Ardını oxu...
Qaziyə hörmətsizlik edilən doğum evindən daha bir ŞİKAYƏT: Pasiyentinə "Mənim arxam o qədərdir ki, sizi yer üzündən silərik" dediÖtən günlərdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunduğu iddia edilmişdi. "19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gətirtmiş və daha sonra həkim qazidən pul tələb etmişdi. Həmin görüntülər sosial şəbəkədə gündəm olmuşdu. Sevinc Məmmədova ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Sonxeber.az xəbər verir ki, Əliyeva Ülkər Vüqanə qızı Sevinc Məmmədova ilə bağlı şikayətini bizimlə bölüşüb:

"Mən keçən ilin iyun ayında ağır ağrı ilə 4 saylı doğum evinə yaxınlaşdım. Sevinc Məmmədova adlı həkim məni qəbul etdi. Həkim mənə ultrasəs müayinəsində baxaraq təcili əməliyyat olunmağımı dedi. Məndən 600 manat pul tələb etdi, yalnız bundan sonra əməliyyat edəcəyini bildirdi. Mənim imkanım isə bu məbləğə çatmırdı.

Dedik ki, "imkanımız yoxdu, siz əməliyyatı edin, daha sonra ödənişi edərik". Amma narazılıq etdilər. Xəstəxanaya yoldaşımla getmişdik. Biz də yoldaşımla xəstəxananı tərk etdik. Ağrıya dözə bimədiyim üçün xəstəxanaya geri qayıtdıq. Sevinc Məmmədova bizi qəbul etdi. Dedi ki, "əməliyyata salıram, pulunu təcili sürətdə gətirin". Məni əməliyyata saldı. Valideynlərim həkimə 600 manat yox, 400 manat pul ödədi. Bu zaman həkim narazılıq etdi. Buna görə də bizimlə maraqlanmadı. Zəng edirdik, cavab vermirdi. Mənim və valideynlərimin nömrələrini bloka atmışdı. Sevinc Məmmədova adlı həkimlə heç bir əlaqə saxlaya bilmirdik.

Xəstəxanadan çıxanda mənə müalicə yazdı. Mən bu müalicəni evdə edirdim. Mənə müalicədə sistem yazmışdı. Mən bu sistemi edəndə, komaya düşdüm. Amma həkim yenə bizim zənglərimizi açmırdı. Açanda isə "mən sadəcə sağlam şəkildə əməliyyat etmişəm, bundan sonrası mənlik deyil"deyirdi. Tikişlərim açılmışdı, öhtəsinə götürmədi. Mən boru hamilələyi keçirmişdim. Bununla bağlı həkimdən sual soruşanda, mənə sərt cavablar verirdi. Heç bir həkim pasiyenti ilə elə danışmır.

Komaya düşəndən sonra, vəziyyətim pisləşdi. Yenidən Sevinc həkimin qəbuluna düşmək istədim. Amma o bizi qəbul etmədi. Sonradan bizim yanımıza gəlib, "səsini başına atdı"... Mən Sevinc Məmmədovaya onu şikayət edəcəyimi dedim. Sevinc Məmmədova bu zaman dedi ki, "kimə şikayət edirsən et. Mənim arxam o qədərdir ki, sizi yer üzündən silərik". Mənə və valideynimə təhqiredici sözlər işlətdi. Sonra isə bunları dedi: "Mən sizdən qorxmuram. Sizin arxanız birdisə, mənim arxam beşdir. Gedin nə istəyirsiniz edin".

Biz də çəkindik. Mən sosial şəbəkədə ötən gün qazimizin xəbərini oxuyanda, həkimin eyni qadın- Sevinc Məmmədova olduğunu gördüm. Xahiş edirəm şikayətimi işıqlandırasınız",

Qeyd edək ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
 
 
 
Ardını oxu...
Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22 a-da yaşayan İsgəndərova Aynurə İsbəndiyar qızı tərəfondən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən bir ana kimi Sizdən dəstək kömək gözləyirəm. 10 yaşında olan övladımı ölümünə döyərək təhqir ediblər. Polis isə işə baxmır. 35-36 gündür ki, polis bizə heç bir məlumat vermir.

Bildirim ki, yaşadığımız ünvanda - Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22-də kirayədə yaşayan Həsənova Kəmalə Xanlar qızının nəvəsi ilə mənim 10 yaşlı övladım İsgəndərov Fərid Səid oğlunun arasında mübahisə olub. Həmin mübahisədən sonra Həsənova Kəmalə Xanlar qızı və Kəmalənin qızı Aytac birlikdə mənim azyaşlı övladımı yaşadığımız ünvanın yaxınlığında, ictimai yerdə amansızcasına döyüblər. Döyülmə zamanı uşağın ağzından və burnundan qan gəlib.

Uşağı döyərkən, ürəkləri soyumayıb, boğmağa da çalışıblar. Bir sözlə, onu öldürmək istəyiblər.

Hadisə vaxtı mənim haqqımda da təhqiramiz ifadələr işlədiblər.

