Ardını oxu...
Bakı-Sumqayıt sürət qatarı işə düşdükdən sonra böyük əksəriyyət elə zənn edirdi ki, Bakının tıxac və sərnişindaşımada mövcud problemlərin bir hissəsinin aradan qalxmasına səbəb olacaq. Lakin bunun tam tərsi müşahidə olunur. Səbəblər çoxdur.
Tribunainfo.az Azərbaycan Dəmiryolları İdarəsinin (ADY) bir sıra neqativ cəhətləri ilə bağlı müəyyən araşdırmalar aparıb. Bu zaman məlum olub ki, problem təkcə Bakı-Sumqayıt sürət qatarları ilə bağlı deyil. Həm də ADY-nin bir sıra məsələlərdə səritəsizlik etməsi də mövcuddur.
Problemlərdən biri budur ki, hal hazırda Bakı-Sumqayıt qatarından istifadə edənlər istifadə etdikləri gediş kartlarından yalnız bir nəfər üçün, yəni özləri üçün istifadə edə bilərlər. Hərçənd bu olduqca məntiqsiz qərardır. Çünki ailəsi ilə birlikdə Bakıya gələn və ya əks istiqamətdə hərəkət edənlər məcburiyyət qarşısında qalaraq, onlar üçün də gediş kartı almalıdırlar. Halbuki “Bakı kart” və digər nəqliyyat vasitələri üçün nəzərədə tutulmuş gediş kartlarında bu neqativlik yoxdur. Yəni, onlar çoxnəfərlik gediş üçün də nəzərdə tutulub.
ADY-nin belə məntiqsiz qərar qəbul etməsinin bir neçə səbəbi var. Onlardan biri bu quruma təyinat almış Rövşən Rüstəmovun dəmiryolu sahəsini yaxşı bilməməsidir. Uzun zaman “Azərpoçt”da “bandrollar şöbəsi”nə rəhbərlik etmiş bu şəxsin dəmiryolları haqqında anlayışı demək olar ki, yoxdur. Digər məsələ isə kart satışı prosesindən pul qazanmaq həvəsidir. Və gedişat da təsdiq edir ki, yalnız bir nəfər üçün gediş kartının nəzərdə tutulmasının başqa səbəbi ola bilməz.
Amma ADY-də dərd bununla da bitmir. Məsələ odur ki, bu qurum qanunvericiliyin pozulması hallarına görə də, xeyli “irəli” gedib. Hələ bu ilin əvvəlində İqtsiadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ADY ilə bağlı araşdırmalara başlamışdı. Tribunainfo.az xəbər verir ki, həmin araşdırmalara səbəb isə özəl nəqliyyat şirkətlərinə qarşı ayrı-seçkilik etməsi olub. Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətləri ADY-dən şikayətçi düşüblər. Onlar bildiriblər ki, ADY şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir. Eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilir.
Dövlət Xidməti müəyyən edib ki, ADY rəhbərliyi rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.
Qeyd edək ki, bu araşdırmalardan sonra sözügedən xidmət hansı qərar qəbul edib, məlum deyil. Ümumiyyətlə, qərar qəbul olunubsa, Rövşən Rüstəmov neqativ halları aradan qaldırlamlı idi. Lakin görünən odur ki, problem həll olunmayıb. Səbəb isə yenə özbaşınalıq və səriştəsizlikdir.
Bu əsnada, Tribunainfo.az-a daxil olan məlumatlarda deyilir ki, Rövşən Rüstəmov təkcə, ADY-də deyil, elə “Azərpoçt”da işləyən zaman da sərişətiszlik səbəbindən xeyli söz eşidib. Hətta onun “Azərpoçt”da şöbə müdiri olan zaman bir neçə dəfə töhmət aldığı iddia olunur. Bəzi məlumatlara görə, bu töhmətlərdən biri dövlət qurumlarından birinə çatmalı olan bandrolun səhv ünvana göndərilməsi olub. İddialara görə, həmin bandrol isə kifayət qədər ciddi qurumlardan birinə məxsus olub. Nəticədə, qalmaqal yaranıb. Həmin hadisədən Rövşən Rüstəmov güclə sıyrıla bilib. Həmin dönəmdə onun yaxınlarının yuxarı instansiyalardan xahişlərindən sonra məsələ qapadılıb.
Hətta o da iddia olunur ki, həmin vaxt Rüstəmov bir xeyli xərcə düşmək məcburiyyətində də qalıb. Lakin bu xərcin konkret olaraq nədən ibarət olması məlum deyil.
Yazıdakı hallarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
2020-ci ilin aprelində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunmasından sonra məlum oldu ki, o vəzifəli şəxs olaraq şəxsi maraqları naminə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol verib.

Odur ki, elə həmin il Biləsuvar rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi. Prezidenti İlham Əliyev Faiq Qürbətovu Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman xatırlatdı ki, “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar.”

Avqustda Faiq Qürbətovun Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 4 ili tamam olacaq. Elə ölkə başçısının təbirincə desək Faiq Qürbətovun başçılıq etdiyi rayonda qanunları hələ də pozurlar.

Aktualinfo.org -un Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən keşirilmiş kotirovka sorğusu proseduru ətrafında apardığı araşdırmada bir çox şübhəli məqamlar məlum oldu.

Belə ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən 29.03.2024-cü il tarixində tullantı konteynerlərinin satın alınması barədə keçirilmiş kotirovka sorğusunda iştirak edən AZ4914, SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, EV 1, MƏNZİL 23 ünvanında qeydiyyatda olan”Saffira Plus” MMC (VÖEN:6701559471) 19 540.80 AZN məbləğində qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib elan edilmişdir. Əlavə olaraq qeyd edək ki, “Archimed” və “Bakı Universal Maşınqayırma” MMC-ləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq 21.05.2024-cü il tarixinədək gözləmə müddəti təyin olunmuşdur. (Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazası üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Zeynalova Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış bir neçə MMC də var ki, dəyəri yüzminlərlə ölçülən bir çox şübhəli satınalmaların qalibi seçiliblər. “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızının o kənddə pasport qeydiyyatının olmaması barədə də məlumatlar var.

Göründüyü kimi Zeynalova Nurlanə Şahin qızı eyni zamanda “4 MM AQRO” MMC-nin qanuni təmsilçisidir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir. Belə olan halda Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının Satınalma Komissiyası “SAFFİRA PLUS” MMC-nin qeyd olunan satınalmada iştirakına necə yol verib?

Göründüyü kimi Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı ilə “SAFFİRA PLUS” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar var. Belə ki, satınalmanın keçirilməsi zamanı bu hala ya Kombinatın Satınalma Komissiyası göz yumub, ya da “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı ona satınalmalarda iştirak hüququ verən sənədləri saxtalaşdırıb.

Qeyd edək ki, 2020-ci ildə DTX-nin Biləsuvar rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində işindən olanların biri də Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Xalidə Ağayeva da olub. Onun yerinə 2021-ci ilin iyulunda Ceyhun Həyatov təyin olunub. Yuxarıda qeyd etdiyimiz məlumatlardan görsənən odur ki, nə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, nə də onun kadrı şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Ceyhun Həyatov Prezidentin tövsiyyələrindən bir nəticə çıxara bilməyiblər.
 
Ardını oxu...
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixdə imzaladığı sərəncamla MTN rəhbəri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması ölkənin ictimai–siyasi həyatında böyük rezonans yaratdı. Məlum oldu ki, sabiq nazir ona göstərilən yüksək etimaddan öz çirkin məqsədləri üçün istifadə edərək, ətrafina topladığı cinayətkar dəstə vasitəsilə sahibkarlara, o cümlədən imkanlı şəxslərə qənim kəsilərək, soyğunçuluqla məşğul olub.

Hər gün Eldar Mahmudovun dəstəsinin üzvləri tərəfindən külli miqdarda vəsaiti talanan sahibkarların yeni şikayətlərinin şahidi oluruq. Vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edən MTN əməkdaşlarının, o cümlədən generalların işdən qovulması və həbs olunmaları az qala bütün dünyaya səs salsa da, Eldar Mahmudovun cinayətkar dəstəsinin hələlik cəzadan kənarda qalan üzvləri öz çirkin əməllərindən əl çəkmirlər.

MTN-də illərdir kök salmış cinayətkar dəstənin qurbanlarından biri də AMA ASC–nin sahibkarı və səhmdarlarıdır. Səhmdarların AzPolitika-ya verdikləri məlumata görə, üç ildir AMA ASC (köhnə Sabunçu Bazar -5) səhmdarların illik ümumi yığıncağını keçirmir. Səhmdarların hüquqları ASC-ni zəbt edən bir qrup mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən kobud şəkildə pozulub. 2013-cü ilin oktyabr ayında AMA ASC-nin İdarə Heyətinin sədri Rəşad Əlizadə səhmdarların növbədənkənar iclasını ASC-nin inzibati binasında deyil, küçədə keçirməli olub. R.Əlizadə səhmdarlara bildirib ki, 6 avqust 2013–cü ildə gündüz saat 11-12 radələrində idmançı Fariz Məmmədov 25 nəfərin müşaiyyətilə AMA ASC-nin ərazisini zəbt ediblər. Həmin günün səhəri yenidən Fariz Məmmədovun rəhbərliyilə, altısı dünya çempionu olmaqla, 55 nəfər idmançı ASC-nin inzibati binasına hücum edərək, İH-nin sədri R.Əlizadəyə, baş mühasibi Allahverdi Mahmudova və digər işçilərə zor tətbiq edərək, döyə-döyə ASC-nin ərazisindən qovub çıxarıblar. Hadisəylə əlaqədar 102 xidmətinə edilən müraciət əsasında əraziyə gələn polis əməkdaşları da cinayətkar dəstə barədə heç bir inzibati tədbir görməyib. Qanuna zidd olaraq, ASC-nin inzibati binasını zəbt edərək xəzinədarın otağına daxil olan F.Məmmədov və dəstənin digər üzvləri cəmiyyətin möhürü və külli miqdarda vəsait olan seyfi ələ keçiriblər. Dəstə F.Məmmədovun rəhbərliyilə, qeyri–qanuni olaraq, cəmiyyətin iş rejimini və əməkdaşların əmək fəaliyyətini dayandırıblar. Nəticədə AMA ASC–nin Vergilər Nazirliyinə və əlaqədar dövlət təşkilatlarına külli miqdarda borcu yığılıb qalıb. Məlumata görə, ASC-yə basqın edən idmançıların içərisində qaydasız döyüş üzrə dünya çempionları Şəhriyar və Bəxtiyar qardaşları da iştirak ediblər. R.Əlizadənin səhmdarlara dediyinə görə, ara sakitləşəndən sonra F.Məmmədovla aparılan danışıqlar zamanı o, bəzi etiraflar edib. Deyib ki, idmançılardan ibarət dəstə “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun göstərişilə hərəkət edir. Məqsəd düşünülmüş plan əsasında özünün və əlbir olduğu bəzi “yüksək vəzifəli şəxslərin” maraqlarını təmin etməkdir. Belə ki, bir-biri ilə qohumluq əlaqələri olan Səfər Süleyman oğlu Əliyev, onun oğlu, MTN Astara rayon şöbəsinin sabiq rəisi (Bugünlərdə işdən çıxarılıb-red) Ceyhun Səfər oğlu Əliyev, yaxın qohumluq əlaqələri olan Novruzəli Qaraş oğlu Əsgərov, Sahib Əli oğlu Həşimov və o, təklif əsasında AMA ASC–ni zəbt ediblər. Deyilənə görə, “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özü şəxsən bildirib ki, AMA ASC 400 000 (dörd yüz min) manata sabiq MTN əməkdaşı, hazırda həbsdə olan Ceyhun Əliyevin atası Səfər Əliyev və Sahib Həşimov tərəfindən alqı-satqı yolu ilə alınıb.

“Hətta bizə hədə-qorxu gələrək öz cinayətkar əməllərini pərdələmək üçün deyilib ki, guya bu məsələ PA-nın rəhbəri Ramiz Mehdiyev və oğlu Timur Mehdiyevin nəzarəti altindadir. Lakin biz düşünürük ki, bu sabiq nazir Eldar Mahmudovun ətrafindakı dəstənin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun yaxınlarına, ailə üzvlərinə qarşı məqsədli şəkildə düşünülmüş təxribatıdır”, deyə səhmdar bildirib.

Dövlət məmurlarının adlarından öz çirkin məqsədləri üçün istifadə edərək, 6 avqust 2013-cü il tarixdən bu günədək Fariz Məmmədovun rəhbərliyi ilə idmançılardan ibarət dəstə AMA ASC-nin gəlirlərini mənimsəməklə, həm dövlətə, həm də səhmdarlara külli miqdarda ziyan vurmaqla məşguldurlar. Sabiq nazir Eldar Mahmudovla isti münasibətlərdə olan MTN-in Astara Rayon Şöbəsinin sabiq rəisi Ceyhun Səfər oğlu Əliyev və atası Səfər Süleyman oğlu Əliyev (Türkiyənin Antalya şəhərində otel tikintisi ilə məşğuldur), Sahib Əli oğlu Həşimov və xalası oğlu Novruzəli Qaraş oğlu Əsgərov, Aydın Əhmədov (vasitəçi Mərdəkan Broyler ASC-də rəhbər vəzifədə çalışıb), Vidadi Orucov (ləqəbi “Vadim”, RF-nın vətəndaşıdir, Moskva şəhərində OMON-da işləyir), qardaşı Ramiz Orucov və kriminal aləmdə Alik ləqəbiyiə tanınan, özünü MTN-nin polkovniki kimi təqdim edən Allahverdi Abbasov və Məzahir adli şəxs qabaqcadan əlbir olaraq, AMA ASC-ni ələ keçiriblər.

Deyilənə görə, Allahverdi Abbasovun həyat yoldaşı Ədliyyə Orqanlarında çalışır. Zərərşəkmiş tərəf MTN-nin əməkdaşı olmuş Ceyhun Əliyevin rəhbərliyilə mütəşəkkil cinayətkar dəstə tərəfindən əmlakının zəbt olunması və külli miqdarda vəsaitinin talan olunması ilə əlaqədar dəfələrlə MTN-nə müraciət etsə də, heç bir tədbir görülməyib. Günün günorta çağı Sabunçu rayonunun mərkəzində quldur dəstəsi açıq-aşkar AMA ASC-nin hazırkı sahibkarını öz mülkünə buraxmır, dövlətə heç bir vergi ödəmədən ASC-nin gəlirlərini mənimsəyir. “Bəs görəsən Sabunçu rayon İH –nin başçısı Adil Vəliyev hara baxır? Vergilər naziri Fazil Məmmədov 3 il vergidən yayınan AMA ASC-ni niyə cəzalandırmır? AMA ASC-ni zəbt edən idmançılardan ibarət adları adam oğurluğunda hallanan quldur dəstəsinin havadarı kimdir? Hal–hazırda Prezident İlham Əliyevin ciddi göstərişilə sahibkarları talamaqla məşğul olan cinayətkarlara qarşı mübarizə aparıldığı vaxtda, Fariz Məmmədov və onun havadarları öz cinayətkar əməllərinə son qoymurlar. Görünən odur ki, Eldar Mahmudovun yaratdığı “MTN”çi quldur dəstəsi hələ də öz işindədir. Həbs edilənlər aysberqin görünən tərəfidir. Bir qrup idmançıdan ibarət quldur dəstəsini maliyyələşdirərək sahibkarların mülkünü zəbt edən hazırki mütəşəkkil cinayətkar dəstənin havadarı kimdir? Əmlakı talanan sahibkar dəfələrlə əlaqədar dövlət məmurlarına şikayət etsə də, onun şikayətləri qulaq ardına verilir.”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info
 
 

 


Ardını oxu...
Asif Ağayev Beyləqan rayon icra başçısı vəzifəsindən çıxarıldıqda sonra rayon İcra Hakimiyyətində yoxlamalar aparılır...

Poliqon xəbər verir ki, bu barədə "Beyləqan Xəbərləri" səhifəsi məlumat yayıb. Səhifə iddia edir ki, bir neçə gündür Baş Prokrouluq işçiləri Beyləqan rayon İcra Hakimiyyətində korrupsiya yoxlamasına başlayıblar.

İcra binasının dəhlizlərində gəzən söhbətlərə görə artıq icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev Bakıya çağrılaraq dindirilib. Həmçinin yaxın vaxtlarda digər məsul şəxslər, o cümlədən Asif Ağayevin dövründə əsas şəxs sayılan başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədovanında istintaqa cəlb edilmək ehtimalı var.

Səhifənin əldə etdiyi məlumata görə, Yeganə Məmmədovaya Asif Ağayevin dövründə sosial vəziyyəti çətin olan ailələrin övladlarına kömək adı altında rayon icra hakimiyyətinin büdcəsindən ayrılan vəsaitin bir hissəsinin mənimsədiyinə görə cinayət işi açıla bilər. Məlumatda qeyd edilir ki, Yeganə Məmmədovanın anasına və qardaşına bir neçə əmək haqqı kartı verdiyi və hər ay başçı müavinin anası ilə qardaşının bu kartlardan özləri üçün pul çıxartmaları barədə məlumatlar var.

"Beyləqan Xəbərləri"nin əldə etdiyi digər ilginc məlumatda isə bildirilir ki, Asif Ağayev vəzifəsindən çıxarılan günü 6 iyin tarixində Sabirabad rayonunda Asif Ağayev, şöbə müdiri İlqar Quliyev, digər şöbə müdiri Heybət Əliyev və Yeganə Məmmədova birlikdə görüş keçirərək ortaya çıxacaq korrupsiya faktlarından qurtulmağın yollarını müzakirə ediblər. Həmin günü Yeganə Məmmədova Bakıda imiş və o, paytaxtdan Sabirabada gələrək görüşə qatılıb.
Ardını oxu...
Poliqon.info
 
 

 



Ardını oxu...
Bakı-Sumqayıt sürət qatarı işə düşdükdən sonra böyük əksəriyyət elə zənn edirdi ki, Bakının tıxac və sərnişindaşımada mövcud problemlərin bir hissəsinin aradan qalxmasına səbəb olacaq. Lakin bunun tam tərsi müşahidə olunur. Səbəblər çoxdur.
Tribunainfo.az Azərbaycan Dəmiryolları İdarəsinin (ADY) bir sıra neqativ cəhətləri ilə bağlı müəyyən araşdırmalar aparıb. Bu zaman məlum olub ki, problem təkcə Bakı-Sumqayıt sürət qatarları ilə bağlı deyil. Həm də ADY-nin bir sıra məsələlərdə səritəsizlik etməsi də mövcuddur.
Problemlərdən biri budur ki, hal hazırda Bakı-Sumqayıt qatarından istifadə edənlər istifadə etdikləri gediş kartlarından yalnız bir nəfər üçün, yəni özləri üçün istifadə edə bilərlər. Hərçənd bu olduqca məntiqsiz qərardır. Çünki ailəsi ilə birlikdə Bakıya gələn və ya əks istiqamətdə hərəkət edənlər məcburiyyət qarşısında qalaraq, onlar üçün də gediş kartı almalıdırlar. Halbuki “Bakı kart” və digər nəqliyyat vasitələri üçün nəzərədə tutulmuş gediş kartlarında bu neqativlik yoxdur. Yəni, onlar çoxnəfərlik gediş üçün də nəzərdə tutulub.
ADY-nin belə məntiqsiz qərar qəbul etməsinin bir neçə səbəbi var. Onlardan biri bu quruma təyinat almış Rövşən Rüstəmovun dəmiryolu sahəsini yaxşı bilməməsidir. Uzun zaman “Azərpoçt”da “bandrollar şöbəsi”nə rəhbərlik etmiş bu şəxsin dəmiryolları haqqında anlayışı demək olar ki, yoxdur. Digər məsələ isə kart satışı prosesindən pul qazanmaq həvəsidir. Və gedişat da təsdiq edir ki, yalnız bir nəfər üçün gediş kartının nəzərdə tutulmasının başqa səbəbi ola bilməz.
Amma ADY-də dərd bununla da bitmir. Məsələ odur ki, bu qurum qanunvericiliyin pozulması hallarına görə də, xeyli “irəli” gedib. Hələ bu ilin əvvəlində İqtsiadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ADY ilə bağlı araşdırmalara başlamışdı. Tribunainfo.az xəbər verir ki, həmin araşdırmalara səbəb isə özəl nəqliyyat şirkətlərinə qarşı ayrı-seçkilik etməsi olub. Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətləri ADY-dən şikayətçi düşüblər. Onlar bildiriblər ki, ADY şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir. Eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilir.
Dövlət Xidməti müəyyən edib ki, ADY rəhbərliyi rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.
Qeyd edək ki, bu araşdırmalardan sonra sözügedən xidmət hansı qərar qəbul edib, məlum deyil. Ümumiyyətlə, qərar qəbul olunubsa, Rövşən Rüstəmov neqativ halları aradan qaldırlamlı idi. Lakin görünən odur ki, problem həll olunmayıb. Səbəb isə yenə özbaşınalıq və səriştəsizlikdir.
Bu əsnada, Tribunainfo.az-a daxil olan məlumatlarda deyilir ki, Rövşən Rüstəmov təkcə, ADY-də deyil, elə “Azərpoçt”da işləyən zaman da sərişətiszlik səbəbindən xeyli söz eşidib. Hətta onun “Azərpoçt”da şöbə müdiri olan zaman bir neçə dəfə töhmət aldığı iddia olunur. Bəzi məlumatlara görə, bu töhmətlərdən biri dövlət qurumlarından birinə çatmalı olan bandrolun səhv ünvana göndərilməsi olub. İddialara görə, həmin bandrol isə kifayət qədər ciddi qurumlardan birinə məxsus olub. Nəticədə, qalmaqal yaranıb. Həmin hadisədən Rövşən Rüstəmov güclə sıyrıla bilib. Həmin dönəmdə onun yaxınlarının yuxarı instansiyalardan xahişlərindən sonra məsələ qapadılıb.
Hətta o da iddia olunur ki, həmin vaxt Rüstəmov bir xeyli xərcə düşmək məcburiyyətində də qalıb. Lakin bu xərcin konkret olaraq nədən ibarət olması məlum deyil.

Ardını oxu...

Dia-az.İnfo-dan ZƏRURİ QEYD: Xatırladaq ki, bir neçə gün əvvəl hörmətli Rüstəmov cənabları yerli KİV-in dissətini bu dəfə əliaçıqlığı ilə cəlb etmiş oldu. Təbii ki, Rövşən müəllim özünün yox, dövlətin hesabına comərdflik göstərərək ADY-nın xanım əməkdaşlarına bir jestdə bulunub, onların hər birinə "Toyota" markalı avtomobil hədiyyə edib.
Əslində işçilərin rəhbərliyin diqqətində olması yaxşı hadisədir. Amma bu məsələdə təbii ki yox... Bu məsələdə dua edirik ki, Rövşən müəllim yaxşı ki, xanım əməkdaşlara QATAR HƏDİYYƏ ETMƏYİB... Allah büdcəmizi qoruyub... Yaxşı qurtarmışıq...
Ardını oxu...
Mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı ildə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə, 451 saylı sərəncam imzalamışdı. Əhaliyə bu məqsədlə adam başına bir ədəd özəlləşdirmə payı verilsə də, ondan necə istifadə etmək haqda maarifləndirmə çox kasad olduğundan, əhalinin əksəriyyəti öz paylarını “qara bazar”da satdı. Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib.

Məmurlar ASC-lərin yerində göydələnlər inşa etdirməklə özəl sektoru məhv etdilər
Respublikada keçirilən ixtisaslaşdırılmış çek hərracları bir neçə regionda fəaliyyət göstərsə də, əsasən paytaxtda keçirilən auksion mərkəzinə üz tutan Azərbaycan vətəndaşlarına bir ədəd özəlləşdirmə payından əlavə istifadəyə qeyri-qanuni qadağalar var idi. Bununla bağlı vətəndaşlar müxtəlif dövlət orqanlarına müraciətlər etdikdən sonra bürokratik əngəlləri aşaraq, bir neçə Cəmiyyətin özəlləşməsində iştirak etməyə nail olublar.

Lakin ixtisaslaşmış çek hərraclarında bürokratik əngəllərə sinə gərərək, öz paylarından səmərəli istifadə etməyə nail olan vətəndaşların səhmləri bu günə kimi müxtəlif hiylələrlə dəyərindən qat-qat aşağı qiymətə əllərindən çıxarılıb. Bu səhmdarların çox cüzi hissəsi öz hüquqlarını bilir. Həmin səhmdarlar mülkiyyət hüquqlarının sahibkarlar tərəfindən kobudcasına pozulması, üzləşdikləri çətinliklərlə bağlı əlaqədar dövlət orqanlarına etdikləri müraciətlərə görə, ƏMDK-nin sədri Kərəm Həsənov, Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Vergilər naziri Fazil Məmmədov və digər əlaqədar dövlət məmurlarının lap “baş ağrısına” çevriliblər.

Səhmdar cəmiyyətlərə yatırdıqları sərmayələrin gəlirindən məhrum olan minoritar səhmdarların mülkiyyət hüquqları majoritar səhmdarlar tərəfindən kobud şəkildə pozulur. Özəl cəmiyyətləri öz monopoliyasında saxlayan dövlət məmurları ASC-lərin yerində “göydələn”lər inşa etdirməklə, özəl sektoru bərbad vəziyyətə salıblar.

Beləliklə də ölkədə indi nəticəsi göz qabağında olan böyük bir işsizlər ordusu yarandı. İş yerləri qapadıldı, fabrik və zavodlar talan edildi. Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları inşa edildi. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri qeyri-qanuni yollarla məhv edərək nail oldular.
Hələ bu günə kimi heç bir minoritar səhmdara istər sahibkarlar, istərsə də dövlət tərəfindən səhmdar cəmiyyətlərin ərazisində inşa olunan və kvadratı 1000 azn-dən yuxarı qiymətə satılan binaların satışından gələn gəlirdən 0,1 azn belə ödənilməyib. Məsələn, “Bakı Taksopark-1”in yerində “Yeni Həyat” şirkətlər qrupu tərəfindən 10 ədəddən çox 30 mərtəbəli yaşayış binaları inşa edilib.

“Trikotaj ASC”-nin 2,5 ha ərazisində və “Dondurma kombinatı S.Babayev” ASC-yə məxsus 1 ha ərazidə “Port Baku” tikinti kompleksi və “Paşa Holding”ə məxsus bahalı yaşayış binaları inşa olunub.
“İnturist” ASC, “Səbail Mebel” ASC, “Xətai Tikinti Sənaye” ASC, “Şirniyyat” ASC-nin, “Avto-Ekspress” ASC-nin ,”Qızıl Şərq Mətbəəsi” ASC-nin,”Təchizat AZB” ASC-nin, “ANM” ASC-nin ərazilərində isə “Akkord” Şirkətlər Qrupu nəhəng yaşayış binaları inşa edib.

“Ekspress İnşaat” ASC-nin, “Azərağackağız” ASC-nin, eyni zamanda “Çörək Nəqliyyat” ASC-nin 1 ha-dan çox ərazisində nəhəng “göydələn”lər inşa olunub.

”Bakı Quşculuq” ASC-nin 45 ha ərazisində ABB-nın sabiq prezidenti Cahangir Hacıyevlə “AZAL”-ın prezidenti Cahangir Əsgərovun ortaq olduğu villalardan ibarət nəhəng yaşayış massivi salınıb.

“Bakı Süd” ASC və “Arzu” ASC-nin 3 ha-dan artıq ərazisində “Şəhər Bağları” yaşayış kompleksi, “Billur” ASC-yə məxsus (keçmiş şüşə zavodu) 3 ha yaxın ərazidə, “İnturavto” ASC-nin 0,5 ha ərazisində 18 mərtəbəli yaşayış binaları inşa olunub.

Hazırda həbsdə olan oliqarx Cahangir Hacıyevə məxsus “Bakı Dəmir-Beton-7″-nin ərazisində “Yeddi Təpə” tikinti kompleksinin inşası yarımçıq qalıb.

“Novruz” ASC-nin ərazisində “Novruz” şadlıq sarayı, ”Uşaq Sevinci” ASC-nin 1 ha-dan çox ərazisində “Nurgün Motors”-a məxsus maşın bazarı fəaliyyət göstərir

”Azərnəqliyyatyoltikinti” ASC-yə məxsus mülk, dağıdılaraq yerində istirahət mərkəzi salınıb…
Odur ki, səhmdarlar sərmayə yatırdıqları ASC-lərdən gələn xalis mənfəətdən, kredit oliqarxlarının sayəsində məhrum olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlliylə bağlı keçirdiyi sonuncu müşavirədə ökəni ağır vəziyyətdən çıxarmaq üçün aparılacaq islahatların dərinləşəcəyini vurğuladı, məmur özbaşınalıqlarını kəskin tənqid etdi.

Ölkə başçısı beynəlxalq ekspertlərin iştirakı ilə böyük özəlləşdirmə proqramının hazırlanması, bu işə yerli və xarici investorların cəlb olunması və iqtisadiyyatın canlanması üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə mühüm tapşırıqlar verdi.

Özəlləşdirmə hərraclarında yüzlərlə səhmdar cəmiyyətə külli miqdarda vəsait yatıran minoritar səhmdar Vəzir Rəcəbov, mojaritar səhmdarları gəlirləri gizlədərək, həm dövlətin büdcəsinə çatacaq vəsaiti, həm də minoritar səhmdarlara xalis mənfəətdən çatacaq dividenti müxtəlif maliyyə maxinasiyaları ilə gizlətməkdə suçlayır. Qanuna görə, hər bir səhmdar cəmiyyətin icra orqanı ötən ilin yekununa dair maliyyə-təsərüfat fəaliyyəti barədə ildə bir dəfə cari ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağını çağırmalıdır və səhmdarlara hesabat verməlidir.

Lakin başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının ümumi yığıncağını iyun-iyul aylarında bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər.

Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən 30 %-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər.
Məsələn, ölkə başçısının 18 yanvar müşavirəsinin səhəri günü “Ucar Tikinti Nəqliyyat” ASC-nin 44,9 % səhm paketinin sahibi, ƏMDK-nın Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət Şöbəsinin müdiri İlham Abbas oğlu Pənahov və 45,8% paket sahibi Bəhruz Ağakərim oğlu Rəhimovun qəsdən gəlməmələri səbəbindən səhmdarların iclası baş tutmayıb.

Müxtəlif regionlardan Ucara yollanan minoritar səhmdarlar bu çətin vaxtda paket sahiblərinin onlara qarşı etinasızlığına görə, RİH-nin işçisi Vaqif Mehdiyev və ƏMDK-nin 10 saylı filial müdirinə müraciət etməli olublar. Lakin səhmdarların şikayəti dövlət məmurları tərəfindən cavabsız qalıb.
Səhmdar Vəzir Rəcəbovun iddiasına görə, nə qədər ki, ƏMDK-nin sədri Kərəm Həsənov öz qanunsuz, özbaşına əməllərini davam etdirir və ona dövlət orqanları tərəfindən ciddi nəzarət olunmur, bu sahədə heç bir irəliləyişdən söhbət gedə bilməz.

Dövlətin nəzarətində olan 600-dən çox ASC-nin səhmdarı olmasına baxmayaraq, bu günə kimi minoritar səhmdarlara bir qəpik də dividend ödənilmədiyini önə çəkən V.Rəcəbov qeyd etdi ki, Kərəm Həsənovun müxtəlif maxinasiyalarla hansısa çobanın və yaxud çəkməçinin, o cümlədən yaxın adamlarının adına sənədləşdirdiyi səhmdar cəmiyyətlərin fəaliyyəti Vergilər Nazirliyinin əməkdaşları tərəfindən “təmənnasız” şəffaf yoxlanılarsa, büdcəyə nə qədər ziyan vurduğu üzə çıxar.
11.11.2015-ci il tarixdə “Bakı Yüngül Konstruksiya” ASC-nin növbədənkənar iclası keçirildi. ƏMDK-nin sədr müavini Rüstəm Şahbazovun yaxın adamı sayılan Sahib adlı şəxs, iclasın qərarı olmadan, özünü İdarə Heyətinin sədri elan etdi.
Lakin səhmdarların reyestrinin köhnə tarixlə olduğunu bilən minoritar səhmdarlar iclası qeyri-qanuni hesab etdilər. ASC-nin İdarə Heyətinin sabiq sədri Ərzuman müəllim iddia edirdi ki, onu ƏMDK-nin DƏİSİN-nin şöbə müdiri İlham Pənahov əsassız olaraq işdən kənarlaşdırıb.

Özünün də bu vəzifəyə ƏMDK tərəfindən təyin edildiyini vurğulayan Ərzuman müəllim, Kərəm Həsənovun səhmdar cəmiyyətlərin gəliri və büdcədən yayınma ilə bağlı hiylələrini açıb tökdü. Onun sözlərinə görə, Kərəm Həsənov və onun işçiləri Vergilər Nazirliyinin bəzi “üzdəniraq” əməkdaşları ilə əlbir olaraq, səhmdar cəmiyyətlərin vergi ödənişlərini 5 ildən bir silməklə, büdcəyə külli miqdarda ziyan vururlar. Onun sözlərinə görə, “Bakı Yüngül Konstruksiya” ASC-nin 89.000 AZN vergi borcu da elə bu yolla silinir.
Əvəzində isə, VN-nin əməkdaşına 3-5 min arası rüşvət ödənilir. Bu yolla Kərəm Həsənov nəzarətində olan ASC-lərin ərazilərindən icarə hesabına götürdüyü gəlirləri də həm səhmdarlardan, həm də büdcədən öz əlaltıları vasitəsilə gizlədərək, mənimsəyir. Məsələn, uzun illərdir özəlləşən H.Z.Tağıyev adına “Toxucu Kombinatı” ASC-nin, təxminən 1000 nəfər səhmdarı var. Lakin ASC bir neçə hektar ərazisində icarədən götürdüyü gəlirlərdən səhmdarlara 1 qəpik belə dividend ödəmir. Uzun illər ərzində ƏMDK-nin əməkdaşı Elmin cəmi bir dəfə – 2014-cü ilin dekabrında səhmdarların ümumi yığıncağını keçirib. Bu iclasda isə səhmdarlara ASC-nin söküləcəyi və yerində binalar inşa ediləcəyi barədə məlumat verib. 15 ilə yaxındır özəlləşən ASC-ni ƏMDK-nin əməkdaşları Elçin və Vüqar adlı şəxslər idarə edir.

Çinar Soyuducuları ASC-nin bir neçə hektar ərazisi və anbarları, sexləri müxtəlif sahələr üzrə icarədədir. Səhmdarların dediyinə görə, təkcə Çinar Soyuducuları ASC-dən Kərəm Həsənov ayda 120 MİN MANAT vəsait götürür və bu vəsait büdcədən və səhmdarlardan gizlədilir!

Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur!

Bu barədə geniş məlumata malik olan V.Rəcəbov qeyd edir ki, dəfələrlə Kərəm Həsənov və onun əlaltılarının ASC-ləri talan etməsilə bağlı dövlət orqanlarına şikayət etsə də, heç bir nəticə olmayıb. “Kərəm Həsənovun hansı hiylələrini deyim sizə? Məsələn, ASC-ləri özəlləşdirərkən, cəmiyyətləri süni şəkildə 3 dəfə hərraca çıxarmaqla, nizamnamə kapitalını dəyərindən qat-qat aşağı qiymətə sənədləşdirərək dövlətə külli miqdarda ziyan vurub. Lakin çox cüzi qiymətə sənədləşdirdiyi ASC-ləri sahibkarlara çox yüksək bazar qiymətinə satmaqla, işıq sürətilə hədsiz dərəcədə varlanıb.
K.Həsənovun nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəmir. Odur ki, ölkə başçısının yanvarın 18-də elan etdiyi böyük özəlləşmə prosesinə başlanılacağı haqqında məlumatı eşitdikdə, məndə ilk təəssürat belə oldu ki, nə qədər ki, Kərəm Həsənov Əmlak Komitəsinin başındadır və öz qanusuz əməllərinə son qoymayıb, Azərbaycan xalqı bu özəlləşmədən də kənarda qalacaq”.

AzPolitika.info
 
Ardını oxu...
Bakının Nizami rayonu, Tofiq Abbasov küçəsi 33 d ünvanında qanunsuz tikinti işi aparılır.
Tribunainfo.az-ın xəbərinə görə, ərazidə tikinti normativləri kobud şəkildə pozulub.
Belə ki, Türkiyədə zəlzələdən sonra yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə təyinatının dəyişdirilməsi ölkə rəhbəri səviyyəsində qadağan olundu.

Buna da səbəb yaşayış binasının 1-ci mərtəbəsindəki əsas sütunların zədələnməsidir. Lakin sözügedən ünvanda bu qaydalar pozulub. Həmçinin, həmin ərazidə səki satılıb. Bundan başqa, rayonun Elşən Süleymanov küçəsi 91 ünvanında da qanunsuzluğa yol verilib.

Eyni zamanda, Nizami rayonunda şəhərsalma haqqında qaydalar kobud şəkildə pozularaq digər tikintilərə göz yumulur. Görünür ki, Nizami icra başçısı və digər səlahiyyətli qurumlar prezidentin son qərarından ya xəbərsizdir, ya da maraqları təmin olunub deyə belə hallara göz yumurlar.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Müharibə veteranı: Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır...

Neftçala şəhər məhəllə 7, ev 177 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Aslanov Aydın Balağa oğlu Poliqon-a müraciət edərək ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının 7 il müddətində yerinə yetirilməməsinə diqqət çəkib. Aydın Aslanov müraciətində qeyd edir ki, prezident fərmanının icra olunmamasının əsas səbəblərindən biri yerli icra orqanının “Aqropark” üçün ayrılan torpaq sahələrindən öz məqsədləri üçün istifadə etmək olub və nəticədə həmin torpaqlar yarasız hala düşüb.

Maraqlı iddiaların səsləndirildiyi müraciəti olduğu kimi oxucularımızın və bu məsələ ilə əlaqəli olan dövlət qurumlarının diqqətinə çatdırırıq:

“Hörmətli media nümayəndələri!

Bu müraciəti etməkdə məqsədim 2017-ci ildə ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanına uyğun olaraq Neftçalada yaradılmalı olan “Aqropark”ın hələ də yaradılmamsını diqqətinizə çatdırmaqdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə əsasən torpaq ehtiyatlarının potensial imkanlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması, əhalinin ərzaq məhsullarına artan tələbatının yerli istaehsal hesabına ödənilməsi, əhalinin rifahının yaxşılaşdırılması, ölkədə qeyri-neft sektorunun inkişafı, işsizliyin azaldılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, investisuya mühitinin daha da yaxşılaşdırılması əsas hədəf olaraq müəyyən edilmişdir. “Strateji Yol Xəritəsi”ndə torpaq bazarının inkişaf etdirilməsi strateji hədəf kimi qeyd edilmiş, kənd təsərrüfatına yararlı olub istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin artırılması, heyvandarlığın inkişafı prioritet məsələ kimi qarşıya vəzifə qoyulmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq aqropark yaratmaqla pambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2285,65 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaqları kateqoriyasına keçirilib.

Həmin qərarda göstərilir ki, Neftçala rayonunun inzibati ərazi sərhədləri daxilində, Dövlət Torpaq Fonduna aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin və örüş olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin icarə hüququ ilə istifadəsinə ayrılmasıəkinçiliyin və heyvandarlığın inkişafına, məhsul bolluğunun artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz töhfəsini verməklə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək.

Bütün bu fərman və qərarlardan çıxış edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Neftçala rayonunun inzibati ərazisində 3000 hektar sahədə “Aqropark” yaradılıb.

Normalda bu “Aqropark” artıq 7 ildir ki, fəaliyyət göstərməli, istər rayonda işsizliyin aradan qaldırılmasına rayon sakinlərinin rifahının yüksəldiləməsinə xidmət göstərmələ yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına da öz töhfəsini verməliydi. Çox böyük təəssüf hissi ilə bildiririk ki, Neftçala rayonu üçün strateji əhəmiyyəi olan bu “Aqropark” hələ də yalnız kağız üzərində mövcud olub və hələ də belə olmaqda davam edir.

Biz öz tərəfimizdən bu məsələ ilə bağlı rayon və ölkə səviyyəsində bir çox dövlət qurumlarına müraciət etsək də, problemin həlli ilə bağlı heç bir addım atılmayıb. Son olaraq təqribən iki ay əvvəl biz problemlə bağlı Azərbaycan Respublikası prezidentinə və İqtisadiyyat Nazirliyinə müraciət etmişik və inanırıq ki, ölkə prezidenti möhtərəm İlham Əliyev bu barədə məlumatlandırılarsa həm problem öz həllini tapacaq, həm də fərmənın icrasını 7 il müddətində yubadanlar cəzalandırlacaqlar. İqtisadiyyat Nairliyindən müraciətimizə aldığımız cavab da bunu deməyə əsas verir.

Lakin, müraciətimizə Neftçala rayon İcra Hakimiyyətindən aldığımız cavab bizdə ancaq təəssüf hissi doğurdu. Neftçala rayon İcra Hakimiyyətinin mənə ünvanladığı cavab məktubunda bildirilir ki, ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının icra olunmamsını Kür çayında suyun azlığı ilə əlaqəlidir. Öncəliklə qeyd edək ki, 2017-ci ildə Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərman verilirkən Kürdə su problemi yaşanmırdı. Digər tərəfdən 2015-ci ildə həmin vaxt Neftçaladan deputat olan Arif Rəhimzadənin təşəbbüsü ilə əraziyə beton su kanalı inşa edilib. Doğrudan da son bir neçə ildə Kürdə suyun səvəyyəsi aşağı düşdüyündən problemlər yarandı. Lakin hazırda Kürdə suyun səviyyəsi kifayət qədərdir və biz bu üzdən fərmanın icra Neftçala rayon İcra Hakimiyyətinin irəli sürdüyü səbəbləri əsassız hesab edirik və su ilə bağlı problemə də aşağıda bir daha qayıdacağıq.

Həmin vaxt Neftçalada icra başçısı olan İsmayıl Vəliyev (hazırda məhkəmə qərarı ilə həbsdədir) ayrılan 3000 hektarı özü əkərək böyük gəlirlər əldə etməyə üstünlük verdi və bu zaman onsuz da şoran olan əraziyə heç bir sərmayə qoyulmadı, torpaq sahələri sadəcə vandalcasına istismar olundu. İsmayıl Vəliyevin yerinə gələn Mirhəsən Seyidov da problemin həlli üçün heç bir addım atılmadı. Halbuki məsələnin həlli ilə bağlı gənc başçıya dəfələrələ müraciət olunmuşdu.

İsmayıl torpaqların şoran olmasını əsas gətirərək 3000 hektar ərazini ayrı-ayrı adamlara verdi və onlar da bir neçə il müddətində torpaqların istismarını davam etdirdilər. Hazırda isə vandalcasına istismardan sonra həmin ərazilər əkinə yararsız hala düşüb və ərazini əkmək mümkün olmadığından son iki ildə ərazi boş qalıb. Minlərlə hektar torpaq sahəsinin yararsız hala düşməsinin tək səbəbi isə torpaqların asan qazanc vasitəsi ilə amansızcasına istismar olunmasıdır. Halbuki icra hakimiyyəti və mərkəzi hökümət Neftçalada “Aqropark”ın yaradılması üçün əraziyə sərmayə cəlb edilməsini təmin etməli və işlər bu sahədə planlı şəkildə aparılmalıydı. Çox təəssüf ki, bu baş verməyib və yerli məmurlar prezidetin fərmanıyla ayrılan torpaq sahəsini özləri üçün asan qazanc yeri görərək ərazinin şoranlığa çevrilməsi üçün bütün imkanlarını səfərbər ediblər. Hansı ki, onlar imkanlarını əks istiqamətə, yəni çox illik sərmayə qoyulmasnı təmin edərək “Aqropark”ın fəaliyyətə başlamasına səfərbər etməliydilər.

Bir daha Neftçala rayon İcra Hakimiyyətindən aldığım məktuba qayıdaraq qeyd edim ki, əgər su problemi var idisə onda beş il müddətində həmin ərazilər necə əkilirdi. Və hazırda da ərazinin ətrafında 10 min hektarlarla torpaq sahələri becərilir və suvarılır.

Həmin dövlət torpaqları Neftçala rayon icra hakimiyyəti tərəfindən rayondan olmayan ayrı-ayrı adamlara verilib və çoxlarıylada müqavilə imzalanmayıb. Müqavilənin imzalamaması isə o deməkdir ki, faktiki olaraq əkilən həmin sahələr qeydiyyatdan kənardadır və onlardan alınan icarə haqqı və su pulu dövlətə deyil, məmurların cibinə gedir.

Buna görə də mən Neftçala rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Mirhəsən Seyidova müraciət edərək soruşuram: Neftçala “Aqrarpark” üçün su tapa bilmədiyiniz halda, “Aqrarpark”ın ətrafında qeyri-qanuni olaraq əkilən torpaqlara su necə çatdırılır və qanunsuz əkilən sahələrə suyu kim satır?

Biz artıq yararsız torpağa çevrilən Neftçala “Aqrarpark”ın ətrafında 10 minlərlə hektar torpağın qeyri-qanuni olaraq kimlərə verildiyini də açıqlaya və siyahını mediaya təqdim edə bilərik. Qeyd edim həmin şəxslər Neftçaladan deyil və əraziyə sərmayə qoymaq onalrın maraqları kənarındadır. Bu üzdən də bir neçə ildə sonra həmin torpaqlar da şoranlaşacaq və yararsız hala düşəcək. Yəni faktiki olaraq Neftçala icra hakimiyyətinin məsul şəxsləri, başda başçı olmaqla öz gəlirləri naminə Azərbaycan iqtisadiyyatına və ekoloji sisteminə ağır zərbə vururlar və düşünürəm ki, artıq bu şəxslər durdurulmalıdır.

Neftçala “Aqrarpark” üçün ayrılan torpaqların tamamilə yararsız vəziyyətə salınmasına baxmayaraq, həmin əraziyə sərmayə qoymağa, ərazini şorandan təmizləməyə, torpaqları yumağa və su ilə təchizatı daha da yaxşılaşdırmağa hazır olan şirkət var. Həmin şirkət il yarımdan artıqdır ki, Neftçala “Aqrarpark”ın fəaliyyətini təmin etmək, əraziyə çox illik sərmayə qoymaq üçün Neftçala rayon İcra Hakimiyyəti ilə 49 illik müqavilə bağlamaq üşün müraciət edib və bu məsələ ətrafında başçı ilə danışıqlar aparır. Amma nə sirrdisə başçı Mirhəsən Seyidov prezident İlham Əliyevin fərmanının icrası üçün maraqlı tərəf kimi görünmür və müqaviələnin imzalanmasından yayınmağa çalışaraq müxtəlif sözlər verərək həmin vədlərini yerinə yetirmir. Neftçala rayon İcra Hakimiyyətinin prezidentə etdiyim müraciətə cavab olaraq göndərdiyi məktub da bunu bir daha sübut edir.

Qeyd edim ki, mən uzun illər boyu I Qarabağ veteranlarının təşkilatına rəhbərlik etmişəm və rayonun sosial-ictimai məsələlərinin həllində iştirak rol alımışam. Bu məsələnin həlli də Neftçala üçün xüsusi strateji əhəmiyyət daşıyır və hazırda Qarabağ veteranlarına rəhbərlik etməsəm də, bu məsələnin həlli üçün mənə yüzlərlə insan müraciət edib və etməkdə davam edirlər. Həddindən artıq kasıb vəziyyətdə yaşayan bu insanlar üçün “Aqrarpark”ın fəaliyyətə başlaması iş və çörək yeridir və düşünürəm ki, icra başçısı bu insanların da vəziyyətini göz önünə alaraq prezidentin fərmanının yerinə yetirilməsi üçün nəhayət hansısa addım atmalıdır.

Son olaraq qeyd etmək istəyirəm ki, Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır və inanmaq istəyirəm ki, başçı tez bir zamanda öz mövqeyini dəyişərək prezidentin fərmanının icra olunmasını təmin edəcək və “Aqrarpark”ın fəaliyyətə başlaması üçün sərmayə cəlb olunması üçün real addımlar atacaq.

İmza: Aslanov A.B. Tel: 050 589 68 03”

Redaksiyadan: Ümid edirik ki, Neftçala rayon İcra Hakimiyyəti 7 il müddətində prezidentin fərmanının icra olunmaması ilə bağlı daha əsaslı bir səbəb taparaq ictimaiyyətə təqdim edəcək. Digər tərəfdən Neftçala “Aqrarpark”ın torpaqlarının yarasız hala gətirən şəxslərin də məsuliyyətə cəlb olunması üçün əlaqədar dövlət qurumlarının da hərəkətə keçməsini arzu edirik...

Poliqon.info
 
Ardını oxu...
Müəllimə Sevda Əliyeva Xətai Tibb Mərkəzinin həkimi Sevinc Səxavət qızı Abışovanın hərəkətlərindən şikayətçidir.

30 ildən artıq pedoqoji stajı olan Sevda Əliyeva Reportyor.info-ya deyib ki, sağlıq problemləri ilə bağlı yaşadığı ünvan üzrə poliklinikaya müraciət edib.

Orada Sevda Əliyevanı müayinə edən həkim onun MRT-dən keçməli olduğunu bildirib və Xətai Tibb Mərkəzinə göndəriş yazıb. Sevda Əliyevanın sözlərinə görə, Xətai Tibb Mərkəzində onu Sevinc Abbasova adlı həkimə yönəldiblər:

“Sevinc Abbasova ümumi durumumla bağlı şikayətlərimi soruşdu, mən də cavab verdi. Nə istədiyini xəbər aldı, dedim ki, MRT-dən keçmək üçün Xətai Tibb Mərkəzinə göndərilmişəm. Gözləmədiyim halda, aqressiv tonda “sən mənə burada göstəriş verirsən” deyə sual etdi. Təmkinlə MRT üçün ora göndərildiyini desəm də, Sevinc Abbasovadan həkim adına yaraşmayan aqressiya, qışqır-bağır gördüm.

Ona görə də oradan çıxıb Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) “Qaynar xətt”nin nömrəsi 1542 ilə əlaqə saxladım. Xahiş etdim ki, Sevinc Abbasova barəsində ölçü götürülsün. Tutduğu vəzifəyə uyğun davranış sərgiləyə bilməyən, etik qaydalardan uzaq kadr Tibb Mərkəzindən uzaqlaşdırılsın”.
Ardını oxu...
Son günlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun adı müxtəlif kriminal “razborkalarda”, çoxsaylı iş adamlarına külli miqdarda “pul atmaqda” hallanmaqdadır. Bakı sakini Dadaşov Abbas Eldar oğlunun Rüstəm Şahbazov və qardaşı Teymur Şahbazovla bağlı şikayəti buna nümunədir.

Ölkə mediasında yer alan bu şikayətdə sahibkar Abbas Dadaşov bildirib ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək üçün Rüstəm Şahbazovun qardaşına 236 min manat pul versə də, nəticədə nə işi düzəlib, nə də verdiyi pulu geri ala bilib.
Ardını oxu...
Məumat üçün qeyd edək ki, Rüstəm Şahbazov və eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəhbərliyində təmsil olunan bəzi şəxslərin kriminal dairələrlə geniş əlaqəsi mövcuddur. Bu şəxslər kriminal dairələrlə əməkdaşlıqdan böyük pullar əldə edir. Belə ki, arxasını kriminal dairələrə söykəyən adıçəkilən məmurlar müxtəlif iş adamlarına, sahibkarlara yalan vədlər verərək onlardan böyük vəsaitlər qoparır, daha sonra kriminal ünsürləri də bu vəsaitə şərik etməklə, həmin pulları geri qaytarmaqdan imtina edirlər. Nəticədə, kriminal şəxslərlə üz-üzə qalan və həyatlarını da itirə biləcəklərindən ehtiyat edən sahibkarlar puldan imtina etməli olurlar. Xidmət rəisinin müavini Rüstəm Şahbazov bugünə qədər məlum üsulla milyonlarla manat məbləğində vəsait qazanıb və günümüzdə də qazanmaqda davam edir.
TEREF yazır ki, bunu redaksiyamıza göndərilən məqalədə müəllif yazır. Müəllif daha sonra yazır;
Maraqlıdır ki, məmurlar kimi bəzi sahibkarlar da kriminalla əməkdaşlığa maraq göpstərir, bu əməkdaşlıqdan qazanclı çıxmağa çalışrılar. Bu cür sahibkarlardan biri də sement monopolisti – “klinker canavarı” kimi tanınan Cavidan adlı iş adamıdır. Eyniylə Rüstəm Şahbazov kimi Cavidan da kriminal çevrələrlə əməkdaşlıq əlaqələri quraraq çoxlu sayda sahibkara ümumi dəyəri 30 milyon manata yaxın “pul atıb”. Ondan pulunu tələb edən sahibkarları kriminal dairələrlə hədələyən Cavidan nəinki aldığı puldan bir qəpik qaytarmayıb, əksinə, iş admalarından yeni pullar tələb etməkdədir.

Onu da vurğulayaq ki, məmur Rüstəm Şahbazovla iş adamı Cavidan arasında “işgüzar münasibətlər” mövcuddur və hər iki şəxs bir-birinə bu kimi qaranlıq işlərdə dəstək verir.

Xatırladaq ki, Rüstəm Şahbazov 12 il əvvəl 37 yaşlı iş adamının qətlini sifariş verməkdə ittiham olunur və bu iş üzrə məhkəmədə iştirak edib. Cavidan adlı “klinker canavarı” isə banklara v əsahibkarlara toplam 50 milyon manat vəsait “atsa” da hələ də azadlıqdadır.
REDAKSİYADAN: Adları çəkilən hər bir şəxsin mövqeytini dərc edə bilərik!
TEREF

Dünyapress TV

Xəbər lenti