Ardını oxu...
Deputat Səməd Seyidovun oğlu Urxan Seyidov həm biznes, həm də QHT sektorunda öz işini qurub.

32gun.az Urxan Seyidovun bizness şəbəkəsi barədə yerli mediaya istinadən məlumatı oxuculara təqdim edir:

2008-ci aprelin 18-də Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində "SNUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-ni qeydiyyatdan keçirib.

Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 205, mənzil 28-də yerləşən şirkətin ofisi İzzət Həmidov küçəsindədir. "SNUR" MMC İtaliyanın Pozzola şəhərində fəaliyyət göstərən GARLANDO S.p.A. şirkətinin rəsmi distribüteridir. Garlando S.p.A. distribüter şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrinə, o cümlədən Səməd Seyidovun oğlunun şirkəti vasitəsilə Azərbaycana idman oyunları ləvazimatlarının, o cümlədən bilyard və tennis stollarının, basketbol səbətlərinin satışını həyata keçirir. "GARLANDO"nun Azərbaycanla yanaşı Ermənistanda da tərəfdaşı var.

Urxan Seyidovun QHT sektorunda fəaliyyət göstərən digər şirkəti - "HİPASSENGER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin yanvarında qeydiyyatdan keçib. Şirkətin startaplara, innovativ layihələrə dəstək çərçivəsində keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan 20 min manat qran aldığı məlumdur.

Mətbuatda gedən məlumatlara görə, Urxan Seyidov 2014-2016-cı illərdə atası Səməd Seyidovun rektoru olduğu Azərbaycan Dillər Universitetində təhsil alıb, 2016-2019-cu illərdə ADU xəttilə Harvard Kennedi məktəbində təhsil alıb. Amma bilyard və tennis stolu idxalı əsas deyil, Səməd Seyidovun biznesində önəmli yeri bahalı və elitar restoranlar tutur. Hərçənd ki, restoran biznesi onun ailə üzvlərinin deyil, yaxın qohumlarının adınadır. Səməd Seyidov ən azından bu obyektlərə hamilik edir.

Neftçilər Prospekti 147-də, Port Baku Residence-dəki "PİVNAYA APTEKA" restoranının fəaliyyətinə Seyidovun baldızının oğlu Mütəllim Alişanov nəzarət edir. Onun restoran və barlardan ibarət xidmət şəbəkəsinə daxil olan elitar gecə klublarından daha məşhur olanı "ENERJİ CLUB"dur. Bu klub paytaxtın turistləri daha çox cəlb edən səmtlərindən sayılan Bayraq Meydanındadır.

PİVNAYA APTEK

Restoranlar şəbəkəsinə daxil olan və Neftçilər Prospekti 34-də, Dənizkənarı bulvardakı SAHİL bar restaurant-da qiymətlər bir nəfər üçün 118 dollara qədərdir. Onunla yanaşı PASİFİCO LOUNGE AND DINİNG kafesi də qiymətlər sarıdan elə də ucuz deyil. Bakının mərkəzində, Xəqani küçəsi 23-də fəaliyyət göstərən SKETCH RESTAURANT LOUNGE italyan, yapon mətbəxi, dəniz məhsulları və suşi təklif olunur.

PASİFO

Dövlət Vergi Xidmətinin reyestr çıxarışına görə bu restoranı idarə edən "SKETCH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin aprelində qeydiyyata alınıb, qanuni təmsilçisi Əlişanov Mütəllim Ehtiram oğludur.

SKETCH

Onun restoran və barlardan ibarət xidmət şəbəkəsinə daxil olan elitar gecə klublarından daha məşhur olanı “ENERJİ CLUB”dur.

amia.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.Siyahıda bir sıra yeni ismlər də var.

XALQ.AZ həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır.

Araşdırmalarımız görə 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır.

Hal-hazırda “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədova haqqında ilginc məlumatlar əldə olunub.

Onun keçmiş Ədliyyə naziri hal hazırda Konstitusiya məhkəməsinin hakimi Fikrət Məmmmədovun qızı olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmaqdadır Lakin araşdırmamız zamanı məlum olmuşdur ki, o heç də Fikrət Məmmədovun qızı deyilmiş.Cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olmuşdur.

XALQ.AZ-ın dəqiq məlumatına görə o bu barədə yaxın çevrəsinə tapşrıq vermişdir ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı Protokol sektorunun müdiri təyin edib. Nazirin ən yaxın adamı hesab olunur.

Həmçinin araşdırmalarımız zamanı məlum olmuşdur ki, 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtoqəza törətmişdir.

Hadisə zamanı xəsarət alan olmasada Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayevin müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsi nail olunmuşdur.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifatlar əldə etmişdir.
 
Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın karyerasının son akkordlarını vurur.
Reportyor.info-ya daxil olan məlumata görə, İlham Abdullayeva yeni tədris ilində vəzifəsi ilə vidalaşa bilər.
İddialara görə, yeni tədris ili başlar-başlamaz elm və təhsil naziri Emin Əmrullayev onun işdən çıxarılması barədə əmr verəcək.
Bildirilir ki, İlhamə Abdullayevanın hədəfə gəlməsi onun övladına dəbdəbəli toy etməsindən sonraya təsadüf edir.
Toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutub.
Məlumatlara görə, idarə müdirinin indiki həssas dönəmdə dəbdəbəli toy etməsi nazirlikdə narahatlıqla qarşılanıb.
Bundan başqa, İdarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı iddia olunur. Nazilikdə bundan məlumatlıdırlar.
Buna qədər İlhamə Abdullayevanın adı forma biznesində hallanırdı. Bu barədə yerli mətbuatda kifayət qədər yazılıb. Həmin materiallarda idarə müdirinin Bakıda bir neçə obyektinin olduğu da iddia edilir.
İdarə müdiri haqqında mediada neqativ materialların yayılması, ardınca onun övladına dəbdəbəli toy etməsi artıq onunla bağlı qəti qərar verilməsini şərtləndirib.
İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2022-ci ildə təyinat alıb. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, bu təyinatda “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun rolu olub.
Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.
 
Ardını oxu...
“Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, onun tamahı və qabiliyyətsizliyi nazirə başucalığı gətirməyəcək”

Cəmiyyətin Təhsil Nazirliyindən gözləntiləri, hələlik, özünü doğrultmur. Nazir Mikayıl Cabbarov indiyədək nazirliyin Mərkəzi aparatını, demək olar ki, qura bilməyib. Mərkəzi aparatda gözə çarpan əsas vəzifə müşavir vəzifəsidir.

Mikayıl Cabbarov nazir təyin olunandan indiyə kimi özünə 10-a yaxın müşavir təyin edib. Məsələn, müşavir vəzifəsi sonradan Sumqayıt Dövlət Universitetinə rektor təyin olunmuş Elxan Hüseynova düşdü. Nazir özünün ən yaxın adamı olan Hüseyn Əliyevi müşavir təyin etdikdən bir müddət sonra vəzifəsindən kənarlaşdırdı.

Samir Vəliyevi də Cabbarovun müəmmalı müşavirlərindən biri hesab etmək olar. O, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. Böyük biznes imperiyasına malik olan Ə.Vəliyev oğlunu nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə yerləşdirə bilmişdi. Bu təyinatı Cabbarovun könülsüz etməsi barədə hamı danışır. Müşavir vəzifəsinə təyinatdan bir müddət sonra Cabbarov Samir Vəliyevi nazirlikdə “Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin etdi. Burada da özünü doğrultmayan Vəliyevi, nazir vəzifəsindən kənarlaşdırıb özünə yenidən müşavir təyin etdi. Lakin “azpolitika.info”ya mötəbər mənbədən daxil olan məlumata görə, Əhməd Vəliyev yenidən “gücünü” işə salıb, bugünlərdə oğlunu nazirliyin ən böyük idarələrinin birinə – Akkreditasiya və Nostrifikasiya İdarəsinə rəis müavini təyin etdirə bilib. Üstəlik də bu idarənin səlahiyyətlərinə daxil olan bütün işlər S.Vəliyevə həvalə olunub.

“Samir Vəlievi yaxşı tanıyanlar bilir ki, onun tamahı və qabiliyyətsizliyi nazirə başucalığı gətirməyəcək”, deyə mənbə saytımıza bildirib.

Təkcə bu faktın özü onu göstərir ki, Mikayıl Cabbarov təzyiqlərə tab gətirə bilmir. İşdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət almış Samir Vəliyevin, hətta vəzifəsini böyüdür.

Sual olunur: Universiteti, kolleci, orta məktəbləri olan oliqarx Əhməd Vəliyevin oğlunu nazirlikdə yerləşdirməkdə nə marağı var?

Onu naziri gözdən salmağa nə vadar edir?

Mövzuya qayıdacağıq.
hurriyyet.az
 
 


 
Ardını oxu...
“Xalqımız Ermənistandan torpağını aldı, biz Nigar Alimovdan və Mətin Eynullayevdən torpaqlarımızı ala bilmirik”

“Daşınmaz Əmlak Komitəsinin kreslolarını “zanit” edirlər”

Göyçay rayonunun Şəkili kənd sakini İsmayılov Telman Valik oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, torpaq sahibi olaraq öz mülkünə əli çatmır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimovanın onun probleminə baxmadığını iddia edir. Sözügedən qurumun torpaq qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, torpaqların təyinatının dəyişdirilməsi, dəyərləndirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və s. kimi məsələlərə biganə yanaşdığını bildirir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 818 saylı fərmanı 7 mart 2016-cı il tarixində verib. Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib. Sözügedən qanuna əsasən, görüləcək işlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Məlumat verək ki, Prezident fərmanın həyata keçirilməsi ilə bağlı 2021-ci ilin oktyabrın 7-də yenidən fərman imzalayıb.

Şikayətçi gileylənir ki, problemini həll etmək üçün rəsmi qurumlara müraciət edib, ancaq baxan yoxdur.

“Mən, İsmayılov Telman Valik oğlu, yazaraq bildirirəm ki, Nigar xanım Alimova ilə bağlı şikayətim var. Onun müavini Fərid Cəfərov, elə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin özü başda olmaqla, bu insanlar Daşınmaz Əmlak Komitəsinin kreslolarını “zanit” edirlər. Prezidentin 818 nömrəli fərmanının elektron uçot qərarına zidd çıxırlar. Deyir ki, onlar deyən olacaq. Nigar xanım Göyçay rayonunun 3 kəndini camaatla vuruşdurur. Məsələ bundan ibarətdir ki, islahat gedən zaman torpaqlar düzgün verilməyib. Bu gün Ulu Öndər Heydər Əliyevin verdiyi torpaqlara heç kim sahib çıxa bilmir. Mənim torpağımı Əlinin adına vurur, Əlininkini də mənim… Torpaqlarımıza sahib çıxa bilmirik. Bəzi məmurlar imkan vermir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Nuşiyev Fikrətin yanına getdik. Bizə heç bir köməklik etmədi. Dövlətin bizə ayırdığı yardım və gübrəni ala bilmirik. Prezidentə, Nigar Alimovaya, Mətin Eynullayevə və Mikayil Cabbarova nə qədər ərizələr yazmışıq, məhəl qoyan yoxdur.

Biz sizdən və prezidentdən kömək istəyirik. Nigar xanım təcili adam göndərsin, torpaqlarla bağlı məsələni araşdırıb yoluna qoysun, insanları razı salsın. Azərbaycan xalqı Ermənistandan torpağın aldı, ancaq biz Nigar Alimovdan və Mətin Eynullayevdən torpaqlarımızı ala bilmirik”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
- Böyrək elanı paylaşmısız?

+ Bəli, böyrəyini satan mənəm.

- Neçə yaşınız var?

+ 33. Atamı əməliyyat etdirməliyəm. 35 min pula ehtiyacım var. Buna görə çarəni böyrəyimi satmaqla tapdım. “Böyrəyimi satıram. Fikri ciddi olanlar yazsın. Başqa şəxslər narahat etməsin. Qiymət 50 min manatdır”.

Və daha neçə-neçə belə elanlar...

Bəli, müxtəlif sayt və səhifələrdə bu şəxs kimi orqanlarını satışa çıxaran çox sayda insan elanı var. Buna səbəb kimi isə pula ehtiyacları olduğunu əsas gətirirlər.

Müasir dövrdə insan orqanlarının köçürülməsi (transplantasiyası) əməliyyatları az qala adi hala çevrilib. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə ölür. Tibbin inkişaf etdiyi ölkələrdə qara və ağ ciyər, mədəaltı vəzi, dəri, sümüklər, ürək, böyrək, qol, əl, hətta sifət orqanlarının transplantasiyası həyata keçirilir.

Azərbaycanda isə insan orqanlarının transplantasiyasına 1999-cu il oktyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıblar:

Ağ ciyər – 309 min manat, böyrək – 160 min manat, insan skleti – 8 min manat, ürək – 600 min manat, qanın yarım litri – 300 manat!

Ölkəmizdə orqan transplantasiyası ilə bağlı kiçik araşdırma etmişik.

Əvvəla, qanunsuz aparılan orqan transplantasiyasının sağlamlığa təsiri ilə bağlı danışaq. Maraqlıdır, qanunsuz orqan transplantasiyası yaşamaq üçün nə qədər təminat verir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, donor bankı yaradılmalıdır:

“Əvvəla deyim ki, orqan nəqli ilə bağlı bütün qərarlar leqal olmalıdır. Azərbaycan qanunvericiliyi bunu tələb edir. Çünki bu kriminala gedən yoldur. Heç bir böyrək satışından söhbət gedə bilməz. Böyrək satışı alt mənasında kriminal elementləri gizlədir.

İnsan niyə böyrəyini satmalıdır ki?

Donor bankı olmalıdır. Ora toplanan orqanlar siyahıda gözləyən şəxslərə nəql olunmalıdır. Böyrəyin və başqa orqanların qanunsuz satışı cinayət sayılır. Bunların qarşısını almaq üçün donor bankı yaratmalıyıq. Bütün dünya təcrübəsində belədir”.

Bəs, qanun bu məsələdə nə deyir? Pulla orqan almaq mümkündürmü? Orqan “qara bazarı” ilə məşğul olanları hansı cəza gözləyir?

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirib ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir:

“Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Orqan transplantasiyası yalnız şəxsin razılığı əsasında beyin ölümü keçirdikdən sonra baş tuta bilər. Bu proses artıq ölkəmizdə 2 ilə yaxındır ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Koordinasiya Mərkəzində həyata keçirilir.

Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova açıqlayıb ki, 5 nəfər canlı sümük iliyi donoru var:

“Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə son 1 il ərzində 32 nəfər orqan bağışlamaq üçün müraciət edib. Müraciət edənlər arasında böyrək üzrə orqan bağışlamaq istəyənlərin sayı üstünlük təşkil edir. Hazırda, ümumiyyətlə, orqan bağışlamaq üçün müraciət edən şəxslərin sayı 38 nəfər təşkil edir. Ümumilikdə, canlı olaraq sümük iliyi donoru olmaq üçün müraciət edən şəxslərin sayı 5 nəfərdir”.

Görünən odur ki, tibb inkişaf etdikcə insanın həyatda qalması üçün müxtəlif yollar kəşf edilir. Yəni bunlar hər şeyi, sağlamlığımızı belə qanuni yolla düzəltməyimizə şərait yaradır.

Bu da belə... Orqanını satmaq yox, bağışlamaq istəyənlər “Qara bazar”dan yan qaçın!
 
Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox iş adamlarının namizədliklərini irəli sürəcəyi iddia edilir.
Xalqxeber.az əldə etdiyi məlumata görə parlament seçkilərinə qatılacaq iş adamlarından biri də Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş və hazırda Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Ramin Əhmədovdur.
Məlumata görə Ramin Əhmədov bu dəfə 25 saylı 24 saylı Nizami birinci dairəsindən namizəd olmağa hazırlaşır. Bildirək ki, Yeni Azərbaycan Partiyası 24 saylı Nizami birinci dairəsindən Rüstəmov Ramil Şahsuvar oğlunun namizədliyini irəli sürüb. Ramil Rüstəmovun güclü namizəd olmadığı bildirilir.
Qeyd edək ki, Ramin Əhmədov ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin vaxt Ramin Əhmədov seçki təbliğatına ciddi şəkildə pul xərcləməsi ilə gündəmə gəlmişdi.
Xatırladaq ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun yaxın adamı və “ağaclara qənim kəsilən iş adamı” kimi keçir. Nizami rayonunda“Neftçilər” stansiyası yaxınlığındakı “Lady Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin və “PSS-Mühafizə” şirkətinin sahibi olduğu deyilir
Bundan başqa onun adı bir çox qalmaqallarda hallanıb. Belə ki, Ramin Əhmədov 2017-ci ildə idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu hədələmişdi.
Həmçinin Ramin Əhmədov YAP Nizami rayon sədrinin müavini olduğu dövrdə bahalı avtomobil kolleksiyalarını sosial şəbəkədə yaymaqla gündəmə gəlmişdi.
 
 
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi.
Lakin bir qrup Masazır sakini təkrar Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildirib.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair kadrları da redaksiyamıza təqdim ediblər:
Ardını oxu...
Məsələ ilə bağlı yenidən FHN-ə müraciət etdik. FHN növbəti dəfə tikinti işlərinin dayandırıldığını və ərazinin nəzarətə götürüldüyünü bəyan edib:
“FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində qanunsuz qeyri-yaşayış obyektinin tikintisi aşkarlanmışdır. İcazəverici sənəd olmadığından, Agentlik tərəfindən tikinti işlərinin dayandırılıması barədə 24 iyun 2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Verilmiş Qərara əməl edilmədiyindən tikintidə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və ərazi nəzarətə götürülmüşdür”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

 

Ardını oxu...
Azərbaycan Respublikası Təhsil İnstitutu ötən gün dövlət satınalmalarının vahid internet portalında bir neçə lot üzrə yekunlaşdırdığı açıq tenderlərin nəticələrini elan edib. İnstitut “Ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” üzrə “Marshall Cavendish Education” MMC ilə 550.900 manat dəyərində, “Dərsin planlaşdırılması üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə “Azərbaycan Müəllim İnkişaf Mərkəzi” MMC ilə 72.000 manat dəyərində, ““Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili və keçirilməsi” üzrə “İnnovative Bussiness Products” MMC ilə 88.597,94 manat dəyərində satınalma müqavilələri bağlayıb. İki satınalma prosedurunda maraqlı məlumatlar əldə etdiyimizdən daha ətraflı araşdırma apardıq.

Azərbaycan Respublikası Təhsil İnstitutu “Məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 16.07.2024-cü ildə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 479.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.
Qeyd edək ki, Vüsal Xanlarovun təsisçisi olduğu MMC elə rəhbəri olduğu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin iyun ayında keçirdiyi bir tendetin də qalibi olub. İdarə İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri xidmətlərinin satınalması üzrə idarə rəisinə məxsus MMC ilə 1.200.201,18 manat məbləğində satınalma müqaviləsi bağladığını 06.06.2024-cü ildə açıqlayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun daha mir maraqlı tenderi də İstedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üzrə açıqlanıb. 16.07.2024-cü ildə açıqlanan məlumata görə İnstitut “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC ilə 100.000 mamat məbləğində satınalma müqaviləsi bağlayıb. Bəs bi MMC haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ” ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev 64, qanuni təmsilçisi kimi isə Mehtiyev Nəcməddin Saday oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Əliyev Elnur Qəzənfər oğlu tərəfindən təsis edildiyi göstərilir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Əliyev Elnur Qəzənfər oğlu Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin bu vəzifəli şəxsləri elə həmin nazirliyə tabeli qurumların satınalmalarında özlərinə məxsus şirkətləri qalib çıxarırılar. Yəni özləri satır, özləri də alırlar.
Burada qanun nə tələb edir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə aşağıdakıları tələb edir.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması

6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; 6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Göründüyü kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun keçirdiyi tendrlərin qalibi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun təsisçisi olduğu MMC ilə Elm və Təhsil nazirinin müşaviri, Təhsil İnstitutunda direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin təsisçisi olduğu MMC olub. Bu heç də təsadüf deyil. Və burada məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər, İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri kimi xidmətlərdən söhbət belə gedə bilməz. Olsa-olsa görk üçün bir iki təlim keçirilə bilər. Qalanı dövlət vəsaitlərinin bu adlarla silinməsindən başqa bir şey deyildir.

Aktualinfo.org
 

Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi.
Lakin bir qrup Masazır sakini təkrar Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildirib.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair kadrları da redaksiyamıza təqdim ediblər:

Ardını oxu...

Məsələ ilə bağlı yenidən FHN-ə müraciət etdik. FHN növbəti dəfə tikinti işlərinin dayandırıldığını və ərazinin nəzarətə götürüldüyünü bəyan edib:
“FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində qanunsuz qeyri-yaşayış obyektinin tikintisi aşkarlanmışdır. İcazəverici sənəd olmadığından, Agentlik tərəfindən tikinti işlərinin dayandırılıması barədə 24 iyun 2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Verilmiş Qərara əməl edilmədiyindən tikintidə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və ərazi nəzarətə götürülmüşdür”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

VİDEO
BURADA


[flash=425,264]https://www.facebook.com/watch/?ref=embed_video&v=819335280262789[/flash]

Dünyapress TV

Xəbər lenti