Ardını oxu...
"Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib. Eyni zamanda, hadisə yerindən "İctimai" TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında "bir balaca" fərq yarandığı üçün bərkitmə işləri aparılır: "Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır".
Onu da xatırladaq ki, bundan əvvəl eyni problem "Qobu Park-1" və "Qobu Park-2" yaşayış massivində də yaşanıb. "Qobu Park-3"-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi. Elə həmin vaxtlarda binanı tikən şirkətin - "Kristal Abşeron"un ölkə rəhbərliyini aldatdığını yazmışdıq. Görünən odur ki, adıçəkilən şirkət aldatma məsələsində lap ağını çıxarıb.

Belə ki, "Qobu Park" yaşayış kompleksinin sifarişçisi "Paşa Holdinq"dir. Kompleksin təməli 2017-ci il mayın 30-da qoyulub. Təməlqoyma mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Cəmi bir il sonra – 2018-ci ilin 24 mayında isə Prezident İlham Əliyev kompleksə daxil olan "Qobu Park 1"-in açılışını edib. 2019-cu ilin oktyabrında yenə ölkə başçısının iştirakı ilə "Qobu Park 2"-nin açılış mərasimi keçirilib. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Bəs şirkəti bu rəzilliyə getməyə nə vadar edib? Axı "Kristal Abşeron" şirkətinin faktiki sahibi Ağalar Vəliyev 2010-cu ildən parlamentdə təmsil olunur. Baxmayaraq ki, halallıqla mandat sahibi olması böyük sual altındadır. Milli Məclisin stenoqramlarını incələyən hər kəs Ağalar Vəliyevin mandat sahibi olduğu 14 ildə 14 dəfə çıxış edib-etmədiyinə dair məlumat tapmaqda çətinlik çəkər. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!

Belə olan halda, ortaya haqlı olaraq və maraqlı sual çıxır: səni müftə yerə mandat sahibi edən, Milli Məclis kimi tribunadan susqunluğunla istifadə etmənə göz yuman hakimiyyətə niyə nankorluq edirsən? Təbii ki, Ağalar Vəliyev açıqlama verib deyə bilər ki, "Kristal Abşeron" onun şirkəti deyil. Lakin ictimai rəyi çaşdırmaq üçün tez-tez əl atdıqları bu variant təbii ki, hakimiyyət yanında keçərli deyil. Çünki "Kristal Abşeron" şirkətinin məhz A.Vəliyevə məxsus olduğunu hakimiyyətdəkilər çox gözəl bilirlər. O üzdən də artıq Ağalar Vəliyev üçün yolun sonu göründü demək olar. Artıq bu il keçirilməsi gözlənilən parlament seçkilərində ona yenidən mandat haqqının tanınıb-tanınmayacağını demək çətindir. Elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildirilib ki, məsələ ilə bağlı araşdırmalar başlanacaq. Buna qədər isə aidiyyatı qurumlar belə halların olmadığını qeyd edirdilər və problemin üstünün ört-badır edildiyi açıq-aşkar ortada idi.

Bütün iddialarla, səsləndirilən hallarla bağlı "Kristal Abşeron" şirkətinin mövqeyini verməyə çalışdıq. Lakin şirkətin mətbuat xidmətinə dəfələrlə ünvanladığımız sorğular cavabsız qalıb. Eləcə də "Kristal Abşeron"un icraçı direktoru Məhayət Nəbiyevə etdiyimiz zənglərə cavab ala bilmədik. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Sonxeber.az
 
 
 
Ardını oxu...
“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə deyib. Onun dediyinə görə, qida təhlükəsizliyi qurumlarının vəzifəsi sahibkarla istehlakçı arasında münasibətləri tənzimləməkdir...

Bununla da qida təhlükəsizliyinə görə məsuliyyəti bir növ öz boynundan atan AQTA sədri Azərbaycanda qida təhlükəsizliyi səviyyəsinin yüksək olduğunu, hətta Avropanı da üstələdiyini iddia edib: “Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Təhməzli bunu da ölkədəki zəhərlənmə hallarının sayı ilə əlaqələndirib: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir”.

Birincisi, Azərbaycanda bütün rəsmi statistikalar kimi zəhərlənmə statistikasının da obyektivliyi, yumşaq desək, şübhə doğurur və təbii ki, gerçək mənzərəni əks etdirə bilməz.

İkincisi, AQTA sədrinin dediyindən belə çıxır ki, hətta yaşayış səviyyəsi və standartları qat-qat yüksək olan avropalılar bizdən pis qidalanır, bizdən keyfiyyətsiz məhsullar istehlak edirlər və ona görə də bizdən daha çox zəhərlənirlər. Yəqin, bunu iddia edərkən Qoşqar müəllimin özünün də öz dediklərinə gülməyi gəlib...

Zəhərlənmə statistikasına gəlincə, bu, kifayət qədər mübahisəli yanaşmadır. Çünki Azərbaycanda insanlar qidalardan dərhal deyil, tədricən zəhərlənir və bu, özünü xərçəng xəstəliyi başda olmaqla, bir çox digər ağır xəstəliklərin, sonsuzluğun və s. artmasında göstərir.

Məsələyə bu rakursdan yanaşmaq əvəzinə, Q.Təhməzli nəinki avropalıların, dünyanın əksər sivil ölkələrinin yaxın buraxmadıqları və çox ehtiyatla yanaşdıqları palma yağının guya təhlükəsiz olduğu barədə ağız dolusu danışıb. AQTA sədrinin dediyinə görə, bugünədək ölkədə palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib. O, deyib ki, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən palma yağından qida sənayesində geniş istifadə olunur: “Palma yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma və bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Maraqlıdır, görəsən Q.Təhməzlinin özü, yaxud başqa bir məmur evində həmin bu “tərifli” palma yağından istifadə edirmi? Təbii ki, qətiyyən yox! Amma “qara camaata” can-başla məsləhət görür. Yəqin, bu yağı ölkəyə gətirən inhisarçılar, məmur-oliqarxlar və s. belə məsləhət bilir. Onların maraqlarını tapdalamaq olmaz!