Uşaq döyülmə vaxtı ciddi zədələr alıb. Bunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bliyev Elçin də öz rəyi ilə təsdiq edib. Belə ki, "boyun nahiyyəsinin sətti travması" yazıb.

Eyni zamanda, ekspert də döyülməni təsdiqləyib ki, uşaq travma alıb.

Həmin gündən uşaq məktəbə belə, getməkdən çəkinir. Uşağı hətta evdə tək qoyub, heç yerə gedə bilmirik. Özünə nəsə etməsindən qorxuruq.

Bir daha qeyd edim ki, mənim azyaşlı övladımı Kəmalə və Aytac amansızcasına döyüblər. Məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Bu cinayətkarlar haqqında heç bir tədbir görülmür. Çox maraqlı və təsiredici bir məqam var ki, polis cinayətkarlara qarşı çox diqqətli və mehriban yanaşır.
Cənab Prezident!
Mən, sizdən bir ana kimi xahiş edirəm ki, məsələ ilə bağlı tapşırıq verəsiniz. Mənim uşağımın həyatı təhlükədədir. Yuxarıda adlarını çəkdiyim 2 insanın ciddi psixi problemləri var. Psixi problemi olmasaydı, övladı yaşında bir uşağı necə ölümcül döymək olardı?!

Mən bir daha qeyd edirəm ki, Şəmkir şəhərində özbaşınalıq baş alıb gedir, polis işə baxmır. Körpə uşağın amansızlıqla döyülməsinə göz yumurlar. Niyə? Hansı səbəbə?

Polis haqlı olanın yanında olmalıdır. Çünki biz vətəndaşlar köməyi səlahiyyətli qurumlardan gözləyirik".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti dəfə şikayət daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“57 yaşım var. 22.02.2023-cü ildə Sumqayıt Travmatalogiya Xəstəxanasında həkim Emin Yaqubov tərəfindən boyun onurğa əməliyyatı olunmuşam. O, mənə boş yerə 3 ay 8 gün ümid verərək, xəstəxanada yatızdırdı. Sonra məlum oldu ki, uğursuz əməliyyat edib. Hansı ki, ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım”.

Hazırda 1-ci qrup əlil olduğunu deyən şikayətçinin sözlərinə görə, 8 aydan sonra vəziyyəti daha da pisləşib: “Bundan sonra Bakıda, Əhmədlidə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Sağ olsun, Rasim həkim məni əməliyyat edib, ölümdən qurtardı. Amma şikəstliyim yenə də qalır. Məni bu günə salan Emin Yaqubov bir dəfə də olsun mənimlə maraqlanmır.

Sumqayıt Travmatalogiya Xəstəxanasında olan özbaşınalıqla bağlı baş həkim Rauf həkimə, Səhiyyə Nazirliyində Səkinə xanıma, TƏBİB-ə, Respublika Prokurorluğuna müraciət etdim. Üstəlik, ərizə ilə Prezident İlham Əliyevə də müraciət etmişəm. Lakin heç bir tədbir görən yoxdur.

Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bir tədbir görər”.

Jalə FAMİLQIZI

Redaksiayadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
İyunun 15-də Niderlandın Den Haag şəhərində yerləşən restoranların birində Azərbaycan diasporunun fəalları arasında dava düşüb. Diaspora.TV heç də xoşa gəlməyən bu hadisəni ictimailəşdirdikdən sonra sosial şəbəkələrdə ciddi müzakirə olunub. Müxtəlif platformalarda aparılan müzakirələrdə diaspor fəalları olan xanımlarımzın bu hərəkəti tənqid edilib.
Kimdir günahkar: Dava salan, yoxsa yayan?
Lakin diaspor fəalı olan xanımlarımıza yaxın olan bəzi insanlar informasiya ictimailəşəndən sonra Diaspora.TV-ni hədəf alıb. Maraqlıdır, Avropanın mərkəzi şəhərlərinin birində, ictimai yerdə dava sal, sonra da heç nə olmamış kimi başqasını ittiham et?! Diaspora.TV bu məsələdə peşəkar yanaşma nümayiş etdirib, davada adı hallanan Niderlandda yaşayan diaspor fəalı, Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva ilə əlaqə saxlayıb, onun mövqeyini öyrənib və elə bir xəbərin içində də ictimailəşdirib. Təkrar edirik: Diaspora.TV bu məsələdə birtərəfli xəbər yaymayıb.
Ardını oxu...
Foto: Lamiyə Babayeva
L.Babayeva Diaspora.TV-yə açıqlamasında ümumiyyətlə belə bir hadisənin baş vermədiyini iddia edib. Amma tədbirdə iştirak edən, adının açıqlanmasını istəməyən başqa bir mənbə isə Diaspora.TV-yə bildirib ki, hadisə baş verib, necə baş verib, bir az sonra detallı yazacağıq.
Ardını oxu...
Foto: Nailə Bayramova və digərləri tədbirdə…
Amma tədbirdə iştirak edən xanımları qəzəbləndirən həm də L.Babayevanın “ordakılar heç bilmirlər Milli Dirçəliş günü nə vaxtdır, onlar nə diasporun, nə də səfirliyin tədbirlərində iştirak etmirlər” kimi ifadələri olub. Qeyd olunur ki, restorana toplaşan xanımların böyük əksəriyyəti diasporun və səfirliyin tədbirlərində fəal olan xanımlardır. Hətta bu faktı təsdiq edən fotolar da göndəriblər.
Ardını oxu...
Foto: Günay Bayramova
Davanın olduğunu təsdiqləyən birinci FAKT
Əlbəttə, hadisənin baş verməsini təkcə bizim mənbə təsdiq etmir, Lamiyə Babayevanın ən yaxın rəfiqələri də təsdiq edirlər. Elə gəlin ilk növbədə onlardan başlayaq. Belə ki, L.Babayeva ilə restorandakı davada adı hallanan Günay Bayramovanın etirafı:
“O dediyiniz vəzifəli şəxsin qohumu birinci aqressiyaya əl atıb, söyüşün biri 1 qəpiyə, bir öyrənin ki, söhbət nədən başlayıb, o 3 nəfər ora niyə gedib? Vəzifəli şəxsin qohumu Hollandiyada camaata pul atır, gizlənib qaçır. Neçə nəfərə minlərlə avro pul atıb!!! O qadına normal sual verildi ki, pulu nə vaxt qaytarırsan? O da keçdi aqressiyaya, nalayiq söyüşlərə!!!”
Ardını oxu...
Göründüyü kimi, dava olub, həm də pul üstündə… Davada Azərbaycan diasporunu Niderlanda təmsil edən xanımlarımız “söyüşün birini bir qəpiyə satıblar”. Yuxarıda şərhlərini “skrin” etdiyimiz ana-bala – Nailə və Günay Bayramovalar da bir-birini təkzib edən açıqlamalar verirlər.
Davanın olduğunu təsdiqləyən ikinci FAKT
Əlavə şərh vermədən keçək başqa xanımın davanı təsdiqləyən açıqlamasına… Yenə də hansısa gizli mənbəyə deyil, elə Lamiyə Babayevanın ən yaxın rəfiqələrindən başqa biri, Niderlandda yaşayan soydaşlarımızın da yaxşı tanıdığı “Ana Vətən“ Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyevanın açıqlamasına:
“Mübahisələr butun insanlar arasında olur. Bu da onlardan biridir. Ortalığı qarısdırmaq, gündəmdə olub diaspora adına axmaq yazılar yazmaq xatirinə kimsənin yazdiğı “məlumata” əsaslanıb yazı yazmaq qeyri-professionaldır. İnsanlar arasındakı problemləri bu səviyyəyə çıxararaq oxunmaq xatirinə yazmayın… Kimsənin həddi deyil ki, başqasının problemini muzakirə etsin. Emosional davranan insanlar özləri problemini həll edəcək”.
Ardını oxu...
Amma xanım Ağamirzəyevanın açıqlamasının əlavə şərhə ehtiyacı var. M.Ağamirzəyevanın məlum şərhindən belə anlaşılır ki, biz – Azərbaycan diasporunu təmsil edən insanlar ictimai yerdə nə etsək olar, bunun heç kimə dəxli yoxdur. Elə deyil, hörmətli Mayisə xanım… Əgər siz Azərbaycan diasporunu təmsil edirsinizsə, hərəkətlərinizə, xüsusən də ictimai yerdə davranışlarınıza diqqət etməlisiniz. Digər bir məqam: M.Ağamirzəyeva bizi “axmaq yazılar yazmaqda” ittiham edir və iddia edir ki, biz qeyri-peşəkarıq. Deməli, bu xanım bizim hazırladığımız informasiyanı ya oxumayıb, ya da oxuyub, amma elə dərk etdiyi bu qədərdir… Məsələn, biz indi yazsaq ki, Mayisə xanım Ağamirzəyeva Gündoğdu Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspora Dəstək Fondunun dəstəyi ilə təşkil etdiyi bayram axşamına (15.12.2023- 20-12.2023) bileti soydaşlarımıza 40-70 evroya satıb (400 nəfərin iştirakı iddia olunur), o konsertdən gələn gəliri ehtiyacı olan ailələrə verəcəyini elan edib, amma bunu etməyib, onda olacağıq qeyri-peşəkar? (hazırda bu mövzu tərəfimizdən araşdırma mərhələsindədir, yaxın günlərdə Diaspora.TV-də)
Ardını oxu...
Foto: Mayisə Ağamirzəyeva Gündoğdu
Əziz diaspor cameəsi… Göründüyü kimi, yuxarıda adlarını çəkdiyim hər iki xanım (hər ikisi də restoranda keçirilən gecədə olub) davanın olduğunu təsdiqləyərək Lamiyə Babayevanın Diaspora.TV-yə dünənki açıqlamasında həqiqəti söyləmədiyini etiraf edirlər.

İyunun 15-də Niderlandda yaşayan fəal soydaşımız Şəkər Azəri və Humay Ərəbova (qudadırlar) nəvələri üçün “uşaq gördü” təşkil ediblər. Bu tarixin seçilməsi də təsadüfü olmayıb: xanımlar düşünüb ki, həm Milli Dirçəliş Gününü qeyd edək, həm də nəvələrimiz üçün “uşaq gördü” təşkil edək. Məclisdə Niderlandda yaşayan 50-dək azərbaycanlı xanım iştirak edib. Qonaqlığın şən yerində Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva, Günay Bayramova və anası Nailə Bayramova (Bayramovalarla bağlı ziddiyyətli fikirlər var) restorana daxil olublar. Davada tərəf kimi adı hallanan Əfsanə Həsən adlı xanım soydaşımız da dəvətlilər arasında olub.
Ardını oxu...
Fotoda: Əfsanə Həsən
Bir müddət sonra Nailə Bayramova Mayisə Ağamirzəyevaya (Lamiyə Babayeva, Günay Bayramova və anası Nailə Bayramova M.Ağamirzəyeva ilə çox yaxın olduğu bildirilir) yaxınlaşıb, qulağına nə isə pıçıldayıb. İddia olunur ki, dava düşməzdən bir neçə dəqiqə əvvəl M.Ağamirzəyeva məclisi tərk edib…
Davanın detalları iyrənc olduğu üçün ətraflı yazıb Avropada Azərbaycan diasporu adına iddia edən xanımlarımız haqqında mənfi rəy yaratmaq istəmirik.
Hazırda iş hüquqi araşdırma mərhələsindədir.
Əlavə məlumat verəcəyik.

Boyukmillet.com
 
Ardını oxu...
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nəbizadə küçəsi ev 37, manzil 33 ünvanında yaşayan Məmişov Əzəmət Məmiş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumu 90 AA-900 dövlət nömrə nişanlı, qara rəngli "Lexsus” markalı avtomobili ilə ağır qəza törədərək, hadisə yerindən qaçıb:
Ardını oxu...
“Mən, Məmişov Əzəmət Məmiş oğlu, yazaraq bildirirəm ki, ikinci qrup əliləm, ayağımın biri amputasiya olunub.

Məlumat verim ki, 1 fevral 2023-cü il tarixində 10-MX-3110 dövlət qeydiyyat nişanlı QAZ-31 markalı minik avtomobilimlə Buzovna qəsəbəsi ərazisində qəzaya uğramışam. Maşınımı arxadan 90 AA-900 dövlət nömrə nişanlı, qara rəngli "Lexus” markalı avtomobil vurmuşdur.

Zərbədən avtomobilim yolun kənarına atılmış, özüm də həmin vaxt huşumu itirmiş vəziyyətdə olmuşam.

Ətrafda olan vətəndaşlar dərhal avtomobilimin ön şüşəsini sındıraraq, məni bayıra çıxardıblar, daha sonra DYP-yə məlumat veriblər.

Xəzər rayon Polis İdarəsinin Ruhlan adlı tahqiqatçısı hadisə yerinə gəldi. Eyni zamanda, ağ rəngli 10-TT-100 dövlət nömrə nişanlı avtomobillə başqa bir şəxs də gələrək, qəza törədən "Lexus" avtomobilinin nömrələrini və maşındakı əşyaları götürüb getdi.

Tahqiqatçı məni tibbi dispanserə, avtomobilimi isə "Koroğlu” metrostansiyasının yanında yerləşən duracağa göndərdi.

Hadisədən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, indiyədək mənim taleyimlə maraqlanan yoxdur. Dəfələrlə DİN-in 102 “qaynar xətti” ilə danışıb, məlumat versəm də heç bir tədbir görülmür.

Hazırda səhhətimdə ciddi problemlər baş qaldırıb. Qəzadan sonra digər ayağımın 3 barmağı da amputasiya olundu. Həkimlər deyirlər ki, ayağım kəsilməlidir. Onurğamda da qırıqlar var. Qəzaya səbəb olan şəxs isə ortada yoxdur.

Onu da qeyd edim ki, avtomobili bərpa etmək mümkün olmadı, “metallom”a göndərildi.

Xazar rayon Polis İdarasinin əməkdaşları tərəfindən işimə biganə yanaşılır. Qəza törədən maşının nömrələri söküləndə mən başa düşməliydim ki, belə olacaq.

Əldə etdiyim məlumata görə, hadisəni törədən şəxs Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumudur. Bu səbəbdən, polis ona cinayət işi aça bilmir.

Bu halda mən nə etməliyəm?! Belə qununsuzluğa hansı qanun yol verir?!Belə çıxır ki, mənim də arxamda hansısa vəzifəli şəxs olsa, kiminsə həyatını məhv edə bilərəm?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

“Onsuz da ağırlaşırmışsan” – İtaliya dərmanı, Koreya terapiyası və yerli həkimin laqeydliyi

Ardını oxu...Ardını oxu...Ardını oxu...

