Ardını oxu...
"Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.

Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.

Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:

"Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan... Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur".

Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

"Əli Hüseynov da "Reo-Med" klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur ".

Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:

"Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.

Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.

Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər".
 
Ardını oxu...
Göyçay sakini torpağının ələ keçirilməsində icarəyə verdiyi şəxslə yanaşı, bəldiyyə, notarius və məhkəməni də ittiham edir

Göyçay rayonu, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına olan torpaq sahəsini saxtakarlıqla ələ keçiriblər:

“Mən, İsrafilov Əlövsət Əjdər oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırasınız.

Belə ki, 1998-ci ildə ölkəmizdə torpaq islahatı keçirilən zaman bizim də ailə üzvlərimizə Aqrar İslahat Komissiyasının qərarı ilə, JN 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq payı verilmişdir. Həmin torpaq sahəsi qonşu kənd olan Veysəllinin yaxınlığında yerləşir. Torpaq sahəsi yaşadığımız evdən çox uzaqlarda olduğundan, Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu bizimlə icara şərti ilə razılaşaraq, torpağın dövlət aktını bizdən aldı. 2000-2003-cü illərdə normal şəkildə Mehman biza icarə haqqı verdi. Sonrakı illərdə icarə haqqını vermədi. Səbəbini soruşanda bildirdi ki, məhsul götürə bilməyib.

Sənədlərimizi Mehmandan tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdi. 2023- cü ildə torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın 16 saylı idarəsinə müraciət etdim. 16 saylı ərazi idarəsindən 349 saylı dövlət aktına əsasən 1.46 ha torpaq sahəsinin olduğu barədə dövlət reystrindən arayış təqdim etsələr də, sonradan bizim torpaq sahəmizə çıxarış və plan-ölçü sənədlərinin verilməsindən imtina etdilər.

İmtina ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciətim zamanı bizə məlum oldu ki, mülkiyyətimizdə olan torpaq sahəsini Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Göyçay rayon Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğluna 30 000 ABŞ dollarına satmışdır(cəmi 46.46 ha).

Belə ki, Göyçay rayon Veysəlli kənd sakini Nəzərov Mehman Həsən oğlu Ləkçılpaq kənd sakini Fəttayev Məzahir Yusif oğlu ilə qabaqcadan əlbir olaraq mülkiyyətçilərin torpaq sahələrini bizdən və mülkiyyətçilərdən xəbərsiz, bu barədə heç bir notariat sənədləri aparılmadan, 2024-cü ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə qanuniləşdirmişdi.

Şəki Apellyasiya Məhkəməsinin hakimi saxtakarlıq faktlarını təsdiq etsə də, saxtakarların cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarmadı. Etibarımızdan sui-istifadə edərək cinayət törətmiş saxtakar barədə tədbir görən yoxdur.

Sizdən xahiş edirik ki, qabaqcadan əlbir olaraq bizim (o cümlədən 40 nəfər mülkiyyətçinin cəmisi 44.43 ha) torpaq payımızı sataraq dələduzluq edən Göyçay rayonu, Veysəlli kənd sakini Fətdayev Məzahir Yusif oğlu barəsində qanuni tədbir görülməsinə köməklik edəsiniz.

Qeyd edim ki, rayonda bu hadisə tək mənim başıma gəlməyib. Rayon sakinlərinin əksəriyyəti aldadılıb. Lakin onlar imkanları olmadığı üçün məhkəmələrə müraciət edə bilmirlər. Deməli, bizim əlimizdə sənəd var, amma qarşı tərəfin əlində sənəd yoxdur. Mənim torpaq sahəm 2 nəfərə satılıb, amma heç birinin əlində sənədi yoxdur. İcarəyə verdiyim şəxs saxtakarlıq edərək, bəzi qurumlarla birgə torpağı satıb.

Hakim düzgün qərar verə bilmir, bu səbəbdəndə qərardadı ləğv edir. Yəni açıq-aydın bildirir ki, biz bu məsələyə baxa bilmirik. Çünki, baxsa düzgün qərar verməyə məcbur olacaq.

Məsələ ilə bağlı Baş prokurorun qəbulunda da olmuşam. Problemi açıq -aşkar danışmışam. Baş prokuror dedi ki, işi “Korrupsiya İdarəsi”nə verəcəyik. Ordan qayıdandan 1 həftə sonra mənə “Korrupsiya İdarəsi”ndə zəng gəldi. Amma necə oldusa, işdə olan cinayət faktı ləğv edildi.

Bu hadisədə Bələdiyyənin, Notariusun və İcra Hakimiyyətinin qanunsuzluqları var. Çünki mənim adıma olan torpaq sahəsi bu qurumların əli ilə başqasına satılıb.

Onu da deyim ki, qətnamənin biri tamamilə gizlədilirdi. Fərhad Əfəndiyevin sağlığında verilmiş qərar o, rəhmətə gedəndən sonra üzə çıxdı. Yəni saxtakarlıq buradan da bəllidir. Çünki sənəddə sübutlar açıq-aşkardır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Lənkəran sakini olan iş adamından Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət

Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 1-də yaşayan Nurəliyev Nurlan İbadulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 29.06.2024-cü il tarixində Lənkəran şəhəri “Dosa Mall” Ticarət Mərkəzinin qarşısında rayon ictimaiyyəti üçün retro avtomobillərin sərgisinin keçirilməsinə, təşkilatçılara dəstək olaraq, özüm iştrak etməklə yanaşı, retro avtomobilləri olan yaxınlarımı da dəvət etmişdim. Tədbir zamanı Bakı şəhərindən özünəməxsus retro avtomobili ilə iştrak edən dostum, 24.07.1987-ci il təvəllüdlü İsmayılov Arifin bir qrup gənclərlə mübahisəsini gördüm. Mən yaxınlaşıb gəncləri sakitləşdirməyə çalışsam da, onlar məsələni tədbirdən kənarda müzakirə etməyi təkid etdilər. Tədbirin pozulmaması üçün məcbur olub kənara çəkilmək qərarını verdik.

Tədbirdən bir az kənarlaşan kimi, Ramal adlı şəxs söyüş və təhqirlərlə dostum Arifə üzərində gəzdirdiyi bıçaqla qəfildən zərbələr endirməyə başladı. Bu zaman Ramilə yaxınlaşıb onu sakitləşdirmək istəyəndə mənə də bıçaqla zərbə endirdi və dərhal hadisə yerindən dostları ilə qaçdı. Mən və Arif təcili yardım avtomobili vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına aparıldıq, orada cərrahiyə şöbəsinə qəbul etdilər. Cərrahiyə şöbəsində hər ikimizə təcili olaraq cərrahi müdaxilə etdilər. Cərahiyyə şöbəsində Arifin sol qolunun bazu hissəsinin arxa tərəfinə (ürək nahiyəsinə yaxın) səkkiz, boyun hissəsinə (qulağının altına) dörd, sinə hissəsinə iki, mənim isə sol böyrümə (ürəyin alt hissəsi) iki cərrahi tikiş qoyuldu. Hadisənin ertəsi günü hər ikimiz xəstəxanadan buraxıldıq.

30.06.2024-cü il tarixində rayon Polis Şöbəsində hər ikimizin hadisə ilə bağlı izahatı alındı. Mənə bir bıçaq zərbəsi, İsmayılov Arifə isə üç bıçaq zərbəsi endirmiş Ramal Sədaqət oğlunun saxlanıldığını bildirdilər.

04.07.2024-cü il tarixində mənə məlumat verdilər ki Ramal Sədaqət oğlunu sərbəst buraxıblar. Yaxınlarım rayon Polis Şöbəsinin Ülvi adlı müstəntiqi ilə əlaqə saxladılar. Müstəntiq Ramalın sərbəst buraxılmasını təsdiqlədi.

Üzərində bıçaq gəzdirən, ictimai tədbir zamanı asayişi pozaraq xuliqanlıq edib iki şəxsə qəsdən 4 bıçaq zərbəsi vuraraq, ciddi xəsarət yetirən ictimai təhlükəli adamın bir müddət Lənkəran rayon Polis Şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılması məni və yaxınlarımı hiddətləndirir.

Cənab Prezident!

Cənab Nazir!
Lənkəranın sosila-iqtisadi inkşafına töhvəsi olan, mədəni-ictimai tədbirlərə aktiv dəstək verən və 120 nəfər işçi heyəti olan fabrik sahibi olaraq, Sizdən ictimai təhlükəli adam olan Ramalın dərhal saxlanılması üçün hüquq mühafizə orqanlarına göstəriş vermənizi və bu cinayət işinə məsuliyyətsiz yanaşan müvafiq şəxslərin cəzalandırılmasını xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Qeyd: Fotoda iş adamı Prezidentlə yanaşı.
 
Ardını oxu...
"DogruXeber.az" olaraq ötən həftə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun redaksiyamıza müraciətini təqdim etmişdik.

O, müraciətində bildirirdi ki, həyat yoldaşı Gülxanım Məmmədova anadangəlmə gözdən əlildir. İllərdir buna görə pensiya alırdı, lakin, respublika üzrə çox insanların əlilliyi kəsiləndə, Gülxanım Məmmədovanın da əlilliyi kəsilib. Əlilliyin yenidən bərpa olunması üçün bir neçə dəfə cəhd etsələr də imtina cavabı gəlib. Belə olan halda tanış bir vasitəçi ona, sözügedən səhiyyə müəssisəndə çalışan və bu işdə kömək edə biləcək bir tibb işçisini tanıdığını deyib.

Ötən (may) ayın 20-də Oftalmologiya Mərkəzində olan Əjdər Məmmədov, həyat yoldaşı Gülxanım Məmmədova ilə birlikdə vasitəçinin tanış etdiyi tibb işçisi Gülnar Həsənova ilə görüşdüklərini və ona əvvəlcədən vəd olunmuş 1800 (min səkkiz yüz) AZN pul verdiklərini deyir.

Bizə göndərilən səs yazılarında da aydın görünür ki, Gülnar Həsənova əminliklə Gülxanım Məmmədovaya ona pensiya təyin olunacağı vədini verir.

Lakin, zamanı yetişdiyində Gülxanım Məmmədovaya Reabilitasiya mərkəzindən imtina cavabı verilməsi, ailənin təəccübünə səbəb olub.

Həmçinin Əjdər Məmmədov qeyd edirdi ki, o, yenidən Gülnar Həsənova ilə telefon əlaqəsi saxlayıb, imtina cavabının səbəbini soruşub. Gülnar xanım isə, - "siz aparatlardan keçəndə pul köçürməli idiniz, niyə köçürməmisiniz? Ona görə kəsiblər. Nərminə Hümbətova kəsib sizi" deyə cavab verib.

Qeyd edək ki, vətəndaş Əjdər Məmmədovun müraciəti ilə bağlı Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yazgül Abdıyeva ilə telefon əlaqəsi saxladıq. Yazgül xanım məsələni aydınlaşdırmaq üçün onu mərkəzə dəvət etdi. Bildirdi ki, - "Vətəndaşı göndərin, gəlsin baş həkimin yanına, aydınlaşdıraq."

Elə həmin gün Əjdər Məmmədov sözügedən göz klinikasına gedib və baş həkim Aygün xanım Məmmədbəylinın iş otağında olub.

Əjdər Məmmədov bildirir ki, "Aygün xanım bizdən pul alan Gülnar Həsənovanı da çağırdı. Gülnar xanım məni görəndə hər şeyi boynundan atdı, özünü tanımamazlığa vurdu. Mən telefonumda olan səs yazısını qoşdum, ondan sonra Aygün xanım Gülnar xanımı danladı ki, "bu sənin səsindir də". Sonra da Aygün xanım əsəbi halda, "bizim adımızı niyə verirsən? Ayıb olsun sənə", deyə, Gülnar xanımı tənbehlədi."

Baş həkimin əsəbi halda Gülnar Həsənovaya dediyi bu ifadə sizcə də ikibaşlı deyilmi?

Bundan əlavə, direktor Elmar Qasımovun və baş həkim Aygün Məmmədbəylinin rəhbərlik etdikləri müəssisədə çalışan tibb işçilərinin "müştərilərə" (Pasientlər) açıq-aşkar (Əjdər Məmmədovun iddiasına görə) "sən bizə pensiya üçün adamlar tap gətir, hərəsindən 100 manat da sənə qalsın" demələri rəhbər şəxslərin işçilərinə verdikləri aşırı "sərbəstliyin" göstəricisi deyilmi ?

İşin daha da qəribə olan tərəfi, vətəndaşın məhz Gülnar Həsənovanın adını çəkdiyinə görə Gülnar Həsənovanın "sudan quru çıxmaq" üçün təkbaşına çırpınışları, müəssisə rəhbərlərinin isə öz səssizliklərinə çəkilmələridir.

Kimsəyə sirr deyil ki, Sosial şəbəkələrdə və sosial mediada Zərifə Əliyeva adına göz klinikasında bütün müayinələr üçün vətəndaşlardan pul tələb edildiyi barəsində məlumatlar kifayət qədərdir. Elə şikayətçi Əjdər Məmmədov da qeyd edirdi ki, - "Bizə dedilər "aparatlara əlavə pul ödəmədiyinizə görə sizi kəsiblər".

Xatırladaq ki, redaksiyamızın əməkdaşları da sözügedən klinikada müayinə edilərkən, onlardan hər aparatla müayinə üçün 30 (otuz) manat pul tələb edilmişdi. Doğrudur, o, zamanlar indikindən fərqli olaraq, baş həkim Səbinə Məcidova idi. Amma, direktor taa 2006-cı ildən bugünə qədər də tibb sahəsində bir çox titullara sahib olan Elmar Qasımovdur.

Demək ki, müəssisədə dəyişən təkcə baş həkimdir. Fəaliyyətin isə uzun illər olduğu qaydada (qanunsuz ödənişlərlə) davam etdirilməsi, hörmətli Elmar Qasımovun öz "vərdişlər"inəmi deyək, "iş prinsipləri"nəmi deyək "sədaqət"inin təzahürüdür.

Yuxarıda şəhid barəsində vurğuladığımız cümləyə gəldikdə isə, xatırlatma üçün qeyd edək ki, adı çəkilən Gülnar Həsənovanın mövqeyini öyrənmək üçün zəng etdiyimizi və ardından dərhal sonra həyat yoldaşının agentliyimizin rəhbəri Kamal Əsgərova zəng edərək, "Həyat yoldaşıma niyə zəng etmisiniz? Qayda var, qanun var" deyə, özünü qanunları yaxşı bilən biri kimi göstərdiyini, eləcə də bizi qanunlarla təhdid etməyə çalışdığını ötən yazımızda bildirmişdik.

Lakin, təəssüflə deməliyik ki, xanımın həyat yoldaşının bu "fədakarlığı" heç də gözlədikləri nəticəni vermədi.

"DogruXeber.az" olaraq, qanunun da tələb etdiyi kimi, vətəndaş Əjdər Məmmədovun müraciəti əsasında, aidiyyatı qurumlara rəsmi sorğular göndərdik. Aidiyyatı qurumlar sorğularımızı hələ cavablandırmasalar da, deyəsən artıq Gülnar Həsənovanı həyəcanlandıracaq addımlar atıblar. Ya da xanım məsələnin artıq , tərəfimizdən ictimailəşdirilməsindən narahat olub.

Əjdər Məmmədov redaksiyamıza bildirib ki, şəhid qızı olduğunu deyən Gülnar Həsənova özünə Gəncə şəhərində yaşayan şəhid ailələrindən ibarət tərəfdarlar toplayaraq, şikayətini geri götürməsi üçün ona mənəvi təzyiqlər etməyə çalışıb. Hətta, o, tərəfdarlar arasında din adamının da olduğunu deyir.

Görünür, xanım haram işə əl atarkən, rüşvət alarkən yadına düşməyən şəhid adından və dindən "qalxan" kimi istifadə etməyə çalışır.

Bəli, Şəhidin Allah dərgahındakı hörməti ilə, tanrının rüşvətə münasibətini mövzunun girişində məhz bunun üçün Yaradanın göndərdiyi ayələrlə və müqəddəs kitabın cümlələri ilə vurğuladıq.

Mövzunu davam etdirəcəyik...
 
 
 

Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində xüsusi mülkiyyətdə olan obyektin yenidənqurması faktı aşkarlanıb.

Ardını oxu...

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

Ardını oxu...

Əslində isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu müstəvidə görəcəyi işlər çoxdur. Hətta o qədər çoxdur ki, nəzəri cəhətdən hətta idarənin əməkdaşlarının sayı yetərli olmaya bilər. Bu işin öhdəsindən gəlmək üçün medianın aşkarladığı faktlara diqqət yetirilməsi gərəkdir. Məsələ burasındadır ki, yerlərdə sözügedən İdarəyə tərəf müqabili kimi çıxış etməli olan digər dövlət orqanları və yerli özünüidarəetmə qurumları (bizim misalda dövlət mülkiyyətində olan torpaqların zəbt edilməsinin qarşısının alınmasına mükəlləf sayılan rayon icra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, torpaq mülkiyyətçisi olan bələdiyyələr, neft çıxarılan ərazilərə nəzarət edən ARDNŞ və s.) nəyinsə qarşılığında neqativ hallara göz yumurlar.

Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar. Onlar qanunsuz tikililərə qarşı mübarizə adı altında hətta bayram günlərində də reydlər edib neqativ halları aşkarlayırlar. Ancaq bu aşkarlama qanunsuzluğun qarşısının alınması ilə müşayiət olunmur. Belə ki, qəsəbədəki “Bolmart” ticarət mərkəzinin arxasındakı icazəsiz “yenidənqurma” davam etməkdədir.

Dəryaz qəzetinə məlumat verən mənbə onudabildiir ki, həmin ünvanda qanunsuz “yenidənqurma” işini Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin sədri Fərid Məmmədəliyev həyata keçirir. Biz onunla telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. İlk əvvəl, obyektin ona aidiyyəti olduğunu inkar etsə də, sonradan obyektin onun şəxsi əmlakı olduğunu etiraf etdi, gördürdüyü işlərin də qanuni sənədlər əsasında həyata keçirdiyini bildirdi.

Ardını oxu...

Təbii ki, bizə icazə sənədi göstərməyə özünü borclu bilmədi. Söhbət o Fərid Məmmədəliyevdən gedir ki, xeyli müddət Bakı ŞİH-nin Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət üzrə kuratoru işləyib və əslən Qubadlı rayonundan olan həmyerlisi Sabunçu RİH-nin başçısı Adil Vəliyevin özbaşına tikilələrdən “şirinlik” toplamaq üzrə “sağ əli” funksiyasını yerinə yetirib. O Fərid Məmmədəliyev ki, əmisi-qaynatası nəhəng bir istehsal müəssisəsinin direktoru kimi böyük nüfuza malikdir, ARDNŞ ərazisində böyük ticarət mərkəzləri, Zabratdan üzü Pirşağıya gedən yolun sağ tərəfində böyük daş bazarı vardır. Beləliklə, keçmiş “xidmətlərinə” görə Adil Vəliyev tərəfindən mükafatlandırılaraq qəsəbə icra nümaəndəsi vəzifəsinə təyin olunan Fərid Məmmədəliyev vaxtilə vəzifə kimi icra etdiyi “qanunsuz tikilələrə qarşı mübarizə” işinə o qədər aludə olub, o işdə o qədər xeyir görüb ki, indi özü qanunsuz işlərlə məşğuldur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq..

Mövzunu diqqətdə sxlayacağıq.

Deryaz.az

Ardını oxu...
Paytaxt Bakının ən mərkəzi və ən böyük rayonlarından olan Yasamalda yerli icra qurumlarına söykənən özbaşınalıq davam edir. Qeyd edək ki, artıq Dia-az-İnfo olaraq bu rayon ərazisində yaşıllıqlara olan aqressiv məmur münasibətlərindən az qala bir dastan bağlamışıq ki, əksər hallarda neqativləri durdurmağa müəvffəq olmuşuq. Amma olub ki, başında Elşad Həsənovun dayandığı Yasamal RİH-ə söz də kar etməyib və günü bu gün də eyni əhval-ruhiyyə sezilməkdədir...

Narazı Yasamal sakinləri yenə də Elşad Həsənovun adamlarının növbəti OBYEKT YERİ naminə ağacları məhv etməsindən giley edirlər.

Sakinlər yazır: "50 illik şam ağacı Şərifzadə kücəsinin başlanğıcında gecəykən kəsilib. Bu özbaşınalığı kimsə durdura bilmir?

Yəqin kiməsə OBYEKT yeri lazımdır. Cavabdeh qurumlar hara baxır?!"

Qeyd edək kli, dünən Bakı Şəhər İcra Hakimiyyəti adından paytaxtdakı BUDAMA işləri ilə bağlı informasiyalar da yayıldı. Amma Yasamal sakinləri narahatdır ki, qeyd olunan ünvanda kəsilən ağacın yeri məhz hansısa OBYEKT üçün hazırlanır. Buna görə də, kəsilən ağacın yerində yenisinin əkilməsini tələb edirlər...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 13-14 ünvandakı binanın 19-cu blokunda (32 saylı məktəbin həndəvəri) zirzəmidə qanunsuz inşaat işi aparılır. Birinci mərtəbənin beton piltələri dağıdılıb, bünövrəsi qazılaraq təxminən 150-200 kisə həcmində torpaq çıxarılaraq daha bir metr dərinləşdirilib. Daha izahlı desək, bina aşağıya doğru həmin blok nahiyəsində əlavə bir mərtəbə artırılıb. Zizəmidə iş görən fəhlələrdən öyrəndik ki, iş gördürən şəxs “Nizami doktor” deyilən adamdır. Yeri gəlmişkən, fəhlələr bizi “Sakinlər şikayət edib?” sualı ilə qarşıladılar. Bu isə o deməkdir ki, “sakinlərin şikayəti əsasında” onları daha əvvəl də narahat edən olub. Amma maraqlanan şəxslər gedəndən sonra iş dayandırılmayıb. Deyilənə görə, Nizami doktorun burada inşaetdirmək istədiyi obyekt gələcəkdə klinika kimi fəaliyyət göstərəcək. Obyektin bir girişi blok tərəfdən olacaq, digər qapısı isə küçəyə açılacaq.



Aşkar etdiyimiz özbaşınalıqla bağlı Nizami Rayon İcra Hakimiyyətinə redaksiya adından məktub ünvanlasaq da, rayon rəhbərliyindən heç bir reaksiya yoxdur. Amma onu da eşitmişik ki, RİH-nin nümayəndələri obyekt inşa etdirən şəxsdən əlavə 1000 (bir min) manat qoparıblar ki, mətbuatı özümüz yola verərik, bir az ara verəndən sonra işinizi davam etdirərsiniz”.

Mövzuya yenidən qayıdacağıq.

Deryaz.az
Ardını oxu...
"Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük orqanları ilə ictimaiyyət arasında uçurum yaradaraq, özünün yarıtmaz fəaliyyəti ilə bağlı olan narazılıqları Komitə sədri cənab Şahin Bağırova qarşı yönləndirir”.
Bu barədə sensasion fikirləri Demokrat.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı müraciət edən Ramil Əliyev deyib ki, Natiq Axundov dəfələrlə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə süni maneələr yaradıb:
Ardını oxu...
Ramil Əliyevin müraciətini təqdim edirik:
“İctimai Şura olaraq ilk fəaliyyətimizi 44 günlük Vətən savaşının yeganə gömrükçü şəhidi olan Ülvi Hacıyevin məzarını və ailəsini ziyarət etməklə başlamağa qərar verdik. Həmin ziyarət və görüşlə bağlı fikirlərimizi media vasitəsilə də cəmiyyətə çatdırdıq. Ancaq Natiq Axundov nədənsə son vaxtlar İctimai Şuranın fəallığından ciddi narahat olmağa başlayıb.
O, bizə dəfələrlə açıq şəkildə bildirir ki, bu cür görüşlərlə siz özünüzü reklam edirsiniz. Ona görə də Dövlət Gömrük Komitəsi İctimai Şuranın bundan sonra keçirəcəyi görüşləri özünün sosial şəbəkə hesablarında yayımlamayacaq.
Hətta, Natiq Axundov çəkinmədən mənə deyir ki, İctimai Şura mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə özünü reklam edib. Natiq Axundov bizim bu cür ziyarətlərimizi də qəbul etmədiyini bildirir.
Natiq Axundov öz davranışları ilə İctimai Şura üzvlərini idarə etməyə və özünün tərtib etdiyi iş planı üzrə işləməyə təhrik edir.
Fürsətdən istifadə edib, media vasitəsilə cənab Şahin Bağırova müraciət edirəm:
Mən Ramil Əliyev 44 günlük Vətən savaşından bəri şəhid və qazilərimizdən bəhs edən 150-dək sənədli film çəkərək, “Öndər.TV” internet televiziyasında yayımlamışam. Bu filmlərin böyük əksəriyyətini şəxsi vəsaitim hesabına, 30-nu isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən rəhbəri olduğum “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinə ayrılan maliyyə dəstəyi hesabına “Şəhid və qazilərin həyat yolunu işıqlandırararq, gənc nəslin maarifləndirilməsi” layihəsi çərçivəsində reallaşdırmışam.
Müasir Azərbaycanın qurucusu və banisi olan ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, “Qarabağın fatehi” Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə sonsuz sevgimizi, şəhid və qazilərimizə olan diqqət və ehtiramımızı Natiq Axundov kimilər dayandıra bilməz. Çünki bu sevgi bizim əbədi ruhumuzdadır.

Hörmətli Şahin müəllim, sizin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyəti üçün göstərdiyiniz səyləri və Şura üzvlərinin sərbəst çalışması üçün ofislə təmin etdiyiniz şəraitindən məmnunuq. Ancaq bizim bu fəaliyyətimizin mediada da işıqlandırılmasına Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin marağı və dəstəyi olmalıdır. İndiyədək şəxsən sizdən bir çox dəstəyi hiss etsək də, ancaq çox təəssüf ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov İctimai Şuranın fəaliyyətinə ciddi şəkildə əngəl törədir.
Ümid edirik ki, sizin təcili müdaxilənizdən sonra nəhayət ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şura sərbəst fəaliyyətinə davam edə biləcək”.

Vaqif Hüseynli
 
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkənin yağ bazarında anarxiya yaratmaqda ittiham olunur. Bu günlərdə Ümid Partiyasının sədri İqbal Ağazadənin həyəcan təbili çalması bu sahədə ciddi problemlərin varlığından xəbər verir. Partiya sədrinin sözlərinə görə, ikinci dərəcəli, sıxılmış, atılmalı yağlar gətirilərək təkrar emal olunur və əhaliyə satılır. Bu da onkoloji xəstəliklərin genişlənməsinə gətirib çıxarır. Bu məhsulların ölkəyə idxalı zamanı AQTA müsbət rəy verməklə xalqın genefondunu, sağlamlığını məhv etməyə fərman vermiş olur. Hazırda marketlərin vitrinlərində hər çeşiddə və qiymətdə yağlara rast gəlmək olar. Onların əksəriyyəti Rusiya və Yeni Zellandiya istehsalı olan kərə yağı kimi istehlakçılara sırınır. Lakin qiymətlərindən də məlum olur ki, keyfiyyətsiz, marqarin, yaxud da mənşəyi zərərli yağ məhsullarıdır. Hətta texniki yağların, ən zərərli olan palma yağlarının bazarlara ayaq açdığını söyləmək olar. Anaxeber.info bildirir ki, ölkənin qida təhlükəsizliyinə cavabdeh olan AQTA və onun oliqarx sədri Qoşqar Təhməzlini bu vəziyyət qətiyyən narahat etmir. Əslində, bu cür məhsullarıb ölkəyə gətirilib təkrar emal olunub satışa çıxarılmasına qol qoyduğu üçün qurumda araşdırmalar aparılmalı, təhqiqat başlanmalıdır. Çünki xalqın sağlamlığının qəsdinə duran AQTA-nın ekspertizası gömrükdən keçən bu mallara müsbət rəy yazır.