Hər halda, əhaliyə kərə yağı adı altında satılan yağların, eləcə də bir çox qida məhsullarının tərkibində palma yağının olduğuna dair iddialar da əsassız deyil. Q.Təhməzlidən fərqli olaraq, qida mütəxəssisi Ağa Salmanov mətbuata açıqlamasında deyib ki, palma yağı insan orqanizmi üçün olduqca zərərlidir və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. O, bildirib ki, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Deməli, Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli olduğunu təsdiqləyir, Q.Təhməzli isə başqa fikirdədəir və belə hesab etmir. Ümumiyyətlə, paradoksal vəziyyət yaranır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı artıq bir ildir COVİD-19-un bitdiyini elan etsə də, Azərbaycanda bu epidemiya hələ də guya “yaşayır” və biz ÜST-ün artıq “gorbagor olmuş” tələblərinə hələ də riayət edirik, hətta sərhədlər də bu adla bağlı saxlanılır. Ancaq digər beynəlxalq qurum - Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli hesab etdiyi halda, biz onu tam yararlı və zərərsiz kimi qəbul edib, əhaliyə “yediririk”. Hər halda, heç də Q.Təhməzlidən zəif mütəxəssislərin toplaşmadığı Avropa Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, palma yağı insan orqanizmində şişlərin, digər ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Təhməzli isə bu arqumenti yox, ölkəmizdə zəhərlənmə hallarının statisikasını əsas götürərək, ölkəmizin qida təhlüksizliyi səviyyəsini bu kriteriya əsasında ölçür. Hansı ki, bu cür qidalar öz təsirini dərhal zəhərlənmələrin deyil, müxtəlif ağır xəstəliklərin say artımında göstərir və yaxşı olar ki, Q.Təhməzli bu statistikadan da danışsın.

Ancaq yox, AQTA rəhbəri üçün prioritet mövzu tamamilə başqadır. Milli Məclisdəki çıxışı zamanı Q.Təhməzli ölkənin qida təhlükəsizliyi səviyyəsinin az qala idealın üzərində olduğunu bildirməklə yanaşı, onun qurumunun sahibkarlıq subyektlərində istədiyi vaxtda, istədiyi kimi yoxlamalar apara bilməməsindən gileylənib. O, deyib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir: “Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək”. Yəni, əhaliyə palma yağı da daxil olmaqla hər cür yararsız qidalar yedirtmək olar, dərd bu deyil, dərd yoxlama dərdidir! Sahibkarlarımız isə bu yoxlamaların nəyə və neçəyə başa gəldiyini yaxşı bilirlər...

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında müəmmalı olaylar baş verir. Elektron media yazır ki, rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, həm də Klinikada Universitetin rektoru Gəray Gəraybəylinin qeyri-leqal işlərinin başında durur. Onun rektoun ən yaxın adamlarından biri olduğunu da yazır mətbuat. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub.

Klinikaya girən kimi hər pasientdən 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Yəni, pul yığır. Məlumatlara görə Klinikada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-1000 manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”nı yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.

Mediada da qeyd olunduğu kimi dövlət tərəfindən Stomatoloji Klinikanın saxlanılmasına külli miqdarda vəsaitlər xərclənir. Bu vəsaitlər Klinikaya tabeliyində olduğu Tibb Universiteti tərəfindən ayrılır. Elektron medianın Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığı araşdırmada məlum olub ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı dövr ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində buraya nə qədər pullar daxil olub və Klinika sosial və vergi ödənişlərindən nə qədər yayınıb. Yazılanlara görə bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Məlumatlara görə həmin borcun bir hissəsi hələ də ödənilməmiş olaraq qalır.

Bəs indi Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında nələr baş verir?

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Azərbaycan Tibb Universiteti ATU – nun Tədris Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə açıq tender müsabiqəsi elan edib. Tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024 17:37; Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.01.2024 12:00; Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.01.2024; Zərflərin açılış tarixi və vaxtı: 19.01.2024 12:00 müəyyən edilib.

Lakin dövlət satınalmalarının vahid internet portalında üstündən 3 ay keçməsinə baxmayaraq hələ bu açıq tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Amma qanuna görə Tibb Universitetinin Satınalmalar Komissiyası zərflər paketinin açılışından 5 bank günü ərzində satınalmanın nə qədər vəsait təklifi ilə hansı şirkətin qalib olduğunu elan etməli, gözləmə müddəti bitdikdən sonra satınalma müqaviləsinin bağlanılması barədə satınalmalarının portalında məlumat yerləşdərməli idi.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız hərtərəfli araşdırmalar zamanı Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nə ləğv olunması barədə, nə də hansısa səbəbdən baş tutmaması barədə heç bir bildirişin yerləşdirilmədiyini müəyyən etdik.

Buradan suallar yaranır:

Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nəticələrini nə üçün açıqlamayıb?

Açıq tender baş tutmayıbsa və ya ləğv edilibsə tədris müəssisəsinin Satınalmalar Komissiyası nə üçün qanunla müəyyən edilmiş qaydada səbəbini göstərməklə bildiriş verməyib?

Qeyd edək ki, burada daha bir müəmmalı məsələ var. Qeyd etdiyimiz kimi tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024-cü il tarixə müəyyən edilib. Amma Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən tender və kotirovkaların keçirilməsi məqsədi ilə iddiaçılara verilən elektron dəvət elanlarının sıralamasında Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsi yanvar ayında deyil, lap aşağıda, 2019-2021-ci illərdə elan olunmuş satınalmaların sırasına yerləşdirilib. Maraqlıdır niyə?