Paytaxtın Nəsimi rayonunda yerləşən “Referans Vellbeing Centr” klinikasının baş həkimi, endekrinoloq Ülya Quliyevadan şikayət var.

“Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Sadıxova Mələk Ələkbər qızı bildirir ki, 2024-cü ilin mart ayının əvvəlində doktorun köməkçisi ilə əlaqə saxlayıb və ayın 9-da onu qəbula yazıblar:

“İlk qəbul Badamar Plaza”da baş tutdu. Qəbulda 100 (bir yüz) manat ödəniş etdim, amma mənə heç bir çek təqdim olunmadı. Həkimin qəbuluna girdim, məni narahat edən səhhət problemlərim haqda danışdım, boğazımda, boynumda limfa düyünləri olduğunu dedim.

Ardını oxu...

İnfeksionist tərəfindən müayinələrim olub. Limfa düyünlərinin problemə səbəb olacağı barədə mənə net şəkildə bir söz deyilməyib. Müəyyən müalicələr, o cümlədən antibiotik müalicələri almışam, durumum stabilləşib, amma limfa düyünləri yerində qalıb. Özümü çox yorğun, halsız hiss edirəm. Həkim təqdim etdiyim analizlərə baxdı, hansı həkimlərdən hansı tövsiyələr aldığımı, hansı müalıicələri qəbul etdiyimi izah etdim. O, məndən əlavə olaraq müəyyən analizlər istədi, mənə analiz blankı verib bildirdi ki, yalnız həmin analizlərin nəticəsinə baxıb konkret nəsə deyə bilər.

Əlavə etdi ki, analizləri dürüstlüyünə inandığı  “Referans” Klinikasına, yaxud, Ailə Sağlamlıq Klinikasına verməyimi tövsiyə etdi. Ertəsi gün onların ofislərinin yaxınlığında yerləşən “Ailə Sağlamlıq Klinikasına gedib analizlərimi verdim, təxminən 600 (altı yüz) manat civarında pul ödədim. Ödənişi təsdiqləyən qəbz də aldım.

Ardını oxu...Ardını oxu...

Analizlərin cavabı hazır olandan sonra təkrar müayinə üçün məni martın 16-da qəbula yazdılar.

Ardını oxu...

Təkrar müayinədə analizlərin nəticəsinə baxan həkimdən nə gördüyünü, mənim müalicəmi boynuna götürüb-götürməyəcəyini soruşdum. Bir daha xatırlatdım ki, maddi və mənəvi cəhətdən çox yorulmuşam, indiyədək üz tutduğum çoxsaylı həkimlər ən yaxşı halda mənim durumumu yalnız stabilləşdirməyi bacarıblar, amma tam müalicə etməyə nail olmaytıblar. Limfalarımın şişmə səbəbini nə ilə əlaqələndirdiyi soruşdum. Bildirdi ki, səbəbi çox şey ola bilər, “bizim müalicə metodumuz fərqlidir, biz xəstəliyə yönlənmirik, kök-hüceyrə səviyyəsində müalicə aparırıq. Müəyyən dərmanlar var ki, evdə qəbuil etməyiniz üçün verəcəyik, bəzi preparatlar isə sistem şəklində hər həftə klinikanın özünə gəlməklə orqanizminizə köçürüləcək”. Əvvəllər qəbul etdiyim, effektini görmədiyim preparatların adını çəkdim. Həkim yazacağı preparatların İtaliyadan gətirildiyini, keyfiyyətli olduqlarını, Bakının apteklərində onları tapa bilməyəcəyimi dedi: “Narahat olmayın, arxayın olun, özünüzü mənə əmanət edin”. Elə həmin gün ilk sistem köçürülməsini tətbiq etdilər. İkinci sistem köçürülmə proseduru ayın 22-də,  üçüncüsü ayın 30-da baş tutdu. Birinci sistemdə özümü normal hiss edirdim. Artıq ünçü sistemdə özümdə şişkinliklər hiss etməyə başladım. Aprelin 6-da dördüncü sistemin qəbulunda həkim özü məndən nə qədər çəki atdığımı soruşdu. Mən isə əksinə, iki-üç kilo əlavə çəki aldığımı söylədim. O dedi ki, belə şey mümkün ola bilməz, yəqin nəsə düz getmir. Soruşdum ki, mən nəyi səhv edə bilərəm, axı bütün proses onun nəzarəti ilə həyata keçirilib. O, köməkçisinə məni üç gün ərzində nəzarətə götürməyi, yeyib-içməyimə fikir verməyimi tapşırdı. Sonrakı günlər ərzində mən qəbul etdiyim qidaların şəklini belə çəkib votsapla həkim köməkçisinə göndərir, müfəssəl məlumat verirdim. Köməkçi hətta mənə rasionumda ət və ət məhsullarına az yer verdiyimi, bir az artırmaq lazım olduğunu tövsiyə etdi. Həmin həftə bayram ərəfəsinə düşdüyü üçün növbəti sistem qəbulu bir neçə günlüyə təxirə düşdü. Aprelin 13-də səsim tutuldu, keçirdiyim narahatçılıq barədə həkim köməkçisinə məlumat verdim. Köməkçi həkimlə danışıq səslərini mənə göndərdi. Duydum ki, həkim emosional çıxış edir, guya mənimçün əlindən gələni etdiklərini bildirir. Çifayda, mən gördüyüm tibbi xidmətdən narazı qaldım. Onlar mənimlə yenidən görüşmək istədiklərini bildirdilər, klinikaya təkrar dəvət etdilər. Aprelin 19-da  artıq onların köçdükləri Nəsimi rayonundakı yeni ünvanlarına getdim. Yenidən həkimlə danışanda şişməyə başladığımı, böyük peşova getməyimdə narahatçılıq yarandığını, səsimin iki günün içində qəfildən tutulub-açıldığını dedim. Həkim bu dəfə də panikaya düşməməyimi məsləhət gördü: “Əgər məni deyib gəlmisənsə, sənə kömək olacam! Sistemləri dayandırma, davam et. Ola bilər ki, dərmanlardan yüklənmisən. O halda hidrokolon terapiyaya getməyin lazımdır”. Sonra isə mənı bir telefon nömrəsi verib özündə bağırsaqların yuyulmasını ehtiva edən hidrokolon terapiyası üçün həmin nömrə ilə əlaqə saxlamağımı, danışanda onun adını verməyimi tövsiyə etdi. Mən həkimin tövsiyəsinə uyğun olaraq Koreya Şərq Təbabəti Kilinikasına yollanıb 70 (yetmiş) manat ödəməklə hidrokolon terapiyasına da getdim. 27 apreldə altıncı, mayın 4-də yeddinci və axırıncı sistemi qəbul etdim. Bir sözlə, nə dedisə, elədim. Ancaq axırıncı dəfə sistem qəbul edəndə tərəzidə çəkimi ölçüb 130-dan birdən-birə 136 kiloyadək artdığını öyrəndim. Tərəzinin göstəricisinin şəklini çəkib həkim köməkçisinə məlumat verdim. Şişkinlikdən, tənginəfəslikdən şikayətləndim. Doktorla danışmaq istədiyimi xahiş etdim. Köməkçi doktorla əlaqə saxlayıb cavabını mənə bildirdi: “Baxın Mələk xanım, əgər alınmırsa, müalicəni dayandırsın”. Mən təəccübləndim, həm də çox məyus oldum. Köməkçiyə bildirdim ki, mənim müalicə gedişində belə vəziyyətə düşməyimə mənim qədər, elə məndən də artıq həkimim özü narahat olmalıdır, səbəbini araşdırmalıdır. Həkimin cavabının absurd olduğunu, müalicəni dayandırmağa qərar verməyin mənim ixtiyarıma buraxılmamalı olduğunu bildirdim. Həmçinin, həkimin mənə on sistem köçürüləcəyini, artıq ikinci sistemdən sonra fayda hiss edəcəyimi dediyini xatırlatdım. Köməkçi həmin gün etirazıma reaksiya vermədi, ertəsi gün zəng edib əvvəlki mövqeyinin üstündə durdu: “Biz əlimizdən gələn köməkliyi etməyə çalışmışıq, bu bizlik deyil”. Mən artıq özümdən çıxdım, doktorun mənlə əlaqə saxlamağını tələb etdim. Sonrakı bir neçə gün ərzində mənim vəziyyətim daha da  pisləşdi. Yoldaşım mənim qolumdan tutub məni həkimin yanına apardı. Həkimdən xahiş etdi ki, xəstəni sağalda bilmirsə də, heç olmasa əvvəlki vəziyyətinə qaytarsınlar. Həkim yenə emosional tərzdə əlindən gələni etmiş olduğunu, vəziyyətimin ağırlaşmasına cavabdeh olmadığını söylədi: “Siz mənim yanıma gəlməsəydiniz belə, zatən ağırlaşmaq üzrəydiniz ki, belə şey baş verib. Yazdığım müalicənin sizə heç bir ziyanı ola bilməz”. Bir növ elə danışdı ki, mənim ağırlaşma vəziyyətimdə müraciət etməyim onun bəxtsizliyidir. Halbuki, mən onun yanına gedəndə hazırki şikayətlərim yox idi, tamam başqa şikayətlər idi. Yeri gəlmişkən, mən həkimin yanına gedəndə başqa tibb mərkəzində çıxartdırdığım USM müayinəsi nəticəsini aparmışdım. Əgər daha əvvəlki USM müayinəsində qara ciyərimin göstrəricisi 150-yə qarşı 153 idisə və həkim bu göstəricinin müalicəyə ehtiyacı olduğunu demişdisə, sonrakı ultrasəs müayinəsində həmin göstərici artıq 180 çıxmışdı. Bundan başqa, həkimin “müalicəsindən” sonra böyrəyimdə 16 mm-lik kista yarandı, həmçinin kreatinin səviyyəsi ağrı verici dərəcəyədək qalxdı. Qol altımda, sinəmdə, çənəmin altında çoxsaylı limfalar yarandı. Həkimin qarşısına USM nəticələrini qoyanda dedi ki, bu müayinə nəticələrini qəbul etmir, bir sözlə, hər şeydən boyun qaçırdı. Bundan sonra həyat yoldaşım həkimdən indiyədək mənim üzərimdə hansı müalicə vasitələri tətbiq edibsə, hamısının siyahısını istədi. O, bizi bayıra çıxardı, köməkçisini çağırdı, kağıza siyahı yazıb bizə verdilər. Düzü, həmin siyahıda həqiqətən bütün məruz qaldığım müalicə vasitələrinin əhatə olunduğu tam inandırıcı gəlmir. Həkimin son sözü bu oldu ki, “sənin vəziyyətin zatən ağırlaşmaq üzrəymiş, get MRT müayinəsindən, onkoloji müayinələrdən keç” və s. Onun danışıqlarının məna kəsb etmədiyini görüb klinikanı tərk etdik. Sonuncu analizlərimin nəticəsi kimi bəlli oldu ki, şəkərimdə yüksəlmə, insulin dirənci var. Biokimya testində qlükoza səviyyəsi normalda 70-100 aralığında olmalı halda, əvvəlki 112-dən 156 mg/dL göstəriciyə qalxdı. Hazırda əlim-ayağım şişib, əmək qabiliyyətimi itirmişəm. Hərəkət edə bilmirəm, oturub-durmağıma mütləq kimsə əlimdən tutub köməklik etməlidir”.

Ülya Quliyeva klinikada tibbi xidmətin haqqının ödənişi məsələsində şəffaflığın, hesabatlılığın olmadığını deyib: “Bir daha xatırladım ki, qəbula ödədiyim 100 (bir yüz) manatın çeki verilmədi, özləri mənə verdikləri dərmana görə ödədiyim 155 (bir yüz əlli beş) manata görə də çek təqdim olunmadı. Vurulan sistemlərin də nağd şəkildə ödədiyim pullarına görə qəbz verilmədi. Yalnız kartla ödədiyim pullara görə qəbz verilirdi”.

Vət. Sadıxova başına gələnlərin mediada ictimailəşdirilməsi ilə aidiyyəti qurumların diqqətini problemə yönəltmək, Ülya Quliyevanın ona hədər yerə xərclətdirdiyi pulların geri qaytarılmasına nail olmaq istəyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az


Ardını oxu...
"Şikayətim "Liv Bona Dea Hospital"dandır. Mart ayının 23-də hospitalda yoldaşıma qeysəriyyə yolu ilə doğum əməliyyatı keçirilib. 10 gün ərzində də bütün lazımi sənədləri bizə təhvil veriblər..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Ardını oxu...

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Daha sonra yoldaşım analıq məzuniyyətində müavinət əldə etmək üçün işlədiyi müəssisəyə həmin sənədləri təhvil verib. Bir müddət sonra isə müəyyən olub ki, sənədlər arasında ağır əməliyyat keçirilməsi və bu səbəbdən 2 həftə əlavə məzuniyyət müavinəti almaq üçün xəstəxana tərəfindən açılması lazım olan sənəd (bülleten) yoxdur. Yəni xəstəxana tərəfindən heç açılmayıb. Bununla əlaqədar xəstəxana ilə əlaqə saxladıq, lakin onlar bülletenin açılmasının artıq gec olduğunu vurğulayıblar, yalnız nadir istisna hallarda yeni bülleten açdıqlarını deyirlər. Bəs xəstəxananın öhdəliyi yerinə yetirməməsi nadir hal deyil? Bundan əlavə də hospitalın bu işlərlə məşğul olan nümayəndəsi zənglərə və smslərə (oxuyub) cavab vermir. Hospitalın öz nömrəsi ilə əlaqə saxladıq, bizə müştəri məmnuniyyəti və şikayəti şöbəsinin nömrəsini verdilər, lakin onlarda cavab vermir. Bu cür adı sanı olan özəl hospital sadə bir məsələ üzərində müşrətilərinə bu qədər əziyyət verir. Üstəlik də daimi müştərilərinə..."

Ardını oxu...

Qeyd edək ki, bu məsələ digər istifadəçilərin də diqqətini cəlb edib. Onlardan bəzilərini təqdim edirik:

Nurgül Əliyeva yazır: "Bu yaxınlarda az qalmışdı,yaxınımın axırına çıxsınlar... Orda işləyənleər insan deyil... Adam nə qədər ağılsız ola ki təkrar ora getsin...

İnsan ölsə belə, bu qədər şikayət olsa belə, çox arxayındırlar... Kimə güvənirlər?.."

Zara Əhmədova adlı istifadəmi isə mövqeyini qısa ifadə edib: "Bura biznes mərkəzidir, klinika deyil.."
 
