirməklə, arada yaranan fərq məbləğini- mənimsənilmiş 100 milyonlarla vəsaitin kimlər tərəfindən mənimsənildiyini də müəyyən edə bilərik.
Yuxarıdakı sxemin, məhz, Cavanşir Əmralı oğlu Yusifov tərəfindən tətbiqini nəzərə alsaq, onun ahıl yaşında, bu günədək Maliyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsində saxlanılmasının səbəbini də ifşa etmiş oluruq…
 
Ardını oxu...
Məşhur sovet lətifəsi var: orta yaşlı adam küçədə xoşbəxt uşaqlığına görə Stalinə minnətdar olduğunu qışqırmağa başlayır. Ətrafdakılar isə ona havalanmış bir nəfər kimi baxırlar. Eyni sözləri təkrarladıqca çevrəsindəkilər ona yaxınlaşaraq "a kişi, nə danışırsan, sən doğulanda Stalin çoxdan ölmüşdü, necə xoşbəxt uşaqlığın üçün ona minnətdar ola bilərsən?"- deyirlər. O da qayıdır ki, elə buna görə minnətdardır, yəni o doğulana qədər Stalin öldüyü üçün...
İndi Respublika Klinik Xəstəxanasında baş verənləri görəndə bu lətifə lap yerinə düşdü. Çünki başıbəlalı tibb işçilərinin hüquqlarını müdafiə etməli olan xəstəxananın Həmkarlar İttifaqı Stalin kimi çoxdan "ölüb", kollektiv buna görə həmin sovet adamı kimi çox minnətdardır. Yəni onsuz da hal hazırda yüzlərlə həkimin , yüzlərlə tibb işçisinin bir işə yaramayan Həmkarlar İttifaqı və onun indiyiyə qədərki sədri hazırda "silahı götürüb" keçmişdi direktor Elviz Qasımov tərəfə, təmirlə əlaqədar 1-ci korpusun Bilgəhə köçürülməsinə görə "əlahəzrət hökmdar” Elviz Qasımova haqq qazandırırdı. Lap "Sehirli xalat" filmindəki vəzir kimi özünü aparırdı. Vəzir necə demişdi –qibleyi aləm bir günahkardansa, min günahsızın başını kəsmək yaxşıdır. İndi Həmkarlar İttifaqının sədri bilinmir ki, haradadır, qeybə çəkilib. Minlərlə işçinin, xəstələrin əziyyət çəkməsini üstün tutur, nəinki "padşah” Elviz Qasımova qarşı çıxmağı. Ümumiyyətlə, Həmkarlar İttifaqının sədri öz missiyasının nədən ibarət olduğunu bilmirdi. O, işçilərin haqlarını qorumalı, onların Bilgəhə sürgün olunmasına etiraz olaraq Prezidentə məktub yazmalı, məhkəmələrə üz tutmalı idi. Ancaq o, direktor Elviz Qasımovun yanında dayanmağı seçdi. Bu, saraylarda, xanlıqlarda, sultanlıqlarda məzlumun haqqını zalıma verməyə oxşayır. Hətta belə desək, xəstəxananın Həmkarlar İttifaqı sədri "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazını xatırladırdı. Maraqlıdır, bu qədər gərginliyin, qalmaqalın, narazılıq və etirazların fonunda sədr hara yoxa çıxdı?
Hə, məlum oldu ki, yaş məsələsinə görə Elviz Qasımov onu da yola salıb vəzifəsini heç kəsə etibar etmr. Hazırda isə bu vəzifəni icra edərək köçən terapiya şöbələrinin kollektivi ilə ayrı ayrı vaxtlarda görüş təşkil edir. "Pakazuxa” xatirinə verdiyi qərara haqq qazandırır. Prezidentə, Mehriban xanım Əliyevaya, prezidentin köməkçisi Anar Ələkbərova müraciətlər ünvanlanır, şikayətlər göndərilir, xəstəxanada böyük bir mərəkə qopub, həngamə olub, di gəl, Həmkarlar İttifaqı sədri yoxdur ki, şikayyətlərə baxılsın, tədbir görülsün. heç nə olmamış kimi hər kəs öz kefindədir. . Halbuki Həmkarlar İttifaqı Bilgəh müsibətinə görə səsini çıxaran ilk təşkilat olmalı idi. Məlumdur ki, İnsanlara zülm olacaq bir qərar qəbul edilib, saysız-hesabsız şikayətlər var, media davamlı olaraq yazır, amma nə TƏBİB 1-ci korpusun işçilərinin Bilgəhə köçürülməsi qərarına yenidən baxır, nə də yeni yer haqda müzakirələr aparır. Xəstəxana rəhbərliyi bir addım belə atmır. İnsanlara bu qədər işgəncə verməkdən həzz almaq olarmı? Hər gün yüzlərlə tibb işçisi və onların pasientləri Bilgəhə necə gedib-gəlsinlər?
Ona görə də Həmkarlar İttifaqı ortaya çıxmalı, işçilərin hüquqlarını müdafiə etməli, gizlənməməlidir. Eləcə də Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı da bu məsələyə dair bəyanat verməli, tibb işçilərinin problemi ilə maraqlanmalıdır.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev baş verənlərlə bağlı indiyə qədər münasibət bildirməyib. Məşhur kinoda deyildiyi kimi, "padşahdan alıb yediyin məvacib iki birnunun deşiyindən gəlsin Mirzə Səfər". O zaman tibb işçilərinin hüquqları nə zaman, hansı şəraitdə qorunacaq?
Həkimlərin Azərbaycan respulikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova, Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru Vuqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, "Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyini qeyd edirlər. Təmir işlərini alqışlayan həkimlər, köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müayinə olunmasında çətinlik yaranacağını bildirirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayətçidirlər.
Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün TƏBİBdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.

7news.az
 
 
 

