b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b05f0024983e1caa6dc0335644d78dc6.jpg
  

“Gənclik vaxtlarımda danışmadığım müğənnilərə çox stress yaşatmışam. İllər əvvəl bir mötəbər toy məclisi keçirildi. Orada mən təşkilatçi idim. Toyun aparıcısı Afaq Gəncəli, məclisi başdan sona kimi oxuyan isə Əməkdar artist Elton Hüseynəliyev idi. Məclis hotellərin birində idi. Danışmadığım, aramızda iki il məhkəmə çəkişməsi olan o xanım müğənninin sözügedən toy məclisindən əvvəl keçirilən xına məclisində iştirak etməsinin qarşısını aldım. Toy yiyələrinə dedim ki, o xanım müğənnini görəndə əhvalım neqativləşir”.

Bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) qonaq olduğu “Afaqla onlar” verilişində deyib.

Tolik bildirib ki, illər əvvəl təşkilatçısı olduğu toyların birində müğənni Natavan Həbibinin çıxışına mane olub:

“Bilmədim necə amma o həmin xanım müğənni özünü həmin toy məclisinə saldı. O xanımla düşmən mövqeyində idim. Afaq mənə söylədi ki, illərdir peşəkar səhnədəyəm və buna görə də heç kim mənə deyə bilməz ki, kimisə səhnədə təqdim etməyim. Ona dedim ki, sən Afaq mənim dostumsan və mən səndən bir dost kimi xahiş edirəm ki, o müğənnini səhnədə təqdim etmə. Afaq dedi ki, o zaman mən səhnədən çıxıb gedəcəyəm. Söylədim ki, getmə… Amma o çıxıb getdi. Bütün musiqiçiləri ayağa qaldırdım. Dedim ki, biriniz də orada oturmayacaqsınız. Həmin müğənni məclisdə mahnısını oxuyanda səs rejissoruna öncədən pul vermişdim ki, onun səsini dayandıracaqsan. Elə də oldu. Mən həmin xanım müğənniyə toyda etdiklərimi illər sonra etiraf etdim. Bu mənim gənclik illərimdə olan aqressiyam idi. Bu müğənni Natavan Həbibi idi. Bu haqda Natavan özü də dəfələrlə efirdə danışıb. Amma bu kimi şeylər indi etmərəm”.  (olay)

 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti