Ardını oxu...
Xəstəxanada əməkdaşlar rüşvəti özbaşına alır?

Ölkəmizin qida sənayesinin istehsal etdiyi yararsız və zərərli qidalar vətəndaşlarımızın sağlamlığını siradan çıxarır. O üzdən də hansı tibb müəssisəsinə üz tütürsansa onun həndəvərində avtomobil, içərisində isə insan tıxacına düşürsən. 40 yaşdan yuxarı əhalinin qazancının əksər hissəsi tibbi xidmətlərin alınmasına xərclənir. Bunu nəzərə alan bizim büdcə oğruları Bakı şəhərinin hər tinində bir özəl klinika, iki aptek açıb.
Bir dəfə əlimə bir iki yuzlük düşmüşdü. Ətrafda böyük market yox idi. Hansı mağazaya girdimsə, dedilər ki, xırda yoxdu. Axrıncı mağazada satıcı işləyən oğlan dedi ki, əmi aptekə girin, indi onların alveri "xod gedir"... Oğlanın dediyi kimi, balaca bir aptekə girib, əskinası xırdalamağı rica etdim. Gülərüz xanım hələ necə xırda istədiyimi də sorüşdü...
Beləcə həmvətənlərimiz özəl tibb müəssisələrinin və apteklərin biznesini inkişaf etdirmək yolunda əzimlə çalışdırılır. Vətəndaşlarımız ölkədə qazancını əlindən alınması üçün müxtəlif labrintlərə qovulur. Belə labrintlərdən biri də "qida sənayesi-səhiyyə müəssislərı" labrintidir. Qida sənayesi gözəl və parıltılı qablaşdırılmalarda təqdim etdiyi, qəpik-quruşa başa gələn zərərli qidalarla insanların sağlamlığına zərbə vurur. Belə qidaları bazar inhisarçıları həm on qat baha satıb yaxşı qazanc əldə edir, həm də insanları xəstələndirməklə, xidməti bərbad gündə olan özəl tibb müəssisələrinə müştəri "istehsal edir".
Son illər hökumət durumu nəzərə alaraq tibbi sığorta mexanizmi qurmağa başlayıb. Lakin hələ ki, tibbi sığorta nə vətəndaş, nə də həkim məmnunluğunu təmin edə bilmir. Həkim gileylənir ki, sığorta mənə az əmək haqqı hesablayır, vətəndaş da narazıdır ki, həkimlər yenə onlardan zəhmət haqqı umur. Bu məsələnin bir tərəfi, amma vətəndaşlar üçün elə vacib tibbi xidmətlər var ki, o xidmətlər nədənsə hələ də tibbi sığorta paketinə daxi edilmıyib.
Məsələn, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.
Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, bu yaxınlarda bir qohumumda xərçəng xəstəliyi aşkarlandı. O zaman şahidi olduq ki, MOM-a qeydiyyat belə ödənişlidir - 30 manat. Bizə təqdim edilən digır xidmətlərin qiyməti ilə də oxucularımızı tanış etmək istərdik: MRT müayinəsi - 150 manat; yoğun bağırsağın kolonoskapik müayinəsi - 250 manat; qanın ümumi analizi - 70 manat; rengen müayinəsi - 25 manat; EKT müayinəsi - 30 manat; şüa-terapiya - 1000-1500 manat; kimya-terapiya, hər seansı - 250-600 manat.
Onu da qeyd edim ki, ödənişlərə görə heç bir qəbz verilmir, tələb edəndə də deyirlər ki, bizdə qəbz yoxdur. Qəbz yoxdursa, deməli, ödəniş qeyri-qanunidir! Bu məsələ barədə danışanda MOM əməkdaşları tutuquşu kimi təkrarlayır ki, tibbi sığorta bizim xəstəxanada işləmir. Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə görə "yox" cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir.
MOM-un baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli yerli mediaya açıqlamasında deyib ki, MOM-da onkoloji xəstələrə bütün xidmətlər ödənişsiz təqdim edilir!
Bununla yanaşı, "Onkoloji yardım haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir". Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçrilmir.
Yeri gəlmişkən, şahidi olduğumuz bir maraqlı nüansı da oxucuların diqqətinə çatdırmaq istərdik. Biz rengen müayinəsində dayananda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindın müayinəyə göndərilmiş çağırışçının valideyini müayyinənin "xidmət haqqı"nı ödəməkdən imtina etdi. Dedi ki, bu adam vətənə xidmətə getmək üçün müayinə edilir, özü də onu dövlət xidməti göndərib, qəpik də ödəməyəcəm. Sonda həkim təkrar xahiş etdi ki, heç olmasa diskin və plyonkanın xərcini ödəyin - 5 manat. Valideyin imtina etdi. Belə olan halda həkim müayinələri dayandırdı və getdi, yuxarı rəhbərliyə məruzə etsin ki, pasientin biri müayyinənin "xidmət haqqını" ödəməkdən imtina edir. Bu məsələ 40 dəqiqəyə qədər vaxt aldı. Sonda bəlli oldu ki, həm xəstəxanada qirilmuş elektron sistem vasitəsi ilə, həm də müşahidə kameraları ilə bütün müayinə otaqları izələnilir. İzlənilmə zamanı bütün pasientlər sayılır və günün sonunda həmin saya uyğun olaraq müayinə həkimindən yığdığı pul tələb edilir. Bu isə o deməkdir ki, xəstəxanada rüşvəti əməkdaşlar özbaşına almır, onlar verilən tapşırığı yerinə yetirir.
MOM-da gündəlik rüşvətin həcminə gəldikdə isə təxminlərimizə görə bu yüz min manat civarındadır. Çünki xəstəxananın bütün foeləri gün ərzində adamla dolu, müayinə otaqları isə uzun növbələrlə müşahidə edilir. Bir tərəf yuz min manatlarla pul qazanır, digır tərəf isə yaşamaq uğrunda mübarizə məqsədi ilə pul əldə etməkdən ötrü hər cür vasitələrə əl atır. Çoxları müalicəsini bank krediti hesabına davam etdirir.
Bu il dövlət büdcəsindən dövlət xəstəxanalarının saxlanması üçün 231,5 milyon manata qədər vəsait ayrılıb. Əldə etdiyimiz məlumata görə, bu vəsaitin təxminən 60 milyon manata qədəri MOM-un xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Beləcə, MOM həm qanuni, həm də qeyri-qanuni yolla pul qazanır.
Akif Nəsirli
Ardını oxu...
/lim10.az
 
Ardını oxu...
Sosial şəbəkələrdə Sabunçu rayonundakı uşaq bağçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb.

Azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqqında məlumatı sosial şəbəkə vasitəsilə öyrənib.

Valideyn hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunublar.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə də xitam verilib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 
Ardını oxu...
Hakimiyyət bir ildə ikinci dəfədir ki, Bərdənin icra başçısı Vidadi İsayevi cəzalandırır. Hər iki cəza məhz seçki dönəminə aiddir. Anaxeber.info-nun siyasət şöbəsi xatırladır ki, bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisi günü ən çox seçki pozuntusu və şikayət Bərdədən gəlmişdi. İcra başçısının Bərdədə seçki prosesini yaxşı təşkil edə bilməməsi səbəbindən ona töhmət verilmişdi. Bu dəfə də fərqli olmadı, sentyabrda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində yenə də Bərdə İH başçısı dövlətdən töhmət alıb. Bu barədə Gununsesi.info məlumat yayıb. Sayt yazır ki, buna səbəb Bərdədə çoxsaylı qanunsuz tikintilərə şərait yaradılmasıdır. Saytın yaydığı bu informasiya iqtidaryönlü mediada sürətlə tirajlanıb. Belə aydın olur ki, uzun illər Bərdəyə rəhbərlik etmiş Vidadi İsayevə hakimiyyət tərəfindən "sarı kart" göstərilib. Bu dəfə də töhmətlə yaxasını qurtaran icra başçısı növbəti "sarı kart"ı almaqla tamamilə kənarlaşdırılacaq. Ona görə ona sonuncu şans verilib ki, fəaliyyətini yenidən nəzərdən keçirsin. Anaxeber.info bildirir ki, Bərdə Vidadi İsayevin və onun yarıtmaz komandasının əlindən inildəyir. Şəhərin kommunal təsərrüfatlarından tutmuş icra nümayəndəliklərinə qədər ayaq açan rüşvət, talan piramida şəklində yüksəlir. Bu rüşvət piramidasının zirvəsində Vidadi İsayev faktoru dayanır. Onun maxinasiya, korrupsiya, büdcə talanı ucbatından Bərdə ağır bir vəziyyətə sürüklənib. Eyni zamanda, ağacların məhvi, səkilərin zəbti nəticəsində Bərdənin arxitekturası korlanıb. İsayev yaşıllıqları, səkiləri, boş yer gördüyü hər sahəni satmaqla özü varlandıqca, Bərdə şəhəri gözəllik sarıdan yoxsullaşıb. Ona görə də verilən töhmət şiddətli olub və əhali ilə işləməsi, problemlərin həllinə diqqət göstərməsi tələb olunub. Artıq yeni dövr, idarəetmədə çağırışlar, mövcud sistemdə idarəçilik qaydalarının dəyişməsi vadar edir ki, məmurlar da yanaşmalarını dəyişsinlər. Amma İsayevin Bərdədə qanunsuz tikililərə şərait yaratması, varlanmaq ehtirası nəticədə ona töhmət verilməsinə gətirib çıxarıb. Bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb. Məlum olub ki, 2011-ci ildən Bərdə icra başçısı olan Vidadi İsayev, 13 il ərzində şəhərdə satmadığı yer qoymayıb. Habelə, laqeydliyi, şəhid ailələrinə və qazilərə diqqətsizliyi də ciddi narazılıq doğuran səbəblərdən biridir. Odur ki, töhmətlə canını qurtarmaq asan olmayacaq. Prezident artıq yeni dövrü elan edib və fevral seçkilərindən sonra idarəetmədə yeni model tətbiq olunması gözlənilir. Bununla ayaqlaşa bilməyən məmurlar isə vəzifələrini itirməli olacaqlar. Amma Bərdədə başçı İsayev səkiləri, parkları, guşələri, yaşıllıqları qarış-qarış ticarət maraqlarına qurban verib. Dəfələrlə rayon ictimaiyyəti, ziyalıları, ayrı-ayrı insanlar, hətta şəhid ailələri Bərdədə özbaşınalıqlar barədə müraciətlər ediblər, konkret faktlarla sübutlar təqdim olunub. İndisə bu dəlillər onun əleyhinə çevrilməkdədir və qanunsuz tikintilərə görə növbəti şiddətli töhmət alır. Ümumilikdə isə son 15 ildə Bərdəyə ayrılan vəsait ətraf rayonlardan dəfələrlə çox olub. Bu vəsaitlərin isə səmərəli xərclənmədiyi Hesablama Palatasının yoxlamalarında da öz əksini tapıb. İndi bərdəlilər prezidentdən xoş xəbər - sərəncam gözləyir. İsayevə "qırmızı kart" göstərməyin vaxtıdır...

Anaxeber.info
 
 
 
Ardını oxu...
Bir neçə ay öncə "Elay" şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. ..

Sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib...

Azərbaycanda vəzifə başında olan məmurların gəlirli biznes sahələrinə, bahalı obyektlərə, mənzillərə sahib olması artıq adi hala çevrilib. Son illər biznes sahəsi ilə məşğul olan məmurların sayı isə artıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru İntiqam Məmmədovdur. Uzun illər dövlətin müxtəlif vəzifələrində çalışan İntiqam Məmmədov özünə ciddi biznes sahələri yaradıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində “Elay” Şadlıq Sarayı İntiqam Məmmədova məxsudur.

Xatırladaq ki, bir neçə ay öncə Elay şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Həmin sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib. Piyada yolunun üstündə tikilən obyekt özbaşına tikilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlamasında bildirmişdi ki, obyekt qanunsuz inşa edilir və tikinti dayandırılacaq.

Aldığımız məlumata görə İntiqam Məmmədov Elay şadlıq sarayına bitişik tikdirdiyi 4 mərtəbəli obyektin sənədləşdirmə məsələsini artıq həll edib.

Qeyd edək ki, Elay şadlıq sarayı və ona bitişik yeni inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox dəyərləndirilir.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru münasibət bildirmək istəmədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
Ardını oxu...
Həkimlər tərəfindən əkiz uşağa hamilə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

TEREF Citypost.az-a istinadən xəbər verir ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuşu həmin günü növbədə olan Minurə Kazımova etdi. Əkiz uşağa hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi bildirdilər”,- deyə Mədinə Hacıyeva bildirib.

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan əvvəlki vaxtlarda da bir neçə yerdə edilən dopler müayinələri zamanı əkiz uşağa hamilə olduğu bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

“Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni,mənim əkiz uşağa hamilə qalmaq şansım realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu dəfələrlə təsdiqləyib. Hətta doğuş günü “Semaşko”nun USM (Uzi) aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da mənim əkiz uşağa hamilə olduğumu təsdiqlədi. Hətta doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ürək döyüntülərinin hansı ritmlə vurduğunu da mənə bildirdilər...”
Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib. Müraciət etdiyi dövrdə Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərovla da şəxsən görüşüb.

“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir müddət sonra uzi həkimi Zeynəb Osmanova və klinikanın Cəmilə adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri dayandırım. Təbii ki, mən bundan imtina etdim. Mənə övladımın lazım olduğunu bildirdim”,- deyə şikayətçi bildirib.
Ardını oxu...
Fotoda Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərov

Mədinə Hacıyevanın sözlərinə görə,dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da,Əbülfəzi görmək onlara qismət olmayıb.

Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğunda,rayon prokurorunun böyük köməkçisi,II dərəcəli hüquqşünas Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Ardını oxu...
Ardını oxu...
Sayt məsələdə adı hallanan Kliniki Tibbi Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib.

“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib,izah olunub.Əlavə mövqeyimiz yoxdur”,- deyə mətbuat katibi bildirib.
Ardını oxu...
Miri Məcidli
 
Ardını oxu...
Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini 1-ci dərəcəli əlil Əhmədov Canpolad Qaçay oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildiriəm ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində korrupsiya, qanunsuzluq baş alıb gedir.Mənim oğlum Əhmədov Hüseyn 10 iyul 2024-cü il tarixdə özünə məxsus 90 NL 152 nömrəli mersedes markalı avtomobilini texniki baxışdan keçirmək üçün həmin idarəyə gedib.Orada oğlum Hüseyndən avtomobilini texniki baxışdan keçirilməsi üçün 150 manat pul tələb olunub.Ancaq texniki baxış üçün qanunu rüsum 30 manat ultizasiya üçün isə 40 manat olmaqla cəmi 70 manat qanunu rüsüm olsada Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində iki qat artıq 150 manat pul tələb olunub.
Oğlum Hüseynə məxsus 90 NL 152 nömrəli mersedes markalı avtomobilin bütün detalları, texniki parametrləri və sənədləri tam qaydasındadır, heç bir nöqsan və çatışmamazlıq yoxdur.
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev bütün rüsumları öz cibinə uyğun qanunsuz qaldıraraq vətəndaşları soymaqla məşğuldur.
Mən 1-ci dərəcəli əliləm, həyat yoldaşımda həmçinin əlildir.Oğlumuz Hüseyn bizə baxır avtomobili ilə bizi xəstəxanaya aparıb-gətirir.Bizim maddi imkanımız yoxdur ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevə verib avtomobilimizi texniki baxışdan keçirə bilək.
Hətda iş o yerə çatıb ki, Cavanşir Vəliyev idarənin qarşısına mülki şəxsləri qoyub ki, rüşvəti onların əli ilə ala bilsin.Həmin şəxslər orada 10-15 nəfərdirlər ki, idarəyə gələnləri qarşılayıb Cavanşir Vəliyevin təyin etdiyi rüsümları oxuyub işi həll edəcəklərini deyirlər.Oğlum Hüseyn həmin dəllalın şəklni çəkə bilib ki, sizə təqdim edirəm.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan çox-çox xahiş edirəm şikayətimi obyektiv araşdırıb korrupsiya yolu ilə vətəndaşları soyub talan edən Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.
TEREF adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazrdır!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

Bununla bağlı xalq.az-a daxil olan məlumatda iddia edilir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Cəbrayıl Xanlarovun vəzifədən getməsini ən çox istəyənlərdən biri məhz rəisin ən yaxın adamı kimi tanınan, müavini Asiman Hüseynovdur.

Belə ki, Asiman Hüseynovun müxtəlif kanallar vasitəsilə nazirə çıxış tapdığı və Cəbrayıl Xanlarov vəzifəsindən etməyə hazırlaşdığı deyilir.
Ardını oxu...
Məlumata görə Asiman Hüseynov özünü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsinə daha çox layiq görür.

Qeyd edək ki, Asiman Hüseynovun adı ölkə mətbuatına yad isim deyil. Belə ki, Asiman Hüseynovun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifəyə keçdikdən sonra yüksək sürətlə varlandığı iddia edilir. Asiman Hüseynovun qardaşları ilə birlikdə müxtəlif rayonlarda çoxlu sayda torpaq sahələri və obyektlərinin olduğu bildirilir.

Həmçinin mətbuatda gedən yazılarda Asiman Hüseynov sahibkarlardan külli miqdarda pul yığdığı iddia olunur.
 
Ardını oxu...
Şəkildə gördüyünüz bu bina (əgər buna bina demək mümkündürsə) Laçın qaçqın məktəbinin binasıdır. Bakının Badamdar qəsəbəsində yerləşir. Gördüyünüz kimi, bina düz qayanın üstündə yerləşir və arxa tərəfdən oraya yol yoxdur. Məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 126 ünvanında yaşayan Zəminə Zahirovanın həyətindən keçir. Bu isə onunla məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur.



Məsələ ilə bağlı Bakupost.az -a şikayət edən Zəminə Zahirova bildirib ki, direktor, müəllimlər və şagirdlər hər gün məktəbə onun həyətindən gedib-gəlirlər:

"Evimizin arxasındakı ərazidə əvvəl iki ədəd modul tipli otaq yerləşdirmişdilər. Həmin əraziyə gediş-gəliş yolu isə qarşı tərəfdən idi. Elə oldu ki, həmin yolun üstündə bina tikdilər. Məktəb yolsuz qaldı. Direktor Piyalə Xudayarova da bizim ərazidə villasında yaşayır. O, bir gün məndən xahiş etdi ki, evinin qarşısından bizə bir cığır ver, məktəbə gedib-gələ bilək. Mən də onların xahişinə "yox" demədim. Düşündüm ki, Laçından məcburi köçkündürlər, uşaqlar gəlib burda təhsil alırlar. Ona görə də evimin qarşısından onlara piyada gəlib-getməyə icazə verdim”.

Şikayətçi deyir ki, bu yaxşılığı sonradan onun başına bəla olub:

"Mən gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecəylə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobiliylə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, rəhbərlik necə deyib, elə də etmişəm. Elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm”.

Zəminə Zahirova hazırda ailəsi və nəvələrinin həyatının təhlükədə olduğunu bildirib:

"Nəvələrim həyətə düşə bilmirlər. Maşınlar evimin giriş qapısının önündən keçib gedir. Direktor Piyalə Xudayarovaya digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olundu. Amma o, bununla razılaşmadı. Görünür, onun məhz burada fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var”.

Zəminə Zahirova iddia edir ki, məktəbdə kifayət qədər yeyinti halları var:

"Burada ancaq Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir. Hər dəfə mən bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişəm. Bütün qurumlar müraciətimə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi yazdığım heç bir məktuba cavab verməyib. Bilirəm ki, yazdığım məktublar nazir Emin Əmrullayevə çatmır, əgər onun bundan xəbəri olsa, tədbir görər”.

Yeri gəlmişkən, Zəminə Zahirovanın yaşadığı ünvanda olarkən Laçın qaçqın məktəbinin yerləşdiyi əraziyə də baş çəkdik. Məktəb sıldırım qayanın üzərində, sürüşmə zonası sayılan təhlükəli bir ərazidə tikilib. Burda şagirdlərin təhsil alması çox təhlükəlidir. Hətta Zəminə Zahirovanın müraciətlərindən sonra Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyi təsdiq edilib.

Ardını oxu...

Məsələ ilə bağlı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova ilə də əlaqə saxladıq.

O, Bakupost.az -a açıqlamasında şikayətçinin ittihamlarıyla razılaşmadı. Direktorun sözlərinə görə, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur:

"Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. O zaman Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər. Əslində onların evlərinin girişi evin arxa tərəfindəndir. Bizim rəhmətlik qayınanasıyla və Zəminə xanımla yaxşı münasibətlərimiz olub”.

Ardını oxu...
Ardını oxu...

Direktorun iddiasına görə, başqa bir qonşu Zəminə Zahirovanı öyrədir ki, məktəbə problem yaratsın:

"Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanımı kimin öyrətdiyindən xəbərimiz var. O, əsassız narahatçılıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil”.

Piyalə Xudayarova şikayətçinin məktəbdə yeyinti hallarının olmasıyla bağlı ittihamlarına da cavab verib:

"Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk. Hər birimiz təhsil ocağına dəstək olmalıyıq”.


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bərdə rayonu, 588 saylı qəsəbə, bina 14, mənzil 35-də yaşayan Səfərov İlham Bala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ağdam rayonu, 12 saylı məktəbin direktoru Nərmin Quliyeva onun gözdən əlil övladını qərəzli şəkildə sinifdən sinifə keçirmir:

“Mən, Səfərov İlham Bala oğlu, 1978-ci ildə Əsgərən rayonunun Şuşakənd kəndində anadan olmuşam. 1988-ci ildə Dağlıq Qarabağdan qaçqın düşmüş, Ağdam rayonunun Göytəpə kəndində məskunlaşmışıq.

1993-cı ildə də Ağdam rayonundan təkrarən qaçqın düşdük və Bərdə rayonunda Qaçqınlar üçün salınmış 588 saylı qəsəbədə, bina 14, mənzil 35-də müvəqqəti məskulaşmışıq.

Qeyd edim ki, oğlum 2009-ci il təvəllüdlü Səfərzadə Şirin İlham oğlu Ağdam rayonu, 12 saylı məktəbin 8-ci sinif şagirdidir. 12 nömrəli məktəb qəsəbəmizin həyətində yerləşir. Ehtiyatsızlıq nəticəsində övladımın gözünə dəmir asqol girib. Akademik Zərifə Əliyeva adına xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşağın sağ gözü amputasiya edildi. Daha sonra protez gözlə təmin edildi.

Ağdam rayonu, 12 saylı məktəbin direkoru Nərmin Quliyeva məktəbə təqdim olunan xəstəlik sənədlərini gizlədib. Xəstəlik sənədlərini ortaya çıxarmamaqla yanaşı, məndən rüşvət istədi. Pul verə bilmədikdə isə, uşağı sinifdə saxladı. Direktor qərəzli şəkildə mənə deyir ki, “get, hara istəyirsən şikayət et, pulumu verib haqlı çıxacağam”.

Özüm müharibə əliliyəm, yoldaşım da müharibə veteranıdır.

Bacardığım qədər Elm və Təhsil Nazirliyinə və Ağdam təhsil sektoruna şikayət etmişəm. Şikayətimə baxan yoxdur. Direktor Nərmin Quliyeva yalandan bütün orqanları aldadır ki, uşağın gözünün çıxması ilə bağlı cinayət işi başladılıb. Bu direktor şikəst uşağın həyatını məhv edir. Onun pulu, imkanı var deyə rəsmi qurumlar da göz yumur.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm ki, uşağımın gələcəyi üçün mənə kömək edin. Bu uşağın 50 faiz həyatı hardasa məhv olub. İmkan verməyin rüşvətxor direktor və müəllimlər bunu 100 faiz etsin”.

Məsələ ilə bağlı Ağdam rayonu, 12 saylı məktəb direktoru Nərmin Quliyeva ilə əlaqə saxlaya bilmədik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
H.Süleymanova bu şikayətlə Səhiyyə Nazirliyinə müraciət etsə də, tibbi ekspertiza aparılmadan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunub.
Bakıda daha bir pasiyent estetik cərrahın qurbanı olub. Süleymanova Həmayıl Yaşar qızı Sputnik Azərbaycan-a müraciət edərək bildirib ki, 2023-cü il sentyabrın 11-də "Badam Medical Center" klinikasında plastik cərrah Vüsal Abdullayev tərəfindən abdominoplastika, liposaksiya və mamoplastika əməliyyatı olunub. Əməliyyatdan az sonra pasiyentin bədənində əməliyyat olunan hissələr nekrozlaşmağa başlayıb.
S.Həmayıl bildirib ki, həkimin tövsiyyəsi üçün üç əməliyyatı birgə etdirib. Bu cərrahi əməliyyatlar üçün klinikaya 7 min manat ödəniş edib.
Ardını oxu...
"Əməliyyatdan sonra bədənimdə cürümə getməyə başladı. Buna görə həkimə müraciət etsəm də Vüsal həkim səhvini düzəltmədi. Sadəcə bir-neçə dəfə sarğıya gedib-gəldim. Sonra öyrəndim ki, əslində liposaksiya zamanı dəri ilə çox təmas edilib. Digər əməliyyatları da düzgün icra etməyib. Mən də, həyat yoldaşım da dəfələrlə həkimin qəbuluna getsək də, şikayətimizə cavab vermədi. Bizə dedi ki, "gedib hara istəsəniz şikayət edin, onsuz da şikayətinizə baxan olmayacaq".
Ardını oxu...
H.Süleymanova bu şikayətlə Səhiyyə Nazirliyinə müraciət etsə də, tibbi ekspertiza aparılmadan ona məhkəməyə müraciət etməyi tövsiyə olunub.
"Prokurorluğa şikayətim də səmərə vermədi. Bir sözlə, bədənimdə nekrozlaşmanın olduğu şəkillərlə hansı quruma müraciət etdimsə, şikayətimə baxmadılar. Artıq son ümidim məsələnin mətbuat vasitəsilə işıqlandırılmasına qalıb", - deyə Həmayıl Süleymanova bildirib.
Ardını oxu...
Sputnik Azərbaycan redaksiyamıza daxil olan şikayəti araşdırmaq üçün plastik cərrah Vüsal Abdullayevlə əlaqə saxlamağa cəhd edib. Telefona cavab verən köməkçisi Sputnik Azərbaycan-a bildirib ki, H. Süleymanovaya hər cür kömək olunub, lakin o tibbi dəstəklərdən imtina edib. Pasiyentin bədəninin hansı səbəbdən nekrozlaşmasına isə V. Abdullayevin köməkçisi cavab verə bilməyib. O, bu barədə həkimlə danışıb məlumat verəcəyini söyləsə də, telefonlara cavab verməyib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə şikayət olunduğu təqdirdə klinika və həkimlə bağlı araşdırma aparılacağını bildiriblər.
Qeyd edək ki, plastik cərrah Vüsal Abdullayev tanınmış müğənnilərə bədən şəkilləndirmə əməliyyatı etməklə populyarlaşıb və reklam olunur.
 

Dünyapress TV

Xəbər lenti