Ardını oxu...
Məşhur sovet lətifəsi var: orta yaşlı adam küçədə xoşbəxt uşaqlığına görə Stalinə minnətdar olduğunu qışqırmağa başlayır. Ətrafdakılar isə ona havalanmış bir nəfər kimi baxırlar. Eyni sözləri təkrarladıqca çevrəsindəkilər ona yaxınlaşaraq "a kişi, nə danışırsan, sən doğulanda Stalin çoxdan ölmüşdü, necə xoşbəxt uşaqlığın üçün ona minnətdar ola bilərsən?"- deyirlər. O da qayıdır ki, elə buna görə minnətdardır, yəni o doğulana qədər Stalin öldüyü üçün...
İndi Respublika Klinik Xəstəxanasında baş verənləri görəndə bu lətifə lap yerinə düşdü. Çünki başıbəlalı tibb işçilərinin hüquqlarını müdafiə etməli olan xəstəxananın Həmkarlar İttifaqı Stalin kimi çoxdan "ölüb", kollektiv buna görə həmin sovet adamı kimi çox minnətdardır. Yəni onsuz da hal hazırda yüzlərlə həkimin , yüzlərlə tibb işçisinin bir işə yaramayan Həmkarlar İttifaqı və onun indiyiyə qədərki sədri hazırda "silahı götürüb" keçmişdi direktor Elviz Qasımov tərəfə, təmirlə əlaqədar 1-ci korpusun Bilgəhə köçürülməsinə görə "əlahəzrət hökmdar” Elviz Qasımova haqq qazandırırdı. Lap "Sehirli xalat" filmindəki vəzir kimi özünü aparırdı. Vəzir necə demişdi –qibleyi aləm bir günahkardansa, min günahsızın başını kəsmək yaxşıdır. İndi Həmkarlar İttifaqının sədri bilinmir ki, haradadır, qeybə çəkilib. Minlərlə işçinin, xəstələrin əziyyət çəkməsini üstün tutur, nəinki "padşah” Elviz Qasımova qarşı çıxmağı. Ümumiyyətlə, Həmkarlar İttifaqının sədri öz missiyasının nədən ibarət olduğunu bilmirdi. O, işçilərin haqlarını qorumalı, onların Bilgəhə sürgün olunmasına etiraz olaraq Prezidentə məktub yazmalı, məhkəmələrə üz tutmalı idi. Ancaq o, direktor Elviz Qasımovun yanında dayanmağı seçdi. Bu, saraylarda, xanlıqlarda, sultanlıqlarda məzlumun haqqını zalıma verməyə oxşayır. Hətta belə desək, xəstəxananın Həmkarlar İttifaqı sədri "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazını xatırladırdı. Maraqlıdır, bu qədər gərginliyin, qalmaqalın, narazılıq və etirazların fonunda sədr hara yoxa çıxdı?
Hə, məlum oldu ki, yaş məsələsinə görə Elviz Qasımov onu da yola salıb vəzifəsini heç kəsə etibar etmr. Hazırda isə bu vəzifəni icra edərək köçən terapiya şöbələrinin kollektivi ilə ayrı ayrı vaxtlarda görüş təşkil edir. "Pakazuxa” xatirinə verdiyi qərara haqq qazandırır. Prezidentə, Mehriban xanım Əliyevaya, prezidentin köməkçisi Anar Ələkbərova müraciətlər ünvanlanır, şikayətlər göndərilir, xəstəxanada böyük bir mərəkə qopub, həngamə olub, di gəl, Həmkarlar İttifaqı sədri yoxdur ki, şikayyətlərə baxılsın, tədbir görülsün. heç nə olmamış kimi hər kəs öz kefindədir. . Halbuki Həmkarlar İttifaqı Bilgəh müsibətinə görə səsini çıxaran ilk təşkilat olmalı idi. Məlumdur ki, İnsanlara zülm olacaq bir qərar qəbul edilib, saysız-hesabsız şikayətlər var, media davamlı olaraq yazır, amma nə TƏBİB 1-ci korpusun işçilərinin Bilgəhə köçürülməsi qərarına yenidən baxır, nə də yeni yer haqda müzakirələr aparır. Xəstəxana rəhbərliyi bir addım belə atmır. İnsanlara bu qədər işgəncə verməkdən həzz almaq olarmı? Hər gün yüzlərlə tibb işçisi və onların pasientləri Bilgəhə necə gedib-gəlsinlər?
Ona görə də Həmkarlar İttifaqı ortaya çıxmalı, işçilərin hüquqlarını müdafiə etməli, gizlənməməlidir. Eləcə də Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı da bu məsələyə dair bəyanat verməli, tibb işçilərinin problemi ilə maraqlanmalıdır.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev baş verənlərlə bağlı indiyə qədər münasibət bildirməyib. Məşhur kinoda deyildiyi kimi, "padşahdan alıb yediyin məvacib iki birnunun deşiyindən gəlsin Mirzə Səfər". O zaman tibb işçilərinin hüquqları nə zaman, hansı şəraitdə qorunacaq?
Həkimlərin Azərbaycan respulikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova, Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru Vuqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, "Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyini qeyd edirlər. Təmir işlərini alqışlayan həkimlər, köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müayinə olunmasında çətinlik yaranacağını bildirirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayətçidirlər.
Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün TƏBİBdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.

7news.az
Ardını oxu...
Bir müddət əvvəl Bakıda bəh-bəhlə yeni bir şirkətin əsası qoyulmuşdu. Tribunainfo.az xəbər verir ki, istehsalat, xidmət və logistika mərkəzi kimi özünü təqdim edən GemZA Holdinqin rəsmi açılış mərasiminə isə ölkənin sayğın, seçkin adamları, deputatlar, səfirlər, hətta rəsmi şəslər də qatılmışdı.
Amma bu yaxınlarda məlum olub ki, GemZA Holdinq haqqında cinayət işi açılıb. Tribunainfo.az xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sözügedən şirkətin sənədləri saxtalaşdırmaqla külli miqdarda kreidt götürməsini araşdırıb və fakt təsdiqlənib.

Qaldırılan cinayət işi barədə yazmamışdan öncə, GemZA-nın hansı işlər görməsi barədə yazaq. Rəsmi məlumatlarda iddia olunur ki, şirkət 105 işçiyə malikdir və mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidli ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsi yaradıb.

GemZA Holdinq 2005-ci ildə, mühəndislik, təchizat və inşaat şirkəti olaraq qurulub. Hətta o da qeyd edilir ki, şirkət Xəzər regionu, Türkiyə və Orta Şərqdə xüsusi əhəmiyyətə malik neft və qeyri-neft sektorunda istifadə olunan avadanlıqların tədarükü, təmiri və istehsalıyla da məşğul olub.
Bildirək ki, şirkətin rəhbəri Zamin Əliyevdir.
Şirkət haqqında daha çox şey yazmaq olardı. Lakin bura qədər bəsdir. Bəs, GemZA bu qədər ciddi bir şirkətdirsə, o zaman niyə sənədləri saxtalaşdırıb? Və ya saxtakarlıqla kredit almasına səbəb nə olub? Tribunainfo.az xəbər verir ki, 03.05.2023 tarixində Baş Prokurorluq Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma zamanı “HAND M AGRO” MMC, “GEMZA GROUP” MMC və “PKF Audit Azerbaijan” MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun rəsmi məlumatında qeyd edilir ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Maraqlıdır ki, belə bir cinayət işinin ortada olmasına rəğmən, GamZA haqqında heç bir yerdə məlumat verilmir. Üstəlik, Holdinq fəaliyyətini hələ də davam etdirir. Şirkəti rəhbəri Zamiq Əliyevin isə müxtəlif biznes saytlarında şəkilləri boy-boy dayanır. Halbuki qanuna əsasən belə bir əməl törətmiş şəxs və ya şəxslər ictimai təhlükə yarada biləcəkləri səbəbindən həbs olunmalı, müvəqəti istintaq təcridxanasına yerləşdirilməlidirlər. Di gəl, bu müşahidə olunmur. Səbəbi bizə hələ ki, məlum deyil. Amma adamın oturub-durduğu çevrəsinə diqqət etdikdə, işin müəyyən boyutları diqqəti çəkir. Hətta işdə xarici ölkə səfirlərinin birinin əli ola biləcəyi də müəyyən şübhələr üçün əsas yaradır.
Araşdırmamız davam edir.
 
Ardını oxu...
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya “Toyota Carolla” markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

Məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaratdıq. Xanım müşavir Bizim.Media-ya açıqlamasında ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:

“Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. “Azərbaycan Dəmir Yolları”nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm”, - deyə Aysel Soltanova qeyd edib.

Məsələ ilə bağlı ADY-nin rəsmi cavabını almaq üçün quruma müraciət etsək də, hər hansı cavab ala bilmədik.
 
Ardını oxu...
Azərbaycanda peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Sözügedən Agentliyin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək olub. Həmçinin əmək bazarının tələblərinə uyğun müasir tədrisin təşkilinə nail olmaq və bu istiqamətdə ölkəmizdəki peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etmək, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini həyata keçirmək olub. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.

Bəs görəsən ölkəmizdə peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə cavabdeh olan qurum, Peşə Təhsili üzrə Dövlət Agentliyi üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirmi? Agentliyin rəsmi internet portalına yerləşdirilmiş xəbərlərdə 2023-2024-cü tədris ili ərzində təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə infotur və “açıq qapı” tədbirləri keçirilib. Cari tədris ili ərzində təşkil olunmuş tədbirlərdə ümumilikdə 39,544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib. Agentliyin keçirdiyi bu kimi tədbirlər barədə məlumatlar çoxdu. Agentliyin may ayında yaydığı bir məlumatda isə bildirilir ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb. Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, Aktualinfo.org hələ ötən il Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrindən birində, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində baş verən bir çox qanunsuzluqlarla bağlı məlumat yaymışdı. Xatırladaq ki, Bakıda, Sabunçu rayonundakı Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi bir neçə peşə məktəbinin bazasında yaradılıb. 1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır. Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Ötən yazıda 2019-cu ildə 4 peşə məktəbini özündə birləşdirən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə Mətləb Hüseynovun direktor təyin olunmasından sonra orada ciddi dəyişikliklərin baş verdiyini yazmışdıq. Belə ki, Təhsil Mərkəzinin direktoru olduqdan sonra Mətləb Hüseynov bütün peşəkar kadrları işdən çıxararaq və öz komandasını yığmağa başladığını bildirmişdik. Həmin məlumatlarda ilkin olaraq peşə mərkəzinin 40 ilə yaxın peşə təhsili üzrə ixtasaslı kadrının müxtəlif bəhanələrlə işdən çıxarıldığı göstərilirdi. İndi məlum olur ki, Mətləb Hüseynov bütün bunları heç də peşə məktəblərinin inkişaf etdirilməsi üçün etməyibmiş. Bu barədə az sonra.

Qeyd edək ki, gənc olmasına baxmayaraq Mətləb Hüseynov peşə təhsili sahəsində çoxdan çalışır. Onun 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə törətdiyi qanunsuz əməllərindən elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. Mətbuatlarda yazılanlara görə Mətləb Hüseynov vaxtı ilə Təhsil naziri olmuş, hazırda isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrıdır. Amma bizə verilən məlumatlara görə bu heç də belə deyil. Onu vəzifəyə keçmək üçün pulunu verdiyi şəxslər sabiq təhsil nazirinin adından istifadə ediblər. Amma əslində isə Mikayıl Cabbarov onu bəlkə də heç görməyib.

Mətbuatın yaydığı məlumatlara belə aydın olur ki, Mətləb Hüseynov karyerası boyu işlədiyi bütün vəzifələrdə dövlətin malını talamaqla məşğul olub. İstər Bakı Sənaye-Pedoqoji Kollecində çalışanda, istər 9 saylı Bakı Peşə Liseyinin direktoru olduğu dövrdə, istərsə də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərliyi dövründə ancaq qanunsuz işlərlə məşğul olub. Əvvəlki iş yerlərindən fərqli olaraq Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində Mətləb Hüseynov qanunsuz əməllərinin üstü açılıb. Bu ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalardan sonra məlum olub.

Xatırladaq ki, ötən yazıda Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində aparılan yoxlamadan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi mərkəzin baş mühasibini işdən çxardığını qeyd etmişdik. Səbəb isə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki maliyyə pozuntu hallarını güya baş mühasib özbaşına törətdiyi bildirilirdi.

Amma bizə verilən ən son məlumatlara görə bu heç də belə olmayıb. Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamada məlum olub ki, Mətləb Hüseynov Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərli etdiyi dövrdə, yəni 2019-2023-cü illərdə beş yüz min manat dövlət vəsaitini mənimsəyib. O bunu hansı yollarla edib? Qeyd etdiyimiz kimi, Mətləb Hüseynov vəzifə başına keçən kimi sözügedən Təhsil Mərkəzinə öz kadrlarını yerləşdirməyə başlayıb. Sonra da həmin müəllimlərin adına ildə bir neçə dəfə min manat mükafat, yardım yazıb onlardan geri alaraq mənimsəyib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxlamaların nəticələrini Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edib. Hazırdsa Korupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində yol verilən maliyyə pozuntularla bağlı Cinayət Məcəlləsinin bir neçə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvət alma maddələri ilə cinayət işi başlanılıb və istintaq işi aparılır. Adına min manat mükafat yazılmış müəllimlərin hər birindən izahat alınır. Digər müəllimlər də bir -bir istintaqa çağırılır. İstintaqın gedişindən asılı olmayaraq mövzuya daha ətraflı bir daha qayıdacağıq.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdur. O, bu vəzifəyə Təhsil naziri Emin Əmrullayevin əmri ilə ötən ilin oktyabrında təyin olunub. Buna qədər Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edib.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
“Azər-Kuban” MMC-nin direktoru Səyyad Əsgərov “Bank of Baku”dan şikayətçidir.
Sahibkar bankın onu müflis etdiyini iddia edir. Səyyad Əsgərov başına gələnlərlə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Mraciətin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub.
Sahibkar yazır ki, Tovuz rayonunun İbrahimhacılı kəndində ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Bank of Baku” ASC-nin vasitəsi ilə “Azər-Kuban” MMC-yə 5 il müddətinə dövlət qayğısı və dəstəyi zəminində 2 milyon manat güzəştli kredit ayrılıb. Kreditin təyinatına uyğun, 10 min tonluq taxıl saxlama elavatorları tikilərək tam istifadəyə verilib:
“31.10.2013-cü il tarixində kreditin bitmə tarixinə hələ 18 ay qalmış bank 622 gün “Vaxtı keçmiş kredit” adı ilə 3217080,48 manat borcumuzun olduğu ilə bağlı ilk xəbərdarlıq məktubu göndərib.
Lakin, bankın iddia etdiyi 622 gün “gecikmə” dövründə isə “Azər-Kuban” MMC-yə heç bir xəbərdarlıq, bildiriş göndərməyib!..
Bank həm də 5 gün müddətində 3217080,48 manat “borcun” ödənilmədiyi təqdirdə hesabımızdakı vəsaitlərimizi də sərəncamsız siləcəklərini bildiriblər.
“Bank of Baku” ASC 27.11.2023-cü il tarixinədək 3217080,48 manat iddia etdiyi “borc” məbləğindən 1300076 manatını özbaşına ssuda hesabımızdan sildikdən sonra qalan 1416918.52 manat əsas və faiz “borcun” 500000 manat cərimə borcunun ödənilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verib.
Məhkəmə proseslərində dəfələrlə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi məqsədi ilə çoxsaylı vəsatətlər versək də bankın etirazına görə vəsatətlərimizi məhkəmə rədd edilib.
02.06.2015-ci il tarixində yekun məhkəmə iclasında bankın nümayəndəsi də Qətnaməni elan edən hakim də, sonuncu iclas protokolunda cəmi 1417008.5 manat cəmi borcumuzun olduğu göstərilib.
Məhkəmə isə 02.06.2015-ci il tarixində Qətnaməni elan edib oxuyarkən borcumuzun 1417596.7 manat olduğu göstərildiyi bir halda, 23 gündən sonra oxuduğu Qətnamənin rəsmi təqdim edildiyi 25.06.2015-ci il tarixində borc məbləğini 1532596.9 manat yəni (1532596.9 – 1417596.9)=115000 manat artıq borc məbləği göstərilib.
115000 manat isə kreditin faiz borcundan süni olaraq artırılmış “Borc” məbləği olub.
Bank isə Mərkəzi Bankın Kredit Reyesteri Xidmətinə məlumat təchizatçısı olaraq 01.12.2014-ci ildən 2019-cu ilədək elektron və kağız üzərində verdiyi aylıq icbari hesabatlara görə “Azər-Kuban” MMC-nin faiz borcunun gecikdirildiyi günlərin sayının “0” gün, faiz borcunun “0.00” manat olduğu göstərilib.
Bir sözlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.06.2015-ci il tarixli qətnaməsi çıxarılarkən, heç bir araşdırma aparılmayıb, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi üçün tərəfimizdən verilmiş çoxsaylı vəsatətlər rədd edilmiş, qətnamənin elan edildiyi tarixdə (02.06.2015) göstərilən borc məbləği ilə qətnamənin rəsmi təqdim edildiyi tarixdə (25.06.2015) faiz borcunun hətta 115000 manat süni artırıldığına görə həmin qətnamədən Apelliyasiya şikayəti verilib”.
Sahibkarın sözlərinə görə, apelliyasiya baxışı zamanı vəsatətləri dərhal təmin edilərək məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi məqsədi ilə Qərardad çıxarılıb. Keçirilən ilkin, təkrar, əlavə, komission məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqi zamanı bankın əməlində cinayət halları aşkar edilərək iş materiallarının surəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: “Banka borcumuzun olmaması bir daha 11.09.2017-ci il tarixli Bakı Apelliyasiya Məhkəməsinin 2-1(103)-08/2017 №-li ədalətli Qətnaməsi ilə təsdiq edilib ( Məruzəçi Hakim Cahangir Yusifov).
Birinci apelliyasiya məhkəməsinin Qətnaməsi 24.07.2019-cu il tarixli Bakı Apelliyasiya Məhkəməsinin №2-2(103)-84/2019 saylı 2-ci baxış obyektiv Qətnaməsi ilə də bir daha təkrar təsdiq edilib (Məruzəçi Hakim Kəmalə Xanım Abıyeva).
3-cü və 4-cü apelliyasiya baxışları zamanı isə bu işlə bağlı məruzəçi hakimlərə (hakim Raqif Qurbanova, hakim Aidə Hüseynə) “Bank of Baku” ASC-nin törətdiyi cinayət əməli ilə bağlı məhkəmənin çıxardığı 11.09.2017-ci il tarixli xüsusi qərərdadın icrasının yekun nəticələrinin iş materiallarına əlavə edilməsi ilə bağlı verdiyimiz vəsatətləri rədd ediblər.
Bakı Apelliyasiya Məhkəməsinin rəhbərliyinə xüsusi qərardadın icrasının yekunu ilə bağlı məlumatların iş materiallarına əlavə edilməsini bir daha xahiş etmişdik.
Bakı Apelliyasiya Məhkəməsi müraciətimizə cavab olaraq “Bank of Baku” ASC-nin əməlində cinayətin halları ilə bağlı 11.09.2017-ci il tarixli 2-1(103)-08/2017 saylı məhkəmənin xüsusi qərardadının “hərtərəfli, obyektiv araşdırmasının aparıldığı” bildirilsə də bu günədək bizdən izahat alınmamış, iş materiallarına da heç bir məlumat əlavə edilməyib.
Hətta 2-ci və 3-cü kassasiya baxışları zamanı da gələcəkdə ədalətli nəticəyə gəlinməsi məqsədi ilə Ali Məhkəmənin çıxardığı (05.02.2020-ci il tarixli 2-2(102)-15/2020 saylı, 19.05.2021-ci il tarixli 2-2(102)-151/2021 saylı) ədalətli qərarlarında məhkəməyə təqdim etdiyimiz 225 ədəd əslləri bankın ştamp əksi ilə təsdiq edilmiş; bankın özünün tərtib etdiyi mədaxil qəbzlərinin üzərlərindəki (saxta bank kodlarının, saxta sıralamaların, saxta imzaların, saxta məbləğlərin, saxta təyinatların) araşdırılması məqsədi ilə 3-cü və 4-cü apellyasiya baxışları zamanı (məruzəçi hakimlər Raqif Qurbanov, Aidə Hüseyn) şəxsi maraqlarını hakimin yüksək adından üstün tutaraq Ali Məhkəmənin əlavə kompleks məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı xüsusi və məcburi tapşırığını icra etmək əvəzinə ən nəhayət bankın sifarişi ilə xarici Audit Rəyi əldə edilməsi barədə qərardad çıxarıb.
“Bank of Baku” ASC-nin 10 il dalbadal məhkəmələri “Azər-Kuban” MMC-yə uduzması ilə bağlı Ədliyyə Nazirliyinin eyni məzmunlu ilkin, əlavə, təkrar, komission məhkəmə mühasibatlıq ekspertizalarının obyektiv Rəylərini, 1-ci və 2-ci apellyasiya baxışları zamanı xeyrimizə çıxarılmış ədalətli məhkəmə qətnamələrini, krediti ayırmış Sahibkarlıq Fonduna “Azər-Kuban” MMC-nin və bankın heç bir borclarının olmadığını təsdiq edən məktubla, bankın məhkəmələrə təqdim etdiyi müvafiq ssuda hesablarından çıxarış sənədləri ilə 18 sualın cavablandırılmasına 1 ay müddət əvəzinə, 9 aylıq araşdırmalar aparıb, oxuyub tanış olduqdan sonra xarici audit firmalarının Azərbaycandakı bütün filialları (“Deloitte”, “Ernst Yang Holdings”, “Grant Thornton” LTD, “KPMC” və sair) məruzəçi hakim Aidə Hüseynin çıxardığı məhkəmə Qərardadı ilə bağlı Audit Rəyi verilməsindən bir mənalı imtina ediblər”.
Səyyad Əsgərov bildirir ki, “Azər-Kuban” MMC Ali Məhkəmənin 19.05.2021-ci il tarixli №2-2(102)-151/2021 saylı çıxardığı ədalətli Qərarına, “Audit Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə, AR MPM-nin 77.1, 77.3 maddələrini əsas tutaraq, 28.01.2022-ci il tarixli qərardadla məruzəçi hakim Aidə Hüseynin xarici audit qarşısında qoyduğu 18 sualın 9 ay ərzində cavablandırılmadığını görüb Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına xüsusi sərəncamı olan Audit ilə müqavilə bağlayıb. 02.09.2022-ci il tarixində “Bank of Baku” ASC-nin hesabımızdan 1530384,24 manat vəsaiti özbaşına, sərəncamsız mənimsədiyini sübuta yetirən №0021 saylı Audit Rəyi tərtib edilib: “02.09.2022-ci il tarixli Audit Rəyi məhkəməyə təqdim edildikdən dərhal sonra hakim Aidə Hüseyn yenə də təkrar 10 ay əvvəl xarici Audit qarşısında qoyduğu və heç bir cavabını ala bilmədiyi 18 sualın 17-sini dərhal bankın sifarişi ilə siyahıdan çıxarıb, cəmi 1 (bir) sualı saxlayaraq, 21.10.2022-ci il tarixində Ali Məhkəmənin məcburi və xüsusi tapşırığına yenə də əhəmiyyət vermədən təkrar əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək əvəzinə ilkin növdə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə Qarardad çıxarıb.
İş materialları ekspertiza tədqiqatına göndərilərkən 02.09.2022-ci il tarixli sözügedən Audit Rəyini hakim Aidə Hüseyn bankın sifarişi ilə iş materiallarının içərisindən çıxararaq, ekspetiza tədqiqatına göndərməyib.
Ekspertiza tədqiqatına kömək məqsədi ilə Audit Rəyi 2-ci dəfə məruzəçi hakim Aidə Hüseynə, həm də Ekspertiza Mərkəzinə poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq hakim Aidə Hüseyn Audit Rəyini yenə də Ekspertiza Mərkəzinə göndərməmiş, ekspert isə Ekspertiza haqqında Qanunun 12-ci maddəsinə “əsaslanaraq” guya məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamağın ekspertə qadağan edildiyini bildirməklə 02.09.2022-ci il tarixli sözegedən Audit Rəyini rədd edib.
Lakin, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 1-ci, 7-ci, 8-ci, 13-cü maddəsinin 3-cü, 6-cı bəndlərində göstərilmişdir ki, Məhkəmə Ekspertizasının predmetinə aid olan hər bir iş üzrə bütün materiallarla tanış olub, qoyulmuş suallardan əlavə məhkəmə ekspertizalarının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməyi, hətta məhkəmə ekspertizasını sifariş etmiş orqanın ekspertin hüquqlarını pozduqları halda qanunla müəyyən edilmiş qaydada şikayət etmək hüququ olduğu göstərilib.
Nəticədə də isə ekspertə AR CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti elan edilməsinə baxmayaraq, “Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 2.4.5, 2.8.1, 2.8.4 maddələrini, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci maddələrinin müvafiq bəndlərini kobudcasına pozaraq, tələb olunan metodik tələblərə cavab verməyən, tədqiqatında əvvəllər bu işlə bağlı keçirilmiş, eyni məzmunlu, eyni şöbənin, eyni tədqiqat metodu ilə aparılmış ilkin, əlavə, təkrar, komission məhkəmə mühasibatlıq ekspertizalarının verdikləri obyektiv Rəylərə zidd olan, sifarişçi hakim Aidə Hüseynin təsiri ilə 17.02.2023-cü il tarixində prosessual tələblərin pozulması ilə tədqiq edilmiş №9/7970 saylı natamam, ziddiyyətli ekspert Rəyi verilib.
17.02.2023-cü il tarixli №9/7970 saylı Rəyin natamam və ziddiyyətli olmasını bir daha onunla əsaslandırırıq ki, ekspertizanı sifariş vermiş məhkəmənin qərardadında və hətta ekspert Rəyinin özündə belə “Tədqiqat yalnız əslləri bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri (Bankın müvafiq ssuda, cari hesablarından çıxarışlara, bank mədaxil qəbzlərinə, ödəniş sərəncamlarına) əsasında aparılacağı göstərildiyi bir halda, iş materiallarında olan bankın 31.10.2013-cü il tarixli 4629 saylı xəbərdarlıq məktubundan fərqli əsas və faiz borcuna sildiyi 1300076 manat məbləğ nəzərə alınmamış, mübahisələndirilən kreditlər üçün aparılmış ödənişlərin əslləri bankın möhür və imzası ilə təsdiq edilmiş bank mədaxil qəbzlərinin 70%-i, cari hesabdan çıxarışlardakı ödənişlərin 27%-ni, bank sərəncamı ilə aparılmış ödənişlərin 100 %-ni, qeyri-qanuni saxta “Razılaşmalarla” bankın özbaşına sildiyi vəsaitlərin 43 %-ni, müvafiq ssuda hesablarında aparılmış ən vacib köçürmələrin, silinmələrin isə heç birini ekspert öz Rəyində göstərməməklə, kredit müqaviləsinin 2.7 maddəsinə əsasən borc qalığının tədqiqini müvafiq ssuda hesablarından çıxarışlara görə deyil, bankın təsiri və hakimin sifarişi ilə cari-təsərrüfat hesabından çıxarış sənədlərinə görə tədqiq edib.
Bir sözlə, “Azər-Kuban” MMC yə ayrılmış 2 milyon manat kredit üçün 17.02.2023-cü il tarixli ekspert tədqiqatı üzrə ekspertiza tədqiqatının yalnız əsli bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri üzrə aparılacağı göstərildiyi bir halda, əslləri bankın möhürü ilə təsdiq edilmiş 2023547 manatlıq (cari, ssuda, nəğd, sərəncamla) ödəniş sənədlərindəki aparılmış məbləğləri ekspert tərtib etdiyi natamam Rəyində nəzərə almayıb!
Belə ki, “Bank of Baku” ASC-nin hər ayın 1-dən 3-dək Mərkəzi Bankın Kredit Reyesteri Xidmətinə verdiyi icbari hesabatlarda Mərkəzi Bankın “Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında” Qaydaların 2.1, 2.5, 3.1, 5.1, 6.1, 6.4, 6.6 maddələrini və “Kredit Bürosu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı, 17-ci, 18-ci, 22-ci və 22.5-ci maddələrini kobud surətdə pozmuşdur. Sonuncu ödəniş müddətlərinin bankın müxtəlif tarixlərdə verdiyi hesabatlarda göstərilməsi bir daha onu sübut edir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 02.06.2015-ci il tarixli “Qüvvəsini almış” qətnaməsindən əvvəlki və sonrakı ödənişlərin 70%-dən çoxunun əslləri bankın ştamp əksi ilə təsdiq edilsə də, bu ödənişlər 17.02.2023-cü il tarixli №9/7970 saylı natamam, ziddiyyətli, Ekspert Rəyində göstərilməyib”.
Sahibkarın sözlərinə görə, hazırda 17.02.2023-cü il tarixli №9/7970 saylı Ekspert Rəyindən və həmin ekspertin əməlindən Bakı İnzibati Məhkəməsinə eləcə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət də verilib. İş hazırda adiyatı üzrə baxışda və araşdırmadadır.
Sahibkar daha sonra müraciətində qeyd edib:
“Eyni ekspertiza Mərkəzində, eyni iqtisadi ekspertiza şöbəsində, eyni ekspertlərin eyni metodla tədqiqi zamanı verilmiş ilkin, təkrar, əlavə, komission məhkəmə mühasibatlıq ekspertizalarının eyni məzmunlu Rəylərində bu ziddiyyətlər ətraflı araşdırılaraq obyektiv Rəy verilməsinə baxmayaraq, məruzəçi hakim Aidə Hüseyn qətnamə çıxararkən 17.02.2023-cü il tarixli sonuncu natamam, ziddiyyətlərlə dolu olan №9/7970 saylı Rəyini “mötəbər sənəd kimi” əsas tutaraq, iclas protokolları saxtalaşdırılmış heç bir araşdırması, məhkəmə mühasibatlıq ekspertizası keçirilməyən, iclas protokolları saxtalaşdırılmış 1-ci instansiya məhkəməsinin 02.06.2015-ci il tarixli 8 il əvvəl çıxarılmış, 8 il ərzində isə bankın hesabımızdan borc adı ilə sildiyi məbləğləri nəzərə almayan natamam, zidiyyətlərlə dolu olan qətnaməsini qüvvəsində saxlayıb.
İş hazırda Nəsimi rayon icra şöbəsində ipotekada olan mülkümüzə yönəldilib.
“Bank of Baku” ASC isə məhkəmə Ekspertiza Mərkəzində ekperti ələ aldığı kimi də adını gah “Sərraf M”, gah “Sərraf №”, gah “Sərraf …….” kimi çaşqınlıq yaradan “Sərraf M” qiymətləndirmə firması ilə sövdələşərək ipotekada olan mülkümüzü 13 il əvvəl girov götürülərkən qoyulmuş qiymətdən də 4 dəfə aşağı qiymətə saxtalaşdırılaraq, ipotekada olan mülkü “Sərraf M” firmasının əli ilə dəyərindən 8 dəfə aşağı qiymətə saxta Rəy əldə edərək, bankın hesabımızdan 1530480,24 manat vəsaitimizi özbaşına, sərəncamsız mənimsədiyi halda ipotekada olan 173 nəfərdən çox işçisi olan mülkümüzü də əlimizdən almaq üçün hər vasitəyə əl atırlar.
Hansı ki, həmin ipotekada olan mülk 13 il ərzində tikinti, təmir, abadlıq işləri aparılmış, yeni obyektlər açılıb, icarəyə verilən, fəaliyyətdə olan gəlir gətirən bir obyektə çevrilib.
Lakin, “Sərraf M” qiymətləndirici şirkəti şəxsi marağı xatirinə “Bank of Baku” ASC-nin sifarişi ilə Azərbaycan Respublikasının Qanunlarını pozaraq verdiyi saxta Qiymətləndirmə Rəyi versə də, həmin Rəydən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət verilib.
İcra zamanı “Borcalanlar” həmin borc məbləğlərinin tam ödənildiyini sübut edən, əslləri bankın möhürü və ştamp əksi ilə təsdiq edilmiş ödəniş sənədlərini icra məmurlarına təqdim etmələrinə baxmayaraq əllərində “qüvvəsin almış məhkəmə qətnaməsinin” olduğunu bildirərək ərizələrimizə, təqdim etdiyimiz ödəniş sənədlərinə əhəmiyyət verilməyib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “icra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli Qərarını əsas tutaraq, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn qətnamədəki yanlışlıqlar və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamə çıxarılması (MPM maddə 228, 229, 230 maddələrinə uyğun məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının keçirilməsinə xidmət göstərmək məqsədi ilə Bakı Apelliyasiya Məhkəməsinin məruzəçi hakimi Aidə Hüseynə qətnamədəki yanlışlıqlar və açıq hesab səhvləri ilə bağlı ərizə ilə müraciət edilmişdir. Hakim Aidə Hüseyn isə AR MPM-nin 420-ci maddəsini kobud surətdə dəfələrlə pozduğu kimi də Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinə dair 10.10.2017-ci il tarixli Qərarına da məhəl qoymadan 18.01.2024-cü il tarixli 2-2(103)-10/2023 və 30.01.2024 –cü il tarixli 2-2(103)-10/2023 saylı Qərardadla ərizələrimizi rədd edib.
Məcbur olub, Nəsimi rayon Məhkəməsinə icra məmurunun isə hərəkətlərindən şikayət etdik. Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyev icra məmuru iclasa gəlmədiyi bir halda, bankın isə üçüncü şəxs kimi iclasda şifahi çıxışını əsas tutaraq heç bir araşdırma aparmadan ziyanımıza qərar çıxarmışdır. Nəsimi rayon Məhkəməsinin çıxardığı bu Qərardan Apelliyasiya şikayət vermişdik. Bakı Apelliyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 15.03.2024-cü il tarixli 8 (006)-55/2024 saylı qərardadını (hakim Ceyhun Tağıyev) ləğv edərək işi adiyatı üzrə icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyindən tərəfimizdən verilmiş şikayətə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilib.
Beləliklə də Ekspertiza tədqiqatın düzgün aparılmamasının ucbatınından bankın “Borcalana” 3 (üç) ekspert, 1 (bir) Audit Rəyinə görə heç bir borc öhdəliyi qalmadığı, əksinə bankın hesabımızdan 1530384,24 manat vəsaitimizi özbaşına mənimsəyərək borcu olduğu təsdiq edildiyi bir halda, Ekspertiza Mərkəzinin eyni şöbəsində eyni tədqiqat növü ilə, eyni sual üzrə əvvəllər verilmiş 3 (üç) eyni məzmunlu ekspert Rəyinə zidd olan, 9/7970 saylı 17.02.2023-cü il tarixində 1539304,43 manat borcumuzun olduğu barədə ziddiyyətli Ekspert Rəyi verib.
Odur ki, “Bank of Baku” ASC-nin məhkəmə ekspert ilə, hakim Aidə Hüseynlə Qiymətləndirici “Sərraf M” birləşərək “Azər-Kuban” MMC-nin barəsində törətdiyi bu qanunsuz əməllərinə Qanunlarımızın Aliliyi səviyyəsində hüquqi qiymət verilməsi, göstərilən mötəbər sübutların araşdırılaraq Qanunlarımızı pozan hər hansı tərəflərin layiq olduqları haqlarına çatdırılması üçün Sizdən aşağıdakıların həyata keçirilməsinə yardım etməyinizi xahiş edirik:
1.Məhkəmə qərarı ilə keçirilmiş ilkin, təkrar, əlavə komission məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqi zamanı “Bank of Baku” ASC-nin əməlində aşkat edilmiş cinayət əməli ilə bağlı Bakı Apelliyasiya Məhkəməsinin çıxardığı 11.09.2017-ci il tarixli 2-1(103)-08/2017 saylı çıxarılmış xüsusi Qərardadın icra edilməsi ilə bağlı xüsusi tapşırığın verilməsini və bu qərardadın icrasının xüsusi nəzarətə götürülməsini;
2.Məhkəmə aktları ilə hüquqi qiymət verilməmiş və həmin aktlarda olan Məhkəmə Eekspertiza Mərkəzi tərəfindən Rəy verilərəkən nəzərə alınmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin №2-81-32/2015 saylı 02.06.2015-ci il tarixli qətnaməsi qəbul edilənədək və qəbul edildikdən sonra əslləri bankın möhürü və imzası ilə təsdiq edilmiş ödənişlərə əsasən silinən, köçürülən və banka nəğd ödənilən vəsaitlərin həcminin adiyatı, xüsusi biliyə malik mütəxəssislər tərəfindən müəyyən edilməsi üçün hazırkı sübutlar əsasında Ali Məhkəmənin 2-ci və 3-cü kasassiya baxışı zamanı çıxarılmış qərarlarında xüsusi tapşırıqlarına əsasən təkrar kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə araşdırmanın davam etdirliməsinə göstəriş verilməsini;
3.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində eyni mövzuda, eyni şöbədə, eyni tədqiqat metodu ilə əvvəllər məhkəmə qərarları ilə aparılmış ilkin, əlavə, təkrar, komission məhkəmə mühasibatlıq ekspertizalarının eyni məzmunlu Rəylərində “Bank of Baku”ASC-nin “Azər-Kuiban” MMC-nin hesabından özbaşına artıq silinmələr aparması və bununla bağlı 1-ci apelliyasiya baxışı zamanı bankın əməlində cinayət halı aşkar edildiyinə görə iş materiallarının surəti 11.09.2017-ci il tarixli xüsusi qərardadla Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi, Ali Məhkəmənin 2-ci və 3-cü kasassiya baxışları zamanı əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək üzrə verdikləri xüsusi tapşırıqların icrası əvəzinə hakim Aidə Hüseynin xarici Audit qarşısında qoyduğu 18 sualın 17-sini ləğv edərək ekspert qarşısında cəmi 1 sual qoyub, ilkin ekspertiza səviyyəsində keçirilən ekspertiza zamanı əldə etdiyi “mötəbər sənəd kimi” söykəndiyi yalnız 17.02.2023-cü il tarixli 9/7970 saylı natamam ekspert Rəyi ilə Eyni Ekspertiza Mərkəzinin bu işlə bağlı eyni məzmunlu verilmiş 3 ekspert Rəyi arasında yaranmış ziddiyyət və saxtakarlığın aşkar edilməsini;
4.Ekspertə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, eləcə də AR MPM-nin 63 və 100-cü maddələri ilə hüquq və vəzifələri izah edildiyi təqdirdə eyni Ekspertiza Mərkəzinin eyni mövzu üzrə, eyni şöbəsində, eyni tədqiqat metodu ilə aparılmış tədqiqatın əvvəlki 3 ekspert Rəylərinin nəticələri ilə sonuncu 17.02.2023-cü il tarixli №9/7970 saylı verilmiş Ekspert Rəyi arasında yaranmış kəskin fərqin və ziddiyyətin aydınlaşdırılaraq bilə-bilə yalan Rəy vermiş Ekspertin barəsində Qanunlarımızın Aliliyi çərçivəsində layiq olduğu haqqına çatdırılmasını xahiş edirik.
Xahişimizdə göstərilən halların obyektiv araşdırılması üçün adiyatı orqanlara xüsusi tapşırığının verilməsini və həmin orqanların adiyatı üzrə cavablandırılarkən tək müraciət edən müəllifə (bizə) deyil, həm də adiyatı orqanların Rəhbərliyinə də işin nəticələri barədə məlumat verilməsinin tələb edilməsini göstərməklərini bir daha Sizdən səmimi olaraq xahiş edirik”.
Ardını oxu...
Goranboy Rayonunda guya, abadlıq işləri aparılan küçələrdə yağan-yağışlar evlərə dolub, həyətlərdə göl əmələ gətiribdir.

Kimdir günahkar?

Məhərrəm Quliyevin rəhbəri olduğu Goranboy Rayon İcra Hakimiyyətinin tenderlərdə ən aktiv olduğu il 2023-cü ildir.

Çünki adıkeçən icra orqanı həmin ildə dəyəri 1 milyondan çox olan musabiqə keçirib və pul "paylayıb".

Goranboy Rayon İcra Hakimiyyəti - "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti - Goranboy şəhəri, Rövşən Mustafayev, Vüqar Bayramov küçələrində və Heydər Əliyev prospektində aparılacaq abadlıq işləri - Məbləğ: 151.246,43 AZN.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "GÖYGÖL TİKİNTİ" MMC-nin qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.

Goranboy rayon İcra Hakimiyyəti başçısının Aşağı Ağcakənd Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 2 mərtəbəli, 16 mənzilli 2 yaşayış binasının əsaslı təmir işlərinin satın alınması - Məbləğ:129.832,15 AZN.

Nizamnamə kapitalı 1120 AZN olan "CONSTRUCTION BUSINESS GROUP" MMC-nin qanuni təmsilçisi ELMİR BABAYEV VAQİF OĞLUdur.

Goranboy Rayon İcra Hakimiyyəti - GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri - Məbləğ:364.774,29AZN

Goranboy Rayon İcra Hakimiyyəti - "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -Goranboy şəhəri, Heydər Əliyev prospekti, Vuqar Bayramov, Nizami, Cəfər Cabbarlı küçələrində və Şəhidlər Xiyabanında aparılacaq abadlıq işləri - Məbləğ:281.059,02 AZN.

Diqqətçəkən məqam isə Məhərrəm Quliyevin tenderlərdə "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə önəm verməsi və qalib seçməsidir.

Maraqlıdır "10 manatlıq" şirkət icra başçısında hansı güvəni yaradıb ki, ora yarım milyondan çox öuı köçürməyə razılıq verib.

Goranboy Rayon İcra Hakimiyyətinin abadlıq işləri adı altında ayrılan tenderlərin maliyyəsi hansı istiqamətdə xərclənməsi sual altında qalır.

Hurriyyet.az
 
 


 

Ardını oxu...
İmişli rayonu, Qulubəyli kənd sakini Nağıyev Mirağa Seyidəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona verilən pay torpağını yaşadığı kəndin keçmiş bələdiyyə sədri Quliyev Mirzə Fərzula oğlu 2 il sonra xəbərsiz şəkildə başqa birinə satıb:

“Mən, Nağıyev Mirağa Seyidəli oğlu, yazaraq bildirirəm ki, 2002-ci ildə bələdiyyə tərəfindən mənə 2 hektar 16 sot torpaq sahəsi verilib. Daha sonra səhhətimlə bağlı Rusiyaya getməli oldum. Həmin ərəfədə, yəni 2004-cü ildə Qulubəyli kəndinin bələdiyyə sədri Quliyev Mirzə Fərzula oğlu dövlətin mənə ayırdığı torpaq sahəsini tikinti adıyla Xankişiyev Əli Musa oğluna 5 illik müqavilə qarşılığında satıb. O, saxta sənədlər tərtib edərək həmin işi görüb. Həmin ərazidə heç bir tikinti işi aparılmayıb.

Sual yaranır ki, mənim razılığım olmadan, imzam çəkilmədən bunlar necə baş verib? Deməli, saxta yollarla sənədlər toplayırlar, insanların başına bu oyunu açırlar. Bu, təkcə bələdiyyəlik deyil, başqa qurumlar da cavab veməlidir”.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin birinci müavini Quliyev Mirzə Fərzula oğlu ilə əlaqə saxladıq. O, iddiaların əsassız olduğunu bildirdi:

“Bütün bu fikirlər böhtan xarakteri daşıyır. Mən əvvəllər sədr olaraq bələdiyyədə işləmişəm. 2004-cü ildən bəri İmişli Rayon İcra Hakimiyyətində işləyirəm. Nağıyev Mirağanın atası Seyidəli Nağıyev Torpaq İslahatı Komissiyasının sədri olub. Pay torpaqlarının satılması və icarə verilməsinin bələdiyyə sədrinə adiyyəti yoxdur. Torpaqlar onun rəsmi sənədləri əsasında kənd sakinlərinə paylanıb. Həmin dövrdə onun pay torpağı və atası Seyidəli Nağıyevin pay torpağı ferma müdiri Xankişiyevə məxsus tövlələrin olduğu ərazidən verilmişdi. Xankişiyev Əli bununla əlaqədar məhkəməyə müraciət edib. Keçirilən məhkəmə prosesində onların “pay torpaq” sənədlərinin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub. Hətta Ali Məhkəmədə də nəticə təsdiq olunub.

Hazırda Seyidəli Nağıyev öz pay torpağını və oğlu Mirağanın pay torpağını bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən götürüb. İndi sözügedən ərazilər Seyidəli Nağıyevin istifadəsindədir”.
 
Ardını oxu...
“Onsuz da ağırlaşırmışsan” – İtaliya dərmanı, Koreya terapiyası və yerli həkimin laqeydliyi

İki min manata yaxın xərcim çıxmağına baxmayaraq xəstəliyim nəinki azaldı, əksinə məndə olmayan digər ciddi xəstəliklər yarandı.
Ardını oxu...
Paytaxtın Nəsimi rayonunda yerləşən “Referans Wellbeing Centr” klinikasının baş həkimi, endekrinoloq Ülya Quliyevadan şikayət var.

“Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Sadıxova Mələk Ələkbər qızı bildirir ki, 2024-cü ilin mart ayının əvvəlində doktorun köməkçisi ilə əlaqə saxlayıb və ayın 9-da onu qəbula yazıblar:

“İlk qəbul Badamar Plaza”da baş tutdu. Qəbulda 100 (bir yüz) manat ödəniş etdim, amma mənə heç bir çek təqdim olunmadı. Həkimin qəbuluna girdim, məni narahat edən səhhət problemlərim haqda danışdım, boğazımda, boynumda limfa düyünləri olduğunu dedim.

İnfeksionist tərəfindən müayinələrim olub ve limfa düyünlərim reaktiv olduqu üçün ciddi problemə səbəb olacağı barədə mənə net şəkildə bir söz deyilməyib. Müəyyən müalicələr, o cümlədən antibiotik müalicələri almışam, durumum stabilləşib, amma limfa düyünləri yerində qalıb. Özümü çox yorğun, halsız hiss edirəm. Həkim təqdim etdiyim analizlərə baxdı, hansı həkimlərdən hansı tövsiyələr aldığımı, hansı müalicələri qəbul etdiyimi izah etdim. O, məndən əlavə olaraq müəyyən analizlər istədi, mənə analiz blankı verib bildirdi ki, yalnız həmin analizlərin nəticəsinə baxıb konkret nəsə deyə bilər. Əlavə etdi ki, analizləri dürüstlüyünə inandığı “Referans” Klinikasına, yaxud, Ailə Sağlamlıq Klinikasına verməyimi tövsiyə etdi.
Ardını oxu...
Ertəsi gün onların ofislərinin yaxınlığında yerləşən “Ailə Sağlamlıq Klinikasına gedib analizlərimi verdim, təxminən 600 (altı yüz) manat civarında pul ödədim. Ödənişi təsdiqləyən qəbz də aldım.
Ardını oxu...
Analizlərin cavabı hazır olandan sonra təkrar müayinə üçün məni martın 16-da qəbula yazdılar. Təkrar müayinədə analizlərin nəticəsinə baxan həkimdən nə gördüyünü, mənim müalicəmi boynuna götürüb-götürməyəcəyini soruşdum. Bir daha xatırlatdım ki, maddi və mənəvi cəhətdən çox yorulmuşam, indiyədək üz tutduğum çoxsaylı həkimlər ən yaxşı halda mənim durumumu yalnız stabilləşdirməyi bacarıblar, amma tam müalicə etməyə nail olmayıblar.
Əvvəl
Ardını oxu...
Ardını oxu...
Son nəticə
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Limfalarımın şişmə səbəbini nə ilə əlaqələndirdiyi soruşdum. Bildirdi ki, səbəbi çox şey ola bilər, “bizim müalicə metodumuz fərqlidir, biz xəstəliyə yönlənmirik, kök-hüceyrə səviyyəsində müalicə aparırıq. Müəyyən dərmanlar var ki, evdə qəbul etməyiniz üçün verəcəyik, bəzi preparatlar isə sistem şəklində hər həftə klinikanın özünə gəlməklə orqanizminizə köçürüləcək”. Əvvəllər qəbul etdiyim, effektini görmədiyim preparatların adını çəkdim. Həkim köçürülecek sistemlerin İtaliyadan gətirildiyini, keyfiyyətli olduqlarını, Bakının apteklərində onları tapa bilməyəcəyimi dedi:
Ardını oxu...
Onlardan aldiqim dermanlar
155 azn ŏdedim.
Ŏzleri qeyd edibler qelemle.
Ancaq cek vermediler.
Ardını oxu...
“Narahat olmayın, arxayın olun, özünüzü mənə əmanət edin”. Elə həmin gün ilk sistem köçürülməsini tətbiq etdilər. İkinci sistem köçürülmə proseduru ayın 22-də, üçüncüsü ayın 30-da baş tutdu. Birinci sistemdə özümü normal hiss edirdim. Artıq ünçü sistemdə özümdə şişkinliklər hiss etməyə başladım. Aprelin 6-da dördüncü sistemin qəbulunda həkim özü məndən nə qədər çəki atdığımı soruşdu. Mən isə əksinə, iki-üç kilo əlavə çəki aldığımı söylədim. O dedi ki, belə şey mümkün ola bilməz, yəqin nəsə düz getmir. Soruşdum ki, mən nəyi səhv edə bilərəm, axı bütün proses onun nəzarəti ilə həyata keçirilib. O, köməkçisinə məni üç gün ərzində nəzarətə götürməyi, yediklerim haqqinda onlara melumat verməyimi tapşırdı. Sonrakı günlər ərzində mən qəbul etdiyim qidaların şəklini belə çəkib votsapla həkim köməkçisinə göndərir, müfəssəl məlumat verirdim. Hekim hətta mənə rasionumda ət və ət məhsullarına az yer verdiyimi, bir az artırmaq lazım olduğunu tövsiyə etdi. Həmin həftə bayram ərəfəsinə düşdüyü üçün növbəti sistem qəbulu bir neçə günlüyə təxirə düşdü. Aprelin 13-də aniden səsim tutuldu, keçirdiyim narahatliq barədə həkim köməkçisinə məlumat verdim. Köməkçi həkimlə danışıq səslərini vatsap üzerinden mənə göndərdi. Duydum ki, həkim emosional çıxış edir, guya mənimçün əlindən gələni etdiklərini bildirir. Çifayda, mən gördüyüm tibbi xidmətdən narazı qaldım. Onlar mənimlə yenidən görüşmək istədiklərini bildirdilər, klinikaya təkrar dəvət etdilər. Aprelin 20-de artıq onların köçdükləri Nəsimi rayonundakı yeni ünvanlarına getdim. Yenidən həkimlə danışanda şişməyə başladığımı,çekimin 126 kiloqramdan 130 kiloqrama qalxdığını, qəbzlik yarandığını, səsimin iki günün içində qəfildən tutulub-açıldığını dedim. Həkim bu dəfə də panikaya düşməməyimi məsləhət gördü: “Əgər məni deyib gəlmisənsə, sənə kömək olacam! Sistemləri dayandırma, davam et. Ola bilər ki, dərmanlardan yüklənmisən. O halda hidrokolon terapiyaya getməyin lazımdır”. Sonra isə məne bir telefon nömrəsi verib özündə bağırsaqların yuyulmasını ehtiva edən hidrokolon terapiyası üçün həmin nömrə ilə əlaqə saxlamağımı, danışanda onun adını verməyimi tövsiyə etdi ve hemen gün beşinci sistemi qebul etdim.Mən həkimin tövsiyəsinə uyğun olaraq Koreya Şərq Təbabəti Kilinikasına yollanıb 70 (yetmiş) manat ödəməklə hidrokolon terapiyasına da getdim. 27 apreldə altıncı, mayın 4-də yeddinci və axırıncı sistemi qəbul etdim. Bir sözlə, hekim nə dedisə,hamsini etdim. Ancaq axırıncı dəfə sistem qəbul etdikden sonra tərəzidə çəkimi ölçüb 130 kiloqramdan birdən-birə 136 kiloyadək artdığını öyrəndim. Tərəzinin göstəricisinin şəklini çəkib həkim köməkçisinə məlumat verdim. Şişkinlikdən, təngnəfəslikdən şikayətləndim. Doktorla danışmaq istədiyimi xahiş etdim. Köməkçi doktorla əlaqə saxlayıb cavabını mənə bildirdi: “Baxsın Mələk xanım, əgər alınmırsa, müalicəni dayandırsın”. Mən təəccübləndim, həm də çox məyus oldum. Köməkçiyə bildirdim ki, mənim müalicə gedişində belə vəziyyətə düşməyimə mənim qədər, elə məndən də artıq həkimim özü narahat olmalıdır, səbəbini araşdırmalıdır. Həkimin cavanının absurd olduğunu, müalicəni dayandırmağa qərar verməyin mənim ixtiyarıma buraxılmamalı olduğunu bildirdim. Həmçinin, həkimin mənə on sistem köçürüləcəyini, artıq ikinci sistemdən sonra fayda hiss edəcəyimi dediyini xatırlatdım. Köməkçi həmin gün etirazıma reaksiya vermədi, ertəsi gün zəng edib əvvəlki mövqeyinin üstündə durdu: “Biz əlimizdən gələn köməkliyi etməyə çalışmışıq, bu bizlik deyil”. Mən artıq özümdən çıxdım, doktorun mənlə əlaqə saxlamağını tələb etmeyime baxmayaraq menle elaqe saxlayib maraqlanan olmadı.Sonrakı bir neçə gün ərzində mənim vəziyyətim daha da pisləşdi. Yoldaşım mənim qolumdan tutub məni həkimin yanına apardı. Həkimdən xahiş etdi ki, xəstəni sağalda bilmirsə də, heç olmasa əvvəlki vəziyyətinə qaytarsınlar. Həkim yenə emosional tərzdə əlindən gələni etmiş olduğunu, vəziyyətimin ağırlaşmasına cavabdeh olmadığını söylədi: “Siz mənim yanıma gəlməsəydiniz belə, zatən ağırlaşmaq üzrəydiniz ki, belə şey baş verib. Yazdığım müalicənin sizə heç bir ziyanı ola bilməz”. Bir növ elə danışdı ki, mənim ağırlaşma vəziyyətimdə müraciət etməyim onun bəxtsizliyidir. Halbuki, mən onun yanına gedəndə hazırki şikayətlərim yox idi, tamam başqa şikayətlər idi. Yeri gəlmişkən, mən həkimin yanına gedəndə başqa tibb mərkəzində çıxartdırdığım USM müayinəsi nəticəsini aparmışdım. Əgər daha əvvəlki USM müayinəsində qara ciyərimin ölçüləri 150-yə qarşı 155 idisə və həkim bu göstəricinin müalicəyə ehtiyaclı olduğunu demişdisə, sonrakı ultrasəs müayinəsində həmin göstərici artıq 180 çıxmışdı. Bundan başqa, həkimin “müalicəsindən” sonra böyrəyimdə 16 mm-lik kista yarandı, həmçinin kreatinin səviyyəsi qalxdı,böyreyimde şiddetdi ağrılar yarandı.Qol altımda, sinəmdə, çənəmin altında çoxsaylı limfalar yarandı. Həkimin qarşısına USM nəticələrini qoyanda dedi ki, bu müayinə nəticələrini qəbul etmir, bir sözlə, hər şeydən boyun qaçırdı. Bundan sonra həyat yoldaşım həkimdən indiyədək mənim üzərimdə hansı müalicə vasitələri tətbiq edibsə, hamısının siyahısını istədi. O, bizi bayıra çıxardı, köməkçisini çağırdı, kağıza siyahı yazıb bizə verdilər. Düzü, həmin siyahıda həqiqətən bütün məruz qaldığım müalicə vasitələrinin əhatə olunduğu tam inandırıcı gəlmir. Həkimin son sözü bu oldu ki, “sənin vəziyyətin zatən ağırlaşmaq üzrəymiş, get MRT müayinəsindən, onkoloji müayinələrdən keç” və s. Onun danışıqlarının məna kəsb etmədiyini görüb klinikanı tərk etdik. Sonuncu analizlərimin nəticəsi kimi bəlli oldu ki, şəkərimdə yüksəlmə, insulin dirənci var. Biokimya testində qlükoza səviyyəsi normalda 70-100 aralığında olmalı halda, əvvəlki neticem 112-idi.Bu müaliceden sonra 156 mg/dL göstəriciyə qalxdı. Qara ciyer sınaqlarimda yükselib
ALT- 77, AST- 48 olub. Hazırda əlim-ayağım şişib, əmək qabiliyyətimi itirmişəm. Hərəkət edə bilmirəm, oturub-durmağıma mütləq kimsə əlimdən tutub köməklik etməlidir”.

Ülya Quliyeva klinikada tibbi xidmətin haqqının ödənişi məsələsində şəffaflığın, hesabatlılığın olmadığını deyib: “Bir daha xatırladım ki, qəbula ödədiyim 100 (bir yüz) manatın çeki verilmədi, özləri mənə verdikləri dərmana görə ödədiyim 155 (bir yüz əlli beş) manata görə də çek təqdim olunmadı. Vurulan sistemlərin də nağd şəkildə ödədiyim pullarına görə qəbz verilmədi. Yalnız kartla ödədiyim pullara görə qəbz verilirdi”.

Ümumilikdə iki min manata yaxın xərcim çıxmağına baxmayaraq xəstəliyim nəinki azaldı, əksinə məndə olmayan digər ciddi xəstəliklər yarandı.

Vət. Sadıxova başına gələnlərin mediada ictimailəşdirilməsi ilə aidiyyəti qurumların diqqətini problemə yönəltmək, Ülya Quliyevanın ona hədər yerə xərclətdirdiyi iki min manata qədər pulların geri qaytarılmasına nail olmaq istəyir.

Aidiyyatı qurumlara ünvanladığımız müraciətə cavab aldıqdan sonra mövzuya yenidən qayıdacağıq.

P.S. Qarşı tərəfin mövqeyini öyrənmək üçün klinikanın 012-310-00-22 iş nömrəsinə zəng edib və 070-653-00-33 votsap nömrəsinə yazıb məlumatlandırsaq da, klinikadan bildirdilər ki, müraciətiniz aidiyyatı üzrə yönləndirilib. Nə vaxt deyilən faktlara mövqelərini bildirsələr qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti