Ardını oxu...
Sən demə, Dövlət Gömrük Komitəsində sabiq şefi Səfər Mehtiyevin qurduğu "sistem” hələ də tam iflic edilməyib, daha doğrusu, hələ də işləkdir. İndi çoxlarına qəribə gələ bilər ki, görəsən, nədir bu sistem, necə yəni fəaliyyətdədir. Bəli məhz Səfər Mehdiyevin zamanında çiçəklənən, sistemləşən "qanunsuz fəaliyyət göstərən şirkətlər" sistemi Gömrükdə özünün yeni və daha işlək mərhələsinə qədəm qoyub.

Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illər ölkənin Gömrük sistemini iflic edən, büdcədən milyonların oğurlanmasına yol açan qanunsuz fəaliyyət göstərən şirkətlər sistemi indi də öz işini görür.

Qısa xatırlatma!!!

Dövlət Gömrük Komitəsinin sabiq şefi Səfər Mehtiyevin zamanında Gömrük rəsmiləşdirilməsinin bir başqa qaydaları var idi. Pulunu veri rahatlıqla ölkəyə istədiyin malı gətir və istədikləri rəqəmləri ödə, vəssalam. Hesab kitab itmişdir, qayda-qanun hamsı pula söykənirdi. Bəyənnamə, rüsum, vergi hamsı öz qaydalarına uyğun həyata keçirilirdi. Bütün bunlarla yanaşı Gömrükdə “qanunsuz şirkətlər” deyilən bir termin də var idi. Gömrük generalları, nazirlər, icra başçıları, deputatlar yaxın adamlarının adına şirkətlər yaradır və öz bizneslərini bu şirkətlərin üstündən idarə edir, vergidən yayınırdılar.

Anbarı, vergi və DSMF ödəmələri yox, işçi yox!

İşin ən qəribə tərəfi bu idi ki, elə o zaman da Gömrüyə nəzarət mexanizmlərinin həyata keçirilməli olan İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov baş verənlərə göz yumurdu, belə şirkətlərin fəaliyyətini nəzarətə götürmürdü, cərimələr tətbiq etmirdi. Bunun da özəl səbəbləri var idi ki, bu gün bu səbəblər yenidən özünü çılpaqlığı ilə göstərir.

Redaksiyaya daxil olan məlumata görə, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədova yaxın olan şəxslər əvvəlki sistemi bərpa ediblər. Bir neçə yeni qanunsuz şirkət açaraq köhnə qaydaları "xoda" salıblar.

Məlumatda qeyd olunur ki, Azər Məmmədovun olduğu deyilən bu şirkətlər diğər qanuni fəaliyyət göstərən, onlarla işçi saxlayan, anbarı və qanuni fəaliyyəti olan şirkətlər üçün problemlər yaradır. Bu gün 100-lərlə qanuni fəaliyyət göstərən şirkət Azər Məmmədovun nəzarətində olduğu deyilən 10-larla qanunsuz fəaliyyət göstərən şirkətin əməlləri səbəbindən ciddi problemlər yaşayır. Dövlət büdcəsini vergi ilə dolduran bu qanuni şirkətlər, Azər Məmmədovun büdcədən oğurlayan qanunsuz şirkətlərinin, onların yaratdığı monopoliyanın qurbanına çevirilib.

Yenə də yada belə şirkətlərin fəaliyyətinə nəzarət etməli olan İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi düşür. Amma təəssüflər olsun ki, bu baş idarə rəhbərliyinin adı yenə belə qanunsuz fəaliyyətin dəstəkçisi kimi hallanır. O zaman təbii ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov öz adamlarının və qazancının qabağını kəsməz və mübarizə aparmaz.

Elə isə, yenəmi, Azər Məmmədov? Bu qədər həbslər qorxutmadımı? Bu yekəlikdə etimad azlıqmı edir?

Beləliklə, bir daha xatırladaq ki, Gömrükdə yenə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Üstəlik bu şirkətlərin fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Belə şirkətlərin vergi borclarını, vurduqları ziyanı hesablamaq, geri almaq və diğər fəaliyyətləri həyata keçirmək mümkünsüzdür. Bu şirkətlərin auditini aparmaq belə müşküldür. Çünki gətirdikləri yüklərin miqdarı bəyannamədə az göstərilir, dərhal da buraxılır və satıça yönəlir. Bundan sonra bu şirkətlərin fəaliyyətini araşdırmaq, vurduqları ziyanı müəyyənləşdirmək mümkünsüz olur.

Sayları artdıqca, dövlətə xeyir vermək istəyən, qanuni fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə əngəllər yaranır. Gömrükdə monopoliya sistemi geri qayıdır və bunu kimsə görmək istəmir, hətta Şahin Bağırov da...

P.S.

Çox qəribədir ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi İqtisadiyyat Nazirliyinin tabe qurumdur. Eyni zamanda ölkənin iqtisadi durumundan, dövlət büdcəsinin doldurulmasından sorumlu olan şəxs də Mikayıl Cabbarovdur. Necə olur ki, cənab Mikayıl Cabbarov İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədovun adı hallanan bu qanunsuz əməlləri araşdırmır və ya ona "dur" demir?

Olduqca müəmmalıdır...
 
 
 
Ardını oxu...
Vətəndaşlara yaratdığı problemlər səbəbindən adı vaxtaşırı olaraq mediada hallanan “SAS 2015” MMC tikinti şirkəti yenidən qalmaqalla gündəmə gəlib. Şirkət bu dəfə Ceyranbatan qəsəbəsinin sakinlərini özündən narazı salıb. Belə ki, MMC-nin Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də apardığı tikinti işləri ətraf ərazidə yaşayanların rahatlığını əlindən alıb.

Bir qrup qəsəbə sakini tərəfindən Konkret.az-a bu barədə müraciət daxil olub. Şikayətçilər adıçəkilən şirkətin onların uzun illərdən bəri məskunlaşdığı binalara yaxın ərazidə apardığı sürətli inşaat işlərindən narazılıqlarını bildirirlər. Etiraza səbəb isə “SAS 2015”in həmin ərazidə təməlini qoyduğu yaşayış kompleksini tezliklə tikərək başa çatdırmaq cəhdidir. Sakinlər deyir ki, ərazidə gecə saatlarında belə ağır texnikalar çalışır ki, bu da onların dincliyini pozur. Üstəlik, bununla bağlı şirkət nümayəndələrinə dəfələrlə irad bildirsələr də, hələ ki tikinti sahibləri ilə ümumi dil tapa bilməyiblər.

Əməkdaşımız şirkətin Ceyranbatandakı fəaliyyətini araşdırmağa çalışıb. Məlum olub ki, 2015-ci ildən fəaliyyət göstərən “SASGROUP” bu günə qədər əsasən Abşeron rayonu ərazisində həyata keçirdiyi bir neçə tikinti layihəsi ilə tanınıb. Amma bu layihələr şirkətə heç də nüfuz qazandırmayıb, əksinə, haqqında mənfi imic formalaşdırıb. Hətta iki il öncə Xırdalan qəsəbəsi ərazisində şirkətin satın aldığı “Köhnə statistika” binasından məcburi köçkünləri zorla çıxarmaq cəhdləri də böyük səs-küy yaratmışdı.

Mediada yayılan digər xəbərlərə görə, şirkət işlərini daha çox qeyri-qanuni yollarla həyata keçirir və belə vəziyyətlərdə Abşeron rayonunun indiki icra başçısı Abdin Fərzəliyevin “çətiri altına sığınır”. Təsadüfi deyil ki, məcburi köçkün soydaşlarımızla bağlı bəhs etdiyimiz zor tətbiqi olayında da A.Fərzəliyevin adı hallanırdı.
Ardını oxu...
Ancaq bu, “SASGROUP” haqqında ictimailəşən neqativ xəbərlərin heç də hamısı deyil. Belə ki, araşdırmalarımız zamanı ortaya başqa faktlar da çıxıb. Məlum olub ki, adıçəkilən şirkət Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də yerləşən torpaq sahəsində apardığı tikintiyə icazəni Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın vaxtında alıb. İşin qaranlıq tərəfi isə odur ki, xanım Gülməmmədova Ceyranbatan ərazisində tikinti aparmaq üçün “SASGROUP”a eyniməzmunlu icazəni nədənsə müxtəlif illərdə (2017 və 2021-ci ildə) iki dəfə verib. Yəni təəccüb doğuran əsas məqam da hansısa şirkətin eyni tikintiyə iki icazə sənədini necə əldə edə bilməsi məsələsidir. Bax, bu sualın cavabı tapılsa, “SAS 2015”in fəaliyyətinin gizli məqamlarına da işıq düşər. Təəssüf ki, şirkətə dəfələrlə etdiyimiz zənglər cavabsız qaldığından ortada olan bəzi müəmmaları sona qədər araşdırmaq niyyətimiz baş tutmadı.

Buna rəğmən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığımız sorğu özünü çox gözlətmədi. İcra hakimiyyətinin rəsmi cavabından da hazırda Ceyranbatan qəsəbəsində 55.400 kvadratmetr sahədə aparılan böyük bir tikintinin qanunazidd həyata keçirildiyi məlum olub.
Ardını oxu...
Bildirilib ki, müraciətə əsasən RİH tərəfindən həmin ünvana baxış keçirilib, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq edilib.

“Qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin tələblərinə əməl edilərək, Tikintilərin Dövlət Reyestrində qeydə alınması izah olunub”, – deyə RİH-dən verilən cavabda bildirilib.

Mövzu ilə bağlı “SASGROUP” şirkətinin də mövqeyini dərc etməyə hazırıq. Məsələni diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
İctimai fəal İlkin Rüstəmzadə “Ekspressbank”la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb. Yenisabah.azxəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib. “Gəlmişəm “Ekspressbank”a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb. “Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən” dedilər. “Voobşem”, səviyyən uyğun gəlmir bizim banka”.

İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir: “Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım. Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm”. “Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. “APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalaraq 3 milyon 396 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi. Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26.9% artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4.5 milyon manata ( illik müqayisədə 10.6% az ), qeyri-faiz xərcləri isə 10.9 milyon manata ( illik müqayisədə 1.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30% çoxdur.

Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28.4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 8.5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib. Bu dövrdə “Ekspressbank”ın cəmi öhdəlikləri 398.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7.4% və ya 31,8 milyon manat azdır. Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9.1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib. 2023-cü il aprel ayının 1-nə “Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.6% və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Belə ki, 2015-ci ildə «ADOR» MMC ötən il «Expressbank»ın səhmdarlar sırasını tərk edib. Onun payını 2 şəxs alıb. «ADOR» MMC bankda 42 faiz səhmə sahib idi. İndi bu səhmlər iki nəfərin arasında (Hikmət Xammədov – 25 faiz və Hafiz Seyidov – 17 faiz) bölüşdürülüb. Elə rəsmən də bankın əsas səhmdarları “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qaynı olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi məxsusdur.
Məlumatlara görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin bir zamanlar rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Bank daxilindən adının çəkilməsini istəməyən işçilərdən birinin cumhuriyyet.az-a verdiyi məlumata görə, 2015-ci ildə manatın dollarla nisbətdə iki dəfə dəyər itirməsi “Express Bank”ın aktivlərini xeyli azaldıb. Bankın səhv kreditləşmə siyasəti nəticəsində problemli kreditlərin həcmi artıb. Başqa bir tərəfdən isə bankən kredit portfelində manat kreditlərinin həcminin nisbətdə çox olması və istehlak kreditlərinin ücdantutma hamıya verilməsi hazırda bankı pis vəziyyətdə qoyub. Bu səbəbdən də bankın likvidlik göstəricilərinin pisləşdiyini deyən mənbəmiz bildirir ki, bankın rəhbərliyində, yəni İdarə Heyəti və Müşahidə Şurasında olanlar bank sahəsində peşəkar deyil: “Bankın maliyyə göstəricilərinin pisləşməsi ilə nəticələnən səhv qərarları da onlar verib. Bankda çalışan azsaylı işçilər verilən səhv qərarlara dəfələrlə etiraz etsələrdə onların dediklərinə məhəl qoyulmayıb”. Cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə, bankın idarə heyətində təmsil olunan şəxslər yaxın adamlarının adına on milyon manatlarla kredit götürüb.
 

Ardını oxu...
Sabirabad rayounda Bayraq Muzeyi 2017-ci ilin sentyabrıda istifadəyə verilib. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi genişləndirilərək iki hektara çatdırılıb.

Muzeyin inşası və ərazidə hüdürlüyü 97 metr olan Azərbaycan Respublikasıı Bayraq dirəyi yerləşdirilib. Muzeyin inşası və qarşıdakı meydanın yeidəquruluması üçü 2016-cı ildə Dövlət Büdcəsidən milyolarla maat vəsait ayrılıb. Hazırda rəsmi olaraq Bayraq Muzeyində və Bayraq Meydanıda 26 əfərə yaxın işlə təmin oluub.

Amma işlə təmin olunanların yarıdan çoxuun harada işlədiyi heç kimə məlum deyil.
Gundemifo.az olaraq Sabirabad rayonuda Bayraq Muzeyi və Bayraq Meydannı ərazisində olarkə gördüklərimizdənn dəhşətə gəldik. Bayraq Meydanı üfunət iylənirdi. Büdcə vəsaitləri hesabıa alınmış bahalı şam ağacları, kaktuslar qurumuşdu. Meydanın əsas ziyarət hissəsini alaq otları basıb. Fəvvarə işləmirdi.

Ətrafda hətta Bayraq Muzeyinin divarlaınnda da ot-alaqlar bitmişdi.

Azərbaycan Respublikasıı Dövlət Bayrağının dalğaladığı ərazi, həm də hər bir izibati rayounun əsas pasportu olan Bayraq Meydanı inanılmaz bir baxımsız vəziyyətdə idi. Bayraq dirəyinin ətrafındakı fəvvarələr illərdir ki, işləmir. Hətta fəvvarlərin içini ot-alaq örütb.

Bayraq Meydanı və Bayraq Muzeyi dövlət təşkilatı olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad şəhər üzrə nümayəndəsinə tabedir.
Gundemifo.az olaraq apardığımız araşdırmalar zamaı məlum oldu ki, əslidə Bayraq Meydanı və Bayraq Muzeyinin saxlanılmasına, abadlaşdırılmasına hər il rayona ayrılan dövlət büdcəsidən külli miqdarda vəsait ayrılır.

Eyi zamanda DOST MMC xətti ilə Sabirabad Şəhər İcra Nümayəndəliyinin hesabına da işçilərə əmək haqqı ödənilir. DOST MMC-də işləmək üçün Sabirabad Şəhər İcra Başçısını Sabirabad şəhər üzrə nümayədiliyinə də işçiləri işə götürmək və işdən azad etmək səlahiyyətləri verilib.

Buna baxmayaraq yerli sakinlərinn dediyiə görə Şəhər İcra Nümayəndəliyiin rəhbəri Sübhan Xəlilova dəfələrlə müraciət etsələr də Bayraq Meydanın abadlaşdırılması üçün vəsaitlərin təyniatı üzrə xərclənməməsinə göz yumub.

Onu da əlavə edək ki, Sübhan Xəlilov bir zamanlar Sabirabadddan deputat olmuş Mirzəcan Xəlilovun qardaşı oğludur.

Ardını oxu...

Mirzəcan Xəlilov
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Sübhan Xəlilovun əmri ilə 2 hektarlıq ərazidə yaşıllıqlar, həmçiin abadlıq işləri və mühafizəçi işi üzrə də ştatlar mövcuddur. Lakin işə gələn yoxdur.
İddialara əsasən 10 nəfərliik bağban, qulluqçu, suçu, mühafizəçi kimi ştatlar üzrə 20 nəfərdən yalız 4 nəfər mütəmadi olaraq işə gəlir. Lakin onlar da günün birinci yarısına qədər işdə olurlar.

Günortadan sonra ümumiyyətlə nə Bayraq Meydanında, nə də Bayraq Muzeyində heç kimi tapmaq mümkün deyil. Və bu dövlət qurumundakı "ölü canlar"ın hesabına hər ay 10 min manatlarla vəsaitlər kimlərinsə cibinə gedir.

Orada olarkən parkdakı oturacaqların baxımsız olması bir yana, ərazidəki uşaq əyləncə mərkəzində də oyun meydançası bərbad durumda idi. Üstəlik bu dövlət qurumunda sınan, qırılan, dağılan heç bir dövlət əmlakı qorunub, bərpa olunmur, yenisi ilə əvəzlənmir. Əksinə sınan, qırılan, oğurlanan dövlət əmlakları yaxınlıqdakı zibbilikdə ibarət otaqda toplanır.

Beləliklə də Azərbaycan Dövlət Büdcəsi hesabına inşa edilən, rayonun əsas qürur ünvanı ola Bayraq Muzeyi və Bayraq Meydanı baxımsız halda uçub dağılır. Cavabdeh dövlət qurumundan isə bu mövzuyla bağlı heç bir məlumat almaq mümkün deyil.

Və ən vacib məqam odur ki, bu ünvanda işləməli olanların yarıdan çoxununun bəlkə də Bayraq Meydanında və ya Bayraq Muzeyidə işlədiklərinə dair heç özlərinin də xəbəri yoxdur. Yalnız bir neçə nəfər işçiyə paytaxtdan qonaqlar və yoxlama gələndə fəhlə, bağban gödəkçələri paylanır və oları bir neçə saatlıq Bayraq Meydanına toplayıb şəkil çəkdirib, daha sonra isə yenə hamı başqa, daha doğrusu öz işinin dalınca gedir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qeyd edilən məqamlarla bağlı qarşı tərəfin, cavabdeh təşkilatların də rəsmi mövqeyini yazıya əlavə edə bilərik.

Daha ətraflı video sujetdə:





Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Ardını oxu...

Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu. Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş. Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.

Ardını oxu...

Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür.



Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq.

Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və yaxın vaxtlarda Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…

Cumhuriyyet.Az
 
Ardını oxu...
Vətəndaşı aldadan Şahin Quliyev həbs olunsada, onunla əlbir olan Emin Məmmədov nədənsə məsuliyyətə cəlb edilmir

Bakı şəhər Sabunçu rayon Balaxanı qəsəbəsində vətəndaş Məmmədova Nüşabə İltifat qızına qarşı dələduzluq edilib.

Şikayətçi xanım AzFakt.com-a müraciət edərək bildirir ki, ona saxta sənədlə ev sataraq qırx min (4.0000) manatını ələ keçirən Şahin Quliyev həbs ediləsədə, onunla əlbir olan makler Emin Məmmədov heç bir məsuliyyətə cəlb edilmir və verdiyi pulu da geri ala bilmir.

Bildirək ki, Məmmədova Nüşabə İltifat qızı 2024-cü ilin yanvar ayında ev alqı satqısı ilə məşğul olan (makler) Emin Məmmədovun vasitəsilə Quliyev Şahin Qüdrət oğlunun satdığı evi alıb. Emin Məmmədovun vasitəçiliyi ilə Şahin Quliyevin Balaxanı qəsəbəsi Odlar Yurdu küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı evin satış qiymətində razılığa gələn Nüşabə Məmmədova ona 10 yanvar 2024-cü ildə 40 (qırx min) manat pul ödəyib.

Şahin Quliyevə Nüşabə Məmmədova tərəfindən 40 min manat pulu verilməsində şahidlərdən biri də makler Məmmədov Emin Nazim oğlu və Əsgərov Valid Vahid oğlu olublar. Hər iki şəxsdə pulun Şahin Quliyevə verildiyini təsdiq edən sənədə imza atıblar.

Şahin Quliyev və onunla əlbir olan şəxslər Nüşabə Məmmədovanın yaşlı qadın olmasından və savadsızlığından istifadə edərək ona 4 saylı xüsusi notariat kontorundan bir günlük etibarənamə verməklə barəbər, həmçinin qırx min (4.000) manat pulu almasını adi bir kağızla cızma-qara ilə yazıb təsdiqləyiblər.

Bundan başqa dələdzular Nüşabə Məmmədovanı inandırmaq üçün ona saxta Bələdiyyə sənədi, işıq, qaz və gdigər saxta sənədlər təqdim ediblər.

Nüşabə Məmmədova qeyd edir ki, Şahin Quliyevə pulu verdikdən sonra aldığı evə yığışmaq istəyəndə, həmin evin həyətində yerləşən başqa bir ev sahibi olan Rasim Hacıyev adlı şəxs onu evə buraxmayıb. Rasim Hacıyev bildirib ki, onun aldığı evi o, Şahin Quliyevlə şərikli tikib və hazırda ev ona məxsusdur.

Aldadıldığını bilən və əlacsız qalan Nüşabə Məmmədova Sabunçu polis idarəsinə şikayət edib və dələduz Şahin Quliyev həbs edilib. Nüşabə Məmmədova bildirir ki, onu aldadan Şahin Quliiyevlə bağlı Sabunçu Polis İdarəsində aparılan istintaq başa çatıb və Məhkəməyə göndərilib. İş məhkəməyə getsədə Nüşabə Məmmədovanın 40 (qırx min) manat pulunu qaytaran yoxdur. Nüşabə Məmmədova iddia edir ki, aldadılmasında makler Emin Məmmədov və onu evə qoymayan Rasim Hacıyev Şahin Quliyevlə əlbirdirlər. Ancaq aparılan istintaqda nə Emin Məmmədovun nədə Rasim Hacıyevin adı çəkilmir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbutda yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb. XALQ.AZ xəbər verir ki, sabiq “SOCAR”-ın rəhbəri, hazırda İqsadiyyat nazirinin müavini vəzifəsini tutan Rövnəq Abdullayevin qızı Sevinc Əliyeva Bakı şəhərində milyonluq obyekti var.
Ardını oxu...
Daxil olan məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir.
Ardını oxu...
Məlumatlara əsasən Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.
Ardını oxu...
Bu məsələ ilə bağlı Sevinc Əliyevanın mövqeyini öyrənməyə istəsəkdə zəng etdiyimiz nömrədən onun mətbuatla maraqlı olmadığını bildirdilər.
 
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini Abdullayev Ələddin Yasin oğlu Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət ünvanlayıb. Bir nüsxəs9i də Dia-az.İnfo-ya daxil oolan müraciətdə deyilir:

"Yazıb Sizə bildirirəm ki, Ucar Rayon Məhkəməsinin sədri Hilal Xəlilov oturduğu məhkəmə binasını qara bazara çevirib. Belə ki, mən Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Məhkəməyə ərizəni 23 may 2023-cü il tarixdə göndərmişəm. Bu iddia ərizəsi Ucar Məhkəməsi tərəfindən icraata götürülərək hakim Hilal Xəlilovun sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilib. Lakin iki ildən artıq vaxt keçsədə bu iddia ərizəsi əsasında icraata götürülən işə baxılmadan saxlanılıb.

Fevral ayının 23-də Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərovun Ucar şəhərində keçirilən qəbuluna yazıldıqdan sonra nazirliyin əməkdaşı mənimlə əlaqə saxlayaraq problemimlə maraqlandı. Mən bu məhkəmə işi ilə bağlı ətraflı məlumat verdikdən sonra nairliyin əməkdaşı məndən işin məhkəmə ekspertizasının təyin olunması ilə bağlı məktubun nömrəsini istədi. Mən məktubun nömrəsini Ucar Rayon Məhkəməsindən tələb etdikdə məlum oldu ki, ekspertizanın təyin olunması yalandır. Hakim Hilal Xəlilov törətdiyi qanunsuz əməlinə görə cəzalanacağını başa düşüb özü mənimlə əlaqə saxlayaraq məndən xahiş etdi ki, mən Azər Cəfərovun qəbuluna girməyim, qısa müddət ərzində həm ekspertiza keçiriləcək həmdə məhkəmənin növbəti iclasının keçiriləcəyi ilə bağlı mənə bildiriş göndəriləcək.. Lakin qəbulun vaxtı keçdikdən sonra hakim Hilal Xəlilov əvvəlki qaydada olduğu kimi yenədə məni get-gələ salır.

Hakim Hilal Xəlilovun bu hərəkətindən sonra mənə tam məlum olur ki, o öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəmənin yekun qərarını vermək istəmir. Bunun üçün o hər gün bir bəhanə uydurur. Gah deyir ki, cavabdehlər ekspertləri mübahisəli torpaq sahəsinə buraxmirlar, gahda deyir ki, ekspertlər işi yubadırlar. Amma mənə tam məlum olan odur ki, cavabdehlərlə hakim arasında bir əlaqə var. Bu əlaqənində olması maddiyyat üzərindədir. Belə olmasaydı hakim bu məhkəmə çəkişməsini bu qədər uzatmazdı. Qeyd edim ki, həmin torpaq sahəsi ilə bağlı 2017-ci il tarixdə eyni iddia tələbi ilə iddia ərizəsi yazaraq cavabdehlər Rəsulova Xanım Alı qızının həyat yoldaşı, Rəsulova Şəfəq Faxrəddin qızının atası, Abdullayeva Nəzakət Yasin qızının və Əhədova (Abdullayeva) Tahirə Yasin qızının qardaşı olan Abdullayev Faxrəddin Yasin oğlunu cavabdeh qismində qoyaraq Ucar Rayon Məhkəməsinə müraciət etmişdim. Həmin müraciətim Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən araşdırılmış, məhkəmə ekspertizası keçirilmiş və məhkəmənin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddi tələbim təmin edilmişdir. Ucar Rayon Məhkəməsinin bu qərarı qanuni qüvvəsini alaraq icra olunması üçün Ucar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin cavabdeh Abdullayev Faxrəddin Yasin oğlu öldüyü üçün qətnamənin icrası dayandırılmışdır. Həmçinin ekspertizanın verdiyi rəy belə olmuşdur ki, sözügedən torpaq sahəsi mənim xususi mülkiyyətimdədir. Mən həmin torpaq sahəsinə hasar çəkmək istəyəndə bu dəfə hal-hazırda cavabdeh qismində qoyulmuş şəxslər maneə yaratmışlar.

Hörmətli cənab sədr, hörmətli İnam müəllim, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini müvəqqəti icra edən cənab Azər Cəfərova və şəxsən Sizə poçt vasitəsi ilə rəsmi qaydada ərizədə göndərmişəm. Həm Həm cənab Prezidentə həmdə cənab Azər Cəfərova göndərdiyim ərizələr araşdırılması üçün Sizə göndərilib. Sizə göndərdiyim ərizə 01.04.2024-cü il tarixdə Sizə çatıb. Ərizənin Sizə çatması ilə bağlı xəbərnamənin cavabıda mənə poçt vasitəsi ilə verilib. Həmin xəbərnamənidə bu müraciətimə əlavə edirəm. Ərizəmin Sizə çatmasından artıq dörd ay vaxt keçib. Bu dörd ay ərzində Məhkəmə Hüquq Şurasından yəni Sizdən mən cavab almamışam. Niyəsini mən bilmirəm. Onu öyrənmək istəyirəm ki, niyə mənim dörd ay bundan əvvəl yazdığım ərizəyə cavab verilməyir. Dəqiq olmasada onu bilirəm ki, cavabdehlərlə hakim Hilal Xəlilov arasında yaxşı münasibətlər yaranıb. Bu münasibətlərdə maddiyyata görədir. Əvəzində Hilal Xəlilovda cavabdehlərə deyib ki, 2018-ci ildə verdiyi qətnaməyə zidd qərar verə bilməz. Çünki mübhisədə torpaq sahəsidir. Bu torpaq sahəsi əşya deyilki yerini dəyişsinlər, rezin deyilki enin və ya uzunun dartıb uzatsınlar. Ona görədə o cavabdehlərə söz verib ki, mən ölənə kimi məni sürübdürəcək və beləcə məhkəmənin yekun qərarı olmayacaq. Belə olmasaydı ekspertlər gəlmir, ekspertlər torpaq sahəsinə buraxılmır belə boş bəhanələrlə Hilal Xəlilov bu işi bu qədər uzatmazdı, çoxdan yekun qərarını verərdi. Biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin polisi var, prokurorluğu var. Əgər hakim Hilal Xəlilov ədalətli qərar qəbul etmək istəsəydi bu o dediyi yalan və boş bəhanələri çoxdan həll etmişdi.

Hörmətli cənab sədr, hörmətli İnam müəllim Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov barəsində ciddi tədbir görəsiniz..."

Ardını oxu...
ADAU-nun bir qrup professor-müəllim heyəti JAMAZ.İNFO-nun elektron poçtuna şikayət məktubu göndəriblər. Həmin məktubda qeyd edilir ki, bir neçə gündür Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır.

Məktub müəllifləri bildirir ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. “Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir”.

Ardını oxu...

Şikayətçilər deyirlər ki, rektor Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verib. “Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də götürdü”.

Məktub müəllifləri qeyd edirlər ki, rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. “Həmişə xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcək”.

Onlar bildirirlər ki, ADAU-nun baytarlıq fakültəsində bivariuma üfunət iyindən girmək mümkün deyil. “Onun içərisi alaq otları və müxtəlif zibilliklərlə doludur. Fakültəyə məxsus fermaların hamısı Zəfər Qurbanov tərəfindən satıldı. Bu bivariumda dovşan, siçan, at, qoyun, donuz və s. hamısı əvvəllər ayrı-ayrı seksiyalarda saxlanırdı. İndi isə Zəfər Qurbanov bunların hamısını satıb dağıtmış, bütün müxtəlif heyvanları at, donuz, dovşan, siçan və s. hamısı bir yerdə saxlanıır. Aqrar sahədən, bayarlıqdan tam xəbərsiz adam da bilir ki, bu heyvanları bir yerdə saxlamaq olmaz. Həm də bəzi heyvanlar baxmsızlıqda ölüblər”.

Müəllim heyəti yazır ki, rektor həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır. “Deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir”.
 
Ardını oxu...
4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir.

Tribunainfo.az bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. 2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.

Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.

Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.
 
 
 

Dünyapress TV

Xəbər lenti