Ardını oxu...
" "Rahat" market özünə hörmət eləmir. Ya da sırf mənim tez-tez getdiyim filialları özünə hörmət eləmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Əmirqulu Hüseyn adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra qeyd edir: "Keçən dəfə bir paket xurma almışdım, 10 dənəsinin qiyməti vurulmuşdu bir məhsula. Satıcı da deyir 20 neçə manat. Mən fikir verməsəydim, 1 paketə 10 dənəsinin pulunu verəcəkdim.

Selofanlara hazır çəkilib qoyulmuş ləbləbiləri də eyni cürə. Üzərinə 2.60₼ yazılan badam kassada 3.10₼ çıxır. Soruşuram bunun qiyməti neçiyədir? Deyir, üzərində yazılıb. Deyirəm, bax üzərinə, üzrxahlıq etmək əvəzinə, mənə başa salır ki, bu endirimli qiymət olub zart-zurt.

Demək olar məhsulların 80%-inin altındakı qiymətlərinin razvalı qaçıb. Bir çox məhsulun qiyməti qarışıq qoyulub. Bu da müştərini çaş-baş salır. Mən məcbur vaxtımdan getsə də, barkodlarına baxmağa məcbur oluram. Vitirin düzülüşləri çox pintidir.

Rahatda bir çox xarici məhsulun üzərində tərkibi yazılmayıb. Səhv etmirəmsə, qanunla bütün paketləşdirilmiş məhsulların üzərində tərkibi azərbaycanca qeyd edilməlidir. Yanlışım varsa, bilənlər düzəltsin, zəhmət olmasa".
Ardını oxu...
Ardını oxu...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib.
Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Hansı ki, bu, vətəndaşlar üçün kifayət qədər vaxt itkisi deməkdir. Hələ şəhadətnamənin tərtibi üçün vətəndaşı saatlarla növbələrdə gözlədəndən sonra hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssinə göndərdiklərini, müəyyən meyarlar uyğun gəlmədikdə isə təkrar sənəd tələb etmələrini demirik. Bir sözlə ölüsünün öldüyünü təsdiqləmək çətinliyi insanın sinirlərini əməlli-başlı tarima çəkir…
TƏBİB-in qoyduğu anormal qayda…
Belə bir anormal prosedurla bu günlərdə atasını itirən Sumqayıt sakini qarşılaşıb. Bizim.Media-ya müraciət edən vətəndaş atasının “ölüm kağızı”nı ala bilməsi üçün 6 ayrı-ayrı tibb müəssisəsinə yönləndirilib.
Hansı ki, həmin tibb müəssisələri də ötür-ötür oyunu oynayaraq vətəndaşı get-gələ salıblar.
Prosedurun lazımsız yerə mürəkkəbləşdirildiyindən gileylənən vətəndaş sistemsizlikdən və TƏBİB-in qoyduğu anormal qaydadan şikayətlənib:
“Atam 5 gün əvvəl evdə insultdan dünyasını dəyişib. Ölüm faktı və səbəbi hadisə yerinə çağırılan TƏBİB-in təcili yardım həkimləri tərəfindən təsdiqlənib. Mənə bildirildi ki, ölüm haqqında şəhadətnamə üçün əvvəlcə Sumqayıt Tibb Mərkəzinə yaxınlaşmalıyam. Orada akt və müəyyən məlumatlar əsasında arayış hazırlandı.
Həmin arayışla 13-cü mikrorayonda yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə göndərildim. Atamın qeydiyyat kitabçası yoxlandı və mənə bildirildi ki, atamın bu tibb müəssisəsinə hər hansı şikayətlə bağlı müraciəti olmadığı üçün şəhadətnamə verə bilməzlər.
Oradan 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinə göndərildim. Mərkəzdə əməlli başlı biabırçılıq yaşandı. Əvvəlcə sənədləşdirmənin aparılması üçün mənə 12 vərəqli dəftər aldırdılar. Bu azmış kimi xeyli sayda tibb personalının çalışdığı mərkəzdə cəmi 1 kompüter olduğu üçün onun boşalmasını gözləməli oldum.
Sənədlər elektronlaşdırıldıqdan sonra TƏBİB-ə onlayn müraciət göndərildi. Hansı ki, TƏBİB müraciəti incələyib, təsdiqləyəndən sonra həmin cavab 4 nömrəli şəhər polinklinikasına göndəriləcək. Oradan isə Forma AZS-106 alıb ASAN Xidmətə təqdim etməliyəm ki, ölüm haqqında şəhadətnamə ala bilim. Hələki TƏBİB-in onlayn müraciəti təsdiqləməsini gözləyirəm”.
Özlərinin təsdiqlədikləri ölüm səbəbinə inanmırlar?
Vətəndaşın sözlərinə görə TƏBİB-in “ölüm kağızı” ilə bağlı bu cür bürokratik əngəl yaratması anlaşılan deyil:
“Təsəvvür edin ki, çalışan vətəndaşlar üçün bu prosedur nə qədər çətin və əlavə vaxt itkisidir. Yaxınını itirmiş, mənəvi cəhətdən çökmüş birinin bir parça kağız alması üçün 6 instansiya gəzməsinə nə ehtiyac var? Vətəndaşları niyə bu qədər incidirlər? Onsuz da mərhumun ölüm anı və səbəbi təcili tibb yardım vasitəsilə təsdiqlənib. Bəs, TƏBİB daha nəyi təsdiqləyir?”, – deyə şikayətçi etiraz edib.
Vətəndaşın işini yüngülləşdirəcək addımlar atılmalıdır
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşa sıxıntı verən proseslərin qarşısının alınması zəruridir:
“Bu məsələlər daha dəqiq və müəyyən informasiya almaq, eləcə də ölüm aktının təsdiqlənməsi üçün zəruri olur. Çünki sonradan bu məsələlərlə bağlı məhkəməyə müraciətlər olur. Çox güman ki, bunu sığortalamaq üçün belə bir prosedur qoyublar. Amma fikrimcə, prosedur asanlaşmalıdır və vətəndaşın işini yüngülləşdirəcək addımlar atmaq barədə düşünülməlidir”.
Xatırladaq ki, Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.
Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalıdır. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir.
Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir.
Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir.
 
Ardını oxu...
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən Məlikməmməd Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Məlikməmməd Qurbanov Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov və başqaları ilə əlbir olub külli miqdarda vəsaitlərin yeyintisində ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, 2015-2019-cu illərdə büdcədən ayrılmış vəsaitlərin bir hissəsi o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun tapşırığı ilə müəyyən şirkətlərin hesabına köçürülüb. Sonradan o şirkətlərin hesabından nağd şəkildə çıxarılaraq, geri qayıdıb. Alınan malların, göstərilən xidmətlərin dəyəri isə sənədləşmədə xeyli şişirdilib.

Cinayət işinin materiallarına əsasən, 4 il ərzində ordu üçün təkcə balıq məhsullarının alışı zamanı 400 min manat yeyinti olub. Bundan başqa, avtomobil, kompüter və s. avadanlıq, qida məhsullarının alışı zamanı da külli miqdarda mənimsəmə hallarına yol verildiyi iddia edilir.

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxslərilə bağlı cinayət işində ümumilikdə 92 milyon manatlıq mənimsəmədən söhbət gedir. Bunun 542 min manatlıq hissəsi Məlikməmməd Qurbanova aiddir.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, həbsdə olan polkovnik Məlikməmməd Qurbanov keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edib. Deyib ki, qiymət şişirtməsi və başqa üsullarla yeyinti nəticəsində əldə olunan milyonlarla vəsait Sadıqova çatdırılırdı. Bu barədə o, sentyabrın 15-də öz məhkəməsində danışıb.

M.Qurbanov bu ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, nə tapşırıq verilibsə, onu icra edib.

“Mən hərbi hissələrdən gələn sifarişləri büdcə hesabına yerinə yetirirdim, vəzifəm bu idi. Mənə münasibətdə nə qədər mənimsəmə varsa, tam ödəmişəm”, - M.Qurbanov bildirib.

O, dindirmə zamanı prokurorun suallarını cavablandırarkən deyib ki, qiymətlərin şişirdilməsi və s. üsullarla əldə olunan vəsaitlər Baş Qərargah rəisinə çatırdı. Sonradan həmin vəsaitlərin hansı istiqamət üzrə gedəcəyini Nəcməddin Sadıkov özü müəyyənləşdirirdi: “Hara nə ödənilməlidir, bunu özü müəyyənləşdirirdi. Şirkətlərə verilən hər sifarişə görə şirkətlər bizə 15 faiz qaytarırdı”.

M.Qurbanovun sözlərinə görə, Silahlı Qüvvələr üçün ərzaq alışı ilə bağlı müxtəlif şirkətlərlə çalışsalar da, əslində onların hamısı bir adama məxsus şirkətlər idi. Amma təqsirləndirilən polkovnik konkret kimə məxsus olduğunu açıqlamaq istəməyib. Bununla belə, onu deyib ki, həmin adamın işlərini Avtandil Abdıyev görürdü.

“Biz də onunla işləyirdik. Süni şəkildə artırılan pulları da nağdlaşdırıb bizə o qaytarıb. 5 il ərzində Avtandil Abdıyev mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat pul verib. Mən də o 20 milyonun hamısını otağında Nəcməddin Sadıkova vermişəm”, - Qurbanov bildirib.

O əlavə edib ki, Sadıkovun tapşırığı ilə sonradan o puldan 1 milyon 200 min manat nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manat isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib: “20 milyon manatdan mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib”. (musavat.com)

“Qafqazinfo” isə xəbər verir ki, hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqla
 

Ardını oxu...
DİA.AZ - Azərbaycanda hər şey sanki bir tamaşaya - imitasiyaya çevrilib. Sanki zəmanənin elmi-texniki tərəqqisi fonunda bizlər virtual aləmə o qədər aludə olmuşuq ki, reallıq hissini belə tamamən itirmiş durumdayıq. DİA.AZ bildirir ki, hər sahəmizdə eyni problem, eyni mənzərədir.

Elə məhkəmə sistemimizdə də. İnam Kərimov KTN-dən məhkəmə sisteminə transfer olunda belə zatən ona inanmamışdıq... Ağlar günə qoyulan kənd təsərrüfatını tapdaya-tapdaya məhkəmə sisteminə keçid edən İnam Kərimovun burda Amerika kəf edəcəyini kimsə gözləmrdi. Ona görə də məhkəmələrimizdə fərqli ab-hava gözləntimiz yox idi. Amma belə də yox daha...

DİA.AZ bildirir ki, tanınmış vəkil Əkrəm Həsənovun bir məhkəmədə müşahidə etdiyi fakt əslində hazırki reallığın ən gerçək təzahürüdür... Beləliklə

Ardını oxu...

"Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin özünəməxsus iclas aparmaq üslubu var. İclas iki hissədən ibarət olur: qeyri-rəsmi və rəsmi. Qeyri-rəsmi hissədə videoçəkilişi qoşmadan tərəfləri ətraflı dinləyir, fikir mübadiləsi aparır. Yəni normal iclasda olmalı olduğu kimi. Rəsmi hissəni isə qısa şəkildə videoçəkilişi qoşmaqla aparır və faktiki olaraq qeyri-rəsmi hissənin nəticəsinə əsaslanaraq mövqe sərgiləyir. Bir növ, əvvəlcə məşq edir, sonra formal iclas keçirir. Görəsən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası bu nou-hau barədə nə düşünür?"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
“İcra başçıları ilə bağlı problemlərin həlli üçün yeni Konstitusiya qəbul olunmalı və orada paralellik aradan qaldırılmalıdır”.

Teref.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
O, son günlər fəaliyyəti ilə bağlı tənqid edilən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun fonunda ölkədəki icra hakimiyyətlərinin son durumundan söz açıb.

Xatırladaq ki, sabiq XİN rəhbəri Tofiq Zülfüqarov və Naftalanın keçmiş icra başçısı Musa Musayev T.Qaraşovun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Eks-nazir sosial şəbəkə hesabındakı paylaşımında Lənkəran küçələrinin zibilli və dilənçilərlə dolu olduğunu bildirərək icra başçısını günahlandırıb.

C.Nuriyev əlavə edib ki, Azərbaycanda icra başçıları keçid dövrü üçün nəzərdə tutulmuş bir mexanizm idi, lakin indi bu, özünü doğrultmur:
“İkincisi isə bunların müddəti yoxdur və 10-15 il bir insanın hansısa rayonda icra başçısı kimi qalması orada yeni innovasiyanın olmasını mümkünsüz edir. Ona görə ki, kreativlik yoxdur”.

Sabiq deputat iddia edib ki, Azərbaycanda kim harada icra başçısı olursa, oraya özünün kürsüsü kimi baxır:
“Çox təəssüf ki, bu adamlar cənab Prezidentin etimadını doğrultmurlar. Çünki rayon icra başçıları qazi və şəhid ailələrinə münasibətdə həddən artıq kobudluq edib vəzifələrini yerinə yetirmirlər. Lakin cənab Prezidentin, Mehriban xanımın bu qədər çox işlərinin olmasına baxmayaraq, onlar qazi və şəhid ailələri ilə maraqlanır, problemlərini “YAŞAT” Fondu ilə həll edirlər”.

“Bu gün Qarabağ alınıb, ərazi bütövlüyümüz təmin olunub deyə “Böyük Qayıdış” layihəsi start götürüb. İndi cənab Prezident bununla məşğul olmalıdır, yoxsa icra başçıları ilə? Onlara nəzarət etəməli olan adamlar nə işlə məşğuldurlar? Niyə icra hakimləri ilə bağlı narazılıq olanda məsələlər bu qədər böyüyür? İcra hakimlərini bir balaca tənqid edəndə də səni verirlər məhkəməyə. Məsələn, Şamaxı İcra Hakimiyyəti mənə məhkəməyə vermişdi. Doğrudur, hakim ədalətli mövqe tutdu, amma tutmaya da bilərdi, çünki məhkəmə sistemində ciddi problemlər var”, - deyə müsahibimiz söyləyib.

“Mən Tofiq Zülfüqarov və Musa Musayevi tanıyıram. Bu insanlar həddən artıq ehtiyatlı danışan adamlardır. Əgər bunlar da danışırlarsa, görün əndazə nə qədər pozulub? Əslinə qalsa, bu tendensiya tək Lənkərana aid deyil ki? Bir çox rayonlarda bu vəziyyət var. Demək olar ki, 70% icra başçılarından camaat həddən artıq narazıdır. Bunlar inzibati qaydada dövlətin altına qoyulmuş minalardır ki, istənilən vaxt partlaya bilər. Bu hadisələr İsmayıllı və Qubada oldu. Ona görə də eyni şeylərin təkrarlanmasına ehtiyac yoxdur. Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra çox ciddi işlərlə məşğuldur və bizə bu problemlər lazım deyil. Amma təəssüf ki, bunlar var. Düşünürəm ki, yeni Konstitusiya ilə də icra Hakimiyyətləri ləğv olunacaq”, - o, vurğulayıb.

Həmsöhbətimizin fikrincə, ölkədə ərazi sistemi bölünməlidir:

“66 icra başçısı nəyə lazımdır?! Əgər yeni ərazi sisteminə keçsək, biləcəyik ki, Prezidentin 10-14 nümayəndəsi olacaq. Çünki 14 nəfəri idarə etmək daha rahatdır, nəinki 66 rayonu idarə etmək. Bapbalaca rayonların icra başçıları özlərini padşah hesab edirlər. Böyüklər də özlərini Allah statusunda görür. Mən bunlara başqa ad tapa bilmirəm. Bu adamlar dərk etməlidirlər ki, cənab Prezidentə xidmət edirlər”.

“Mənə elə gəlir ki, kənd rayonlarına kənd təsərrüfatını bilən adamlar göndərilməlidir. Çünki idarəetmə meneceri ayrı, kənd rayonlarının spesifikası isə ayrıdır. Asfalt üstündə böyüyən adam heç vaxt torpağı başa düşə bilməz. İndiki icra başçılarının çoxu ya xaricdə oxuyub gələn, ingilisdilli, ya da kiminsə övladı, qardaşı oğlu, bacısı oğlu və kürəkənidir. Yəni burada təsadüfi, özü gücünə vəzifəyə gəlib çıxan adam yoxdur”, – deyə C. Nuriyev fikirlərini tamamlayıb.
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə müayinə-müalicə olunmağa 30 ildir tibbi uçotunda olduğu DİN-in hospitalına üz tutan DİN-in 1-ci dərəcəli Qarabağ qazisinə sözün gerçək anlamında qəssab ilgisi göstərilib. 2 saylı otaqda DİN-in qazi, əlillərini, əməkdaşlarını qəbul edən xanım ( Səadət Məmmədova) sənədlərə baxmadan poliklinikaya müraciət etməyi bildirib. Poliklinikanın da elə hospitalın həyətində olduğunu deyən Qarabağ qazisinə, tibbi yardıma ehtiyacı olan 1-ci dərəcəli əlilə Daxili Qoşunların hospitalına müraciət etmək tövsiyə olunub. Axı 30 ildir tibbi uçotunda olduğu DİN -in hospitalında müayinə-müalicə olunmağa qadağa qoyula bilməzliyini, qanunun buna yol vermədiyini deyəndə həkim xanımın cavabı şok effekti yaradıb: “DİN heç öz (?-M.B.) pensiyaçılarına baxa bilmir.” Belə çıxır, Daxili Qoşunlar DİN-in tabeliyindən çıxarılıb ?! DİN hospitalı niyə DİN-in Qarabağ əlillərinə qarşı “mənim-sənin” ayrı-seçkiliyi sərgiləyir? Ən pisi, adi bir tibbi yoxlama bir qırağa, xoş sözlə də qaziləri, əlilləri “yola vermək” olmaz?
...Prezident DİN- in xidmətini vurğulayanda birinci Daxili Qoşunların adını çəkir...
Məğrur Bədəlsoy
Teref.az
 
 

 




Ardını oxu...
Ardını oxu...
Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Muğan-KİTT Şirkəti” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 392 822,2 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Muğan-KİTT Şirkəti” MMC 12 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Paşayev Vəfa Mehti oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Muğan-KİTT Şirkəti” MMC əsasən Hacıqabul, Şamaxı və Kürdəmirin yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur.
Haqqında bəhs etdiyimiz tenderdən əvvəl şirkət Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər Nümayəndəliyinin tenderinin qalibi seçilib. Satınalma müsabiqəsi yolların əsaslı təmiri ilə bağlı keçirilib və şirkət 543 830,57 manatlıq tenderin qalibi seçilib.
Hacıqabul Rayon İcra Hakimiyyəti ötən il yolların əsaslı təmirinə 449 534,51 AZN xərclənib. Təmir işlərini təbii ki, “Muğan-KİTT Şirkəti” MMC həyata keçirib.
2020-ci ildə isə Hacıqabul şəhərinin yollarının əsaslı təmirinə 442 547,64 AZN sərf olunub. Bununla bağlı elan edilən tenderin də qalibi “Muğan-KİTT Şirkəti” MMC seçilib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.
Rüstəm Xəlilov 3, 4 və 5-ci çağırış Milli Məclisin deputatı olub.
 
Ardını oxu...
Xatırlatmaq yerinə düşərdi ki, 2020-ci ilin əvvəlindən Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlamışlar.

Erməni KİV-nin verdiyi xəbərə görə 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirmişdir. Paşinyan hökuməti Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına 5 milyon dollar ayırmışdır.
Ardını oxu...Ardını oxu...
Paşinyanın Kəlbəcərdə çəkdiyi yollar

Mətbuatda o da vurğulanırdı ki, yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyırdı . Amma tarix göstərdi ki, ermənilərin bu arzuları ürəklərində qaldı.
Bəli, Azərbaycanın 2020-ci il qələbəsindən sonar azad edilmiş ərazilərdə yeni yolların çəkilişinə start verildi. Son illərdə Qarabağ zonasında infrastrukturun yenilınməsi üçün dövlət büdcəsindən bu məqsədlə 7 milyard manat vəsaitin sərf edildiyi rəsmən bildirilir. Bu vəsaitlərin də xeyli hissəsi yol çəkilişinə, elektrik xəttlərinin quraşdırılmasına, social obyektlərin tikintisinə sərf edilmişdir. Bəs görülən işlərin keyfiyyəti nə yerdədir?
Budur, sentyabrın 27-də “Gününsəsişinfo”nun social şəbəjkələrə istinadən verdiyi məlumatada bildirilir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun Laçında çəkdiyi yol dağılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə görüntüləri sosial şəbəkədə paylaşan vətəndaşlar çat verən yolda “korruspiya izi” axtarıb.
Məlumatı dəqiqləşdirmək üçün Qarabağ zonasında yol tikintisi ilə məşğul olan mənbələrlərlə əlaqə saxladığımız zaman aydın oldu ki, Laçında olduğu kimi, Qarabağ zonasında çəkilən yollarda doğrudan da əsas problem yol yataqlarının hazırlanması zamanı onların çiyin hissələrinin alt hissələrində bərkidilmə işlərinin keyfiyyətsiz aparılmasıdır ki, bud a hazırda Laçın yolunda özünü faktiki göstərdi. Şuşa, Zəngilan, Qubadlı yolarını da b u aqibət gözləyir.
Ardını oxu...
Ardını oxu...
Saleh Məmmədovun Laçında çəkdiyi yollar

Xatırladaq ki, Azərbaycan tankçıları Kəlbəgərə daxil olanda Paşinyanın cəmi 5 milyon dollar çəkdiyi 18 km asphalt yol üzərində yüksək sürətlə manevrlər etsələr də bu yolda heç bir deformasiya və ya hər hansı kiçik iz belə müşahidə edilməmişdir. Bəli, hələ o vaxt tankçılarımızı ermənilərin çəkdikləri asphalt yol çox heyrətləndirmişdir.
Hələlik dəqiq bilməsək də Qarabağ zonasına ayrılan 7 milr manat vəsaitin necə xərclənməsi barədə ciddi rəsmi araşdırmaların başlanması barədə məlumatlar var. Məsələn, “Azərenerji” ASC tərəfindən 7 milyon manat yeyintinin olması barədə yerli mətbuatda məlumatlar verilmişdir. Elə Laçın yolunda cari ilin sentyabrında baş vermiş çökmələr də çox ciddi maliyyə maxenasiyalarından və korrupsiyadan xəbər verir. İndi qalır rəsmilərin bu istiqamətdə başladığı araşdırmaların nəticələrini gözləmək.
Bəli, Paşinyanın 5 milyona Kəlbəcərdə 18 km çəkdiyi yolla Saleh Məmmədovun 100 milyonlara çəkdiyi yolların keyfiyyəti doğrudanmı çox fərqlidir. Bunu zaman göstərir və göstərəcək.

İfadetv.com-un araşdırma qrupu
 
Ardını oxu...
Bu gün Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumuda qalmaqal baş verib.

Tədbir iştirakçılarının birindən “AzPolitika.info”-ya daxil olan məlumata görə, millət vəkilləri “Gülüstan” sarayında baş tutan tədbiri yarımçıq tərk edib. Təşkilatçılar onlardan zala qayıtmağı xahiş etsələr də deputatlar imtina edərək Forumdan ayrılıblar.

Mənbə bildirib ki, buna tədbirdə Milli Məclis üzvlərinə qarşı yol verilən açıq hörmətsizlik səbəb olub. Belə ki, dəvət olunan 10-a yaxın millət vəkili zalda rəsmi şəxslər üçün nəzərdə tutulmuş yerdə əyləşdirilməyib. Elm və təhsil naziri Emin Əmrullayev forum iştirakçılarını salamlayarkən rəsmi şəxslərin adlarını çəksə də millət vəkillərinin də tədbirdə iştirak etdiyini xatırlatmağı “unudub”. Onun çıxışından dərhal sonra deputatlar forumdan yarımçıq çıxmağa qərar veriblər.

Maraqlı məlumatan biri də odur ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və müavini Musa Qasımlı Təhsilin İnkişafı Forumunda gözə dəyməyiblər. Mənbə onların tədbirə dəvət olunmadıqlarını istisna etmir.

Xatırladaq ki, millət vəkili, təhsil eksperti Etibar Əliyev mətbuata müsahibələrinin birində Elm və Təhsil nazirinin deputatlara qarşı allergiyasının olduğunu demişdi...
 
Ardını oxu...
Kanalımıza müraciət edən Məmmədov Səbuhi bildirir ki, Cəllabad rayonu Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi İlham Əliyev karantin zamanı heç bir səbəb olmadan onu işdən azad edib.
O əlavə edir ki, şikayət edəcəyi tədqirdə isə sözügedən şəxs onu həbs etdirəcəyini və həbsxana da da öldürtəcəyi ilə hədələyib.
Vətəndaş 2022-ci ildə Massallıda Baş prokuror Kamran Əliyevin qəbulunda olub şikayətini bildirsə də, nəticəsinin olmadığını deyir.
Vətəndaş kanalımızın vasitəsi ilə ölkə başçısına müraciət edərək, bu işin araşdırılmasını xahiş edir.

 

Dünyapress TV

Xəbər lenti