Ardını oxu...
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə yerləşən iki villanın alkoqolizm və narkomaniyadan xilas olmaq üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi olduğu deyilir.

Vətəndaşlar burada müalicə alan şəxslərin qeyri-adekvat davrandıqlarını, onları müxtəlif hərəkətlərlə narahat etdiklərini iddia ediblər.

"Bu cür yerləri adətən şəhərdən kənar, əhalinin olmadığı yerlərdə açırlar. Niyə mənim iki azyaşlı övladım hər gün narkoman söhbətlərini eşitməlidir? Həmin evlərdən çox ürküdücü səslər gəlir. Artıq bir tədbir görülməlidir", - deyə qəsəbə sakini şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Ardını oxu...
Goranboy rayonunda Heydər Əliyev Mərkəzinin binası rəsmən çökür. Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir. Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir. Alfa.TV-nin yaydığı görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Bu işdə birbaşa məsuliyyət daşıyan Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir.

Bununla bağlı Alfa. TV bildirir ki, dəfələrlə tənqid hədəfinə çevrilən məmurun keçmişi ilə bağlı olduqca ilginc bir iddia gündəmə gəlib. Yayılan məlumatlardan belə başa düşmək olar ki, Məhərrəm Quliyevin haqqındakı yeni iddia onun 1993-cü illərdə “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulması ilə bağlıdır. 55 yaşlı icra başçısının vikeprdiya məlumatının bəzi müəmmalı məqamları var ki, bunlardan biri də şübhəli 1993-cü il dövrüdür. Ölkə mediasında dərc olunan və rəsmən təkzib olunmayan iddialara görə “Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma “Talış Muğan Respublikası” yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir.” icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məhərrəm Quliyev 1988-1993-cü illərdə Lənkərandakı “Avrora” sovxozunda aqronom kimi çalışıb. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil.
Digər bir iddiaya görə, Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub. Bunula bağlı ölkə mediasinda yayılan məlumatlara istinadən bildirir ki, Novruz Novruzov Masallı rayon sovetinin sədri olan vaxt Əlikram Hümbətov ona Böyükağa Quliyevin vasitəsi ilə ismarıclar göndərirmiş ki, rayon deputatlarını yığsın və Azərbaycandan ayrılmaq barədə qərar çıxarsın. Novruz müəllim Böyükağa Quliyevə cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır. Novruz Novruzov Böyükağa Quliyevə deyib ki, məni tikə-tikə doğrasalar da Hümbətovun tələbini yerinə yetirməyəcəyəm.
Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı. Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində Məhərrəm Quliyevin oğlu Nazim Quluzadənin Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsi haqda da iddialara rəsmi münasibət bildirilməyib.

cumhuriyyet.net


Ardını oxu...
Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində tikilən bu ərazinin iddiaya görə qanuni və ya qanunsuz olması ilə bağlı araşdırmalar apardıq. Aldığımız məlumatlar araşdırmadan daha ilginc idi. Belə ki, Xırdalan şəhərinin “JEK” rəisi Vəli Abbasov özü qolbaq nəzarətində ola-ola sən demə tikintilərə nəzarət edirmiş. Sözügedən bu tikinti də digər tikililərə birləşdirilərək gözdən pərdə asmaqla öz qanunsuz əməllərini bu vasitə ilə ört basdır etməyə çalışır desək yanılmarıq.

“JEK” rəisi Vəli Abbasov ilə necə razılığa gəlinib və bu səlahiyyətlər ona kim tərəfindən verilib? Çox güman ki, bu səlahiyyət icra hakimiyyəti tərəfindən verilib ki, Xırdalan şəhərində aparılan bu qanunsuz tikililərə “JEK” rəisi belə arxayınlıqla himayədarlıq edir. Yoxsa ki, tikintiyə heç bir səlahiyyəti çatmayan “JEK” müdiri özbaşına nə ekologiyaya bu qədər ziyan vura, nə də ki, dövlətin qanunlarına bu qədər göz yuma bilərdi. Təəssüf ki, səlahiyyətlərindən sui istifadə edən məmurlar vətəndaşın həyat rifahını yaxşılaşdırmaq üçün deyil, öz maddi maraqlarının arxasınca qaçırlar. Bax bu sualın cavabı məsələdə maraqlı tərəfin dövlətin qoyduğu qanunları tanımaması deməkdir. Bu tikintilərdə istər ekologiyaya vurulan ziyan, istər hər hansısa tikililərə əlavə etməklə əvvəlki tikintini qəzalı vəziyyətə salmaq və s. bu kimi müdaxilələr var. Bəs Vəli bəyin bu “işlərinə” rəsmi qurumlar tərəfindən niyə lazımi tədbirlər görülmür? Bu məsələdə maraqlı tərəflər kimdir? Ekologiya və Təbii sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Abşeron rayon icra hakimiyyəti, yoxsa “JEK” müdiri Vəli bəy?!

Məsələ diqqətimizdədir! Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.

/seher.media/
 

Dünyapress TV

Xəbər lenti