Aydın məsələdir elan satınalmaların portalına bir prosedur qaydası kimi formal olaraq yerləşdirilib. Müqavilə Tibb Universitetinin rəsmilərinə yaxın şirkətlərin biri ilə bağlanılıb. Bəlkə də Klinikanın 4-cü mərtəbəsində cüzi kosmetik təmir işləri çoxdan aparılıb. İndi də büdcədən pul çıxarmaq üçün formal tender elan ediblər. Nə qədər büdcə vəsaitin ayrıldığını gizlətmək məqsədi ilə də tenderin qalibini açıqlamayıblar. Bu qədər sadə. Yoxsa, qanunla yanvar ayında elan olunmuş açıq tenderin nəticələri bu vaxta qədər açıqlanmalı, ya da baş tutmamasının səbəbləri göstərilməli idi. Necə ki, Tibb Universitetinin Satınalmalar Komissiyası baş tutmayan, ləğv edilən başqa satınalmalarda bu prosedura ciddi əməl edir, bildirişlər verir. Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan edilmiş açıq tender müsabiqəsində bu qaydalara nə üçün əməl edilməyib, çox müəmmalıdır.

Qeyd edək ki, elektron mediada həmçinin yazırlar ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Səbəb Universitetin Stomatoloji Klinikasında yol veilən maliyyə pozuntuları olub. Amma elektron medianın yazdığına görə bu gün Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə Səhiyyə naziri Teymur Musayev arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlik heç də Stomatoloji Klinikada yol verilən maliyyə pozuntuları ilə bağlı deyil. Əksinə, Klinikada gün ərzində qeyri-leqal olaraq toplanan pullara sahiblənmək üstündədir.

Maraqlıdır görəsən Səhiyyə naziri Teymur Musayevin bu ilginc faktlardan, Tibb Universiti tərəfindən Stomatoloji Klinikada cari təmir işlərinin satınalınması üzrə formal tender keçirməsindən, bu məqsədlə nə qədər büdcə vəsaiti ayrıldığından, həmin vəsaitlərin necə silindiyindən xəbəri varmı?

Tədris Stomatoloji Klinikasının doktoru Mahir Səfərova gəlincə. Onun artıq çoxdan Səhiyyə naziri Teymur Musayevin hədəfində olduğu bildirilir. Hazırda onun vəzifəsindən kənarlaşdırılması prosesi gedir. Tibb Universiteti tərəfindən Stomatoloji Klinikanın 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınmasına ayrılan vəsatlərin silinməsində onun da əlinin olduğu üzə çıxarsa, durum bu prosesi bir az da sürətlənə bilər.
 
 
 
Ardını oxu...
Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksində “arxeoloji qazıntılar” aparılır. Yaşayış kompleksinin rəhbərliyinə deyəsən, məxfi məlumatlar sızıb ki, binaların altında, zirzəmilərində “xəzinə” var. Əgər belədirsə, möcüzə uzaqda deyil. Amma belə iddialar da səslənir ki, şirkət sahibi Tofiq Heydərov bunkerlər hazırlayır. Hazırda ən güclü bunkerlərin olduğu yerlərdən biri Qəzza zolağında HƏMAS-a aiddir. Məlumdur ki, onlar İsrail qüvvələrinə qarşı hazırlıq görür. Bəs, Tofiq Heydərov bu bunkerləri hansı hücumlara qarşı tikdirir?
Başqa bir versiya da, ondan ibarətdir ki, Xırdalanda olan bu binaların zirzəmilərində “azıx mağarası” aşkarlana bilər. Lakin Tribunainfo.az-a məlumat verən sakinlər səslənən bu üç variantın heç birinə inanmır. Onların sözlərinə görə, yaşayış binalarının altını qazıq-qazıq edərək böyük deşiklər açan “AAAF Park” rəhbərliyi iaşə obyektləri üçün yeni məkanlar hazırlayır. Bu da tikinti normativlərinin kobud pozulmasıdır. Sakinlər qeyd edirlər ki, bir neçə binanın özülü qazılaraq xırdavat, ərzaq satılan dükanlara çevrilib.

Əhalinin şikayətinə isə məhəl qoyulmayıb. İndisə başqa binalara da keçiblər. Sakinlərin dediyinə görə, iş orasıdır ki, Tofiq Heydərov və komandası Fövqəladə Hallar Nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsinin yoxlamalarından da çəkinmir. Onlar yenidən FHN rəhbəri Kəmaləddin Heydərova müraciətində bu qanunsuzluğu dayandırmağı xahiş edirlər. Sakinlər deyirlər ki, hətta hər bir qanunsuz işin də öz həddi, əndazəsi var, bu şirkət isə “qırmızı xətləri” də keçməkdədir. “Əlbəttə, bu ölkədə binaların manstarının satılmasından tutmuş az qala həyətlərində ağacların doğranıb çayxana tikilməsini də görmüşük. Bu ölkədə səkilərin, dayanacaqların, yaşıllıqların məhv edilib yerində xəngəlxana, dönərxana tikilməsinə qədər görmüşük, di gəl, belə həyasızlığı kimsə görməyib.
Ardını oxu...
Faktiki olaraq, binaların altını qazırlar, özülünü dağıdırlar, qəza, faciə riski, yaradırlar, zəlzələyə dözümlülük təhdidi meydana çıxarırlar. Nə var – nə var, bu “yeraltı dünya”dakı obyektlərdən də hər ay icarə haqqı çıxarsınlar. Bəs, sakinlər necə olsun? İnsanların hüquqlarını belə pozmaq olarmı?” – deyə kompleksdə yaşayanlar ritorik sual edirlər. Sakinlər deyirlər ki, ən böyük” qırmızılıq” isə bu qədər qanunsuz hərəkətlərin yiyəsi olan “AAAF Park” və onun rəhbəri Tofiq Heydərovun “qoçu dəstəsi” hələ azmış kimi, qayda-qanundan, müqavilə şərtlərindən dəm vurub, hər ay sakinlərdən kommunal xidmət haqqı tələb edir: “Məgər sən özün qaydalara riayət edirsən ki, kommunal ödəniş də tələb edirsən?! Üstəlik, ödəniş olmayanda gah liftlərin jetonları bloklanır, gah hansısa məhdudiyyətlər yaradılır… Və yığılan bu qədər kommunal vəsaitin əvəzində yaşayış kompleksində heç bir abadlaşma, səliqə-sahman yoxdur. Bəs bu pullar hara xərclənir? Şirkət bu vəsaitlərdən vergi ödənişini şəffaf şəkildə edirmi? Kompleksin həyətini
“vosmoy bazarı”na çevirən, həyətin tən ortasında boranı, kələm, badımcan, xiyar satmağa şərait yaradan, eybəcər bir mənzərə yaradan, xaos, intizamsızlığa səbəb olan, ərazini tör-töküntü edən şirkət sahibi, həm kommunal xidmət haqqı tələb edir, həm də binaların altını qazır… Bu ölkədə utanmadan oynamağa nə var ki?! Utanmayın, oynayın!!!” – sakinlər FHN rəhbərinə səslənərək kömək istəyirlər…
Ardını oxu...
Ardını oxu...
Tribunainfo.az
Afiq
 
 
 
Ardını oxu...
Bakının Nərimanov rayonu ərazisində yerləşən “Dədə Qorqud” parkında acınacaqlı vəziyyət hökm sürür.

KONKRET.az-ın redaksiyasına göndərilmiş və özündə sözügedən parkın son durumunu əks etdirən fotolardan da göründüyü kimi, bura istirahət məkanından daha çox zibil qalaqlarının toplandığı kimsəsiz məkan təəssüratı yaradır.

Prezident İlham ƏIliyevin 2013-cü ildə açılışını etdiyi, 6 hektarlıq ərazini əhatə edən parkın baxımsızlığı vətəndaşların haqlı narazılığına səbəb olur. Əslində parkın son durumunu əks etdirən fotolar özü “danışır” və əlavə sözə yer qoymur.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...

Bir çox binaların tikintisini həyata keçirməkdə adı hallanan Milli Məclisin deputatı Ağalar Vəliyevin gördüyü işlərin uğursuz olduğu haqda məlumatlar ölkə gündəmini zəbt etməkdədir. Belə ki, deputatın ailəsinə məxsus “Kristal Abşeron” MTK inşasını həyata keçirdiyi yaşayış binalarının qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli şok yaradacaq məlumat yayıb. 

Ardını oxu...

Biz də insanların öncədən tədbirli olmaları üçün gundemxeber.az olaraq, həmin məlumatı olduğu kimi təqdim edirik: "Lökbatanda bir vaxtlar məcburi köçkünlər üçün tikilmiş, açılışında prezident İlham Əliyevin iştirak etdiyi “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə baş verib. Səbəbi odur ki, bünövrəsi zəif qoyulub, pul yeyilib. İndi də tələm-tələsik böyür-başına beton tökürlər ki, yıxılmasın. Baxın, binaların tikintisinin sifarişçisi Paşa Holdinqdir. Binaları tikən şirkət isə Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus “Kristal Abşeron” MTK-dır. Yəni Vəliyevlər Paşa Holdinqdən də oğurlamağa cəsarət ediblər?" 

 

GundemXeber.Az

 
 
 

 

        
Ardını oxu...
Aprelin 9-da Cəlilabad sakini, 1984-cü il təvəllüdlü Mübariz Ağayev xüsusi əməliyyatla saxlanılıb və ondan 6 kiloqram narkotik maddə aşkarlanıb. O, ifadəsində həmin narkotik maddələri karqo şirkətlərdən birindən aldığını bildirib. Narkotik maddə İrandan Azərbaycana TIR-da silikonların içərisində gətirilib. M.Ağayev narkotik malları paytaxt Bakıda müəyyənləşdirilən yerlərə verdikdən sonra iranlı narkotacirə məlumat verməli imiş.
M.Ağayevin "narkotiki karqo şirkətlərin birindən aldım" deməsi, diqqətimi çəkdi və məsələ ilə bağlı qısa araşdırma apardım.
Məlum oldu ki, 6 kiloqram narkotik maddə "Fronqresen Group" adlı MMC-yə məxsus malların, 303 kq çəkisi olan silikonların içərində Azərbaycana gətirilib. Mallar 25.03.2024-cü il tarixində Bakı Şəhər Baş Gömrük İdarəsində olub, maliyyə inspektoru tərəfindən rəsmiləşdirilib, gömrük bəyannaməsi yazılıb. Gömrük əməkdaşları və rentgen aparatları narkotiki aşkarlaya bilməyib. Maraqlıdır ki, mallar bir neçə gün orada olub, yoxlanılıb, daha sonra yenidən fiziki baxışa verilib. Amma 6 kiloqram narkotiki aşkarlaya bilməyiblər.
O da məlum oldu ki, malların yoxlanılması və buraxılması BBGİ-nin inspektoru Aqil İbadovun monopoliyasındadır. Onun icazəsi, rəyi olmadan heç bir mal buraxıla bilməz.
Məsələ ilə bağlı istintaq aparılır. Ümid etmək istəyirəm ki, bu məsələ ilə bağlı təkcə M.Ağayev barədə yox, gömrük əməkdaşının məsuliyyəti də müəyyənləşdirilərək lazımı tədbirlər görüləcək.
Samir Feyruzov
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Gəncə Şəhər Birləşmiş Xəstəxanasını kim idarə edir, direktor, yoxsa “otdelkadr?” Ümumiyyətlə, 80-ci illərdən kadr məsələləri ilə məşğul olan Məlahət Bayramova, bir çox baş həkimləri yola salsa da, o, indiyə kimi öz postunda möhkəm qərarlanmağı bacarıb.

Mərhum İsa həkimdən bu günə qədər, ələlxüsus Nazim Əhmədovla, daha sonra İlkin İsmayılovla dil tapıb işləmək məharət tələb edir. Baş verənlərə diqqət yetirdikdə görürsən ki, baş həkimlər dəyişsə də, kadr məsələləri ilə bağlı yanaşma dəyişmir. 2023- cü ildə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəlli oldu ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında vəziyyət o qədər də ürəkaçan olmayıb.... Çünki, 2023-cü ilin iş planına əsasən, Hesablama Palatasının bu Xəstəxanada həyata keçirdiyi audit yoxlamaları nəticəsində çoxsaylı nöqsanlar aşkar olunur. Hətta, Hesablama Palatasının verdiyi rəyi oxuduqdan sonra ortaya düşündürücü suallar da çıxır. Görəsən bir çox səhiyyə müəssisələrində, o cümlədən Abbas Səhhət adına xəstəxanada necə olur ki, baş həkim İlkin İsmayılov 2023-cü ildən Gəncə Şəhər Birləşmiş Xəstəxası publik hüquqi şəxsin direktor vəzifəsinə təyinat almağı bacarır? Məlumat üçün qısa şəhr verək, 02 fevral 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs direktor vəzifəsinə təyinat olur. Sözügedən vəzifə isə, həmin vaxta qədər Abbas Səhhət adına xəstəxanaya az öncə baş həkim təyin olunan İsmayılov İlkin Yusub oğluna həvalə olunur.

Bəs bu gənc həkim kimdir? İlkin İsmayılovun bioqrafiyasına nəzər salaq. Bu şəxs 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alır və həmin Universitetin Onkologiya kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirir. Bu Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov, 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra baş direktor vəzifəsində çalışır. (Gəncə Beynəlxalq Xəstəxanası özəl klinikadır, çatdırılan məlumatlara görə bu xəstəxananın sahibi sabiq vergilər naziri, mərhum Fazil Məmmədovdur.) 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alır. Hal- hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. İlkin İsmayılov, 2021- ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri olaraq fəaliyyət göstərir. Obyektivlik olsun deyə, cərrah işlədiyi müddətdə işinin peşəkarı olaraq cəmiyyətdə ad çıxarmağı bacarır və bunu heç zaman unutmaq olmaz. Bəli, artıq deyəsən problemin ən ilginc nöqtəsinə çata bildik. Xatırlatmaq üçün deyə bilərik ki, elə Abbas Səhhət adına xəstəxanadan kadrlar şöbəsinin müdiri Məlahət Bayramova ilə birlikdə çalışır. Bir məqama xüsusi diqqət edək, Məlahət Bayramova uzun illərdir ki, yəni 1980-ci ililərdən indiyə kimi kadr məsələləri ilə məşğuldur və xəstəxanada çalışanların çoxu, ələlxüsus yaxın qohum-əqrabası, qonşuları, tanışları və s. onun sayəsində iş tapa biliblər. Əgər dərindən düşünsək o halda belə bir qənaətə gəlmək olar ki, burada nə var ki?

Yəni, adətən indiki reallıqda çömçə kimin əlində olursa, yeməyin yağlı yerindən pay da həmin çömçə tutanın sülaləsinə çəkilir. Unutmaq olmaz ki, dövlət xəstəxanası olan bu səhiyyə müəssisəsində uzun illərdir ki, baş həkimlərdən biri digərini əvəz etsə də “otdelkadr”postu dəyişməz qalır, xəstəxana bu formada idarə olunur. Bunun səbəbi baş həkimdə deyil, onu bu posta dəstəkləyəndə axtarsaq, yaxud da aidiyyəti qurumlar, o cümlədən Hesablama Palatası xəstəxananı daha diqqətlə yoxlasaydı, yəqin ki, uzun illər ərzində yaşanan problemlər ortaya çıxardı. Deməyi özümüzə borc bilirik. Özünün dediyinə görə M. Bayramovanın arxasında duran qüvvənin korrupsiyaya qarşı qəti münasibət bildirənlərdən sayılan biri olsa da, hansı ki, bu da sözdə belədir, necə olur ki, simsarının əməllərindənmi xəbərsizdir? Deməzdim. Bütün dövlət qurumlarından onu hifz etməyi hələlik bacaran məmurun gözündəki eynək əcaba (rozovıy) cəhrayımı rəngdədir ? Yəqin ki, əks təqdirdə bu qədərləri görə bilmək o qədər də çətin deyil. İki nəfərdən artıq şəxsin bildiyi sirr artıq sirr deyil. Görünür onun ətəkləri də (yəni söhbət sponsordan, himayədardan gedir-müəllif) korrupsiya çamuruna artıq çoxdan batıb və yaxud da HAQQI unudub. Nə isə... uzun illər ərzində Abbas Səhhət adına Xəstəxananın kadr məsələləri ilə məşğul olan (vəzifəsi kadrlar şöbəsinin rəisi) Məlahət Bayramovanın Adil və İsmayıl adında iki oğul övladı var. Oğlanlarından biri bu Xəstəxanada texnik, digəri isə mülki müdafiə üzrə mütəxəssis kimi çalışır. Hərçəndi onların işə gəlişi belə bayramda şəkərbura, paxlamanı görmək kimi bir şeydi. Oğlunun həyat yoldaşlarından biri ümumi şöbədə katibə işləsə də, digəri Birləşmiş Xəstəxanada kadrlar şöbəsində mütəxəssisdir.

Məlahət Bayramova haqqında çoxsaylı şikayətlərin ardı, arası kəsilməsə də ,nə o,nə də rəhbərlik barəsində olan şikayətlərə əhəmiyyət vermir və özündən sonra, bugünkü vəzifəsinə gəlini Gülnarəni hazırlamaqla məşğul olur. Yəni, bu xanım kadr artıq səhiyyə idarəsini özünün deməyək, himayədarının özünküləşdirməsindən tam əmindir. (Bizsə deyil.) Haşiyə çıxaraq bildirim ki, ölkədə özəl xəstəxalar mövcud olduğundan hamımız məlumatlıyıq, amma səhiyyə idarəsinin özəlləşməsini ilk dəfədir görürük. Belə də ki, media nümayəndələrinin işi görmək, bilmək, məlumatlandırmaqdır. Qalanı Dövlətin işidir. Qayıdaq siyahımıza, siyahıda onun qardaşı qızları, yəni Əliyeva Samirə Aydın qızı və Tağıyeva Həyat Aydın qızının da adı var ki, bu iki xanım da bibiləri Məlahət Bayramovanın sayəsində iş başındadırlar. Məlahət xanım təkcə özünü deyil, həyat yoldaşının qohumlarını da ayrı seçkilik etmədən işlə təmin edə bilib. Məsələn, Aygün Qafarova - bu “otdelkadr”ın qaynı Sərxanın qızıdır və o, sığortanın təşkili və innovasiya şöbəsinin şöbə müdirinin müavini vəzifəsini daşıyır. Bundan əlavə, qaynı Sərxanın oğlu Samir İbrahimov hemodializə şöbəsində texnik vəzifəsində, baldızının oğlu Həsənov Vasif Yusif oğlu isə, xəstəxananın informasiya texnologiyaları şöbəsində çalışır. Bu xəstəxana dövlətdən maliyyələşən səhiyyə müəssisəsi olsa da, burada çalışan işçilərin demək olar ki, yarısından çoxu Məlahət Bayramovanın “bığının altından keçməklə” işlə təmin olunublar. Bəli, uzun illərdir ki, bu xəstəxana “otdelkadr” tərəfindən qoyulan şərtlər daxilində fəaliyyət göstərir desək, heç də yanılmarıq. Yada gələn baş həkimlər gərək Məlahət xanımın uşaqlıq dostları, sinif yoldaşları, yada ki, qohumları ola ki, ona bu qədər artıqlaması ilə səlahiyyət verilib? Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, Məlahət xanımın həyat yoldaşı Faxrəddin İsmayıl oğlu İbrahimov I qrup əlil olduğu halda, o, avtomobil idarə edir. Bu faktın doğru olub-olmadığını aydınlıq gətirmək üçün, üz tutduq Dövlət Sosial Müdafiə Fonduna. Apardığımız araşdırmalar, əldə etdiyimiz məlumatlar, görüb bildiklərimiz və s. bizi belə bir qənaətə gətirdi ki, Gəncənin səhiyyə müəssisələrindəki korrupsiya şəbəkəsinin başında, üzdə, dünən direktor vəzifəsinə gətirilən İlkin İsmayılov olsa belə, araşdırmalarımızdan görünən idarəetmə mexanizminin başında bir başqasıdı, yəni səhiyyə tam başqa səmtdən idarə olunur. Belə bir səbəbdən də, hazırda xəstəxanalarda baş verənləri diqqətdən keçirmə zamanı yetişmiş sayılır.

Gəncə səhiyyəsinin bataqlıq dönəmindən keçdiyi yolun sonuna gəlib çıxdığımız bəlli olar. Məni heç də yalnış anlamayın və bunu “Gəncə xəstəxanalarında korrupsiya yığışdırılıb”anlamı kimi də başa düşməyin. Əksinə, Hesablama Palatasından sonra adı çəkilən bu “otdelkadr”ın “iş qabiliyyəti”ni “nəzərə aldılar və onu daha da başa çəkdilər. Yəni, Gəncənin “Qubernator”u onu daha mühüm posta təyin etdi. Hesablama Palatasının hesabatı əsasında dəyişən nə oldu? Əsasən kadr islahatında və maliyyə məsələlərində aşkar olunanlardan sonra Məlahət Bayramovanın vəzifəsinin daha da böyüdülüb başa çəkilməsi, yəni bu xanımı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının insan resursları şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Deyilənlərə görə, işinin peşəkarı hesab olunan İlkin İsmayılovu cərrahlıq işindən ayırıb, onun təmiz adı altında baş verənləri ört-basdır etmək üçün direktor vəzifəsinə gətirilməsi kimin ağlına gəlib? Görünür “Qubernator” artıq peşəkarcasına şahmat oynamağı da öyrənib. Məlahət Bayramovanı bu vəzifəyə yüksəldən “Qubernator”un tapşırığına əsasən, İlkin həkimin bu şəxsdən icazəsiz hər hansı qərar qəbul etməsi, yaxud da işçini qəbul etməsi absurd məsələdir. Sözümüz burada bitmir, söhbət səhiyyədən getmişkən , əsas odur ki, səhhətinizdən muğayat olun və bizi izləməyi unutmayın, elə məndə .

P. S. Əziz oxucular! Bir haşiyə çıxmaqla tarixi bir faktı xatırlatmaq və ürəyimdən keçənləri sizlərlərlə bölüşmək qərarındayam. XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində hərc-mərclik yaranan vaxtlarda müəyyən qruplaşmalar, əsasəndən qazaxlar çar ordusu üzərində bir sıra uğurlu qələbələr əldə edirlər. Bütün zamanlarda xalq hərəkatlarında olduğu kimi, yəni, Puqaçovun başçılıq etdiyi kəndli üsyanında da əvvəlcədən hazırlanmış plan qurulmur və üsyançılar arasında nizam- intizama nəzarət etmək də mümkün olmur. Üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirlər. Ayağında çarıq olan Yemelyan Puqaçov özünü çar elan edir və onun hökmdarlığı heç də uzun sürmür, az bir müddətdən sonra çariçanın əmri ilə onun özünü və yaxın ətrafını Moskvada tuturlar və boyunlarını da vururlar.

P.S.S Bütün bunlar hadisələri qabaqlamaq kimi çıxdı. Hələlik isə onu deyə bilərək ki, Prezident Gəncə şəhərinin statusunu dəyişməyib və bu şəhərə quberniya adı isə hələlik verilməsə də, artıq bu şəhərdə özünü Qubernator sayan şəxsin kimliyi əksəriyyətə bəllidir. Gəncədə “Qubernator” adını daşıyanın kimliyi isə... Əgər Məlahət Bayramovanın dediyi kimi, mən qubernatorun qəzəbinə düçar olmayıb sağ qala bilsəm də, bilməsəm də yenidən bu mövzuya qayıdacağıq. Ömrü yazan yazır, bəndə kimdir?

globalinfo.az
 
 
 

Ardını oxu...
"İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?" Dia-az.info bildirir ki, bu ritorik sualla çıxış edən tanınmış araşdırmaçı jurnalist Samir Feyruzov ilginc bir məqama da toxunub. Belə ki, bu vaxta qədər əksəriyyəti düşündürməkdə olan, lakin cavabı hələ də tapılmayan bir sualla bağlı məsələ qaldıran S.Feyruzov bildirir:
"Aprelin 9-da Cəlilabad sakini, 1984-cü il təvəllüdlü Mübariz Ağayev xüsusi əməliyyatla saxlanılıb və ondan 6 kiloqram narkotik maddə aşkarlanıb. O, ifadəsində həmin narkotik maddələri karqo şirkətlərdən birindən aldığını bildirib. Narkotik maddə İrandan Azərbaycana TIR-da silikonların içərisində gətirilib. M.Ağayev narkotik malları paytaxt Bakıda müəyyənləşdirilən yerlərə verdikdən sonra iranlı narkotacirə məlumat verməli imiş.
M.Ağayevin "narkotiki karqo şirkətlərin birindən aldım" deməsi, diqqətimi çəkdi və məsələ ilə bağlı qısa araşdırma apardım.
Məlum oldu ki, 6 kiloqram narkotik maddə "Fronqresen Group" adlı MMC-yə məxsus malların, 303 kq çəkisi olan silikonların içərində Azərbaycana gətirilib. Mallar 25.03.2024-cü il tarixində Bakı Şəhər Baş Gömrük İdarəsində olub, maliyyə inspektoru tərəfindən rəsmiləşdirilib, gömrük bəyannaməsi yazılıb. Gömrük əməkdaşları və rentgen aparatları narkotiki aşkarlaya bilməyib. Maraqlıdır ki, mallar bir neçə gün orada olub, yoxlanılıb, daha sonra yenidən fiziki baxışa verilib. Amma 6 kiloqram narkotiki aşkarlaya bilməyiblər.
O da məlum oldu ki, malların yoxlanılması və buraxılması BBGİ-nin inspektoru Aqil İbadovun monopoliyasındadır. Onun icazəsi, rəyi olmadan heç bir mal buraxıla bilməz.
Məsələ ilə bağlı istintaq aparılır. Ümid etmək istəyirəm ki, bu məsələ ilə bağlı təkcə M.Ağayev barədə yox, gömrük əməkdaşının məsuliyyəti də müəyyənləşdirilərək lazımı tədbirlər görüləcək".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Azərbaycanda rəqabət qaydalarını kobud şəkildə pozan iaşə müəssisələrinə rast gəlinir. Bəzi hallarda ticarətlə məşğul olan vətəndaşlar haqsız rəqabətə məruz qaldıqlarını söyləyirlər.

Redaksiyamıza daxil olan məlumata görə, Quba şəhərində fəaliyyət göstərən nəhəng “Megastore” mağazasının icarəyə götürdüyü binanın sahibi fantastik üsula əl atıb. O, sahibi olduğu binanın tikili sahəsini bir qədər də genişləndirərək obyektin bir hissəsini icarəyə verdiyi “Megastore”a rəqib olan yeni “Hiperstore - ən ucuz market” mağazasını açıb. İddialara görə, sahibkarın tez-tələsik bu addıma əl ataraq biznesini genişləndirməsi iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsində göstərilən məsuliyyətlərdən azad olmaq məqsədi daşıyır.

Bəs belə hallarla üzləşən sahibkarlar nə etməlidir?
Ardını oxu...
Haqsız rəqabəti necə müəyyənləşdirmək olar?

Amma iyulun 1-dən etibarən həmin qanunun tələblərini pozanlara qarşı ciddi mübarizələr aparılacaq və cəza mexanizmləri tətbiq olunacaq. Məlumat üçün bildirək ki, Məcəllənin 6-cı fəslində haqsız rəqabətdən bəhs olunur. 19-cu maddədə haqsız rəqabətin formaları göstərilir. Qeyd edilir ki, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması, rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi, müştərilərin çaşdırılması və aldadılması və s. qadağandır. Eyni zamanda, 25-ci maddədə haqsız rəqabətə səbəb olan digər hərəkətlərdən söz açılır. Burada haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi, rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, eləcə də öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir.

Reklamlarda bu ifadələrdən istifadə olarmı?

Məcəllənin 23-cü maddəsində isə müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərin siyahısı göstərilib. Müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəlmiş hərəkətlərdən biri də qanunsuz reklam yayımıdır. Təsadüfi deyil ki, Azərbaycanda reklamlarda “ən ucuz”, “ən keyfiyyətli”, “1 nömrəli” və s. ifadələrinə rast gəlinir. Kimi satdığı məhsulu ən keyfiyyətli, kimi açdığı marketi ən ucuz, kimi isə iaşə xidməti göstərdiyi restoranı bir nömrə kimi qələmə verir. Qanun isə bu cür reklamların pozuntu olduğunu deyir.

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev İqtisadiyyat.az-a bildirib ki, reklam – istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.

O, qanunvericiliyin tələbinə əsasən söyləyib ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.

VK-nin üzvü vurğulayıb ki, bu baxımdan reklamlarda “ən ucuz”, “ən keyfiyyətli”, “1 nömrəli” və s. formada ifadələrdən istifadə eddilməsi yolverilməzdir:

"Reklam haqqında" Qanun haqsız reklamlarla bağlı məsələni də tənzimləyir. Belə ki, reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən, yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda, müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə, reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda və qanunda nəzərdə tutulmuş digər hallarda haqsız reklam hesab edilir və buna yol verilmir".

Bu qanunu pozanları külli miqdarda cərimə gözləyir

R.Əliyev əlavə edib ki, reklam haqqında qanunvericliyin pozulmasına görə isə həm inzibati, həm mülki, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

Belə ki, reklam haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən məsuliyyət yaradır və bu əmələ görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub və yuxarı həddi 40.000 manatdır:

"Cinayət Məcəlləsinin 198-ci maddəsi isə bilə-bilə yalan reklam etmə əməlinə görə məsuliyyəti müəyyən edir. Belə ki, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda (50 min manatdan artıq) ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (100 min manatdan artıq) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin reklam qanunvericiliyini pozmaqla vurduğu zərərə görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər həm də mülki qaydada maddi məsuliyyət daşıyırlar".

ADRA monitorinqlər zamanı həmin reklamların yayımını dayandırır

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri İqtisadiyyat.az-a deyib ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl icazə alınmalıdır.

Onun sözlərinə görə, ən keyfiyyətli, ən ucuz, ən sürətli və s. ifadələrlə fəaliyyət göstərmək istəyənlərdən sertifikat tələb olunur.

ADRA sözçüsü bildirib ki, əgər bunu təsdiqləyən sənədlər varsa, o zaman həmin sözlərdən reklam kimi istifadəsinə icazə verilir:

"Amma icazəsiz və qanunsuz reklam yayımı fəaliyyətinə qarşı yerlərdə müfəttişlərimiz mütəmadi olaraq monitorinqlər aparırlar və onlar həmin reklamların yayımını dayandırırlar, demontaj edirlər. Yəni o reklamı sökür və sahibkarlara da xəbərdarlıq edirlər. Əgər sahibkarlar yazılı xəbərdarlığa əməl etmirlərsə, onda onları təbii ki, qanunvericiliyə uyğun olaraq cərimə gözləyir".

"Biz bundan başqa, mübarizə üsulu olaraq öz sosial platformalarımızda da adra.gov.az həştəqini əhalinin ixtiyarına vermişik ki, haradasa qanunsuz reklamlara rast gələn zaman paylaşaraq bizi işarələyə bilərlər. Biz də buna müvafiq addımlar ataraq lazımi tədbirləri görə bilərik. Agentliyin hər rayon üzrə ayrı-ayrı müfəttişlər var. Onlar bu cür pozuntu hallarına qarşı mütəmadi olaraq reydlər keçirirlər. Bundan başqa, bizdə avtomobil üzərində quraşdırılmış 360 dərəcə ətrafı təsdiq edən xüsusi qurğu var. Avtomobil küçədə və ərazidə hərəkətdə olan zaman maşın ətrafdakı bütün reklamları çəkir və bütün informasiyaları avtomatik şəkildə mərkəzi aparata göndərir və burada həmin reklamların icazəsinin olub-olmadığı müəyyən olunur", - H.Azəri əlavə edib.
Haqsız, qeyri-dəqiq və gizli reklam üsulları ilə rəqabətə yol verilmir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, reklam haqqında qanunvericiliyin tələblərinə əsasən, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi qadağandır.

Qeyd edilib ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü və 6.2-ci maddələrinə əsasən, müvafiq olaraq, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklam hesab edilir və haqsız reklama yol verilmir: "Həmin Qanunun 7.1.2-ci, 7.1.4-cü və 7.2-ci maddələrinə əsasən, əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları və reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur və qeyri-dəqiq reklama yol verilmir. Bundan başqa “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur və haqsız rəqabətə yol verilmir. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, qeyd olunan ifadələrin həqiqiliyini təsdiq edən müvafiq sənəd və materiallar bazar subyektlərində olduğu təqdirdə bu ifadələrdən istifadə oluna bilər".

Məlumatda vurğulanıb ki, Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti (açıq məkan istisna olmaqla) məqsədilə mütəmadi olaraq monitorinqlər və maarifləndirmə tədbirləri, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlərin araşdırılması həyata keçirilir: "Aparılmış araşdırmalar zamanı bazar subyektləri tərəfindən pozuntu əlamətləri aşkar edildikdə qanunvericiliyə müvafiq olaraq tədbir görülür. Məlumat üçün bildirək ki, istehlakçılar müxtəlif reklam daşıyıcılarında malların reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif elektron poçt - office@competition.gov.az və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edilə bilər".
 

Dünyapress TV

Xəbər lenti