Nəticədə milyonlarla ailə bu zərərli məhsullarla qidalanır. Respublikada ürək-damar, mədə-bağırsaq, xərçəng və ən müxtəlif xəstəliklərin çoxalması da əsasən keyfiyyətsiz yağların satışda olması ilə əlaqədardır. Əhalinin qida rasionunda gündəlik istifadə etdiyi məhsullardan birincisi elə yağdır. Və təkcə xaricdən idxal edilən həmin məhsullar deyil, o cümlədən ölkə ərazisində də hazırlanan günəbaxan, qarğıdalı, kərə yağı kimi satışda olan malların keyfiyyətinə ciddi şübhələr var. Amma AQTA bu sahədə konkret addımlar atmağa cəhd etmir. Görünür ki, yağ bazarının inhisarçıları ilə əlbir işləyir.
Qida ekspertlərinin fikrincə, bəzən marqarin yağlarının da kərə yağı adı ilə satılması hallarına rast gəlinir. Hər iki yağ arasında əsas fərq birincinin, yəni kərə yağının heyvan südündən hazırlanma­sı, marqarinin isə bitki tərkibli olması­dır. Marqarində, eyni zamanda, başqa emilqatorlar, su, duz və s. istifadə olunur. Kərə yağı isə tamamilə heyvan südün­dən hazırlanır, 80-82 faizi sırf yağdır, qa­lanı isə su və süddə olan proteinlərdir. Bu yağ insan üçün faydalıdır, çünki onun tər­kibində doymamış yağlar daha çox olur, marqarində isə əsasən, doymuş yağlar üstünlük təşkil edir.
Ümumiyyətlə, AQTA qida təhlükəsizliyimizə qarant bir qurum olaraq məsul olsa da, yarıtmaz fəaliyyəti göz deşir. Onun indiyə qədər hər hansı ciddi bir tədbiri olmayıb. Ona görə ki rəhbəri biznesmendir və hər şeyə pul gözü ilə baxır. Qoşqar Təhməzlinin varidatını isə təkrar sadalamağa gərək yoxdur, internet resurslarında tam siyahı yayımlanıb. Yəni başı biznesə qarışan və merkantil maraqları olan şəxsi əhalinin keyfiyyətli məhsullardan istifadə etməsi maraqlandıra bilməz. Bu sahə mütəxəssislərin əlində olmalıdır. Üstəlik, dəfələrlə iddialar səslənib ki, AQTA əməkdaşları obyektlərdən pul yığırlar, rüşvət qarşılığında müsbət ekspertiza rəyi verirlər, gömrükdən keçən mallar arasında idxalına icazə olmasa belə, maddi maraq müqabilində "hə" cavabı verirlər. İndi biz kimə inanaq -xalqın gələcəyi müftəxor, çirkaba bulaşmış adamların əlindədirsə...
Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir. Bu cür trans yağlar Dövlət Gömrük Komitəsindən keçirilir, Dövlət Qida Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılmır, nəticədə asanlıqla bazarlarda ayaq açır. Bu yağların adının açıqlanması ilə bağlı dəfələrlə AQTA-ya sorğu ünvanlansa da, müraciətlər cavabsız qalıb. Bu isə onu deməyə əsas verir ki, hazırda ölkəmizdə istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur. Təəssüf ki, aztəminatlı ailələr də bu cür yağları alıb istifadə edir. İllərdir ki, müstəqil ekspertlər, eləcə də həkimlər mənşəyi bilinməyən bu yağların onkoloji xəstəliklərə gətirib çıxarması barədə həyəcan təbili çalırlar.
Bu yağların açıq şəkildə Azərbaycanın istehlak bazarına çıxarılması üçün yenidən emal edilməsi və onlara dad, qoxu vurulması istiqamətində mövcud istehsal sexləri kifayət qədər çoxdur. Yeni Zellandiyadan Azərbaycana idxal olunan yağları keyfiyyətli təmiz kərə yağı saymaq olmaz. O yağlar ölkəmizdə yenidən emaldan keçir tərkibinə digər ucuz yağlar vurulur nisbətən ucuz qiymətə satışa çıxarılır. Ümumiyyətlə, bu proses Azərbaycanda artıq ənənəvi xarakter alıb. Bu, çox təhlükəli tendensiyadır və ölkədə ciddi fəsadları özünü göstərir. Əhalinin böyük əksəriyyəti xəstəxanalarda, apteklərdə növbədə dayanır. Bütün bunların səbəbi Azərbaycanın ərzaq bazarında qeyri-sağlam məhsulların açıq şəkildə satılmasıdır.
Üstəlik, qida təhlükəsizliyin təmin edilməsinin bir yolu da təhlükəli qidalara istehsal edən firmaların adının açıqlanmasıdır. AQTA bunu da etmir. Niyə? Marağı nədir? Nə üçün bu siyahı ictimaiyyətə açıqlanmır? Belə çıxır ki, qarşılıqlı şəkildə maraqlar təmin edilir?
Xatırladaq ki, AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi. Amma adlarını açıqlamamışdı. Deməli, gizlədib və xalq məlumatsız olduğu üçün hələ də o yağları alıb istifadə edir...
Anaxeber.info

 
 
 

Dünyapress TV

Xəbər lenti