b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_0827532111b0944a02931d5cc46dcb20.jpg
  

İranda Azərbaycan türklərinin milli-mədəni, qanuni hüquqlarının təmin olunmadığı ən yüksək səviyyələrdə belə etiraf edilir. İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təşviqat kampaniyasında bu məsələyə diqqət yetirilməsi, azərbaycanlı seçicilərin prosesdə fəallığının artırılması kimi faktlar bunu təsdiqləyir.

Ölkədə sərbəst toplaşmaq haqqında qanuna tətbiq edilən məhdudiyyətlər də türklərin milli-mədəni hüquqlarının təmin olunmaması ilə bağlı etirazlarını bildirməsinə problemlər yaradır.

Güney Azərbaycan cəmiyyəti çıxış yolu kimi idman oyunları zamanı müxtəlif şüarlarla istəklərini bəyan edirlər. Məsələn, Güney Azərbaycanın Urmiya şəhərində “Durnalar yuvası” idman kompleksində voleybol yarışmasında yerli “Şahridari Urmiya” və İsfahanın “Giti Pasand” komandaları arasında voleybol oyununa qatılan güneyli xanımlar da milli şüarlar səsləndiriblər. Belə oyunlarında “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”; “Azərbaycan var olsun, istəməyən kor olsun!”; “Bura (Urmiya - nəzərdə tutulur red.) Türkdür, Türk!”; “Urmiya türkündür, türkün də qalacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və s. sloqanları nümayiş olunur və ya səsləndirilir.

Güney Azərbaycan türklərinin qanuni milli-mədəni hüquqlarının təmini ilə bağlı şüarlar Təbrizin “Traktorsazi” (tərəfdarları ona “Qızıl qurd”, yaxud “Qırmızı qurd” da deyirlər) futbol komandasının oyunlarında da yuxarıdakılarla yanaşı, “Haray, haray, mən türkəm!”, “Yaşa, yaşa, Azərbaycan!”, "Urmu gölü səslənir, susuzam, haray, haray!” kimi şüarlar səslənir.

Oyunlarının nəticəsindən asılı olmayaraq, tərəfdarları komandanı daim alqışlayır, ona sadiqliklərini nümayiş etdirirlər. “Traktor”çuların belə davranışı şovinist düşüncəlilərin xoşuna gəlmir. Onlar hakimiyyətdəki bu siyasi-ideologiyanın daşıyıcılarına güvənərək, hətta ola bilsin, onların tapşırığı ilə güney azərbaycanlıları aşağılayır, onlara hücum edirlər.

Yanvarın 26-da İran çempionatında 17-ci turun oyununda “Qızıl qurdlar” əzəli rəqiblərinin - Tehranın “Persepolis” klubunun qonağı olublar. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

b_400_300_16777215_00_https___static.report.az_photo_1fb6cbb8-2e3c-3b33-8975-598e2bed5f59.jpgQEREZ.jpg (74 KB)

Bu məğlubiyyətdən sonra "Traktor" liderliyi əldən verərək 35 xalla ikinci pilləyə düşüb.

Qeyd edək ki, "Persepolis"in baş məşqçisi Türkiyənin tanınmış futbol mütəxəssisi İsmail Kartaldır.

Bildirilib ki, gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traktor" komandasının oyunçularına və azərbaycanlılara qarşı təhqiramiz, irqçi şüarlar səsləndiriblər.

“Persepolis”in azarkeşləri meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

"Traktor" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib. Komandanın baş direktoru Səid Müzəffərizadə “Persepolis” azarkeşlərinin irqçi və etnik şüarlar məsələsini FİFA-nın təqib edəcəyini açıqlayıb: “Biz bütün lazımi hüquqi tədbirləri görmüşük. Bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, FİFA vasitəsilə məsələni tam qətiyyətlə davam etdirəcəyik. İrqçi və etnik şüarlar məsələsinin heç bir əsası yoxdur. Biz bununla bağlı heç bir tolerantlığı qəbul etməyəcəyik. Təcrübə göstərir ki, bir və ya iki oyunluq cəza kimi stereotip hərəkətlər problemin həlli deyil. Futbol Federasiyası bunu nəzərə almalıdır”.

O, oyunu idarə edən Cavad Xiyabanini və “Persepolis”in baş məşqçisi Kərim Baqerini azarkeşlərin türklərə qarşı şüarlar söyləməsi, irqi ayrı-seçkilik davranışına səssiz qalmasına görə də tənqid edib: “Onlar ən azından azarkeşləri xəbərdar etməli idilər”.

Baş verən şovinist, irqçi hadisəyə İran Prezidenti Məsud Pezeşkian da münasibət bildirib. O bunu “qəbuledilməz” adlandırıb. Hökumət başçısı deyib: “Tehranın “Azadi” stadionunda baş verənlər, təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”.

b_400_300_16777215_00_https___static.report.az_photo_81cd4baa-41f6-32de-9fb3-bcaf9837e6e3.jpgQEBULU.jpg (128 KB)

Qarışıq Azərbaycan türkcəsində çıxışı zamanı Məsud Pezeşkian vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər".

O, məsələnin araşdırılması və tədbir görülməsini uyğun sahənin naziri ilə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib. Prezident İran Futbol Federasiyası İntizam Komitəsinin günahkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini də vurğulayıb.

Əvvəllər də stadionlarda, kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, hətta İran televiziya verilişlərində Azərbaycan türkləri təhqir edilib. Bu, az qala, panfarsçı düşüncə sisteminin daşıyıcıları, bir sıra İran məmurları üçün fəaliyyət növüdür, hədəfdir.

Azərbaycan türkcəsində bir məktəbi, bir sinfi belə olmayan azərbaycanlıları təhqir edən, bu işlərin təşkilatçıları olan panfarsçılar bu düşüncənin ideoloqları fars dili və ədəbiyyatının inkişafının qayğısına qalır, onu qoruyurlar.

İranda yeni tədris ilinin açılması münasibətilə Ermənistanda fars dili sinfinin açılışı olub. Tehranın bu ölkədəki səfirliyinin maliyyə yardımı ilə İrəvanın 61 saylı məktəbində “Hafiz zalı” və fars dili sinfi açılıb. Bu, İran hakimiyyətinin fars dili və ədəbiyyatının təbliği ilə bağlı ilk hadisə deyil. Oxşar tədbirlər Mərkəzi Asiyada, Rusiyada və başqa ölkələrdə həyata keçirilir.

Ancaq bu hakimiyyət Azərbaycan türkcəsinin qanuni tədrisini həyata keçirməməklə konstitusiyanın uyğun maddələrini 45 ildir pozur.

MESUD.jpg (74 KB)

Panfarsçılar fars dilinin inkişafına və qorunmasına çox həssaslıqla yanaşırlar. Bu günlərdə İran hökumətinin sözçüsü Fatimə Mühacirani televiziya kanallarından birində ingiliscə çıxış edərək “yeni bankçılıq” sözündən istifadə edib. O, ifadənin fars dilində qarşılığının olmamasından məyusluğunu bildirib. Sözçü Fars Dili və Ədəbiyyatı Akademiyasının fəaliyyətini də tənqid edərək deyib: “Fars dilini qorumaq hamımızın borcudur. Fars dili bizim üçün sərhəd kimidir və hər vasitə ilə qorunmalıdır”.

Azərbaycan türkcəsində məktəbi qadağan edən, fars dilini ölkənin sərhədi sayan bir ölkənin televiziyasında “Traktor”a qarşı yeni məhdudiyyət tətbiq edilib. Tərəfdarları oyun zamanı "Türk dilində mədrəsə olmalıdır hər kəsə!”, "Urmu, Zəncan, Ərdəbil - Bu səs Təbrizdən gəlir" şüarlarını səsləndirkləri üçün qarşılaşma bir-iki dəqiqə gecikmə ilə yayımlanıb.

“Traktor”un tərəfdarı olan qızlar “Persepolis” tərəfdarlarının irqçi və təhqiramiz şüarlarına etiraz olaraq ağızlarını yapışqan lentlə bağlayıblar. Onlar bu davranışla Azərbaycan türklərinin fərqli bir millət olduğunu, heç bir təhqir onları fars irqçiləri səviyyəsinə endirməyəcəyini nümayiş etdirdiklərini bildiriblər.

Bundan başqa, komandanın tərəfdarları Təbrizin Sahənd stadionunda “Persepolis”lə oyunda baş verənlərə “Ana, namus - iki müqəddəs söz" pankartını qaldırmaqla etiraz ediblər.

b_400_300_16777215_00_https___static.report.az_photo_e4817191-ae7b-356a-a836-4bddb3c8be4b.jpgEDİBLER.jpg (88 KB)

Panfarsçı düşüncəyə görə, Azərbaycan türkcəsində məktəb olarsa, İran parçalanar. Yaxud İslam Respublikası rəhbərliyində bəziləri belə düşünürlər ki, ölkəyə xaricdən müdaxilə var. Ancaq “Pesepolis”lə oyunda baş verənlər, hökumət sözçüsünün açıqlaması xarici müdaxiləyə ehtiyac olmadığını göstərir. Bu ölkənin düşmənləri elə Tehranda “Traktor”un “Pesepolis”lə oyununda türklərə qarşı irqi ayrı-seçkilik edənlər, azərbaycanlıları təhqir edənlər, onlara hücum çəkənlərdir.

Fevralın 3-də Prezident Məsud Pezeşkian İran inqilabının 46 illiyinə həsr olunacaq tədbirlərlə bağlı müşavirədə bildirib: “Bu gün xaricdən düşmənlər tərəfindən İrana müdaxilə edilir. İranın zəiflədiyini bildirir, insanların küçələrə çıxıb ölkəyə problem yaratmasını istəyirlər. Biz xalqa xidmət etməliyik və problemi həll edə bilmiriksə, cəmiyyətə üzrxahlıq dili ilə izah etməliyik”.

Ölkəni zəiflədən xarici müdaxilə, düşmənlər deyil. Daha çox öz vətəndaşını təhqir edənlər, onların qanuni, təbii hüququnun təmin olunmasını istəyənlərə qarşı irqi-etnik ayrı-seçkilik edənlər, fars dilini türk dilindən üstün tutanlar bu düşüncənin daşıyıcılarıdır. Ölkənin belə vətəndaşları cəmiyyətin zəifləməsinə, onun parçalanmasına xidmət edirlər. İranın paytaxtı Tehranda təhqir edilən, aparteid davranışa məruz qalan türk, azərbaycanlı onu özününkü bilər? Bu düşüncə vətəndaşların mərkəzdənqaçma meyillərini gücləndirər...

Sədrəddin İsmayılov
Report

 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti